Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elçin
Elçin — kişi adı, Türkiyədə qadın adı. Elçin Əfəndiyev — Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycanın xalq yazıçısı Elçin Səfərli — azərbaycanlı yazıçı, jurnalist. Elçin İsağa oğlu Quliyev — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Musa oğlu Quliyev — kinorejissor, ssenari müəllifi. Elçin İbrahim oğlu Quliyev — 24 dekabr 1998-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmiş hərbçi. Elçin Quliyev — Azərbaycan Milli Məclisinin V çağırış deputatı. Elçin Əliyev (dosent) — Elçin Qafarlı — Elçin Sultanov — Elçin Zeynalov (idmançı) — Elçin Cəfərov (idman xadimi) — Elçin Hüseynov (alim) — Elçin Əliməmmədov — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, Vətən müharibəsinin şəhidi. Elçin Əhmədov (kiçik gizir) Elçin Əliyev (əsgər, 1995) — Vətən müharibəsi şəhidi. Elçin Əliyev (əsgər, 1997) — Vətən müharibəsi şəhidi.
Elçin (ad)

Elçin (meyxanaçı)
Elçin Atakişiyev (tam adı: Elçin Arif oğlu Atakişiyev; 31 oktyabr 1968 – 11 fevral 1994) — azərbaycanlı şair, qəzəlxan, meyxanaçı. == Həyatı == Elçin Arif oğlu Atakişiyev 31 oktyabr 1968-ci ildə Bakının Maştağa qəsəbəsində ziyalı ailəsində dünyaya gəlmişdir. Atası Arif kəndin sayılıb seçilən xanəndələrindən biri idi. Arif muğam və qəzəllərin mahir bilicisi idi. Atasının şeirə, qəzələ və muğama olan dərin biliyindən bəhrələnərək Elçin gənc yaşlarından şeiriyyata həvəs göstərdi. 1975-ci ildə Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbə daxil olmuşdur. Elə məktəb illərindən Elçində şeiriyyata həvəs oyanmışdır. Məktəbi bitirdikdən sonra Elçin artıq püxtələşmiş şair idi. Bir müddətdən sonra Elçin hərbi xidmətə yollandı. İki qardaşı var: Faiq və Şahin.
Elçin (yazıçı)
Elçin (tam adı: Elçin İlyas oğlu Əfəndiyev; 13 may 1943, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (1998), "İstiqlal" ordenli (2003), Azərbaycan Respublikası Baş Nazirinin keçmiş müavini (1993–2018). == Həyatı == Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində doğulub. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım…" Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin Filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1969) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə (1945–1965)" mövzusunda namizədlik (1970), "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq (1997) dissertasiyalarını müdafiə edib. 1969–1972-ci illərdə Azərbaycan ЕА Nizami adına Dil və Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində kiçik elmi işçi, 1972–1975-ci illərdə baş elmi işçi vəzifəsində işləmiş, eyni zamanda Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat İnstitutlarının Birləşmiş Müdafiə Şurasının elmi katibi olmuşdur. 1975-ci ildə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiya heyətinin üzvü seçilmişdir. 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin katibi olmuşdur.
Elçin Abbasov
Elçin Alıyev
Elçin Arazov
Elçin Aslanov
Elçin Muxtar oğlu Aslanov — Azərbaycanın əməkdar rəssamı, kino rəssamı, miniatürçü-rəssam. == Həyatı == Elçin Aslanov 1934-cü ildə Bakıda anadan olub. 1962-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. O, kiçik yaşlı uşaqlar üçün nəşr olunmuş 60-dan çox kitabın tərtibatı və illüstrasiyaların müəllifidir. Elçin Aslanov 1982–1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının "Miniatür və kitab qrafikası" bölməsinə rəhbərlik edib. 2002-ci ildə əməkdar rəssam fəxri adına layiq görülüb. == Filmoqrafiya == Cırtdan (film, 1969) Üçüncü zəng (film, 2006) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Elçin Atakişiyev
Elçin Atakişiyev (tam adı: Elçin Arif oğlu Atakişiyev; 31 oktyabr 1968 – 11 fevral 1994) — azərbaycanlı şair, qəzəlxan, meyxanaçı. == Həyatı == Elçin Arif oğlu Atakişiyev 31 oktyabr 1968-ci ildə Bakının Maştağa qəsəbəsində ziyalı ailəsində dünyaya gəlmişdir. Atası Arif kəndin sayılıb seçilən xanəndələrindən biri idi. Arif muğam və qəzəllərin mahir bilicisi idi. Atasının şeirə, qəzələ və muğama olan dərin biliyindən bəhrələnərək Elçin gənc yaşlarından şeiriyyata həvəs göstərdi. 1975-ci ildə Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbə daxil olmuşdur. Elə məktəb illərindən Elçində şeiriyyata həvəs oyanmışdır. Məktəbi bitirdikdən sonra Elçin artıq püxtələşmiş şair idi. Bir müddətdən sonra Elçin hərbi xidmətə yollandı. İki qardaşı var: Faiq və Şahin.
