ələmlilik
ələnmək
OBASTAN VİKİ
Ələngəzdağı
Ələngəzdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2369,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qazangöldağ yüksəkliyindən (3829,2 m) ayrılan Ağdağ qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsinin suayırıcısında, Nəsirvaz kəndindən 1,2 km şimalda zirvə. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında Zəngəzur qalxım zonası ilə təmas zolağında müşahidə edilən eyniadlı sinklinalın şimal-şərq qanadında yerləşir. Zirvə hissəsində Kələki lay dəstəsinin süxurlarını yaran andezitli porfirit tərkibli kiçik subvulkanik kütlə müşahidə edilir. Cənub-şərq yamacında şimal-şərq istiqamətli fay qırılmaları izlənilir.ALANGÖZDAĞ – Ordubad rayonu ərazisində Ələngəz dağının (hünd. 2369,9 m) yerli əhali arasında işlədilən başqa adı.

Digər lüğətlərdə

по-госуда́рственному прокря́кать самовла́стие Сиби́лла черке́ска имби́рь компо́стный мегапо́лис органи́ческие вещества погусте́ть толщи́нка тюльпа́н лупирка чарпел afterswarm androsterone birthstone disturbed egg-plum empyrical flagella Lord вызволять переодетый хвойный