ƏLİZADƏ

Əli oğlu, Əli övladı.
ƏLİYUSİF
ƏLİZAHİD
OBASTAN VİKİ
Elbrus Əlizadə
Elbrus Kərim oğlu Əlizadə (4 mart 1957, Ağdaş rayonu – 29 dekabr 2016, Bakı) — Azərbaycan Respublikası Prezidenti yanında AAK-nı Yer Elmləri üzrə Ekspert Şurasının elmi katibi, YUNESKO nəzdində fəaliyyət göstərən Dağlıq ölkələrin tarazlı inkişafı Elmi Mərkəzinin Müşahidəçilər Şurasının, Qazaxıstanın Coğrafiya İnstitutunda nəşr olunan Coğrafiyanın və geoekologiyanın aktual problemləri, AMEA-nın Xəbərlərinin Yer Elmləri seriyası elmi jurnalının Redaksiya Heyətinin üzvü, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (indiki Dövlət İmtahan Mərkəzində) coğrafiya üzrə elmi-metodiki seminarın sədri, Azərbaycan Təhsil Nazirliyi yanındakı coğrafiya üzrə elmi metodiki şuranın sədri, AMEA-nın müxbir üzvü, coğrafiya elmlər doktoru, professor, AMEA H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini. == Həyatı == Əlizadə Elbrus Kərim oğlu 4 mart 1957-ci ildə Ağdaş rayonunun Aralbir kəndində anadan olmuşdur. E. K. Əlizadə 1974-cü ildə Ağdaş şəhərində orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geologiya-coğrafiya fakültəsinin coğrafiya bölməsinə daxil oldu. E. Əlizadə 1979-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirərək təyinatla Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutuna göndərildi. Həmin illərdə keçmiş SSRİ-də aerokosmik metodların coğrafiyaya tətbiqi, başqa sözlə, yerin kosmosda öyrənilməsi yeni istiqamət idi.1984-cü ildə Geomorforlogiya və təkamül coğrafiyası, ixtisasda Kosmofotoşəkillərin deşifrlənmə materiallarının tətbiqi ilə Cənub-Şərqi Qafqazın cənub yamacının relyefinin morfostruktur təhlili mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsi aldı. E. Əlizadə 2004-cü ildə "Geomorfologiya və təkamül coğrafiyası" ixtisasında "Alp-Himalay qovşaq zonası mərkəzi hissəsinin şərq seqmenti dağ sistemlərinin morfostruktur differensiyası qanunauyğunluqları" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri doktoru alimlik dərəcəsi aldı. Bir çox xarici ölkələrdə keçirilən elmi konfranslarda (RF,Ukrayna, Qazaxıstan, Ruminiya, Slovakiya, Böyük Britaniya, ABŞ, İran, Polşa, Çin və s.) dəfələrlə iştirak etmiş və çıxış etmişdir. == Ailəsi == Həyat yoldaşı- Sevil Yunis qızı Quliyeva- coğrafiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Coğrafiya İnstitutunda aparıcı elmi işçi. 1 övladı var. Selin Əlizadə Elbrus qızı == Elmi fəaliyyəti == Onun elmi təqdiqat sahəsi Azərbaycanın dağlıq ərazilərinin morfostruktur quruluşunun kosmik materialların deşifrlənmə materiallarının tətbiqi ilə tədqiqi, kosmik şəkillərin struktur-geomorfoloji deşifrlənmə metodlarının işlənilməsi, geomorfoloji risk və təhlükələrin qiymətləndirilməsi, geodinamiki-gərgin ərazilərin öyrənilməsi, Böyük və Kiçik Qafqaz dağları, geosistemlərinin ekogeomorfoloji tədqiqi, ekogeokomplekslərinin formalaşmasına kompleks endo-ekzodinamiki amillərin təsir dərəcələrinin müəyyən edilməsi olmuşdur.
