Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
.az
.az — Azərbaycanın internet kodudur. .az Azərbaycan Respublikası üçün yüksək səviyyəli milli domen. Azərbaycanda qeydiyyatdan keçmiş e-poçt, yaxud veb-ünvanı göstərən suffiksdir. 2023-cü ilin iyul ayının statistik məlumatına əsasən 41971 sayt qeydiyyatdan keçib. Onlardan 39263-ü ".az" domen zonasında, 1477 sayt ".com.az" domen zonasında qeydiyyatdan keçib. ".edu.az" domeni 581 saytla populyarlığa görə üçüncü yeri tutur. 2017-ci ilin aprel ayının statistik məlumatlarına əsasən dünya üzrə fəal domen adlarının sayı 143 857 563-ə çatıb, ".com" domen zonasında 128 676 761, ".net"-də 15 180 802 domen adı qeydiyyatdan keçib. == Tarixi == Domen 1993-cü ilin 23 avqustunda daxil edilib, rəsmi olaraq fəaliyyətə isə 25 avqustdan başlayıb. Azərbaycan Respublikasında yerləşən, yaxud onunla əlaqəli olan obyektlər üçün istifadə olunur. 2-ci səviyyəli, yaxud bu səviyyəli bəzi domenlərin altında 3-cü səviyyəli domenlərin qeydiyyatı mümkündür.
AZ
Azərbaycan
525.az
525-ci qəzet — 1992-ci ildən etibarən Azərbaycan Respublikasında nəşr edilən qəzet."525-ci qəzet" Bakı Mətbuat Klubunun həmtəsisçisi, Azərbaycan Mətbuat Şurasının üzvüdür. == Tarixi == "525-ci qəzet"in ilk sayı 1992-ci il noyabrın 17-də — Milli Dirçəliş Günü nəşr olunub. Nəşrə həftəlik qəzet kimi başlayan "525-ci qəzet" 1996-cı ildən həftədə iki dəfə, 1999-cu ildən gündəlik mətbu orqan kimi fəaliyyət göstərir. Qəzet həftədə 5 dəfə — çərşənbə axşamı, cümə axşamı və cümə günləri A3 formatında 16, çərşənbə və şənbə günləri isə A3 formatında 24 səhifə işıq üzü görür. Qəzetin səhifələrində əsasən ölkədə və dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələrlə bağlı xəbərlər, idman, ədəbi-bədii mövzularda yazılar, şərh və analitik materiallar, müxtəlif ədəbi nəsilləri təmsil edən Azərbaycan şair və yazıçılarının, ədəbiyyat və elm adamlarının əsərlərindən nümunələr dərc olunur. Azərbaycan ziyalıları, ictimai-siyasi, elm, mədəniyyət və incəsənət xadimləri, o cümlədən, Xalq yazıçıları — Anar, Elçin, Kamal Abdulla, Afaq Məsud, Elmira Axundova, Xalq şairləri — Fikrət Qoca, Nəriman Həsənzadə, Ramiz Rövşən, Musa Yaqub, Sabir Rüstəmxanlı, tanınmış şair və yazıçılar — Vaqif Bayatlı Odər, Vaqif Bəhmənli, Seyran Səxavət, Aqil Abbas, Əli Əmirli, akademiklər — İsa Həbibbəyli, Rafael Hüseynov, Nizami Cəfərov, Teymur Kərimli, Muxtar İmanov, AMEA-nın müxbir üzvləri — Misir Mərdanov, Könül Bünyadzadə, Tehran Əlişanoğlu, elmlər doktorları — Vilayət Quliyev, Solmaz Rüstəmova-Tohidi, Aida Qasımova, Cahangir Məmmədli, Qəzənfər Paşayev, Nəsir Əhmədli, Qulu Məhərrəmli müntəzəm olaraq qəzetin səhifələrində öz yazıları, bədii əsərləri və məqalələri ilə çıxış edirlər. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatçısı, alim, mərhum professor Şirməmməd Hüseynov təxminən 20 il ərzində Azərbaycan tarixi üçün əhəmiyətə malik araşdırma yazılarını müntəzəm olaraq məhz "525-ci qəzet"də dərc etdirirdi. Müxtəlif illərdə onun təşəbbüsü ilə qəzetin səhifələrində Azərbaycan mətbuatının klassik nümunələrindən — "İrşad", "Həyat", "Azərbaycan" qəzetlərindən seçmələr də yer alırdı. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində "Azərbaycan" qəzetinin Cümhuriyyətin yaranmasının bir illiyinə həsr olunmuş sayı da bu nümunələrdən biri kimi "525-ci qəzet"in içərisində ayrıca qəzet kimi çap edilmişdi. == Kollektivi == Yarandığı gündən yaradıcı, istedadlı gənclər üçün meydan olacağını vəd edən "525-ci qəzet" fəaliyyət göstərdiyi dövr ərzində bu vədinə sadiq qalaraq həmişə istedadlı qələm adamlarının yetişmələri, ilk qələm təcrübələrini qəzet səhifələrində dərc etdirmələri üçün maksimum imkan yaratmağa çalışıb.
Adam.az
AZ-CERT
AZ Alkmaar
AZ — Hollandiyada bir futbol klubu. 1967-ci ildə qurulan klub matçlarını Alkmaar 'dakı 17,023 şəxsiyyət AFAS Stadion'da oynayır. Baş məşqiçiliyini Ronald Koeman etməkdədir. İlk Hollandiya liqası çempionluğunu 1981-ci ildə əldə etmişdir. 2006-2007 mövsümündə son həftəyə qabaqda girməsinə baxmayaraq son matçda məğlub olaraq çempionluğu əldən verdi. 2008-09 mövsümündə ikinci çempionluğunu qazanmışdır.
Ayna.az
Ayna və ya ayna.az- 1990–2014-cü illərdə həftəlik ictimai-siyasi Azərbaycan qəzeti, 27 iyun 2015-dən Azərbaycan informasiya saytı. == Tarixi == 1990-cı ildə yaradılıb. Təsisçi və baş redaktor: Elçin Şıxlı. İnternet ünvanı: www.ayna.az "Ayna" qəzeti 1990-cı ilin avqustunda yaradılıb. Azərbaycan dilində çıxan "Ayna" həftəlik çap olunurdu. 2014-cü ilin may ayının əvvəlində ayda bir dəfə işıq üzü görməsi qərara alınmışdı. Ancaq nəşri bu yolla da saxlamaq mümkün olmamış, 2014-cü il iyunun 1-dən qəzetin nəşri dayanmışdır. 2014-cü il avqustun 27-də "Ayna" və "Zerkalo" qəzetlərinin kollektivlərinin ümumi toplantısı keçirilib. Toplantıda baş redaktor Elçin Şıxlı "Ayna" və "Zerkalo" qəzetlərinin fəaliyyətinin birdəfəlik dayandırıldığını elan edib.
Az-Granata
"AZGRANATA" (rəsmi adı: “AZGRANATA” MMC) — Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biri. Azərbaycan Respublikasının Ağsu rayonunda yerləşir. "AzGranata" meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir. == Tarixi == “Az-Granata” MMC-nin 2008-ci ildə Ağsu rayonunda 12.5 hektarlıq ərazidə inşasına başlanılmış şirə və şərab emalı zavodunun açılışı 29 oktyabr 2011-ci ildə olmuşdur. Açılış mərasimində Prezident İlham Əliyev də iştirak etmişdir. Zavoda 50 milyon manat investisiya qoyulmuş; quraşdırılmış avadanlıq Avropanın aparıcı şirkətlərindən gətirilmişdir. == Məhsulları == "Az-Granata"da istehsal olunan məhsullar bunlardır: Təbii şərablar (ordinar şərablar, saxlanılmış şərablar, markalı şərablar) Xüsusi şərablar (likyor şərabları, ordinar, markalı və kolleksiya şərabları) "Icewine" şərabı, qazlaşdırılmış şərablar Meyvə şərabları (təbii kəmşirin nar şərabları, likyor şərabları, oynaq nar şərabı) Konyaklar (ordinar konyaklar, markalı konyaklar (5, 6, 10, 20 illik)) Meyvə araqları (zoğal, tut, gavalı, alma, üzüm, ərik, nar, muskat) Ətirli tünd içkilər (heyva, tomat, kəklikotu, tərxun); viskilər (5, 6, 7 illik) Vodkalar (xüsusi və premium) Meyvə şirə və kompotları Təbii sular. == İnfrastrukturu və fəaliyyəti == === Zavodu === "Az-Granata"nın zavodu 5,5 hektar sahədə salınmışdır. Zavodun örtülü əsas sahəsi 20500 m² təşkil edir. Zavod Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunmuşdur.
Azertag.az
Azərbaycan Dövlət İnformasiya Agentliyi və ya qısaca AZƏRTAC — Azərbaycanın milli informasiya agentliyi; yerli və xarici KİV-lər üçün yeganə rəsmi dövlət informasiya mənbəyi. İdarə Heyətinin sədri Vüqar Əliyevdir. == Tarixi == 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılıb. Agentlik sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyyət göstərib. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra agentlik özünün tarixi adını bərpa edib. 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb. AZƏRTAC rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq sutka ərzində Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb və Çin dillərində dəqiq və operativ informasiya buraxır. AZƏRTAC İTAR-TASS (Rusiya), Anadolu agentliyi (Türkiyə), Sinxua (Çin), Rompress Arxivləşdirilib 2019-11-02 at the Wayback Machine (Rumıniya), Ukrinform (Ukrayna), BTA (Bolqarıstan), ANSA (İtaliya), İRNA (İran), TANYUQ (Serbiya), BELTA (Belarus), Moldpres (Moldova), ATA (Albaniya), MTI (Macarıstan), MENA (Misir), PETRA (İordaniya), ANTARA (İndoneziya), Bernama (Malayziya), MONTSAME (Monqolustan), Yonhap (Koreya Respublikası), LETA (Latviya), Kabar (Qırğızıstan), Kazinform (Qazaxıstan), KUNA (Küveyt), Xovar (Tacikistan), KYODO (Yaponiya), BuaNews (Cənubi Afrika Respublikası), AGI (İtaliya), QNA (Qətər), ELTA (Litva), TELAM (Argentina), PAP (Polşa), SPA (Səudiyyə Ərəbistanı), Asia Pulse Ltd. (Avstraliya), VNA (Vyetnam), BERNAMA (Malayziya), WAM (Birləşmiş Ərəb Əmirlikləri), WAFA (Fələstin), TDX (Türkmənistan), STA (Sloveniya), JİJİPRESS (Yaponiya), EFE (İspaniya), IP (Paraqvay), BNA (Bəhreyn) informasiya agentlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb.
