AŞSÜZƏN
ATA-ANA
OBASTAN VİKİ
Ak Ata
Alma-Ata
Almatı (qaz. Алматы; 1921-ci ilədək — Vernı, orta əsrlərdə — Almatu) — Qazaxıstanın ən böyük şəhəri və 1927-1997-ci illərdə ölkənin paytaxtı. Əhalisi 2 milyon nəfərdir). Qazaxıstanın cənub şərqində yerləşən Almatı şəhəri, 1854-cü ildə Rusların şərqdə sərhəd qalası olaraq qurduqları şəhərdir və 2020-ci il 1 sentyabr statistikasına əsasən 1.955.080 nəfər əhalisi ilə Orta Asyanın ən inkişaf etmiş beynəlmiləl şəhəridir. Bir çox ticarət mərkəzi, restoranları, otelleri və kazinoları ilə varlı həyat tərzi ilə seçilir. Öncəki adı Alma Ata olan şəhər Alatau Dağları platosunda yerləşir. Bütün Qazaxıstanda olduğu kimi, Almatıda da ana dil qazaxca və ruscadır. Qazaxıstanın 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etməsindən sonra, Almatı şəhəri Qərb bazarlarına açılıb, çox sürətli inkişaf etmişdir. Almatı köhnə paytaxt olmasına baxmayaraq (indiki paytaxt Astana şəhəridir), hələ də ölkənin mədəni, iqtisadi və ticarət mərkəzi olaraq qalır. == Təbiəti == Almatı şəhəri qış turizmi üçün ideal yerdir.
Alma Ata
Asif Ata
Əfəndiyev Asif Qasım oğlu (Asif Ata - İnam Ata; 25 sentyabr 1935, Çaykənd – 6 iyun 1997, Bakı) — filosof, Mütləqə İnam dünyabaxışının, təliminin yaradıcısı, ruhaniyyatçı. == Həyatı == Asif Ata (İnam Ata) 1935-ci il sentyabrın 25-də Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselsk) rayonunun Çaykənd kəndində, müəllim ailəsində anadan olmuşdur. Əslən Qaraqoyunlu soyundandır. Babaları ruhanı olmuşlar. İlk təhsilini doğulduğu kənddə almış, orta təhsilini Gəncə şəhərində davam etdirmiş, 1951-ci ildə Ağstafa şəhərində başa vurmuşdur. Mətbuatda ilk dəfə 1952-ci ildə "Azərbaycan pioneri" jurnalında dərc olunan "Məktəb xatirələri" şeiri ilə çıxış etmişdir. 1952-1957-ci illərdə Moskvadakı M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyub. Təhsil illərində müstəqil olaraq dünya tarixini, ədəbiyyatını, fəlsəfəsini, dinlərini, musiqisini, incəsənət tarixini – bir sözlə, özünəcən insanlığın yaradıb ortaya qoyduğu bütün dəyərli bilikləri mənimsəyib. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda, Dillər Universitetində, Bakı Musiqi Akademiyasında, Bakı Dövlət Universitetində Qərb ədəbiyyatı, rus ədəbiyyatı, estetika, fəlsəfə, incəsənət tarixi fənlərindən mühazirələr oxuyub. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir (1969-1975.
Ata
Ata — insanın kişi valideyni. İnsan canlılardan fərqli olaraq öz valideynlərini şüurlu surətdə qəbul edir. Atanın adı şəxsi ada tərkib hissə kimi daxildir. Ata adı müəyyən hallarda nəvədən başlayaraq sonrakı nəsillər üçün soyad əsası kimi də qəbul edilə bilər. İslamda atanın və ananın ehtiramını saxlamaq vacibdir. Bu barədə Qurani-Kərimdə qeyd olunur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: "Ey Rəbbim!
Ata Atacanov
Ata Atacanov (15 iyun 1922 və ya 1922, Marı – 1989, Türkmənistan) — Türkmənistan yazıçısı. == Həyatı == Yazıçı, şair, dramaturq Ata Atacanov 1922-ci ilin dekabırın 15-də Türkmənistanın Marı vilayətinin ikinci Gökcə obasında qulluqçu ailəsində dünyaya gəlmişdi. Yeddi yaşından başlayaraq ana-atasının təhti-tərbiyəsində təlim-tərbiyələnib, sonra obalarındakı məktəbdə oxumuşdu. 1934–1938-ci illər Daşkənddəki pedaqoji texnikumda, 1938–1939-cu illər Aşqabaddakı pedaqoji institutda, 1949–1952-ci Ali partiya məktəbində, 1959–1960-cı illər Ali ədəbiyyat kursunda oxuyub, yazıçılığının inçə sirlərini əxz etmişdi. Şair əvvəlcə müəllımliklə, sonra jurnalistika ilə məşğul olmuşdu. Marı vilayətinin "Lenin bayrağı" qəzətində, radio müxbiri, "Yaş kommunist" qəzətinin redaktorının sahə redaktorı, sonra Krasnovodsk vilayət qəzətində, daha sonra "Sovet Türkmənistanı" qəzətinin redaktorı vəzifələrində, "Sovet ədəbiyyatı" jurnalının şöbə müdiri, redaktorının ədəbi işçisi vəzifələrində çalışmışdı. Yazıçı dörədicilik işinə 1941-ci ildə başlamışdı. İlkinci qoşqusı "Təzə il gəldi" adı ilə Taqtabazarın rayon qəzətində çap edilmişdi. Onun "Xoş qal əziz obam", "Ölməcək coya", "Yeniş", "Yar sarı uç guşum", "Çıkda sərət yollara", "Nəbəlli qəhrəman" adlı bir neçə qoşquları Böyük vətənpərvərlik barədədir. A. Atacanovın "Alma yenə gülləyər", "Türkmənistan baharı","Arzılı mehman", "Ədimmə edim", "Sallançagım səhra mənim", "Aylı ağşam" adlı kitablarının müəllifidir.