Elmin Əlizadə
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Elməddin Əlizadə
Eltac Əlizadə
Elşən Əlizadə
Faiq Əlizadə
Famil Əlizadə
Firəngiz Əlizadə
Firəngiz Əliağa qızı Əlizadə (28 may 1947[…], Bakı) — Azərbaycanın bəstəkarı, Azərbaycan Bəstəkarlar İttifaqının sədri. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1974), Azərbaycan Respublikasının Xalq artisti (2000), professor (1998), AMEA-nın müxbir üzvü (2017), UNESCO-nun "Sülh artisti" (2007), "Şöhrət" (2007), "Şərəf" (2017) ordenləri laureatı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü. Azərbaycan Bəstəkarlar İttifaqının VIII (2007), IX (2012) və X (2019) qurultaylarında sədr vəzifəsinə seçilmişdir. Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında ən tanınmış simalarındandır. Onun əsərləri xarici ölkələrdə ən böyük konsert və teatr səhnələrində, beynəlxalq festivallarda ifaçılar tərəfindən səsləndirilir. Onun musiqiləri milyonlarla xarici dinləyici tərəfindən böyük rəğbətlə qarşılanaraq beynəlxalq arenada şöhrət qazanmışdır. == Həyatı == Firəngiz Əliağa qızı Əlizadə 1947-ci il mayın 28-də Bakıda anadan olmuşdur. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində xüsusi istedadlı uşaqlar üçün orta ixtisas musiqi məktəbində almışdır. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və fortepiano ixtisasları üzrə təhsil almışdır. Həm bəstəkarlıq (1972-ci il, professor Qara Qarayevin sinfi), həm də fortepiano ixtisası üzrə (1970-ci il, professor Urfan Xəlilovun sinfi) konservatoriyanı fərqlənmə diplomu ilə bitirmişdir.
Fuad Əlizadə
Fuad Əlizadə (Əlizadə Fuad Rəhim oğlu; d. 26 mart 1980, Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi. == Həyatı == Fuad Əlizadə 26 mart 1980-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1996-2000-ci illərdə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsində təhsil almış, ingilis dili ixtisasına yiyələnmişdir. 2001-2005-ci illərdə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində referent, böyük məsləhətçi vəzifələrində çalışmışdır. 2004-2006-cı illərdə Naxçıvan Dövlət Universitetini Pedaqoqika nəzəriyyəsi və tarixi fakültəsində təhsilini davam etdirərək magistr dərəcəsini almışdır. 2005-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunmuşdur. 2005-2007-ci illərdə əlavə təhsil olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsində təhsil almışdır. 1 elmi məqalənin və 5-dən artıq məqalənin müəllifidir. 2005-2013-cü illərdə Azərbaycan Respublıikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş departamentinin audit sektorunun müdiri vəzifəsində çalışmışdır.
Fərid Əlizadə
Gündüz Əlizadə
Gündüz Əlizadə (11 fevral 1955, Əhmədli – 9 dekabr 2017, Almaniya Federativ Respublikası) — azərbaycanlı karikatura və qrafika ustası. == Həyatı == Gündüz Əlizadə 1955-ci ildə Bakı şəhərinin Əhmədli qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. 1962- ci ildə Əhmədlidə 64 nömrəli məktəbdə 1-ci sinfə getmişdir. Uşaqlıqdan şəkil çəkməyə olan böyük həvəsi onu Yuri Qaqarin adina pionerlər sarayının rəsm dərnəyinə gətirmiş, Mərhum Məsuma Ağayevanın rəhbərlik elədiyi dərnəkdə rəsm dərsi almağa baslamışdır. 1970-ci ildə 8-ci sinfi bitirmiş Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasının bedii tərtibat fakültəsinə daxil olmuş, 1974-də təhsilini uğurla basa vurmuşdur. Leninqradda Ali təhsil almaq ücün bron almış, lakin bəzi səbəblər üzündən Peterburqda təhsil almaq bas tutmamışdır. Gündüz Əlizadə 1974-cü ildə Volqaqrada hərbi xidmətə cağrilmış, orada da rəssam kimi fəaliyyətini davam etdirmişdir. 1976-cı ildə hərbi xidmətini tamamlamış Əlizadə 1977-ci ildə Mirzağa Əliyev adına incəsənət institutuna daxil olmuşdur. 1982-ci ildə ali təhsilini bitirmiş, Bakı reklam idarəsinə təyinat almışdır. === Ailəsi === Beş qardaş bir bacı olan Gündüz Əlizadə ailənin ilk övladı idi.