Bakupost.az
Bakupost.az, 2014-cü ilədək New Baku Post — Azərbaycanda xəbər saytı. == Tarixi == Qəzetin ilk sayı 6 aprel 2012-ci ildə nəşr edilmişdir. Onun təsisçisi Tural Əliyev, baş redaktoru isə Tofiq Abbasovdur. 2014-cü ildə qəzetin nəşri dayandırılmış və yalnızca onlayn olaraq fəaliyyət göstərməyə başlamışdır. == Mənbə == "New Baku Post" qəzeti, № 01(01), 6 aprel 2012-ci il.
Dadlı.az
Day.az
Day.az — 2003-cü ildən fəaliyyət göstərən Azərbaycan informasiya saytı. Sayt rus dilində fəaliyyət göstərir. 2009-cu ilin fevral ayına qədər saytın sahibi Anar Məmmədxanov, baş redaktoru Elnur Baimov olub. 11 avqust 2008-ci ildə, səhər saatlarında Day.az və "anspress.com" saytlarının informasiya serveri Rusiya xüsusi xidmət orqanlarının təlimatı ilə rus xakerləri tərəfindən dağıdılsa da, axşama yaxın serverlərin işini bərpa etmək mümkün olmuşdur. Xakerlərin məqsədi Rusiya-Gürcüstan müharibəsinə aid informasiya saytlarının bloklanması olub. 2009-cu il fevralın 18-də saytda layihələrin fəaliyyəti dayanıb. Əvvəlcə saytlarda layihənin başa çatması barədə məlumat yerləşdirilsə də, daha sonra layihələrin fevralın 25-də fəaliyyətə başlayacağı barədə məlumat verilib. Lakin fevralın 24-də layihənin satıldığı məlum olub. Saytın təsisçisi Anar Məmmədxanov portalın fəaliyyətinin dayandırılmasını saytın texniki problemlərlə üzləşməsi ilə izah edib. == İstinadlar == == Həmçinin bax == Azərbaycan xəbər saytlarının siyahısı Trend İnformasiya Agentliyi AzerNews == Xarici keçidlər == Day.az "Anar Məmmədxanlı Day.Az-ın satıldığını xəbər verib" (az.).
Hafta.az
Həftə içi — Azərbaycanda nəşr olunan gündəlik ictimai-siyasi qəzet == Haqqında == Medianin İnkişafı Agentliyinin elektron bazasında qeydə alınmış "Həftə içi" ictimai-siyasi qəzeti 22 iyul 1998-ci ildən nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru Sevinc Seyidovadır. Fəaliyyətə başladığı andan bu günədək "Həftə içi" qəzetində boyük məktəb keçmiş əməkdaşlar sırasında hazırda Azərbaycanın müxtəlif televiziyalarında, radiolarında, dövlət qəzetlərində, agentliklərdə çalışan tanınmış jurnalistlər, ictimai xadimlər var. Hazırda "Həftə içi" qəzetində çalışanlar arasında yazıçı-publisist Vüsal Tağıbəyli, siyasət yazarı Azad Əliyev və başqaları da var. Qəzetin veb-saytı hafta.az vasitəsi ilə ölkəmizdə və düntada baş verən son proseslərlə bağlı xəbərləri operatib\v şəkildə izləyə bilərsiniz.
Haqqin.az
Haqqin.az, bəzən Haqqın.az kimi qeyd olunur — Azərbaycan informasiya-analitik portalı. == Tarixi == Sayt 29 sentyabr 2011-ci il də jurnalist Eynulla Fətullayev yaradılmış və Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Saytda insan hüquqları problemləri ilə bağlı məlumat və təhlillər, Azərbaycanda və dünyada baş verən mühüm hadisələrə baxış və şərhlər, tematik müsahibələr, ekspert rəyləri, o cümlədən sual-cavab mövzulu məzmun dərc olunur. Xarici KİV-lərdə "Azərbaycan hakimiyyətinə tərəfli", "Azərbaycan müxalifət partiyalarını tənqid edən", "aqressiv" və "Azərbaycanın təhlükəsizlik xidmətləri ilə bağlı sayt" kimi xarakterizə edilmişdir. "Eurasianet"in jurnalisti Coşua Kuçera qeyd etmişdir ki, sayt Azərbaycan Prezidenti İlham Əliyevin dövlət müşaviri Fuad Ələsgərov tərəfindən maliyyələşdirilir və "Bakının rusdilli elitasına yönləndirilmişdir".
Kayzen.az
kayzen.az — bloq tipli veb sayt. == Adın etimologiyası == Kayzen yapon dilində "kai" və "zen" sözlərindən (改善) əmələ gəlib mənası yaxşılığa doğru dəyişmək, inkişaf etmək deməkdir. == Texniki tərəfləri == Saytı yaradarkən slashdot.org, habrahabr.ru, livejournal.com, facebook.com kimi sosial proyektlərin bəzi özəllikləri istifadə olunub. Sayt Livestreet CMS açıq mənbəli kontent idarə sistemi üzərində qurulub modifikasiya edilmişdir. Saytın funksionalında TinyMCE WYSIWYG-redaktoru, MooTools və JQuery freymvörkü, Highslide və s. JavaScript-lərdən istifadə olunmuşdur. Saytın həm iş masası versiyası, həm də mobil versiyası fəaliyyət göstərir.
Kepeztv.az
== Tarixi == "Kəpəz Müstəqil Teleradio Şirkəti" 1993-cü ildə yaradılıb və Gəncə şəhərində 6-cı kanalla yayımlanıb. 2002-ci ildə 46 kanalda yayımı davam edib. 2008-ci ilin iyunun 4-də "Kəpəz TV"-də yeni dövr başlanıb. Təşkilati-hüquqi forması dəyişdirilən televiziyaya yeni kadrlar cəlb olundu, yeni verilişlər hazırlandı. Bu gün “Kəpəz”in efirində cəmiyyətdə aktuallığını saxlayan mövzularla yanaşı, mədəniyyət və tariximizlə bağlı maarifləndirici xarakterli verilişlər də yayımlanır. Hazırda 24 saat efirdə olmaqla telekanalda 20-dən artıq veriliş yayımlanır. “Bu səhər” informasiya kanalı, “Tac şou” əyləncəli veriliş, “Piyada” intellektual proqramı, “Zirvə” bilik yarışı, “Duyğulu könüllər” kimi verilişlər tamaşaçıların ixtiyarındadır. Xəbərlər Xidmətinin istehsalı olan “Kəpəz xəbər”, “İdman xətti”, “Kapital”, “Aqronom”, “Hadisə”, “Bu həftə” isə birbaşa insanların informasiya tələbatını ödəməyə xidmət edir. Televiziyanın nəzdində Dublyaj redaksiyası da fəaliyyət göstərir ki, bununla da ən son kinoların, cizgi və sənədli filmlərin öz ana dilimizdə səsləndirilməsi həyata keçirilir. 2009-cu ilin 4 iyun tarixindən etibarən telekanalın www.kepeztv.az saytı da istifadəyə verilib ki, izləyicilər həmin vebsayta daxil olaraq istədikləri verilişləri izləyə bilərlər.
Mediaforum.az
Modern.az
"Modern" Media Qrupu — Azərbaycanda fəaliyyət göstərən hökumətyönümlü media-qrup. Təsisçisi və rəhbəri Elşad Eyvazlı, müavini Pərvin Arzuqızıdır. Media-qrupa "modern.az" xəbər saytı, "AzEdu.az" təhsil saytı və "MediaTürk TV" internet televiziyası daxildir. Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Maqomayev 3 döngəsi, 1-ci Qəsr (indiki Şəhid Fərid Əliyev) döngəsi 78-də yerləşir. Poçt indeksi AZ 1001-dir. == Modern.az == "Modern.az" İnformasiya Agentliyi xəbər portalı 2009-cu il sentyabrın 1-də fəaliyyətə başlayıb. Xəbər portalı Azərbaycanda, regionda və dünyada baş verən hadisələr barədə məlumatlar verir, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edir. Baş redaktoru Anar Rüstəmovdur. == AzEdu.az == AzEDU.az MMC 2018-ci il martın 1-dən fəaliyyət göstərir. "AzEdu.az" təhsil portalı təhsil sahəsində ölkədə və dünyada baş verən ən vacib hesab etdiyi hadisələri Azərbaycan dilində çatdırır.
Olke.az
Oxu.az
"Global Media Group" və ya qısaca GMG — 2017-ci ildən fəaliyyət göstərən və Azərbaycan hökumətinin nəzarətində olan media-holdinq. Şirkətlər qrupuna Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir. "Global Media Group" MMC-nin tərkibində olan şirkətlər — "Report" İnformasiya Agentliyi, "Oxu. Az" xəbər saytı, "Baku TV" yayım portalı və "Global Management" MMC autsorsinq şirkəti ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüb. GMG-nin Direktorlar Şurasının sədri azərbaycanlı sahibkar və sabiq dövlət məmuru Elnur Abdullayevdir 2019–2023-cü illərdə Azərbaycandakı media direktoru azərbaycanlı jurnalist Həmid Həmidov idi. == Каспий/Kaspi == "Каспий" qəzeti 1881-ci ildə rus dilində təsis edilib və 1919-cu ilə qədər nəşr olunub. 1999-cu ildə Sona Vəliyeva tərəfindən Azərbaycan, rus və ingilis dillərində yenidən fəaliyyəti bərpa edilib. 2020-ci ildən GMG-yə daxildir və həftəlik ictimai-siyasi qəzet olaraq, şənbə günləri rus dilində, 16 səhifədə, 2000 nüsxə tirajla, Azərbaycan dilində isə həftəlik, rəngli olmaqla yenə 16 səhifədə nəşr olunur. == Baku.ws == "BAKU. WS" xəbər saytı 2004-cü il yanvarın 5-də fəaliyyətə başlayıb. Xəbər portalı dünya və yerli xəbərləri yayımlayır.
