ƏMƏVİLƏR

Əməvilərə qarşı Hicazda böyük bir qiyam baş vermişdir. Ona Abdullah ibn Zübeyr başçılıq edirdi. O, Xilafət ordusuna güclü müqavimət göstərərək onu geri çəkilməyə məcbur etmişdir. Bundan sonra Əməvilər yalnız Suriyada hakimiyyətlərini qoruyub saxlaya bilmişdilər. Abdullah isə xəlifə kimi tanınaraq hakimiyyətini 64/684 – 73/692-ci illərə qədər davam etdirmişdir. Ancaq, Abdullahın uğurları çox da davam etməmişdir. Belə ki, Əməvilər öz aralarında siyasi çəkişmələrə son qoya bilmişdirlər. Beləliklə, hakimiyyət onların Süfyanilər qolundan olan Mərvanilərə keçmişdir. Bundan sonra suriyalılar Hicaz üzərinə hücuma keçərək Abdullah ibn Zübeyrin qoşununu məğlub etdilər. Abdullah isə döyüşlər zamanı həlak olmuş, Əməvi Əbdül-Məlik ibn Mərvan (73/692 – 86/705) isə xəlifə təyin edilmişdir. Bundan sonra Xilafətdə stabillik dövrü başlamışdır. O zaman Xilafətin sərhədləri genişlənmiş və beləliklə, İslam ordusu Asiya, Afrika və Avropada yeni torpaqları ələ keçirə bilmişdirlər. Məhz Əməvilərin hakimiyyəti dövründə İspaniya alınmış və bütün bu yerlər Əməvi Xilafəti adlanan imperiyanın tərkib hissəsinə çevrilmişdir. Ancaq, bütün bu zamanlarda Əməvilərə qarşı üsyanlar da səngimirdi. Xüsusən də, şiə və xaricilər aktivlik göstərirdilər. Onların hərəkatı Əməviləri sarsıdırdı. Eyni zamanda, hakim sülalənin öz arasında saray qarşıdurmaları da baş verirdi. Bütün bunlar onları gücdən salırdı. Əməvilərə qarşı daha bir güclü qiyam 121/740-cı ildə baş vermişdir. Əhli-beytdən olan Zeyd ibn Əli İraqa dəvət edilmiş və o, xəlifə I Hişam ibn Əbdül-Malikin hakimiyyətinə qarşı üsyana başçılıq etmək istəmişdir. Ancaq o da, xəyanət ilə üzləşmişdir. Zeyd babası Hüseyn kimi kiçik bir qrup tərəfdarları ilə Xilafət qoşunu tərəfindən darmadağın edilmişdir. Ancaq, Zeyd ibn Əlinin qaldırdığı üsyanın yatırılması Əməvilərin nüfuzuna çox ağır zərbə vurmuşdur. Getdikcə Xilafəti hakimiyyətə qarşı olan üsyanlar bürüyürdü. Sülalə isə ölkəyə artıq nəzarət edə bilmirdi. Zeydin qətlə yetirilməsindən on il sonra Əməvi hakimiyyətinə son qoyuldu. O zaman Əməvilər Abbasilərin Xorasanda qaldırdıqları üsyanının qarşısını ala bilmədilər. Bunun nəticəsində onlar Xilafəti əldən vermiş oldular. Abbasilər xilafətə gəldikdən sonra Əməvilər hər yerdə təqib olunub öldürülürdülər. Ancaq xəlifə Hişamın oğlu Əbdürrəhman İspaniyaya qaçmış və orada 138/756-cı ildə Kordova əmirliyini yarada bilmişdir. Bu əmirlik Abbasilərin nəzarətindən çıxa bilmişdir. 316/929-cu ildə isə Kordova əmiri III Əbdürrəhman özünü xəlifə elan etmişdir. Beləliklə, Əməvilər İspaniya və Şimali Afrikanın bir hissəsində öz Xilafətlərini bərpa edə bilmişdir. Kordova Xilafəti 422/1031-ci ilə qədər davam etmiş və sonra daxili çəkişmələr səbəbindən parçalanmışdır. Kordova Xilafətinin dağılmasından sonra Əməvilər tarixdən silinmişdirlər. Əməvilər dövründə bütün Şimali Afrika, İspaniya, Mavərrənnəhr, Hindistanın bir neçə bölgələri ələ keçirilmişdir. Onların İspaniyadakı hakimiyyəti dövründə isə Kordova Xilafəti Avropanın mədəni və elm mərkəzi olmuşdur.
