Ət-tibb əl-ətibba fi Əsna əl-Təmaddun əl-İslami
Ət-tibb əl-ətibba fi Əsna əl-Təmaddun əl-İslami — Müəllifi məlum olmayan (azərb. “İslam Mədəniyyətində Tibb və Təbiblər”) əsər Misirdə nəşr olunan “Əl-hilal” jurnalında 1910-cu ilin aprelində nəşr edilmişdir. Əlyazmalar İnstitutunda qorunan əlyazma məhz həmin məcmuədən Azərbaycan dilinə tərcümə edilərək köçürülmüşdur. Mətn ağ cizgili dəftərdə bənövşəyi mürəkkəblə yazılmışdır. Xətti nəstəliqdir. Həcmi: 16 vərəq, ölçüsü 17x17 sm-dir.