President.az
president.az — Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Saytın hal-hazırkı versiyası 2007-ci ilin sentyabr ayında hazırlanmışdır. Sayt 1998-ci ilin may ayında qeydiyyata alınsa da, 2007-ci ilin oktyabrından etibarən KİV nümayəndələri üçün prezidentin fəaliyyəti ilə bağlı məlumatlar və fotoşəkillər, 2010-cu ilin iyul ayından etibarən isə gündəlik yenilənməklə fəaliyyət göstərir. Saytda dövlət başçısının fəaliyyətini əks etdirən materiallar, o cümlədən görüşlər, səfərlər, qəbullar, çıxışlar, mətbuat konfransları, müsahibələr, habelə göndərilmiş və qəbul edilmiş məktublar, imzalanmış fərmanlar, sərəncamlar, müraciətlər, bəyannamələr, bəyanatlar, qanunlar və digər sənədlər yerləşdirilir. Həmçinin, saytın hər bir istifadəçisi Azərbaycan Respublikasının Prezidentinə məktub göndərmək, təklif və arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə müraciət etmək imkanına malikdir. Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir. == Mobil tətbiqlər == President.az saytının iOS və Android əməliyyat sistemləri üçün mobil tətbiqləri yaradılmışdır. Bu tətbiqlər saytdakı xəbərləri birbaşa telefondan və planşetdən oxumağa imkan verir. iPhone və iPad qurğuları üçün tətbiqləri "iTunes"dan, Android əməliyyat sistemi ilə işləyən mobil telefonlar və planşet qurğuları üçün isə "Google Play"dən endirmək mümkündür.
Prezident.az
president.az — Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Saytın hal-hazırkı versiyası 2007-ci ilin sentyabr ayında hazırlanmışdır. Sayt 1998-ci ilin may ayında qeydiyyata alınsa da, 2007-ci ilin oktyabrından etibarən KİV nümayəndələri üçün prezidentin fəaliyyəti ilə bağlı məlumatlar və fotoşəkillər, 2010-cu ilin iyul ayından etibarən isə gündəlik yenilənməklə fəaliyyət göstərir. Saytda dövlət başçısının fəaliyyətini əks etdirən materiallar, o cümlədən görüşlər, səfərlər, qəbullar, çıxışlar, mətbuat konfransları, müsahibələr, habelə göndərilmiş və qəbul edilmiş məktublar, imzalanmış fərmanlar, sərəncamlar, müraciətlər, bəyannamələr, bəyanatlar, qanunlar və digər sənədlər yerləşdirilir. Həmçinin, saytın hər bir istifadəçisi Azərbaycan Respublikasının Prezidentinə məktub göndərmək, təklif və arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə müraciət etmək imkanına malikdir. Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir. == Mobil tətbiqlər == President.az saytının iOS və Android əməliyyat sistemləri üçün mobil tətbiqləri yaradılmışdır. Bu tətbiqlər saytdakı xəbərləri birbaşa telefondan və planşetdən oxumağa imkan verir. iPhone və iPad qurğuları üçün tətbiqləri "iTunes"dan, Android əməliyyat sistemi ilə işləyən mobil telefonlar və planşet qurğuları üçün isə "Google Play"dən endirmək mümkündür.
Qafqazinfo.az
"Qafqazinfo" — Azərbaycanda hakimiyyətyönümlüxəbər portalı. == Tarixi == 2010-cu ilin avqust ayının 16-da Elbrus Ərud tərəfindən təsis edilib. == Fəaliyyəti == "Qafqazinfo" üç növbədə 24 saat online olan internet qəzetdir. == Kollektivi == Portala Elbrus Ərud rəhbərlik edir. 20 nəfərlik əsas kollektivi gənclərdən ibarətdir. == Maliyyə mənbəyi == "Qafqazinfo" əsas maliyyə mənbəyinin reklam və PR məqalələrindən əldə edilən vəsaitlər olduğunu iddia edir. Şirkət ƏDV ödəyicisidir.
Report.az
"Report" İnformasiya Agentliyi — Azərbaycanda fəaliyyət göstərən müstəqil informasiya agentliklərindən biridir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən Agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb. Hazırda "Global Media Group" şirkətinin tərkibinə daxildir. == Tarixi == "Report-İA" MMC olaraq 2014-cü ildə təsis olunmuşdur. Əsas veb-resursu olan www.report.az 27 oktyabr 2014-cü ildən fəaliyyətə başlamışdır. == Haqqında == "Report" İA gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar. Agentliyin əsas məqsədi ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarətdir. "Report"un özəl xəbərlərini gün ərzində 100-dən çox yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir. Hazırda "Report"un bütün Azərbaycan üzrə müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir.
Trend.az
Trend İnformasiya Agentliyi — 1995-ci ildə Elmar Hüseynov tərəfindən təsis olunmuş informasiya agentliyidir. Xəzər regionunun, Cənubi Qafqazın və Mərkəzi Asiyanın xəbərlərini işıqlandırır. "Trend"in baş ofisi Azərbaycanın paytaxtı Bakıda yerləşir. Trend İA-nın tərkibində Azərbaycan, rus, ingilis, fars və türk dillərində xidmətlər faəliyyət göstərir. Xidmətlər regiondan, xüsusilə də Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistandan xəbərlərin verilməsinə diqqət ayırır. Regionun siyasi və iqtisadi, sosial əhəmiyyətli, təcili xəbərləri portalda yerləşdirilir. Regionda biznes üçün və biznes haqqında xəbərlər, iqtisadi təhlillər, neft və qaz xəbərləri, müxtəlif sektorların monitorinqi təqdim olunur. == Nailiyyətlər == Trend İnformasiya Agentliyi "Made in Azerbaijan" brendinin fəal işıqlandırılmasına görə Azərbaycan İqtisadiyyat Nazirliyinin mükafatına layiq görülüb. Azərbaycan Banklar Assosiasiyası 2017-ci ildə "Trend" agentliyini əsas media tərəfdaşı kimi mükafatla təltif edib. Azərbaycan və digər ölkələr arasında münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə, mədəniyyət və incəsənət, iqtisadiyyat, neft-qaz, bank, idman sahələrində, o cümlədən Birinci Avropa Oyunlarının (2015), eləcə də İslam Həmrəyliyi Oyunlarının (2017) fəal işıqlandırılmasına görə dəfələrlə mükafatlandırıb.
Aşıq Haşım Qubalı
Aşıq Haşım Qubalı (Tam adı:Haşım Səftər oğlu Balasıyev; d.7 oktyabr 1946; Quba, Rəngdar kəndi) — yaradıcı sənətkar, aşıq, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. == Həyatı == Aşıq Haşım 1946-cı il oktyabrın 7-də Quba rayonunun Rəngdar kəndində anadan olub. İlk təhsilini kəndlərindəki ibtidai məktəbdə alıb, 1957-ci ildən isə Rəngdar kəndindən səkkiz kilometr aralıqda yerləşən Xaltan kənd yeddiillik məktəbində təhsilini davam etdirib. Bu illərdə o, kənddə yaşayan Aşıq Əşrəfə yaxın olub. Aşıq Haşım aşıq sənətinin sirlərini ilk dəfə Aşıq Əşrəfdən öyrənib. 1959-cu ildə Xaltan kənd yeddiillik məktəbini bitirən Haşım Balasıyev 1960-cı ildə Qonaqkənd orta məktəbinə daxil olur və burada oxuduğu illərdə aşıq sənətinə meyl etməyə başlayır. 1964-cü ildə orta məktəbi bitirib, sonra isə Pedaqoji texnikumunda təhsil alıb. Şamaxı mühiti onun dünyagörüşündə böyük rol oynayır. Burada o Sənəmoğlu Murad, Aşıq Ağapaşa, Aşıq Ağakərim, Aşıq Məmmədağa kimi ustat sənətkarlarla tanış olur. Aşıq Haşım 1965-ci ildə Şamaxı Pedaqoji texnikumu bitirib müəllimlik sənətinə yiyələnib, 1969-cu ildən isə sərbəst aşıq kimi məclisdə iştirak etməyə başlayır.
Qaşım dağı
Qaşım dağı – Babək rayonu ərazisində dağ (hünd. 1125 m). Naxçıvan dağarası çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin cənub-qərb yamacında zirvə. Sirab kəndindən 0,5 km-dək cənub-qərbdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan Kotandağ qrupuna aid Alt Miosen yaşlı andezit-dasit tərkibli kiçik ölçülü ekstruziv günbəzdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının tağ hissəsində yerləşir. Cənub-qərb və şimal-şərq yamacılarndan şimal-qərb istiqamətli faylar keçir.
