1. f. Tənbəllik etmək. Durmağa ərinmək. Hətta danışmağa ərinir.
– [Rüstəm kişi] …samovara su tökməyə, kömür salmağa ərindi.
Bəzi tənbəl uşaqlar səhər-səhər isti yorğan-döşəkdən çıxmağa ərinir.
2. məch. Ərgin hala salınmaq.
3. t-siz. Arıqlamaq, çox sınıxmaq.
4. t-siz. Utanmaq, xəcalət çəkmək. Elə sözlər dedi ki, ərinib torpağa girdim.
– Dostunla görüşməyə; Yad kimi ərinmə, gəl. ( ).
Biz də hamımız onun yanına getməyə ərindik.
Kərbəlayı … [uşağı] bir neçə addım aşağıya tərəf qovduqdan sonra ərinib dayandı.