Ata Atakişiyev
Ata Atakişiyev (14 dekabr 1954, Bakı – 29 sentyabr 1997) — Azərbaycanın mahir klarnet ifaçısı. == Həyatı == Ata Atakişiyev 1954-cü il dekabr ayının 14-də Bakıda dünyaya göz açıb. 1963-68-ci illər ərzində klarnet sahəsində musiqi təhsili alır. O, 1971-ci ildə 31 saylı orta məktəbi bitirir.1975-ci ildə ailə həyatı qurur. Ata Atakişiyev 1978-ci ildən başlayaraq efirə çıxır və bununla da məşhurluğun pik nöqtəsinə çatır. Ata Atakişiyevin 1 oğlu və iki nəvəsi var. == Yaradıcılığı == Ata Atakişiyev artıq 60-cı illərin sonu 70-ci illərin əvvəllərində el şənliklərinə dəvət alır, dövlət tədbirlərində iştirak edirdi. Məşhurluq ona “Klarnetin Atası” adını qazandırmışdı. Müasirlərinin sözlərinə görə, Ata artıq 20 yaşında sənətin zirvəsini fəth edə bilmişdi. Daha çox paytaxtda və Abşeron ərazisində populyarlıq qazanmış Ata Atakişiyev, deyilənlərə görə, ayın 30 günü toy sifarişi alarmış.
Ata Holding
Ata Holdinq — 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərmiş şirkətlər qrupudur. Tərkibində 17 şirkət var idi. Sahibi isə türkiyəli iş adamı Əhməd Erəntok idi. == Haqqında == "AtaHolding" 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. İlk öncə maliyyə sektorunda fəaliyyət göstərən holdinq qısa müddətdən sonra sənaye, turizm, İT və xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başlayıb. "AtaHolding" iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir. “AtaHolding”-in maliyyə sektorunda “AtaSığorta” ASC, “AtaLizinq” ASC, turizm sektorunda “AtaTurizm” MMC, "AtaTravel" MMC və 5 ulduzlu “Excelsior Hotel Baku” oteli, sənaye sektorunda "Şəmkir Quşçuluq” MMC və informasiya texnologiyaları sahəsində “AtaTexnologiya” MMC şirkətləri fəaliyyət göstərib. Holdinq və onun törəmə təsərrüfat cəmiyyətlərində beynəlxalq audit şirkəti tərəfindən maliyyə təsərrüfat fəaliyyətinin auditi keçirilir. “AtaHolding” şirkətlər qrupu Azərbaycanda BMHS-ə uyğun Konsolidə hesabat hazırlamış və müvafiq olaraq beynəlxalq audit şirkəti tərəfindən bu hesabat audit olunmuşdur. Holdinq Beynəlxalq mühasibat uçotu standartlarına uyğun uçot sistemini və Beynəlxalq Daxili Audit standartlarına uyğun Daxili nəzarət sistemini təşkil etmişdir.
Ata Holdinq
Ata Holdinq — 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərmiş şirkətlər qrupudur. Tərkibində 17 şirkət var idi. Sahibi isə türkiyəli iş adamı Əhməd Erəntok idi. == Haqqında == "AtaHolding" 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. İlk öncə maliyyə sektorunda fəaliyyət göstərən holdinq qısa müddətdən sonra sənaye, turizm, İT və xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başlayıb. "AtaHolding" iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir. “AtaHolding”-in maliyyə sektorunda “AtaSığorta” ASC, “AtaLizinq” ASC, turizm sektorunda “AtaTurizm” MMC, "AtaTravel" MMC və 5 ulduzlu “Excelsior Hotel Baku” oteli, sənaye sektorunda "Şəmkir Quşçuluq” MMC və informasiya texnologiyaları sahəsində “AtaTexnologiya” MMC şirkətləri fəaliyyət göstərib. Holdinq və onun törəmə təsərrüfat cəmiyyətlərində beynəlxalq audit şirkəti tərəfindən maliyyə təsərrüfat fəaliyyətinin auditi keçirilir. “AtaHolding” şirkətlər qrupu Azərbaycanda BMHS-ə uyğun Konsolidə hesabat hazırlamış və müvafiq olaraq beynəlxalq audit şirkəti tərəfindən bu hesabat audit olunmuşdur. Holdinq Beynəlxalq mühasibat uçotu standartlarına uyğun uçot sistemini və Beynəlxalq Daxili Audit standartlarına uyğun Daxili nəzarət sistemini təşkil etmişdir.
Ata adı
Ata adı (xüsusi ədəbiyyatda patronim kimi də istifadə olunur) — ata adından uşağa verilən nəsil adının bir hissəsi. Patronim adlarının variasiyası onun daşıyıcılarını daha uzaq əcdadlarla babalar, ulu babalar və s. ilə əlaqələndirə bilər. Familiyaların tətbiq olunmasından əvvəlki dövrdə ata adı müasir soyadlarla eyni sosial funksiyanı yerinə yetirirdi, yəni bir şəxsin daha dəqiq müəyyənləşdirilməsinə xidmət edirdi. Müasir Azərbaycan dilində ata adından sonra insanın cinsini müəyyənləşdirən sözlər də istifadə olunur. Ad formulasının tərkibində ata adı üçlü funksiyanı yerinə yetirir: ad daşıyıcını adaşından fərqləndirərək adı tamamlayır, ailə çevrəsindəki qohumluq əlaqələrini (ata - oğul) aydınlaşdırır və ehtiram (nəzakət forması) bəsləyir. == Variantlar == === Ərəbcə === İbn (ابن və ya بن: bin, ben, bəzən ismin qrammatik halını göstərmək məqsədilə ibni və ya ibnu; mənası – oğul) — ərəblərdə və ərəb dilindən istifadə edən xalqlarda şəxsin kimin oğlu olduğunu (bir növ soyadını) bildirmək üçün atasının adından əvvəl işlədilən söz. Nümunə kimi, İbn Məsud (Məsudun oğlu), İbn ən-Nədim (Nədimin oğlu) və s. Xilafət tərkibinə daxil olduqdan sonra Azərbaycanın bir çox elm, incəsənət və mədəniyyət xadimi də adlarında ibn sözundən istifadə etmişlər (məsələn, İbn Məkki əl-Bərdəyi, Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani və s.).