Haşım Kələntərli
Haşım Səmədbəy oğlu Kələntərli (1899 – 24 may 1984) — xanəndə-müğənni, Azərbaycanın əməkdar artisti, məşhur muğam və xalq mahnılarının mahir ifaçısı. == Həyatı == Haşım Səməd oğlu 1899-cu ildə Lənkəran şəhərində dünyaya gəlib. 24 may 1984-cü il 85 yaşında Bakıda vəfat edib. Əksər muğamları və xalq mahnlarını təkrarsız ifası və məlahətli səsi ilə sınaqdan çıxarıb. Lakin oxuduğu muğamlar içində bir muğam da var ki, onu Haşım Kələntərlisiz təsəvvür etmək olduqca çətindir. Bu "Segah" muğamıdır. O "Segahı" sol tonnalığında oxuduğu üçün musiqi ədəbiyyatında bu muğam "Haşım segahı" kimi dəyərləndirilib.. Orta məktəbi Lənkəranda bitirən H. Kələntərli sonralar bacıları ilə birgə Bakıya köçür. Çox ağrılı-acılı həyat yolları keçib bu qardaş və bacılar çox gənc yaşlarından valideynlərini itirblər. Haşım Kələntərli 1924-1933-cü illərdə Azərbaycan Opera və Balet Teatrının.
Haşım Qadoyev
Aktyor. == Həyatı == Həşim Qadoyev 10 may 1937-ci ildə Tacikistanın Küləb şəhərində anadan olub. GİTİS-də aktyorluq fakültəsində (1960) və ali rejissorluq kurslarında (1965) təhsil alıb. 1961-ci ildən Tacikistan Akademik Teatrının aktyor və rejissorudur. 1963-cü ildən filmlərdə çəkilir. Tacikistan və SSRİ xalq artistidir. == Filmoqrafiya == Dədə Qorqud (film, 1975) Əzablı yollar (film, 1982) Qara gölün cəngavərləri (film, 1984) Ənvər Həsənov.
Haşım Tərlan
Haşım Tərlan — şair. == Həyatı == Haşım Tərlan 1923-cü ildə Bakı şəhərində anadan olmuş, ilk təhsilini burada almışdır. O, kiçik yaşlarından şeir yazmağa başlamışdır. Tərlanın ailəsi Cənubı Azərbaycanda olduğu üçün, 1938-ci ildə onlar İrana köçüb, Sərab şəhərinin yaxınlığında, ata-baba yurdları olan Zangilabad kəndində məskən salırlar. İkinci dünya müharibəsi dövründə Tərlan kəndi tərk edərək Tehrana köçür, orda bir müddət nəqar işləyir, sonra tikiş fabrikində işə düzəlir. 1946-ci ilin dekabrında Cənubi Azərbaycanda milli hərəkat boğulduğdan sonra Tərlan bir müddət həbsə alınır və sürgün olunur. Azad olandan sonra o, yaradıcılığını gah gizli, gah açıq şəkildə davam etdirir. H. Tərlan 1964-cü ildən etibarən Səlamullah Cavidin Tehranda təşkil etdigi "Dostlar görüşü" ədəbi məclisinə cəlb olunur, məclisin iclaslarinda fəal iştirak edir. Tərlanin ilk yaradıcılıq dövrünü əhatə edən "Alovlu şeirlər" adlı kitabı oxucuların böyük rəğbətini qazanmışdır.
Əhməd Haşım
Əhməd Haşım (1887, Bağdad – 4 iyun 1933, İstanbul) — XX əsr Türkiyə şerinin görkəmli nümayəndələrindən biri. == Həyatı == Bağdadda doğulub, İstanbulda ölmüşdür. Anası və atası Bağdadlıdır. Nəsrdən fərqli olaraq şer dilinin anlaşılmaqdan artıq duyulmaq özəlliyini əsas sayan Əhməd Haşım poeziyasında sözün musiqi abəngi, musiqi gözəlliyi daha önəmlidir.
Haşım Əliyev
Haşım (Həşim) Bədəl oğlu Əliyev (1892, Bakı – 5 sentyabr 1919, Bakı) — Azərbaycan bolşevik inqilabçısı, "Hümmət" təşkilatının fəal nümayəndəsi. == Həyatı == Haşım Bədəl oğlu Əliyev 1892-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini Bakı real məktəbində almışdır. Gənc yaşlarından inqilabi fəaliyyə başlamış, 1915-ci ildə bolşeviklər partiyasına daxil olmuşdur. 1917-ci ilin sentyabr ayında keçirilmiş ümumi siyasi tətilin hazırlanmasında və təşkilində yaxından iştirak etmişdir. 1917-ci ildə bolşevik "Hümmət" təşkilatının tapşırığı ilə Tağıyev fabrikinin (sonralar V. İ. Lenin adına kombinatın) fəhlələri arasında inqilabi iş aparmışdır. Haşım Əliyev "Hümmət" təşkilatının 1918-ci ilin yanvar ayında keçirilən ümumi yığıncağında təbliğatçılar qrupunun üzvü təsdiq olunmuş, "Hümmət" qəzetinin nəşr edilməsi və yayılmasında fəal iştirak etmişdir. Həmin ilin yazında Bakı Xalq Komissarları Sovetinin tapşılığı ilə Bakı və Gəncə qəzalarında bolşeviklərin kəndli deputatları sovetlərini yaratmasına kömək etmiş, onların Bakı proletarları ilə ittifaqının möhkəmləndirməsi istiqamətində təbliğat işləri aparmışdır. Haşım Əliyev 1918-ci ilin axırlarında "Hümmət" təşkilatının gizli fəaliyyətində yaxından iştirak etmiş, Bakıda Mərkəzi Fəhlə Konfransı sədrinin müavini seçilmişdir. O, 1918-ci ilin dekabrdakı siyasi və 1919-cu ilin mayındakı ümumi tətillərinin fəal iştirakçısı olmuşdur.
Haşım bəy Heybətbəyov
Haşımbəy Saqib (5 dekabr 1870, Buzovna, Bakı qəzası – 1931, Bakı) — Azərbaycanlı şair, publisist, xeyriyyəçi. == Həyatı == Dövrünün ziyalı, zəkalı şairi, həmçinin sözü mərdanə, üzə kişi kimi deməyə bacaran klassik şairimiz Haşım bəy Saqibin adı heç birdərslikdə, müntəxabatda, ədəbiyyət tarixi ilə bağlı kitablarda yoxdur. Bolşevizmin, "sosializm quruluşu"-nun siyasətini ifşa edən əsərlərin müəllifini heç bir naşir, vəzifəsi xatirinə nəşr edə bilməzdi! 1920-ci ilə qədər Bakıda, o cümlədən Azərbaycanda məşhurlaşan Haşım bəy Saqibin bir çox şeiri, xüsusilə "Kim-kimədir", "Hər kəs öz keyfindədir", Necə ah eyləməyim" şeirləri, növhələri geniş yayılmışdır. Həmin şeir və növhələri yaşlı bakılılar, həmçinin din xadimləri, ruhanilər yaxşı xatırlayır, hətta əzbər bilirlər. Şairin qızı Nuriyyə xanım deyirdi ki, bu şeirlərə görə Haşım bəy Saqibə çoxlu təzyiqlər olmuş, lakin şair öz əqidəsinə sabiq qalmış, zəmanəsinin və xalqın dərdlərinə əsərlərində yer verməkdə davam etmişdir. Haşım bəy Saqib haqda ətraflı məlumatı Azərbaycan teatrı və kinosunun parlaq ulduzlarından biri, Xalq artisti Nəcibə Məlikovada verib. O demişdir ki özümə söz vermişəm ki haçansa gün gələr, mən atamın şeirlərini bir yerə yığar, nəşr və təbliğ edər, bəlkə bununla da böyük, müqtədir söz ustadının ruhunu şad etmiş olaram. Birdə ona inanıram ki, vaxt gələr, dərsliklərin, ədəbiyyat müntəxəbatlarınin, salnaməların nəşri ilə məşğul olacaq müəlliflər haşirlər öz əsərləridə həmişəyaşar, cavidan şairimiz haqda məlumatlar verəcəklər. Haşım bəy Hacı bəy oğlu Heybətbəyov (Saqib) 1870-ci ildə Bakının Buzovna kəndində nufuzlu ruhani, ziyalı və tacir ailəsində doğulmuşdur.
Haşım bəy Sağib
Haşım bəy Sağib - XX əsr əvvəli Azərbaycan jurnalisti. == Həyatı == XX əsrin əvvəllərində Bakının tanınmış ziyalılarından biri olub. Haşım bəy Sağib həm də dövrünün xeyriyyəçi, maarifpərvər şəxsiyyətlərindən olub. O, jurnalist və publisist kimi Azərbaycan dövri mətbuatında - "Yeni yol", "Maarif və mədəniyyət" və başqa qəzet və jurnallarda çap edilmişdir. Haşım bəy Sağib Səməd Mənsur, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Əliağa Vahid kimi şairlərlə yaxından dostluq edirmiş. Əliağa Vahidin kamilləşməsində Sağibin də böyük rolu olub. O, həm də dövrünün varlı adamlarından biri idi. Din xadimləri ilə yaxından rəfiqlik etməsinə baxmayaraq həmişə fanatizmdən uzaq olub. Həyat yoldaşı Xoşsima xanım da maarifpərvər qadın imiş. Haşım bəyin dörd qız övladı olub.
Haşım bəy Vəzirov
Haşım bəy Mirabdulla oğlu Vəzirov (1867, Şuşa – 1916, Bakı) — pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı, naşir. == Həyatı == Haşım bəy Vəzirov 1867-ci ildə Şuşa şəhərində anadan olmuş və ilk təhsilini də orada almışdır. Onun ulu babası Mir İmamverdi Qarabağ xanının vəziri olmuş, övladları xanlıqda bəyzadələr kimi məşhurlaşmış, "vəzir" ifadəsini özlərinə soyad seçərək Vəzirovlar adlanmışlar. Haşım bəy Vəzirov öncə molla yanında, müddərrislərdən Molla Həmid və Molla Əlidən dərs almışdı. Sonra şəhər məktəbini bitirmişdi. İrəvan Müəllimlər Seminariyasında bitirmiş, İrəvan, Bərdə, Şəki və Şuşada müəllimlik etmişdir. Müəllimlər Seminariyasını tamamladıqdan sonra Böyük Vedi kəndində müəllimliyə başlamışdı. Sonra dəyişilərək Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Göynük, Cavanşir qəzasının Bərdə kəndlərində müəllimlik etmişdi. Bir müddət isə məktəb naziri (müdiri) işləmişdi. İmperator Nikolay Aleksandroviçin tacgüzarlığı ilə bağlı Şuşada "müsəlman-rus" məktəbi yaradılır.
