Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları

Qədim zamanlardan başlayaraq Azərbaycan türklərinin yaşamış olduğu Ermənistan Respublikası ərazisində indi azərbaycanlı yoxdur. Ermənilərin 1828-ci ildən başlanmış azərbaycanlıların qovulub çıxarılması prosesi 1988-ci ildə başa çatdırıldı. Həmin il azərbaycanlıların axırıncı sakinləri erməni millətçiləri tərəfindən doğma şəhər və kəndlərindən deportasiya edildi. Bu tale həm də min illər boyu yaranmış coğrafi adların – toponimlərin tam genosidi ilə başa çatdı. Azərbaycanlı əhali qovulduqca ya onun kəndləri dağıdılır və beləliklə, onların adları məhv edilir, ya da 1935-ci ildən başlayaraq yeni və həm də tam uydurma erməni adları ilə əvəz olunurdu. Yeni yaradılan erməni dilli coğrafi adların bir qismi Azərbaycan dilindən erməni dilinə eyni ilə tərcümələrdən, digər qismi isə Azərbaycan toponimlərinə yad olan qondarma coğrafi adlardan ibarətdir. Əhalinin deportasiyası ilə əlaqədar olaraq kəndlər, dağlar, dərələr, çaylar, bulaqlar da öz tarixi adlarından məhrum oldular. Bu, aydındır: bir yerdə ki, xalq yaşamır, o xalqın dilində coğrafi adlar da yoxdur. 1988-ci ildə Ermənistandan axırıncı Azərbaycan əhalisinin deportasiyası ilə oradakı bütün türkmənşəli adlar, o cümlədən mikrotoponimlər də ölümə məhkum edildi. Ermənilər azərbaycanlıların Ermənistan ərazisində tarixi izini silmək üçün qədim türklərə məxsus xaçdaşları, vişap adlanan balıq və ilan şəkilli daşları, qoç heykəlləri (V əsr erməni müəllifi Moisey Xorenasi Madayın axırıncı hökmdarı Astiaqın (e.ə. 585–550) nəslini, yəni madayları vişap adlandırır, madayların ilana sitayiş etdikləri məlumdur; belə daşlar Gürcüstanda, Şimali QafqazdaMonqolustanda da tapılmışdır) harada varsa məhv etmişlər. Azərbaycan dili mənşəli xırda yer adlarının (mikrotoponimlərin) və dağların, çayların, dərələrin və s. adlarının aqibəti belədir. Tədqiqatçılarımızın qarşısında həmin adları toplayıb öyrənmək və gələcək nəsillərə çatdırmaq vəzifəsi dururdu. Doğrudur, Ermənistan ərazisində türkmənşəli coğrafi adların tədqiqi sahəsində müəyyən işlər görülmüşdü nə görülür.[1]

Ermənilərin ərazi iddiaları[redaktə | mənbəni redaktə et]

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası Dağlıq QarabağZəngəzur daxil olmaqla Kürdən cənubdakı torpağımızın guya tarixən ermənilərə, yəni özlərini hay adlandıranlara məxsus olması haqqında saxta mülahizə ilə bağlıdır. Erməni tarixçiləri bu uydurmanı qədim mənbələrdə məlumatlarla əsaslandırırlar. Ona görə biz mənbələrdə həmin məlumatları nəzərdən keçirməliyik. Erməni tarixçiləri Kürdən cənubdakı ərazimizin guya tarixən haylara mənsub olduğunu deyərkən Strabonun (I əsr) Sakasena, Kaspiana və Araksena əyalətlərinin Ərməniyəyə məxsus olması məlumatlarına istinad edirlər. Strabon əsərinin 4 yerində Sakasena adlı əyalət haqqında məlumat verir (Strabon II,I,14; XI.7, 2; 14, 4 və XI, 8, 4). İndiyədək tarixşünaslıqda belə hesab edilmişdir ki, söhbət yalnız bir Sakasena adlı əyalət barədə gedir. Lakin araşdırma göstərir ki, Strabonun məlumatı üç müxtəlif Sakasena haqqındadır. Qeyd etmək lazımdır ki, Sakasena toponimi Saka etnonimindən və indiyədək yazıldığı kimi guya iran mənşəli şauana yer, ərazi sözündən ibarət deyil. Bu ad bütövlükdə əsli Sakasindir. Lakin Strabon həm adın sin komponentini sen kimi yazmış, həm də sonuna a səsini əlavə etmişdir. Tədqiqatçılar isə köklü, türkmənşəli sin sözünü Strabonun əlavə etdiyi a səsi ilə birləşdirərək uydurma sena sözü əmələ gətirmiş və onu erməni dilində şen kənd, yaşayış məntəqəsi kimi qədim farsmənşəli şauana sözü hesab etmişlər(89, 251). Həm də qeyd edilməlidir ki, rus, Qərbi Avropaerməni tarixçiləri də sakları irandilli etnos sayırlar. İqrar Əliyev sakları türk mənşəli hesab edənləri hətta gülünc adlandırır (Aliev İ. Oçerk istorii Atropatenı, s. 131, qeyd 5.). Qədim Şərq xalqlarının tarixi sahəsində ən böyük saxta fikir budur. Bu uydurmanın yaranması səbəbləri barədə danışmaq yeri deyil. Qısaca onu demək lazımdır ki, saklar türkdillilər idilər. Sakasin toponiminin sin (çin, şin) komponenti təmiz türk mənşəli söz olmaq etibarilə etnonimlərə əlavə olunanda hissə mənasındadır. Məsələn, Orta əsrlərdə Alaqçın, Bulqaçın, Keremuçin, Alşın, Kamasin türk tayfa adları məlumdur. Cənubi Azərbaycan ərazisində Uskiyə mahalında Macarşin (macar etnonimindən və sin, şin şəkilçisindən), Xuvarlı mahalında Avarşin (avar etnonimindən və sin, şin şəkilçisindən) kənd adları vardır (13, 162). Qeyd edilməlidir ki, er.əv. IV əsr hadisələri ilə əlaqədar Arrian (I I əsr) bu etnonimitoponimi məhz Sakesin kimi yazmışdır (Arrian, III, 8, 4). İndi isə Strabonun Sakasena adlı əyalətlər barədə məlumatlarının şərhinə keçək. 1.Yuxarıda qeyd etdik ki, Strabon üç Sakasena adlı əyalət haqqında məlumat vermişdir. İki yerdə (Strabon, II.I,14 və XI, 7, 2) müəllif Sakasenanın Gürgandan cənubda (yəni Xəzərin cənub qərbində Atropatenada) yerləşdiyini yazır. Hər iki məlumatda Sakasena Araksena adlı əyalətlə yanaşı çəkilir və hər ikisinin Ərməniyəyə məxsus olması göstərilir. Deməli, Strabonun bu iki məlumatında adı çəkilən Sakasena əyaləti Gürgandan cənubda Aropatenada idi. Gürganın qonşuluğunda bir əyalətin Sakasena adlanması haqqında Strabonun məlumatı başqa mənbələrlə də təsdiqlənir. Ksenefont (er.əv. V əsr) yazır ki, gürganların yaxınlığında (qonşuluğunda) saklar yaşayırlar (Ksenofon Anabazis, V, 2). Herodot (er.əv. V əsr) sakların bir hissəsinin parikanlarla yanaşı yaşadığını yazmışdır (Herodot,III, 92). V.V. Struve bu məlumat haqqında yazmışdır ki. Herodotun parikanlar kimi qeyd etdiyi ad "qirkanlar" (gürganlar) adının katiblərin səhvi üzündən təhrifdir. Ona görə V.V. Struve də sakların bir hissəsinin gürganların qonşuluğunda yaşadığını yazmışdır (bax: V.V.Struve. Poxod protiv skifov. M.1966, s.236–237). Strabonun özü Xəzərin cənub qərbindən şərqə doğru tayfaları sadaladıqda əvvəlcə skifləri (antik müəlliflərin əsərlərində skif adı altında əsasən saklar nəzərdə tutulur) və qirkanları sadalayır (Strabon, II, 5,31). Deyilənlərdən aydın olur ki. er.əv. I əsrdə Atropatenada sakların bir hissəsi gürganların qonşuluğunda yaşayırdı və onların məskun olduqları əyalət Sakasena adlanırdı. 2.Sakasena adlı əyalət haqqında əsərinin başqa yerində Strabon yazır ki, AlbaniyaKür çayı ilə sərhəddə (oxucu Albaniya ilə sərhəddə ifadəsini yadda saxlamalıdır; belə çıxır ki, bu Sakasena Albaniyaya aid deyil, bax aşağıda). Sakasena əyaləti yerləşir (Strabon, XI, 14, 4). Tədqiqatçılar bu Sakasenanı doğru olaraq Kürdən cənubda indiki Gəncə bölgəsi ilə lokalizə edirlər. Həqiqətdə də , Alban tarixçisi Musa Kalankatlı Gəncə şəhərinnin Şakaşen əyalətində yerləşdiyini yazmışdır (Alban tarixi, III kitab, 21-ci fəsil). Orta əsrlərdə 1593-cü ildə Gəncə bölgəsində bir çayın Şəkiçay adlandığı da məlumdur (bax: 79, 82). Nəhayət, Strabon əsərinin başqa yerində Sakasena adlı bir əyalət haqqında danışır və yazır ki, saklar Ərməniyədə yaxşı torpaqları tutaraq oraya öz adları ilə Sakasena adını vermişlər (Strabon, XI, 3, 4). Bu Sakasena, aşağıda deyəcəyimiz kimi, Kiçik Asiyanın şərqində Qızıl İrmaq çayının hövzələrində yerləşirdi (165,177). Bu lokalizə Ksenefontun (er.əv. V əsr) Kiçik Asiyanın şərqində skiflərin (yəni sakların) yaşaması barədə məlumatı ilə təsdiqlənir. Beləliklə, Strabonun yaşadığı dövrdə (er.əv. I əsr və biz. eranın I əsri) üç Sakasena adlı əyalət vardı: biri Gürgandan cənubda (Atropatenada), ikincisi Kürdən cənubda (indiki Gəncəbasar bölgəsi), üçüncüsü Kiçik Asiyanın şərqində-Arminidə. Mənbədə Atropatenadakı Sakasena Ərməniyəyə aid edilir (aşağıda onun er.əv. I əsrdə Ərməniyə tərəfindən işğal olunduğunu deyəcəyik), üçüncüsünün isə Arminidə yerləşdiyi qeyd olunur. İndiyədək tədqiqatçılar ərazicə bir-birindən aralıda yerləşən birinci və üçüncü Sakasena barədə Strabonun məlumatlarını ikinci Sakasena (Kürdən cənubda Gəncə bölgəsi) barədə məlumatla birləşdirərək (məsələn, İ.M.Dyakonov yazır ki. Strabon əsərinin bir neçə yerində Gəncə bölgəsindəki Sakasenanın adını çəkmişdir 89, 250). Kürdən cənubda Azərbaycan ərazisinin binadan Ərməniyəyə, yəni haylara məxsus olduğu kimi səhv nəticəyə gəlmişlər. Belə hesab etmişlər ki, Strabonun Sakasena barədə məlumatları yalnız bir Sakasenaya aiddir. Azərbaycanlı tədqiqatçılar bu dolaşıqlığı görə bilməmiş, Strabonu ardıcılsızlıqda taxsırlandırmaqla kifayətlənmişlər. İndi biz başqa bir məsələni araşdırmalıyıq. Sakasenalar barədə Strabonun məlumatlarından aydın oldu ki, iki Sakasena Ərməniyyəyə aiddir: Gürgandan cənubdakı Sakasena və Armiində -yəni Kiçik Asiyada yaxşı torpaqları tutmuş sakların yerləşdiyi Sakasena. Kürdən cənubdakı Sakasenanın (tədqiqatçıların haqlı olaraq Gəncə bölgəsi ilə lokalizə etdikləri Sakasenanın) Ərməniyəyə aid olması barədə Strabonun əsərində və başqa qədim mənbələrdə məlumat yoxdur. Özlüyündə aydındır ki, bu Sakasenanın Strabonun Arminidə yaxşı torpaqları tutmuş sakların yerləşdiyi Sakasena haqqında məlumatla birləşdirmək olmaz, ona görə ki, Kiçik Asiyanın şərqində — Arminidə olan Sakasena er.əv. VII əsrdə sakların Urartu dövlətinin ərazisinə girərək məskunlaşması nəticəsində yaranmışdır. O zaman hələ Kiçik Asiyanın şərq hissəsinin adı kimi Ərməniyə adı yox idi, Urartu dövlətinin tərkibində Armeini (Armiin) əyaləti vardı. Deməli, Strabonun Arminidə sakların yaxşı torpaqları tutması məlumatını Urartuda saklar yaxşı torpaqları tutdular kimi başa düşmək lazımdır. Deməli, er.əv. VII əsrKürdən cənubdakı ərazimiz Urartuya daxil olmadığına görə buradakı Sakasenanı Arminidə lokalizə etmək olmaz. Araşdırmamız göstərmişdir ki, Ərməniyənin işğal etdiyi Sakasena Kürdən cənubdakı Sakasena yox, məhz Gürgandan cənubda- Atropatenadakı Sakasenadır. Aşağıda bu nəticəni təsdiqləyən faktları verəcəyik. İndi bunu deməklə kifayətlənirik ki, Strabona isnad edərək Kürdən cənubdakı ərazimizin haylara məxsus olması baxışı tarixi saxtalaşdırmadır. 3. Erməni tarixçilərinin Kürdən cənubda Azərbaycan ərazisini tarixən hayların torpağı saymaları bir də Strabonun Kaspiananın Ərməniyəyə aid olması məlumatına (Strabon, XI, 14, 5) əsaslanır. Halbuki, Strabon əsərinin başqa yerində yazır ki, Kaspiana əyaləti albanlara məxsusdur (Strabon, XI , 4, 5). İndiyədək tədqiqatçılar bu iki məlumatın yalnız bir Kaspianaya aid olduğunu güman edərək albanların Kaspiana əyalətinin bir vaxt Ərməniyə tərəfindən işğal nəticəsinə gəlmişlər. Bu nəticənin yanlış olduğunu sübut etmək üçün biz əvvəlcə Kaspi əyaləti barədə məlumatları şərh etməli və deməli, indiki Şimali Azərbaycan ərazisində qədimdə iki Kaspi əyalətinin mövcud olduğunu göstərməli və onların lokalizəsini verməliyik. Nəzərdə tutulmalıdır ki, antik müəlliflərin haqqında danışdıqları Albaniyada (Kür çayından şimalda yerləşən Albaniyada) Kaspi adlı əyalət olmamışdır. Strabon heç yerdə yazmamışdır ki, Albaniyada Kaspiana əyaləti vardır, o yazır ki. Kaspiana albanlara məxsusdur. Bunlar müxtəlif şeylərdir. Bu onunla izah olunur ki, albanlar həm Kürdən şimalda (Strabonun vaxtında bu albanların Alban adlı dövləti vardı), həm də Kürdən cənubda (Strabonun vaxtında Kürdən cənubda dövlət adı məlum deyil) yaşayırdılar və Kaspi əyaləti də məhz Kürdən cənubdakı albanlara aid idi. V əsr erməni mənbələrindən aydın olur ki, Paytakaran (bu Bəyləqan adının qədim ermənicə yazılışıdır) Kaspi əyalətində yerləşir (Favst Buzand, II, kitab 53-cü fəsil). Beyləqan (Paytakaran) isə Strabon dövründə Kürdən Dərbəndə qədərki ərazini əhatə edən Alban dövlətinə məxsus ola bilməzdi. Bu Kaspi əyaləti yalnız eranın I əsrinin 60-cı illərində əvvəlcə Kürdən cənubdakı ərazidə yaranmış və sonra da Kürdən şimalda yerləşən Alban dövlətini də əhatə etmiş yeni Alban dövlətinə (şərti olaraq biz bunu yeni Alban dövləti adlandırırq) məxsus olmuşdur. Lakin mənbələrdə digər bir Kaspi də qeyd olunur. III əsrə (262-ci ilə) aid I Şapurun kitabəsində, kitabənin Parfiya versiyasında Balasakan (yunan versiyasında Kaspiana) İran ərazisi kimi qeyd olunmuşdur. Bu Kaspianannın göstərilən mənbədə Balasakan (Sak düzənliyi) adlanmasının səbəbi məlumdur. Strabonun Böyük Ermənistana aid etdiyi Kaspiana da bu Kaspi əyalətidir. Aşağıda deyəcəyimiz kimi, Ərməniyyə məhz bu Kaspiananı er.əv. I əsrin 80-cı illərində işğal etmiş, həmin əsrin 66-cı ilində Böyük Ermənistanın dağılması ilə yenidən Atropatenaya qaytarılmışdır. Bu əyalət Kürün Arazla birləşdikdən sonra Xəzərə qədərki hissəsindən cənubda-indiki SalyanMuğan düzlərində yerləşirdi. İndi Şimali Azərbaycana aid bu bölgə qədimdə Midiyaya, sonra isə Atropatenaya məxsus olmuşdur. Bəzi Azərbaycan tədqiqatçılarının bu bölgəni Albaniyaya (istər antik müəlliflərinin haqqında yazdıqları Albaniyaya, istərsə də şərti olaraq yeni Albaniya adlandırdığımız Albaniyaya) aid etmələri tamamilə səhvdir. Atropatenaya aid bu Kaspiana əyaləti eranın III əsrindən (Sasanlar dövlətinin Atropatenanın müstəqilliyinə son qoyduqdan sonra) İranın ərazisi idi. Bu Kaspiananın əvvəlcə Atropatenaya, III əsrdən sonra İran Sasanlar dövlətinə məxsus olması bir də aşağıdakı faktlarla təsdiqlənir. Alban tarixçisi Musa Kalankatlı yazır ki. Mesrop Maştos (Vəsr) Kaspi əyalətində xristianlığı yaymışdır. (Alban tarixi, I kitab, 27-ci fəsil). Aydındır ki, Maştos Zərdüşt dinini himayə edən İran Sasanlar hakimiyyətinin qüvvətli vaxtında İran ərazisində Kaspianada heç bir təbliğat apara bilməzdi. Onun xristian dinini təbliğ etdiyi Kaspi əyaləti indiki Mil düzü idi. Erməni müəllifi Aqatanqel (V əsr) yazır ki, erməni çarı Xosrova (217–238) kaspilər, albanlar, lbinlər və cqiblər köməyə gəlmişdilər. Aydındır ki, Ərməniyədə Arşak sülaləsindən olan Xosrova qarşı mübarizə aparan Sasanlar (bu sülalənin özü İranda Arşaklar sülaləsinin hakimiyyətinə son qoymuşdu) vaxtında İrana məxsus Kaspianadan Ərməniyədə Arşaklar sülaləsindən olan Xosrova kaspilər köməyə gedə bilməzdi. Bu kömək Mil düzünü əhatə etmiş Kaspi əyalətindən ola bilərdi. Erməni tədqiqatçıları əvvəlcə Atropatenaya, sonra İrana aid Kaspiana barədə antik müəlliflərin məlumatlarını (o sıradan Kaspiananın Ərməniyəyə aid olması barədə Strabonun məlumatını) Mil düzünü əhatə etmiş Kaspi barədə erməni mənbələrində və Alban tarixində olan məlumatları ilə (o cümlədən Strabonun Kaspiananın albanlara məxsus olması məlumatı) ilə birləşdirərək albanların Kaspi əyalətinin (Mil düzünün) Böyük Ərməniyəyə aid olması nəticəsinə gəlmişlər. Azərbaycan tarixçiləri də yazmışlar ki, bu əyalət əvvəlcə Albaniyaya aid idi, sonra Atropatenaya keçmişdir (Azərbaycan SovetEnsiklopediyası. V, s. 291). Deməli , tədqiqatçılar qədimdə Cənubi Qafqazda iki Kaspi əyalətinin mövcud olduğunu sezə bilmədiklərinə görə yanlış nəticəyə gəlmişlər. Məsələ belədir: Kürün Arazla birləşdiyi yerdən Xəzərə qədər olan hissəsindən cənubda yerləşən və Atropatenaya aid olan Kaspiananı er. əv. I əsrin 80-cı illərində Ərməniyə işğal etmişdir. Strabonun Kaspiananı Ərməniyəyə aid olması məlumatı da bu hadisə ilə əlaqədardır. Aşağıda bu fikri təsdiqləyən faktları verəcəyik. İndi yalnız bunu qeyd etməklə kifayətlənirik ki, Strabonun albanlara aid etdiyi Kaspiana (Mil düzü-Bəyləqan) heç vaxt Ərməniyəyə (yəni haylara) aid olmamışdır. Bu fikri təsdiqləyən bir faktı oxucuların nəzərinə çatdıraq: Alban tarixçisi Musa Kalankatlı yazır ki, Ərməniyə çarı III Tiridad öləndən sonra (330 ya da 332-ci ildə) Paytakaran şəhərində (yə’ni Bəyləqanda) albanlara Sanatruk adlı bir nəfər hökmdar başçılıq edirdi. Buradan (yəni Bəyləqandan-Q.Q.) o, Ərməniyəyə basqın edir (Alban tarixi, I kitab, V fəsil). Əgər Paytakaran erməni əyalətidirsə, əvvələn, orada nəyə görə Sanatruk ermənilərin yox, albanların hökmdarıdır, ikincisi, Paytakaran hayların əyalətidirsə müəllif nəyə görə yazmalı idi ki, Sanatruk oradan Ərməniyəyə basqın etdi? Deməli, Strabonun Kaspiananın Ərməniyəyə aid olması məlumatına əsasən Kürdən cənubdakı ərazimizin tarixən indiki Ermənistana aid olması fikri də tarixi saxtakarlıqdır.

Lakin bununla əlaqədar olaraq bir məsələni nəzərdən keçirmək lazımdır. VII əsr Erməni coğrafiyası adlı mənbədə deyilir ki, Paytakaran Ərməniyənin bir əyalətidir. Yuxarıda isə qeyd etdik ki, erməni mənbələrində Paytakaran adı Mil düzündə Bəyləqanın adının ermənicə yazılışıdır. Tədqiqatçıları dolaşığa salan da budur. Əslində isə məsələ belədir: Ərməniyə er. əv. 80-cı illərdə Atropatenanın Kaspiana əyalətini işğal etmişdi. Lakin VII əsrə aid erməni müəllifi (VII əsr Erməni coğrafiyası əsərinin müəllifi) Mil düzünü əhatə etmiş Kaspi əyaləti ilə Ərməniyənin er.əv. I əsrdə işğal etdiyi Atropatena Kaspianası ilə qarışdırmış, Mil düzündəki Kaspi əyalətinin ermənicə adı olan Paytakaran adını Atropatenaya aid Kaspianaya şamil etmişdir. Bu onunla bağlı olmuşdur ki, Ərməniyənin Atropatenadan Kaspiana əyalətini qopartdığı vaxtdan təxminən 800 il keçdiyinə görə erməni müəlliflərinin Paytakaran barədə mə’lumatları dəqiq deyildi. Məsələn, bir erməni mənbəyində Tiflis şəhərinin Paytakaranda yerləşdiyi qeyd olunur. Deməli, VII əsr erməni müəllifinin Ərməniyəyə aid etdiyi Paytakaran Albaniyaya aid Paytakaran yox, Atropatenaya aid Kaspianadır. 4. Erməni və rus tarixçilərinin Kürdən cənubdakı Azərbaycan ərazisinin tarixən ermənilərə məxsus olması fikri bir də Strabonun bu məlumatına əsaslanır ki, Araksena Ərməniyənin əyalətidir (Strabon, II, 14, və XI, 7, 8). Azərbaycan tarixşünaslığında bu məsələ indiyədək araşdırılmamışdır. Əvvəlcə qeyd etməliyik ki, Araksena Strabonun özünün düzəltdiyi ad olmaq e’tibarilə Araz çayının adından və qədim yunan dilində yer, ərazi bildirən "ena" şəkilçisindən ibarətdir. Araksena "Araz sahili" mə’nasındadır. Belə olduqda özlüyündə aydındır ki, iki Araksena ola bilər: Arazın sağ sahili və Arazın sol sahili. Bu fikir Strabonun"Araz Araksenanın içərisindən axır" (Strabon, XI, 14, 3) məlumatı ilə təsdiqlənir. Araşdırmamız göstərir ki, Strabonun Ərməniyəyə aid etdiyi Araksena Arazın sağ sahili, yəni Arazın Atropatenaya məxsus sahilidir. Aşağıda bu fikri təsdiqləyən faktları verəcəyik, indi bunu deməklə kifayətlənirik ki, Strabonun Araksenanı Ərməniyəyə məxsus oliası haqqındakı mə’lumatı Gürgandan cənubda-yə’ni Atropatenaya aid Sakasena ilə yanaşı qeyd olunmuşdur (Strabon, II, 14 və XI, 7, 8). Demək bu Araksena Erməniəyəyə məxsus Sakasena ilə ərazicə yaxındır. Özlüyündə aydındır ki, bu yaxınlıq Gürgandan cənubdakı Sakasena ilə yalnız Arazdan cənubdakı Araksena arasında ola bilərdi. Beləliklə, deyilənlərdən aydın oldu ki, birinci, Ərməniyə er. əv. I, əsrdə Atropatenanın Sakasena, Kaspiana və Araksena əyalətlərini işğal etmişdi, ikinci, Sakasena, Kaspiana və Araksena əyalətlərinin Ərməniyəyə aid olması haqqında Strabonun mə’lumatları Kürdən cənubdakı Azərbaycan torpağının tarixən erməni ərazisi olduğunu deməyə əsas vermir; üçüncü, Albaniyaya məxsus Sakasena (Gəncə bölgəsi) Kaspiana (Mil düzü) və Araksena (Arazın sol sahili) əyalətlərinin guya Böyük Ərməniyənin tərkib hissələri olması fikri Strabonun mə’lumatlarının yanlış şərh edilməsi nəticəsində yaranmışdır. İndi er.əv. V əsrdə Ərməniyyənin Sakasena, Kaspiana, və Araksena əyalətlərini məhz Atropatenadan qopardığını göstərən faktlara nəzər salaq.

  1. Strabon yazır ki, atropatenlilərin qüdrətli qonşuları vardır: onların ( yəni atropatenlilərin) ölkəsini tez-tez viran qoyan ermənilər və parfiyanlar. Lakin onlar (yəni atropatenlilər) müqavimət göstərir və işğal olunmuş torpaqlarını geri alırlar (Strabon,XI,13, 2)
  2. Strabon yazır ki, erməni çarları onları əhatə edən xalqlardan əyalətlərin bir hissəsini kəsərək malikanələrini genişləndirirləpr. Onlar Midiyadan (Strabonun vaxtında Atropatenadan) Kaspiananı, Bosoropedi (Naxçıvan bölgəsini-Q.Q.). (Strabon,XI,14, 5).
  3. Strabon yazır ki,Tiqran (er.əv. 95–56-cı illərdə yaşamış II Tiqran nəzərdə tutulur) Atropatena hakimlərini fəth etdi (Strabon, XI, 14, 15).
  4. Strabon yazır: Ərməniyənin şimal hissələrindən (burada Ərməniyənin işğal etdiyi Atropatenanın şimalı nəzərdə tutulur- Q.Q.) biri Kaspi dənizi üstündə (burada Xəzərin cənub qərbi nəzərdə tutulur-Q.Q.) Paraxoatr (Xəzərin cənub qərbində Baqrov dağları nəzərdə tutulur-Q.Q.) dağlarıdır Strabon, XI,14, 1).
  5. Strabon yazır ki, Mantiana gölü (Urmiya gölü) Ərməniyyədədir.
  6. VII əsr Erməni coğrafiyası adlı mənbədə 12 əyalətdən ibarət olduğu Paytakaranın Ərməniyyəyə məxsus olması göstərilir.

Yuxarıda dedik ki, AlbaniyadaAtropatenada iki əyalətin Kaspi adlanması erməni mənbələrində dolaşıqlıq əmələ gətirmiş və Mil düzündə Kaspi əyalətinin ermənicə adı olan Paytakaran (Bəyləqan) adı Ərməniyyənin er.əv. I əsrdə Atropatenadan qopardığı Kaspiana əyalətinə də şamil edilmişdir. Özlüyündə aydındır ki, VII əsr Erməni coğrafiyası adlı mənbədə Paytakaranın 12 əyalətdən ibarət olması məlumatı da həmin mənbənin Atropatenaya aid etdiyi Paytakarandır. Bu 12 əyalətin adları Kürün Arazla birləşdikdən sonra Xəzərə qədər olan hissəsindən cənubda olan bölgədə lokalizə olunmuşdur (Aşurbeyli S.B. O datirovke i naznaçenii Qız qalası v kreposti Baku, İzvestiə AN Azerb.SSR, 1974, s. 3). Bu məsələ S.Aşurbəyli tərəfindən tədqiq olunduğuna görə üzərində dayanmayacayıq. Təkcə onu deyək ki, Sara xanımın Paytakarana Abşeron yarımadasını da daxil etməsi (Yenə orada, s. 39.) səhvdir.