Ata pərəstiş
Ata pərəstiş — dinin bəzi ibtidai formalarının ayrılmaz hissəsi, zoolatriya növü ata (atlara) pərəstişidir. == Ümumi məlumat == Ata pərəstişin ortaya çıxmasının dəqiq tarixi və yeri hələ müəyyənləşdirilməyib. Bu pərəstiş nisbətən gəncdir, təqribən altı min yaşında, günəşə, aya və s. ibadət isə daha qədimdir. Pərəstişin gəncliyi, kultun yalnız atın əhliləşdirilməsindən sonra ortaya çıxması ilə müəyyən edilir. Bundan sonra bu heyvan insan həyatına güclü təsir göstərməyə başlayır. Pərəstiş atlar üçün həm müsbət, həm də mənfi nəticələri doğurmuşdur. Bəzi hallarda tanrı olaraq onlara qurban verilir, digər hallarda özləri də qurban olaraq kəsilir. Sadə döyüşçülər, nəcib aristokratlar və hətta keçmiş dövrlərdəki krallar üçün at hər şey sayılırdı. Qida, geyim, güc və sərvət təmin edir, insanları xilas edir, hətta öz şücaətlərinin və cəsarətlərinin təcəssümü, seçilmənin simvolu, güc atributu və s.
Ata qətli
Ata qətli — öz atasını öldürmə, daha geniş mənada valideynlərindən hər hansı birini öldürmə. Əksər cəmiyyət qanunları və dinlərə görə valideynin qətli dəhşətli cinayət və ya günah hesab edilir. Məsələn, Roma Respublikasında vaxtilə ata qətli vətəndaş haqqında ölüm hökmü çıxarılmasına səbəb olan yeganə cinayət olub.
Ay Ata
Ay Dədə ya da Ay Ata, altayların inancında Ay ilahı olaraq görülə biləcək bir müqəddəs varlıqdır və göy aləminin 6-cı yanında oturur. Bu inanca görə Ay Dədə insanların ilk babası və Gün Ana ilk nənəsidir. Ay, uşaqlara Ay Dədə olaraq tanıdılır. Yuxu vaxtının simvoludur. Uşağa, yatağına yatarsan, Ay Dədə sənə nağıl izah edəcək deyilir və uşağın yanında ya nağıl kitabı oxunur, ya da adam tərəfindən bilinən bir nağıl izah edilər. Memlüklər (Köləmənlər) dövründə misirdə yaşamış türk tarixçisi Aybek-üd Devâdârî'nin türklərin mənşəyi üzərinə izah etdiyi Ay Ata'nın əfsanəsində mağarada törəmə motivi iştirak edər. Bu əhvalata görə türklərin ilk atası olan Ay Ata, bir mağarada ortaya çıxmışdır. Bu mağara Ay Atanın doğumuna (Aybek-üd Devâdârî'nin ifadəsiylə) bir "ana rəhmi" vəzifəsi etmişdir. Bozqurd əfsanəsindəki qurdun yaralı türkü qaçırıb bəslədiyi mağara da belə bir Ata mağarasıdır və hər il bu mağarada mərasimlər edilərdi. Ata mağarası inancı və ənənəsi köhnə dövrlərdə türklər arasında çox geniş yayılmışdır.
Ayaz Ata
Ayaz Ata — türk, altay və Orta Asiya mifologiyalarında, xüsusilə qazaxlarda və qırğızlarda soyuq ilahı. Santa Klaus ilə də qaynaşmış vəziyyətdədir. Müxtəlif Türk dillərində Ayas Xan və ya "Ağ Ayas" olaraq adı keçər. Azərbaycan türkcəsində "Şaxta Baba" olaraq da bilinir. Ay İşığından yaradılmışdır. Soyuq havaya səbəb olar. Buğa bürcünün altı ulduzu göyün altı dəliyidir və oradan soyuq hava üfləyər. Beləcə qış gəlir. Ayaz bütün türk coğrafiyasında yandırıcı soyuq mənasını verər ki, ayın göydə rahtalıqla görüldüyü açıq havalarda meydana gəldiyi üçün Ay Tanrısının (və ya ona bağlı Ayas Xanın) göndərdiyi düşünülmüşdür. Bir növ Noel Baba olaraq düşünülə bilər.
Aydın Ata
Aydın Ata - türk mifologiyasında əfsanəvi ozan. Aşıq Aydın olaraq da bilinir. Musiqiçilərin, şairlərin, aşiqlərin, ozanların atasıdır. İnsanların rüyalarına girib şairlik və ozanlıq qabiliyyəti verir. Yuxusuna girdiyi kəslər onu işıqlı bir işıq huzmesi içində görərlər. Müqəddəs işıq (nur) şəklindəki bu işıqlı suyu və safı işarələr. Qeyri-adi gücləri vardır. Türkmən və özbək inanclarında musiqiçilərin, şairlərin və şamanların hamısının "Aşıq Aydın" nəslindən gəldiyi fərz edilər. Aşıq Aydının məzarı, günümüzdə belə ziyarət yeri olaraq hörmət görür. Əlbəttə ki, bu məzarın əslində ona aid olub olmaması mübahisələri, və ya bu məzardan fərqli yerlərdə bir neçə dənə olması digər müqəddəs şəxslərin məzarlarında da sıx rast gəlinən bir vəziyyətdir.