Hümmət Əlizadə
Hümmət Əlizadə (10 oktyabr 1907, Ağstafa, Qazax qəzası – 1941, Bakı) — Azərbaycan ədəbiyyatşünası. Folklorçu. == Həyatı == Hümmət Əlizadə 10 oktyabr 1907-ci ildə Qazax qəzasının Həsənsu mahalının Köçəsgər kəndində doğulub. == Fəaliyyəti == Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin (1923-1929) və onun davamı olan digər elmi təşkilatların (Azərbaycan Elmi Tədqiqat İnstitutu, AzOZFAN və s.) xətti ilə xalqımıza məxsus zəngin şifahi söz sərvətinin toplanması və nəşri istiqamətində ən məhsuldar fəaliyyət göstərən folklorçular sırasında Hümmət Əlizadənin də unudulmaz xidmətləri olmuşdur. İyirminci- otuzuncu illərdə folklor ekspedisiya və ezamiyyətlərində onun qədər fəal iştirak edən ikinci bir folklorçu yoxdur. Az qala ilin çox hissəsini Azərbaycanın müxtəlif bölgələrində el ədəbiyyatı nümunələri toplamaqla keçirən Hümmət Əlizadənin fədakar toplayıcılıq və nasirlik fəaliyyəti nəticəsində çoxsaylı folklor kitabları işıq üzü görmüşdür. Bu sıradan onun elmi ictimaiyyətə təqdim etdiyi ilk folklor kitabı 1929-cu ildə ATTC-nin nəşriyyatında buraxdırdığı "Azərbaycan el ədəbiyyatı" (Birinci hissə) məcmuəsidir. Həmid Sultanov və Hənəfi Zeynallının müştərək redaktorluğu altında buraxılmış bu kitaba Hümmət Əlizadənin Qazax və Gəncə qəzalarından toplamış olduğu xalq nağılları daxil edilmişdir. Poliqrafik ölçüsü 26x13 sm. olan 157 səhifəlik kitabın tirajı min nüsxə, qiyməti isə iki manatdır.
Hüseyn Əlizadə
Hüseyn Əlizadə (fars. حسین علیزاده‎), (23 avqust 1951, Tehran) — İranlı bəstəkar, müəllim, musiqiçi. Tar və setar kimi alətlər ilə ifa etdiyi və səsləndirdiyi mahnılar ilə İran klassik musiqisinin bəstəkarlarındandır. == Bioqrafiya == 1951-ci ildə azərbaycanlı ata və iranlı ananın övladı olaraq Tehran şəhərində doğulmuşdur. 1975-ci ildə Musiqi Konservatoriyasını birimişdir. Təhsilini Berlin İncəsənət Universitetində bəstəkar və musiqiçi olmaq üzrə davam etdirmişdir. == Mükafatları == 2007-ci ildə Grammy mükafatı almışdır. 2008-ci ildə "İranın ən görkəmli musiqiçisi" adına layiq görülmüşdür.
Kimya Əlizadə
Kimya Əlizadə (fars. کیمیا علیزاده زنوزی‎; 10 iyul 1998) — əslən azərbaycanlı İran taekvondoçusu. İranın idman tarixində Olimpiya medalı əldə edən ilk qadın idmançı. == Həyatı == 1998-ci ildə İranın Kərəc şəhərində azərbaycanlı ailəsində anadan olmuşdur. Atası Təbriz şəhərinin yaxınlığında yerləşən Zunuz şəhərindən, anası isə Ərdəbil şəhərindəndir. == Karyerası == Kimya 2014-cü ildə Taybeydə keçirilən Gənclər arasında Dünya Çempionatında qızıl medal qazanıb. Eyni ildə Nankində keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmağı bacarıb. O, ilk döyüşdə seneqallı Elsa Nqassanı 23:0 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib. Növbəti rəqibinə — belçikalı Amber Pannemansa da şans verməyib — 15:2. Yarımfinalda isə kolumbiyalı Nataliya Qomezi 12:2 hesabı ilə üstələyərək, adını finala yazdırıb.