Şeyx Haşım Qəzvini
Şeyx Haşım Qəzvini (1891-10 oktyabr 1960) — İslam alimi. == Həyatı == Molla Haşim Qəzvini, Qəzvinin Haşimxan qəsəbəsindən olub, Məşhəddə yaşayırdı və orada elmi hövzənin birinci dərəcəli ustadlarından sayılırdı. Rza şah Pəhləvinin islam əleyhinə çıxardığı qanunlara etiraz etdiyi üçün, şah onu Məşhəddən Qəzvinə sürgün etdirmişdi. Qəzvinə gələndən sonra Haşimxan qəsəbəsinin əhalisi öz həmvətənlərini camaata yol göstərib, moizə etmək üçün öz doğma yurduna dəvət edir. Şeyx Haşım Qəzvini 10 oktyabr 1960-cı ildə Məşhəd şəhərində vəfat edib. == Əhvalat == Qəzvinin tanınmış şəxsiyyətlərindən biri... Seyyid Haşim adlı şəxsin dilindən nəql edirdi ki, deyir: Atam vəfat edəndən sonra, ailənin məsuliyyəti mənim üzərimə düşdü. Mən həm cavan, həm də olduqca kasıb idim. Bir gün "Təzrək" əhlindən və atamın müridlərindən olan bir nəfər mənə bir odun şələsi verdi ki, qəsəbəyə aparım. Yolda gördüm alicənab bir seyyid mənə tərəf gəlir.
Ağ Aşıq
Ağ Aşıq Allahverdi (1754 - 1860) — Aşıq Alının ustadı, aşıq, şair. Ağ Aşıq (? - ?) — Naxçıvanlı Ağ Aşıq. Ağ Aşıq (1930 - 1995) — Sədərəkli Aşıq Yusif.
Mirzə Haşım bəy Baharlı
Ağ Aşıq Allahverdi
Ağ Aşıq Allahverdi (1754, Kərkibaş və ya Nəqədə, Qərbi Azərbaycan ostanı – 1860, Kərkibaş) — Aşıq Alının ustadı, görkəmli aşıq, şair. == Həyatı == Ağ Aşıq kimi tanınmış Aşıq Allahverdi 1754-cü ildə Göyçə mahalının Kərkibaş kəndində anadan olmuşdur. Bəzi təxribatçılar onun Şərurdan və ya Sulduzdan qaçıb gəldiyini söyləsələr də bu həqiqəti əks etdirmir. Əgər belə olmuş olsaydı Ağ aşıq Osmanlı paşasının və ya sərdarının "əsirliyindən" azad olduqdan sonra Göyçəyə yox öz doğma yurduna qayıdardı. Ancaq məlum olduğu kimi o Göyçəyə- ata yurduna dönmüşdür. Ağ aşığın Babası Şeyx Osman Göyçənin sayılıb seçilən kişilərindən olub. Şeyx Osman və oğlu Qara Osmanoğlu, aşıq olmasalar da, gözəl saz çalıb oxuyurmuşlar. Yəni onların "… aşıqlığı…təkkə mərasimi çevrəsindən kənara çıxmayıbmış". Lakin Allahverdi "coşub-daşdığından", xalq yığnaqlarına can atdığından, dindar çərçivəyə sığmadığından o peşəkar aşıqlıq sənətini seşmişdir. Atası Qaranın şairliyi yoxuymuş, lakin babası Şeyx Osmanın söz deməyi var imişsə də, heç bir nümunəsi bizlərə gəlib çatmayıb.
Aşıq Qasım
Aşıq Qasım (1867, Qaracəmirli, Yelizavetpol qəzası – 1919, Qaracəmirli, Gəncə quberniyası) — XIX əsr Azərbaycan aşığı. == Həyatı == AŞıq Qasım 1867-ci ildə Şamxorun Qaracəmirli kəndində anadan olub və 1919-cu ildə buradaca dünyasını dəyişib. Şəmkirli Aşıq Hüseynin şagirdi olan Qasım dövrünün məşhur aşıqlarından imiş. Gəraylı, qoşma, təcnis və müxəmməslər yazan Qasım özündən sonra gələn aşıqlara çox böyük təsir göstərmişdir. Saz-söz məclislərindən birində o usta aşıqların bir çoxunu tərifləyəndən sonra müəllimi Şəmkirli aşıq Hüseynin hamıdan bir baş yuxarı olduğunu belə təsvir etmişdir: Aşıq Qasımın çoxlu sayda bənzətmələri də var. Hazırda Şəmkir rayonunun Qaracəmirli və Talış kəndlərində, Şəmkir, Gəncə və Bakı şəhərlərində Aşıq Qasım nəsilinin üzvləri yaşayırlar. Həmin nəsil xalq arasında "Aşıqlı nəsilı" adı ilə məşhurdur. Soyadları isə onun adı ilə bağlı olaraq "Qasımov/Qasımlı" olaraq adlandırılmışdır. == Mənbə == Azərbaycan aşıqları və el şairləri. II cild.
Asim
Asim — Azərbaycan adı. Asim Mollazadə — siyasətçi, Demokratik İslahatlar Partiyasının təsisçisi və sədri, Milli Məclisin deputatı. Asim Ərdəbili — şeirdə Asim təxəllüs edən Azərbaycan şairlərindən Asim Qazıyev — Ədəbi Yazarlar Birliyinin rəhbəri. Asim Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin zabiti. Asim Quliyev (rəssam) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamı. Asim Mehdiyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin. Asim Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Asim Əliyev (əsgər, 1998) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Asim Əliyev (əsgər, 1999) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Bayım (Əbyəlil)
Bayım kəndi (başq. Байым) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Bayım kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Bayım kənd ərazisin milli tərkibi: başqırdlar — 99 %. . == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 67 km., ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 12 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Başın transpalantasiyası
Başın transplantasiyası — Günümüzdə ən çox yeniliklər olan sahələrdən biri orqan transplantasiyasıdır.Bu sahə o qədər inkişaf edib ki, hətta artıq başın transplantasiyası belə mümkündür.Bu transpalntasiyada ilk dəfə bir meymunun başı digərinin bədəninə köçürülüb.Meymun yeni başı ilə 9 gün yaşayıb, lakin onun imnun sistemi yad orqandan imtina edib.Serco Kanavero müasir tibbdə sıçrayış ola biləcək layihənin təfərrüatlarını ABŞ-də keçirilən konfransda təqdim edib. O əmindir ki, pasiyent özünə gəldikdən sonra öz üzünü hiss edəcək və təqribən 1 il ərzində yenidən yeriyə biləcək. İtaliyalı neyrocərrah Serco Kanavero başın köçürülməsi üzrə yoxlama əməliyyatından sağ çıxan heyvanların nümayiş olunduğu videonu dərc edib.Həkim heyvanların başını tam kəsməyib, o, yalnız onurğanı kəsib. Onurğanın bərpasının çətinliyi tam köçürülmənin həyata keçirilməsində maneədir.Kanaveronun sözlərinə əsasən, o, işində onurğa beyninin kəsilmiş sahələrinə daxil edilən polietilenqlikoldan istifadə edib ki, bu da minlərlə neyron arasında əlaqənin bərpasına yardımçı olub. Dünyada ilk dəfə keçiriləcəyi planlaşdırılan əməliyyatı italiyalı neyrocərrah Sercio Kanavero Rusiyada həyata keçirməli idi.Ömrünün 30 ilini bu əməliyyata hazırlaşan cərrah bir sıra çətinliklərlə üzləşib. Onun əməliyyat edəcəyi xəstə "Verdinq-Xofman” xəstəliyindən əziyyət çəkən və ömürlük əlil arabasına məhkum olan rusiyalı proqramçı Valeri Spiridonov idi. Əməliyyat 150 cərrahın iştirakı ilə 36 saat davam edəcəkdi. Əməliyyatın büdcəsi 20 milyon dollar müəyyən edilmişdi.Əməliyyata qədər həkim Kanavaro çinli cərrah Ren Syapinlə əməkdaşlığa başlayaraq heyvanlar üzərində bir sıra sınaq əməliyyatları həyata keçirmişdi. Ancaq elmi təşkilatlar bu əməliyyatlara skeptik yanaşaraq onun nəticələrini yayımlamaqdan imtina ediblər. Baş transplantasiyası kimi riskli əməliyyata razılıq verən Spiridonov isə əməliyyatdan imtina edərək ABŞ-yə köçüb.