Ayı Ata
Ağ Ata
Ağac Ata
Barak Ata
Börü Ata
Bürküt Ata
Daş ata
Daş ata və ya daş baba – qədim türk qəbilələrində məzar daşı. Orta Asiya çölünün köçəriləri məskun nizamlı xalqlardan fərqli bir dünya görüşünə sahib idi. Sözgəlişi onlar ölülərini son yuxularına yatırdacaqları, yerləşmə yerlərinin xaricindəki sıxılmış və hüzn verici qəbiristanlıq anlayışına sahib deyildi. O biri dünyanın varlığına inanır və məzarlarında ölüyə bir baxıma həyat təqdim edirdilər. Ölənin atı, silahları, gündəlik həyatda istifadə etdiyi kimi əşyaları də məzara qoyurlardı. Hətta, bəzi kurganlarda ölünün yanında qadın və xidmətçi cəsədləri də tapıldı. Bunlar ölənlə birlikdə basdırılmış ola biləcəyi kimi, eyni zamanda ölmüş ya da özlərini öldürmüş də ola bilər. Çöldə xüsusilə soylular üçün ən məşhur məzar növü kurqandı. Bu cür məzarlarda, ölən adamın əhəmiyyətinə uyğun olaraq, ümumiyyətlə taxtadan basdırıldığı otağının üzərinə daş və torpaqdan bir yığma təpə yüksəldilirdi. Bunun üzərində də ölən adamı təmsil edən, kobudca insan formalı heykəllər tikilirdi.
Geyik Ata
May Ata
May Ata — türk mifologiyasında varlıq tanrısıdır. Digər adı Pay (Bay) Atadır. İnsanların qoruyucusudur. Göyün üçüncü qatında oturar. Buddizmin təsiriylə Maitreya adlı tanrı ilə eyniləşdirilmişdir. Tunquslarda Mayın adı verilən bir ruhlar tanrısı vardır və kainatı yaratdığına inanılar. Bu tunqus tanrısı yeni doğulan körpələrə ruh verir. Tunguslar Mayın adlı lütfkar və yaradıcı tanrılarını da ağla gətirir. Altay mifologiyasında, Ülgənin göyün üçüncü qatında olduğuna inanılan iki oğlundan biridir. Ülgənin, insanların hamisi və piri sayılan oğludur.
Su Ata
10 Noyabr Atatürkün anım günü ve Atatürk həftəsi
10 Noyabr Atatürkün anım günü və Atatürk həftəsi — 10 noyabr 1938-ci ildə saat 09:05-də həyatını itirən, Türkiyə qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk xatirəsinə hər il tutulan milli yasdır. 10 noyabr gününü əhatə edən Atatürk Həftəsi isə Atatürkün yurd daxilində anıldığı, qanun və inqilablarının izah edildiyi, radio və televiziyada danışıqlarının öz səsindən nümayiş olunduğu, Atatürklə əlaqədar filmlərin göstərildiyi; Noyabrın 10–16-dək davam edən həftə adlanır. 10 noyabr günləri saat 09: 05-də fit səsləriylə birlikdə Türkiyə daxilində 2 dəqiqə sükutla Atatürk xatirəsinə hörmət duruşuna keçilir. Ardından Türkiyə Böyük Millət Məclisi binası önündəki bayraqlar xaric, Türkiyədəki bütün rəsmi binalarda və ölkənin xarici nümayəndəlikləri bayraqları, yas göstəricisi olaraq yarıya endirilər. Anıtqəbirdəki bayraqlar digər günlərdə heç bir səbəbə görə yarıya endirilmir. Bayraq daimi qaldırılmadığı yerdə bayraq əvvəlcə göndərən tərəfə çəkilir; sonra iki dəfə azalır. == Rəsmi mərasimlər == === Anıtqəbirdə təşkil edilən mərasimlər === Paytaxt Ankaradakı mərasimlər prezidenti, prezidenti müavini, Məclis Başçısı, Məclisdə qrupu olan siyasi partiyaların ümumi başçıları, Baş qərargah Başçısı, qüvvət komandirləri və digər dövlət nümayəndələrinin iştirakı ilə Anıtkqəbirdə həyata keçirilir. Mərasim Aslan Yolunda gəzinti ilə başlayır. Yürüşdən sonra Prezident Atatürkün məqbərəsinə çələng qoyur. 09:05-də dövlət adamları iki dəqiqə sükut içində dayanır və İstiqlal Himnini oxuyur.
10 Noyabr Atatürkün anım günü və Atatürk həftəsi
10 Noyabr Atatürkün anım günü və Atatürk həftəsi — 10 noyabr 1938-ci ildə saat 09:05-də həyatını itirən, Türkiyə qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk xatirəsinə hər il tutulan milli yasdır. 10 noyabr gününü əhatə edən Atatürk Həftəsi isə Atatürkün yurd daxilində anıldığı, qanun və inqilablarının izah edildiyi, radio və televiziyada danışıqlarının öz səsindən nümayiş olunduğu, Atatürklə əlaqədar filmlərin göstərildiyi; Noyabrın 10–16-dək davam edən həftə adlanır. 10 noyabr günləri saat 09: 05-də fit səsləriylə birlikdə Türkiyə daxilində 2 dəqiqə sükutla Atatürk xatirəsinə hörmət duruşuna keçilir. Ardından Türkiyə Böyük Millət Məclisi binası önündəki bayraqlar xaric, Türkiyədəki bütün rəsmi binalarda və ölkənin xarici nümayəndəlikləri bayraqları, yas göstəricisi olaraq yarıya endirilər. Anıtqəbirdəki bayraqlar digər günlərdə heç bir səbəbə görə yarıya endirilmir. Bayraq daimi qaldırılmadığı yerdə bayraq əvvəlcə göndərən tərəfə çəkilir; sonra iki dəfə azalır. == Rəsmi mərasimlər == === Anıtqəbirdə təşkil edilən mərasimlər === Paytaxt Ankaradakı mərasimlər prezidenti, prezidenti müavini, Məclis Başçısı, Məclisdə qrupu olan siyasi partiyaların ümumi başçıları, Baş qərargah Başçısı, qüvvət komandirləri və digər dövlət nümayəndələrinin iştirakı ilə Anıtkqəbirdə həyata keçirilir. Mərasim Aslan Yolunda gəzinti ilə başlayır. Yürüşdən sonra Prezident Atatürkün məqbərəsinə çələng qoyur. 09:05-də dövlət adamları iki dəqiqə sükut içində dayanır və İstiqlal Himnini oxuyur.