Gətirilən faktlar göstərir ki, birinci, qədim mənbələrdə Böyük Ərməniyyəyə aid edilən Sakasena, Kaspiana və Araksena əyalətlərinin Kür-Araz arası ərazidə yox, Atropatenada olduqları şübhə yeri qoymur. Bu fikrimiz VII əsr Erməni coğrafiyası adlı mənbədə bir məlumatla təsdiq olunur. Orada Böyük Ərməniyənin Atropatenada ərazisi haqqında deyilir: Atropatakanda: Midiyaya tərəf istiqamətdə onu sərhədləri (şimali) Arazın (burada Kürün Arazla birləşdikdən sonra Xəzərə qədər olan hissəsi nəzərdə tutulur-Q.Q.) Xəzər dənizinə töküldüyü yerə qədər dönür (59). Bu məlumat Kürün bu hissəsindən cənubda yerləşən Kaspiananın Ərməniyyə tərəfindən er.əv. I əsrin 80-cı illərində işğal edildiyi haqqında dediklərimizlə üst-üstə düşür. İkinci, yuxarıda deyilənlərdən aydın oldu ki, Böyük Ərməniyyənin özü heç də hayların dövləti deyildi. İndi Atropatenanın Kaspiana, Sakasena və Araksena əyalətinin nə vaxt işğal olunmuş və nə vaxtadək Ərməniyyənin tərkibində qalmışdır — sualına cavab verməliyik. Er.əv. 250-ci ildə indiki Türkmənistanın cənubunda yaranmış Parfiya dövləti surətlə böyüyərək Ön Asiyanın bir sıra ölkələrini əhatə edən dövlətə çevrilmişdi. Er.əv. II əsrin ortalarında Parfiya İran ərazisini işğal etdikdən sonra Atropatenanı da özündən asılı vəziyyətə salmışdı. Bəzi tədqiqatçılara görə bu hadisə er.əv. 161–155-ci illər arasında oldu. Antik müəllif Pompey Troq yazır ki, Parfiya midiyalılarla (yəni atropatenlərlə-Q,Q.) müharibə aparmış və onları məğlub etmişdir (Pompey Troq, XI, 1, 6). Lakin er.əv. I əsrin əvvələlrində Parfiya zəifləyir. Bundan istifadə edən Ərməniyyə çarı II Tiqran (er.əv. 95–55-ci illər) er.əv. 87-ci ildə Parfiya il müharibəyə başlayaraq onun hökmdarı II Qotarzın Atropatenanın Aqbatan (indi Həmədan) şəhərini mühasirəyə aldı. II Qotarz II Tiqrana sülh təklif etmiş və müqaviləyə görə Atropatena üzərində hakimiyyəti ona vermişdi. II Tiqran Atropatena üzərindəki hakimiyyətini qanunlaşdırmaq məqsədilə hökmdarın qızına evlənmişdi. (İstoriə armənskoqo naroda. Erevan, 1980, str. 41).

Erməni tarixçiləri yuxarıda adları çəkilən əyalətlərin eramızın IV əsrinə qədər (ona görə ki, IVəsrdə Ərməniyə dövləti dağılır) Ərməniyənin tərkibində qaldığını yazırlar. Bu ağ yalan onunla bağlıdır ki, rus və erməni tarixçiləri Ərməniyə tərəfindən er.əv. 80-cı illərdə işğal olunmuş Sakasena, Kaspiana və Araksena əyalətlərini Kür-Araz ovalığında lokalizə etmiş və deməli, Kürdən cənubda Azərbaycan ərazisinin guya 600 il (er.əv. II əsrdən eranın IV əsrinə qədər) Ərməniyyə tərkibində qaldığını yazmışlar, halbuki, yuxarıda deyildiyi kimi, həmin əyalətlər Atropatenaya məxsus idi. Ərməniyənin Atropatenadan qopardığı həmin əyalətlər er.əv. 66-cı ildə geri qaytarılmışdır. Həmin il Roma II Tiqranı məğlub etmiş və bağlanmış müqaviləyə görə Ərməniyə bütün işğal etdiyi ölkələrdən əl çəkmişdi. Er.əv. 66-cı il Böyük Ərməniyənin dağılması ili hesab olunr. Erməni tarixçisi A.Manandyan yazmışdır ki, II Tiqran vaxtında er.əv. 69–66-cı illərdə Böyük Ərməniyə dağılmışdı (118). (Oçerk istorii Qruzii. Tom I, Tbilisi, 1989, s. 296.). Bundan sonra Atropatena öz müstəqilliyini bərpa etmiş və deməli, işğal olunmuş Sakasena, Kaspiana və Araksena əyalətlərini geri almışdı. Bunu Klavdi Potolomeyin (II əsr) Kaspiananın Atropatena əyaləti kimi qeyd etməsi (Ptolomey, VI, 25) də göstərir.

İndi biz Strabonun Kürdən cənubdakı Sakasena (Gəncə bölgəsi) haqqında məlumatına qayıdaq. Yuxarıda deyildiyi kimi, tədqiqatçılar indiyədək Strabonun Ərməniyəyə aid etdiyi Sakasena (Ərməniyyənin er.əv. 87-ci ildə Atropatenadan qopardığı Sakasena) haqqında məlumatı er.əv. VII-əsrdə sakların Arminidə (Kiçik Asiyanın şərqində)" yaxşı torpaqları" tutaraq ora öz adları ilə Sakasena adının verilməsi haqqında məlumatına qoşaraq onun Kürdən cənubda Sakasena (Gəncə bölgəsi) haqqında məlumatı ilə birləşdirmiş və Kürdən cənubdakı Azərbaycan ərazisinin Ərməniyyə tərəfindən işğal olunduğu kimi saxta nəticəyə gəlmişlər. Məsələn, A.Akopyan Strabonun saklar Arminidə ən yaxşı torpaqları tutdular məlumatını (yuxarıda dedi ki, bu məlumat Şərqi Türkiyədə olan Sakasenaya aiddir) Strabonun Kürdən cənübdakı Sakasena Gəncə bölgəsi) haqqında məlumatına qoşaraq Kür-Araz ovalığının er.əv. VII əsrdən eramızın IV əsrinə qədər Ərməniyəyə məxsus olduğunu yazmışdır (Akopən A.A. Albaniə-Aluank v qreko-latinskix i drevne-armənskix istoçnikax. Erevan. 1987, s. 15.). Lakin bu uydurma öz-özünü təkzib edir: saklar er.əv. VII əsrdə gəlmişlərsə Kür-Araz ovalığında Ərməniyədə "ən yaxşı torpaqları" necə tuta bilərdilər, bir şey ki, o vaxt Armini Urartunun tərkibində Kiçik Asiyanın şərqində bir əyalət idi? Bizcə, bu qondarmanın üzərində dayanmağa dəyməz. Strabon Kürdən cənubdakı Sakasena barədə yazır: Bu düzəndən (yəni Arazın sol sahili olan Araksenadan-Q.Q.) sonra Albaniya və Kür çayı ilə sərhədləşən Sakasena gəlir, sonra isə Qoqarena gəlir (Strabon, XI, 14, 4). Qoqarena indiki Ermənistanla Gürcüstanın həmsərhəd bölgəsinin adıdır və Ermənistanda Quqark r-nun adında indiyədək qalmışdır. Belə çıxır ki, Kürdən cənubdakı ərazi, o cümlədən Sakasena (Gəncə bölgəsi) Strabonun vaxtında Albaniyaya daxil deyildi və Kür çayı Albaniyanın cənubda sərhəd xətti idi.

Həqiqətdə də antik müəlliflər Plini (Plini, VI, 39), Appian (Appian, 103) və Dion Kassiy (Dion Kassiy, 36. 54) Kür çayının Albaniya ilə Ərməniyə arasında sərhəd xətti kimi qeyd etmişlər. Fəridə Məmmədova məsləhət görür ki, bu antik müəlliflərin məlumatlarına inanmaq lazım deyil. Lakin V əsr erməni müəllifi Favst Buzandın bir məlumatı da vardır: 371-ci ildə "Muşeq (türk mənşəli Cinli tayfalardan Ərməniyə sərkərdəsi Muşel Mamiqun — Q.Q.) onlardan (yəni albanlardan -Q.Q.) çoxlu əyalətlri geri aldı, hansıları ki, onlar tutmuşdular -Uti , Şakaşen, Qardman, Kolt və onlarla həmhüdud əyalətləri. Kür çayını öz ölkəsi ilə (yəni Ərməniyə ilə -Q.Q.) Albaniya arasında əvvəllər olduğu kimi sərhəd etdi" (Favst Buzand, V kitab 13-cü fəsil). Müəllifin qeyd etdiyi bu əyalətlər Kürdən cənubda yerləşirdi: Şakaşen — Gəncə bölgəsi, Uti -Aqstafa r-nu , Kolt — ZəyəmçayŞamxorçay arası bölgə, Qardman-Qazax- Borçalı bölgəsi. Bu mənbələrdə olan məlumatlardan Kürdən cənubdakı ərazinin Albaniyaya aid olmadığı nəticəsi alınır. Lakin bir məsələyə diqqət yetirilməlidir: Antik müəlliflərin Albaniyası ilə Favst Buzandın Albaniyası ərazi etibarilə eyni şey deyildi. Belə ki, antik müəlliflərin əsərlərində Albaniya Kürdən şimalda olan ərazini əhatə etdiyi halda, Favst Buzandan adını çəkdiyi Albaniya Kürün hər iki sahilini əhatə edən Albaniyadır. Bu məsələ Azərbaycan tarixşünasında dəfələrlə qoyulsa da, onun həllinə nail olunmamışdır.

Yuxarıda verdiyimiz məlumatdan aydın olur ki, Favst Buzandın əvvəllərdə olduğu kimi Muşelin Kürü Albaniya ilə Ərməniyyə arasında sərhəd xətti etməsi tamamilə başqa cür izah etmək lazımdır: əvvəllər dedikdə Ərməniyyə ərazisində Sak çarlığı, Orodlar və Ərtaşlar dövlətinin vaxtları nəzərdə tutulur. Lakin qeyd edilməlidir ki, erməni mənbələrində Ar-Taşın Paytakaran (Beyləqan) əyalətini (Kaspi əyalətini) tutması haqqında heç bir məlumat yoxdur. Ona görə də K.V.Treverin Uti, Paytakaran və Kürün bütün sağ sahilinin Artaşes tərəfindən tutulduğu fikri (154, 58) yalnız II Tiqran tərəfindən tutulmuş Kaspiana, Araksena və Sakasena əyalətlərinin Atropatenada yox, Kürdən cənubda səhv lokalizəsi ilə bağlıdır. Deməli, Strabon, Plini və başqa antik müəlliflər er.v. IV əsrdən eramızın I əsrini 60-cı illərinə qədər mövcud olmuş Alban dövlətini nəzərdə tuturlar. Yuxarıda deyildiyi kimi, həqiqətdə də çar Ərənə qədər şimaldakı Alban dövləti ilə indiki Ermənistan ərazisində mövcud olmuş qədim türkmənşəli Sak çarlığı, Orodlar (ermənicə Ervandlar) və Ar-Taşlar dövləti arasında Kür çayı sərhəd xətti idi. Deməli, Plininin Ərməniyyə adlandırdığı dövlət hay adlananların dövləti yox, indiki Ermənistan ərazisində er.əv. 30–20-ci illərə qədər mövcud olmuş türk mənşəli siyasi qurumlar nəzərdə tutulur. Plini eramızın I əsrinin 20-ci illərində öldüyünə görə eranın 50-ci illərindən sonra indiki Ermənistanda Arşaklar sülaləsinin dövləti barədə yaza bilməzdi. İndi Strabonun üçüncü Sakasena barədə məlumatının təfsirinə keçək. Strabon yazır ki, saklar Arminidə ən yaxşı yerləri tutaraq oraya öz adları ilə Sakasena adını vermişlər (Strabon, 81, 8, 4). İndiyədək bütün tarixçilər, o cümlədən azərbaycanlı tədqiqatçılar Strabonun və Atropatenada Kürdən cənubda (Gəncə bölgəsində) Sakasena haqqında məlumatlarını onun "saklar Arminidə ən yaxşı yerləri tutaraq öz adları ilə Sakasena adları vermişlər məlumatı ilə birləşdirərək Kürdən cənubda yerləşən Sakasenanın hələ er.əv. VII əsrdə (sakların Cənubi Qafqaza gəldikləri əsrdə ) Ərməniyyəyə məxsus olduğu yazmışlar (Шанидзе А.Г. Язык и письмо Кавказских албанцев. "Вестник отд. общественных наук Грузинской ССР. Тбилиси, 1960, № 1, с. 169–170; Тревер К.В.Очерки по истории и культуре Кавказской Албании., М.-Л., 1959, с.58.). Halbuki, Strabonun bu Sakasenası Kiçik Asiyanın şərqində yerləşirdi. Türkiyənin şərqində Qızıl İrmak çayının hövzələri orta əsrlərdə Sakasena adlanmışdır (165, 77). Sakların Ərməniyədə tutduğu "yaxşı torpaqlar" da oradadır. Deməli, yuxarıda deyildiyi kimi, qədimdə Sakasena (əsli Sakasin) adlı üç əyalət vardı; birinci, Kürgandan cənubda (Atropatenada), ikinci Kürdən cənubda — indiki Kəncəbasarda, üçüncü Şərqi Türkiyədə. Strabonun ermənilərə aid etdiyi Sakasena Atropatenada yerləşirdi. Er.əv 80–60-cı illərdə bu Sakasena II Tiqranın hakimiyyəti illərində Böyük Ərməniyəyə aid idi.

Deyilənlərdən nəticə alınır ki, birinci, tədqiqatçıların "Sakasena" adını Saka və iranmənşəli şauna sözündən yaranmış "şen" sözündən ibarət olması fikri səhvdir; ikinci, Strabonun məlumatlarında Ərməniyəyə aid Sakasena, Araksena və Kaspiana Atropatenadan II Tiqranın vaxtında işğal olunmuş əyalətlərdir; üçüncü, deməli, Strabonun Sakasena, Kaspiana və Araksena əyalətlərinn Ərməniyəyə aid olması məlumatları əsasında Kürdən cənubdakı Azərbaycan ərazisinin tarixən hayların torpağı olması nəticəsi yanlışdır. Sakasena köklü "Sakasin" adının yunan dilində yazılış formasıdır. Favst Buzandın 371-ci ildə Muşelin Şakaşeni tutması və əvvəllərdə olduğu kimi Kür çayını Ərməniyə ilə Albaniya arasında sərhəd xətti etməsi məlumatı isə başqa səciyyəlidir: yuxarıda deyildiyi kimi, həqiqətdə Kürdən cənubdakı Azərbaycan ərazisi əvvəllər — yəni er.əv. VII əsrdən türk mənşəli Sak çarlığına, sonra farsmənşəli Yervandlar, daha sonra Artaşlar dövlətinə aid idi. Ona görə də İqrar Əliyevin və Fəridə Məmmədovanın Strabonu və Favst Buzandı günahkar hesab etməkdə (Алиев И.Г. К интерпретации параграфов 1,3,4,5, IV главы XI книги Географии Страбона. ВДИ, 1975, № 3, с.10; Мамедова Ф. О некоторых вопросах исторической географии Албанин I–VIII вв. Сб. Историческая география Азербайджана, Баку, 1987, с. 12.) haqlı deyillər. Nəzərdə tutulmalıdır ki, Strabonun Albaniya haqqında məlumatları müxtəlif vaxtlara mənsub mənbələrə əsaslanır.

Strabonun Araz Armininin içərisindən axır (Strabon, XI, 1,5,) məlumatı da məhz bu tarixi şəraitlə əlaqəlidir. Onun bu məlumatı şübhəsiz, er.əv. I əsrə ( Pompeyin er.əv. 66-cı ildə Albaniyaya hərbi səfəri) aiddir. O vaxt Albaniya Kürdən şimaldakı ərazimizi əhatə edirdi. Kürdən cənubda türk mənşəli sakların , albanların, qarqarların, utilərin, gəncəklərin və s. yaşadıqları ərazimiz isə indiki Ermənistan ərazisi ilə birlikdə Artaşlar dövlətinin tərkibində idi. Lakin Kürdən cənubda yaşayan bu tayfalar antik müəlliflər üçün ümumi mənada "albanlar" idilər, çünki onların içərisində Alban tayfası aparıcı rola malik idi. Təsadüfi deyildi ki, eranın I əsrinin 60-cı illirində Kürdən cənubda (Aranda) yaranmış dövlət də Alban adlanırdı. Ona görə də Strabon Qafqaz xalqlarını sadaladıqda yalnız albanları və iberləri qeyd edir (Strabon, II, 5, 12, ), erməni və ya hay adını çəkmir. Odur ki, Kürdən cənubda vaxtilə Artaş (Artaşes) tərəfindən işğal olunmuş Paytakaran (Mil düzü), Uti, Artsak və Şakaşen eranın I əsrində çar Ərənin dövlətinə daxil olmuşdur. Erməni tarixçisi Moisey Xorenasi yazır ki, Ərməniyyə hökmdarı III Tiridad (287–382) şimaldan gəlmiş basillərlə (Basil qədim türk mənşəli tayfa adıdır) döyüşdü. Erməni tarixçiləri bu məlumatdan Qarqar çölünün Ərməniyəyə məxsus olması nəticəsinə gəlmişlər. Lakin belə nəticə yanlışdır. Moisey Xorenasi yazır ki, Tridad "albanların torpağının içərisindən şimallıların (yəni basillərin — Q.Q.) üstünə yola düşdü" (Moisey Xorenasi, II kitab, 84-cü fəsil). Demək, Qarqar düzünə düşmək üçün Tiridad albanların torpaqlarının içərisindən keçmişdi. Bu alban torpağı ya Zəngəzur, ya da Artsak (Dağlıq Qarabağ) ola bilər. Bu tamamilə aydındır. Lakin, Ərməniyyə ölkəsinin hökmdarı Albaniyanın Qarqar düzünə nəyə görə gəlmişdi, əgər bu düzən Ərməniyyəyə aid deyildi? Əsas məsələ də budur. Lakin buradan heç də Qarqar düzünün Ərməniyəyə məxsusluğu nəticəsi çıxmır. Ona görə ki, həmin müəllifin özü II kitab, 84-cü fəsildə yazır ki, İran şahı Şapur şimallıları (yəni türk basillərin) Ərməniyəyə basqınını təşkil etmişdi. Tiridad bundan xəbər tutduğuna görə basillərin Albaniya ərazisindən Ərməniyəyə keçmələrinin qarşısını almaq məqsədilə onları qabaqlamış Alban torpağı içərisindən (yəni ya Zəngəzurdan ya Dağlıq Qarabağdan) aşaraq Qarqar düzünə düşmüş və basillərlə döyüşmüşdü. Bu məlumat Alban tarixçisi Musa Kalankatlının "Alban tarixi" əsərində də vardır: Tiridad ordusunu sıraya düzərək Qarqar çölünə enir (bu o deməkdir ki, Tiridad müəyyən dağlıq ərazini aşaraq düşmüşdü — Q.Q.) və sərt bir döyüşdə şimallılarla üz-üzə gəlir (Alban tarixi, I kitab, 12-ci fəsil). Göründüyü kimi, Moisey Xorenasinin bu məlumatdan heç də Qarqar düzünün o vaxt Ərməniyəyə məxsus olması nəticəsi alınmır. Doğru nəticə budur ki, həm Qarqar düzü, həm də müəllifin Alban torpağı adlandırdığı ərazi (Zəngəzur ya Dağlıq Qarabağ) Alban ərazisi idi. Bu fikri həmin müəllifin başqa bir məlumatı ilə təsdiqlənir. O yazır ki, (III kitab, 54-cü fəsil) Mesrop Maştos (361–440) Siuni (sonrakı Zəngəzur) əyalətinə gəlib əslən alban olan Beniamin (bu ad Bibliyadan götürülmədir) köməyilə albanlar üçün əlifba düzəltdikdən sonra Ərməniyəyə qayıtdı. Bu məlumatdan görünür ki, Siuni hər halda Ərməniyyəyə daxil deyildi. Çünki Maştos buradan Ərməniyəyə qayıtmışdı. Əgər IV əsrin ikinci yarısı və V əsrin I yarısında Siuni Ermənistana aid idisə, nəyə görə Moisey Xorenasi yazmışdır ki, Maştos oradan Ərməniyəyə qayıtdı?.[2]