Başın transplantasiyası
Başın transplantasiyası — Günümüzdə ən çox yeniliklər olan sahələrdən biri orqan transplantasiyasıdır.Bu sahə o qədər inkişaf edib ki, hətta artıq başın transplantasiyası belə mümkündür.Bu transpalntasiyada ilk dəfə bir meymunun başı digərinin bədəninə köçürülüb.Meymun yeni başı ilə 9 gün yaşayıb, lakin onun imnun sistemi yad orqandan imtina edib.Serco Kanavero müasir tibbdə sıçrayış ola biləcək layihənin təfərrüatlarını ABŞ-də keçirilən konfransda təqdim edib. O əmindir ki, pasiyent özünə gəldikdən sonra öz üzünü hiss edəcək və təqribən 1 il ərzində yenidən yeriyə biləcək. İtaliyalı neyrocərrah Serco Kanavero başın köçürülməsi üzrə yoxlama əməliyyatından sağ çıxan heyvanların nümayiş olunduğu videonu dərc edib.Həkim heyvanların başını tam kəsməyib, o, yalnız onurğanı kəsib. Onurğanın bərpasının çətinliyi tam köçürülmənin həyata keçirilməsində maneədir.Kanaveronun sözlərinə əsasən, o, işində onurğa beyninin kəsilmiş sahələrinə daxil edilən polietilenqlikoldan istifadə edib ki, bu da minlərlə neyron arasında əlaqənin bərpasına yardımçı olub. Dünyada ilk dəfə keçiriləcəyi planlaşdırılan əməliyyatı italiyalı neyrocərrah Sercio Kanavero Rusiyada həyata keçirməli idi.Ömrünün 30 ilini bu əməliyyata hazırlaşan cərrah bir sıra çətinliklərlə üzləşib. Onun əməliyyat edəcəyi xəstə "Verdinq-Xofman” xəstəliyindən əziyyət çəkən və ömürlük əlil arabasına məhkum olan rusiyalı proqramçı Valeri Spiridonov idi. Əməliyyat 150 cərrahın iştirakı ilə 36 saat davam edəcəkdi. Əməliyyatın büdcəsi 20 milyon dollar müəyyən edilmişdi.Əməliyyata qədər həkim Kanavaro çinli cərrah Ren Syapinlə əməkdaşlığa başlayaraq heyvanlar üzərində bir sıra sınaq əməliyyatları həyata keçirmişdi. Ancaq elmi təşkilatlar bu əməliyyatlara skeptik yanaşaraq onun nəticələrini yayımlamaqdan imtina ediblər. Baş transplantasiyası kimi riskli əməliyyata razılıq verən Spiridonov isə əməliyyatdan imtina edərək ABŞ-yə köçüb.
Qasım
Qasım — kişi adı. Qasım Qasımov Qasım Qasımov (mühəndis) Qasım Qasımov (siyasətçi) Qasım Qasımov (repressiya qurbanı) Qasım Abdullayev (xanəndə) — xanəndə. Qasım Rzayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Qasım İsmayılov — Azərbaycan siyasətçisi Xəstə Qasım — XVIII əsr Azərbaycan aşığı.
Qasım Kərimov (alim)
Kərimov Qasım Məmməd oğlu (10 may 1930, Gəncə, Gəncə dairəsi – 18 may 2016, Moskva) — Tarix elmləri doktoru, professor. Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının dinşünaslıq kafedrasının professoru. == Həyatı == Kərimov Qasım Məmməd oğlu 1930-cu il mayın 10-da Azərbaycan Respublikasının Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. Orta məktəbi bitirib, 1948-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub. Hələ yeniyetmə vaxtında Şərq ölkələrinin tarixinə və mədəniyyətinə böyük maraq göstərib. Atası oğlunun təkidli xahişlərini nəzərə alıb ona ərəb dilinin əsaslarını öyrədib. Bunun nəticəsində gənc tələbə universitetin iki fakültəsini seçib: günün birinci yarısında filologiya (ərəb, fars və ingilis dillərini öyrənib), axşamlar isə şərqşünaslıq fakültəsinin məşğələlərinə gedib. Xarici dillərə, hər şeydən əvvəl ərəb və fars dillərinə maraq az qala Q.Kərimovun peşə taleyində xəyalına gətirmədiyi dönüş nöqtəsi olacaqdı: hələ üçüncü kursda oxuyarkən onu Moskvada Xarici Dillər Hərbi İnstitutuna keçməyə və Sovet Ordusunun peşəkar zabiti olmağa yönəldirdilər. Universiteti bitirdikdən sonra Q.Kərimov həqiqi hərbi xidmətə çağırılıb, orada gənc leytenant-poliqlot iki il əvəzinə beş il xidmət edib. 1959-cu ildə sovet ordusunun hərbi qulluqçularının sayı 1 milyon 200 min nəfər azaldılmasaydı, onun xidmətdə hələ nə qədər qalacağını demək çətindir.
Favnın başı
“Favnın başı” (it. Testa di fauno) – 1488-1489-cu illərdə Mikelancelo Buonarotti tərəfindən hazırlanmış və hazırda itirilmiş hesab edilən mərmər heykəldir. == Əsər haqqında mənbə məlumatları == Vazarinin verdiyi məlumata görə, bu heykəl Mikelancelo tərəfindən Mediçilərin heykəl bağında, antik “yaşlı, qırışlı, gülümsəyən və qabarıq burunlu favn başı” heykəlinin kopyası kimi hazırlanmışdır. Mikelancelo favnın üzünə bir az daha hissiyyatlılıq vermiş, ağzını tam açıq göstərmişdir ki, bu halda da onun dili və dişləri görünmüşdür. Möhtəşəm Lorenzo əsəri gördüyü zaman sənətkarı tərifləsə də, qocanın bütün dişlərinin yerində olmasına irad tutmuşdur. Bundan sonra gənc Mikelancelo favnın dişlərindən birini sındırmış və diş ətində oyuq yaratmışdır. Həm Vazari, həm də Kondivi qeyd edirlər ki, məhz bu hadisə gənc istedadın Lorenzo Mediçinin yanında yer almasına səbəb olmuşdur. Uilyam Uolles isə qeyd edir ki, bu heykəlin yaradılması zamanı Mikelancelonun artıq on beş yaşı var idi və danışılan tarixçə daha çox gözəl bir əfsanəyə oxşayır. Erika Şilyano ehtimal edir ki, bu heykəlin ümumiyyətlə mövcud olması şübhəlidir, çünki, həmin əsərin mövcud olması haqqında Mikelancelonun bioqraflarına (Kondivi və Vazari) verdiyi məlumatdan başqa bir sübut saxlanmamışdır. Barcello qalereyasında saxlanan “Gülən favn” maskasının Mikelancelonun itirilmiş heykəli olması güman edilir.
Layın başı
Layın başı (rus. голова пласта, ing. outcrop, head of bed) — bilavasitə səthi açılan və eləcə də cavan çöküntülərlə örtülmüş şaquli, yaxud maili lay və ya təbəqələrin yuxarı hissəsi.
Penis başı
Penis başı, penis başlığı, penis ucu insan penisinin uc hissəsidir. Bu hissə bənövşəyi rəngdə olur və içərisindəki kanallardan sidik, sperma və pre-eyakulyasiya çıxır. Penisin sərtləşməsi penisin qanla dolması və qan axınının sürətlənməsi yolu ilə baş verir. Penis yetkinlik dövründə yetişməyə başlayır. Penis başı penisin ən həssas hissəsi hesab olunur. Kişi sünnət edildikdə, penis başı penis dərisi ilə birlikdə əhatələnmiş formada görünmür.
Qurçu Başı
Qurçu Başı — İranın Mərkəzi ostanının Xomeyn şəhristanının Kəmərə bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,522 nəfər və 416 ailədən ibarət idi.
Stalinin başı
Stalinin başı tammetrajlı bədii filmi rejissor Emil Abdullayev tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. “Stalinin başı” macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov, İlkin Misgərli, Ülfət Bəşir Fazil, Ənvər Abbasov və Ceyhun Məmmədov ifa edirlər. == Məzmun == Bozbaş Picturesin 6 qəhrəmanının əllərinə Stalinin trubkası ilə birgə vəsiyyətnaməsi düşür. Belə ki, bu trubka — partiyanın böyük xəzinəsinin açarıdı, hansı ki, Gürcüstanın Qori şəhərində yerləşən İosif Stalinin doğma evində gizlədilib. Çətinlik isə odur ki, altı dost hamısı türmədədirlər. Belə olduqda onlar qaçış planlaşdırırlar. Lakin onların hər biri xəzinəyə özü sahib olmaq istəyəndə, vəziyyət dəyişir. Bakıdan Qoriyə kimi yolda onları xeyli macəra gözləyir.
Rasim Nəbiyev (alim)
Nəbiyev Rasim Nəsib oğlu (10 may 1957) – yerüstü komplekslər, start avadanlıqları, uçuş aparatları və onların sistemlərinin istismarı ixtisası üzrə Azərbaycan alimi, texnika elmləri doktoru (2007), b.e.i. (2001), == Həyatı == 1979-cu ildə Azərbaycan Politexnik İnstitunu bitirərək Elektronçu mühəndis ixtisasını almışdır. 1979-cu ildən SSRİ Müdafiə Sənayesi Nazirliyinin "Fotoelektronika" Elmi-tədqiqat İnstitunda mühəndis kimi fəaliyyətə başlayaraq Baş Elmi İşçi vəzifəsinə qədər yüksəlmişdir. Bu dövrdə gecə görmə qurğuları üçün fotohəssas elementlərin işlənməsi ilə məşğul olmuşdur.1987-ci ildə fizika-riyaziyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1994 – cü ildən Mill Aviasiya Akademiyasının Elmi-tədqiqat Aviasiya İnstitunitunda Aviasiya Elektronikası şöbəsinin rəisi və Aviasiya cihazları kafedrasında professoru, İnstitutun elmi şurasının elmi katibi, Elmi-tədqiqat sektorunun rəisi vəzifəsində işləmişdir. 200-dan çox elmi əsərin müəllifidir. O jümlədən 1 dərsliyin («Aviasiya elektronikası» azərbayjan, rus və ingilis dillərndə) və 9 monoqrafiyanın 16 ixtiranın müəllifidir. Onun rəhbərliyi və birbaşa iştirakı ilə Aviasiya sahəsində tətbiq olunan mühüm əhəmiyyətli layihələrin texniki-iqtisadi əsaslandırmaları aparılmış, yüklərin təhlükəsiz daşınmasına kompleks nəzarət sistemi layihələndirilmiş, aeroportların radiotexniki obyektlərinə kompleks nəzarət sistemi ASK-1, elektron idarəli birfazalı və üçfazalı gərginlik stabilizatorları BGS-4 və ÜGS-10, induksiya kabelaxtaranı İKİ-1, agrodrom elektrik qızdırıcısı AEQ-02-20000, təyyarələrin yüklənməsini ölçən qurğu İZS-110, radioaktiv yüklərə nəzarət quryusu RNQ-001 kimi cihazlar və sistemlər layihələndirilmiş, hazırlanmış və istehsalata tədbiq olunmuşdur. «Milli Aviasiya Akademiyasının Elmi Əsərləri» toplusunun elmi redaktorudur. Milli Aviasiya Akademiyasının dissertasiya işlərinin müdafiəsi üzrə ixtisaslaşdırılmış Şurasının üzvüdür.