ABŞ-ın bani ataları
Amerika Birləşmiş Ştatlarının qurucu ataları (ing. The Founding Fathers) — Amerika dövlətçiliyinin yaranmasında və əsasının qoyulmasında mühüm rol oynamış amerika xadimləri qrupu. Bəzi tarixçilərə görə, bura Amerika inqilabını təşkil edən və aparan ABŞ siyasətçiləri, hüquqşünaslar, dövlət xadimləri, əsgər və diplomatlar və ya sadəcə adi vətəndaşlar olaraq meydana gətirən On üç İngilis koloniyasının nümayəndələri daxildir. 1973-cü ildə tarixçi Riçard Morris aşağıdakı yeddi əsas qurucu atanı təyin etmişdir: Con Adams, Bencamin Franklin, Aleksandr Hamilton, Con Cey, Tomas Cefferson, Ceyms Medison və Corc Vaşinqton.
ATA Hava Yolları
ATA Hava Yolları (az-əbcəd. آتا هاوا یوْل‌لارؽ‎, fars. هواپیمایی آتا‎, ing. ATA Airlines) — Təbriz şəhərində fəaliyyət göstərən aviaşirkət.
Abbas Atamalıbəyov
Abbas bəy Seyfulla bəy oğlu Atamalıbəyov (26 fevral 1895, Tiflis – 1971, Ohayo) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, Azərbaycan siyasi mühacirətinin tanınmış nümayəndəsi. == Həyatı == Abbas bəy Atamalıbəyov 1895-ci ilin 26 fevral tarixində Tiflisdə dünyaya göz açmışdır. İlk təhsilini Tiflisdə almışdır. Topçu zabit olmaq istəyən Atamalıbəyovun görmə qabiliyyəti zəif olduğundan onu hərbi məktəbə qəbul etməmişdilər. 1914-cü ildə Peterburq Politexnik İnstitutunun dəniz mühəndisliyi fakültəsinə qəbul olunmuşdur. ABŞ-yə köçdükdən sonra 1971-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir. Ölümündən bir az əvvəl fransızca yazmağa başladığı xatirələri yarımçıq qalmışdır. == Ailəsi == atası — Seyfulla bəy Atamalıbəyov (kökcə şamaxılı polkovnik (sonralar general)) anası — Mələk xanım İbrahimbəyova Abbas bəy İbrahim ağa Vəkilovun qızı Reyhan xanım Vəkilova ilə ailə qurmuş, Qalib adlı oğlu dünyaya gəlmişdir. Oğlu Qalib Atamalıbəyov (1924) ABŞ-də yaşayırdı. == Fəaliyyəti == Sankt-Peterburqda dəniz donanması mühəndisliyi ixtisası üzrə ali təhsil alarkən Rusiyada sosialist inqilabı baş verdi.
Abbas bəy Atamalıbəyov
Abbas bəy Seyfulla bəy oğlu Atamalıbəyov (26 fevral 1895, Tiflis – 1971, Ohayo) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, Azərbaycan siyasi mühacirətinin tanınmış nümayəndəsi. == Həyatı == Abbas bəy Atamalıbəyov 1895-ci ilin 26 fevral tarixində Tiflisdə dünyaya göz açmışdır. İlk təhsilini Tiflisdə almışdır. Topçu zabit olmaq istəyən Atamalıbəyovun görmə qabiliyyəti zəif olduğundan onu hərbi məktəbə qəbul etməmişdilər. 1914-cü ildə Peterburq Politexnik İnstitutunun dəniz mühəndisliyi fakültəsinə qəbul olunmuşdur. ABŞ-yə köçdükdən sonra 1971-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir. Ölümündən bir az əvvəl fransızca yazmağa başladığı xatirələri yarımçıq qalmışdır. == Ailəsi == atası — Seyfulla bəy Atamalıbəyov (kökcə şamaxılı polkovnik (sonralar general)) anası — Mələk xanım İbrahimbəyova Abbas bəy İbrahim ağa Vəkilovun qızı Reyhan xanım Vəkilova ilə ailə qurmuş, Qalib adlı oğlu dünyaya gəlmişdir. Oğlu Qalib Atamalıbəyov (1924) ABŞ-də yaşayırdı. == Fəaliyyəti == Sankt-Peterburqda dəniz donanması mühəndisliyi ixtisası üzrə ali təhsil alarkən Rusiyada sosialist inqilabı baş verdi.
Adil Babayev. Ata olsam belə, ata istərəm (film, 2015)
Ailə atası
"Pater familias" (latın dilindən – "ailə atası") — patriarxal ailənin başçısı. Qədim Romada "pater familias" əvvəlcə həyat yoldaşı, uşaqları, qulları, əşyaları üzərində eyni gücə (manus) malik idi. O, bunların hamısını bəraət qazandırmaqla iddia edə bilərdi. Sonra bu güc fərqlənmiş və müxtəlif adlar almışdır. Əvvəlcə ailənin atasının səlahiyyəti qeyri-məhdud idi, qalan ailə üzvləri isə tamamilə gücsüz idi, lakin sonra Roma hüququ onların hüquqlarını tanımağa başlamışdır. Ailə atasının hakimiyyətinin zəifləməsi Roma ailə hüququndakı dəyişiklik, yetkin ailə üzvlərinin müəyyən müstəqilliyini öz üzərinə götürən ticarətin inkişafının nəticəsi idi.