Ermənistanin qisa siyasi tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycanlıların Ermənistan ərazisində köklü olduğuna əmin olmaq üçün oranın siyasi tarixini qısaca nəzərdən keçirmək lazımdır. Bununla əlaqədar olaraq əvvəlcə ErmənistanƏrməniyə anlayışlarını araşdırmalıyıq. Azərbaycan dilində Ermənistan sözü 1921-ci ildə Sovet Rusiyasının İrəvan quberniyası ərazisində təşkil etdiyi dövlətin (və ölkənin) adıdır. Ondan əvvəl Ermənistan adı məlum deyil. 1588-və 1728-ci illərə aid türkcə arxiv sənədlərində İrəvan şəhərinin adı ilə bu ölkə müvafiq olaraq İrəvan əyalətiİrəvan əyaləti adlanır. Əyalətin əsasında yaranmış xanlıqRusiyanın bu xanlıq əsasında təşkil etdiyi quberniya da İrəvan xanlığıİrəvan quberniyası adlanırdı. Ermənistan adının kökünü Azərbaycan dilində 'erməni etnonimi təşkil edir. Lakin tarixən erməni etnonimi ermənilərin özünüadlandırması olan hay etnonimi ilə üst-üstə düşmür. Aşağıda deyəcəyimiz kimi, erməni etnonimi haylar üçün heç vaxt etnik özünüadlandırma olmamışdır. Erməni etnoniminin mənşəyi aşağıda dediyimiz kimidir. Er.əv. VII əsrə aid Urartu dilində mənbədə (Urartu dövləti və Urartu adı barədə aşağıda danışacağıq) Kiçik Asiyanın şərqində, Fərat çayının yuxarı axınının hövzələrini əhatə edən ərazi Arme (Urme kimi də oxunur) adlanır (88). Arme toponiminin mənası və bu əyalətin sakinlərinin dil mənsubiyyəti məlum deyil. İ.M.Dyakonova görə er.əv XII–VI əsrlər arasında (88.200) Balkanlardan gəlmiş friqlərin (bu friqlər Kiçik Asiyada Xet dövlətini yıxaraq onun yerində mənbələrdə Frigiya adlanan qurum yaratmışlar, aşağıda bu dövlətə türk mənşəli kəmərlərin son qoyduğunu deyəcəyik; friqlərin bir qolu sayılan ermənilərin bu dövlətin yaradılmasında rolu məlum deyil; hər halda erməni tarixçiləri Frigiya dövlətini özlərinə çıxmırlar) bir qolu olan ermənilərdən əvvəl əyalətdə əhali hurriluviya dillərində danışırdı (88, 232). Arme toponimi barədə o yazır ki, bu adın əsli Or(o)m olmuşdur (88.226). Ona görə də erməni tarixçisi Q Kapansyanın Balkanlardan gəlmə friqlərin bir qolunun guya arim adlanması və ermənisözünün həmin arim sözündən yaranması fikrini (88. 226) İ.M.Dyakonov rədd edir. Tədqiqatçılar hesab edirlər ki, Balkanlardan gəlmə friq tayfalarının bir qolu olan indiki ermənilər Arme və Hayasa əyalətlərinə gəlib məskunlaşmışlar (88.194). Friqlərin bu qolu konkret mənada ermənilərin (etnik adı hay olanların) bir hissəsi idi. Sami (semit) dillərində danışan və Mesopotamiyanın (Dəcl) və Fərat çayları arası ərazinin) şimalında yaşayan arameylər Arme əyalətində yaşayanlara əyalətin adı ilə Armina, hurri dilli urartulular isə Armini (Arme adından və Urartu dilində ini şəkilçisindən) deyirdilər. Hər iki halda bu söz Arme (əyalətinin) məskunu, Armedə yaşayan mənasındadır (88.234). Deməli, Armina (və ya Armini) adı həm bu əyalətin köklü sakinlərinə, həm də er.əv. XII–VI əsrlər arasında Balkan yarımadasından gəlmə friqlərin bir qoluna (etnik adı hay olanların ulu acdadlarına) verilmiş ümumi ad olduğuna görə əlbət ki, etnik mənsubiyyət bildirmir. İ.M.Dyakonov xüsusi olaraq qeyd edir ki, indi bütün dünya xalqlarında işlənən erməni adı mənşəcə yalnız özünü hay adlandıranlara şamil oluna bilən etnik ad deyil (88.235, qeyd 116). Ona görə ki, qədimdə ArminaArmini adları həm Arme əyalətinin, həm də əyalətdə yaşayanların adlarını ifadə edirdi. Armini adı coğrafi ədəbiyyatda Şərqi Anadoluda Erməni yaylası adında işlənməkdədir. İ.M.Dyakonova görə məhz arameylərdən Armina adı qədim farslara keçmiş və er.əv. 520-ci ildə Büsutun qaya yazısında Urartu dövlətinin adı kimi Armini formasında çəkilmişdir (88.234). Lakin, bizcə, müəllifin bu fikri dəqiq deyil. Məlumdur ki, er.əv. 590-ci ildə, Urartu dövlətinə Maday (Midiya) dövləti son qoymuşdur. Şübhəsiz ki, Urartu ərazisində, o cümlədən Arme əyalətində Madaya tabe canişinlik yaradılmalı idi. Aşağıda deyəcəyik ki, Urartu dövlətinin yerli adı Biaini idi. Urartu adını bu ölkəyə İkiçayarasında yaşayan assurlar deyirdilər. Madayların bu dövləti necə adlandırdıqdan məlum deyil. Lakin ehtimal etmək olar ki, arameylərin və urartuluların müvafiq olaraq ArminaArmini adlandırdıqları ad madaylara keçmiş və canişinliyin mərkəzi orada yerləşdiyinə görə assurca Urartu, urartuların dillərində Biainn adının qarşılığı kimi Armini adı qəbul olunmuş və er.əv. 550-ci ildə Madayda hakimiyyət Əhəmən sülaləsindən farslara keçdikdən sonra onlar bu adı da madaylardan qəbul edərək Büsutun qaya yazısına salmışlar. Ona görə də Büsutun kitabəsinin babil və elam dillərində variantlarında olan Urartu adı əvəzinə qədim farsca variantda Armini yazılmışdır. Qədim yunanlara keçdikdən sonra Armini adı Armeniya formasını kəsb etmiş və Avropa dillərinə də yayılaraq həmin dillərdə hay adlananlar üçün etnik ada çevrilmişdir. Lakin, yuxarıda deyildiyi kimi, aramey, urartu və fars dillərində Armina (Armini) adları ermənilərin etnik adı deyildi. İ.M. Dyakonov yazır ki, haylar heç vaxt özlərinə erməni deməmişlər (88.226). Ona görə ki, erməni adı haylara bir hissəsi Arminidə, sonra Ərməniyədə yaşadıqlarına görə kənardan verilmə ümumiləşdirici addır. Buna uyğun olaraq Armina (Armini) ölkə adının mənşəcə indiki Ermənistan ərazisinə qəti dəxli yoxdur. Büsutun qaya yazısındakı Armini adı məhz Urartu dövlətinin adıdır. İndiki Ermənistan ərazisi isə Urartu dövlətinin tərkib hissəsi deyildi. Ermənistan ərazisinə "Armini" adının şamil olunması əsas etibarilə er.əv.II əsrdə Böyük Ərməniyyə-nin yaradılması ilə əlaqədardır. Böyük Ermənistanı yaradanlar isə, aşağıda deyəcəyimiz kimi, heç də etnik mənsubiyyətcə özünü hay adlandıranların hökmdarları yox, türkmənşəli sərkərdələr idi. Yuxarıda deyilənlərdən görünür ki, erməni adı mənşəcə hay adlananların etnik özünüadlandırmaları deyil. Diqqəti burası cəlb edir ki, qədim erməni mənbələrində "Armini" ölkə adından yaranmış erməni etnonimi və Armini ölkə adı yoxdur. Bu mənbələrdə ermənilərin ölkəsi hər yerdə Hayk (haylar) adlandırılır, amma onun coğrafi koordinatları göstərilmir; yəni , hayların yaşadıqları ərazinin sərhədləri qeyd olunmur Lakin qədim erməni mənbələrindəki Hayk sözü rus və Avropa dillərinə Armenia kimi tərcümə olunur. Halbuki er. əv II əsrə qədər antik mənbələrdə Armenia dedikdə yalnız Kiçik Asiyadakı Armini nəzərdə tutulur. Armini adı indiki Ermənistan ərazisinə şamil olunduqdan sonra Kiçik Asiyada həmin əyalət üçün atnik mənbələrdə Kiçik Armini işlədilmişdir. (məsələn bax; Strabon, XI, 14, 5). Ona görə aşağıda biz Armini dedikdə Kiçik Arminini, Ərməniyə (Nizami Gəncəvidə və Qətran Təbrizidə-Ərmən) dedikdə indiki Ermənistanın ərazisini nəzərdə tutacayıq. Yuxarıda deyilənlərdən köründü ki, Azərbaycan dilində erməni anlayışı ermənilərin hay anlayışının qarşılığı olsa da, əslində bu etnik adlar bir etnosun adı deyil, yəni tarixi baxımdan erməni anlayışı ilə hay anlayışı bütünlükdə üst-üstə düşmür. Arme əyalətində təkcə Balkanlardan gəlmə friqlərin bir qolu olan hayların yaşadığını göstərən heç bir fakt məlum deyil. Yalnız Arme əyalətinin adı ilə sonralar yaranmış erməni adı həm də haylara şamil olunduğuna görə Armina adı Hayk adının qarşılığına çevrilmişdir. Şərqi Anadoluda Armini əyalətinin adı er.əv. II əsrdə Böyük Ərməniyənin yaradılması ilə indiki Ermənistan ərazisinə şamil olması nəticəsində "erməni" adı həm haylara, həm də indiki Ermənistanda yaşayanlara, o sıradan türkdillilərə (bu onunla əlaqədar idi ki, indiki Ermənistan ərazisində yaşamış müxtəlif türk mənşəli tayfaların vahid etnik adı yox idi) verilmiş addır, çünki ümumi mənada "erməni" sözü "Ərməniyədə yaşayan" anlamındadır. Deyildiyi kimi, Ərməniyədə isə təkcə haylar yaşamırdılar. Haylar Ərməniyədə — indiki Ermənistan ərazisində heç vaxt etnik çoxluğu təşkil etməmişlər. Orada aparıcı rol əvvəlcə er.əv VII–VII əsrlərdə gəlmiş qədim türk mənşəli kəmərlərə (kimmerlərə) və saklara (sakların tərkibində basine, qarqar, quqar, şirak və b. tayfalara) və erkən orta əsrlərdə məskunlaşmış türk etnoslarına (cinli, kəngər, peçeneq, hun, xəzər oğuz və qıpçaq) məxsus idi. Eradan əvvəlki əsrlərdə Ərməniyədə şəxs (hökmdar. sərkərdə, fedoal və s.) adlarının və V–VII əsrlərdə mahal və əyalət adlarının (Alaqəz, Artaqan, Basin, Quqark, Kanqark, Şirak, Kolb, Kolt, Katak, Becini, Karadunis, Şorapor, Çopapor, Taşir və b.) qədim türk mənşəli olması bu fikri təsdiq edir. Aşağıda bu adlar barədə danışacağıq. Deyilənlərdən görünür ki, qədim yunan, fars, latın, ərəb və s. mənbələrində olan "erməni" anlayışı konkret mənada özünü hay adlandıranlarla yanaşı, ümumi mənada Ərməniyədə yaşayan türk mənşəli tayfaların adamlarını da əhatə etmişdir. Məsələnin bu cəhəti nəzərə alınmalıdır ki, Kiçik Asiyanın şərqində yerləşən tarixi Armeni (yaxud Armini) ölkə adını indiki Ermənistan ərazisinə–yəni Ərməniyəyə etnik adı hay olanlar şamil edə bilməzdilər, çünki yuxarıda deyildiyi kimi, hayların, yəni etnik mənsubiyyətcə erməni saydıqlarımızın dilində erməni sözü olmamışdır, indi də yoxdur; bu söz onlara Armeni əyalət adı ilə kənardan verilmə addır. Əgər əksinə olsaydı, onda indiki Ermənistan ərazisinin adı başqa dillərdə hay etnonimi ilə bağlı bir ad olmalı idi. Halbuki, qədim mənbələrdə belə ad yoxdur; erməni mənbələrindəki Hayk adı isə yuxarıda deyildiyi kimi, sadəcə olaraq haylar mənasındadır. Ermənilərin Ermənistanı adlandırdıqları Hayastan adı XX əsrin 20-ci illərində yaranmışdır. Şübhəsiz, yaradıcı, yəni təhlili təfəkkürə malik erməni tədqiqatçıları bu məsələni bilməmiş deyillər. Lakin onlar Ermənistanın obyektiv tarixini yazmırlar. Ona görə tarixi həqiqət üstüörtülü qalmışdır. İndi Ermənistanın siyasi tarixinə nəzər salaq. Er. əv. IX əsrdə (870–860-ci illər arasında) (88.140) Kiçik Asiyanın şərqində Van gölünün ətraf dağlıq ərazisində assur mənbələrində "Urartu" adlanan kiçik dövlət yaranır. Bu dövlətin yaradıcıları Arami adlı bir hurri mənşəli şəxsin (ermənilərdə Aram şəxs adı onun adındandır) başçılığı ilə hurrilər idilər (141.49). B.B.Piotrovskiyə görə assur mənbələrində Kiçik Asiyanın şərqində Nahariya (Nairi) adlanan ölkədə yaşayanlar sonra Urartu dövlətini yaratdılar (141.49). Hurrilər şumercə Subir (Subar) və akkad mənbələrində Subar adlanırdılar. Əslində Subar DəcləFərat çaylararası ərazinin (yunan mənbələrində — Mesopatamiyanın, qədim yunanca mez orta, ara və potam çay sözlərindən) adıdır. Deməli, Subar ölkə adıdır və bu dillərdə hurrilər verilmiş subar adı Subarda yaşayan mənasındadır. Tədqiqatçılar Subar adının mənşəini aydınlaşdıra bilməmişlər. Halbu ki, bu elə qədim türk dillərindəki sub su, çayara sözlərindən ibarət olmaqla şumer dilində Su arası (yəni Çaylar arası) deməkdir. Həmin subarlar, yəni hurrilər Mesopotamiyanın şimal-qərbində er.əv. XVI əsr-də qədim mənbələrdə Mitanni adlanan dövlət yaratmışlar. Mitanni dövlətinə er. əv. XIII — əsrdə assurlar son qoyduqdan sonra hurrilər Kiçik Asiyaya keçmiş və er. əv. IX əsrdə Urartu dövləti yaratmışlar. Hurrilərin dili Qafqaz dil ailəsinə mənsub edilir və bu dilin çeçen-inquş dilləri ilə yaxınlıq təşkil etdiyi qeyd olunur. (89a, 23). Urartu hökmdarlarının mixi əlifba ilə qayalarda yazdırdıqları kitabələrdə "Urartu" adı yoxdur. Onlar dövləti və onun əhatə etdiyi ərazini (yə’ni Van gölünün ətraf ərazisini) Biaini (İ.M.Dyakonovun yazdığına görə urartuca-Biaineli Bia ölkəsi) adlandırırdılar (88. 198). Lakin tarixşünaslıqda bu dövlətin assur mənbələrində adlandığı Urartu formasının işlənməsi qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, qədim erməni mənbələrində nə Urartu, nə də Biaini adları yoxdur. Herodot (er.əv. V əsr) urartuluları alarod adlandırır (Herodot, III, 94) ki, bu da yenə Urartu adının təhrifidir. Urartu dövləti sür’ətlə böyüyərək Van gölü hövzəsindən kənara çıxmış, Şərqi Anadoluda Nairi, Arme (indiki Ərzincan-Karin əyalətləri arasındakı ərazi) və Hayasa (indiki Ərzincan -Bayburt və Ərzrum bölgələri) əyalətlərini işğal etmişdir. Arme əyalətinin er.əv.773-cü ildə işğal edildiyi məlumdur (88,158). Bu əyalətlərdə yuxarıda deyildiyi kimi, er.əv. XII əsrdən sonra Balkanlardan köçüb gəlmiş friqlərin bir qolu, yəni sonralar hay adlandırılanların əcdadları da yaşayırdılar. Lakin. şübhəsiz, onlardan əvvəl həmin əyalətlərin yerli əhalisi vardı. Ermənilərin etnik özünüadlandırması sayılan hay etnonimi məhz Hayasa əyalətinin adındadır(105, 10). Hayasa əyalət adı isə naməlum mə’nalı hay və Anadolu yarımadasında yaşamış Hind — Avropa mənşəli Luviya etnosunun dilində sa şəkilçisindən ibarətdir (Melikişvili Q.A. K istorii drevney Qruzii, Tbilisi, 1959, s.171.). İ.M.Dyakonov yazır ki, (a)sa şəkilçisi erməni dilinə aid deyil (88.212). O, həm də qeyd edir ki, mənbələrdə Hayasa əyalətində çəkilən şəxs və yer adları da ermənicə deyil. Deməli, hay sözü də ermənilərin etnik adı sayılmır. Həm də qeyd edilməlidir ki, ermənilərin ulu əcdadları Balkan yarımadasından (88.206) gəlməmişdən çox əvvəl Hayasa əyalətinin adı er.əv. XIV əsrdə yaşamış Xet dövlətinin hökmdarı II Mursilisin (er.əv. 1339–1336) kitabələrində çəkilir (88.81). Hayasa əyalətinin ermənilər oraya gəlməzdən əvvəlki əhalisinin dili Q.A.Melikişvili və İ.M.Dyakonova görə xat dilinə yaxın idi (121.83). Deyilənlərdən aydın olur ki, ermənilərin ermənihay adlarının hər ikisi Urartu mənbələrində adları çəkilən Arme (Armeini) və Hayasa əyalətlərinin adlarından ibarətdir. Urartu çarları indiki Ermənistian ərazisinə hərbi səfərlər təşkil etmişlər. Mixi əlifba ilə qayalarda yazdırdıqları kitabələrdə onlar burada çoxlu xırda "ölkələri" işğal etdiklərini göstərmişlər. Bu ölkələrin adları hurricə (urartuca) və ermənicə deyil. Ona görə erməni tarixçilərinin indiki Emənistan ərazisində Sevandan Qarsa qədər yalnız hurridillilərin yaşadıqlıları fikri (İstoriə armənskoqo naroda. Erevan. 1980. s.17.) uydurmadır. Urartu mənbələrində indiki Ermənistan ərazisi üçün vahid ad çəkilmir. Belə ad heç olmamışdır. Ona görə də Urartu çarlarının qarətçi hərbi səfərlərinə qarşı çıxa biləcək siyasi qurum da yox idi. İndiki Emənistan ərazisi Urartunun inzibati tərkib hissəsi deyildi. Çar Argiştinin er.əv. 782-ci ilə aid kitabəsində indiki Ermənistan ərazisinin düşmən ölkə adlandırılması bu fikri təsdiqləyir. Burası məlumdur ki, I Argişti İrəvan yaxınlığında İrpuni adlı qala tikdirmiş və orada 6600 döyüşçü yerləşdirmişdi. Erməni tarixçiləri bu döyüşçülərin etnik mənsubiyyətcə erməni olduqlarını yazırlar. Lakin urartu kitabələrində göstərilir ki, bu döyüşçülər xetlərin və tsupilərin ölkələrindən idilər (112. 128). Urartu mənbələrində Fərat çayının sol sahilinə, Malatiyadan şərqdə yerləşən Tsupa əyaləti antik mənbələrdə Sofena kimi qeyd olunmuşdur. Er.əv.VII əsrdə Qara dənizin şimal çöllərindən Kür-Araz ovalığına və indiki Ermənistan ərazisinə qədim türk mənşəli kəmərlər (antik mənbələrdə kimmerlər) kəldilər. Antik mənbələrdə onlar həm də ümumiləşdirici "skif" adı ilə çəkilirlər. Tarixşünaslıqda skiflərin irandilli sayılması ucbatından Cənubi Qafqazda və Ön Asiyada bu qədim türk mənşəli etnosun tarixi təhrif olunmuş vəziyyətdə qalmaqdadır. Bə’zi tədqiqatçılar hesab edirlər ki, ilk dəfə Homer (er.əv.IX əsr) tərəfindən at südü sağanlar kimi səciyyələndirilən və kimmer adlandırılan bu etnosun əsil yerli adı kimmer deyil, kənardan hansısa bir irandilli etnosun haradasa onlara verilmiş addır və iran dillərində guya, həmişə hərəkətdə olan mənasındadır. Bu fikri iranşünas V.A.Livşits irəli sürmüş və ona İ.M.Dyakonov tərəfdar çıxaraq kimmer etnik adı zirək (çevik) atlı dəstəsi kimi mənalandırılmışdır. (Dğəkonov İ.M. K metodike issledovaniə po gtniçeskoy istorii (Kimmeriyüı). Gtniçeskie problemı istorii Üentralğnoy Azii v drevnosti. M.; 1981. s.97.). Kimmerlərin irandilli sayılması və antik mənbələrdə kimmer etnoniminin kənardan verilmə ad sayılması fikri kökündən səhvdir. Bu qədim etnosun əsil adı Kəmər (yaxud Qəmər) olmaqla qədim türk mənşəlidir. Kəmər etnonimi ilə Şərqi Anadoluda Karasu (Fərat çayının yuxarı başı) və Kızıl İrmak çaylar arası ərazi qədim erməni mənbələridə Qamirk (əsli Qamark) adlanır (Fast Buzand,III-kitab, 17-ci fəsil). Kızıl İrmak çayının sol sahilində Sivaşla Qeysəriyyə arasında bir bölgənin adı indi də Kəmərəkdir (165. 67). İ.M.Dyakonova görə assur çarı II Sarqonun (er.əv 722–705-ci illər) yazılarında Urartunun şimal qərbində Qamar ölkəsinin adı çəkilir. Azərbaycanda, Gürcüstanda, Ermənistanda, Şərqi TürkiyədəCənubi Azərbaycanda Qəmərli kənd adları bu tayfanın adını saxlamışdır. XIX əsrdə təkcə Cənubi Qafqazda 10 Kəmərli adlı yaşayış məntəqəsi vardı(113.111). Bu kəndlərin hamısının əhalisi türkdilli idi. Kəmərlərin Qədim Şərq mənbələrində təhrifə uğramış formalarda qeyd olunmuş çar adları (Teuşpa, Tuqdame, Sandakur) da qədim türkcədir(14,82–85). Kəmərlər Urartunun indiki Ermənistan ərazisində sərhədlərinə çatdıqda Urartu çarı I Rusa (er.əv.735–715) er.əv. 715-ci ildə (Oçerk istorii Qruzii. tom I, Tbilisi 1989, s.211). Urartu mənbələrində -Kuriani (B.B.Piotrovskiyə görə Kür) çayının yuxarı axınında (bu belədirsə, onda Kür hidronimi er.əv. VII əsrdə mövcud idi) adlı bölgədə onları ordusu ilə qarşıladı. Qanlı döyüşdə Urartu ordusu məğlub oldu (121, 278) və çar Rusa (assur mənbələrində Ursa) xəncəri ilə qarnını yırtaraq özünü öldürdü (bax: 165). Kəmərlər Ermənistan ərazisində çox qalmadılar, çünki onların ardınca er.əv. VII əsrin əvvəllərində (er.əv.680-ci ildə) türkdilli saklar şimaldan Cənubi Qafqaza gəlmişdilər. Saklar kəmərləri Kür-Araz ovalığından və indiki Ermənistan ərazisindən sıxışdırıb çıxardaraq Urartu sərhədlərinə çatdılar. Urartu çarı II Rusa (er.əv. 680–646) saklara qarşı çıxmaqdan çəkindi. Görünür, o, babası I Rusanın kəmərlər tərəfindən məğlubiyyətini yaxşı bilirdi. Əksinə, II Rusa kimmerlərə (kəmərlərə) yaxınlıq edərək onlarla birlikdə saklara qarşı birgə döyüşə girmək istəmişdi. Lakin kəmərlərin özləri də saklarla toqquşmadan çəkinirdilər. Ona görə kəmərlər indiki Ermənistan ərazisindən er.əv.652-ci ildə Kiçik Asiyaya keçərək bir hissəsi orada mənbələrdə Qamar adlanan ərazidə (bax yuxarıda) məskunlaşdı, digər hissəsi Manna ərazisinə keçdi. Kiçik Asiyanın şərqində Frigiya dövlətinə son qoyduqdan sonra kəmərlər onun ərazisində oturdular. Q.Kapansyana görə məhz kimmerlərin Kiçik Asiyaya girməsindən sonra ermənilərin əcdadlarının əsas hissəsi indiki Ermənistan ərazisinə köçdü (106.155). Əhməd Zəki Validi Toqana görə saklar Ermənistan ərazisinə Gogunun başçılığı ilə gəlmişdilər (172.166).Onun Sarati və Parati adlı oğlanları da atalarının fəaliyyətini davam etdirdilər. Paratinin adını Herodot Prothius kimi (172.166), Paratinin oğlu Maduvanun oğlunun adını isə Madius kimi (172.166) yazmışdır. Bu hakimlər Ön Asiyanı da lərzəyə salaraq 28 il müddətində oranı nəzarətləri altında saxladılar. Maday çarı Kiaksar (er.əv.625–585) Asuriyanı yıxmaqda ona hərbi qüvvə ilə kömək etmiş sakların başçılarını qonaqlığa dəvət edərək öldürdükdən sonra sakların Ön Asiyada 28 illik ağalığına son qoyuldu (172. 167). Sakların əsas hissəsi isə Kür-Araz ovalığında və Alazan-Kür arası ovalıqda və indiki Ermənistan ərazisində məskunlaşdılar və bu əraziləri əhatə edən çarlıq yaratdılar. Sakların içərisində tayfaların adları məlum deyil. Qədim mənbələrdə eradan əvvəlki əsrlərdə və eranın ilk əsrlərinə aid hadisələrlə əlaqədar olaraq Azərbaycan və Ermənistan ərazisində çəkilən türkmənşəli etnotoponimlər (Alban, Basine, Qarqar, Quqar, Uti, Şamaki, Şirvan, Şirak və b.) əsasında biz ehtimal tərzdə sakların alban, basine, qarqar, quqar, kəncək, uti, şamake, şirvan və şirak adlı iri tayfalardan ibarət olduğunu yazmışıq (Qeybullayev Q.Ə. Azərbaycanlıların etnik tarixinə dair. Bakı. 1994). Cənubi Qafqazda (Zaqafqaziyada) skiflər və Skif çarlığı barədə çox yazılmışdır. Lakin tədqiqatçılar antik müəlliflərin əsərlərində skif adı altında sakları, Skif çarlığı adı altında Sak çarlığını nəzərdə tutulduğunu, sakların etnik mənsubiyyətcə qədim türk mənşəli etnos olduğunu özləri üçün aydın edə bilməmişlər. Bu, bir tərəfdən, həmin tədqiqatçıların əsas etibarı ilə ixtisasca iranşünas olmalarından irəli gəlirsə, digər tərəfdən qərəzli surətdə (bu qərəz rus, erməni, fars və gürcü tarixçilərinin mənsub olduğu ölkələrdə qədim dövrdə və erkən orta əsrlərdə türkmənşəli etnosların ağalığı ilə əlaqədar olaraq nəsildən nəsilə keçmiş mənfi pataloji emosiya ilə bağlıdır) qədim türk etnoslarının tarixdə rolunu kiçiltmək kimi elmlə qəti surətdə əlaqəsi olmayan bir iyrənc mövqe ilə əlaqədardır. Antik mənbələrdə skif adı altında müxtəlif qədim türk tayfalarının, o sıradan əsas etibarilə sakların (əsli Saka yaxud Şaka) nəzərdə tutulduğu isə obyektiv tarixi həqiqətdir. Bunu heç olmasa er.əv.VII əsrdə Manna ərazisində Saka, antik mənbələrdə Atropatena, Albaniya və Anadolunun şərqində qeyd olunan üç Sakasena, Atropatena ərazisində Balasakan, Albaniyada Artsak, Sisakan, hazırda Şimali AzərbaycandaErmənistanda Şəki, Cənubi Azərbaycanda Şakabad və b. əyalət, mahal və yaşayış məntəqə adları aydın göstərir (Bax: 82–101). İranşünaslıq korluğu xəstəliyinə tutulmuş tədqiqatçılar və bu xəstələrin yazdıqlarına kor-koranə inananlar bu həqiqəti görməkdən məhrumdurlar. Nə etmək olar, adamlar üçün çoxlu fizioloji xəstəliklər kimi, elmdə də xroniki xəstəliklər vardır, bu da olsun onlardan biri. Əgər bu bir xəstəlik deyilsə, Mərkəzi Asiyadan Qara dənizin şimal sahillərinə qədər nəhəng bir ərazidə er.əv. I minilliyin müxtəlif əsrlərində tarix səhnəsində görünmüş Altay-Türk mənşəli kimmerləri (kəmərləri yaxud qəmərləri), sakları, sarmatları, alanları, massaqetləri və b. irandillilər sayılması necə izah oluna bilər? Normal elmi düşüncə qabiliyyətinə malik adamı yalnız müəyyən zaman çərçivəsində bu boyda nəhəng uydurmaya inanmağa təhrik etmək olar, sonra tarixi həqiqət özünə yol tapıb üzə çıxmalıdır. Gələcək nəsillərdən çıxacaq təhlili təfəkkürlü tədqiqatçılar gec-tez tarixşünaslıqda kök salmış bu şişi kəsib atacaqlar. Buna söz ola bilməz. Saklarla əlaqədar həllini gözləyən problemlər çoxdur. Mövzumuzla əlaqədar olaraq biz Sak çarlığının etnik atribusiyası, bu çarlığın ərazi hüdudları və sakların Azərbaycan və indiki Ermənistan ərazisində azərbaycanlıların mənşəyində rolu məsələsini çox qısa şəkildə nəzərdən keçirəcəyik. Bunun üçün arxeoloji qazıntıların nəticələrinə, antik mənbələrdə bu məsələ bağlı pərakəndə məlumatlara və bu problem ətrafında yazmış tarixçilərin mülahizələrinə istinad edəcəyik. Arxeoloji qazıntılar nəticəsində aşkarlanmış skif tipli əşyaların (xüsusilə ox ucluqlarının) yayılma ərazisi göstərmişdir ki, saklar əsas etibarilə Kür-Araz ovalığında, Azərbaycanın qərb (Dağlıq QarabağZəngəzur) bölgələrində, indiki Ermənistan ərazisində, Azərbaycan və Ermənistanın Gürcüstanla həmsərhəd rayonlarının ərazilərində yaşamışlar. Gürcüstanın Axalsix qəzasında XIX əsrdə bir dağın Sakyurt adlanması (133. 215) fikrimizin doğruluğunu təsdiq edir. Skif əşyaları ən çox Kür-Araz çaylararası ərazinin Ermənistana aid hissəsində və Alazan-Kür çaylararası ərazidə (Gürcüstanın Kaxetiya, Siqnax, Qurcaani, Tioneti və b. r-nlarında) tapılmışdır (bax; S.A.Esaən, M.İ.Poqrebova. Skifkie pamətniki Zakavkazğə. M.; 1985, s.20, arxeoloji xəritə; M.N.Poqrebova. Zakavkazğə i eqo svəzi s Peredney Aziey v skifskoe vremə. M.; 1984, s. 208, xəritə.).Buradan aydın olur ki, Skif (Sak) çarlığı da təxminən məhz bu əraziləri əhatə edirdi. Kürdən şimalda Azərbaycan ərazisində skif ox ucluqları cəmi iki yerdə — Abşeron yarımadasında və Alazanın Kürə qovuşduğu ərazidə — Mingəçevirdə üzə çıxarılmışdır. Kürün Arazla birləşdikdən sonra Xəzərə qədər olan hissəsindən cənubda-Muğan düzündə skif mənşəli abidə yoxdur. Bu ərazi o vaxt Mannaya, sonra Midiyaya aid idi. Ermənistan ərazisində skiflərə ( yəni saklara) aid əşyalar 29 arxeoloji abidədə (onların 11-i yaşayış yerləridir), Gürcüstanın Kürlə — Alazan çaylararası ərazisində 30 abidədə, Azərbaycanın Kürdən cənubdakı ərazisində isə cəmi 8 abidədə tapılmışdır (bax: 94,139–141). Deməli, indiki Ermənistan ərazisi bütünlüklə Sak çarlığına aid idi. Qeyd etmək lazımdır ki, Ermənistanın şimal-şərqində ermənicə Tanzut, Surb-Naatak, Astxi-Blur, Berdatex, Tmbadir qalalarında (bu qala adları ermənicəyə tərcümə edilmiş türkdilli adlardır) arxeoloji qazıntılar nəticəsində er.əv.VII-VI əsrlərə aid mədəni təbəqələr aşkar edilmişdir (Poqrebova M.N. Zakavkazğe i eqo svəzi s Peredney Aziey v skifskoe vremə, s. 220–221.). Bu göstərir ki, həmin qalalar məhz sakların möhkəmləndirilmiş məskənləri idi. Biz burada Alazan və Kür çaylararası ərazinin indi Gürcüstana məxsus hissəsində və Azərbaycanın Şəki-Zakatala bölgəsində sakların yaşaması məsələsinə toxunmayacayıq. Təkcə bunu deməklə kifayətlənirik ki, Klavdi Ptolemeyin (II əsr) Albaniyada sadaladığı şəhər və kənd adlarının bir hissəsi məhz indi Gürcüstana aid Kaxetiyada lokalizə olunur. Bunu da nəzərdə tutmaq lazımdır ki, Strabon (Strabon, XI, 3,2) Alazan çayını Albaniyaya aid edir. Strabonun Kürün İberiyadan və Albaniyadan axması məlumatını (Strabon XI,I, 5) tədqiqatçılar indiyədək düz təfsir edə bilməmişlər. Bu məlumat indi Gürcüstana mənsub Alazan-Kür çayları arası ərazinin Albaniyaya aid olduğu vaxtdakı vəziyyəti əks ətdirir. Odur ki, Alazan-Kür arası ovalıq mənbələrdə Alban çölü adlanırdı. Katexinskaə Tuşetiə sostoit iz tak nazıvaemoy Alvani, kotoraə prostiraetsə do Katexinskoqo Alazana. Alvanskie pole v Kaxetii odna iz plodorodnıx mestnostey v zapadnoy çasti Kaxetin. (B.Dorn. Kaspiy. Spb. 1875, s.336). Gürcüstanda Alpana (Kutais quberniyasının Leçxum qəzasında), Alvani-Sameobi(Tioneti qəzasında), Kür boyunda Zemo-Albani və Kvemo-Albani və başqa toponimlər (133, 11, 13) türkmənşəli albanların oralarda yaşadıqlarını göstərir. Gürcü mənbələrində albanlara məxsus əyalət kimi göstərilən və Ereti adlanan bu bölgə er.əv. II–I əsrlərdə Kartli tərəfindən tutulmuş, vassal vəziyyətinə salınmış və V əsrdə Gürcüstana birləşdirilmişdir. Kür və Alazan çay adlarının türkmənşəli olması göstərir ki, bu çayların hövzələrində eradan əvvəl türkmənşəli tayfalar yaşayırdılar. Yuxarıda sadaladığımız bütün arxeoloji abidələr er.əv. VII–Vəsrlərə aiddir. Antik mənbələrdə Cənubi Qafqazda skiflər barədə məlumatlar Herodotun (er.əv V əsr) skiflərin nəhəng ordu ilə Cənubi Qafqaza gəlməsi (Herodot 1, 103–104), Ksenefontun (er.əv. VI–Vəsrlər) Arminidə skiflərin yaşaması (Ksenefont, Anabazis, VI, 7, 18–19), er.əv VI–V əsrlərə aid məlumatda Kolxidanın Skif ölkəsi adlandırılması (bax: Vestnik drevney isstorii, 1947, № 1, s. 312–313), (Kolxidanın Skif ölkəsi adlandırılması türkmənşəli kimmerlərin Qara dənizin şimal çöllərindən Cənubi Qafqaza Meoti-Kolxida yolu ilə, yə’ni Qara dənizin şərq sahili boyu gəlməsi (Melikişvili Q.A. K istorii drevney Qruzii. Tbilisi, 1959, s. 9) ilə izah olunur. Rodoslu Apollonun (er.əv.IIIəsr) Kolxidada Skif çarının Aeta (qədim türk mənşəli Ata adının təhrifidir) adlanması (M.N.Poqrebova. Zakafkazğə i eqo svəzi s Peredoy Aziey v skifskoe vremə, s.19), Tatsitin albanların yaxınlığında skiflərin yaşaması (Tatsit, Annallar, II, 68), Plininin (Plini, VI, 13, ), Strabonun (Strabon XI, 14,4) və Arrianın (Arrian, II, 84) Kürdən cənubda Sakasin adlı əyalətin yerləşməsi məlumatları ilə bitir. Qədim gürcü mənbələrində Makedoniyalı İskəndərdən əvvəl Gürcüstanda xəzər dilində danışılması (bu məlumatda xəzər etnonimi altında er.əv.VII əsrdə skiflər, yəni saklar nəzərdə tutulur.) məlumatı da Gürcüstan ərazisində sakların yaşaması baxımından maraqlıdır. Lakin Ermənistanda və Azərbaycanın Kürdən cənubda ərazisində Sak etnonimi ilə bağlı hökmdar adlarının çəkilməsinə görə Vəsr erməni mənbələrində və Musa Kalankatlının Alban tarixində saklar barədə nisbətən ətraflı məlumatlar vardır. Bu barədə aşağıda danışacayıq. Cənubi Qafqazda Skif (Sak) problemlərinə toxunmuş tədqiqatçıların söylədikləri mülahizələr isə belədir. İ.M.Dyakonov yazmışdır ki, Cənubi Qafqazda Skif çarlığı olmuşdur (89. 291). O, qeyd etmişdir ki, bu çarlıq Kür-Araz çayları arası ovalıqda yerləşirdi (89,250–251). Bu fikir həqiqəti əks etdirir, çünki bu ovalıq A.M.Xazanovun haqlı yazdığı kimi, (Xazanov A.M. Soüialğnaə istoriə skifov . M.: 1975, s. 219.) köçəri skiflərin maldarlığı üçün sərfəli ərazi idi. İ.M.Dyakonova görə Kürdən cənubdakı Sakasena əyaləti bu çarlığın mərkəzi idi (89. 251). (Lakin İ.M.Dyakonova aydın deyil ki, Strabon müxtəlif ölkələrdə Sakasena adlı üç əyalətin olduğunu yazmışdır, aşağıda bu barədə deyəcəyik). Bu fikir də İ.M.Dyakonova məxsusdur ki, skiflər (sakları nəzərdə tutur) ermənilərin tərkibində etnik komponentlərdən biri olmuşdur ( 88. 257). Yenə bu müəllif yazmışdır ki, saklar Azərbaycan ərazisində çarlıq yaratmışlar (88, 174). K.V.Trever yazmışdır ki, saklar sonra Alban tayfa ittifaqına daxil olmuşlar (154, 59). İ.M.Dyakonovun 1956-cı ildə deyilmiş bu fikirləri sonrakı tədqiqatçıların əsərlərində bir qədər uydurmalar əlavə olunmaqla yalnız təkrarlanmışdır. Konkret olaraq Ermənistan ərazisində sakların yaşamaları barədə fikirlər də vardır. N.Y. Marr yazmışdır ki. Ermənistanın bir bölgəsində saklar yaşayırdılar (Marr N.Ə. İzbr. rabotı. tom V s. 195.). S.T.Yeremyan yazmışdır ki, saklar Kür-Araz ovalığını tutaraq kimmerləri oradan sıxışdırdıqdan sonra Ararat vadisinə, oradan da Urmiya gölü hövzəsinə keçmişlər. (Eremən S.T. Naşestvie kimmerüev i skifskiy plemen i borğba Urartu i Assirii protiv koçevnikov . İstoriko-filoloqiçeskiy jurnal, 1968. № 2. s. 93–94.). Q. Kapansyana görə Hayasa ölkəsinin cənubunda və cənub şərqində hərəkatın başında saklar dururdular (Kapanüən Q. İstoriko-linqvistiçeskie rabotı k naçalğnoy istorii armən-Drevnəə Malaə Aziə. Erevan. 1956. s.150.). B.B.Piotrovskiyə görə Cənubi Qafqazın şərqində və qərbində müxtəlif skif tayfaları yaşayırdı. Bu müəllifə görə Ermənistan ərazisində Uratunun Teyşebani qalasını saklar dağıtmışdılar. Gürcü tarixçisi Q.A.Melikişvili yazmışdır ki, İrəvan və Sevan bölgələrində skif tipli əşyaların tapılması orada kimmerlərin və sakların yaşadıqlarını göstərir (Melikişvili Q.A. K istorii drevney Qruzii, s. 225). Qədim erməni mənbələrində saklarla bağlı məlumatlar əsasən V əsrə aid qaynaqlarda olduqlarına görə, çox hallarda yarıməfsanəvidir. Ermənistan ərazisində Sak çarlığının mövcud olduğu vaxtdan təxminən min il sonraya aid olduqlarına görə, bu mənbələrdə sakların çar adları təhrif olunmuş vəziyyətdədir. Saklar indiki Ermənistan ərazisini işğal etdikdə urartulular onlara qarşı qoşun yeritmədilər. Görünür, urartu çarları az əvvəl kimmerlərlə toqquşmanın urartulular üçün ağır nəticəsini unutmamışdılar. Saklar Urartu dövlətinin süqutunu surətləndirdilər. Bundan istifadə edən Cənubi Azərbaycan ərazisindəki Maday dövləti er.əv. 590-ci ildə Urartu dövlətinin Kiçik Asiyadakı ərazisini işğal etdi . Bu əraziyə şübhəsiz, Armini və Hayasa əyalətləri də daxil idi. Odur ki, Ksenefont (er.əv. Vəsr) Madaydan asılı Armeni dövləti ifadəsini işlədir (Ksenefont, II, 4, 2). Bu məlumatda Armeni dövləti dedikdə Madayın tabeliyində olan, lakin yerli hakim tərəfindən idarə olunan Armini əyaləti nəzərdə tutulmalıdır. Qeyd edilməlidir ki, Ksenefontun vaxtında bu əyalət artıq Madaya yox, onu əvəz etmiş fars Əhəmənlər dövlətinə daxil idi. Görünür, Əhəmənlər bu əyalətdə Madayın canişinini farsmənşəli hakim ilə əvəz etmişdilər. Strabonun midiyalılar ermənilərin adətlərinin baniləridir (Strabon, XI, 13, 9) məlumatında Armini əyalətinin Madaya məxsus olduğunu göstərilir. Məhz Madayın Urartu dövlətinin ərazisini işğal etməsi ilə "Urartu" yaxud Biaini adları (Madayların Urartu dövlətini necə adlandırdıqları məlum deyil) Armini adı ilə əvəz olunur və onlardan da Əhəmən sülaləsindən hökmdar I Daranın Büsütun qaya yazısında er.əv. 520-ci ildə Urartu nun qarşılığı kimi Armini kimi əksini tapır. Qeyd etmək lazımdır ki, urartuluların (əslində yuxarıda deyildiyi kimi, Urartu dövlətini yaratmış hurrilərin) dilində yaranmış Armiini (Arme əyalətinin adından və həm məkan, həm də mənsubiyyət bildirən "ini" şəkilçisindən; urartu dilində ei səsləri bir-birini əvəz etdiyinə görə, bu adı həm Armeini, həm də Armeini kimi oxumaq olar) əyalət adı o vaxt heç də özlərini hay adlandıranların etnik adı, yaxud onların kompakt halda yaşadıqları ərazinin adı deyildi. Sak çarlığı, deyildiyi kimi, Şimali Azərbaycan və indiki Ermənistan ərazisini əhatə edirdi. Deməli, indiki Ermənistan ərazisində ilk dövlət qurumu qədim türk mənşəli Sak çarlığıdır. Bibliyada bu çarlıq Aşkenaz adlanır. V əsr erməni tarixçisi Koryonun Haylar Aşkenazın nəslindəndir məlumatı da bunula əlaqədardər. Alban tarixçisi Musa Kalankatlı Qriqorinin Ərməniyədə IV əsrin əvvəllərində xristianlığı yaymasından danışdıqda qeyd edir ki, Qriqori dünyaya gəldikdən sonra xristianlığı yaymaq üçün Aşkenazın nəsillərinin (yəni sakların və hayların — Q.Q.) yanına göndərilmişdi. (Alban tarixi, I kitab, 10-cu fəsil). Bibliyada Yaxın Şərq xalqlarının şəcərəsində Aşkenazın (yəni Skif çarlığının) qardaşı Torqom, Torqom isə Qomerin yəni kimmerlərin (yəni kəmərlərin) oğlu sayılır. Moisey Xorenasi Torqomu ermənilərin atası adlandırmışdır. Bu yarıməfsanəvi məlumatdan alınan nəticə ondan ibarətdir ki, Ərməniyə türkmənşəli kəmərlərin və sakların ölkəsi hesab edilir. Ərməniyədə Sak hökmdarlarının hamısının adları məlum deyil. Qədim erməni mənbələrində bu çarların banisi Skaordi Sak oğlu (88. 174) adlanır. Əgər hər hansı bir ölkədə çarlıq həmin ölkədə çoxluğu təşkil edən etnosun siyasi qurumu kimi yaranırsa, onda belə nəticə alınır ki, Ərməniyədə saklar aparıcı rola malik idilər. V əsr erməni tarixçisi Moisey Xorenasi ermənilər (yəni özünühay adlandıranlar) barədə açıq yazır ki, biz (yəni hay lar) kiçik, azsaylı zəif və çox hallarda özgələrin hakimiyyəti altında yaşayan xalqıq". Bu məlumat göstərir ki, V əsrdə indiki Ermənistan ərazisində ermənilər azlıq təşkil edirdilər. Orada ermənilərin adları türkcə olan yaşayış məntəqələrində yaşamaları da, onların gəlmə olduqlarını göstərir. Qədimdə də belə idi. Məsələn, Moisey Xorenasinin özü Xorenli Moisey mənaındadır; deməli, Moisey Xoren (bu məntəqə Taron əyalətində idi) adlı kənddən idi. Xoren adı ermənicə Horen toponiminin təhrifidir. Horen toponimi isə ermənicə tələffüzdə əvvəlinə h səsi əlavə olunmaqla qədim türkcə oron gəliş yeri, yaşayış yeri. malqara üçün üstü açıq hassarlanmış yer,xan tərəfindən təyin olunmuş yer, (hərbi) xidmət yeri sözündən (147, 1,477–478) ibarətdir. Müqayisə üçün demək olar ki, Alban tarixçisi Musa Kalankantlının Alban tarixi əsərində Albaniyada bir yaşayış məntəqəsi də Dashoran adlanır. Bu toponim türkcə tas (daş, qaya) və əvvəlinə h səs əlavə olunmaqla oron sözündən ibarətdir. Qeyd etmək lazımdır ki, Altay dillərində oron həm də köçəbə, oba mənasındadır (Q.M.Vasileviç. Toponimı tunqusskoqo proisxojdeniə. "Gtnoqrafiə imen" M.: 1971, s. 167). V əsrin 40-cı illərində Ərməniyədə bir filosof Eznik Koqbatsi (Koqblu Eznik) adlanır. Aşağıda biz Koqb (əsli Kolb-dur, lakin qədim ermənicə l səsi ğ səsi ilə verilirdi) mahal adını qədim türk mənşəli Kuloba adının ermənicə yazılışı olduğunu deyəcəyik. VII əsrdə Ərməniyədə Qabriel Şiqqaratsi adlı həkim yaşayırdı. Bu şəxsin adı isə Şiqqarlı Qabriel mənasındadır. Şiqqar Ermənistanda yer adıdır. Bu ad qədim türk dillərində şinq sıldırım dağ yarğanı, alınmaz dağ (126. 