Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cortan
Cortan, Cortdan və ya Cotdan- Bir növ süd məhsulu. == Hazırlanması == Kəndlərdə qatığı motal içinə töküb, onu çalıb kərəsini alarlar.Qatıqın kərəsi alınandan sonra,ayran əldə edilər.Sonra qurut hazırlamak üçün bu ayran torbaya tükülər və suyu alınar və bununla belə cortan ələ gələr ki süzmə qatıq kimi bərkdir və aşlarda istifadə olunar.Cortanları bir qoz ölçüsü qədər düzəldib və qurutsalar qurut yaranar. Bu məhsul Cənubi Azərbaycanda Marağa, Binab, Əcəbşir və Azərşəhrdə hazırlanar.
Dortan
Dortan (fr. Dortan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şimali Oyonna kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01148. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1996 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1350 nəfər arasında (15-64 yaş) 1071 nəfər İqtisadi fəal, 279 hərəkətsizdir (fəaliyyət göstərici 79.3%, 1999-cu ildə bu 76.9%). Fəal 1071 sakindən 955 nəfər (527 kişi və 428 qadın) işləyir, 116 nəfər işsizdir (49 kişi və 67 qadın). Aktiv olmayan 279 nəfər arasında şagird və ya tələbə, 111 nəfər təqaüdçü, 74 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Ceremi Cordan
Ceremi Maykl Cordan (ing. Jeremy Michael Jordan; 20 noyabr 1984, Korpus Kristi, Texas) — ABŞ teatr, film və televiziya aktyoru və müğənnisi. O, daha çox «Smeş» və «Supergörl» teleseriallarındakı rolları ilə tanınır. == Həyatı == Ceremi Maykl Cordan 20 noyabr 1984-cü il tarixində ABŞ-nin Texas ştatında yerləşən Korpus-Kristi şəhərində anadan olmuşdur.Cordan Nyu-York ştatının İtaka şəhərində yerləşən İtaka Kollecindən musiqili teatrda təsviri incəsənət üzrə bakalavr ilə məzun olmuşdur. == Karyerası == Ceremi Cordan Brodvey teatrında müxtəlif müzikllarda rol almışdır. Cordanın ən məşhur ekran işlərinə «NBC» telekanalında yayımlanan «Smeş» və «The CW» telekanalında yayımlanan «Supergörl» teleseriallarıdır. == Şəxsi həyatı == Ceremi Cordan 2012-ci ildən bəri aktrisa Eşli Spenser ilə evlidir. Onların qızı Klara 2019-cu ildə anadan olmuşdur.
Cordan Agiye
Cordan Agiye (14 noyabr 1994) — Sent-Lüsiyalı üzgüçü. Cordan Agiye Sent-Lüsiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Cordan Agiye birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.28 saniyəlik nəticəsi ilə 45-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Cordan Larson
Cordan Larson – 1986-cı ildə anadan olmuş Amerikalı qadın voleybolçu. == Karyerası == Hal-hazırkı komandası Əczacıbaşıdır. O, bu klubda hücumçu mövqeyində çıxış edir. Əczacıbaşı klubuna 2014-cü ildə Dinamo Kazan. Dinamo Kazanda 2013-14 sezonunda CEV Qadınlar Çempionlar Liqasını başı üzərinə qaldıran bacarıqlı voleybolçu mövsüm bitmədən türk klubu ilə anlaşmış, 2014-15 sezonunu başlamımışdan isə müqavilə imzalamışdı.