Alban çarı (Satinikin atası)
Adı bilinməyən alban çarı qızı Satiniki Erməni çarı Artaksesə ərə vermişdir. Bu haqda məlumat "Alban ölkəsinin tarixi" əsərində verilmişdir. == Hakimiyyəti == === "Alban ökəsinin tarixi" əsərində === Artakses Yervanda hücum edəndə, Yervand Albaniyanın Uti vilayətində idi. Ordusunu orada saxlayıb, Artakses öz şəhərinə qayıdır. Orada Alban ordularını yanına dəvət edir, onlarla Göyçə (Sevan) gölünün sahilinə gəlib və onların köməyi ilə Yervandan qovub, Erməniyyəni işğal edir. Elə bu vaxtlarda albanlar bütün dağlı qəbilələri və gürcülərin bir qismi ilə ittifaq yaradıb, nəhəng qoşun toplayır və erməni torpağına hücum edirlər. Artakses də öz ordusunu yığır və onlara qarşı çıxaraq, Kür qırağında düşərgə salır. Ağır döyüş başlanır və Alban çarının oğlu Artaksesin əlinə əsir düşür. Çar oğlunun əvəzinə o, bacısını, Satinik adlı çar qızını alır və sülh bağlayaraq Erməniyyəyə qayıdır. Az bir vaxtdan sonra Satinikin atası vəfat edir və taxtını bir qəsbkar tutub, qızın qardaşını ölkədən qovur.
Aleksandr Atabekyan
Aleksandr Atabekyan (erm. Ալեքսանդր Մովսեսի Աթաբեկյան; 2 fevral 1869, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 5 dekabr 1933, Moskva, RSFSR, SSRİ) — erməni əsilli anarxist. Rusiya Sovet Federativ Sosialist Respublikası daxilində anarxizmin yayılması fəaliyyəti ilə məşğul olmuş və rus dilli anarxist ədəbiyyatının hazırlanmasına rəhbərlik etmişdir. == Həyatı == Aleksandr Atabekyan 1868-ci ilin 2 fevral tarixində Rusiya imperiyasının Yelizavetpol quberniyasına bağlı Şuşa qəzasına daxil olan Şuşa şəhərində, Qarabağ məliklərindən olan məlik soyundan gələn Atabekyanların ailəsində anadan olmuşdur. İlk təhsilini Şuşa real məktəbində almışdır. 1889-cu ildə təhsilini davam etdirmək üçün İsveçrənin Cenevrə şəhərində yerləşən Cenevrə Universitetinə yollanmışdır. Cenevrədə olduğu 1888–1890-cı illər aralığında Sosial Demokrat Hnçak partiyasının yaradılmasında və onun fəaliyyətinin koordinasiya edilməsində yaxından iştirak etmişdir. Atebekyan eyni zamanda Avetis Nazarbekyan tərəfindən nəşr edilən və Sosial Demokrat Hnçak partiyasının rəsmi yayım orqanı olan Hinçak qəzetinin hazırlanmasında köməklik göstərmişdir və həmin qəzetdə bir sıra yazılarla çıxış etmişdir. Tanınmış rus anarxist alim Pyotr Kropotkinin əsərləri ilə tanış olduqdan sonra anarxist olmuşdur. Aleksandr Atabekyan Cenevrə şəhərində anarxist kitabxanasının yaradılmasının əsas təşkilatçılardan biri olmuşdur.
Aleksandr Düma (ata)
Aleksandr Düma (fr. Alexandre Dumas; 24 iyul 1802[…], Ville-Kotre[d][…] – 5 dekabr 1870[…], Pyuys[d], Dənizkənarı Sena) — tanınmış fransız yazıçısı. Daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmışdır. "Qraf Monte Kristo", "Qrafinya de Monsoro", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərləri dəfələrlə ekranlaşdırılmışdır. Düma həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış peşəkar müxbir kimi də tanınır. == Həyatı == Aleksandr Düma 24 iyul 1802-ci ildə Fransanın Villers-Koterets (Villers-Cotterêts) şəhərciyində anadan olmuşdur. Zənci atası Tomas-Aleksandr Davi-Düma de La Payetri ordu generalı, anası Mari-Lüzi Elizabet Labure isə keçmiş mehmanxana sahibinin qızı olmuşdur. Dörd yaşında ikən atasını itirən Düma anasının çəkdiyi min bir əzab-əziyyətlə böyüyür. Anasının ona yaxşı təhsil verə bilməməsinə baxmayaraq bu, gənc Dümanın kitablara olan sonsuz məhəbbətinə heç cür təsir etməmişdir və o, əlinə düşən kitabları sonsuz həvəslə oxumuşdur. Uşaqlıq vaxtlarında anasının ona atasının Napoleonun şanlı müharibələrində nümayiş etdirdiyi qəhrəmanlıqlar haqqında ağız dolusu danışdığı maraqlı söhbətlər Dümada sərgüzəştlərə və qəhrəmanlıq motivlərinə sonsuz maraq oyatmışdır.
Ali Atay
Ali Atay (20 aprel 1976, Rizə, Rizə ili) — Türkiyə aktyoru. == Həyatı == 20 aprel 1976 -cı ildə Rizədə anadan olmuşdur. 1999-cü ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin Teatr fakültəsini bitirib. Aktyor TRT-də yayımlanmış Leyla ile Mecnun serialı ilə məşhurlaşıb. Hal-hazırda Leyla The Band qrupunun solistidir.
