ƏLHƏD

əlhəd daşı – qəbirdə ölünün başı söykəndiyi daş.
Qəbrimi özgə qazıb; Əlhədim dar düşübdü. (Ağı).

◊ Başı əlhəd daşına dəymək – bərkdənboşdan çıxaraq, bir şeyin aqibətini təcrübədə görərək ayılmaq, özünə gəlmək.
Əmirxanın başı dəydi əlhəd daşına; O ayıldı məclislərin gec yuxusundan. S.Vurğun.
Başı əlhəd daşına dəyəndən bəri, yəqin ki, səhvlərini anlayıb. Ə.Vəliyev.

ƏLHAY
ƏLHƏQ
OBASTAN VİKİ
Əlhəddin Cekli
Əlhədid
"Əlhədid" — Cənubi Azərbaycanda dərc olunmuş KİV-lərdən biri. Qəzet 1898-ci ildə nəşr edilmişdir. Cənubi Azərbaycanda dövrün tanınmış şəxsiyyətlərindən biri Hüseyn xan Ədalət tərəfindən çap olunmuşdur. Bu mətbu orqan publisistik dillə ölkənin ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərirdi.

Значение слова в других словарях