Cordan Piterson
Cordan Bernt Piterson (12 iyun 1962, Edmonton) — psixologiya üzrə Kanadalı professor. Toronto Universitetində fəaliyyət göstərir. O, eyni zamanda təcrübəli klinik psixoloq və ictimai ziyalıdır. Onun əsas işləri anormal psixologiyanı, sosial, şəxsiyyət, dini və ideoloji inam psixologiyasını, şəxsiyyət və fəaliyyətin qiymətləndirilməsini və təkmilləşdirilməsini əhatə edir.O, Alberta Universiteti və MakGill Universitetində təhsil almışdır. MakGilldə 1991-ci ildən 1993-cü ilə qədər post-doktoral araşdırmaçı kimi qaldıqdan sonra Harvard Universitetinin psixologiya kafedrasında əvvəlcə assistent, sonra isə dosent kimi işləmişdir. 1998-ci ildə Kanadaya, Toronto Universitetinin psixologiya kafedrasına köçmüşdür. Hal-hazırda da orada professor kimi işləyir. Piterson 1999-cu ildə nəşr olunan "Mənanın Xəritəsi: İnancın Arxitekturası" adlı ilk kitabında inanc və mif sistemlərinin strukturunu, onların duyğu tənzimlənməsində rolunu, mənanın yaranışını və bir çox başqa mövzuları təsvir etmək üçün bir sıra akademik sahələri araşdırmışdır. Onun "Həyatın 12 qaydası: Xaos üçün antidot" adlı ikinci kitabı isə 2018-ci ilin yanvar ayında dərc edilmişdir.2016-cı ildə Cordan Piterson YouTubeda siyasi dürüstlüyü və Kanada hökumətinin Bill C-16-nı ( Kanada İnsan Haqları Aktına və Cinayət Məcəlləsinə dəyişiklik edilməsi aktı) tənqid edən bir sıra videolar yayınlamış, həm dəstək, həm də tənqid hədəfi olaraq medianı əhəmiyyətli dərəcədə özünə cəlb edə bilmişdir. O, "İntellektual Qaranlıq Web" kimi bilinən cərəyan ilə geniş şəkildə təmasda olmuşdur.
Cordan Sloan
Cordan Sloan (d. 3 avqust 1993) — İrlandiyalı üzgüçü. Cordan Sloan İrlandiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Cordan Sloan birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 49.66 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 36-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Gillermo Cordan
Gillermo Cordan (25 avqust 1971) — Boliviyalı oxatan. Gillermo Cordan Boliviyanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Gillermo Cordan birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 205-ci yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Maykl Cordan
Maykl Cordan (17 fevral 1963[…], Bruklin, Nyu-York ştatı[…]) — Amerikalı basketbolçu. MBA-nın keçmiş oyunçusu.
Pablo Cordan
Pablo Cordan (9 mart 1973) — Boliviyalı oxatan. Gillermo Cordan Boliviyanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Pablo Cordan birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 207-ci yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Cordan Henderson
Cordan Henderson (17 iyun 1990, Sanderlend) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
David Star Cordan
David Star Cordan (ing. David Starr Jordan, 19 yanvar 1851[…] – 19 sentyabr 1931[…]) — Amerika ixtioloqu, zooloqu və pasifisti.
Maykl Bakari Cordan
Maykl Bakari Cordan — amerikalı aktyor. Ryan Kuqlerin yazıb idarə etdiyi Fruitvale Station (2013) adlı dram filmindəki vurulan Oscar Qrant, Creed-də boksçu Adonis Creed (2015) və Qara Panterada (2018) Erik Killmongerin filmindəki rolları ilə tanınır. Jordan Creed II (2018) və Creed III (2023) filmlərində Creed rolunu təkrarladı; Sonuncusu həm də onun rejissorluq debütü idi. Cordan HBO kriminal dram serialı The Wire-in (2002) ilk mövsümündə Uolles rolunda televiziya debüt etdi. Daha sonra o, ABC serialında "All My Children" (2003-2006) filmində Reggie Montgomery və NBC idman dramında "Firday Night Light's-da (2009-2011) filmində Vince Howard obrazlarını canlandırdı. Onun digər peşəkar karyerasına Bryan Stevenson rolunda "Chronicle" (2012), "That Awkward Moment" (2014), "Fantastic Four" (2015) və "Just Mercy" (2019) daxildir. O, həmçinin HBO-nun "Fahrenheit 451" (2018) filmində rol aldı və prodüser oldu, bu filmə görə Ən Yaxşı Televiziya Filmi üçün "Primetime Emmy" Mükafatına namizəd oldu. Cordan 2020 və 2023-cü illərdə Time jurnalı tərəfindən dünyanın ən nüfuzlu 100 adamından biri seçilib. Həmçinin 2020-ci ildə o, yaşayan insanların ən seksual adamı seçildi və The New York Times onu 21-ci əsrin 25 ən böyük aktyoru siyahısında 15-ci yeri tutdu. Cordan həmçinin İngiltərə Premyer Liqasında çıxış edən AFC Bornmut futbol klubunun tərəfdaşıdır.
