ƏYLƏNCƏLİ

sif.
1. Əylənib vaxt keçirmək üçün yerləri, vasitələri olan. Əyləncəli parklar. Uşaq meydançaları uşaqlar üçün əyləncəli yerdir.
2. Ürəkaçan, əyləndirən, məzəli, əyləndirici, maraqlı. Əyləncəli tamaşa. Əyləncəli kitab. Əyləncəli söhbətlər. – [Turxan bəy Marala:] İnşallah, bir-iki ay sonra Cəmil Barjomdan gələr.
Ona da bir qız nişanlarıq… Əyləncəli bir toy məclisi qurarıq. H.Cavid.
Əsgərləri alıb qazmalara sarı yönələrkən, Cuma da əyləncəli bir tamaşadan qayıdırmış kimi gülümsəyərək uzaqlaşmaq istədikdə Kəyan əmr etdi… Ə.Əbülhəsən.

Синонимы

  • ƏYLƏNCƏLİ məzəli — maraqlı

Антонимы

  • ƏYLƏNCƏLİ ƏYLƏNCƏLİ – CANSIXICI Ona da bir qız nişanlarıq; Əyləncəli bir toy məclisi qurarıq (H.Cavid); Evin havası cansıxıcıdır
ƏYLƏNCƏ
ƏYLƏNDİRİCİ

Значение слова в других словарях