Siemens Qardaşları mis əritmə zavodu
Siemens qardaşları Mis əritmə zavodu — Gədəbəy rayonunda XIX əsrin orataları XX əsrin əvvəllərində fəaliyyət göstərmiş zavod
XIX əsrin ortalarinda Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilmişdir. Daha sonra həmin zavod Almaniyanin "Simens" şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulmuşdur. Burada əksəri azərbaycanlılar olmaqla yanaşı, ruslar, almanlar, yunanlar, bolqarlar, rumınlar, italyanlar və başqaları işləyirdilər. Gədəbəy zavodu Avropada ən böyük metallurgiya mərkəzlərindən birinə çevrildi.
1873-cü ildə burada təqribən 6 kilometr uzunluğunda kanat xətti çəkildi.1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmir yolu çəkilmişdir. Bu dəmir yolunda 4 lokomotiv, 33 vaqon hərəkət etmişdir. Bu gün də həmin yol ilə bağlı salınmiş körpülər tarixi abidə kimi qalmaqdadır.
1883-cü ildə Qalakənddə İkinci misəritmə zavodu işə düşdü. Həmin illərdə Gədəbəy və Qalakənd misəritmə zavodlarında odun yanacağı maye yanacağı ilə, yəni mazut və neftlə əvəz edildi. 1885-ci ildə Gədəbəy Misəritmə Zavodu nəzdində Rus-alman məktəbi fəaliyyətə başladı.