626) və qar alınmaz (sıldırım) qaya (108, 107) sözlərindən ibarətdir. VII əsrdə yaşamış Anani Şirakatsi Ərməniyə coğrafiyası adlı əsərin müəllifidir. Onun Şiraklı olması etnik mənsubiyyətcə erməni (hay) olması demək deyil. Yuxarıda dedik ki, Ərməniyənin ilk çarları Sak mənşəli hakimlər idi. Moisey Xorenasi er.əv. VII əsrin axırında Ərməniyə hökmdarının adını Paruryr kimi yazmışdır. Müəllif onu skaordi sak nəslindən olan, sak oğlu (88. 174) adlandıırır. Ona görə B.B.Piotrovski yazmışdır ki. Paruyr skif mənşəli erməni başçısıdır (141) . Onun bu fikri Moisey Xorenasi Skaordi bizim qüdrətli banimizdir (Moisey Xorenasi, 1 kitab, 23-cü fəsil) məlumatına uyğundur. Lakin, göründüyü kimi. V əsr erməni müəllifi sak yazdığı halda B.B.Piotrovski onu skif kimi qeyd edir. Moisey Xorenasi Paruyru Ərməniyədə ilk tac qoyan kimi səciyyələndirir (Moisey Xorenasi, 1 kitab, 21-ci fəsil). Bunula əlaqədar İ.M.Dyakonov yazır ki, Moisey Xorenasinin əsərində Arminidə Erməni çarlığının yaranmasında hansısa yadellilərlə mütəfiqliyin rolu aydın görünür və bu müttəfiqlik madaylarda əlaqəli idi (88. 194). Paruyr adı türkcə bar var, özüdür və ur varis,övlad sözlərindən ibarətdir. (Addaki y işarəsi qədim erməni dilində əlavə olunma səsdir). Bu ad Qara dənizən şimal sahillərində Skif çarı Qnur (Herodot, IV, 76) , (türk dillərində qun knyaz və un oğul, varis, "övlad" sözlərindən, Türkiyədə Osman Qazinin sərkərdəsi Qunur-Alp , XII əsrdə Gürcüstana gəlmiş Çinli tayfasının başçısı Çin-Bakur (bək və ur sözlərindən) və b. adlarla sıra təşkil edir. Paruyrun etnik mənsubiyyətcə Sak olduğunu göstərən başqa fakt da vardır. Moisey Xorenasi yazır ki. Paruyr Maday çarı Kiaksarın Assuriyanın paytaxtı Nineva şəhərinin tutmasında iştirak etmişdir. (Moisey Xorenasi. 1 kitab. 21-ci fəsil). Deməli, Paruyr Kiaksarın müttəfiqi idi. Başqa mənbələrdən məlumdur ki, Nineva şəhərinin er.əv. 612-ci ildə tutulmasında Kiaksara ermənilər ("hay"lar) yox, skiflər (yəni saklar) kömək etmişlər (88, 176). Moisey Xorenasi həmçinin qədim ermənicə yazılışca Hraçeay, Parnuye, Kornak və b. çar adlarını da çəkir (bax aşağıya). Bu adların hamısı qədim türkcədir. Həmin müəllif er.əv. bir Ərməniyə (yəni Sak)çarının adını Slak kimi yazır. Bu ad qədim türkcə es ağıl zəka sözündədir. Onun haqqında müəllif yazır ki. doğrusunu deyə bilmirəm, Haykdanmı törənmişdir (yəni etnik mənsubiyyətcə haydır — Q.Q.), yoxsa ona qədər (yəni haylara qədər — Q.Q.) ölkədəki (yəni Ərməniyədəki -Q.Q.) aborigenlərdən (Moisey Xorenasi, 1 kitab. 23-cü fəsil). Həmin müəllif er.əv. 1 əsrə aid hadisələrdən danışarkən Ərməniyədə Paskam şəxs adını çəkir. Bu ad qədim türkcədir. V əsr erməni tarixçisi Moisey Xorenasi onun nəslindən Tork adlı bir nəfəri Ərməniyədə Parfiyanın Arşaklar sülaləsindən I Tiridadın eranın I əsrinin ortalarında Ərməniyənin qərbində hakim tə’yin etdiyini yazdıqdan sonra onun xarici görünüşünü belə təsvir edir: Kobut cizgili, hündür boylu, yöndəmsiz, yastı burunlu, batıq gözlü, dəhşətli baxışlı, nəhəng gövdəli və qüvvətli Tork (Moisey Xorenasi, II kitab, 8-ci fəsil). Bu monqoloid irqli adamın zahiri görünüşün təsviridir. Qədim ermənicə yazılışda Paskam kimi qeyd edilmiş şəxs əsli Bas-Qam (yəni Baş-Qam, başqa sözlə Baş şaman) idi. Midiyada er.əv 521-ci ildə fars hakimiyyətinə qarşı üsyan etmiş Qaumata (əsli Qam-Ata) və Kitabi dədə Qorqudda Qamxan şəxs adları ilə Paskam (Baş-Qam) şəxs adı mənaca eynidir. V əsr müəllifi Favst Buzand Ərməniyədə Sak nəslindən bir hakimin adını qədim ermənicə Pisak kimi yazmışdır (Favst Buzand, II kitab, 20-ci fəsil). Bu şəxs adı qədim türk dillərində pi (bi) bəy, şahzadə, başçı (147, II, 97) və sak, çak sayıq, oyaq, huşyar (93, 480) sözlərindən ibarətdir. Bu adın sak hissəsi Parfiyanın Arşaklar sülaləsinin banisi Arşak, X əsrdə Çin Türküstanının Kaşqar əyalətinin hakimi Oğulcak, Səlcuq oğuzlarının əmirlərindən Turşaq, İqor polku haqqında dastan da qıpçaq xanı Konçak, Sisakan episkopunun adı Matuşaq (Alban tarixi, IIkitab, 16-cı fəsil) və b. şəxs adlarında əksini tapmışdır. Ksenefont (er.əv.Vəsr) Kiçik Asiyanın şərqindən danışdıqda Armini əyalətinin Madaya xərac verməkdən boyun qaçırdığını və müstəqil çarlığa çevrildiyini yazmışdır. Müəllif hökmdarın adını çəkmir, lakin onun oğlanlarının Tiqran və Sabar, ordu başçısının Embas adlandığını qeyd edir. (Ksenefont, Anabazis, I kitab, 24-cü fəsil. 30-cu abzas). Tiqran şəxs adı ermənicə deyil. İranşünaslar (məsələn, İ.M.Dyakonov Tiqran adını iranmənşəli sayır) bu adı farsca tiğ ucu şiş, itğ (tat dilində indi də ağzı iti metal alətə tic deyilir) sözü ilə bağlayırlar, lakin adın ran hissəsinin mə’nasını aça bilmirlər. Əslində Tiqran şəxs adı türk dillərində tınq möhkəm qüvvətli (bax: 93) və ərən şücaətli, cəsur döyüşcü,mərd oğul, "qoçaq (147, I, 291) cözlərinin birləşməsindən ibarət addır, (Vəsrdə yaşamış Ktesiy Midiyada bir çarın adını Artik kimi qeyd edir ki, bu da türkcə ər kişi və tınq sözlərindən ibarətdir). Lakin, görünür, ata-anasının dilində Tiq Ərən kimi səslənmiş adı antik müəlliflər Tiqran kimi yazmış, elə də erməni mənbələrinə keçmişdir. Sabar şəxs adı türkcə səbər təmiz, ehtiyatlı, qənaətcil qayda sevən, xoşa gələn (143, III, 2, 1993, 1997) sözündədir. Bu ad IX əsrdə türk bolqarların xanı Sevar, X əsrdə Dəyləmin türk hakimi Savar, IX əsrdə Artsakda Ər-Rub mahalının hakimi Savar və b. şəxs adları ilə eynidir. Sərkərdə Embasın adı isə türkcə em "dərman", cadukərlik, bacarıqlı(147. I, 270) və bas başçı sözlərindən ibarətdir. Yuxarıda dedik ki, er.əv. 590-ci ildə Maday (Midiya) Urartu dövlətinə son qoyaraq ərazisini tutmuşdu. Er.əv. 550-ci ildə Madayda hakimiyyət farsların Əhəmən sülaləsinə keçdikdən sonra er.əv. 521–518-ci illər arasında Armini Əhəmənlər dövlətinin 13-cü canişinliyinə daxil edildi. O vaxt indiki Ermənistan ərazisi hələ Ərməniyə adlanmırdı. Ümumiyyətlə, Urartu dövləti və Sak çarlığı vaxtlarında olduğu kimi, er.əv. II əsrə qədər (Böyük Ərməniyə yaradılana qədər) indiki Ermənistan ərazisinin necə adlandığı məlum deyil. Aşağıda deyəcəyimiz kimi, Armini canişini, əslən Atropatenalı sərkərdə Artaşesin işğalçılığı sayəsində Böyük Ərməniyə yaradılması ilə Kiçik Asiyadakı Armini adı işğal olunmuş ərazilərə, o sıradan indiki Ermənistan ərazisinə şamil olunmuşdur. Şimali Azərbaycan və indiki Ermənistan ərazisində Sak çarlığının parçalanma vaxtı məlum deyil. Burası aydındır ki, bu çarlığın dağılması nəticəsində er.əv. IV–III əsrlərdə Göycə və Zəngəzur bölgələrində Sisakan (sakların Si sülaləsinin adından və Sak etnonimindən), Kürdən cənubda Sakasin və Kürdən şimalda Alban dövlətləri yaranmışdı. Er.əv. 521-ci ildə İran Əhəmənlər dövlətinə qarşı üsyan edən ölkələr içərisində Armini əyaləti də vardı. Büsutun qaya yazısında Armini adının çəkilməsi də bu hadisə ilə bağlıdır. Üsyan yatırıldıqdan sonra Armini canişinliyə çevrildi. Bununla əlaqədar olaraq bir məsələni də qeyd etmək lazımdır: Büsutun qaya yazısında deyilir ki, Arminidə üsyanın yatırılması Dadarşiş adlı Ərməniyə həvalə olunmuşdur. Bu məlumatdan aydın olur ki, üsyan edənlər etnik mənsubiyyətcə ermənilər (haylar) deyildilər, çünki belə halda I Dara üsyanın yatırılmasını Ərməniyə (haya) tapşırmazdı. Dadarşiş şəxs adı da ermənicə deyil, bu təmiz türkdilli ad olmaqla Dadar və türk dillərində çin, şin igid sözlərindən ibarətdir. Əhəmənlər imperiyasının tərkibində Armini XIII canişinliyə daxil idi. Canişinliyi Əhəmən sülaləsindən olan hakimlər idarə edirdilər. Bu hakimlər içərisində qədim yüunanca yazılışda adları Oront kimi yazılan şəxslr mühüm yer tuturdular. Er.əv. 401-ci ildə Arminidən keçmiş Ksenefont orada canişinin Oront adlandığını yazmışdır (Ksenofont, Anabazis, II, 4.).O qeyd edir ki, Oront İran şahının kürəkənidir (Ksenefont, III. 5, 17). Antik mənbələrdə er.əv. IV–II əsrlərdə Armini ərazisində çoxlu Oront hökmdar adı məlumdur. Qədim yunanca Oront kimi yazılmış ad V əsr erməni mənbələrində Eruand (Ervand) (əvvəlinə ermənicə y səsinin əlavəsilə Yeruand yaxud Yervand) kimidir. Lakin Ksenefontun Kiçik Asiyanın şərqindən keçdikdə canişin Orontun atasının adını Artasur kimi qeyd etməsi maraqlıdır. Artasur qədim yunan dilində ç səsi olmadığına görə Ardaçur adının fonetik forması olmaqla, qədim türk dillərində arda şux, oynaq ; gümrah, itiqaçan, cəld və çur qüvvətli, vüqarlı, əzəmətli (143, IV, 1, 671) sözlərindən ibarətdir. Adın çur hissəsinii iştirak etdiyi şəxs adlarına VIII əsrdə Uyğur xaqanlığında Moyonçur, IX əsrdə Ərəb Xilafətində türk sərkərdəsi Manqaçur, XII–XIII əsrlərdə monqollarda Bayançur və b. şəxs adları misal göstərmək olar. Qeyd edilməlidir ki, er.əv. 316-cı ildə Atropatenada hökmdarın adını da antik müəllif Orontobat kimi yazmışdır. Nədənsə, erməni tarixçiləri onun adını "Yervantabad " kimi yazmırlar. Ehtimal ki, Orontobat yerli Orozbat şəxs adının yunan dilində təhrif forması olmaqla qədim türk dillərində oraz, oruz, oris xoşbəxt nişanə və bat "mətin, bahadır (Cingiz xanın nəvəsi Batu xanın adını xatırlayın) sözlərindən ibarətdir. Oruz (Orus) Azərbaycan tarixində mühüm rol oynamış bir neçə şəxsin adıdır. Er.əv. 66-cı ildə Roma sərkərdəsi Qney Pompeylə vuruşmuş Alban çarının adı Oroyz (Oruz) idi. Vəsrdə Albaniyanın Girdman əyalətinin hakiminin adı da Orus idi. Erməni mənbələrində və Alban tarixçisi Musa Kalankatlının Alban tarixi əsərində qədim ermənicə yazılışda əvvəlinə h səsinin əlavə olunması ilə bu ad Hurs kimi, əsərin ruscaya tərcüməsində Xurs kimidir. Azərbaycan tarixçiləri bu adı ruscadan Xurs kimi götürüb əsərlərinə salmışlar. Həmin Orusun (yaxud Oruzun) Daşkəsən rayonunun Xoşbulaq kəndinin yaxınlığında qəbri XIX əsrdə azərbaycanlı və erməni ailələrinin sitayiş yeri idi. Orusun qəbrinin ziyarətgah olması onun Girdmanda xristian dinini yayması ilə əlaqədardır. Kitabi Dədə Qorqud da Oruz (bu adın Uruz kimi oxunması səhvdir) şəxs adı da bu sıradandır. Er.əv. 336-cı ildə Arminidə Əhəmən sülaləsindən Kodoman adlı bir nəfər canişinlik edirdi. Həmin ildən sonra o er.əv. 331-ci ilə qədər III Dara adı ilə Əhəmənlərdən axırıncı İran şahı olmuşdur. Er əv. 331-ci ildə Makedonyalı İskəndər ilə İran şahı III Dara arasında döyüşdə Əhəmənlər dövlətinə daxil olan Armini əyalətinin canişini Oront da iştirak edirdi. Mə’lum olduğu kimi həmin döyüşdə İskəndər qalib gəlmiş və İran Əhəmənlər dövləti süqut etmişdir. Er.əv. 321-ci ildə İsgəndərin ölümündən sonra Ərməniyədə Orontlar (Erməni mənbələrində Eruandlar) sülaləsinin dövləti yarandı və müstəqil çarlığa çevrildi. İsgəndərin ölümündən sonra onun sərkərdələri imperiyanı parçaladılar. Er.əv.312-ci ildə Ön Asiyanın bir hissəsi və Kiçik Asiya, o cümlədən qədim Armeini sərkərdə Selevkə keçdi və onun adı ilə Selevklər dövləti yarandı. Orontlar dövlətinin sərhədləri dəqiq məlum olmasa da, əsas etibarilə indiki Ermənistan ərazisinin qərb hissəsini əhatə edirdi. Məhz əvvəlcə Orontlar dövləti sayəsində Kiçik Asiyanın şərqində yerləşən Armini əyalətinin adı indiki Ermənistan ərazisinə də şamil olundu. Dövlətin paytaxtı əvvəlcə Ararat vadisində er.əv VIII əsrdə Urartu çarı Argiştinin əsasını qoyduğu Arkiştihinili (sonrakı Armavir) şəhəri idi. Sonra Eruandlar zən-giçayın Araza töküldüyü yerdə Eruandaşat adlanan şəhər saldılar (şad sözü fars şahlarının saldığı şəhər adları üçün də səciyyəvidir, məsələn, Şah Firuz −459–484 Şad Firuz şəhərini salmışdı). Erməni tarixçiləri bu adın şad (ermənicə yazılışda şat) hissəsinin farsca olduğunu yazırlar, çünki erməni dilində belə söz yoxdur, bilmirlər ki, fars dilində şad (eynilə Azərbaycən dilində şad sevinc xoş əhvali-ruhiyyə) sözü şumercədir, ikincisi şad sözü are dilindəki şahr sözündəndir (48, 30). Er.əv IIIminillikdə şumer dilində farscə şad sözü ola bilməzdi, heç olmasa ona görə ki, onda hələ fars etnosunun özü mövcud deyildi. Er.əv. 201-ci ildə Selevklər dövlətinin hökmdrı III Antiox Orontlar (erməni mənbələrində Yeruandlar) dövlətinin başçısı Orontu Arminidə və qismən indiki Ermənistan ərazisində hakimiyyətdən kənarlaşdıraq oranı canişinliyə çevirdi və əslən midiyalı (o dövr üçün atropatenalı) sərkərdəsi Artaşesi oraya canişin (strateq) təyin etdi. Bu canişinin adı antik mənbələrdə Artakses kimidir. Adın bu forması "Alban tarixin"də də əksini tapmışdır. Bu şəxs adı qədim yunan dilində ş səsi olmadığına görə Ərtaş yaxud Ar-Taş adının yazılışıdır, es sonluğu isə yunan dilində adlıq hal şəkilçisidir (məsələn, Aristotel şəxs adının yunanca Aristoteles kimi yazılışı ilə müqayisə edin). Qeyd edilməlidir ki, Strabon onun adını məhz Artaks kimi yazmışdır (Strabon, XI, 14, 5). Adın əslinin Artaş olmasını onun qədim erməni mənbələrində Artaşes kimi yazılışı da göstərir ki, bu da Artaş şəxs adından və yunan dilində es adlı hal şəkilçisindən ibarətdir. Deməli, erməni mənbələrində Artaşes kimi yazılmış adın əsli Artaşdır. Bu təmiz türk mənşəli şəxs adıdır. Ərməniyədə Çinli türk tayfasından (bu barədə aşağıda danışacayıq) çıxmış sərkərdələr içərisində ermənicə yazılışda Artaş kimi qeyd olunmuş şəxs adları da məlumdur. Məsələn, sərkərdə Manvel Mamiqunun atasının adı Artaşen, oğlunun adı Artaşes idi (Favst Buzand, III kitab, 37-ci fəsil). Qədim türk xalqlarının tarixində Artaş hökmdar adları olmuşdur. Məsələn, XI əsrdə Səlcuq oğuzlarının bəylərindən biri və XVI əsrdə Özbəkistanda bir xan Ərtaş adlanırdı. Adın ər hissəsi qədim türk dillərində kişi, döyüşçü, igid mənalarında bir sıra türk hökmdar adlarının (məsələn; Alp-Arslanın kürəkəni Ər-Barsqan, Səlcuq bəylərindən Ər-Toğrul, Ər-Tuğan və b.) əksini tapmışdır. Türklərdə sonu taş sözü ilə bitən şəxs adları qədim tarixə malikdir. Hələ er.əv. II minilliyin ortalarında Cənubi Azərbaycan ərazisində yaşamış və bir müddət Mesopotamiyada hökmdarlıq etmiş qədim türk mənşəli Kas tayfasının çar adları içərisində Kantaş, Karaintaş, Karakardaş, Maruttaş, Kikkiurtaş adları mövcuddur. (Bu barədə bax:13) Antik müəlliflərdən biri er.əv. IV əsrdə Orta Asiyada Makedonyalı İskəndərə qarşı çıxmış bir hakimin adını Kartazes kimi qeyd etmişdir. (Kurüiy Ruf, VII, 7,1). Bu ad şübhəsiz ki, türkcə Kartaş şəxs adının qədim yunan dilində yazılış formasıdır. Erkən orta əsrlərdə Mərkəzi Asiyada Uyğur xaqanlığında hökmdar Kinq-Daş, Xarəzm əyalətinin hökmdarı Altun-Taş (1017–1032), Mahmud Qəznəvinin sərkərdəsi Altun-Taş, XII əsrdə Azərbaycanda Bəyləqan şəhərində Altun-Taş, həmin əsrdə Orta Asiyada Qara-Kitayların xanı Yeloy-Daş, Səlcuq oğuzlarının sultanı Məlikşahın (1072–1092) əmirlərindən biri Arslan-Taş, 1029-cu ildə ilk dəfə Cənubi Azərbaycana gəlmiş oğuzların başçısı Kök-Taş, Səlcuq oğuzlarının bəylərindən Su-Taş və b. şəxs adları Ərməniyənin canişini Artaş (əsli Ər-Taş) adı ilə sıra təşkil edir. Nizami Gəncəvinin Yeddi gözəl poemasında çəkilən Türktaz şəxs adı da, fikrimizcə əslində Türk-Tas (yaxud Türk-Taş) idi. Ərtaşın (Artaşın) türkmənşəli şəxs adı olması bir də onunla təsdiqlənir ki, birinci, Ərtaş Kiçik Midiyadan, yəni Atropatenadan idi. Erməni müəllifləri ən’ənəvi surətdə atropatenalıları Mar (Mad, yəni Maday etnoniminin qədim ermənicə yazılışı) adlandırırlar. Vəsr erməni tarixçisi Moisey Xorenasi Artaşesin etnik mənsubiyyətcə mar (midiyalı) olduğunu yazmışdır. O yazır ki, Ərməniyə çarı Yeruand Marların (yəni atropatenalı-ların — Q.Q,) ölkəsindən Artaşesin onun üçün təhlükə olduğunu hiss etdiyinə görə səfir vasitəsilə və hədiyyələrlə Pars çarını ələ almaq istəyirdi ki, madaylı Artaşesi tutub ona versin" (Moisey Xorenasi, II kitab, 38-ci fəsil). Məlumatın bu hissəsi doğrudur ki, Artaşes atropatenalı idi. Atropatenalıların isə azərbaycanlıların türkmənşəli ulu əcdadlarımızdan biri olduğu indi şübhəsizdir. Rus, fars və erməni tarixçilərinin, Azərbaycanda onların dediklərini təkrarlayan İqrar Əliyevin atropatenalıları irandilli xalq hesab etmələri ümumiyyətlə, türk xalqlarına və Azərbaycan xalqının türkmənşəli ulu əcdadlarına qarşı çevrilmiş ikrah hissinin təzahürüdür. Lakin gec-tez tarixi həqiqət yerini tutacaqdır. İkinci, Moisey Xorenasinin yazdığına görə Artaşes döyüş vaxtı örkən (arkan) işlədirdi. Döyüşdə uzaqdan düşmənin boğazına salıb sürütmək üçün örkən işlədilməsi qaydası türk xalqlarının bir döyüş üsuludur. Antik müəlliflərin əsərlərində bu döyüş üsulunun türk mənşəli sarmatlarda, hunlarda, basillərdə, alanlarda və b. tətbiqi haqqında mə’matlar vardır. Hələ Herodot (Herodot, IV, 85) Midiyada yaşayan saqartilər içərisində bu döyüş üsulu barədə yazmışdır. İrandilli tayfalarda və ermənilərdə belə döyüş üsulu barədə heç nə məlum deyil. Üçüncü, Moisey Xorenasinin yazdığına görə Artaşes Alban çarının qızı Satenikə evləndikdə atası qızın əvəzinə kalım (başlıq) istəmişdi. Qız əvəzinə kalım alınması mənşəcə qədim türk mənşəli adətdir. Erməni dilində başlıq sözünü ifadə etmək üçün söz yoxdur, deməli, onlarda bu adət də olmamışdır. XIX əsrdə Ermənistandakı ermənilərin toy adətlərində qeyd olunmuş "sutqağan" sözü Azərbaycan dilində süd (südpullu) və qalan (kalım sözünün qədim forması kalandır, lakin ermənicə l səsi ğ səsi ilə ifadə olunduğuna görə qağan formasını kəsb etmişdir) sözlərinin ibarətdir. Selevklər dövlətini Roma süquta yetirdikdən sonra bu dövlətin tərkibinə daxil olan ölkələr müstəqil oldular . Er.əv. 183-cü ildə Selevklərin Arminidə canişini Ər-Taş (erməni mənbələrində Artaşes) də Arminini müstəqil elan etdi və er. əv. 165-ci ildən başlayaraq ixtiyarındakı ordu ilə işğalçılıq siyasətinə keçərək qonşu dövlətlərdən ərazilər fəth etməyə başladı. Ər-Taş Orodlar (Yervandlar) dövlətinin ərazisinə — indiki Ermənistan ərazisinə yeni ölkələr birləşdirərək Böyük Ərməniyə yaratdı. Bununla da Anadolunun şərqindəki Armini əyalətinin adı daha geniş ərazilərə şamil olunan ada çevrildi. Orondun (ermənicə Yervandın) hakimiyyəti illərində Armina adı indiki Ermənistan ərazisinə şamil olduğunu yuxarıda demişik. Artaş dövründə (er.əv. 189–160) isə həm də indiki Ermənistan ərazisini əhatə edən Böyük Ərməniyə (Böyük Ermənistan) adı yarandı və bununla ümumiləşdirici Armini (Ərməniyə mənasın-da ) anlayışı meydana çıxdı. Deməli, əvvəlcə Arme əyalətinin köklü hurridilli və luviyadilli sakinlrinin adı olan erməni sözü Balkanlardan gəlmə friqlərin bir qolu Arme əyalətində yerləşdikdən sonra həm də bu qolun adamlarına şamil olunmuş ad idi. Böyük Ərməniyənin yaranması ilə Şərqi Anadoludakı Armini əyalətinin adı indiki Ermənistan ərazisinə şamil olduqdan sonra (qədim gürcülər də Urartu ölkəsinə verdikləri Yuxarı ölkə mə’nasında "Somxeti" adını sonra indiki Ermənistan ərazisinə şamil etmişdilər) 'erməni adı ərməniyəli mənasında həm Ərməniyədə yaşayan, lakin azlıq təşkil edən haylara, həm də er.əv VIII və sonrakı əsrlərdə burada məskunlaşmış, həm də çoxluğu təşkil etmiş türk tayfaları üçün ümumiləşdirici etnik ada çevrildi. Bunun səbəbi o idi ki, nə Sak çarlığı, nə də Ervandlar dövləti vaxtında Ərməniyədə yaşayan türk dilli tayfalar üçün vahid etnik ad yox idi, vahid etnik ad formalaşmamışdı. Yeri gəlmişkən qeyd edək ki, indiki Ermənistan ərazisinin adı kimi Ərməniyə adı XI–XII əsrlərdən sonra unuduldu. Hər halda əsas etibarilə indiki Ermənistan ərazisində yaşayış Dədə Qorqud oğuzları bu adı işlətmirdilər. Onun əvəzində Oğuz eli adı vardır. Ar-Taş Ərməniyədə farsmənşəli Yervandlərın hakimiyyətinə son qoydu. Alban tarixçisi Musa Kalankatlı yazır ki, Artaşes Yervanda hücum edərkən, Yervand Albaniyanın Uti əyalətində idi. "Ordusunu orada saxlayıb Artaşes öz şəhərinə qayıdır. Orada Alban ordusunu yanına də’vət edir. Onlar (yəni Artaşes və albanlar Q.Q) Göycə gölünün yanına gəlir və onların (yəni Albanların) köməyi ilə Yervandı qovub Ərməniyəni (indiki Ermənistan ərazisini — Q.Q.) istila edir (Alban tarixi, I kitab, 9-cu fəsil). Bu məlumatda nə hay, nə də erməni adı çəkilmir. Mə’lumatın qiymətli cəhəti budur ki, birinci, Ar-Taş (Artaşes) indiki Ermənistan ərazisini hay ların yox, albanların hərbi köməyi ilə ələ keçirmişdir; ikinci, Alban tarixçisinin qeyd etdiyi Albaniyanın Uti vilayəti Göycə gölünün hövzəsində idi. Ona görə də erməni tarixçilərinin Yervandın ordusunun Albaniyanın Uti vilayətində olması haqqında ermənicə mənbədə olan məlumata əsasən (onlar bu Uti əyalətini Kürdən cənubda lokalizə edirlər, halbuki, Urartu mənbələrində Göycə bölgəsində Etiuni kimi qeyd olunan bu Uti Albaniya ərazisində Kür sahilində ola bilməzdi. Kürdən cənubdakı ərazimizin hələ Yervandlar vaxtında Ermənistana məxsus olması qondarması üzə çıxır; üçüncü və ən əhəmiyətlisi odur ki, deməli, er.əv. II əsrdə Göycə mahalı albanların ərazisi idi. Bu məlumatdan bir məsələ aydın deyil; Artaşa kömək edən albanlar kimlərdir? Eradan əvvəl mövcud olmuş Alban dövləti Kürdən şimalda yerləşirdi. Lakin albanlar həm də Kürdən cənubda yaşayırdılar. (Aşağıda deyəcəyik ki, Strabon ona görə yazır ki, Kaspiana albanlara aiddir, halbuki, onun vaxtında Albaniya Kürdən şimalda yerləşən ərazini əhatə edirdi). Şübhəsiz, Kürdən cənubda siyasi qurum vardı, lakin onun necə adlandığı məlum deyil. Görünür, Ar-Taşın Kürdən şimalda Albaniyanı da tutmaq məqsədi vardı. Alban tarixçisi yazır ki, albanlar bütün dağlı qəbilələri və gürcülərin bir qismi ilə ittifaq yaradıb nəhəng qoşun toplayır və erməni torpağına hücum edirlər. Artakses (Ar-Taş) da öz ordusunu yığır və onlara qarşı çıxaraq və Kür qırağında (təəssüf ki, bu məlumatda Kürün hansı hissəsinin nəzərdə tutulduğu bilinmir) düşərgə salır. Ağır döyüş başlanır və Alban çarının (çarın adı çəkilmir — Q.Q.) oğlu (onun da adı çəkilmir — Q.Q.) Artakseksin əlinə əsir düşür. Çar (yəni Ar-Taş) onun bacısını (yəni əsir düşmüş çar oğlunun bacısını) Satinik (qədim ermənicə yazılışda təhrif olunmuş bu qızın adı türk dillərində sat, şat cürətli, cəsarətli, ürəkli, qoçaq və ınak dost, etibarlı adam, yaxşı yoldaş sözlərindən ibarətdir; Orta Asiyada Qaraxanlar dövlətinin banisinin adı Satuk-Buqra xan (901–995-ci illər), XIII əsrin əvvəllərində Azərbaycan hökmdarı Sultan Məhəmməd Xudabəndənin qızının adı Satibeq idi) adlı çar qızını alır və sülh bağlayaraq Ərməniyəyə qayıdır" (Alban tarixi, I kitab, 10-cu fəsil). Məlumatın Ərməniyəyə qayıdır ifadəsi göstərir ki, Kürdən cnubdakı ərazi Ərməniyəyə məxsus deyildi. Ar-Taş Ararat vadisində, Araz çayının sahilində Artaşat şəhəri saldı. (Buradan aydın olur ki, çarın əsil adı həqiqətdə də Ar-Taş kimidir və adın es sonluğu yunan dilində əlavə olunma şəkilçidir, belə olmasaydı şəhər Artaşesaşat adlanardı). Bu şəhərin adı Artaş adından və şad (Yervandaşat şəhrinin adında olduğu kimi) şəhər sözündən ibarətdir. Oxucu görür ki, Böyük Ərməniyənin əsasını heç də etnik mənsubiyyəti hay olanlar deyil, Atropatenalı Ar-Taş qoymuşdu. Kənarda onun bunun dediklərini köçürmək əvəzinə mənbələr əsasında beynimizin məhsulunu yazsaq, onda tarixi həqiqət belədir. Ar-Taşdan sonra hakimiyyət oğlu Artavaza keçdi. Artavaz (antik müəllif Yuliy Kapitolinin məlumatında bu ad Artabast, Strabonun əsərində Artavast kimidir) adı da qədim türkcə olmaqla arda şux, oynaq, itiqaçan, "cəld" (bax: 147, I, 172–173) və bas (başçı) sözlərindən ibarətdir. Adın yazılışı qədim yunancadır, erməni müəllifləri də onu həmin mənbələrdən götürmüş və elə də əsərlərinə salmışlar. Artabast adının sonunu təşkil edən t səsi yunanca artırılmadır. (XI əsrə aid gürcü mənbəyində bu ad Artavaz kimidir. Leonti Mroveli. Jiznğ üarey. Per. s dr. qruzinskoqo Q.V.Üulaə, M., 1979, s.35 ). Adın ikinci hissəsini təşkil edən bas (baş) sözü Ermənistan ərazisində hələ er.əv. V əsrdə Embas sərkərdə adında vardır.Bu adın türkcə mənası haqqında yuxarıda demişik. Qeyd edilməlidir ki, Artavaz (Artabas) şəxs adları Atropatenanın hökmdarları içərisində də vardı. Roma imperatoru Avqustun mə’lumatında "Midiyalı Artabazın oğlu Ariobarzana Ərməniyəni verdim ifadəsi vardır (51. 51) Artavazdan sonra oğlu II Tiqran (er. əv. 160–95-ci illər) hökmdar oldu. Tiqran şəxs adının türkcə olduğunu yuxarıda demişik. Qədim erməni mənbələrində Tiqranın etnik mənsubiyyətcə erməni (hay) odluğu göstərilmir, o yalnız Ərməniyə çarı kimi qeyd olunur. Ərməniyə dövləti məhz II Tiqranın vaxtında daha da genişləndi və Kiçik Asiyadakı qədim Armeni əyaləti də ona qatıldı. II Tiqran Atropatenada da bir müddət hakim oldu və aşağıda deyəcəyimiz kimi, er.əv.80-cı illərdə, onun Sakasena, Araksena və Kaspiana əyalətlərini Böyük Ərməniyəyə birləşdirdi. Aşağıda bu barədə deyəcəyik. Lakin er.əv. 66-cı ildə Roma ordusu II Tiqranı məğlub etdikdən sonra Böyük Ermənistan dağıldı. Göründüyü kimi, Böyük Ərməniyəni yaradanlar türkmənşəli sərkərdələr idilər. Böyük dövlət yaratmaq üçün böyük ordu lazım idi. Etnik mənsubiyyətcə Kiçik Asiyadakı Arminidə haylardan belə böyük ordu təşkil oluna bilməzdi. Artaşın sülaləsindən çar II Artavaz (er.əv.55–34) er. əv. 34-cü ildə Roma ordusu tərəfindən məğlub edildi, özü və ailəsi əsir düşdü. Təkcə oğlu II Artaş (II Artaksis) xilas oldu (er.əv. 30–20). Onu III Tiqran (er.əv. 20-ci illər) və qısa müddətdə III Artavaz əvəz etdikdən sonra sülalə süqut etdi. Eradan əvvəl 20-ci illərdə Atropatena çarı Artavazın oğlu Ariobarzan Sezar tərəfindən Ərməniyəyə hökmdar tə’yin edildi. Eramızın I əsrinin 51-ci ilində Parfiya dövlətinin Arşaglar sülaləsindən Volokez (50–76-cı illər) qardaşı Tiridadı (erməni mənbələrində onun adı Trdat kimidir; Tiridad qədim fars dilində tiri Merkuri ulduzu və dad verilmiş sözlərindən ibarətdir) Ərməniyəyə hökmdar göndərdi. (Antik müəllif İosif Flavi qeyd edir ki, Vologez Midiyanı qardaşı Pakora, Ərməniyəni qardaşı Tiridada verdi (İosif Flaviy, XIX, 3, 4). Erməni tarixçisi N.Q.Adons yazmışdır ki, I əsrdə Ərməniyə Parfiyadan asılı vəziyyətdə idi (48, 387). Ona görə ki, bu vaxt artıq Böyük Ərməniyə parçalanmış, indiki Ermənistan ərazisi və Kürdən cənubdakı ərazimiz Parfiyanın, Kiçik Asiyanın Armini əyaləti isə Romanın tabeliyinə keçmişdi. Moisey Xorenasi er.əv. 330-cü ildən sonrakı əsrləri Ərməniyə ərazisində hərc-mərclik dövrü adlandırır və yazır ki, ona görə Vologez Böyük Arşak Ərməniyəyə asanlıqla daxil olub qardaşı Valarşakı (Tiridadı nəzərdə tutur) erməni ölkəsində çar etdi (I kitab, 31-ci fəsil). Moisey Xorenasi yazır ki, Parfiya hökmdarı Volokez "dövlətinin (yəni Parfiya dövlətinin -Q.Q.) mövqeyi üçün münasib hesab edərək Ərməniyəyə Tiridadı çar təyin etdi (Moisey Xorenasi, I kitab, 8-ci fəsil). Tiridad Ərməniyəyə ordusu ilə gəlmişdi. Tatsit yazır ki, Tiridad Ərməniyəyə gələndə orada Tiqran adlı hökmdar vardı, Tiridad onu qovdu və 54–75-ci illərdə çar oldu. (Tatsit, Annallar, XV, 2). Bununla da Ərməniyədə (indiki Ermənistan ərazisində) Parfiyanın Arşaklar süladəsinin yan qolu hakimiyyəti ələ əldı. Erməni mənbələrində "Arşakuni"adlanan bu sülalə 387-ci ilə qədər Ərməniyədə hökmdarlıq etmişdir. Arşakların Ərməniyədə hakimiyyəti ələ alması ilə orada er.əv. VII əsrdən türkmənşəli hakimlərin hökmdarlığı bitir və onu iranmənşəli hökmdar əvəz edir. Lakin Ərməniyədə əyalət hakimləri yenə türklər idi. Moisey Xorenasi eranın I əsrində Alban hökmdarı Aranın (Ərənin) Kürdən cənubdakı əraziyə hakim təyin edilməsindən danışarkən qeyd edir ki, Tiridad Ərməniyədə Kanqark (Kəngər), Kolb, Taşir, Quqar və Basen əyalətlərinə də hakimlər tə’yin etmişdi (II kitab, 8-ci fəsil). Müəllif həmin hakimlərin adlarını da çəkir. Məsələn, o, Ərməniyənin qərbinə təyin olunan hakimin Tork adlandığını yazır. Moisey Xorenasinin əsərində çəkilən Ərməniyə əyalətlərinin və oralara Tiridad tərəfindən təyin olunmuş şəxslərin adlarının hamısı türkcədir. Alban tarixçisi aydın yazır ki, həmin Aranın (hökmdar Ərən nəzərdə qurulur -Q.Q.) nəslindən olan məşhur və cəsur ərlərin çoxunu çar Vologez özü hakim təyin etmişdir (Alban tarixi, I kitab, 5-ci fəsil). Haralara təyin olunmuşlar? Kür-Araz ovalığı artıq Ərənə verildiyinə görə, onun nəslindən olan digər ərlərə yalnız indiki Ermənistan ərazisindən əyalətlər verilə bilərdi. Göründüyü kimi, Ermənistan ərazisində əyalətlər türkmənşəli hakimlər tərəfindən idarə olunurdu. Bu hakimlər isə, şübhəsiz, orada yaşayan türkdilli tayfaların başçıları idilər. 387-ci Ərməniyə Bizansla İran arasında bölüşdürüldü və bundan sonra İrana məxsus Ərməniyədə fars canişinləri hökmdarlıq etməyə başladılar. Məhz I Tiridad eranın I əsrinin 60-cı illərində Kürdən cənubdakı ərazimizə (deməli, bu ərazi indiki Ermənistanın ərazisi ilə birlikdə Parfiyanın tabeliyində idi)-Moisey Xorenasinin Ərməniyə tarixi və Alban tarixçisi Musa Kalankatlının Alban tarixi əsərlərində deyildiyi kimi, Araz çayından Xunan qalasına (bu qalanın xarabalığı Torpaqqal" adı ilə Tovuz r-nun ərazisində, Kür çayının sağ sahilində Xunan düzü adlı düzənin kənarında indiyədək qalmaqdadır) qədər olan torpağa Sisakanda (sonrakı Zəngəzurda) hakimiyyətdə olan Sisak sülaləsindən (Moisey Xorenasi bu sülaləni böyük və adlı-sanlı nəsil adlandırır-II kitab, 8-ci fəsil) Ərən (erməni dilində ə səsi olmadığına görə ermənicə yazılışda Aran) adlı bir şəxsi hökmdar təyin etdi (Alban tarixi, I kitab, 5-ci fəsil; Moisey Xorenasi, II kitab, 8-ci fəsil). Alban tarixçisi bu hadisədən danışarkən qeyd edir ki, Aran (Ərən) Araz çayından başlayaraq Xunan qalasına qədər uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdır. Bu məlumatdan aydın olur ki, hökmdar Aranın əcdadları da bu ərazidə hökmranlıq etmişlər. Həqiqət də belədir , aşağıda bu məsələyə qayıdacıyıq. Bununla da Kürdən cənubdakı ərazimizdə "Alban" adlanan yeni (ona görə "yeni" ifadəsini işlədirik ki, antik mənbələrdə çəkilən və paytaxtı Qəbələ şəhəri olan "Alban" dövləti Kürdən Dərbəndə qədərki ərazini əhatə edirdi) dövlət qurumu yaranır. Burada söhbətimizi dayandırıb Sisakan barədə qısaca mə’lumat verək, çünki çar Ərən Sisakandakı hakim sülalədən idi. Er. əv. VII əsrdə gəlmiş saklar indiki Zəngəzur bölgəsində də məskunlaşmışdılar. Sak çarlığı parçalandıqdan sonra orada yerli sülaləyə mənsub hökmdarların dövlət qurumu yaranmışdı. "Alban tarixində" Sisakan adı (qədim ermənicə yazılışda Sisak formasında) I əsr hadisələri ilə əlaqədar çəkilmişdir. Qədim erməni mənbələrində bu ölkə Siuni adlanır ki, bu da "Si" (Si-Sakan adının birinci hissəsi) və Urartu dili mənşəli mənsubiyyət bildirən "uni" şəkilçisindən ibarətdir. Sisakan adı Si sakları mənasındadır. Addakı Si sözü Sisakanda hakimiyyətdə olmuş Sak mənşəli sülalənin adıdır. Bu sülalədən hökmdarların hamısının adları məlum deyil. Mənbələrdə Vasak, Andok, Qdixon, Sunbat və b. çar adları qalmışdır. Qədim ermənicə yazılışda təhrifə uğramış bu şəxs adları qədim türkcədir (bax: 13, 166–167). Sisakanın əhalisinin türk mənşəli saklar olması Stepan Orbelianın (XIII əsr) sisaklar təkcə Suininin yox, həm də albanların əcdadlarıdır, hətta onlara nisbətən daha qədimdir (Stepanos Orebelian. İz istorii roda Sisakan. Azərbaycan EA Tarix institutunun elmi arxivi, inv.№1274) ifadəsindən aydın görünür. Sisakların türkdilli olduqlarını göstərən bir fakt da vardır. Alban tarixçisi yazır ki, sisaklar Yafəsin nəslinə mənsubdur. Yafəs dedikdə müəllif ümumi mənada türkləri nəzərdə tutur, çünki o, Yafəsin oğlanları içərisində Qamər (türk kəmərlər, yaxud qamərlər), Maqos (skiflər) və Mada (madaylar) adlarını da çəkir (Alban tarixi, III kitab, I fəsil). Moisey Xorenasi qeyd edir ki, Siuninin hakimləri Hay yox, Sisak sülaləsindəndir (I kitab, 12-ci fəsil). Diqqəti burası cəlb edir ki, Ərənin hökmdar təyin edilməsindən sonra Kürdən şimalda yerləşən Alban dövləti barədə antik mənbələrdə sinxron məlumatlar kəsilir. Belə nəticə alınır ki, Ərən az sonra Kürdən şimaldakı Alban dövlətinə də yiyələnmiş və beləliklə indiki Şimali Azərbaycan ərazisini bütövlükdə əhatə edən yeni Alban dövləti təşəkkül tapmışdır.Bu birləşmənin dəqiq tarixi mə’lum deyil. Hər halda eranın ilk əsrlərində Albaniyada xristianlıq yayıldıqda Kürdən şimaldakı Maskut əyaləti bu vahid alban dövlətinə mənsub idi. Bu dövlətin paytaxtı hara idi — bilinmir. V əsrdə paytaxt Bərdə idi. Kürdən cənubda yeni Alban dövlətinin təşəkkülü ilə əlaqədar qarşıya yeni sual çıxır: nəyə görə Kürdən cənubdakı hökmdar Ərənin çarlığı da Alban adlanmışdır? VII əsrdə yaşamış Musa Kalankatlının özü də bunun səbəbini bilmədiyinə görə yazmışdır ki, ölkəyə(yəni Kürdən cənubdakı əraziyə) Alban adını ona görə vermişdilər ki, Aranın özünü, yumşaq xasiyyətinə görə aqu deyə çağırırdılar" (Alban tarixi I kitab, 5-ci fəsil). Bu məlumatda albanların türkdilli olduğunu göstərən qiymətli bir fakt vardır: həqiqətdə də qədim türk dillərində aqi sözü yaxşı, mehriban, xoş xasiyyətli (93, 48: aqi səxavətli) mənasındadır (Bax: E.Nadjip. İssledovaniə po istorii törkskix əzıkov XI–XIV vv. M.1989. s.266). Lakin bu fikir Musa Kalankatlıda Alban adının qədim ermənicə yazılışda Ağuan kimi yazılışından irəli gəlmişdir. Deməli, ölkə Aranın (Ərənin) mehriban xasiyyətinə görə adlana bilməzdi. Əslində bunun səbəbi özünüadlandırması Alban olan etnosun həm Kürdən şimalda, həm də Kürdən cənubda yaşamasında idi. Kürdən cənubdakı ərazi, xüsusilə Kür-Araz arası ovalıq həm də Aran adlanırdı. Bununla əlaqədar olaraq AlbanAran ölkə adları haqqında qısa məlumat vermək zərurəti ortaya çıxır. Alban etnosunun adı ilə Şimali Azərbaycan ərazisi I əsr müəllifi Strabondan başlayaraq antik mənbələrdə Albaniya, qədim erməni dilində XI–XII əsrlərə qədər sözün ortasında samit səsdən əvvəl duran literal "l" səsi "ğ" səsi ilə ifadə olunduğuna görə Musa Kalankatlının Alban tarixində və erməni mənbələrində Ağvan adlanmışdır. Lakin parfiyalılar, farslar və suriyalılar eranın əvvəllərindən etibarən Alban ölkəsinə Aran demişlər. İlk dəfə olaraq İranın Sasanlar sülaləsindənI Şapurun (242–272) 262-ci ilə aid üçdilli (yunan, parfiya və fars dillərində) kitabəsində yunan versiyasındakı Albaniya adı parfiya dilində versiyada Aran kimi yazılmışdır (fars dilində versiya xarab olduğna görə oxunmur). Suriya dilində Aran adı ilk dəfə VI əsrin ortalarına aid mənbədə çəkilmişdir (140). 