ƏLYƏSƏ

Adı Quranda (6: 86, 38: 48) anılmış İlyas peyğəmbərdən sonra İsrail oğullarına göndərilmiş elçilərdən biri olmuşdur. Onların hər ikisi bu xalqı Tövrata və Musanın şəriətinə riayət etməyə çağırmışdır. İlyas peyğəmbər İsrail oğullarını uzun müddət imana dəvət etsə də, onlar imana gəlməmişdirlər. Onda İlyas peyğəmbər onlardan həmişəlik ayrılıb, başqa İsrail qəbiləsinə üz tutmuşdur. Onlar isə İlyas peyğəmbərə iman gətirib onu peyğəmbər kimi tanımışdırlar. İlyas burada oğlunun adı Əlyəsə olmuş bir qadının evində qalmışdır. Bu gənc çox xəstə imiş. Anası onun sağalması üçün İlyas peyğəmbərdən Allaha dua etməyi istədi. İlyas da onun istəyini yerinə yetirən kimi Allah bu oğlanı sağaltdı. Möcüzə nəticəsində sağalandan sonra Əlyəsə həyatının sonuna kimi İlyasdan ayrılmamış, ondan Tövratı öyrənmişdir. İlyasın ölümündən sonra Allah Əlyəsəni peyğəmbər olaraq seçmişdir. O, insanları Allaha imana çağırsa d, onlar onu inkar etdilər. O zaman müxtəlif İsrail qəbilələri arasında hakimiyyət uğrunda qarşıdurma baş vermişdir. Qardaş qırğını onları gücdən salmışdır. Allah da yollarını azdıqlarına görə bir cəza kimi onların üstünə assuriyalıları göndərmişdir. Assuriyalılar İsrail torpaqlarını ələ keçirib israillilərin əksəriyyətini yurdlarından sürgün edərək kölə etmişdirlər. Sonra isə bəzi israillilər Əlyəsənin peyğəmbərliyini qəbul etsələr də, başqa məsələlərdə ona qarşı çıxmışdırlar. Allah ona möcüzələr göstərmək bacarığı da vermişdir. Əlyəsə ölümündən öncə Zülkifli yanına çağırıb Allahın istəyi ilə onu öz varisi elan etmişdir.
ƏLİ ZEYNÜL-ABİDİN
ƏMƏL DƏFTƏRİ