ƏMƏVİLƏR
ƏMİNƏ BİNT VƏHB
OBASTAN VİKİ
Əməvilər
Əməvilər (ərəb. الأمويون‎) və ya bəni Üməyyə ‏(ərəb. بنو أمية‎) — əsası I Müaviyə tərəfindən 661-ci ildə qoyulan müsəlman xəlifələri sülaləsi. Süfyani və mərvani əməviləri VIII əsrin ortalarına qədər Əməvilər xilafətini idarə etmişlər. Əməvilər sülaləsinin dövründə Xilafət ordusu indiki Cəbəlüttariq boğazını keçərək Avropaya girdi, müasir İspaniya torpaqlarına daxil olub yürüşü davam etdirdi. 750-ci ildə Əbu Müslimin qiyamı nəticəsində Əməvilər sülaləsini əvəz edən Abbasilər tərəfindən hakimiyyətdən devrilmiş və İspaniyada Kordova xilafətinin əsasını qoyan xəlifə Hişam ibn Əbd əl-Malikin nəvəsindən başqa bütün əməvilər həlak olmuşdur. Sülalənin banisi Əbdşəms ibn Əbdmanafın oğlu və Əbdülmütəllibin əmisi oğlu Üməyya ibn Əbd Şəms olmuşdur.
Əməvilər sülaləsi
Əməvilər (ərəb. الأمويون‎) və ya bəni Üməyyə ‏(ərəb. بنو أمية‎) — əsası I Müaviyə tərəfindən 661-ci ildə qoyulan müsəlman xəlifələri sülaləsi. Süfyani və mərvani əməviləri VIII əsrin ortalarına qədər Əməvilər xilafətini idarə etmişlər. Əməvilər sülaləsinin dövründə Xilafət ordusu indiki Cəbəlüttariq boğazını keçərək Avropaya girdi, müasir İspaniya torpaqlarına daxil olub yürüşü davam etdirdi. 750-ci ildə Əbu Müslimin qiyamı nəticəsində Əməvilər sülaləsini əvəz edən Abbasilər tərəfindən hakimiyyətdən devrilmiş və İspaniyada Kordova xilafətinin əsasını qoyan xəlifə Hişam ibn Əbd əl-Malikin nəvəsindən başqa bütün əməvilər həlak olmuşdur. Sülalənin banisi Əbdşəms ibn Əbdmanafın oğlu və Əbdülmütəllibin əmisi oğlu Üməyya ibn Əbd Şəms olmuşdur.
Əməvilər xilafəti
Əməvi xilafəti və ya Dəməşq xilafəti ( 661-750; Böyük Britaniya : / ʊ ˈ m aɪ j æ d , uː ˈ - / , ABŞ : / uː ˈ m aɪ ( j ) ə d , - aɪ æ d / ; Ərəbcə : ٱلْخِلَافَة ٱلْأُمَوِيَّة , romanlaşdırılmış : əl-Xilafət əl-ʾUmawīyah ) dörd böyük xilafətdən ikincisi idi. Məhəmməd peyğəmbərin vəfatından sonra I Muaviyə tərəfindən quruldu . Xilafət Əməvilər sülaləsi tərəfindən idarə olunurdu ( ərəb : ٱلْأُمَوِيُّون , əl-ʾUmawīyūn , və ya بَنُو أُمَيَّة , Banū Umayyah , "övladları ). Ailə Birinci Fitnə başa çatdıqdan sonra altıncı xəlifə olmuş Böyük Suriyanın uzun müddət valisi olmuş Müaviyə ibn Əbi Süfyanla birlikdə sülalə, irsi hakimiyyət qurdu .661-ci ildə. 680-ci ildə I Muaviyənin vəfatından sonra varislik uğrunda ixtilaflar İkinci Fitnə ilə nəticələndi və hakimiyyət nəhayət qəbilənin başqa qolundan olan I Mərvanın əlinə keçdi . Böyük Suriya daha sonra Əməvilərin əsas güc bazası olaraq qaldı, onların paytaxtı Dəməşq idi. Əməvilər , Transoxiana , Sindh , Maqrib və Pireney yarımadasını ( Əndəlus ) İslam hakimiyyəti altına daxil edərək müsəlmanların fəthlərini davam etdirdilər. Ən böyük ölçüdə Əməvi Xilafəti 11.100.000 km 2 (4.300.000 sq mi) ərazini əhatə etdi və bu onu ərazi baxımından tarixin ən böyük imperiyalarından birinə çevirdi. İslam dünyasının əksər hissəsində sülalə 750-ci ildə Abbasilərin başçılıq etdiyi üsyan nəticəsində devrildi. Sülalədən sağ qalanlar Əmirlik şəklində olan Kordovada möhkəmləndilər.və sonra xilafət , İslam Qızıl dövründə dünya elm, tibb, fəlsəfə və ixtira mərkəzinə çevrildi.

Digər lüğətlərdə