Lətafət Əlizadə
Lətafət Əlizadə (tam adı: Lətafət Məmməd qızı Əlizadə; 1942, Kirovabad – 2018, Bakı) — həkim-ginekoloq. == Haqqında == Lətafət Məmməd qızı Əlizadə 1942-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1969-cı ildən Ana və Uşaqların Mühafizəsi ETU-nda kiçik elm işçi kimi çalışıb. Yasamal rayonu 2 saylı qadın məsləhətxanasında Əmək Veteranları Komitəsinin sədri, Yasamal rayonu Ağbircəklər Cəmiyyəti İdarə Heyətinin üzvü olub. 1992-ci ildən 1999-cı ilədək Təhsil Nazirliyinin nəzdində Tələbə və Müəllimlərin Xeyriyyə Fondunda sədr müavini işləyib. 2000-ci ildən Azərbaycan Respublikası Qadın Xeyriyyə Fondunda sədr müavini vəzifəsində ictimai fəaliyyətlə məşğul olub. Lətafət xanım Əlizadə Müharibə Veteranları Hərbçilər İctimai Birliyinin üzvü, ehtiyatda olan fəxri böyük leytenantdır. == Mükafatları == Lətafət Məmməd qızı Əlizadə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. == Ölümü == Lətafət Əlizadə 2018-ci ildə ürək çatışmazlığından vəfat edib.
Mirzəağa Əlizadə
Əlizadə Mirzəağa Hacıbala oğlu (15 mart 1910 – 5 may 1981) — azərbaycanlı bioloq alim, biologiya elmləri doktoru (1959), professor (1962), AEA-nın müxbir üzvü (1968), AMEA-nın həqiqi üzvü (1980). Mirzəağa Əlizadə 1910-cu il mart ayının 15-də Bakının Əmircan kəndində neftçi ailəsində anadan olmuşdur. 1931-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1936–1940-cı illərdə Moskva şəhərində Gübrə və Aqrotorpaqşünaslıq İnstitutunda bitki fiziologiyası sahəsində görkəmli rus alimi professor Dmitri Anatolyeviç Sabinin (1989–1951) rəhbərliyi altında elmi fəaliyyətə başlamışdır. O, paxlalı bitkilər tərəfindən molekulyar azotun fiksasiyası sahəsində elmi işlər aparmış və alınan nəticələr əsasında namizədlik dissertasiyasını müdafiə etmişdir (1940). Dmitriy Sabinin digər məşhur rus akademiki, Stalin repressiyası illərində Saratov həbsxana xəstəxanasında həlak olmuş Nikolay İvanoviç Vavilov (1887–1943) ilə birgə biologiya elmində ideoloji üsulları tədbiq etmiş akademik Trofim Lısenkonun (1898–1976) elmi əleyhdarlarından olmuş və 1951-ci ildə Gəlincik səhərində intihar dərəcəsinə çatdırılmışdır. Akademik Mirzəağa Əlizadə SSRİ-də hökmran olan belə bir gərgin şəraitdə özünün elmi fəaliyyəti ilə məşğul olmuşdur, həmin illər cəza tədbirləri hər an ona da toxuna bilərdi. Özünün elmi rəhbəri professor Dmitriy Sabinin haqqında "Müəllim və gənclərin dostu" adlı xatirələri 1981-ci ildə akademik Mirzəağa Əlizadənin ölümündən bir qədər sonra "Наука" nəşriyyatında nəşr olunmuşdur. Mirzəağa Əlizadə 1941-ci ilin iyun ayından 1943-cü ilin dekabrına kimi ordu sıralarında olmuş, Krım uğrundakı döyüşlərdə iştirak etmişdir. 1944-cü ilin əvvəllərində kənd təsərrüfatı mütəxəssisi kimi ordudan tərxis olunmuşdur.