642-ci ildən başlayaraq Alban ölkəsini işğal etmiş ərəblər ölkəyə Arran demişlər. XI əsrə aid gürcücə mənbədə də "Alban" adı Ran(i) kimidir. Deməli, Alban adı qədim gürcülərə də məlum deyildi. Qeyd edilməlidir ki, qədim mənbələrdə eramızın əvvəllərinə qədər AlbanAran ölkə adları müxtəlif koordinatlı ərazilərin adlarıdır. Bu məsələ indiyədək Azərbaycan tarixşünasılğında aydınlaşdırılmamışdır. Nəzərdə tutulmalıdır ki, antik mənbələrdə çəkilən Albaniya yalnız Kürdən Dərbəndə qədər olan ərazinin adıdır. Bu mənbələrdə Albaniya dövlətinin cənubda Kür çayı ilə sərhədləndiyi göstərilmişdir. Kürdən cənubdakı ərazimizdə eranın I əsrinin ortalarına qədər (yəni çar Ərənin hakimiyyətinə qədər) mövcud olmuş siyasi qurum aydın deyil. Lakin burası şübhəsizdir ki, türk mənşəli əhalinin dilində qışlaq mənasında Aran adlanmış Kür-Araz ovalığı eranın I əsrinin 60-cı illərindən sonra parfiyalılarda, farslarda, suriyalılarda Aran, onlardan da ərəblərdə Arran ölkə adına çevrilmişdir. V əsrdən başlayaraq erməni mənbələrində və Musa Kalankatlının Alban tarixinin VII əsrə aid hadisələrdən bəhs edən hissəsində çəkilən Ağvan (Alban adının ermənicə yazılışı) eranın I əsrinin 60-cı illərində Kürdən cənubda yaranmış və yuxarıda dediyimiz kimi, həmin vaxtda Kürdən şimaldakı Alban dövlətinin ərazisini də əhatə etmiş Alban dövlətinin vahid adıdır. Başqa sözlə, "Alban tarixi"indəki "Alban" adı həm antik mənbələrdəki Albaniyanı, həm də Kürdən cənubda eranın əvvəllərinə qədərki Aranı ifadə edir. Kürdən şimalda yerləşən Alban dövlətinin dəqiqliyi ilə nə vaxt və necə süqut etməsi və onun ərazisinin eranın I əsrinin 60-cı illərindən sonra Kürdən cənubda yaranmış Alban dövlətinə qatılması məsələsi aydın deyil. Antik mənbələrdə er. əv. 36-cı ilə aid hadisələrlə əlaqədar olaraq Kürdən şimaldakı Alban dövlətinin başçısı Zoberin adı çəkilmişdir (Dion Kassi, X,IX, 24). Deməli, Ərən Kürdən cənubdakı ərazidə hakimiyyətə keçdikdə Kürdən şimalda çarlıq hələ də mövcud idi. Kürdən şimaldakı Alban dövlətinin çar adları Alban tarixçisi Musa Kalankatlıya mə’lum deyil. O, yalnız Kürdən cənubdakı ərazinin həm eradan əvvəl və həm də eranın I əsrinin 60-cı illərində yaranmış Alban dövlətinin hökmdarlarının adlarını çəkir. Müəllif hökmdar Ərənni vaxtını nəzərdə tutaraq yazır ki, burada (yəni Kürdən cənubda) Alban dövlətinni tarixi başlanır (Alban tarixi, I kitab, 5-ci fəsil). Deyilənlərdən görünür ki, parfiya, farssuriya dillərində Aran adı Kürdən cənubdakı ərazimizin eradan əvvəlki adı olan Aran adıdır. Eranın I əsrinin 60-cı illərindən başlayaraq həm Kürdən şimalı, həm Kürdən cənubu əhatə edən dövlət, (Alban tarixindəki Alban) adı isə er. əvvəl Kürdən şimaldakı Alban dövlət adının eranın I əsrinin 60-cı illərində Kürdən cənubda-Aranda yaranmış dövlətə şamil olunmuş addır. Alban tarixində çəkilən Aranşahlar ifadəsi də məhz Aran ölkəsinin şahları mə’nasındadır. Beləliklə, maldar ellər üçün qışlaq yeri olduğuna görə qədim türkcə Aran (türk dillərində aran isti yer, aşağı yer, qışlaq sözündən) (143, I, 1, 251) adlanmış Kür-Araz ovalığının adı (qeyd edilməlidir ki, Şərqi Anadoluda Arpaçay-Araz qovşağında Diqor-Qarabağ-Ağcaqala bölgəsi indi də qışlaq mənasında Aran adlanır-168, 38) eranın I əsrinin 60-cı illərində yaranmış və Kürdən şimaldakı Alban ölkəsinin adı ilə Alban adlanmış siyasi qürum parfiyalılarda, farslarda və suriyalılarda ən’ənəvi olaraq Aran, erməni və alban mənbələrində Alban adlanmağa başlanır. Deməli, Albaniya tarixinə dair mənbələrdə Aran adı Kür-Araz ovalığının qışlaq yeri olması ilə əlaqədar olaraq yaranmışdır. Həm də bu ad təmiz türkmənşəli aran "qışlaq" sözündən ibarətdir. (1588-ci ilə aid məlumatda Arani-Şəmkir, Gəncə bölgəsində Ahistabad aranı və b. qışlaq yerləri qeyd olunmuşdur-bax: 167s. 206–207). Kür-Araz ovalığının düzən hissəsinin adı kimi Aran toponiminin yaranma vaxtı məlum deyil. Lakin Klavdi Ptolemey (II əsr) Kür çayı hövzəsində bir bölgənin Tosaren adlandığını yazmasına görə (Ptolomey, V, 12, 9), Aran adının hər halda eradan əvvəl mövcud olduğu şübhəsizdir. Tosaren qədim türk dillərində toz, tuz "düzən" (147, III, 309–310) və aran "qışlaq yeri", mülayim iqlimli yer sözlərindən ibarətdir (bax: 13, 190). Aran ölkə adı Musa Kalankatlının Araşahlar ifadəsində də əksini tapmışdır. Buna görə də A.P. Novoseltsevin (A.P. Novoselğüev, V.T.Paşuto, L.V. Çerepnin. Puti razvitiə feodalizma. M. 1972, s.38). Aran ölkə adını Alanİran adları hesab etməsi həqiqətə uyğun deyil. Yuxarıda deyilənlərdən aydın oldu ki, Albaniyanın tarixi ilə bağlı məlumatlarda Aran ölkə və dövlət adıdır. Lakin eranın I əsrinin 60-cı illərində Alban çarı da Aran adlanmışdır. Bu hökmdarın adı təmiz türkcə olmaq e’tibarilə ərən şücaətli, cəsur döyüşçü, mərd oğul, qoçaq, qüvvətli (147, I, 290–291) sözündən ibarətdir. Bununla da Albaniya ilə bağlı qədim məlumatlarda Aran Kursiv mətnsözünün iki anlayışı ayırd olundu. Lakin qədim mənbələrdə, Alban və yaxud Aran dövlətinin ərazisində bir neçə mahal və yaşayış məntəqə adları da Aran adlanır. Musa Kalankatlının Alban tarixində (Alban tarixi, II kitab, 4-cü fəsil) və VII əsrə aid ermənicə mənbədə (59,51) Albaniyanın Artsak (indiki Dağlıq Qarabağ) əyalətində ermənicə yazılışda Mets-Arank (Böyük Aran) və Aran-Rot (Aran çay) mahal adları çəkilir. Araşdırma göstərmişdir ki, Böyük Aran adı indiyədək Dağlıq Qarabağda Əsgəran (əski və Aran sözlərindən) adında qalmışdır. Dağlıq Qarabağda Aranzəmin kənd və Arandüzü yer adları da vardır (Bu barədə bax: Qeybullayev Q.Ə. Qarabağ, Bakı, 1991). Aronrot mahal adı Aran və farsca rot 'çay sözlərindən ibarətdir. IX əsrə aid ərəb mənbəyində Arranda Arran adlı çayın axdığı qeyd olunmuşdur (12). Araşdırma göstərmişdir ki, VII əsrə aid ermənicə mənbədə Aranrot və ərəbcə mənbədə Arrançay indiki Həkəriçaydır. Çayın Həkəri adı orta əsrlərdə Türkiyənin Həkəri əyalətindən gəlmiş kürdlərin özləri ilə gətirdikləri addır. VII əsrə aid ermənicə mənbədə Albaniyanın Uti əyalətində Arandjnak yer adı çəkilir (59, 57). Albaniyada Uti adlı 4–5 əyalət vardı. Həmin Uti əyaləti indiki Ağstafa r-nun ərazisini əhatə edirdi, ona görə ki, Alban tarixinXalxal şəhərinin yerləşdiyi Uti əyaləti ifadəsi vardır. Həmin Xalxal şəhərinin xarabalıqları Ağstafa r-nun ərazisindədir. Məhz Ağstafa r-nun ərazisində indi Arançı təpələri (VII əsrə aid ermənicə mənbədə olan Arandjnak adı "Arançı" adının ermənicə yazılışıdır), Arandağı və Aran kənd adları vardır. Dağlıq Qarabağda XII əsrə aid xristian məbədi üzərində ermənicə epiqrafik abidədə Aran-Daş (ermənicə yazılışı Hrandaşants), Yazı-Aran (ermənicə yazılışı Yeznarats) və Aran (ermənicə yazılışı Herants) kənd adları qeyd olunmuşdur (Göyüşov R. Xotavəng məbədi və onun yazılarına dair. Azərbaycan SSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 1972, №3, s.71). XVII əsrə aid mənbədə Dağlıq Qarabağda Yazı-Aran və Dorbet-Aran (yəni Dorbet kəndi yaxınlığında Aran kəndi) kənd adları çəkilir (Bax: Qeybullayev Q.Ə. Qarabağ, Bakı, 1991). Bu mənbədə Bərdə bölgəsində Aranbad kənd adı da vardır (Yenə orada). XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında əhalisi azərbaycanlı-lardan ibarət Eran (os) və Tiflis quberniyasının Duşet qəzasında Aran (isi) kəndləri mövcud idi (133, 92 və 152). Aran yaşayış məntəqə adı Cənubi Azərbaycan ərazisində məlumdur (79, 351). XIII əsr ərəb müəllifi Yaqut əl Həməvi cənubda Arran şəhər adını qeyd edir. Aran adlı kənd XIX əsrdə Lerik rəyonunda vardı. Gətirilən faktlardan aydın olur ki, bu toponimlər nə Alban ölkəsinin başqa adı olan Aran, nə də Albaniyanın I əsrinin 60-cı illərində hökmdarı olmuş Aran (Ərən) adı şəxs ilə bağlı deyil. Türk dillərində "qışlaq yeri", mülayim iqlimli yer, isti yer mənalarında olan aran sözü Qarabağın dağlıq hissəsində mahal və kənd adlarında əksini tapa bilməzdi. Ona görə də Sara Aşurbəylinin ermənicə yazılışda Mets-Arank toponimində Aran (Arran) ölkə adının əks olunduğu fikri (Sara Aşurbeyli. Qosudarstva Şirvanşaxov. Baku, 1985, s.57) yanlışdır. Tədqiqat göstərmişdir ki, Aran, həm də bir qədim türk mənşəli tayfanın adıdır və yuxarıda gətirilən mənbələrdən göründüyü kimi, bu tayfa eranın əvvəllərində Albania ərazisində yaşayırdı. İlk dəfə Plini (I əsr) Şimali Qafqazda Oran adlı tayfanın yaşadığını yazmışdır (Plini, VI, 26). II əsr müəllifi Klavdi Ptolemeyin əsərində bu tayfanın adı Oriney kimidir (Ptolemey, V, 17, 15). Tədqiqatçılar bu tayfanın etnik mənsubiyyətini müəyyən edə bilməmişlər. Lakin biz onun qədim türk mənşəli tayfa olduğunu yazmışıq (79). Bizim mülahizəmiz aşağıdakı faktlara əsaslanır. Erkən orta əsrlərdə Cənubi Rus çöllərində yaşamış qıpçaqların bir tayfası Uran adlanırdı. Qədim türk dillərində a-o və a-u fonetik əvəzlənməsi qanunauyğunluğuna (Rəsnen M. Materialı po istoriçeskoy fonetike törkskix əzıkov. M., 1955, s. 55.) əsasən demək olar ki, Plininin Oran kimi yazdığı etnonimin və qıpçaqlarda Uran etnoniminin əsli Aran idi. XIX əsrdə Orta Asiyada qaraqalpaqlarda Aranşi, türkmənlərdə Aranji adlı tayfalar vardı (78) . Hər iki tayfanın adındakı -şı və jı şəkilçiləri Azərbaycan dilində həm də mənsubiyyət bildirən -çi (çı) şəkilçisi ilə mənşəcə eynidir və bu şəkilçi Qazançı (qədim türk mənşəli Qazan tayfasına mənsub), Danaçı (qədim türk mənşəli tayfası Tana tayfasına mənsub), Quşçu (qədim türk mənşəli Kuşi tayfasına mənsub) və b. yer adlarında əksini tapmışdır. Maraqlısı budur ki, qaraqalpaqlarda və türkmənlərdə Aranşı və Aranjı tayfa adları VII əsrə aid ermənicə mənbədə Albaniyada Arandjnak ("Arançı" adından və fars mənşəli "nak" şəkilçisindən) kimi qeyd olunmuşdur. Yuxarıda deyildiyi kimi, bu ad indiyədək Ağstafa r-nun ərazisində "Arançı təpələri" yer adında qalmışdır. Yuxarıda qeyd etdik ki, Plini Oran (əsli Aran) tayfasının Şimali Qafqazda yaşadığının yazmışdır. Dağıstanda indi Aran, Arantay, Arankutan, Aranbulaq kəndləri vardır (79, 351). Deyilənlər Aran adlı türk tayfasının mövcud olduğuna və onun qədimdə geniş arealda yaşadığına şübhə yeri qoymur. Lakin bu tayfanın Azərbaycan ərazisində məskunlaşma vaxtı dəqiqliyi ilə məlum deyil. Alban tarixində VII əsrə aid hadisələrdə və VII əsr Erməni coğrafiyası adlı mənbədə Böyük Aran (ermənicə Mets-Aran) adının çəkilməsi göstərir ki, hər halda bu tayfa VII əsrdən əvvəl burada yaşayırdı. Bu fikri təsdiqləyən bir fakt da vardır. Yuxarıda dedik ki, XII əsrdə Cənubi Şərqi Avropada qıpçaqların bir tayfasıUran adlanırdı. Qıpçaqların digər tayfası isə Tərtər idi. Dağlıq Qarabağda Tərtər çayının adı Alban tarixində VII əsrə aid hadisələrlə əlaqədə çəkilmişdir. Buradan belə nəticə alına bilər ki, Aran və Tərtər tayfaları Dağlıq Qarabağda yanaşı məskunlaşmışdılar. Biz hesab edirik ki, bu tayfalar Albaniyaya eranın ilk əsrlərində hunlarla gəlmişlər. Bununla da Albaniyaya aid mənbələrdə Aran adının üçüncü anlayışı aydınlaşdı. İndi biz geriyə qayıdaraq Kürdən cənubdakı ərazimizdə yeni Alban dövlətinin yaranması ilə əlaqədar söhbətimizi davam etdirəcəyik. Nəyə görə Parfiyanın Ərməniyədə (indiki Ermənistan ərazisində, çünki Kiçik Ərməniyə, yəni Kiçik Asiyadakı Armini [[Roma]]nın tabeliyində idi) hökmdarı Tiridad Kürdən cənubdakı ərazimizə türk mənşəli Sisak(yuxarıda dedik ki, ermənicə mənbələrdə Sisakada Sisakan adının qısaldılmış formasıdır) nəslindən çar təyin etmişdi? Aydındır ki, Kürdən cənubdakı ərazi ermənilərə (yəni "hay"lara) mənsub olsaydı, onda oraya etnik mənsubiyyətcə hay olan hökmdar tə’yin edilərdi. Əvvələn, Sisakanda çar sülaləsi Sak çarlığı parçalanandan sonra yaranmış knyazlıqlardan biri idi. Knyazlığın paytaxtı-nın xarabalığı indi Ermənistana məxsus Sisyan (Sisyan toponiminin özü Sisakan adından təhrifdir) r-nunda olan Şəki (Saka, əsli Şaka etnonimindən) qalası idi; ikincisi, yerli hakimlər tərəfindən idarə olunan bu knyazlığın özü də Parfiyanın tabeliyində olduğuna görə Tiridaddan asılılıqda idi. Lakin Sisakanda çar sülaləsinin hakimləri və Kürdən cənubdakı ərazimizə hakimlik etmiş şəxslər bir şəcərəyə mənsub idilər. Musa Kalankatlı yazır ki, Ərən şəcərə cədvəli əsasında albanlara hökmdar təyin olunmuşdur (Alban tarixi, I kitab, 8-ci fəsil). Buradan aydın olur ki, Ərənin əcdadları Kürdən cənubdakı ərazidə nəsillər boyu hökmranlıq etmişlər. Lakin bu hökmranlıq eranın I əsrinə qədər Kürdən şimalda yerləşən Alban dövlətinin əhatə etmirdi. Alban tarixçisi Musa Kalankatlı "alban çarları " dedikdə Kürdən şimalda er. əv. IV əsrdən eranın I əsrinin ortalarına qədər mövcud olmuş Alban dövlətinin çarlarını yox, Kürdən cənubda eranın I əsrinin 60-cı illərində yaranmış Alban dövlətinin hökmdarı Ərənin ulu əcdadlarını nəzərdə tutur: Aran (deməli, I əsrdə Alban dövlətini hökmdarı Ərənin bir ulu əcdadı da Ərən adlanmışdır), Aray, Anuşavan, Parat, Arbak, Zavan, Pərnas, Sur, Həvəng, Vaştaq, Ambak. Arnak, Şavarş, Noray, Vastamkar, Həraq, Hiran, Ancak, Dalak, Huray, Zarmehr. Borç, Arbun, Bazak, Xoy, Yusaq, Qaykak, Skaordi, Paruy, Parnavaz, Paçuc, Kornak, Pavus, Eruand və Tiqran (Alban tarixi, I kitab, 8-ci fəsil). Qədim ermənicə yazılış formaları olduqlarına görə bu hökmdar adları, şübhəsiz, təhrifə uğramışlar. Maraqlıdır ki, Moisey Xorenasinin Ərməniyə çarları kimi qeyd etdiyi hökmdarların (Skaordi, Parnuas, Karnak, Eruand , Tiqran, Paçuyç, Pavos, Qaykak) adları ilə Alban tarixçisinin Kürdən cənubda albanların hökmdar adları (Skaordi, Paruy, Parnas, Kornak, Eruand, Paçuç, Pavus, Xaykak) eynidir.Alban tarixçisi yazır ki, Tiridad məhz bu şəcərə cədvəlinə əsasən Sisakanda hakim sülalədən Ərəni Kürdən cənubdakı əraziyə hökmdar təyin etmişdi ("Alban tarixi", I kitab, 8-ci fəsil). Göstərilən hökmdar adlarının hamısı türkcədir: Aran (qədim erməni dilində "ə" səsi olmadığına görə Ərən adının yazılışı) ərən igid, "cəsur", döyüşçü: Arbak, ər və bak bəy, el başçısı sözlərindən (Midiyada da bir hökmdar Arbak adlanırdı); Zaban, qədim türkcə zaban, çaban knyaz sözündən (er.əv. 820-ci ildə Midiyada hakim Zaban, Albaniyada hakim Zaban, orta əsrlərdə çoxlu Çoban şəxs adları ilə eynidir, fars dilində çoban qoyun otaran sözü ilə heç bir əlaqəsi yoxdur, yalnız zahiri oxşarlığa malikdir); Parnak, türk dillərində bar var, özüdür və ınak dost, etibarlı adam, yaxşı yoldaş sözlərindən; Ambak, türk dillərində əm bacarıqlı, mahir və bak bəy, el başçısı sözlərindən; Arnak, qədim türkcə ər kişi, igid döyüşçü, qoruyucu və ınak "dost", "e’tibarlı adam", "yaxşı yoldaş" sözlərindən (Qərbi hun xaqanı Attilanın oğlu Ernak, Orta Asiyada orta əsrlərdə Xivə xanı İrnak şəxs adları ilə eynidir); Ancak, türk dillərində enq irəlidə (öndə) gedən, öndə, yəni qadbaqda duran (cərgədə, döyüşdə) və sak, çak "sayıq", "ayıq"(93,480) ya da türk dillərində saq ehtiyatlı (Azərbaycan dilində sağınmaq felinin kökünü də bu söz təşkil edir), yaxud çak böyük, qüvvətli (143,III, 1451) sözlərindən; Bazuk, qədim türkcə bazuk "iri gövdəli", dolu bədənli sözündən (hunlarda Əm-Bazuk hakim adı ilə müqayisə olunur); Kornak, qədim türkcə kür səbatlı ər, möhkəm və ınak dost, etibarlı adam, yaxşı yoldaş sözlərindən və s. Qədim ermənicə "Anuşavan" kimi yazılmış hökmdar adının qədim türklərdə çoxlu Anuş (məsələn, erkən orta əsrlərdə Orta Asiyada Xarəzmşahlar dövlətinin banisi Anuşteqin) şəxs adları ilə eyniliyi şübhə doğurmur. Dediyimiz kimi, eyni hökmdar adlarını V əsr erməni tarixçisi Moisey Xorenasi də çəkir, lakin, o, bu hökmdarları Ərməniyə çarları (Ərməniyədə çarlıq etmiş türk hökmdarları mənasında) kimi qeyd edir. Buradan alınan nəticə ondan ibarətdir ki, Kürdən cənubda yerləşən Azərbaycan ərazisi və indiki Ermənistan ərazisi eyni türk mənşəli hökmdarların hakimiyyəti altında olmuşdur. Ərən Kürdən cənubda hökmdar təyin olunanda bu şəcərə cədvəli mövcud olmuşdur; bu barədə salnamələr də vardı. Lakin alban tarixçisinin yazdığı kimi 704-cü ildə Ərəb xilafətinin köməyi ilə Erməni kilsəsi Alban kilsəsini özünə tabe etdikdə albanların tarixinə dair alban yazısı ilə yazılmış hər nə varsa hamısını yandırmışdı. Ona görə Alban tarixçisi bu hadisəyə işarə edərək yazır ki, şərqdə (yəni Albaniyada) mövcud olan müxtəlif xalqların çoxluğu, kitab və əhdlərin yandırılması ilə əlaqədar olaraq izah edirlər ki, niyə görə bu(yəni hökmdar Ərənin əcdadlarının tarixi -Q.Q.) mümkün deyil (Alban tarixi, I kitab, 9-cu fəsil). Maraqlıdır ki, nə Musa Kalankatlının, nə Moisey Xorenasinin sadaladıqları hökmdar adları içərisində Artaş (Artaşes) adı çəkilmir. Bu onunla izah oluna bilər ki, Artaş yerli yox, madaylı (o dövr üçün atropatenalı) idi. Oxucu diqqət versə görər ki, indiki Ermənistan ərazisində mövcud olmuş Sak çarlığı kimi, farsmənşəli Yervandlar və türkmənşəli Artaşlar sülalələrinə mənsub dövlətlər özlərini "hay" adlandıranların siyasi qurumları deyildi. Lakin erməni tarixşünaslığında bu dövlətlər erməni (hay) mənşəli sayılırlar. Ermənilər uşaqlarına Aran, Artaşes, Artavazd, Tiqran, Paruyr və b. adlar verirlər, lakin onların qədim türkcə olduqlarını bilmirlər. Oxucu həm də yəqin hiss edir ki, yazdıqlarımız nəsə Azərbaycan tarixinə dair ümumiləşdirilmiş əsərlərdə yazılanlarla üst-üstə düşmür. Amma tarixi həqiqət belədir. Əsil qədim etnik tariximiz hələ yazılmamışdır. Deyilənlərdən aydın oldu ki, Sak çarlığı, sonra Orodlar (Orontlar, yaxud, Ervandlar), Artaşlar və Sisakan türk dövlətləri indiki Ermənistan ərazisini və Kürdən cənubdakı Azərbaycan ərazisini əhatə etdiklərinə görə Kür çayı bu dövlətlərlə Kürdən Dərbəndə qədərki Azərbaycan ərazisini əhatə etmiş Alban dövləti arasında er. əv. IV əsrdən eramızın I əsrinin 60-cı illərinə (yəni çar Ərənə) qədər sərhəd xətti idi. Bəzi antik müəlliflərin Albaniyanın cənubda Kürlə sərhədlənməsi haqqında məlumatlarının kökü də bundadır. Lakin erməni tarixçilərinin yuxarıda adlarını çəkdiyimiz Ervand və Artaşes dövlətlərini etnik mənsubiyyətcə ermənilərin ("hay"ların) siyasi qürumları saydıqlarına görə Kürdən cənubdakı ərazimizin tarixən haylara məxsus olması qondarması yaranmışdır. Əslində isə nə Kürdən cənubdakı Azərbaycan ərazisində, nə də indiki Ermənistan ərazisində etnik mənsubiyyətcə erməni (hay) dövlətləri və hökmdar adları məlum deyil. Bu ərazilər er. əv. VII əsrdən eranın I əsrinin 50-ci illərində Parfiyanın Arşaklar sülaləsindən Tiridadın hakimiyyətə keçməsinə qədər türkmənşəli hökmdarlara məxsus olmuşdur. Eranın 117–140-cı illərində Arşaklar sülaləsindən Sanatrukun (bu ad da təmiz türk mənşəli olmaqla "adlı-sanlı türk" mə’nasındadır) oğlu Valarş (bu ad isə fars mənşəli addır) indiki Ermənistan ərazisində bir şəhər saldı. Şəhər onun adı ilə Valarşabad adlanırdı. Erməni dilində l səsi olmədığına görə bu ad Vağarşapat kimidir. Şəhər indiki Eçmiadzin kilsəsinin yerləşdiyi ərazidə idi. Arşaklar sülaləsinin hökmranlığı dövründə indiki Ermənistan ərazisində aparıcı etnos türkmənşəli tayfalar idi. Ona görə ki, etnik adı "hay" olan ermənilər kompakt halda Kiçik Asiyanın şərqində Arminidə yaşayırdılar. Eranın III əsrində Şərqi Türküstandan (Çin Türküstanından)köçüb gəldiyinə görə Çinli (lakin Azərbaycanda və Ermənistanda bu tayfanın adı toponimlərdə Cinli kimi əksini tapmışdır) adlanan tayfa xüsusilə böyük nüfuza malik idi.Bu tayfadan çıxmış şəxslər III əsrin ortalarında Vaçe Mamiqundan başlayaraq VIII əsrin ortalarına qədər Ərməniyədə ordu komandanları olmuşlar. 387-ci ildə Ərməniyə İranla Bizans arasında bölüşdürülmüş və İrana aid ərazidə canişinlik yaranmışdı. Cinli tayfasının başçısı Mamiqunun adı ilə ermənicə mənbələrdə"Mamikonianlar" adlanan sərkərdələr isə Ərməniyədə İranın canişinliyinə qarşı çıxırdılar. Biz qabaqkı əsərlərimizdə Cinli tayfası və bu tayfadan çıxmış Mamiqunlar (erməni mənbələrində Mamikonianlar) barədə danışmışıq. Burada bir də qısaca təkrar etmək zərurəti vardır. Çin Türküstanından III əsrin ortalarında köçüb gəldiyinə görə Çin adlanan bu tayfanın etnik adı məlum deyil. Erməni mənbələrində bu elin adı çen kimi yazılmışdır. İndiyə qədər kənd adlarında Cinli forması mövcud oldduğuna görə biz bu tayfanı şərti olaraq Cinli yəni Çin Türküstanından gəlmə adlandırırıq. V–VIII əsrin erməni müəlliflərinin özləri yazırlar ki, III əsrin ortalarında Çin Türküstanından Mamiqun (erməni mənbələrində qısaldılmış şəkildə bu ad Mamik kimidir) və Qonaq adlı iki elbəyin başçılığı ilə bir tayfa əvvəlcə İrana gəlmiş, lakin iran şahı türklərlə münasibəti kəskinləşdirməkdən çəkinərək onu Ərməniyəyə göndərmişdir. 301-ci ildə Ərməniyədə xristian dini yayıldıqda Cinlilər də qatı xristian olmuşdular. Ona görə bu tayfadan çıxmış sərkərdələrin çoxu xristian mənşəli (Bibliyadan götürülmə) adları daşıyırdılar. Elin başçısı Mamiqunun adı qədim türklərdə geniş yayılmış Mamay (müqayisə edin: eranın ilk əsrlərində Cənubi Şərqi Avropada hun tayfa başçılarından biri Mamay, bax: D.Kemal Anadol. Orta Asiya türk dövlətləri tarixi, İstanbul, 1996, s.73; Qızıl Orda xanlarından biri Mamay xan, Kitabi-Dədə Qorqud eposunda dəmir donlu Mamaq −27, 99 və b.) şəxs adından və qədim türk dillərində qun "knyaz" sözündən ibarətdir. Bu şəxs adının sonunu təşkil edən qun sözü bir sıra qədim türk hökmdarlarının adlarında vardır. Altayda V əsrdə Cucan xaqanlığının xanı Anaqun, Şimali Qafqazda erkən orta əsrlərdə türk basillərin hakimlərindən Katarqun və Todrequn, Attilanın oğlu Ədəqun, "İqor polku" dastanında rusca yazılışda qıpçaq xanı Konçak (əsli Kunçak, qun "knyaz" və qədim türk dillərində sak, çak, sayıq, "ayıq"-bax: 93, 480), XIII əsrdə monqol sərkərdəsi Çormaqun, Azərbaycanda Elxanilər sülaləsindən Ərqun və b. Bu adların sırasına V əsrdə Sisakanda hökmdar Qdixonun (yazılışı qədim ermənicədir, qədim türk dillərində qed, ked möhkəm, seçmə, 93, s. 292 və qun sözlərindən) adı da aid oluna bilər. Cinlilərin digər başçısı Qonaq adlanırdı.Bu bəyin də adı sırf türkcə olmaqla er.əv. I minilliyin ortalarında Qara dənizin şimal sahillərində skiflərdə qədim yunanca yazılışda hökmdar Xonaxis (E.A. Qrantovski bu şəxs adını hind dilində khanaka "yer qazıyan" sözü ilə bağlayaraq bu sahədə savadsızlığını göstərmişdir: Qrantovski G.A. Rannəə istoriə iranskix plemen Peredney Azii. M., 1974, s.205), VII əsrdə Xəzər xaqanı Qonak, Şimali Qafqazda türk bulqarlarda xan Konak və b. tarixi şəxs adları ilə sıra təşkil edir. Qədim türk dillərində kunak "arxa", dirək mənasındadır. Ərməniyədə Parfiyanın Arşaklar sülaləsindən hökmdar I Xosrov (217–238) Mamiqunun nəslinə nahadar (feodal) titulu vermiş və Taron (indi Şərqi Türkiyədə Muş-Bitlis) əyalətini onlara nəsli mülk ayırmışdı. Ərməniyədə Arşakların hakimiyyəti illərində çoxlu naharar nəsilləri vardı. Amatuni (qədim farsca amat sınaqdan çıxarılmış, özünü göstərmiş və urartu dili mənşəli şəxsiyyət bildirən uni şəkilçisindən ) nəsli vergilərə və tikintiyə nəzarət edirdi. Çar ailəsinin hamisi və çarın məsləhətçisinə mardpet deyilirdi və hayra (əvvəlinə ermənicə yazılışda h səs əlavə olunmuş bu söz türkcə "ər" sözündəndir) adlanırdı. Çar ailəsinin mühafizəçiləri Xorxor nəslindən idi və malxaz adlanırdı. Yəhudi mənşəli Baqrat nəsli çarın başına tac qoyma mərasiminə başçılıq edirdi və onlar aspet adlanırdılar. Ona görə ki, yəhudi mənşəli baqratlar Parfiyadan gələn Tiridadı yaxşı qarşılamışdılar. Dövlətdə hərbi işlər isə, yuxarıda deyildiyi kimi, Mamiqunlar nəslinə məxsus idi: IV əsrdən 774–775-ci illərə qədər bütün Ərməniyə sərkərdələri bu tayfadan olmuşdur. V əsr müəllifi Favst Buzand Mamikonianları, bütün Ərməniyə ordusunun başçıları adlandırır (Favst Buzand, III kitab, 18-ci fəsil). Onlardan Vaçe, Vasik, Artavazd, Samuel, Muşel, Artaşes, Manvel, Vardan, Amayak, Vaqan, Vard, Amazasp, Qriqor, Bəhram və b. mamiqunları göstərmək olar. Bu sərkərdələrin adları içərisində Vaçe, Artavaz, Amayak, Vasak, Vaqan və Manvel qədim türkcədir. Vasak Mamakonianın adı türk dillərində basak "ox ucu", nizə sözündən ola bilər. V əsrin 30-cu illərində Cənubi Şərqi Avropada hunların başçılarından biri Basik, V əsrdə Sisakanın knyazı Vasak (Alban tarixi. I, 20) adlanırdı. Vaçe Mamikonian — Orta Asiyada iranmənşəli soqd dilində vaçe (Allaha) haqqını (borcunu) ödəyən, oruc tutan sözündən; deməli, bu söz hələ Orta Asiyada türk tayfalarının dillərinə keçmiş və xüsusiləşmişdir (V əsrdə Albaniyanın iki çarı da Vaçe adlanırdı). Artavaz Mamiqunun adı – türk dillərində arda "şux", "gümrah" və bas (başçı) sözlərindən; Amayak Mamiqun — türk dillərində amaq, amak, qıvraq, xoş təbiətli, cəld yaxşı əhval ruhiyyəli (147, I, 453), mənasındadır. Addakı 'y səsi erməni dilində əlavə olunmuş və sonra da birləşdirici a' səsi yaranmışdır. Mannada Ameka (er.əv. 881-ci il), Midiyada Amaxar (er.əv.821-ci il), Qara dənizin şimal sahillərində skiflərin çarı Amak (er.əv. VIIəsr), sarmatlarda Amaqa şəxs adları ilə eynidir; Vahan Mamiqunun adı erkən orta əsrlərdə Qərbi Türk xaqanlığının sərkərdəsi Vaxan-ın adı ilə eynidir. 387-ci ildə Arşaklar sülaləsinin hakimiyyəti bitdikdən sonra Ərməniyə ərazisində ara-sıra fars mərzbanları (canişinləri) istisna olmaqla hakimiyyət Mamiqun sərkərdələrinə məxsus olmuşdur. Məsələn, 485-ci ildə Vaqan Mamiqunu İran şahı Valarş (484–491) qəbul etmiş, onu Ərməniyənin hakimi kimi tanımış və xristian dinini Ərməniyədə dövlət dini olmasına razılıq vermişdi. O, öldükdən sonra oğlu Vard Mamiqun Ərməniyədə hakim olmuşdu. Yalnız 509-cu ildə Vard öldükdən sonra Sasanlar Ərməniyədə yenə öz mərzbanlarını tə’yin etmişdilər. Mamiqunlardan Muşel (ermənicə yazılışda Muşeğ) işğalçılığa keçmiş və Favst Buzandın yazdığına görə 371-ci ildə Albaniyadan Şakaşen, Uti, Kolt və Qardman əyalətlərini qoparmış və "əvvəllər olduğu kimi"(yə’ni Sak çarlığı, Yervandların və Ərtaşların dövlətləri vaxtında olduğu kimi) Kür çayını Ərməniyə ilə Albaniya arasında sərhəd etmişdi. Mamiqunlar Ərməniyəni vətənləri sayırdılar. Bir misal: 364–368-ci illərdə əslən haylardan olan və Bizansa aid Arminidə yaşayan bir naharar İran şahı II Şapurla birlikdə indiki Ermənistan ərazisinə basqın edərək Artaşad, Valarşabad, Yervandaşad və Zarişad şəhərlərini dağıtmış, tacirləri və sənətkarları əsir tutub aparmışdı. Bunu qədim erməni müəllifinin özü yazır. (Bax: Oçerki istorii SSSR . III–IX, vv., M., 1958, s.173). Bu məlumatın özü çox şey deyir. Mamiqunlar İranın Ərməniyəyə qarşı işğalçılıq siyasətinin əleyhinə idilər. 295-ci ildə İran ordusu Ərməniyəyə hücum edəndə Artavazd Mamiqun döyüşdə fars ordusunu məğlubiyyətə uğratmışdı.. 364-cü ildə İran şahı II Şapur (309–379) Ərməniyəyə basqın vaxtı Vasak Mamiqun Ararat vadisində fars ordusunu qarşılamış və döyüşdə qələbə çalmışdı. 450-ci ildə Vardan Mamiqun albanlarla birlikdə Xalxal yaxınlığında fars ordusunu məğlub etmişdi. 451-ci ildə fars ordusu yenə Ərməniyəyə basqın etdikdə Vardan Mamiqun Maku yaxınlığında Zəngimar çayının sahilində, Avarar adlı çöldə fars ordusu ilə döyüşmüşdü. 482-ci ildə fars ordusu Ərməniyəyə girdikdə Vasak Mamiqun Artaz mahalında onu darmadağın etmişdi. Bizans çarı I Yustinian (527–565) Mamiqunlardan Amazasp Mamiqunu (532–535) Arminidə hakim təyin etmişdi. İndiki Ermənistan ərazisində isə (onu Bizansdan Azat çayı ayırırdı)571-ci ildə hakimiyyət Vardan Mamiquna mənsub idi (erməni mənbələrində o Qırmızı Vardan adlandırılır). Erməni mənbələrində qeyd olunur ki, Vardan albanların hərbi köməyi ilə Dvin şəhərini tutub hakimiyyətə keçmişdi. Mamiqun sərkərdələrinin bəziləri döyüş meydanlarında Ərməniyə uğrunda canlarından keçmişlər. Erməni tarixçiləri Mamiqun sərkərdələri barədə çox yazmaqdan çəkinirlər, lakin onları erməni xalqının milli qəhrəmanları adlandırır və qaniçən Andraniklə bir sıraya qoyurlar. Bu sərkərdələr Ərməniyə uğrunda canlarından keçsələr də qürurlarını saxlayır və özlərini Arşak sülaləsindən üstün sayırdılar. V əsr erməni tarixçisi Favst Buzand yazır ki, Arşak sülaləsindən hökmdar Varazdat (374–380) daxili çəkişmələrlə əlaqədar Romaya qaçdıqda ölkənin başında Manvel Mamikonyan dururdu. Varazdatın oğlu Pap Manvelin qardaşı Muşeli öldürdükdə Manvel ona demişdir: "Biz (yə’ni cinlilər-Q.Q.) sizin qullarınız deyilik, sizinlə yoldaşıq və hətta sizdən yüksəkdəyik; belə ki, bizim əcdadlarımız Cinlilərin ölkəsinin (Çin Türküstanı nəzərdə tutlur-Q.Q.) hökmdarları olmuşlar və qardaşlar arasında yaranmış çəkişmə nəticəsində bundan sonra qantökmənin olmaması üçün oradan (yə’ni Çin Türküstanından-Q.Q.) uzaqlaşmışıq ki, dincliyə nail olaq və gəlib burada (yəni Ərməniyədə-Q.Q.) məskunlaşmışıq" (Favst Buzand, V kitab, 34-cü fəsil). 748–750-ci illərdə Qriqori Mamiqun ərəb hakimiyyətinə qarşı Karində (Ərzurumda) üsyan qaldırdı. 775-ci ildə Artavazd Mamiqun Şirakda ərəb vergi toplayanını öldürdü və Muşel Mamiqunun başçılığı ilə ərəblərə qarşı üsyan etdi.Üsyançılar Fərat çayı sahilində Əmr ibn İsmayıl əl Hərasinin başçılığı ilə ərəb ordusu ilə üz-üzə gəldilər. Qanlı döyüşdə 5 min nəfər üsyançının 4 min nəfəri və sərkərdələr Muşel və Samuel Mamiqun qardaşları öldürüldülər. Bundan sonra əslən türk Mamiqunlar Bizansa köçüb getdilər və sonralar erməniləşdilər. Ərəblər Ərməniyəni (indiki Ermənistan ərazisini, çünki Armini Bizans dövlətinin tərkibində idi) işğal etdikdən sonra xristian əhalinin, o sıradan xristian dininə keçmiş türklərin və "hay"ların bir hissəsi Kiçik Asiyaya -Bizans ölkəsinə köçüb getdilər. Təkcə Amam Amatuni adlı naharar 12 min nəfəri Bizansa aparmışdı (Oçerk İstorii SSSR. III–IX vv. M., 1958, s.497). Qeyd etmək lazımdır ki. er.əv. VIII əsrdən eramızın V–VII əsrlərinə qədər indiki Ermənistan ərazisində məskunlaşmış türkmənşəli tayfaların IV əsrdə xristian dininə keçmələri onların(və VIII əsrdən sonra Artsakda azlıqda qalmış xristian albanların hamısı) erməni kilsəsinin təsiri altında ayinlərin erməni dilində icra olunması və erməni əlifbasından istifadə etmək məcburiyyətində qalmaları ilə əlaqədar olaraq tədricən erməniləşdilər və bununla da hayların miqdarını artırdılar.Türk Mamiqunların erkən orta əsr Ərməniyə tarixində silinməz izləri vardır. V əsr erməni tarixçisi Lazar Parbesi Vahan Mamiqunun göstərişi ilə "Ərməniyə tarixi" əsərini yazmışdır. Digər V əsr erməni tarixçisi Yelişe David Mamiqunun göstərişi ilə əsərini Vardan Mamiqunun Ərməniyədə hakimiyyət illərinə həsr etmişdir. Arşaklar sülaləsindən III Tiridad öldükdən sonra Ərməniyədə bəzi naharar (feodal) nəsilləri iğtişaşa başladılar. Erməni mənbələrində qədim ermənicə yazılışda bu naharar nəsilləri Bznunik, Manavaz, Bakur, Orduni, Databen və s. adlanırlar. Maraqlısı odur ki, bu nahararların bir neçəsi əyalət adından, bir neçəsi isə şəxs adından ibarət olsa da mənşəcə türkcədir. Bznuni Kiçik Asiyanın şərqində Van gölünün hövzəsində bir mahal adıdır. IX əsr ərəb müəllifi İbn- Xordadbeh bu adı Bacunays kimi qeyd etmişdir. Demək, Bznuni adı yunan dilində "ç" və "c" səsləri olmadığına görə Becane (peçeneq) etnonimini əks etdirir. Erməni müəllifi adın yunan dilində tələffüz forması olan Bezene (Beçene) formasını qədim erməni dilinə uyğunlaşdırmış və sonuna Urartu dilindən erməni dilnə keçmiş məkan və mənsubiyyət bildirən "uni" şəkilçisini əlavə etmişdir. Ermənistanın özündə isə Bcni (əgər yunanca yazılsaydı Bezini) və Becini toponimləri erkən orta əsrlərdən mə’lumdur. Bu əyalət er.əv. VII əsrdə sakların tərkibində Orta Asiyadan gəlmiş Basine (Baçine) tayfasının adını əks etdirir. Manavaz şəxs adı türk mənşəli olmaqla türk dillərində manq "bahadır", "döyüşçü" (məslən, Ərəb xilafətində əslən türk sərkərdəsi Manqaçur, Çingizxanın nəslindən Menku xan və b.) və bas (başçı) sözlərindən ibarətdir. Manavaz "bahadırların başçısı" mə’nasındadır. Ermənistanda Artavazd (d səsi əlavə olunmadır) şəxs adı Embas ( türk dillərində əm bacarıqlı, mahir və bas başçı sözlərindən), Qara dənizin şimal sahillərində Herodota görə (Herodot, IV, 120) hökmdar Skopas (türkcə esik, eşik ev eşik və bas başçı sözlərindən) və b. adlarla sıra təşkil edir. Ortuni naharar adı da əyalət adındandır. Şərqi Türkiyədə Araz çayının yuxarı axınında bir əyalət qədimdə Ordu adlanırdı (48, 23). həmin əyalətin adı indi Ortu-Su çayının adında qalmışdır. Mahalın adı şübhəsiz, qədim türk dillərində ordu "xan düşərgəsi" sözündən ibarətdir. Ordubad toponimində bu söz əksini tapmışdır. Ermənicə Databen kimi yazılmış naharar da şəxs adıdır. Adın "Data" kimi yazılmış hissəsi türkcə dədə ustad, ağsaqqal (məslən, Dədə Qorqud, Dədə Ələsgər və b. adlarda olduğu kimi) sözündəndir. Mannada Dada (er. əv. 820-ci il) və erkən orta əsrlərdə Mərkəzi Asiyada uğqurlarda Daday hökmdar adları, Şah İsmayılın qızılbaş əmirlərindən Dədəbəy, XVI əsrdə Şirvan xanı Arasxanın oğlu Dədəxan və b. şəxs adları ilə müqayisə olunur. Ermənilərdə Dadyan familiyası da məhz türkcə Dədə şəxs adından ibarətdir. Bakur naharar adı türk dillərində bakur "ulu" "böyük" mənasındadır (143, I, 444). Bu adı "Bibliya"dan gələn bəkor (ərəbcə bəkir) ("ilkin", ilk doğulan) hesab edənlər yanılırlar. III əsrdə şimaldan Gürcüstana gəlmiş türk Cinli tayfasının başçısı Çin-Bakur adlanırdı (türk dillərində çin "qüvvətli" mənasındadır). Aydındır ki, Cinlilər III əsrdə xristian olmadıqlarına görə yəhudi mənşəli bəkor sözünü bilməzdilər. İndiki Ermənistan ərazisində erkən orta əsrlərdə əhalinin türkdilli olduğunu göstərən bir fakt da maraqlıdır. V əsr müəllifi Elişe Ərməniyədə torpaq sahibliyinin bir formasının ermənicə yazılışda hayrenik adlandığını yazır. Bu söz əvvəlinə ermənicə yazılışda "h" və "a" səsindən sonra y artırılmış ərənlik sözünün (ərən sözündən və -nik, yəni -lik şəkilçisindən) təhrifidir. Qədim türk dillərində ərən həm də döyüşçü mənasında olduğuna görə ərənlik "döyüşçülərə məxsus torpaq sahəsi" mə’nasındadır. Erməni tədqiqatçıları erməni dilində ayr (y səsi əlavə olunmadır) kişi sözünü qədim türkcə ər sözündən ibarət olduğunu bilə-bilə danırlar; halbuki erməni Abqar şəxs adı da ermənicə avaq (əsli qədim türk dillərində abaqa, avaqa əmi, atanın qardaşı) və ər sözlərindən ibarətdir. Qeyd edilməlidir ki, türkmənşəli "ər" sözü qədim gürcü mənbələrində eri (ər və gürcü dilində i adlıq hal şəkilçisindən) azadKursiv mətn, icma üzvü, döyüşçü (bu söz qədim gürcülərdə feodal mənasında eristavi ərlərin başçısı sözündə də vardır) mənasında əksini tapmışdır. İndi bizcə, Strabonun və başqa antik müəlliflərin Albaniyanın cənubda Kürlə sərhədləndiyi və Favst Buzandın yazdığına görə Muşel Mamiqunun Kür çayını əvvəllərdə olduğu kimi Albaniya ilə Ərməniyə arasında sərhəd xətti etdiyi məlumatlarının mahiyyəti aydınlaşdı. Aydın oldu ki, indiki Ermənistan ərazisinin Ərməniyə adı heç də orada özünü "hay" adlandıran ermənilərin adı ilə əlaqədar ad yox, Şərqi Anadoluda Urartu çarlığına daxil olmuş Armini adının indiki Ermənistan ərazisinə şamil olunması nəticəsidir. Deməli, Ərməniyə adı toponimikada "sürüşkən ad" adlanan toponimlərdəndər. Favst Buzand da məhz əvvəllər olduğu kimi dedikdə indiki Ermənistan ərazisində mövcud olmuş türkmənşəli Sak çarlığını, Ervandlar və Artaşlar dövlətlərini nəzərdə tuturdu. Cinli Muşel heç də özünü "hay" adlandıranların mənafeyindən çıxış etmirdi, o türk sərkərdələri Ar-Taşın və II Tiqranın Böyük Ərməniyəsini bərpa etməyə səy edirdi. Çünki Ərməniyə ərazisində bu türkmənşəli qürumlarla klassik Albaniya Kürdə sərhədlənirdi.