Cordan (Formula-1 komandası)
Cordan ( ing. Jordan Grand Prix) 1991-ci ildən 2005-ci ilədək Formula 1 iştirakçısı olmuşdur. Komanda İrlandiyalı iş adamı və təsisçisi Eddie Jordan adına layiq görülmüşdür. == Tarixi == 80-ci illərin ortalarından etibarən komanda "kiçik" formulaların müxtəlif çempionatlarında uğurlu çıxışlara başladı. Yarışlara Camel şirkəti sponsorluq edirdi. 1989-cu il komanda üçün uğurlu oldu, nə vaxt ki, Jan Alezi, Eddie Jordan Racing yarışında Formula-3000 qalibi oldu. Cordan və komandası 1990-cı illərdə Formula 1-ə xüsusi rəng və xarakter qatmağı ilə tanınmışdı. Komanda, İngiltərənin Silverstone şəhərində idi, lakin İrlandiya lisenziyası ilə yarışırdı. 2005-ci ilin əvvəlində qrup Midland Group-a satıldı, 2006-cı ildə Hollandiyalı avtomobil istehsalçısı Spyker-ə satılaraq, 2007-ci ildə Spyker F1 adını aldı. Daha sonra yenidən satıldı və Force India adını aldı.
Mortan-o-Perş (rayon)
Mortan-o-Perş (fr. Mortagne-au-Perche) — Fransanın Normandiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Orn. Suprefektura — Mortan-o-Perş. Rayon əhalisi 2006-cı ildə 88 796 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 33 nəf / km². Rayon ərazisi — 2 650,79 km².
Çorman
Çorman (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd. Çorman (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunun Şamkənd kənd inzibati ərazi dairəsində kənd. Köhnə Çorman — Azərbaycan Respublikasının Laçın rayonunun Piçənis kənd inzibati ərazi dairəsində kənd. Çormanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd.
Köhnə Çorman
Köhnə Çorman — Azərbaycan Respublikasının Laçın rayonunun Piçənis kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi yaxınlığındakı Çorman kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 210 nəfər olmuşdur. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Çorman (Kəlbəcər)
Çorman — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Yerli əhalinin verdiyi məlumata görə, kəndi vaxtilə indiki Göygöl rayonunun Balçılı kəndindən çıxmış ailələr Corman meşəsi adlanan sahədə saldıqlarına görə meşənin adı ilə adlandırılmışdır. Oykonimin türk mənşəli orman (meşə) sözünun variantı olduğu ehtimal edilir. Bəzi tədqiqatçılara görə, Corman emotoponimdir, cor tayfasının adını əks etdirir. == Tarixi == 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Çorman kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Çorman Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Qonqur dağının ətəyindədir. == Əhalisi == Kəndin ilkin əhalisi kürdlər olmuşdur.