Alma-Ata bəyannaməsi (1991)
Alma-Ata bəyannaməsi, Alma-Ata müqaviləsi — MDB-nin məqsəd və prinsipləri, əsasları barədə bəyannamə. Bəyannamədə MDB-nin yaranması ilə SSRİ-nin mövcudluğunu dayandırdığına işarə edən Belovej razılığı təsdiqləndi. 21 dekabr 1991-ci ildə prezidentlərin Alma-Ata görüşündə imzalanmışdır (sonradan bu cür görüşlər MDB Dövlət Başçıları Şurasının iclasları şəklində keçirilmişdir). Nəticədə, Belarusiya, Rusiya və Ukraynadan əlavə daha 8 respublika MDB-yə qoşuldu: Azərbaycan (24 sentyabr 1993), Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan. Gürcüstan 1993-cü ilin dekabrında MDB-yə qoşulub. Baltikyanı respublikalar (Latviya, Litva və Estoniya) Belovej razılığı kimi, Alma-Ata Bəyannaməsini də imzalamaqdan imtina etdilər. 3 aprel 1990-cı il tarixli 1409-I saylı "İttifaq respublikasının SSRİ-dən ayrılması ilə bağlı məsələlərin həlli qaydası haqqında" SSRİ Qanunu və SSRİ-nin qorunub saxlanmasına dair Ümumittifaq referendumunun nəticələrini pozaraq qanuni şəkildə imzalanmışdır. == Alma-Ata sammitində qəbul edilən qərarlar == Sammitdə iştirak edən 11 üzv dövlət Müstəqil Dövlətlər Birliyinin Sovet İttifaqını əvəz etməsi ilə bağlı razılığa gəlmişdirlər. Bu qərar protokolla müəyyən edilmiş və protokolun bütün üzv dövlətlərin parlamentləri tərəfindən təsdiqindən sonra qüvvəyə minməsi əsas götürülmüşdür. İclasda Rusiya Federasiyasına Sovet İttifaqını Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında nümayəndəsi olmaq səlahiyyəti verilmişdir.
Almazbek Atambayev
Almazbek Şarşen oğlu Atambayev (qırğ. Алмазбек Шаршен уулу Атамбаев) (17 sentyabr 1956, Araşan[d], Çüy vilayəti) — qırğız dövlət xadimi, Qırğızıstan Respublikasının 4-cü Prezidenti (1 dekabr 2011 – 24 noyabr 2017); Qırğızıstan Sosial-Demokrat Partiyasının sədri. == Həyatı == Gəncliyində küçə süpürgəçisi, hambal və tərcüməçi işləmişdir. == Ailəsi == Almazbəy Atambəyovun ilk həyat yoldaşı Buajar Atambəyovadan 4 övladı var: oğlanları Seyidbəy və Seytək, iki əkiz qızı Diana və Dinara. İkinci həyat yoldaşı Raisa Minəhmədova ilə 1988-ci ildə ailə həyatı qurmuşdur. Onların bu nikahdan 2 övladı dünyaya gəlib: 1993-cü il təvəllüdlü oğulları Kadırbəy və 1997-ci il təvəllüdlü qızları Aliyə. Kadırbəy 2011-ci ildə orta məktəbi qızıl medalla bitirmiş və ali təhsilini Türkiyədə davam etdirmişdir. Ailədə uşaqların əsas zəhmətini birinci xanımın çəkdiyini qeyd edən Prezident oğlu barədə danışarkən belə demişdir: "Mən bir də onda bildim ki, Kadırbəy artıq orta məktəbi bitirir".
Alyaska atabaskları
Alyaska atabaskları ya da Alyaska deneleri (ing. Alaskan Athabascan/Athabaskan/Athapascan/Athapaskan/Dene peoples, Alaskan Athabascans, Alaskan Athabaskans, Alaskan Athapaskans, Athabascan Indians of Alaska, Athabascan Native Americans of Alaska, Athabascan-speaking peoples of Alaska; rus. атабаски Аляски ya da атапаски Аляски), ABŞa bağlı Alyaska ştatının daha çox daxili bölgəsində Alaska Interior adı verilən Daxili Alyaskada bir azı da cənubda Sakit Okean sahillərində yaşayan və Na-Dene dillərinin Atabask dilləri qrupunun Şimali Atabask dilləri alt qrupundan dilləri danışan Şimal atabasklarından, ovçu və toplayıcı, yarı köçəri, matriarxat, animist ya da şamanist Subarktik yerlisi Alyaska xalqı. == Tarix == Na-Dene dillərini danışan digər xalqlar kimi Atabaskların da Asiyadan Amerikaya Eskimo-Aleut xalqlarından öncə köç etdikləri sanılır. Atabaskların ataları ehtimalən 12.000 il öncə son buz dövrünün sonunda Berinq boğazından istifadə edərək Sibirdən köç etmişdilər. Daxili Alyaskadakı (Interior Alaska) qədim arxeoloji qazıntılar, Alyaska Eskimo coğrafiyasının sahillərində olduğu kimi, təqribən 10.000 il öncəsinə tarixlənir və bunlar Sibirdəkilərlə yaxından ilgilidir. Atabask dillərinin Sibirdəki Ketcə başda olmaq üzrə Yenisey dilləri ilə qohum olduğu 2008-ci ildə Eduard Vajda başda olmaq üzrə mütəxəssis dilçilər tərəfindən təyid edilmişdir. Şimali Amerikada atabaskların anayurdunun şərqi Alyaska ya da qərbi Yukon olduğu düşünülür. Alyaska Atabask hindlilərinin Avropalılarla ilk qarşılaşması Rusiya Alyaskası (1733 – 1867) dönəmiədə ruslarla Denağinalar arasında olmuşdur. Bugün Denağinacada 75, Ahtnacada 50 Rusca alıntı var və bunlar hər iki xalqın ruslarla apardığı mütamadi kürk ticarəti sırasında dillərinə keçmişdir.