Mirzəhəsən Əlizadə
Mübariz Əlizadə
Məmməd Mübariz Əlizadə (1911 – 1994) — görkəmli Azərbaycan şərqşünası, tərcüməçi, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi. Məmməd Mübariz Əlizadə 1911-ci il dekabrın 23-də İranın Xamnə qəsəbəsində dəmirçi ailəsində anadan olmuşdur. İlk təhsilini doğma şəhərindəki “Mərifət” mədrəsəsində almışdır. 8 yaşında Şeyx Məhəmməd Xiyabaninin ən yaxşı şagird üçün təsis etdiyi mükafata layiq görülmüşdür. Anasını erkən yaşlarında itirən M.Əlizadə 11 yaşından müstəqil həyata başlamış, bir tacirin yanında işə düzəlmişdir. Hələ gənc ikən İranda gedən azadlıq hərəkatına qoşulan M.Əlizadə 1928-ci ildə Araz çayını keçərək Naxçıvana gəlmişdir. Təhsil almaqla bağlı çoxdankı arzusunu gerçəkləşdirmək üçün o, 1932-ci ildə Tiflisdə yerləşən Zaqafqaziya Kommunist Universitetinin siyasi fakültəsinə daxil olmuşdur. Oranı bitirdikdən sonra Bakıya gələn M.Əlizadə Azərbaycan Pedaqoji İnstitutunun aspiranturasında oxumuş, eyni zamanda həmin institutda dərs demişdir. İkinci Dünya Müharibəsi illərində dövlət radio komitəsində xarici verilişlər şöbəsini təşkil etmiş və həmin şöbənin ilk redaktoru olmuşdur. 1944-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Universitetində çalışmışdır.
Məhəmməd Əlizadə
Məmməd (Məhəmməd) Əli oğlu Əlizadə (mart 1919, Qaradığa, Zəngəzur qəzası – bilinmir) — Azərbaycan-sovet dövlət xadimi, general-mayor, Azərbaycan SSR ictimai asayişi mühafizə (1965–1968) və daxili işlər (1968–1970) naziri. Məmməd Əli oğlu Əlizadə 1919-cu ilin mart ayında Azərbaycan Xalq Cümhuriyyəti Zəngəzur qəzasının (sonralar Qafan rayonu) Qaradığa (Qaradağ) kəndində anadan olmuşdur. Bir il sonra ailəsi ilə Bakıya köçmüş, 1934-cü ildə Ramanada yeddiillik məktəbi bitirərək Lassal adına Bakı Neft Texnikumuna daxil olmuşdur. O, burada təhsillə yanaşı ictimai həyatda da fəal iştirak etmiş və 1936-cı ildə komsomol sıralarına qoşulmuşdur. 1938-ci ildə texnikumu bitirərək Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinə qəbul olunan Məmməd Əlizadə Böyük Vətən müharibəsinin başlaması səbəbilə təhsilini tamamlaya bilməmiş, üçüncü kurs tələbəsi olarkən Sovet Ordusu sıralarına qoşulmuşdur. O, Bakı zenit-artilleriya məktəbinə daxil olmuş və buranı 1942-ci ildə bitirərək Zaqafqaziya cəbhəsinin Bakıdakı Hava Hücumundan Müdafiə Qüvvələrinin zenit-artilleriya alayında taqım komandiri kimi xidmət etmişdir. Sonra isə Zaqafqaziya Hərbi Dairəsinin zenit-artilleriya alayının batareya komandiri təyin edilmişdir. Müharibə illərində, 1943-cü ildə ÜİK(b)P üzvü seçilmişdir. Məmməd Əlizadə 1947-ci ildə ordu sıralarından ehtiyata buraxıldıqdan sonra "Orconokidzeneft" trestinin 7-ci mədənində texnik-geoloq vəzifəsinə işə qəbul olunmuşdur. Həmin dövrdə yarımçıq qoyduğu təhsilini davam etdirmiş, 1948-ci ildə Azərbaycan Sənaye İnstitutunu qiyabi olaraq bitirmişdir.