Təbii-coğrafi şərait[redaktə | mənbəni redaktə et]

İndi Ermənistan adlanan ölkənin ərazisi dağlıqdır. Hələ eradan əvvəl I minillikdə türkmənşəli tayfalar bu ölkənin yerli sakinləri olduqlarına görə oradakı dağların, dərələrin, düzlərin və yaşayış məntəqələrinin əksər hissəsinin adları həmin tayfaların adlarından və türk dillərinə mənsub sözlərdən ibarətdir. Türkmənşəli maldar tayfalar üçün yaylaq və qışlaq yerləri olmuş dağların və vadilərin bəzilərinin adları eramızın əvvəllərindən məmdur. Tədqiqatlar göstərir ki, Ermənistan ərazisində erməni dili əsasında yaranmış qədim dağ və çay adları yoxdur. Dağ adlarının bə’ziləri qədim türk etnonimlərindən, bə’ziləri isə türk dillərində relyef formalarını bildirən sözlərdən ibarətdir. Ermənistanın Şərqi Anadolu ilə həmsərhəd bölgəsində QarğabazarXalxal dağları vardır. Qarğabazar oronimi Altay dillərində (eveng, mancur və türk dillərində) karqa cərgə, sıra, silsilə, dil formalı şiş uclu qaya, üst-üstə düşmüş buzlaq daşları [126, 210] və bazar bir şeyin (adamların, quşların və hətta cansız obyektlərin, məsələn, buzlaq daşlarının) bol yeri, yığım yeri [126, 63] sözlərindən ibarətdir. Qədim türklərdə Bazar və Karqa adlı tayfalar da vardı (Bax: 76, 77 və 78). Azərbaycanda, Ermənistanda, Orta Asiyada, AltaydaQazaxıstanda toponimlərdə qarqa və bazar sözlərinin hər iki mənasını ifadə edən çoxlu toponimlər vardır. Azərbaycanda Bazar-YurduBazar-Düzü dağ adları da şübhəsiz, məhz Qarğabazar oronimində olduğu kimi, bazar coğrafi terminindən yaranmışdır. Qarğabazar dağının adı sonra yaşayış məntəqə adına çevrilmiş və əhalinin hərəkəti ilə əvvəlcə Naxçıvana (keçən əsrə aid ədəbiyyatda Naxçıvan qəzasında Qarğabazar toponimi qeyd olunmuşdur), oradan da Azərbaycana (Füzuli rayonunda Qarğabazar kəndi vardır) gətirilmişdir. Xalxal dağ adı çox qədim tarixə malikdir, ona görə ki, bu toponim hələ er.əv. I minillikdə Cənubi Azərbaycan ərazisində, eranın əvvəllərində Albaniyada (indiki Qazax rayonunda Əskipara kəndi ərazisində Xalxal şəhəri) vardı. Azərbaycanda və Ermənistanda XIX əsrdə Xalxal adlı çoxlu yaşayış məntəqəsi mövcud idi. Xalxal toponiminin mə’nası tamamilə aydınlaşdırılmamışdır. Bəzi tədqiqatçılara görə Albaniyanın Xalxal şəhərinin adı Azərbaycan dilinin dialektlərində xalxal hasarlanmış yer sözündən ibarətdir (bax: 84, 23). Ona görə də ehtimal edilə bilər ki, Xalxal dağının adı türk tayfalarının yaylaq yeri olması ilə əlaqədar yaranmışdır. Ermənistanın Türkiyə ilə sərhəd bölgəsində Ağbaba dağları yerləşir. Ağbaba qədim, bəlkə də islamdan əvvəlki ziyarətgahın adıdır. Ümumiyyətlə, Ağbaba dağ silsiləsində "Qızıl Ocaq", Aşdibaba (əsli Xaşdıbaba, yəni Xaçlıbabadır, demək pir xristian dini mənşəlidir) və Kaloğlan pirləri vardır. Ona görə də XIX əsrin əvvəllərində Ağbaba dağı Ağbaba ziyarətgahı dağı da adlanırdı (bax: 159). Ağbaba daş hasarlı pirdir. Ziyarətgahın yanında Ziyarət bulağı adlı bulaq da vardır. Qızıd Ocaq piri isə Ağbaba pirindən bir qədər aşağıda yerləşir. Bu pir keçmişdə Azərbaycan türkləri tərəfindən ziyarət edilmiş bir neçə qəbirdən ibarətdir. Ağbaba bölgəsində Çaxmaq kəndinin üst tərəfində Şiş ocağı (Şiş piri) dağında Qoyunbulaq piri yerləşir. Ağbaba dağ silsiləsində Qayıqulu, Kəngər, Sakat və Baytar adlı etnonimik oronimlər vardır. Ermənistanın Türkiyə ilə sərhəd bölgəsində XIX əsrdə bir dağ Göydağ (hünd. 2871 m) adlanır. "Kitabi-Dədə Qorqud" eposunda bu dağın adı Gögcədağ kimidir (27, 69). Ermənistanda türkmənşəli ən qədim dağ adı Alagözdür. Azərbaycanlılar içərisində "Ələyəz" kimi tələffüz olunan bu dağın hündürlüyü 4090 m-dir. Ermənicə tələffüz formasında Araqadz kimi bu dağın adı V əsr erməni mənbələrindən mə’lumdur. Bir sıra xarici və erməni tədqiqatçılarının bu oronimin mə’nasının qədim erməni dili və məlum qədim Şərq dilləri əsasında aydınlaşdırılması təşəbbüsləri boşa çıxmışdır. Belə də olmalı idi, çünki dağın adı qədim türkcədir. Alagöz türkcə al "geniş", "böyük sahə" (147, 1, 755) (Alazan çayının adında olduğu kimi, bax: 13, 182) və gəz dağ belində batıq yer sözlərindən ibarətdir. Deməli, bu oronim əslində Alagəz, daha dəqiqi Alaqəz olmuşdur. Oronimin ikinci komponentinin qəz olduğunu qədim ermənicə ğadz kimi yazılışı da göstərir. Lakin danışdıqda adın q səsi fonetik dəyişikliyə uğrayaraq y səsinə keçmişdir. (Şiraqel etnotoponiminin Şörəyəl formasını kəsb etməsi kimi). Oronimdə "gəz" sözünün iştirak etməsi zirvəsində vulkan mənşəli iri batıq yerin olması ilə əlaqədardır. Bu adın "ala" sözü də məhz həmin gəzə — yə’ni vulkan mənşəli batıq yerə aiddir. Qeyd etmək lazımdır ki, Ermənistanda Şahdağın zirvələrindən biri də Gəzdək adlanırdı. Alagözün zirvələrinin adları da türk mənşəlidir: Çınqıl, Güyül, Ziyarət, Qızıl, Ləqəm, Qaradağ, Qaraköynək, Qızıl Ziyarət, Qızıldağ. Şiştəpə, Buğutlu, Börklü, Qıpçaq, Qaranluq, Bakugöl, Şəkərli gölü, Marallıq və s. (bax: Z.Korkotən. Araqaü (qara Alaqez), Erevan, 1936). XIX əsrdə Şərur-Dərə-ƏləyəzEçmiadzin qəzalarında Alagöz adlı çay və şəhər xarabalığı vardı (133, 16). İndi ermənicə Birakn kimi yazılan dağın (hünd. 3650 m.) adı XIX əsrin I yarısına aid ədəbiyyatda Binqel (yəni Mingöl) kimidir. Ermənilər adın birinci n səsini r səsinə çevirmiş, göl sözünü isə ermənicə bulaq, göl mənasında akn sözü ilə əvəz etmişlər. Alagöz dağının yamacında yerləşən bu dağın adı sonra Byurakan şəklinə salınmış və beləliklə ermənicə akn göl sözü akan formasına çevrilmişdir. Sarakn dağının (hünd. 3542 m) adı Sarıbulaq oroniminin erməniləşdirilmiş formasıdır, yə’ni adın "bulaq" sözü ermənicə akn "bulaq" sözü ilə əvəz edilmişdir. Ermənistanda Tondrak dağının (hünd. 3542) adı isə orta əsrlərdə Tondrak mahalının adındandır. Mahal və dağ qədim türk mənşəli Dondar tayfasının adını əks etdirir (bax: 79, 135–137 və 352). Ermənistanın Türkiyə ilə sərhəd bölgəsində Qarqar dağları yerləşir. Kitabi-Dədə Qorqudda qarşu yatan qara qarlı dağlar(27, 54) ifadəsindəki qara-qarlı sözü eposun üzünü köçürmüş katiblərin səhvidir və ona görə arqarlı kimi bərpa edilməlidir. Şərqi Türkiyədə, Yuxarı Basində bir dağ indi də Karqar dağları adı ilə məlumdur. Dağın adı qədim türk mənşəli Qarqar tayfasının adından ibarətdir. Alban tarixində Albaniya ərazisində qarqarlar eranın əvvəllərinə aid hadisələrdə çəkilir. Dağlıq Qarabağda da bir dağ Qarqardağ (hünd. 2320 m) adlanır. Digər Qarqardağ Samur çayının mənsəbindədir. Mənbədə deyilir ki, Ənuşirəvan (531–579) Müşkur torpağında (Şimal-Şərqi Azərbaycanda) Karkar şəhərini tikmişdir (Muxammed Avabi Aktaşi. Derbendname. Maxaçkala, 1992, s.43.). İbn Xordadbeh (IX əsr) bu şəhərin adını Kərkərə kimi qeyd etmişdir. Azərbaycanın bəzi tədqiqatçıları (İqrar Əliyev, Fəridə Məmmədova və b.) rus və erməni tarixçilərinin ardınca bu tayfanı Dağıstandilli və ya Nax (yəni Çeçen-İnquş) mənşəli sayırlar. Bu, uydurma fikirdir. Oxucu haqlı olaraq soruşa bilər ki, Ermənistan-Türkiyə sərhəd bölgəsində Qarqar dağlarında hansı dağıstanlılar yaxud çeçen-inquşlar yaşaya bilərdi? Azərbaycanda və Ermənistanda bu tayfanın adı təhrif olunmuş şəkildə GərgərHerher kimi bir neçə yaşayış məntəqə adında qalmışdır. Əslində qarqarlar bizcə er.əv. VIII əsrdə sakların tərkibində Cənubi Qafqaza gəlmiş türkmənşəli tayfadır(Qarqarlar barədə bax: 79, 78–81). Ermənistan ərazisində bir dağ silsiləsi Ağ-Manqan allanır. Lüğətdə bu dağın adının türkcə mənası verilmişdir. Silsilənin Qızıl Ziyarət, Naltəpə, Şahbulağı, Südlübulaq və Arxaşan adlı zirvələri vardır. Bu dağlar Ermənistan azərbaycanlılarının yaylaq yerləri olmuş, ona görə də bəzi kənd adlarında onların adları əksini tapmışdır. Ermənistanın Gürcüstanla sərhəddində Pəmbək dağ silsiləsi yerləşir. Keçmişdə yaylaq yerləri olmuş bu ərazi qədimlərdən türk tayfalarının məskənidir. Oronimin Azərbaycan türkləri içərisində tələffüz forması Bəmbək, orta əsr erməni mənbələrində Pambak kimidir. Əsli Bambak. Dağın adı Altay (türk, tunqus, mancur) dillərində geniş yayılmış bom, boom çay vadisinin dar hissəsində hündür, sıldırım qaya, çay sahilində hündür qaya-burun (126, 91) və bak, bək təpə sözlərindən ibarətdir. İlk baxışda oronimin bam komponenti ilə bom (boom) sözünün eyniliyi şübhə doğura bilər. Lakin V.V.Radlov hələ keçən əsrdə yazmışdır ki, qırğızlarda bom sözü buam (yakutlarda buom) kimi tələffüz olunur (V.V.Radlov. Kratkiy otçet o poezdke v Semireçnöö oblastğ i na İssık-Kulğ letom 1859 q. İzvestiə Russkoqo qeoqrafiçeskoqo obşestv, 1870, № 6). Buradan belə nəticəyə gəlmək olar ki, bu sözün həm bom, həm də buam (danışıqda u və "a" səslərinin yanaşı durması ilə əlaqədar olaraq — "bam") formaları mövcud olmuşdur. Maraqlıdır ki, Şimali-Qafqazda — Maykop əyalətində də XIX əsrdə bir dağ Pəmbək adlanırdı (133, 31). Kitabi-Dədə Qorqud eposunda çəkilən Bambam (27, 65) toponimi ehtimal ki, katiblərin səhvi üzündən "Bambak" adının yazılışıdır. Ağrıdaq (Ararat) silsiləsində bir dağın Bambul adlanması da diqqəti cəlb edir. Bu ad bamb (b səsi danışdıqda əlavə olunmadır) və türk dillərində ul yüksəklik, dağ (147, 1, 594) sözlərindən ibarətdir. Cənubi Sibirdə Meçin-Ul, Terqen-Ul dağ adları var (126, 575). Pəmbək oroniminin "bək" hissəsi isə Azərbaycanda və Ermənistanda bir sıra toponimlərdə olduğu kimi, qədim türk dillərində təpə, yüksəklik(bax: 86) mənasındadır və bu söz Ermənistanda bir neçə yaşayış məntəqəsi adında əksini tapmışdır. Dağın adı ilə bağlı olaraq Ermənistanda Pəmbəkçay və Pəmbəkkənd adları da olmuşdur. Bu adlar barədə lüğətdə məlumat verilmişdir. Pəmbək dağ silsiləsinin bir zirvəsi Maymaq adlanır(yüks. 3082m). Maymaq əslində oradakı qədim ziyarətgahın adıdır; deməli, dağ pirin adı ilə adlanmışdır. Ehtimal ki, pir qədim türklərin Umay (May ana) ilahəsinin adından ibarətdir. Qədim türklərdə bu ilahə körpələrə himayəlik edən kölgəsiz quş kimi təsəvvür olunurdu. XIX əsrin əvvəllərində Pəmbək dağ silsiləsinin aşağıdakı zirvə adları qeyd olunmuşdur: Böyük Buğutlu, Kiçik Buğutlu, Cəngi, Sudaqan, Qarnıyarıq, Misxana, Ulyaşik, Şəkərbaşı, Eşşəkmeydan, Eşşəkquduran, Alapapax və b. (159, 356). Buralar həm də Azərbaycan türklərinin yaylaq yerləri idi. İndi Ermənistana aid Göycə mahalı tarixən Alban ərazisidir. VII əsr Alban tarixçisi Musa Kalankatlı er.əv. II əsrə aid hadisələrdən danışarkən yazır ki, Artaşes paytaxtında Alban ordularını yanına dəvət edir, onlarla Göycə gölünün sahilinə gəlir və onların köməyilə Yervandı qovub Ərməniyəni işğal edir (Alban tarixi, I kitab, 9-cu fəsil). Bu məlumatdan aydın olur ki, o vaxtkı Göycə mahalı Ərməniyəyə məxsus deyildi. Ümumiyyətlə, mahalın əhalisi tarix boyu, hələ er.əv. VIII–VII əsrlərdən bəri türkdillilər olmuşlar. Bu barədə aşağıda "Etnik tarix məsələləri" fəslində deyiləcəkdir. Bu mahalda XIX əsrin əvvəllərinə aid rusdilli ədəbiyyatda çəkilən dağ adlarının hamısı (Güneydağ, Cantəpə, Şahdağ, Adatəpə, Qara-Erkəc, Oğrunca, Şişqaya, Konqurdağ və b.) (159, 366) təmiz azərbaycancadır. Borçalı mahalı hələ eradan əvvəl türk mənşəli tayfalarının yaşadığı bölgədir. Mahalın Lori nahiyəsini ermənilər 1918-ci ildə işğal etmiş və orada 1930-cu ildə Alaverdi rayonu, 1969-cu ildə Tumanyan rayonu təşkil etmişlər. Bu rayonun ərazisində Danabaşı, Keçəltəpə, Dikdaş, Babaqar, Dəlidağ, Gəzdək dağları Azərbaycan türklərinin yaylaq yerləri olmuşdur. Qeyd edilməlidir ki, bu dağların hətta XIX əsrdə gürcücə və ermənicə adları yox idi. Ermənistanın Martuni rayonunun ərazisində Armağan, Asoy Mirzə və Sakoyvar dağlarının adları da türkcədir. Bunlardan Sakoyvar dağının adı diqqəti cəlb edir. Əslində bu oronim Sakavardır. Sakoyvar forması onun ermənicə yazılış formasıdır. Sakavar eradan əvvəl VII əsrdən indiki Ermənistan və Azərbaycan ərazisində hakim etnos olmuş qədim türk mənşəli Sak(a) tayfasının (bax: 13) adını əks etdirir. Ermənistanda Saka (Şaka) etnonimi ilə bağlı toponimlər çoxdur. Ağrıdağ (ermənicə Ararat) silsiləsindəki dağların adları — Kəbirdağ, Koroğludağ (Kəbirdağdan 30 km cənub-şərqdə yerləşən bu dağın zirvəsində Koroğlu qalası adlı qala vardır), Təkaltu (Koroğludağdan 20 km aralıda yerləşir, əsli Təkəaltı, "dağ keçisi, yə’ni təkə yaşayan dağ"), Ağdağ, Zordağ, Siçanlıdağ, Qara Çomaq, Parçenis, Pambul (yaxud Xaç Gədik) (bax: 159) və s. oralarda qədimdən əhalinin türkdilli olduğunu göstərir. Ermənistanın Gürcüstan və Azərbaycanla sərhəd bölgəsində Kəngər dağları yerləşir. V əsrə aid erməni mənbələrindən mə’lum olan bu dağın adı şübhəsiz ki, eranın əvvəllərindən orada yaşayan qədim türkmənşəli kəngərlərlə bağlıdır (bax: 79, 101–103). Ermənistanda Quqar və Kayıqulu dağları isə qədim türk mənşəli Quqar (bax: 79, 193–197) və Səlcuq oğuzlarının Kayı (Kayıqulu oronimi Kayıoğlu adının təhrifidir) tayfalarının adlarını əks etdirir. Qədim Alban əyaləti olan Sisakan (sonrakı Zəngəzur) müəyyən tarixi hadisələrlə əlaqədar olaraq orta əsrlərdə İrəvan əyalətinə daxil idi. Sonra bu bölgə Qarabağ, Naxçıvan və İrəvan xanlıqları arasında parçalanmışdı. XIX əsrdə tarixi ədalət yerini tutmuş və Zəngəzur mahalı Yelizavetpol (Gəncə) quberniyasına mənsub edilmişdi. Azərbaycan və Ermənistan arasında razılaşma əsasında XX əsrin 20-ci illərinin əvvəllərində Zəngəzurun çox hissəsi (indi Sisyan, Qafan və Gorus rayonları) Ermənistana verilmişdir. Lakin bu bölgənin bütün toponimləri, o sıradan dağ adları türkcədir. Lüğətdə bu dağ adları haqqında məlumat verilmişdir. Ermənistan ərazisində Arxaşan (2300 m), Tej (yüks. 3090 m), Maymaq (yüks. 3082 m), Ağlağan (yüks. 2992 m), Dəlidağ (yüks. 3196 m), Gəlinqaya (yüks. 2488 m), Tayaqaya (yüks. 3250 m), Köksügözəl Qayaköynək (yüks. 2630 m) və b. dağ silsilələrinin adları da türkcədir. Köksügözəl Qaraköynək dağının adı ehtimal ki, "Kitabi-Dədə Qorqud" eposundakı Köksügözəl Qabataq adıyla (27, 37) bəlkə də eynidir. Ümumiyyətlə, indiki Ermənistan ərazisində qədim türk mənşəli Bayat, Qarqar, Kəngər, Quqar, Kayı və Şirak etnonimləri ilə bağlı dağ adları oralarda həmin tayfaların qədimdən yaşadığını göstərən faktlardır. Diqqəti bu cəlb edir ki, həmin dağların ermənicə adları mə’lum deyil. İndi Azərbaycan türklərinin Ermənistanda yaşamadığı bir şəraitdə ermənilər bu dağları necə adlandıracaqlar, bilinmir. Ermənistanda dağların adları barədə A. Bayramovun əsərində ətraflı məlumat verildiyinə görə (6, 90–102) deyilənlərlə kifayətlənirik. İrəvan xanlığında və İrəvan quberniyasında Urartu mənbələrində çəkilən, lakin ermənicə olmayan Axuryan (urartuca er.əv. VIII əsrdə Akuriani) istisna edilməklə bütün çay adları da türkcə idi. İndiki Ermənistan ərazisində ermənicə çay adı da yoxdur. Araz çayının adını ilk dəfə er.əv. VI əsr müəllifi Hekatey çəkir. Urartu mənbələrində onun adı Muna kimidir ki, bu da Altay dillərində mu su [126, 378]sözündəndir. Araz çayının adı haqqında çox yazılmış, lakin indiyədək mənası aydınlaşdırılmamış qalmışdı. Son tədqiqatlar bu adın qədim türkcə ərəz, uras, oraz sakit, dinc, xeyirxah, xeyir gətirən (147, I, 666–667) sözündən ibarət olduğunu göstərmişdir. Çaya belə ad verilməsi onun xalqın təsərrüfat həyatında, xüsusilə suvarma əkinçiliyində rolu ilə əlaqədar olmuşdur.[3] Aşağıda Araz adının mənşəyi məsələsinə qayıdacağıq. Şərqi Türkiyədən və Ermənistandan axan Arpaçay çay adını götürək. Yunan müəllifi Ksenefont (er.əv. 430–354) er.əv. 403-cü ildə İrana getmiş, Kiçik Kirin öz qardaşı II Artakserksə qarşı hərbi səfərində iştirak etmiş, lakin Kir döyüşdə öldürüldükdən sonra 10 min nəfər muzdlu yunan əsgərinin başında Kiçik Asiyanın şərqindən keçib Qara dənizin şimal sahillərinə qayıtmasını təşkil etmişdir. Keçdiyi yol boyu müşahidə etdiklərini "Anabazis" adlı əsərində təsvir etmiş Ksenefont "skiflərin yaşadığı ərazidə" Arpazos çayının adını çəkir. (Ksenefont, "Anabazis", IV, 7, 18). Araşdırmamız göstərir ki, Arpazos Arpaçay (Qərbi Arpaçay) adının qədim yunan dilində yazılış forması olmaq etibarilə Arpaz və qədim yunan dilində müəllifin əlavə etdiyi "os" adlıq hal şəkilçisindən ibarətdir. Ksenefont yerli əhalidən eşitdiyi Arpaçay adını Arpaz (əsli Arpaç) (qədim yunan dilində ç səsi olmadığına görə müəllif onu z səsi ilə verməli olmuşdur) kimi qeyd etmiş, deməli, Arpaçay adının ay səslərini nəzərdən qaçırmış, sonuna qədim yunan mənşəli os adlıq hal şəkilçisi əlavə etməklə onu Arpazos (Arpaços) kimi yazmışdır. Buradan aydın olur ki, Arpaçay hidronimi er.əv. V əsrdə mövcud idi. Arpaçay adının sonunu təşkil edən çay komponenti göstərir ki, bu hidronim türkdilli əhalinin yaşadığı bir mühitdə yaranmışdır. Əgər sorğu vaxtı əhali bu adı Arpaçay kimi tələffüz etməsəydi, Kcenefont Arpa komponentindən sonra ç' səsini əvəz edən z səsini əlavə etməzdi. İkinci məsələ bu türkdilli əhalinin mənşəyi məsələsidir. Bizə görə bu əhali er.əv. VII əsrdə şimaldan gələrək Cənubi Qafqazı işğal etmiş türk mənşəli saklardır. Bunu iki faktla təsdiqləmək olar. Əvvələn, Şərqi Türkiyənin Qars əyalətində indi də Şəki yaşayış məntəqəsi vardır və sözsüz ki, bu toponim Azərbaycanda Şəki və Ermənistanda Sisyan rayonununda Şəki kənd adları ilə bir mənşəyə malikdir; ikincisi, Ksenefont bu çayın hövzəsində yaşayanların Pasian adlandığını yazır. Bu ad indiyə qədər Şərqi Türkiyədə Basinlər (Basianlar) formasında qalmışdır. Kitabi-Dədə Qorqud eposunda bu əyalət Pasinuk (27, 53) kimidir. Pasianların (yaxud basianların) sak mənşəli olması onunla təsdiq olunur ki, antik müəlliflər Orta Asiyada sakların bir qolunun Pasian adlandığını yazmışlar (Strabon, XI, 8,2). Orta Asiyada bu tayfanın adı sonra s -> ç fonetik əvəzlənməsinə görəPaçine (Peçeneq) formasını kəsb etmişdir. Aşağıda deyəcəyik ki, saklar Şimali Azərbaycan ərazisini də tutmuşdular. Ona görə də sakların bir hissəsi indiki Dağlıq Qarabağ ərazisində məskunlaşdıqdan sonra bu ərazi Artsak Sak yüksəkliyi (qədim türk dillərində art yüksəklik, dağlıq ərazi, aşırım deməkdir -bax: 93, 55) adlanmışdır. Həm də VII əsrdə Artsakda Alban əyalətlərindən biri pasian (basian) tayfasının adı ilə Rot-Pasian adlanırdı (bu barədə bax: 13). Yuxarıda deyilənlər göstərir ki, Şərqi Türkiyədə Ksenefontun qeyd etdiyi pasianlar türk dilli sakların bir qolu idi. Üçüncü məsələ, Arpaçay adının arpa komponentinin mənasıdır. Məlumdur ki, Arpaçay mənbəyini 2006 m. hündürlükdə Arpa gölündən alır. Aydın olmur ki, göl çayın, yoxsa çay gölün adı ilə bağlıdır. Bəzi tədqiqatçılara görə gölün yaxud çayın adı arpa bitkisinin adındandır. Bizcə bu fikir inandırıcı deyildir. Arpa bitkisi suyun üzündə çox və həmişə olmalı idi ki, çaya ad verilməsi üçün səciyyəvi xüsusiyyət olsun. Biz hesab edirik ki, Arpaçay adı əslində Arpaçay adında br qoşa səsinin rb (rp) ilə əvəzlənməsi nəticəsində Apraçaydır. Türk dillərində, o cümlədən Azərbaycan dilində belə əvəzlənmə vardır: topraq — torpaq; İbrahim — İrbahim; övrət- arvad; yapraq — yarpaq və b. Əgər bu belədirsə, onda bu əvəzlənmə hələ Ksenefontdan əvvəl baş vermiş və deməli Apraçay (Abraçay) adı Arpaçay formasını kəsb etmişdir. Abraçay isə qədim türk dillərində abra xeyirxah, xilas etmək, saxlamaq, bağışlamaq, xeyir vermək, yardım etmək, maddi rifaha səbəb olmaq mənasındadır (bax: 147, 1, 59–60). Çaya belə ad verilməsi onun xalqın təsərrüfatı həyatında, xüsusilə suvarmada müsbət rolu ilə bağlıdır. Məlumdur ki, qədimdə oturaq əhali əsasən çay sahillərində yaşayırdı. Çünki bu, həm maldarlıq və əkinçilik (o sıradan bostançılıq), həm də içmək üçün sərfəli idi. Çaylara belə ad verilməsi səciyyəvidir. Ermənistanda Qarniçay, Zəngiçay, Kazax, Göyçə və b. hidronimlər də türkcədir. Lüğətdə bu adlar haqqında danışıldığına görə təkrar etmirik. İrəvan xanlığı vaxtında mahalların bəziləri oradakı çayların adları ilə adlanırdı: Vedibasar, Gərnibasar, Zəngibasar və b. Bu mahal adlarında basar sözü XVIII–XIX əsrlərdə Azərbaycanda Gəncəbasar, Kürəkbasar və b. adlarda olduğu kimi çayın suvara bildiyi ərazi mənasındadır. İrəvan xanlığının ərazisində əkinçilik əsasən suvarma ilə əlaqədar olduğuna görə, orta əsrlərdə Arazdan və başqa çaylardan çoxlu kanallar çəkilmişdi. XIX əsrin əvvəllərinə aid məlumata görə İrəvan xanlığı vaxtı aşağıdakı arxlar vardı: Sarbazarxı, Zülfüqararxı, Evçilərarxı, Qazançıarxı, Qızıl Zakirarxı, Məmişgölarxı, Xoşxəbərarxı, Xəlfəliarxı, İqdırarxı, Alaçarxı, Qızılarx, Taşarx, Arxaçıarxı və b. (bax: 159). Ermənistan ərazisində azərbaycanlıların qədimdən məskun olduğu bir mahal orta əsrlərdə Göycə gölünün adı ilə Göycə adlanırdı. Alban tarixçisi Musa Kalankatlı eranın birinci əsrinin ortalarından danışarkən Albaniyada yaşayan tayfalar içərisində ermənicə yazılışda Savdey, V əsr erməni müəllifi Moisey Xorenasi Sod tayfasının adını çəkir və onun Alban çarı Ərənin nəslindən olduğunu qeyd edirlər. Bu etnonim Göycə mahalında bütün orta əsrlər boyu Zod toponimində əksini tapmışdır. Zodların türkmənşəli olması dolayı yolla onunla təsdiq olunur ki, albanların özləri türkmənşəli (13, 171–210; 79, 73–76), çar Aranın (yəni Ərənin) adı isə türkcədir. Eranın I əsrinin ortalarında çarlıq etmiş Ərənin türkmənşəli olması barədə əvvəlki əsərlərimizdə yazmışıq (bax: 13; 14;). 1930-cu ildə gölə verilmiş Sevan adı isə gölün içərisində Ada adlanan adada azərbaycanlıların Qaravəng, ermənilərin Sevvanq (Qaravəng adının ermənicə tərcüməsi) sözündəndir. Lüğətdə bu barədə ətraflı məlumat verilmişdir. Biz Ermənistan ərazisində dağ və su mənbələri adlarının yalnız bir qismi ilə oxucunu tanış etdik, çünki lüğətdə yeri gəldikcə bu barədə deyilmişdir. Bu xülasədən Ermənistan azərbaycanlılarının mənşəyi baxımından prinsipial əhəmiyyətli nəticə çıxır: Ermənistan ərazisində dağların və çayların erməni dilində adları olmamışsa, onda ermənilər oranın köklü, həm də əksəriyyəti təşkil edən sakinləri hesab edilə bilməz. Əksinə, bu coğrafi adların türk dillərində sözlərdən və qədim türk mənşəli etnonimlərdən ibarət olması, V əsrə aid ermənicə mənbələrdə AlagözKəngər dağı dağ adlarının çəkilməsi son iki min il ərzində türkdilli əhalinin orada həm köklü olduğunu, həm də çoxluq təşkil etdiyini göstərir. Bu barədə qısa da olsa məlumat verilməsi ona görə zəruri idi.[2]