Rasim
Rasim — kişi adı. Rasim Balayev — Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi (1990–2013) Rasim Ocaqov — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982) Rasim Nəbiyev Rasim Nəbiyev (alim) — Azərbaycan alimi, texnika elmləri doktoru (2007), b.e.i. (2001) Rasim Daşdəmirov — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Rasim Mürsəlov — Samux rayonu İcra hakimiyyətinin başçısı Rasim İbrahimov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Rasim Başak — Azərbaycan-Türk peşəkar basketbolçusu Rasim Mövsümov — "Golden Foot" mükafatının jüri üzvü Rasim Quliyev Rasim Quliyev (mühəndis) Rasim Quliyev (jurnalist) — jurnalist.
Asim Abbasov
Asim Rasim oğlu Abbasov (26 may 1987, Hacırüstəmli, İmişli rayonu – 28 sentyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asim Abbasov 1987-ci il mayın 26-da İmişli rayonunun Hacırüstəmli kəndində anadan olub. == Hərbi xidməti == Asim Abbasov 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun çavuşu olan Asim Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asim Abbasov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Abbasov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Asim Abbasov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Asim Bayramov
Asim Yusif oğlu Bayramov (11 mart 1952, Nərimanlı, Basarkeçər rayonu) — Azərbaycanlı polkovnik, Birinci Qarabağ Müharibəsi iştirakçısı. == Həyatı == Asim Bayramov 11 mart 1952-ci ildə Basarkeçər rayonunun Nərimanlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1958-ci ildə Nərimanlı kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1968-ci idə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1968-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakultəsinin əyani şöbəsinə daxil olmuş, 1973-cü ildə isə institutu mühəndis elektromexanik ixtisası üzrə bitirmişdir. SSRİ Silahlı Qüvvələrindən tərxis olunduqdan sonra 1975-ci ilin avqust ayından 1977-ci ilin 10 fevralına kimi Gəncə şəhərində elektrik quraşdırma idarəsində mühəndis işləmişdir. == Hərbi xidməti == 1973-cü ilin 1 iyul tarixində Bakı şəhər Nərimanov rayonu hərbi komisarlığından ehtiyatda olan zabit kimi iki illik həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidmətini 21 avqust 1973-cü ildən 58818 saylı hərbi hissdə rabitə bölüyünün komandiri vəzifəsindən başlamışdır. 1974-cü ilin 10 oktyabr-20 dekabr tarixlərində hərbi hissənin məxfi rabitə aparatı tağımının redoreleyni-kabelni bölüyünün komandiri olmuş, 1974-cü ilin 20 dekabrından 1975-ci ilin 5 iyul ayına kimi 58818 saylı hərbi hissənin qərargah rəisinin səfərbərlik işi üzrə köməkçisi vəzifəsində hərbi xidmətini davam etdirmişdir. 5 iyun 1975-ci ildə xidmət müddəti başa çatdığına görə, Zaqafqaziya hərbi dairəsinin komandanlığının 25 may 1975-ci il tarixli 079 saylı əmri ilə baş leytenant hərbi rütbəsi verilməklə SSRİ Silahlı Qüvvələrindən tərxis olunmuşdur. 10 fevral 1977-ci ildə SSRİ Müdafiə Nazirinin 02 saylı 4 yanvar 1977-ci il tarixli əmri ilə yenidən hərbi xidmətə çağırılmış, 3 mart 1977-ci ildən Gəncə şəhər hərbi komisarlığında 1-ci şöbə rəisinin köməkşisi, 18 noyabr 1978-ci ildən 16 noyabr 1982-ci ilə kimi isə 2-ci şöbə rəisinin baş köməkçisi vəzifəsində xidmət etmişdir. 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirmişdir.
Asim Cəfərli
Asim Çingiz oğlu Cəfərli (4 sentyabr 2001; Piyadalar, Bərdə, Azərbaycan — 27 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asim Cəfərli 4 sentyabr 2001-ci ildə Bərdə şəhər Piyadalar kəndində doğulub. 2 bacının tək qardaşı idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Asim Cəfərli Fizuli döyüşlərində savaşıb. 27 oktyabr 2020-ci ildə Füzuli istiqamətində həlak olmuşdur. Bərdədə dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Cəfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Asim Cəlilov
Asim Cəlilov (d. 18 avqust 1936) — Əməkdar jurnalist == Həyatı == Asim Cəlilov 18 avqust 1936-cı ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Moskvada İctimai Elmlər Akademiyasında təhsil alıb. == Fəaliyyəti == “Molodyoj Azerbaydjana” qəzetində (1967-1972), “Azərbaycanfilm” kinostudiyasında, “Bakinski raboçi” qəzetində (1991-1995) baş redaktor vəzifəsində işləyib. == Ad == Əməkdar jurnalistdir.
Asim Mehdiyev
Asim Yaqub oğlu Mehdiyev (1 yanvar 2001, Yuxarı Qiyaməddinli, Ağcabədi rayonu – 7 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. İtkin. == Həyatı == Asim Mehdiyev 1 yanvar 2001-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olmuşdur. 2007–2018-ci illərdə Ağcabədi rayon Yuxarı Qiyaməddinli kənd tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Asim Mehdiyev 2019–2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. 2020-ci ilin sentyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur. Azərbaycan Ordusunun əsgəri olan Asim Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Asim Mehdiyev 7 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşmüşdür. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur və onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür.
Asim Mollazadə
Asim Nazim oğlu Mollazadə (6 iyun 1953, Bakı) — siyasətçi, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı, tibb elmləri doktoru. == Həyatı == Asim Mollazadə 1953-cü il iyunun 6-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir. 1980–1992-ci illərdə Moskva (Rusiya) Seçenov adına Tibb Akademiyası Nevrologiya və davranış psixofiziologiyası ixtisası üzrə təhsil alıb. 1978-ci ildən Bakı şəhərində xəstəxanada həkim işləmişdir. 1984–1987-ci illərdə Həkimləri Təkmilləşdirmə İnstitutunun baş elmi işçisi olmuşdur. 1992-ci ilin iyun-dekabr ayları – nevraloji psixogen və psixosomatik xəstəliklər Mərkəzinin direktoru olmuşdur. == Siyasi fəaliyyəti == 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Analitik informasiya xidmətinin rəhbəri, 1993-cü ildə Azərbaycan Respublikası Prezidenti Aparatının Xarici əlaqələr şöbəsinin müdiri və Ermənistanla hərbi münaqişənin həllinə dair danışıqlarda Prezidentin xüsusi nümayəndəsi vəzifələrində çalışmışdır. 1993– 2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin xarici məsələlər üzrə müavini olmuşdur. 1995-ci il parlament seçkilərində Asim Mollazadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 4-cü sırada olmuşdur.
Asim Qazıyev
Qazıyev Asim İsa oğlu — Ədəbi Yazarlar Birliyinin rəhbəri. == Həyatı == Asim Qazıyev 1926-cı il 10 may tarixində Samux rayonunda anadan olub. Kirovabad (Gəncə) 3 nömrəli Tibb məktəbində oxuyub. 1945-50-ci illərdə Kiravabad Pedaqoji institutunun (Gəncə Pedaqoji universiteti) dil-ədəbiyyat fakültəsində təhsil alıb. Gəncəbasar Vilayət Ədəbi Yazarlar Birliyinə rəhbərlik edib. Müəllimlik arzusu onu doğma Samux rayonuna qaytarıb, orta məktəbə direktor təyin olunub. 1954-cü ildə Mingəçevir su anbarının tikintisi ilə əlaqədar Samuxun bir neçə kəndi Bərdə rayonuna köçürülüb. Asim Qazyev fəaliyyətini Bərdənin Leninabad (Samux) kəndində davam etdirib. Çiy kərpicdən, sonra ağ daşdan məktəb binası tikdirib. Qabaqcıl məktəb direktoru, ictimaiyyətçi, el ağsaqqalı, şair kimi tanınıb, sevilib.
Asim Quliyev
Asim Quliyev (rəssam) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamı. Asim Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Asim Süleymanov
Asim Məhərrəm oğlu Süleymanov (18 fevral 2001, Xoşbulaq, Daşkəsən rayonu – 4 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asim Süleymanov 18 fevral 2001-ci ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olmuşdur. 2018-ci ildə Gəncə şəhər 21 nömrəli tam orta məktəbi bitirmişdir və Gəncə Dövlət Regional Kollecində “Vaqon və refrijerator təsərrüfatı” ixtisasına daxil olmuşdur. == Hərbi xidməti == Asim Süleymanov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmışdır. O, təhsilini yarımçıq qoyaraq, hərbi xidmətə yollanmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etməyə başlamışdır. Azərbaycan Ordusunun əsgəri olan Asim Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Asim Süleymanov 4 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 5 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Asim Xudiyev
Asim Xudiyev — .sovet futbolçusu, müdafiəçi. FIFA referisi, UEFA müfəttişi. == Fəaliyyəti == Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 212 dəfə baş hakim olmuşdur.
Asim Əliyev
Asim Əliyev (əsgər, 1998) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Asim Əliyev (əsgər, 1999) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Asim Ərdəbili
Asim Ərdəbili, Salih Asim Kəffaş, Pərviz kimi tanınan, və şeirdə Asim təxəllüs edən Azərbaycan şairlərindəndir ki, Ərdəbil şəhərində anadan olub və Azərbaycan dilində şeirlər yazır.