Məhərrəm Əlizadə
Məhərrəm Fərəc oğlu Əlizadə (1909, Şuşa – 17 noyabr 1942, İndyuk[d], Krasnodar diyarı) — yazıçı, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Məhərrəm Fərəc oğlu Əlizadə 1909-cu ildə Şuşada anadan olmuşdur. İlk təhsilini Şuşa şəhər birdərəcəli məktəbində almış, 1923-1927 illərdə Şuşa pedaqoji məktəbində oxumuşdur. O, Ağdamın Keştazlı kəndində, Şuşada, 1930-cu ildə isə Bakıda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Məhərrəm Əlizadə 1932-1936 illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet) Dil və ədəbiyyat fakültəsində təhsil almış, oxuduğu təhsil ocağının aspiranturasında saxlanılmışdır. O, 1939-cu ildən 1941-ci ilə kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet)ədəbiyyat metodikası fənnindən dərs demişdir. Məhərrəm Əlizadə 1934-cü ildən bədii yaradıcılıqla məşğul olmuşdur. Onun sağlığında "Dostlar" (1934), "Qonaq" (1941) adlı iki kitabı işıq üzü görmüşdür. "Dostlar" və "Qonaq" kitablarındakı hekayələr 30-cu illər Azərbaycan həyatının bir çox cəhətlərinin əks etdirir. Bu hekayələrin mövzusu Azərbaycan qadınının ictimai həyatdakı fəaliyyətindən, müəllim-tələbə münasibətlərindən və başqa mövzulardan ibarətdir.
Məmməd Əlizadə
Məmməd (Məhəmməd) Əli oğlu Əlizadə (mart 1919, Qaradığa, Zəngəzur qəzası – bilinmir) — Azərbaycan-sovet dövlət xadimi, general-mayor, Azərbaycan SSR ictimai asayişi mühafizə (1965–1968) və daxili işlər (1968–1970) naziri. Məmməd Əli oğlu Əlizadə 1919-cu ilin mart ayında Azərbaycan Xalq Cümhuriyyəti Zəngəzur qəzasının (sonralar Qafan rayonu) Qaradığa (Qaradağ) kəndində anadan olmuşdur. Bir il sonra ailəsi ilə Bakıya köçmüş, 1934-cü ildə Ramanada yeddiillik məktəbi bitirərək Lassal adına Bakı Neft Texnikumuna daxil olmuşdur. O, burada təhsillə yanaşı ictimai həyatda da fəal iştirak etmiş və 1936-cı ildə komsomol sıralarına qoşulmuşdur. 1938-ci ildə texnikumu bitirərək Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinə qəbul olunan Məmməd Əlizadə Böyük Vətən müharibəsinin başlaması səbəbilə təhsilini tamamlaya bilməmiş, üçüncü kurs tələbəsi olarkən Sovet Ordusu sıralarına qoşulmuşdur. O, Bakı zenit-artilleriya məktəbinə daxil olmuş və buranı 1942-ci ildə bitirərək Zaqafqaziya cəbhəsinin Bakıdakı Hava Hücumundan Müdafiə Qüvvələrinin zenit-artilleriya alayında taqım komandiri kimi xidmət etmişdir. Sonra isə Zaqafqaziya Hərbi Dairəsinin zenit-artilleriya alayının batareya komandiri təyin edilmişdir. Müharibə illərində, 1943-cü ildə ÜİK(b)P üzvü seçilmişdir. Məmməd Əlizadə 1947-ci ildə ordu sıralarından ehtiyata buraxıldıqdan sonra "Orconokidzeneft" trestinin 7-ci mədənində texnik-geoloq vəzifəsinə işə qəbul olunmuşdur. Həmin dövrdə yarımçıq qoyduğu təhsilini davam etdirmiş, 1948-ci ildə Azərbaycan Sənaye İnstitutunu qiyabi olaraq bitirmişdir.