Elçin Axundov
Elçin Hami Əbdül oğlu Axundov — Azərbaycanın tanınmış animasiya rejissoru, ssenari müəllifi, kino rəssamı, rəssam assistenti, fazaçı rəssam, fon rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000). == Həyatı == Elçin Hami Əbdül oğlu Axundov 7 fevral 1948-ci ildə Bakıda anadan olmuşdur. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1968), Lvov Poliqrafiya İnstitutunda (1978) təhsil alıb. 1966-cı ildən quruluşçu rəssam, animator rəssam, quruluşçu rejissor kimi kino sahəsində çalışır. Kiçik yaşlı uşaqlar üçün "Sənin ilk kitabın" silsiləsindən olan "Qarış-qarış öyrən və çalış", "Ekoloji əlifba", "Əlifba 1" və "Əlifba 2", hətta Üzeyir Hacıbəyovun 90 illiyinə həsr olunmuş kitabın tərtibatını verib. 1994-cü ildən "Azanfilm" animasiya filmləri studiyasının bədii rəhbəridir. 2000-2012-ci illərdə bu studiyanın direktoru olmuşdur. "Qızıl çıraq" və "Naməlum kino" festivallarının qalibidir. 2019-cu ildə 2-ci Beynəlxalq Animasiya Festivalında "Qızıl qayıq" mükafatına layiq görülüb. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Elçin Axundzadə

Elçin Ağayev
Elçin Ağazadə
Elçin Ağazadə (30 avqust 1981, 26 Bakı Komissarı rayonu) — Azərbaycanlı rejissor, prodüser. == Həyat və fəaliyyəti == Elçin Fizuli oğlu Ağayev 30 avqust 1981-ci ildə Azərbaycan SSR-in paytaxtı Bakı şəhərinin, Səbail rayonunda dünyaya gəlib. 1988-ci ildə Bakı şəhəri, Səbail rayonunda 190 saylı tam orta məktəbdə təhsil almağa başlamış, 1999-cu ildə Hüseyn Cavid adına 132 № t.o.m-də tam orta təhsilini bitirib. 2000–2015-ci illərdə ilk şəxsi fəaliyyətinə səs rejissoru kimi başlamış, 2015-ci ildən rejissor kimi fəaliyyətinə davam edir. Reklam, klip, sosial çarxlar və daha sonra isə sənədli filmlərin rejissorluğunu edib. Bir çox işlərdə prodüser kimi də fəaliyyət göstərmişdir. Autizm sindromlu uşaqlara həsr etdiyi "Uğur böcəyi" qısametrajlı filmi ABŞ-nin Florida ştatında keçirilən "15 dəqiqə çərçivə" adlı Beynəlxalq Kino Festivalının "Ən yaxşı sosial film" nominasiyasında 1-ci yeri tutmuşdur. Quruluşçu rejissoru olduğu qısametrajlı "28" bədii-sənədli filmi 2021-ci ildə Türkiyənin Xaricdə Yaşayan Türklər və Qohum Cəmiyyətləri İdarəsi (YTB), Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsi, TRT, Anadolu Agentliyi və Boğaziçi Mədəniyyət-Sənət Fondunun təşkilatçılığı ilə ilk dəfə keçirilən Diaspora Beynəlxalq Qısa Film Festivalında 120 ölkədən təqdim edilən 3123 film arasında münsiflər heyəti tərəfindən final mərhələsinə seçilən 24 filmdən biri kimi 27–29 avqust tarixlərində İstanbulun "Atlas" kinoteatrında nümayişi təşkil edilib. 2022-ci ildə İran İslam Respublikasında keçirilən "Beynəlxalq Ərbəin Festivalı"nda rejissoru olduğu "Başqa Həyat" sənədli filmi ən yaxşı film nominasiyası üzrə qalib olmuşdur. 2022-ci ilin 2 aprel – 2 may tarixlərində Ramazan ayı boyunca Xəzər TV-də yayımlanmış Hacı Şahin Həsənlinin qonaq olduğu "Ramazan sevinci" adlı verilişin rejissoru olub.
