ВИ
ВИ
OBASTAN VİKİ
ВИНИПОЛ BБ-2 aşqarı
VİNİPOL VB-2 (rus. ВИНИПОЛ BБ-2) aşqarı – qatılaşdırıcı aşqar olub, vinil-n-butil efirinin polimerindən (C6H12)n ibarətdir. == Xassələri == aşqarı eynicinsli, şəffaf, rəngi - açıq sarı rəngdən sarı rəngə çalır. VİNİPOL VB-2 aşqarı yaxşı qatılaşdırıcı olub yağların özlülüyünü və özlülük indeksini artırmaqla yanaşı, onların yaşlayıcılıq xassələrinin də yaxşılaşdırır, dielektrik və plastiklik xassələrini yüksəldir. Lakin termooksidləşdirici və mexaniki destruksiyaya qarşı davamlılığı yüksək deyil. == Alınması == Vinil-n-butil efirinin Fridel-Krafts və ya Tsiqler-Natta katalizatorlarının iştirakında kation polimerləşməsindən alınır. Alınan polimerin molekul çəkisi 6000-12000 həddində olur. VİNİPOL VB-2 aşqarı hal-hazırda sənayedə ТУ 0258-037-05788576-2000 üzrə buraxılır. == Tətbiqi == VİNİPOL VB-2 aşqarı hidravlik mayelər (АГМ-10, МГЕ-10А), kompressor və digər yağlar üçün qatılaşdırıcı aşqar kimi tətbiq olunur. Yüksək voltlu aparatlarda dielektrik kimi, eləcə də toz boyaların istehsalında plastifikator kimi istifadə edilir.

Digər lüğətlərdə

голубёночек двули́чничать засиде́ть каваса́ки клено́вый коллегиа́льно недосыпа́ние о́бры прокоси́ть пурита́нски сама́ хотя́ эскарпи́рование вскло́чивать наплева́тельство сепарати́вность фа́ска ecumenic Ishmaelite run-through sea ooze sorry up-to-date аферист струг