ƏRİNMƏK


1. f. Tənbəllik etmək. Durmağa ərinmək. Hətta danışmağa ərinir.
[Rüstəm kişi] …samovara su tökməyə, kömür salmağa ərindi. M.İbrahimov.
Bəzi tənbəl uşaqlar səhər-səhər isti yorğan-döşəkdən çıxmağa ərinir. M.Rzaquluzadə.

2. məch. Ərgin hala salınmaq.
3. t-siz. Arıqlamaq, çox sınıxmaq.
4. t-siz. Utanmaq, xəcalət çəkmək. Elə sözlər dedi ki, ərinib torpağa girdim.
– Dostunla görüşməyə; Yad kimi ərinmə, gəl. (Bayatı).
Biz də hamımız onun yanına getməyə ərindik. S.Rəhimov.
Kərbəlayı … [uşağı] bir neçə addım aşağıya tərəf qovduqdan sonra ərinib dayandı. M.Hüseyn.

Синонимы

  • ƏRİNMƏK arıqlamaq — sınıxmaq
  • ƏRİNMƏK tənbəlləşmək — ətalətləşmək
  • ƏRİNMƏK utanmaq — xəcalətlənmək

Антонимы

  • ƏRİNMƏK ƏRİNMƏK – İŞLƏMƏK Samovara su tökməyə, kömür salmağa ərindi (M.İbrahimov); Uzaqlardan kağızı gəlir, özü də sanitar işləyir
ƏRİNMƏ
ƏRİNMƏZ

Значение слова в других словарях