Elçin Babayev
Elçin Səfərəli oğlu Babayev (4 aprel 1965, Naxçıvan) — fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru (2009–2019), AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müaviniŞamaxı Astrofizika Rəsədxanasının "Kosmik plazma və Heliogeofiziki problemlər" şöbəsinin rəhbəri, 2019-cu il 11 martdan etibarən Bakı Dövlət Universitetinin rektoru. == Həyatı == Elçin Babayev 4 aprel 1965-ci ildə Naxçıvanda doğulub. AMEA-nın müxbir üzvü Səfəralı Babayevin oğludur. 1996–1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində, 1998–1999-cu illərdə Bakı Dövlət Universitetində, 1996–1999-cu illərdə Əmək və Sosial Münasibətlər Akademiyasında, 1995–2009-cu illərdə 289 nömrəli məktəb – "Zəngi" liseyində, Azərbaycan Respublikasının Prezidenti yanına Dövlət İdarəçilik Akademiyasında, Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunda və Rəhbər kadrların fasiləsiz təhsil mərkəzinin qısamüddətli ixtisasartırma kurslarında pedaqoji fəaliyyət göstərib. 2019-ci il martın 11-də Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir. 2024-cü il martın 27-də növbəti 5 il müddətinə həmin universitetin rektoru təyin olunub. == Təltif və mükafatları == 2005-ci il dekabrın 14-də "Tərəqqi" medalı təltif edilmişdir.
Elçin Baxşaliyev
Elçin Baxşəliyev
Elçin Bayramlı
Elçin Bağırov
Elçin Tələt oğlu Bağırov (8 aprel 1959, Kirovabad) — Fövqəladə və səlahiyyətli səfir, Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi (2004–2022), Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Elçin Bağırov 8 aprel 1959-cu ildə Gəncə şəhərində anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 18 iyun 1984-cü ildən 2 mart 1992-ci ilə qədər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində II katib, I katib və 4 may 1992-ci ildən 25 mart 2004-cü ilə kimi isə nazirliyin Dövlət protokolu idarəsi rəisinin müavini və rəisi vəzifələrində çalışmışdır. Elçin Bağırov 2 mart 1992-ci ildən 2 may 1992-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Dövlət katibinin köməkçisi, 25 mart 2004-cü ildən 2022-ci ilə kimi Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi işləyib. 17 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Elçin Cahangirli
Elçin Məmiyev (28 yanvar 1966, Masallı rayonu) — Azərbaycan televiziya rejissoru və aktyoru. == Həyatı == Azərbaycanın ilk teleserial rejissoru Elçin Təvəkkül oğlu Məmiyev 28 yanvar 1966-cı ildə Masallı rayonu, Qasımlı kəndində Müəllim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra, incəsənət universitetinin aktyorluq fakültəsinə daxil olub. Tələbəlik illərində gənc aktyor kimi Azərbaycan və dünya dramaturqlarının səhnə əsərlərində müxtəlif rollar oynayıb. 1988-ci ildə ali təhsilini başa vurub. Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında çəkdiyi "Leyli və Məcnun" bədii televiziya filmi ilk rejissorluq işidir. 1990-cı illərdə "iynə-sap", "səs", "qorxma atəş aç!" və sair televiziya filmləri ilə tamaşaçıların və sənətşünasların böyük rəğbətini qazanıb. 1992-ci ildə Salam Qədirzadənin eyniadlı hekayəsinin motivləri əsasında çəkdiyi və xalq artisti Arif Quliyevin baş rolda oynadığı "Bığ əhvalatı" televiziya filmidir. 1994-cü ildə "Sənət" mükafatına layiq görülüb. Elçin Məmiyevin "Yanmış körpülər", "Oyunçu", "Susmuş vicdan", "Sevginin Göz Yaşları", "Boyunbağı" teleserialları onun özünün də aktyor kimi oynadığı rejissorluq işlərindəndir.
Elçin Cəbrayılov
Elçin Cəfərov
Elçin Cəfərov (teatrşünas) — azərbaycanlı teatrşünas
Elçin Cəlilov
Elçin Cəlilov (17 iyul 1968 – 10 may 2005) — Azərbaycan müğənnisi. == Bioqrafiyası == === Erkən illəri === Elçin Əsəd oğlu Cəlilov 17 iyul 1968-ci ildə, musiqiçi ailəsində anadan olub. Ailədə iki qardaş, bir bacı olublar. Elçin atasını erkən yaşlarında avtomobil qəzasında itirib. Musiqiyə həvəsi ailəsindən başlanıb. Sovet dövründə ailə ansambllarından birini də Cəlilovlar ailəsi təşkil edib. Səkkiz nəfərlik ailə ansamblı müxtəlif qastrollara gedir, konsert proqramları ilə çıxış edirdilər. Daha sonra Elçin Bülbül adına musiqi məktəbinə daxil olur, Şövkət Ələkbərovadan dərs alır.
