Bulamac (fars. بولاماج) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
== Əhalisi ==
2006-cı il məlumatına görə kənddə 399 nəfər yaşayır (97 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Əyri Meşə
Əyri meşə (pol. Krzywy Las, ing. Crooked Forest) — Polşada qeyri-adi təbiət abidəsi; Polşanın şimal-qərbində yerləşən Qərbi Pomeraniya voyevodalığının ətrafında yerləşən əcaib formalı şam ağaclarından ibarət meşə.
Bu meşənin məşhur olmasının səbəbi isə buradakı ağacların maraqlı gövdələridir. Ona görə də bu qeyri-adi meşəni adətən "Əyri meşə" yaxud da "Sərxoş meşə" adlandırırlar.
Bu meşənin tarixi 1930-cu illərdən başlayır. Belə ki, həmin illərdə Almaniya ilə sərhəd bölgəsi olan Pomeraniyada təxminən 400-ə qədər şam ağacı əkilmişdir. 1,7 hektarlıq sahəni əhatə edən meşədə ağacların gövdələri yerdən təxminən 25 santimetr hündürlükdə və yalnız şimal istiqamətində 90 dərəcə əyilir, daha sonra isə yenidən düzləşir. Ağacların bu cür inkişaf etməsinin səbəbini bu günə qədər heç kim bilmir.
Maraqlıdır ki, bu meşənin yaxınlığında yerləşən digər bütün şam ağacları tamamilə normal formadadır.
Əyri körpü
Əyri körpü — XII əsrdə Sivas şəhərində Səlcuqlular dönəmində Qızılirmaq çayı üzərində inşa edilən tarixi körpü.
Sivasdakı köhnə Malatya quru yolu üzərində kəsmə daşdan inşa edilən körpünün dəqiq tikilmə tarixi məlum deyil. Ancaq 800 il əvvəl Səlcuqlu dövründə İpək yolu üzərindəki köhnə adı ilə Bağdad körpüsü yüzillərdi qorunub saxlanılır. 18 kəmərdən ibarət olub, 179 metr uzunluğunda olan körpünün eni 4.6 metrdir.
18 kəmərli köprü 12 kəmərdən sonra sol tərəfə doğru əyilərək tikilmişdir. Körpünün niyə əyri olmasına dair müxtəlif məlumatlar olmasına baxmayaraq, dəqiq səbəbi bilinmir. Keçmişdə suların çox axması səbəbi ilə körpünün yarıdan sonra bir dalğaqıran vəzifəsi görərək suyun gücünün azalması və körpünün yıxılmağının qarşısını almaq üçün belə inşa edildiyini düşünülür.
Əyri xətt
/ — Bu işarə "Drop" adlanır.
Drop sözü bir çox dillərə tanışdır. Drop işarəsinə (/) asan dildə desək "Əyri xətt"-də deyə bilərik. Bu işarə əsasən vebdə istifadə olunur.
Əyri çiləotu
Əyri çiləotu (lat. Seseli tortuosum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin çiləotu cinsinə aid bitki növü.
Əyri minarə
Əyri minarə (ərəb. منارة الحدباء) ― İraqın Nineva əyalətinin inzibati mərkəzi Mosul şəhərində, xüsusilə də Mosulda Dəclə çayının sağ sahilində (qərb) yerləşən Qədimi şəhər ərazisindəki böyük əl-Nuri məscidinin minarəsinə deyilir.
Əl-Nuri məscidi minarəsi ilə birgə əslən Səlcuq əmirlərindən olan Nurəddin Zəngi tərəfindən 1172-ci ildə tikilib. Əyri minarə və Ən-Nuri məscidi İraqın tarixi məscidlərindən biridir və onun yaşı təxminən doqquz əsrdir. Məscid şəhərdəki Əməvilər məscidindən sonra Mosulda tikilən ikinci məscid hesab olunur. Bir neçə dəfə yenidən qurulmuş, sonuncusu dəfə isə hicri 1363 / miladi 1944-cü ildə təmir edilmişdir. Məscid orijinal binanın yeganə qalan hissəsi olan şərqə doğru əyilmiş minarəsi ilə məşhurdur. Ona görə Əl-Hədbə (əyri) sözü adətən Mosulla əlaqələndirilir və bu mayaka bənzər minarə şəhərin ən görkəmli tarixi abidələrindən biridir.
Baxımsızlıq üzündən minarə uçmaq təhlükəsi ilə üzləşdiyindən İraqın Turizm və Qədim Əsərlər Nazirliyi tərəfindən bir neçə dəfə onu təmir etmək cəhdləri olub, lakin bu cəhdlər lazımi səviyyədə olmayıb. 2014-cü ildə İŞİD terror təşkilatı ilə döyüşdən sonra ciddi xəsarət alıb və daha sonra minarə bəzi videogörüntülərə görə elə içəridən yerləşdirilən partlayıcılarla partladılıb.
Əyri rus alçası
Əyri yolla qazanc
Əyri yolla qazanc — "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş bədii film.
Burada avtonəqliyyatda yol hərəkəti qaydalarını pozan sürücü haqqında, böyük sürətlə maşın sürməyin acı nəticələri, avtomaşından şəxsi məqsədlə istifadə olunması barədə danışılır.
Filmdə əyri yolla qazanc əldə etməyə və yüngül həyat sürməyə çalışan sürücülər tənqid olunur.
Əyri yolla qazanc (film, 1960)
Əyri yolla qazanc — "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş bədii film.
Burada avtonəqliyyatda yol hərəkəti qaydalarını pozan sürücü haqqında, böyük sürətlə maşın sürməyin acı nəticələri, avtomaşından şəxsi məqsədlə istifadə olunması barədə danışılır.
Filmdə əyri yolla qazanc əldə etməyə və yüngül həyat sürməyə çalışan sürücülər tənqid olunur.
Digər lüğətlərdə
ƏYRİ-BULAMAC
sif. məh. Çox əyri, əyriüyrü.
Əyri-bulamac yollar. – …Şəhərin tarixini
öyrənməklə bərabər, əyri-bulamac küçələrini
də tanımağa başladıq