Талышский фольклор
Talış folkloru — talış xalqının əmək fəaliyyətini, ayinlərini və məişətini, bayatılar, rəvayətlər, mərsiyələr, nağıllar, miflər, rəvayətlər, adət-ənənələr, lətifələr, atalar sözləri, məsəllər, tapmacalarını və s. özündə ehtiva edən şifahi xalq yaradıcılığıdır.
== Tarixi ==
Tədqiqatçılar talış folkloru ilə hələ XIX əsrdə maraqlanmağa başlayıblar. Talış folkloru özünün ilk əksini 1842-ci ildə rus iranşünası Ə. Xodzkonun "Fars xalq poeziyasının nümunələri" (ing. Specimens of the popular poetry of Persia) kitabında və P. F. Rissin "Talış xalqı, onların həyat tərzi və dili haqqında" (rus. О талышинцах, их образе жизни и языке) əsərində talış mahnılarından nümunələr dərc edilmişdir. Daha sonra müəllim Teymurbek Bayramalibekov 1894–1899-cu illər üçün "Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu"nda talış nağılları, əfsanələri və inancları öz əksini tapmışdır .
1920–1930-cu illərdə talış folklorunun öyrənilməsinə yeni təkan verilmişdir. Yerliləşdirmə siyasətinin tərkib hissəsi kimi talış folkloru etnoqraflar tərəfindən öyrənilmiş, talış dili dilçilər tərəfindən araşdırılmaya başlanmış, Talış texnikumu fəaliyyət göstərmiş, talışdilli məktəblər açılmış, həmən dilində qəzetlər nəşr olunmuş həmçinin də radio yayımlanmışdır[mənbə göstərin].
1920-ci ildə "Talış diyarının tədqiqi cəmiyyəti" yaradılır.