Çorman (Laçın)
Çorman — Azərbaycan Respublikasının Laçın rayonu Şamkənd kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Laçın rayonunun Şamkənd inzibati ərazi vahidində olan kənd Qarabağ silsiləsinin ətəyindədir. Oykonimin türk mənşəli orman (meşə) sözünün variantı olduğu ehtimal edilir. Bəzi tədqiqatçılara görə, Çorman emotoponimdir, çor tayfasının adını əks etdirir. El arasında Çorman adlanan bu yaşayış məntəqəsi müəyyən vaxtlarda müxtəlif adlarla adlandırılırdı. Yuxarı Çorman, Təzə Çorman kimi daha çox məşhur olan kənd adından da göründüyü kimi ərazidə bu adda ikinci bir kəndin olduğuna işarə edilir. == Tarixi == Çorman kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının, 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur. Cümhuriyyətin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra Azərbaycan SSR-nin Zəngəzur qəzasının, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsində təsis edilmiş Kürdüstan mahalının (sonradan qəza) tərkibində olmuşdur. 8 aprel 1929-cu ildə Kürdüstan qəzası ləğv edildir və yeni yaradılmış Laçın rayonunun tərkibinə daxil edilmişdir.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və işğalçılar tərəfindən bütün yaşayış, sosial və təsərrüfat təyinatlı tikililər tamamilə yandırılmış və dağıdılmışdır.
Çorpan Tarkan
Çorpan Tarkan — VII əsrdə yaşamış Xəzər kökənli Göytürk komandanıdır. Çorpan Tarkan erməni tarixçisi Movses Kaqankatvatsi tərəfindən Xəzər generalı olaraq təqdim edilmişdir. == Həyatı == Tonq Yabqu xaqanın 627-629-cu illərdə Üçüncü Göytürk-Sasani müharibəsində sasaniləri məğlubiyyətə uğratdığı dövrdə Çorpan Tarkan Tonq Yabqu xaqanın qardaşı oğlu Börü Şadın Qafqazdakı ordusunda komandan olaraq xidmət etməkdə idi. Çorpan Tarkan bu müharibə zamanı, 629-cu ildə Sasanilər ilə döyüşərək Tiflisi fəth etdi və Cənubi Qafqazda Qəbələ şəhərinə yerləşdilər. Tiflisin fəth edilməsi ilə göytürklər sasanilərə böyük zərbə vurmuş və bu vəziyyət Sasanilərin Anadoludakı hərəkatlarını dayandırıb ordularını Qafqaza göndərmələrinə səbəb olmuşdur. Daha sonra Çorpan Tarkan Qafqazdakı irəliləmə hərəkatını davam etdirərək 630-cu ilin aprel ayında indiki Qərbi Azərbaycanı işğal edib, yerlə bir etdi. Bu vəziyyətə görə, Çorpan Tarkan yenə erməni tarixçi Movses Kaqankatvatsi tərəfindən qana susamış və iyrənc biri olaraq tanıdılmışdır. Ardıyca Çorpan Tarkan Araz çayına qədər bütün Şimali Azərbaycanı fəth etdi. Bundan sonra Sasani imperatoru Şahrbaraz tərəfindən göytürklər üzərinə göndərilən və əksəriyyəti atlılardan təşkil edilmiş 10.000 nəfərlik güclü ordu Çorpan Tarkan tərəfindən tələyə salındı və məhv edildi.
Bostan
Bostan – dekorativ bitkilər və qazon sahələrindən ayrı sahədir, xüsusən yeməli bitkilərin və tez-tez bəzi dərman bitkilərinin becərilməsi üçün tarixən istifadə olunur. Bitkilər məişətdə istifadə üçün yetişdirilir; Bəzi mövsümi artıqlıqlar olsa və ya satılsa da, müxtəlif tərəvəz yetişdirən kommersiya əməliyyatı daha çox bazar bağı (və ya ferma ) adlanır. Bostan təkcə tarixi ilə deyil, həm də funksional dizaynı ilə fərqlənir. Bostan yaşayış sahəsinə bitişik və ya çox yaxın olan xüsusi torpaqda olması ilə ayrılan yerdən fərqlənir. Mətbəx bağçasına aşpaz tərəfindən tez bir zamanda daxil ola bilməsi vacib hesab olunur. Tarixən, əksər kiçik bağçalar, ehtimal ki, əsasən və ya tamamilə mətbəx bağları kimi istifadə olunurdu, lakin böyük bağ evlərində mətbəx bağçası ayrılmış bir sahə idi, normal olaraq düzbucaqlı və divar və ya hedcinqlə əhatə olunmuşdu, divarlar meyvə ağaclarını yetişdirmək, eləcə də təklif etmək üçün faydalı idi. küləkdən sığınacaq. Belə böyük nümunələrə çox vaxt daha incə ləzzətlər üçün istixanalar və soba ilə qızdırılan istixanalar, həmçinin evdə nümayiş üçün çiçəklər daxildir; portağallıq son növ idi. Böyük evlərdə mətbəx bağçası adətən evin arxasına və yan tərəfinə diaqonal olaraq yerləşdirilirdi, ön və arxa fasadlardan görünüşlərə mane olmurdu, lakin hələ də tez çatmaq olar. Bəzi hallarda kəsmək üçün davamlı çiçəklər çiçək bağçasında deyil, kənarda yetişdirilirdi.