Məryəm Əlizadə
Məryam Əli qızı Əli-zadə (14 aprel 1950, Bakı) — teatr tənqidçisi, teatrşünas, sənətşünaslıq doktoru (1998), professor (1999), 1986-cı ildən Azərbaycan Yazıçılar Birliyi və Teatr Xadimləri İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomçusu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının professoru. Məryam Əli-zadə 14 aprel 1950-ci ildə Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. Burada 31 saylı orta məktəbi bitirdikdən sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil almışdır (1967–1972). Professor Əbdül Əlizadənin bacısıdır. Əmək fəaliyyətinə Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun Teatr və kino şöbəsində baş laborant kimi başlamışdır (1972–1975). Bakı Kitabxanaçılıq Texnikumunda müəllimlik etmiş (1976–1978), daha sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr tarixi kafedrasında müəllim (1978–1985), baş müəllim (1985-?), dosent və professor vəzifələrində çalışmışdır. Ədəbi fəaliyyətə 1972-ci ildən "Qobustan" toplusunda teatr tənqidi barədə dərc olunan məqalələrlə başlamış, bundan sonra dövri mətbuatda teatr tənqidinə və teatrşünaslığa dair məqalələrlə müntəzəm çıxış etmişdir. "Əhməd Ağdamski" və "Həbibbəy Mahmudbəyov" elmi-ədəbi oçerkləri "Unudulmaz səhnə ustaları" kitabında (1981, Yazıçı) dərc olunmuşdur. Azərbaycan Yazıçılar İttifaqı dramaturgiya şurasının sədri, M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram teatrında bədii şuranın üzvü (1987-ci ildən), Azərbaycan SSR Teatr Xadimləri İttifaqı idarə heyətinin üzvüdür (1988-ci ildən). "SSRİ və Yunan Teatr Əlaqələri.
Nicat Əlizadə
Nofəl Əlizadə
Nəriman Əlizadə
Fuad Əlizadə (baş leytenant)
Fuad Əlizadə (dövlət xadimi)
Fuad Əlizadə (Əlizadə Fuad Rəhim oğlu; d. 26 mart 1980, Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi. == Həyatı == Fuad Əlizadə 26 mart 1980-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1996-2000-ci illərdə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsində təhsil almış, ingilis dili ixtisasına yiyələnmişdir. 2001-2005-ci illərdə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində referent, böyük məsləhətçi vəzifələrində çalışmışdır. 2004-2006-cı illərdə Naxçıvan Dövlət Universitetini Pedaqoqika nəzəriyyəsi və tarixi fakültəsində təhsilini davam etdirərək magistr dərəcəsini almışdır. 2005-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunmuşdur. 2005-2007-ci illərdə əlavə təhsil olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsində təhsil almışdır. 1 elmi məqalənin və 5-dən artıq məqalənin müəllifidir. 2005-2013-cü illərdə Azərbaycan Respublıikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş departamentinin audit sektorunun müdiri vəzifəsində çalışmışdır.