Xarici kecidlər[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. M.Ə.Abasova, N.S.Bəndəliyev, X.İ.Məmmədov. Böyük Qafqazın cənub-qərb hissəsinin toponimiyası. Bakı, 1993.
  2. Azərbaycanın izahlı coğrafi adlar lüğəti. Bakı, 1960.
  3. Azərbaycan Sovet Ensiklopediyası (müxtəlif cildlər).
  4. Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. Bakı, 1990.
  5. Azərbaycan SSR-in qısa toponimlər lüğəti. Bakı, 1986.
  6. Bayramov A.Ə. Qədim Oğuz ellərinin-Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yer-yurd adları Bakı, 1996.
  7. Bəndəliyev N.S. Dağlıq Şirvan oronimlərində bə’zi etnonimlərin izləri. Azərbaycan SSR EA Xəbərləri (Yer elmləri seriyası), 1979, № 3.
  8. Budaqov B.Ə. Azərbaycan coğrafi terminlərinin bə’zi məsələlərinə dair. Azərbaycan SSR EA Xəbərlər (Yer Elmləri seriyası), 1959, № 7.
  9. Budaqov B.Ə. Azərbaycan toponimlərinin problemləri. Azərbaycan onomastikası probleminə dair. Bakı, 1986.
  10. Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. Didərginlər məcmuəsi. Bakı, 1990.
  11. Budaqov B.Ə. Türk uluslarının yer yaddaşı. Bakı Elm: Bakı, 1994.
  12. Vəlixanlı N. IX–XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında. Bakı, 1974.
  13. Qeybullayev Q.Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, 1994.
  14. Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992.
  15. Qızılbaşlar tarixi, Bakı, 1995.
  16. Qorqotyan Z. Sovet Ermənistanının əhalisi 1831–931-ci illərdə. Yerevan, 1931 (ermənicə).
  17. Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966.
  18. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
  19. Əliyarov S. Kitabi-Dədəm Qorqud: Əlyazmaları üzərində çalışmalar. Azərbaycan filologiyası məsələləri. III. Bakı, Elm, 1991.
  20. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995.
  21. Əliyev Ə. Qazax r-nun ərazisindəki bəzi etnotoponimlər haqqında, Azərb. SSR EA Xəbərləri Ədəbiyyat, dil və incəsənət seriyası. 1977, № 3.
  22. Ələkbərli Ə. Qədim türk-oğuz yurdu. Ermənistan, Bakı, 1994.
  23. İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996.
  24. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı. 1993.
  25. Kərimov S.K. Azərbaycan SSR cənub-qərb ərazisinin bə’zi çay adlarının mənşəyinə dair. Azərb. SSR EA Xəbərləri (Yer elmləri seriyası), 1984, № 3.
  26. Kitabi-Dədə Qorqud. Bakı, 1970.
  27. Kitabi-Dədə Qorqud. Bakı, 1988.
  28. Mirmahmudova S.N. Ermənistanda türkmənşəli yer adları. Bakı, 1995.
  29. Məmmədov H. Dəftəri-müfəssəli-əyaləti Tiflis də yer adları. Azərbaycan filologiyası məsələləri II c. Bakı, Elm, 1984.
  30. Moisey Kalankatuklu. Albaniya tarixi. Bakı, 1993.
  31. Nizaməddin Ş. Zəfərnamə. Bakı, 1980.
  32. Naxçıvan sancağının müfəssəl dəftəri (27 avqust 1727). Giriş və tərcümənin müəllifləri Ziya Bünyadov və Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı, 1997.
  33. Səbahəddin Eloğlu. Zəngəzur hadisələri, Bakı, 1992.
  34. Faruq Sümər. Oğuzlar. Bakı, 1992.
  35. HacıyevT.İ. Azərbaycanın paleotoponimikasından. Azərbaycan onomastikası problemləri. Bakı, 1988.
  36. Hüseynzadə Ə. Şəki coğrafi adının mənşəyi. S.M.Kirov adına ADU-nun Elmi əsərləri, 1974, № 8.
  37. Hüseynzadə Ə. Sabunçu toponiminin mənşəyi. S.M.Kirov adına ADU-nun Elmi əsərləri 1975, № 7.
  38. Hüseynzadə Ə. Cüvə coğrafi adının mənşəyi. Elm və həyat jurnalı., 1983, № 3.
  39. Hüseynzadə M. Qaramanlı tayfasının Anadoluya gəldiyi yollar. "Azərbaycan SSR EA Xəbərləri", 1968, № 3.
  40. Cəlilov F.A. Azərbaycan dilinin morfonologiyası, Bakı, 1988.