Elçin Dostuyev
Əlzin
Əlzin (az-əbcəd. الزین‎, fars. الزین‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 398 nəfər yaşayır (124 ailə).
Əlçim
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Elçin Eminov
Elçin Eminov (d. 12 yanvar 1991) — Azərbaycanlı uşu sandaçı. 6 qat Avropa çempionu, 2013-cü ildə baş tutan III İslam Həmrəyliyi Oyunlarında bürünc medal, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında isə gümüş medal qazanıb. == Karyerası == Elçin Eminov 2013-cü ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 56 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Elçin Eminov, 1/8 final mərhələsində Malayziya idmançısı Ooi Lih Yanq üzərində 2:0 hesablı, 1/4 final mərhələsində isə Yəmən idmançısı Yusif İsgəndər üzərində 2:0 hesablı qələbə qazandı və yarışların yarım-final görüşünə vəsiqə qazandı. 1/2 final mərhələsinin görüşündə isə o, İran idmançısı Əli Bəxtiyara 0:2 hesabı ilə məğlub oldu və və III İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu. Elçin Eminov 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 56 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Elçin Eminov, 1/4 final mərhələsində Qırğızıstan idmançısı Əvəzbəy Amanbəyov üzərində 2:0 hesablı, 1/2 final mərhələsində isə İndoneziya idmançısı Yusuf Vidiyanto üzərində 2:0 hesablı qələbə qazandı və yarışların həlledici, final görüşünə vəsiqə qazandı. Final görüşündə isə o, İran idmançısı Mehdi Məhəmmədiyə 0:2 hesabı ilə məğlub oldu və və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu. == İstinadlar == == Xarici keçidlər == "Elçin Eminov: Uşu üzrə dünya çempionatda hədəfim medal qazanmaqdır".
Elçin Hacı
Elçin Hacı — (Tam adıː Elçin Hacıbaba oğlu Hacıyev) Azərbaycan teatr və kino aktyoru, prodüser == Həyatı == Elçin Hacı 19 dekabr 1987-ci ildə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub. 1994-2005-ci illərdə Sabunçu rayonu Maştağa qəsəbəsi Əliağa Vahid adına 293 nömrəli eksperimental tam orta məktəbdə oxumuşdur. 2005-2009-cu illərdə Əli bəy Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru ixtisasına yiyələnmişdir. 2009-cu ildə "Satira" teatr studiyasında çalışıb.2009-2010-cu illərdə hərbi xidmətdə olub.2010-2018-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aparıcı aktyor kimi fəaliyyət göstərib.Müxtəlif illərdə və hal hazırda Akademik Milli Dram Teatrında tamaşalarda iştirak edir.2020 ci ildən Radio Anten 101 fmdə "Canlı kitab" verilişinin aparıcısı və "1 SƏHNƏ" prodüser mərkəzinin direktorudur. == Yaradıcılığı == 2006, 2008 və 2011-ci illərdə Respublika Bədii Qiraət müsabiqələrinin laureatı olub. 2011-ci ildə Xalq Teatrları festivalında baş rolu oynadığı "Vətən daşları" (rej:Anar Babalı) tamaşası 1-ci yerə layiq görülmüşdür. 2012-ci ildə "2+1" eksperimental tamaşalar festivalında əsas rolda oynadığı "Romeo və Cülyetta" (rej:Mirzə Ağa Mirzəyev) tamaşasında diploma layiq görülmüşdür. 2011-2012-ci illərdə Respublika Teatr festivallarında oynanılan tamaşalarda rol almışdır. 2011-2015-ci illərdə Azərbaycanın rayonlarına, Türkiyəyə, Gürcüstana qastrol səfərlərinə gedib. Bakı Beynəlxalq Teatr Konfranslarında, seminarlarda, ustad dərslərində iştirak edib.
Əfşin Əmiri Cəcin
Əfşin Əmiri Cəcin (fars. افشین امیری ججین‎) — azərbaycanlı yazıçı. Əfşin Əmiri Cəcin 1982-ci ildə İranın Ərdəbil şəhərində doğulub. Odiologiya, dilçilik və rehabilitasiya bölümündə fəlsəfə elmlər doktoru dərəcəsini alıb. 2010-cu ildə İranın "Gənclər" milli festivalında ədəbiyyat nominasiyasının qalibi olub. Odiologiya sahəsində dünyada ilk dəfə olaraq "Sırğa və yumşaq" model eşitmə cihazları ixtira edib. Biri...