Hacı Cəbrayıl Əlizadə
Hacı Cəbrayıl Zərbəli oğlu Əlizadə (15 yanvar 1941, Nardaran – 29 mart 2013) — Vəhdət Partiyasının sabiq sədri, Bakı və Kəndlər Birliyinin sabiq sədri, Sabunçu Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Nardaran Qəsəbə Sovetinin sabiq sədri. == Həyatı == Hacı Cəbrayıl Zərbəli oğlu Əlizadə 15 yanvar 1941-ci ildə Nardaran kəndində anadan olmuşdur. 1959-cu ildə Nardaran kənd orta məktəbini bitirmişdir. 1967–1972-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunın əmtəəşünaslıq fakültəsində ali təhsilini almışdır. 1971–1991-ci illərdə Abşeron Sovxoz Fəhlə İstehlak Cəmiyyətində çalışmışdır. Hacı Cəbrayıl Əlizadə 2002-ci ildə Nardaranda baş verən hadisələr səbəbi ilə qısa müddətli həbs edilmişdir. Hacı Cəbrayıl Əlizadə 29 mart 2013-cü ildə saat 16 radələrində ölmüşdür. Onun dəfn mərasimi 30 mart 14:30-da keçirilmiş və cənazəsi Nardaran qəsəbəsində dəfn edilmişdir. == İctimai-siyasi fəaliyyəti == Hacı Cəbrayıl Əlizadə Azərbaycan Xalq Hərəkatının aktiv üzvlərindən olmuşdur. 1991-ci ildə Nardaran Qəsəbə Sovetinin sədri olmuşdur.
Həsən İxfa Əlizadə
Həsən İxfa Əlizadə — Mollanəsrəddinçi şair, dramaturq, nasir == Həyatı == Mollanəsrəddinçi şair, dramaturq, nasir Əlizadə Həsən İxfa ədəbi fəaliyyətə 1910-cu ildə "Molla Nəsrəddin" jurnalında başlamışdır. Həyatını Şuşada keçirmiş, uzun müddət müəllimlik etmişdir. 1927-ci ildə Pedaqoji İnstitutu bitirmişdir. "Namərdi ruzgar", "Ələsgər", "Məkri zənan", "Balaxanım" və başqa əsərləri yerli səhnədə göstərilmişdir. Eyni zamanda, xeyli hekayələri və şeirləri də vardır. Həsən İxfanın maraqlı yazılarından biri də "Şuşanın tarixi"dir.
Mirzə Rza Əlizadə
Mirzə Rza Əlizadə (Tam adı: Mirzə Rza Mahmudəli oğlu Əlizadə 1875, Faxralı – 1942, İstanbul) — Tiflis şəhər ibtidai məktəbinin müəllimi. Mirzə Rza bəy Əlizadə 1875-ci ildə Borçalı qəzasının Faxralı elində dünyaya gəlmişdir. Tiflis Əliyyə məktəbində oxumuş, 1890–1895-ci illərdə Qori seminaryasında təhsil almışdır. Məmmədəlizadələr (Kovxalılar) nəslindən idi. Bölgədə tanınan axund Qazi Ələsgər onun əmisi idi. Mirzə Rza Əlizadənin mühəndis təhsilli Hidayət adlı oğlu və Səltənət adlı qızı olmuşdur. Seminariyanı bitirdikdən sonra, 1895-ci il sentyabrın 6-dan 1899-cu ilin yayına qədər Telavi-Qaracalar məktəbində müəllim olmuş, sonra Borçalı qəzası barışdırıcı münsifi (мировой посредник) yanında tərcüməçi, 1917–1918-ci illərdə Borçalı qəza komissarı Əbdürrəhim bəy Haqverdiyevin yardımçısı, 1918–19-cu tədris ilində Tiflis Puşkin adına Azərbaycan şəhər məktəbinin müdiri işləmişdir. Mirzə Rzanın Gürcüstan Demokratik Respublikası qurulanda orada Azərbaycan xalq məktəbləri inspektoru vəzifəsini tutur. Və məktəblərin inkişafında xüsusi rol oynamışdır. Onun bu məsul vəzifəyə namizədliyini Gürcüstan hökumətinə 1919-cu ildə Gürcüstan Azərbaycanlıları Milli Şurası parlamentin Azərbaycan firqəsinin təşəbbüsü ilə qaldırılmış və şuranın sədri Əlimirzə Nərimanov M.R.Əlizadəni belə səciyyələndirmişdi: Avqustun 1-də o, Qarayazı, Görarxı, Qızılhacılı, Sarvan, Sadaxlı, Arıxlı, Tecis, Soyuqbulaq, Muğanlı məktəblərinin sənədlərini qəbul etmişdi.