Cocğan
Çoçkan (erm. Ճոճկան), Çöçkən — Ermənistan Respublikasının Loru mərzində kənd. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Çoçkan bələdiyyəsi"ni (erm. Ճոճկան համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 1.559 nəfərdir.
Conatan
Conatan — Ad. Conatan Li Riçes — Dünyanın ən maraqlı insanı. Conatan Teydor — ABŞ ssenaristi, prodüseri və rejissoruDigərConatan (tısbağa) — dünyanın ən yaşlı tısbağasi.
Corctaun
Corctaun (ing. Georgetown) — Qayananın paytaxtı, ən böyük şəhəri. Əhalisi 191810 nəfərdir. == Əhalisi == Corctaun əhalisi şəhərətrafı ilə birlikdə 250 mindən çox insana çatır. Bu ölkənin bütün sakinlərinin demək olar ki, üçdə bir hissəsidir. Paytaxtda yaşayan əsas etnik qrupun nümayəndələri indiki immiqrantların nəsilləri (şəhər əhalisinin təxminən yarısı). Afrikalılar, Avropalılar (əsasən Portuqaladan) və mulattoes də burada yaşayır. Ölkənin yerli xalqları - Amerika hinduları - demək olar ki, paytaxtda yoxdur, çünki onlar əsasən Qiyananın daxili bölgələrində yaşayan və yarı göçəri həyat tərzinə səbəb olurlar. Rəsmi dil ingilis dilidir, əhalinin müəyyən seqmentləri arasında Hind və Urduca da geniş yayılmışdır. Georgetown möminlərinin yarıdan çoxu xristian (katolik və protestant), qalanları hindu və islamdır.
Cozdan
Cüzdan – İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,393 nəfər və 1,561 ailədən ibarət idi.
Croton
Kroton (lat. Croton) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.
Cırtdan
Azərbaycan nağılları personajlarından biri də Cırtdandır. Cırtdanın əhvalatı çox məşhurdur, ancaq onun öz yoldaşları ilə birlikdə divin evində keçirdiyi bir gecənin təfsilatını çoxlarının yadındadır. Div gecə yarı uşaqların yatdığı otağa daxil olub "kim yatmış, kim oyaq?" deyə soruşmuşdu, Cırtdan isə ona "hamı yatmış Cırtdan oyaq" cavabını vermişdi. Cırtdan Divə qalib gəlmişdi. Cırtdan sevimli qəhrəman olduğundan valideynlər çox vaxt körpələri nəvazişlə "cırtdan" adlandırırlar.
Emil Çoran
Emil Çoran (8 aprel 1911[…], Reșinari[d], Avstriya-Macarıstan – 20 iyun 1995[…], Parisin 13-cü dairəsi[d]) — XX əsr rumıniya filosofu. == Həyatı == 8 aprel 1911-ci ildə doğulub. 20 iyun 1995-ci ildə vəfat edib.
