Hindistanın inzibati-ərazi bölgüsü
Hindistan Konstitusiyasına əsasən inzibati cəhətdən Hindistan Respublikası 29 ştat və 7 ittifaq bölgəsindən ibarətdir. İttifaq bölgələri bunlardır: Andaman və Nikobar adaları, Çandiqarx, Dadra və Naqar Haveli, Daman və Diu, Dehli, Lakşadvip, Pondiçeri.
== Ştatların təsnifatlaşdırılması ==
Hindistаn ştаtlаrı А, B, C kimi üç böyük qrupdа təsnifаtlаndırılmışdır.
A tipli ştatlar (Assam, Qərbi Benqal, Bihar, Bombey, Madhya Pradeş, Madras, Orissa, Pəncab və Uttar-Pradeş) öz seçkili parlamentləri və müstəqil formalaşmış idarəetmə orqanları fəaliyyət göstərir.
B tipli ştatları (Haydarabad, Sauraştra, Maysur, Travankar-Koçin, Madhya-Bharat, Vindhya-Pradeş, Patiali və Şərqi Pəncab ittifaq ştatları, eləcə də Racəstan) nominal monarx sayılan racapramukhamilər idarə edir.
C tipli ştatları (Dehli, Kuth, Himaçal-Pradeş, Bilaspur, Kurq, Bhopal, Manipur, Acmer və Tripura) idarə etmək üçün mərkəzi hökumət tərəfindən komissarlar təyin olunur. Cammu və Kəşmir isə xüsusi ərazilər elan olunmuşdur.
== Ştatların səlahiyyətləri ==
Müasir dövrdə Hindistanda 29 ştat və 7 ərazi (6 ittifaq ərazisi, 1 paytaxt dairəsi) mövcuddur. Hər bir ştat dairələrə ayrılır. Bu ölkədə 642 inzibati dairə vardır.