Amerika Birləşmiş Ştatlarının qurucu ataları
Amerika Birləşmiş Ştatlarının qurucu ataları (ing. The Founding Fathers) — Amerika dövlətçiliyinin yaranmasında və əsasının qoyulmasında mühüm rol oynamış amerika xadimləri qrupu. Bəzi tarixçilərə görə, bura Amerika inqilabını təşkil edən və aparan ABŞ siyasətçiləri, hüquqşünaslar, dövlət xadimləri, əsgər və diplomatlar və ya sadəcə adi vətəndaşlar olaraq meydana gətirən On üç İngilis koloniyasının nümayəndələri daxildir. 1973-cü ildə tarixçi Riçard Morris aşağıdakı yeddi əsas qurucu atanı təyin etmişdir: Con Adams, Bencamin Franklin, Aleksandr Hamilton, Con Cey, Tomas Cefferson, Ceyms Medison və Corc Vaşinqton.
Amerikan ata! (cizgi serialı, 2005)
"Amerikan ata!" (ing. American Dad!) — «Anderdoq» (Underdog Productions) və «Fazzi Dor» (Fuzzy Door Productions) studiyaların istehsalı və 20th Century Foxun sifarişi olan komediya janrında amerikan cizgi serialı. Tərtib üzrə işlər «Qriffinlərin» yaradıcısı Set Makfarleyn tərəfindən işlənib hazırlanmışdı. == Məzmun == Amerikan ata! multserialı tipik amerikan ailəsinin həyatından bəhz edir. Əsas süjet xətti 4 insan, bir yadplanetlini və danışan qızıl balığı birləşdirən Smit ailəsi ətrafında cərəyan edir. Cənubi Park və Simpsonlara analoji olaraq, multserialda əsasən din, siyasət, pop-mədəniyyət və cəmiyyətdə baş verən digər əhəmiyyətli hadisələri də nümayiş etdirilir. Serialda tez-tez "lağ" və tipik amerikan yumoru göstərilir. Məsələn «Pilot» epizodunda Tanrı ABŞ prezidenti Corc Buşa zəng edərək, ondan bir şey xahiş etmək istəyir. Lakin elə o anda Tanrıya daha bir zəng gəlir; bu dəfə ABŞ vitse-prezidenti Riçard Çeynidən.
Anar Atayev
Anar Mamed oğlu Atayev (d. 11 mart 1996; Minaxorlu, Ağcabədi rayonu, Azərbaycan - ö. 11 mart 2015; Qiyaməddinli, Ağcabədi rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2015-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuşdur. == Həyatı == Anar Atayev 11 mart 1996-cı ildə Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olmuşdur. == Hərbi xidməti == Əsgər Anar Atayev 11 mart 2015-ci ildə Ağcabədi rayonunun Qiyaməddinli kəndində Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuşdur. 12 mart 2015-ci ildə Anar Atayev doğulduğu Ağcabədi rayonunun Minaxorlu kəndində torpağa tapşırılmışdır. == İstinadlar == Əsgər Anar Atayev öz ad günündə şəhid oldu. Sonxeber.az. 12.03.2015.
Armen Atayan
Armen Arşaki Atayan (rus. Արմեն Արշակի Աթայան; 21 may 1922, İrəvan – 8 aprel 2021) — Ermənistan-sovet və Ukrayna incəsənət xadimi, rəssamı. SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. Rəssam Tatyana Yablonskayanın ikinci əri və rəssam Qayane Atayanın atasıdır. == Həyatı == Armen Arşaki Atayan 1922-ci ildə Ermənistan SSR-in paytaxtı İrəvan şəhərində, Arşak Atayanın ailəsində anadan olmuşdur. O, İrəvan Pionerlər Sarayının orkestrində oxumuş, fortepiano, mandolin, bariton truba və trombon kimi bir neçə alətdə ifa etmişdir. 1937-ci ildə atası həbs olunanda Atayan ailəyə kömək etmək üçün müxtəlif estrada qruplarında çıxış etmişdir. O, 1941-ci ildə İrəvan Rəssamlıq Texnikumunu bitirmişdir. O, İkinci Dünya müharibəsi illərində könüllü olaraq cəbhəyə getmiş və tank bölməsinin orkestrində, sonra Zaqafqaziya cəbhəsinin orkestrində xidmət etmişdir. Atayan orduda xidmət etdikdən sonra İrəvan Rəssamlıq və Teatr İnstitutuna daxil olmuşdur.
Asif Ataşov
Asif Kərim oğlu Ataşov (10 aprel 2002, Xırdalan – 1 oktyabr 2020, Dəmirçilər, Tərtər rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Ataşov 10 aprel 2002-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Asif 2008-ci ildə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2019-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. == Hərbi xidməti == Asif Ataşov 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Asif Ataşov 27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. O 1 oktyabr 2020-ci il tarixində Tərtər rayonunun Dəmirçilər kəndi istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Şəhidin nəşi Xırdalan şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Asif Kərim oğlu Ataşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Asif Kərim oğlu Ataşov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Aslan Atakişiyev
Aslan Atakişiyev (16 avqust 1953, Muradxanlı, Qubadlı rayonu – 7 avqust 1992, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aslan Atakişiyev 1953-cü il 16 avqustda Qubadlı rayonunun Muradxanlı kəndində anadan olub. 1960-cı ildə burada birinci sinfə getmiş. 1970-ci ildə məktəbi bitirmişdir. 1972–1974-cü ilərdə hərbi xidmətdə olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Qubadlı rayonunda müəllimliyə başlamışdır. Qarabağ hadisələri başlayanda o, müəllim işləyirdi. Vətən torpaqlarının təhlükə altında olduğunu görən Aslan öz doğma peşəsindən ayrılıb cəbhəyə yollandı. == Döyüşlərdə iştirakı == Aslan Atakişiyev torpaqlarımız uğrunda gedən döyüşlərdə həmişə öz cəsarəti və hünəri ilə seçilirdi.

Digər lüğətlərdə