Rus ədəbiyyatı[redaktə | mənbəni redaktə et]

  • 43. Абаев В.И. Историко-этимологический словарь осетинского языка. Том I–IV.
  • 44. Абелов И.А. Экономический быт гос. крестьян Елизаветпольского уезда Елизаветпольской губернии. Материалы для изучения экономического быта гос. крестьян Закавказского края. Т. VII. Тифлис, 1987.
  1. Абелов Н.А. Экономический быт гос. крестьян в Геокчайском и Шемахинском уездах Бакин-ской губернии. Материалы для изучения экономического быта гос. крестьян Закавказского края. т. VI. Тифлис, 1987.
  2. Абраам Кретаци. Поветсвования. Пер. Н.К.Корганяна. Ереван, 1973.
  3. Абрамян Г.С., Мурзаев Э.М. Армянская географическая терминология. "Вопросы ономастики". Свердловск, 1982.
  4. Адонц Н.Г. Армения в эпоху Юстининана. Спб., 1908.
  5. Алиев Играр. Племена и племенние группы в Атропатене. Формирование мидийско-атропатенстого этноса. ВДИ, 1987, № 3.
  6. Алиев Играр. Погребова М.И. Об этнических процессах в областях Восточного Закавказья и Западного Ирана в конце II- в начале I тыс. до н. э. Сб. "Этнические проблемы истории Центральной Азии в древности". М. 1981.
  7. Алиев И.Г. К интерпретации параграфов I, 3, 4, 5 IV главы ХI книги Географии Страбона. ВДИ, 1975, № 5.
  8. Алиев К.Античные источники по истории Азербайджана. Баку, 1987.
  9. Алияров С.С. Об этногенезе азербайджанского народа. "К проблеме этногенеза азербайджан-ского народа". Баку, 1984.
  10. Алияров С.С. К ономастике книги Коркута. "Азербайджан дилинин тарихи лексикасына даир тядгигляр". Бакы, 1988.
  11. Алияров С.С. К эпической биографии Алп Эрена. "Советская тюркология", 1987, № 6.
  12. Аракел Даврижеци. Книга историй. М., 1973.
  13. Аристов Н.А. Заметки об этническом составе тюркских племен и народностей и сведения об их численности. "Живая старина". вып. 3–4. Спб., 1896.
  14. Армянская география VII века по Р.Х. Спб., 1877.
  15. Армянская ССР. Административно-территориальное деление. Ереван, 1976.
  16. "Армянская геноцид". Миф и реальность. Баку, 1992.
  17. Артамонов М.И. Очерки древнейшей истории хазар. Л., 1936.
  18. Артамонов М.И. История хазар. Л., 1961.
  19. Бартольд В.В. Сочинения. том. V.
  20. Бартольд В.В. Сочинения. том П, Ч. I.
  21. Бархударян М. Арцах. Перс. с арм. Яргуляна Н.А. Института истории АН Азерб. ССР. инв. № 1662.
  22. Баскаков Н.А. Введение в изучение тюркских языков. М., 1969.
  23. Боголюбов М.Н. Древнеперсидские этимологии. "Древний мир". М., 1962.
  24. Боченкова Ю. И. Словарь географических терминов и других слов, встречающеся в топопнимии Горно-Алтайской автономной области. М. 1969.
  25. Буниятов З.М. Азербайджан в VII–IХ вв. Баку, 1965.
  26. Буниятов З.М. Ещё раз о локализации Шаки. (в связи с публикацией Гурама Гумбы). "Изв. АН Азерб. ССР, серия истории, философии и права". 1987, № I.
  27. Велиханлы Н. Ибн Хордадбех. Баку, 1985.
  28. Гарипова Ф.Г. Исследования по гидроними Татарстана. М., 1991.
  29. Гейбуллаев Г.А. О происхождении некоторых этиотопонимов Азербайджана (Галагани, Гаяли, Гаргалыг, Даначи, Дуванни, Улашлы). ДАН Азерб. ССР, 1978, № 11.
  30. Гейбуллаев Г.А. О происхождении некоторых этнотопонимов Азербайджана. (Доланлар, Он-гутлу, Араткенд, Абад, Алат, Керки, Кылычлы). "ДАН Азерб. ССР", 1981, № 2.
  31. Гейбуллаев Г.А. Топонимия Азербайджана. Баку, 1986.
  32. Гейбуллаев Г.А. К этногенезу азербайджанцев. Том. I. Баку, 1991.
  33. Гейбуллаев Г.А. Монгольские топонимы в Азербайджане. Известия АН Азерб. ССР. Серия истории, философии и права, 1981, № 3.
  34. Гейбуллаев Г.А. О происхождении некоторых этнонимов Азербайджана (Деллер, Тулу, Тиркеш, Шадылы, Туба, Тулус, Чалган, Кузанлы). ДАН Азерб. ССР, 1978, № 1.
  35. Геюшев Р.Б. О Хотаванском храме и его надписях. Изв. АН Азерб. ССР. Серия истории, фило-софии и права. 1972, № 3.
  36. Гордлевский В.А. Сочинения, том. Ш.
  37. Гукасян В.Л. Значения Закавказских источников в изучении истории Азербайджанского языка дописьменного периода. "Советская тюркология", 1978, № 2.
  38. Гурко-Кряжин В. Армянский вопрос. Баку, 1990.
  39. Гусейнзаде А.О. О происхождении топонима Баку, "Советская тюркология", 1970, № 3.
  40. Гусейнзаде А. К этимологии топонима Кушчу. "Cоветская тюркология", 1971, № 6.
  41. Дьяконов И. М. Предыстория армянского народа. М., 1968.
  42. Дьяконов И.М. История Мидии Л-М, 1956.
  43. Дьяконов И.М. Языки древней Передней Азии. М. 1967.
  44. Джалиле Джалил. Курды Османской империи. М., 1968.
  45. Дневник Закария Акулисского. Ереван, 1939.
  46. Дорн Б. Каспий. Спб., 1975.
  47. Древнетюркский словарь. М., 1969.
  48. Есаян С.А., Погребова М.Н. Скифские памятники Закавказья. М., 1985.
  49. Еремеев Д.Е. Юрюки. М., 1969.
  50. Еремеев Д.Е. Происхождение юрюков и туркмен Турции и основные этапы их истории. "Этни-ческие процессы и состав населения в странах Передней Азии". М., 1963.
  51. Еремян С.Т. Экономика и социальный строй Албании III–VII вв. Очерки истории СССР. М., 1958.
  52. Еремян С.Т. Политическая история Албании III–VII вв. "Очерки истории СССР", М., 1958.
  53. Ерицов А.Д. Экономической быт гос. крестьян Борчалинского уезда Тифлисской губернии. "Материалы для изучения экономического быт. гос. крестьян Закавказского края" том. III. Тифлис, 1887.
  54. Захарий Канакерци. Хроника. Пер. с арм. языка, М.Д.Дарбинян-Меликян. М., 1969.
  55. Зелинской С.П. Экономический быт государственных крестьян в Бамбакском участии и в северной части Шорагялского участка Александропольского уезда Ериванской губернии. "Мате-риалы для изучения экономического быта гос. крестьян Закавказского края", том III, М., 1886.
  56. Зелинский С.П. Экономический быт государственный крестьян Зангезурского уезда Елиза-ветпольской губернии. "Материалы для изучения экономического быта гос. крестьян Закавказского края". том. IV, 1886.
  57. Зубарев Д.Е. Карабахская провинция. Обозрение. ч. III. Спб., 1836.
  58. Капанцян Гр. Хаяса-колыбел армян. Ереван, 1948.
  59. Капанян Г.А. Историко-лингвистические работы. К начальной истории армян. Древняя Малая Азия. Ереван, 1956.
  60. Киракос Гандзакеци. История. Пер с. др. армянского, предисловие и комментарии Л.А.Ханларяна, М., 1976.
  61. Койчубаев Е. Краткий толковый словарь топонимов Казахстана. Алма-Ата. 1974.
  62. Константин Багрянородный. Оп управлении империей. М., 1989.
  63. История анонимного повествования псевдо Шапух Багратуни. Пер. с. др. армянского М.О. Дарбинян-Меликян. Ереван, 1971.
  64. История Армении Моисея Хоренского, М., 1893.
  65. История Армении Фавста Бузанда. Ереван, 1953.
  66. Лерх П. Исследование об иранских курдах и их предках северных халдеях. Спб., 1832.
  67. Мамедов Т.М. Кавказская Албания. Баку, 1993.
  68. Мамедова Фарида. О некоторых вопросах исторической географии Албании I в. до н. э. — VIII в. "Историческая география Азербайджана". Баку, 1987.
  69. Мамедов С. Исторические связи Азербайджанского и армянского народов. Баку, 1977.
  70. Мамедов С. Азербайджан по источникам ХV-первой половины XVIII вв. Баку, 1993.
  71. Манандян Я.А. О торговле и городах Армении в связи с мировой торговлей древних времен. Ереван, 1944.
  72. Марков Ф.Г. Экономический быт государственных крестьян Ериванского уезда Ериванской губернии. "Материалы для изучения экономического быта государственных крестьян Закавказского края". том III, Тифлис, 1886.
  73. Мах Шараф-ханум Курдистани. Хроника дома Ардалан. Перевод с персидского, введение и примечания Е.И.Васильевой. М., 1990.
  74. Меликишвили Г.А. Наири-Урарту. том. I. Тбилиси, 1954.
  75. Меликишвили Г.А. Урартские клинообразные надписи. М., 1956.
  76. Меликсетбеков Л.М. К истории удин. Труды Тбилисского гос. Университета. 1942, том. ХХIII.
  77. Минорский В.Ф. История Ширвана и Дербента. М., 1960.
  78. Миллер Б.В. Персидско-русский словарь. М., 1960.
  79. Мурзаев Э.М. Словарь народных географических терминов. М., 1984.
  80. Мусхелишвили Д.Л. Из исторической географии восточной Грузии. Тбилиси. 1982.
  81. Молчанова О.Т. Переносные и повторяющиеся топонимы. "Ономастика Киргизли". I, Фрунзе, 1985.
  82. Молчанова О. Т. Топонимический словарь Горного Алтая. Горно-Алтайск, 1979.
  83. Мухаммед Насави. Жизнеописание султана Джалал ар-Дина Манкбурни. Перевод с арабского, предисловие, комментарии, примечания и указатели З.М.Буниятова. Баку, 1973.
  84. Новосельцев А.П. Некоторые вопросы истории древней и раннесредневсковой истории народов Закавказья. "История ССР", 1974, № 1.
  85. Обозрение Российских владений за Кавказом. Спб., 1836.
  86. Орбели И.А. Избранные труды. т. I, М., 1963.
  87. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  88. Папазян А.Д. Персидские документы Матенадарана. I (ХV-ХVI вв.). Ереван, 1956.
  89. Папазян А.Д. Аграрные отношения в Восточной Армении в ХVI-ХVII вв. Ереван, 1972.
  90. Парвицкий А.В. Экономический быт государственных крестьян северо-восточной части Но-вобаязетского уезда Ериванской губернии. "Материалы для изучения экономического быта госу-дарственных крестьян Закавказского края". том. IV. Тифлис, 1886.
  91. Парвицкий А.В. Экономический быт государственных крестьян Западной части Шарура и восточной части Даралагеза Шарура-Даралагезского уезда Ериванской губернии. "Материалы для изучения экономического быта государственных крестьян Закавказского края". том. III. Тифлис, 1886.
  92. Петрушевский И.П. Очерки по истории феодальных отношений Азербайджана и Армении в ХVI — начале ХIХ вв. Л., 1949.
  93. Петрушевский И.П. О дохристианских верованиях крестьян Нагорного Карабаха. Баку, 1930.
  94. Пигулевская Н.В. Сирийские источники по истории народов СССР. М. -Л., 1941.
  95. Пиотровский Б.Б. Ванское царство. М., 1959.
  96. Повествование Вардапета Аристокеса Ластиверцы. Перевод с др. армянского К.Н.Юзбашяна. М., 1968.
  97. Радлов В.В. Опыт словаря тюркских наречий. тт. I–IV.
  98. Рашид ад-Дин. Переписка. М., 1972.

Xarici ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. George Bournoutian. Easten Armenia in the last Dekades of Persian Rule 1807–1828. Malebu, Cali-fornia. 1982.
  2. Hubschmann H.Die Altarmenische grammatik, I. Jaepzig, 1985.
  3. Kirzioqlu F. Kars talihi I c. Ankara 1953.
  4. Kirzioqlu F. Dede Korkut Oguznameleri. I. Istanbul. 1962.
  5. Kirzioqlu F. 1593 ylde Osmanli vilaget tahrir defterlerende Gence-Karabag sancak lari; "ulus" ve "oymakleri". Sevic matbaasi. Ankara, 1979.
  6. Kirzioqlu M.F. Milli dastanlarimizden. Dede Korkut oguznamelerinin tarih belacsi baki -minden decerleri. Turk tarihi kurumu basimeli. Ankara. 1987.
  7. Iravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633.
  8. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan eyaleti Defteri.
  9. Defteri mufessele eyaleti Gence. Istanbul Basbakanlik Arsivi. Taku-tahrir defterleri. № 103.
  10. Ahmet Zeki Velidi Togan. Umumturk tarihine giriш. G. I. Istanbul, 1981.

Həmcinin bax[redaktə | mənbəni redaktə et]

  1. Heydər Əliyev Azərbaycan Respublikasının prezidentinin Fərmanı Bakı şəhəri, 18 dekabr 1997-ci il
  2. 1 2 B.Budaqov, Q.Qeybullayev Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti, Bakı, Nafta Press-1998
  3. Q.Qeybullayev. Azərbaycanlıların etnik tarixinə dair. Bakı, 1994