Asım Gündüz
Asım Gündüz (türk. Asım Gündüz) (d. 1880, Kütahya – ö. 14.12.1970, İstanbul) — Türk əsgəri və siyasətçisi. == Həyatı == Kütahya Liseyini bitirdikdən sonra Kuleli Hərbi Liseyinə qəbul oldu. 1905-ci ildə Hərbi Akademiyasını kapitan rütbəsi ilə bitirmişdir. Mustafa Kamal, Əli Fuad və Əli İhsan ilə eyni sinifdə oxumuşdu. 1909-1911-ci illər arasında Almaniya Hərbi Akademiyasında təhsil almış və Almaniyanın Baş Qərargahında işə başladı. == Hərbi fəaliyyəti == 27 noyabr 1911-ci ildə mayor rütbəsinə yüksəldi. Mayor rütbəsi ilə 27 noyabr 1911-ci ildə 10-cu korpusun 1-ci şöbə müdiri, 22 yanvar 1912-ci ildə qərargahın 3-cü şöbəsində, 4 iyun 1912-ci ildə müvəqqəti olaraq hərbi məktəbdə müəllim, 29 sentyabr 1912-ci ildə Balkan müharibələri əsnasında Ümumi Qərargahın Hərəkat Şöbəsinin müdirinin müavini, 22 dekabr 1913-cü ildə Hərbi Akademiyada Türk Silahlı Qüvvələrinin müəllimi olan general-mayor Veber Paşanın köməkçisi, 17 yanvar 1914-cü ildə İstehkam Qitələri və Müstahkem Mövqeyi Müfəttişliyi Qərargah başçısı, müfəttiş müavini vəzifəsinə təyin edildi.
Asim Hüseyn
Asim Hüseyn (28 noyabr 1953, Kəraçi, Sind[d]) səhiyyə, təhsil və Pakistan siyasəti sahələrində Pakistan əsilli Kanadalı fəal. O, Kəraçidəki Ziauddin Xəstəxanalar Qrupunun sədri və Pakistanın Neft və Təbii Sərvətlər Nazirliyi üzrə baş nazirin keçmiş müşaviridir. O, 2009–2015-ci illərdə Pakistan Xalq Partiyasının tərkibində Pakistan Senatının üzvü olub. Təhsil və səhiyyə sahələrində xalqa xidmətlərinə görə 2005-ci ildə Sitara-i-İmtiaz, 2013-cü ildə isə Nişan-e-İmtiaz mükafatları ilə təltif edilmişdir. == Həyatı == Hüseyn 28 noyabr 1953-cü ildə Karaçidə anadan olub. İlk təhsilini Karaçi Qrammatika Məktəbində daha sonra Petaro Kadet Kolleci və Dau Tibb Kollecində təhsil aldıqdan sonra aldıqdan sonra təhsilinə Avropada davam etdirmişdir. O, filosof Sir Ziauddin Əhmədin nəvəsidir. == Karyerası == Hüseyn 2008-ci ilin mayından 2009-cu ilin noyabrına qədər Federal Nazir statusu ilə Milli Yenidənqurma Bürosunun sədri vəzifəsində çalışıb. 2008-ci ilin noyabrından 2009-cu ilin avqustuna qədər baş nazirin Neft və Təbii Sərvətlər üzrə müşaviri/federal naziri kimi fəaliyyət göstərib. 12 dekabr 2009-cu ildən Pakistan Prezidentinin fəxri şəxsi həkimi idi.
Qasım bəy (ad)
Qasım bəy və ya sadəcə Qasım — Azərbaycanda kişilərə verilən şəxs adı. == Bu adı olan tanınmış insanlar == Qasım bəy Zakir — görkəmli Azərbaycan şairi. Qasım bəy Camalbəyov — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, Naxçıvanın İranda konsulu. Qasım bəy Hacılı-Cavanşir – Mahal naibi, məmur, şair Əsəd bəy Vəzirin atası, şair Qasım bəy Zakirin qaynatası. Qasım bəy Hacıbababəyov — memar. Qasım bəy Misirxanov — Qarabağ bəyi, çar zabiti, praporşik Qasım bəy Qasımbəyov — Bəsirət qəzetinin redaktoru Qasım bəy Heydərov == Bu adda olan abidələr == Qasım bəy hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan hamam. Qasım bəy məscidi (Həzi Aslanov küçəsi) — Yasamal rayonu Həzi Aslanov küçəsində yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. Qasım bəy məscidi (Bəşir Səfəroğlu küçəsi) — Yasamal rayonu Bəşir Səfəroğlu küçəsində yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid.
Abdal Qasım
Abdal Qasım — çoxsayda lətifə yaradıcısı, iştirakçısı kimi tanınan real folklor personajı. Abdal Qasım Qarabağ bölgəsində tanınan şəxslərdən olub. Onun haqqında ən dolğun məlumat Bəylər Məmmədovun "Qarabağın baməzə adamları" kitabında verilmişdir. Həmin məlumatlara əsasən Abdal Qasım (1873-1921) Ağdamın Abdal-Gülablı kəndində anadan olmuşdur. Əvvəl əkinçiliklə, son​ra xırda alış-verişlə məşğul olmuş, gülməli səhnəciklər, əyləncəli sirk oyunları ilə xalqın qarşısında çıxışlar etmişdir. O, hər yerdə zəhmətkeşləri müdafiə etmiş, haqsızlığa, ədalətsizliyə qarşı çıxmışdır. Çox güclü olan Abdal Qasım məqsədinə çatmaq üçün təkcə iti təfəkkürünə arxalanmamış, yeri gələndə fiziki gücündən də istifadə etmişdir. Onun məzəli sözləri, lətifələri xalqın söz yaddaşında qalmış, dildən-dilə keçərək müasir dövrə qədər gəlib çıxmışdır. Abdal Qasım haqqında lətifə və rəvayətləri ən çox nəşr etdirən folklorşünas Təhmasib Fərzəliyev olmuşdur. Abdal Qasımın altı lətifəsi isə B.Məmmədovun kitabında özünə yer almışdır.
Keit Qasım
Keit Qasım — Hamrin bölgəsində (Mərkəzi Mesopotamiya) eramızdan əvvəl 5-ci minilliyin birinci yarısından başlayaraq üçlü yaşayış təbəqəsinə malik arxeoloji abidə.
Kərrar Casim
Kərrar Casim Məhəmməd (ərəb. كرار جاسم محمد‎; 15 mart 1987 və ya 11 iyun 1987, Nəcəf) — yarımmüdafiəçi. == Həyatı == 1987-ci il mart ayının 11-də İraqın Nəcəf şəhərində anadan olub. İraq milli komandasının üzvüdür. Bu oyunçu Təbrizin Traktor Sazi klubunun yarımmüdafiəçisi və hücumçusu idi. Kərrar Casim Traktor Sazidə oynamaqla İran futbolunda adlandı. Əlbəttə onun İranın Futbol üstün ligasında parlamasının əsas nədəni Tirəxtur azarkeşləri tərəfindən həddən artıq alqışlanması oldu. Tirəxtur Onun vurduğu tarixi qollar ilə, 2010-2011-ci illər mövsümündə, illərdən sonra ilk dönə olaraq, Tehranın İstiqlal və Piruzi komandalarına qələbə etdi. Əlbəttə bu qollar onun dəyərini çoxaltdı. Tehranın İstiqlal komandası Kərrara 1 Milyard Tümən ücrət verməklə onu Traktor Sazinin əlindən çıxartdı.
EX Aşkım
EX Aşkım — Kənan Doğulunun bir albomu. Albom 2001-ci ildə yayımlanıb.
Ağrıdağ
Ağrıdağ — Ordubad rayonu ərazisində dağ (hünd. 1851,5 m). Zəngəzur silsiləsinin cənub-şərq qurtaracağında yerləşən Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan Sərkidağ qolunun suayırıcısında zirvə. Nüsnüs kəndindən 2 km şimal-qərbdədir. Şərqi Ordubad dərinlik qırılmasının nəzarət etdiyi Alt Eosen yaşlı diorit və dioritli porfirit tərkibə malik eyniadlı intruziv kütlənin hüdudlarında günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında, Kilit-Kotam qalxımının mərkəzi strukturu olan Kilit-Ağrıdağ antiklinalının tağ hissəsində yerləşir.
Az én apám
Az én apám (azərb. Mənim atam‎) — Macarıstanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Yoçi Papai "Az én apám" mahnısı ilə Macarıstanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi və sözləri ifaçının özünə aiddir.
Ağ balıq
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Adi ağ balıq
Adi ağ balıq (lat. Huso huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin ağ balıq cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Ağzı aypara formasındadır, çox böyük olub, başın bütün alt tərəfini tutur. Qəlsəmə pərdələri bütöv qırış əmələ gətirir. Bığcıqlarında yarpaqşəkilli çıxıntılar var. Bel lövhəciklərinin sayı 9-17, yan - 37-53, qarın - 7-14-dür. Xəzər dənizinin hər yerində, 70–100 m-ə qədər dərinliklərdə yayılmışdır. == Yayılması == Nərəkimilərə aid olan Ağ balıq hazırda yaşayan balıqların ən qədimidir. Keçmişdə bəzi fərdləri 120 ilə qədər yaşayırdılar. Adətən, yalqız olur, sürü halında yığışmır.
ASIMO
ASIMO (yap. アシモ — Aşimo) — Honda şirkəti tərəfindən yaradılmış humanoid robotdur. Boyu 130 sm, çəkisi 54 kq. olan robot, belində çantası olan astronavt formasında düzəldilmişdir və saatda 6 km. məsafə qət etmə bacarığına malikdir. ASIMO Hondanın Araşdırma və İnkişaf etdirmə Mərkəzi tərəfindən Yaponiyada çıxarılmışdır. 1986-cı ildə Honda tərəfindən yaradılmağa başladılan insan robotları seriyasından 11-cisidir. ASIMO adı ingiliscə "Advanced Step in Innovative Mobility" sözlərinin baş hərflərindən ibarətdir. Yaponca 足も yazılır və aşimo kimi oxunur. 2007-ci ildə 46 ASIMO robotu hazırlanmışdır.