Ətrəngi birəotu
Ətrəngi birəotu (Elmi adı — Pyrethtum carneum) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.
== Qısa morfoloji təsviri ==
Çoxillik ot bitkisidir. Gövdəsi 25–80 (100) sm hündürlükdədir. Aşağı yarpaqları uzun saplaqlı, ayası uzunsov, birqat lələkvari bölünmüşdür; seqmentləri yumurtavari-uzunsov və ya lansetvari, kənarları iri-sivri dişlidir. Gövdə yarpaqları yuxarıya qalxdıqca kiçilən, oturaqdır. Səbətləri iri, tək-təkdirlər. Sarğı 10–15 mm enində, yarpaqcıları rənglidir. Toxumcuqları 3 mm uzunluqda, dişli taclıdır.
== Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri ==
Çiçəklənmə dövrü iyul-avqust ayları, toxumlama avqust-sentyabr aylarına təsadüf edir.