Cürcan
Hirkan (ya da Cürcan), indiki Mazandaran, Gülistan və Gilan əyalətlərilə Türkmənistanın Xəzər dənizi sahillərini əhatə edən tarixi bölgə. == Tarix == Əhəməni imperiyası dönəmində bir əyalətin parçası olan bölgə, bir müddət Sasanilərin hakimiyyətində qaldı. Sasani dönəmində, bölgənin bir çox şəhərinə müdafiə məqsədli qalalar və surlar (divarlar) inşa edildi. İslamiyətin ortaya çıxışından sonra bir müddət ərəblərə xərac verən bölgə, III Yezid dönəmində (716) Əməvilərə qatıldı. 928-ci ildə qurulan Ziyarilərin idarəsinə keçən bölgə, Samanilər və Qəznəvilərə vergi verərək yüz il qədər savaş yaşamadı. Bölgə, XIV yüzildəki Monqol istilaları sonucunda yıxıma uğradı.
Fortran
Fortran- əsasən ədədi üsullar və elmi hesablamalar üçün istifadə edilən proqramlaşdırma dilidir. Fortran 1950-ci illərdə İBM tərəfindən elmi hesablamalar üçün San-Xosedə yaradılmışdır. Fortran dilinin ilk versiyalarında adı FORTRAN 77 kimi idi. Hal-hazırda rəsmi standartı Fortran şəklindədir (böyük hərflərdən kiçik hərflərə keçilib, rəqəmlər atılıb).
Jordan
David Star Cordan (ing. David Starr Jordan, 19 yanvar 1851[…] – 19 sentyabr 1931[…]) — Amerika ixtioloqu, zooloqu və pasifisti.
Kurtan
Kurtan — Tiflis quberniyasının Borçalı qəzasında,indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Loryan
Loryan — Fransada şəhər.
Montan
Montan — Bolzano şəhərinin təxminən 20 kilometr cənubunda İtaliyanın şimalındakı Cənubi Tirol əyalətində bir bələdiyyə. == Ədəbiyyat == All demographics and other statistics: Italian statistical institute Istat.
İordan
İordan (təq. VI əsr, güm. Roma imperiyası – təq. VI əsr) – erkən orta əsrlərin yazıçı və tarixçisi. == Həyatı == Bizanslı İordan Orta əsrlərin görkəmli yazıçı və tarixçilərindən olmuşdur. Onun həyatı haqqında çox az məlumat var. Mövcud məlumatlar yalnız yazıçının öz əsərində verilmişdir(ilk ədəbi bioqrafiya nümunəsi). Məlumdur ki, İordan Vl əsrdə yaşamışdır, milliyyətcə qot(ostqot) olmuşdur. Bəzi mənbələrdə onun alan tayfasından olduğu da deyilir(T. Mommzen hesab edir ki, İordan qot olmaqla yanaşı, alan da ola bilər). İordan məşhur sərkərdə Qunqis Bazanın notarisi (salnaməçisi, katibi)olmuşdur(İordanın babası Pariy də alanların başçısı Konlakın notarisi olmuşdur).
Brötan
Bretan (fr. Bretagne, IPA: [bʁətaɲ]) — Fransanın şimal-qərbində bölgədir. == Tarixi == 1779-cu ildə Bretanda qarın yatalağı xəstəliyi səbəbindən 100 min adam ölmüşdü.
Böhtan
Böhtan və ya iftira — olmayan bir şeyi olmuş kimi təqdim etmək. == İslamda böhtan == İslamda böhtan böyük günahlardandır. Qurani-Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!" ; "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır." "Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" - deməli deyildilərmi? (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!"Hz. Əlidən nəql olunan hədisdə böhtan atma həyasızlıq və abırsızlıq kimi dəyərləndirilir: "Böhtan atmaq kimi həyasızlıq və abırsızlıq yoxdur."Əli ibn Hüseyndən nəql olunan hədisdən aydın olur ki, camaatın eyblərini açan, onların qeybətini edən şəxslər bu dünyada böhtana məruz qalarlar: "Kim camaatda olan eyb barəsində danışsa, camaat onda olmayan eybi ona aid edər." Böhtan atanın Qiyamət günü cəzalandırılacağı haqqında kifayət qədər hədis nəql olunub.