1. Çox yerindən əyilmiş, düz yeri olmayan. Əyri-üyrü ağac. Əyriüyrü məftil.
– Müqim bəyin boynu qısa, qılçaları gödək, əyri-üyrü, qarnı qarpız kimi qalxıq, başı da aran yerinin düyələyi kimi yupyumru idi.
Qaş qaralır, əyri-üyrü daşların sıx kölgəsi; Qəbirlərin üstü ilə sürünür ilan kimi.
// Düz olmayan, düz istiqamətdə getməyən, çoxlu döngələri olan. Əyri-üyrü küçələr. Əyri-üyrü xətt. Əyri-üyrü cığırlar.
– Müəllim kəndin … əyri-üyrü küçələri ilə gedirdi.
Qarlı güneyin sinəsində əyriüyrü, çalın-çarpaz cığırlar əmələ gəlirdi.
2. Bax əyri 2-ci mənada. Əyri-üyrü adamdan qaçmaq lazımdır.
// İs. mənasında.
Mənim çarəm nədir? Mən gecə səhərə kimi gözümü yummuram, böyük şəhərdir, necə olsa beş nəfər əyri-üyrüsü olmayacaqmı?
3. Yanlış, qüsurlu, nöqsanlı.
[Mirzə Səfər] şeirlər oxuyardı və oxuyandan sonra da onları əyri-üyrü (z.) rus dilinə tərcümə edərdi.
◊ Əyri-üyrü baxmaq – bax əyri-əyri (“əyri”də).
Məcid, xanımın məzəmmətini eşitcək bir az əyri-üyrü ona baxdı…