Börü Ata

Börü Ata - türk, monqol və altay mifologiyasında qurd tanrısı. Müxtəlif türk dillərində Qurd (Kurt, Kort, Kord, Kırt, Gurt) Ata şəklində də deyilər. Böri (Börö) Ata olaraq da bilinər. Monqollar ona Çına (Şına, Şono) Ecege deyirlər.

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Qurdları qoruyan və eyni zamanda qurd qılığına girə bilən tanrıdır. Bir çox türk tayfaları ortaq bir inanc olaraq qurddan törədiklərinə inanarlar. Kağoçı (Kao-Çı) türklərinin əfsanələrinə görə ilk kağanlarının qızları ataları tərəfindən bir təpəyə atılmışdır. Sonrasında kiçik qızı bir qurd qılığında gələn Qurd Tanrı ilə birləşmiş və Kağoçı xalqı onların uşaqlarından meydana gəlmişdir. Göytürk bayraqlarının yuxarısında daim bir qurd başı olardı. Tarduşların atası qurd başlı bir insandır. Qurd daim yol göstərici olaraq qəbul edilir və arxasında müxtəlif ölkələrə gedilər. Onun xəbərdarlığıyla təhlükələrin qarşısı alınır. Müqəddəs ruhların doqquz oğullarının hamısı qurda bənzəyir. Göy yallı, göy quyruqlu sözləri istifadə edilər. Başqırdlar qurddan törədiklərinə inanarlar və adları da buna görə Baş-Qırd şəklindədir. Qurd Ataya Avropa əfsanələrində, məsələn, Romanın qurulmasıyla əlaqədar olaraq Romus və Romulus əfsanəsində rast gəlmək mümkündür. Bu motivi türklərlə əlaqəsi olduğu təxmin edilən etruskler vasitəsilə İtaliyaya çatmış olması ehtimal edilir. Qurdlar türklərdə müqəddəs sayıldığı üçün ictimai həyatın hər mərhələsində hətta müasir cəmiyyətdə belə təsirlərini göstərər. Məsələn Respublika Dövründə çıxarılan ilk yerli lokomotivə "Karakurt" (qaraqurd) adı verilmişdir. Bundan başqa Çingiz Aytmatovun, pozulan və yox olan təbii tarazlığı bir qurdun gözündən izah etdiyi "Dişi Qurdun Yuxuları" adlı əsəri də türklərdə qurdun təbiət, yurd və həyatı simgelemesi baxımından qiymətləndirmək də yerində olacaq. Şaman dualarında altı ağızlı qurddan tez-tez bəhs edilir. Osetin əfsanələrində Kurdalagon adlı bir dəmirçiyə bəhs edilir.

Etimologiya[redaktə | mənbəni redaktə et]

Qurd sözü (Qur / Gur / Kür) kökündən törəmişdir. Güc, qüvvət, dayanıqlılıq mənalarına gəlir. Qurtarmaq hərəkəti ilə də kök etibarilə əlaqəlidir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin baxın[redaktə | mənbəni redaktə et]