Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəb
Dəb (fr. mode, lat. modus – ölçü, obraz, tərz) — həyatın və ya mədəniyyətin müəyyən sahəsində qəbulolunmuş tərzin müvəqqəti hökmranlığıdır. Dəb anlayışı əksər hallarda tez keçiciliklə əvəz olunur. Müəyyən bir müddət ərzində cəmiyyətdə məşhur üslub və ya geyim, fikir, davranış, etiket, həyat tərzi, incəsənət, ədəbiyyat, mətbəx, memarlıq, əyləncə növü, və s. göstərə bilər. Moda anlayışı həmçinin cari dövrə aid insan bədən növünü də əks etdirir (məsələn, qədimdə dolu bədən formaları daha gözəl hesab olunurdu, XXI əsrin əvvəllərində isə incə bədənli insanlar gözəl sayılırdı). Müasir dünyada dəbi izləyən xüsusi ixtisaslaşmış jurnallar da mövcuddur. Nəhəng moda evləri bunlardır: Chanel, Christian Dior, Dolce&Gabbana, Armani, Lacoste, Prada, Gucci, Calvin Klein, Hugo Boss və s. == Dəb tarixi == 11–14 may 2015-ci il tarixində Bakıda, Azərbaycanda ilk yüksək moda həftəsi keçirilmişdir.
Lab
Lab və ya Laap, Lap, Laab (laosca ລາບ; tail. ลาบ) Laos mətbəxinə məxsus salat növü. Tailandın laosluların üstünlük təşkil etdiyi İsan bölgəsində geniş yayılmışdır. Bu salat orada ət yeməyi kimi təqdim edilir.
Ləc
Ləc (Soyuqbulaq) —
Ləj
Ləj — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Ləj kəndi Haftoni qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ləj kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Tarixi == Ləj kəndi və həmçinin XX əsrin ortalarından yaşayış məntəqələrinə çevrilmiş digər qonşu ərazilər (Haftoni, Talışlı (Karpoviç), Hacıkənd), İstisu (Qamo)) Karpoviç adlı, millətcə polyak və yaxud yəhudi olan şəxsə məxsus imiş. Rusiya imperiyasında baş verən 1905–1907-ci il inqilabından sonra ölkədə olan gərginliyi nəzərə alaraq, Karpoviç 1910-cu ildə ona məxsus əraziləri lənkəranlı zədəgan Hacı İsaya satır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Hacı İsanın bütün əmlakı müsadirə olunmaqla sürgün edilir. Ləj kəndinin şimal-qərbindəki, ərazi "Hacı İsa poyn (vırə)" (talış dilindən tərcüməsi Hacı İsa yeri), kəndin şimal-şərqindəki ərazi isə "Bızəyjobə" adlanır. Ləj sözünün mənşəyi talış dilindən azərbaycan dilinə "bataqlıq" və ya "çökəklik" kimi tərcümə olunur. "Bızəyjobə" sözünün mənası "Buzeyirlilərin obası" deməkdir. Kəndin tarixindən də bəlli olduğu kimi burada məskunlaşmış bir sıra tayfalar məhz Lerik rayonunun Buzeyir (aborigen talışların dilində "Bızəy") kəndindən köçmüşlər. == Mədəniyyəti == Haqqında danışılan kəndin tarixi qədim olmasa da kəndə köç etmiş tayfaların özünə məxsusluğu vardır.
Lək
Lək — Bostanda bitkilərin əkildiyi cərgə. Lək (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Lək (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Lək (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd. Lək (Şamaxı) — Azərbaycanın Ucar rayonunda kənd. Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonu inzibati ərazi vahidində qəsəbə.
Lək-lək (jurnal)
"Lək-lək" jurnalı (az-əbcəd. لک‌لک‎) — 1914-cü ildə İrəvanda nəşr olunmuş həftəlik satirik jurnal. "Lək-lək" jurnalı həm də İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnaldır. Fəaliyyət göstərdiyi 5 ay ərzində jurnalın 12 sayı nəşr edilib. == Haqqında == Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan senzura sənədinə əsasən İrəvan qubernatoru "Lək-lək" jurnalının nəşri üçün 1914-cü il yanvarın 21-də Mir Məhəmməd Mir Fətullayevə və Cabbar Əsgərzadəyə şəhadətnamə verib. Şəhadətnamədə qeyd olunub ki müəlliflər jurnalda məqalələr, şeirlər, şəhər işləri haqqında xəbərlər, teleqramlar, xarici və daxili xəbərlər, felyetonlar, təmsillər və elanlar çap edə bilərlər. Jurnalının ilk nömrəsi 1914-cü il fevralın 22-də İrəvanda çap edilib. Bununla "Lək-lək" jurnalı İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnal oldu. İrəvandakı "Luys" mətbəəsində çap olunan jurnalın naşiri və redaktoru Mir Məhəmməd Mir Fətullayev və Cabbar Əsgərzadə idi. "Lək-lək" (əslində senzura sənədlərində "Leylək" jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyasıdır.
32-lər
32-lər — Azərbaycan Milli Ordusunun əsgərləri “qırmızıların” gəlişi ilə qətiyyən barışmaq istəmirdilər. Ona görə də Azərbaycanın ayrı-ayrı bölgələrində bolşevizmə qarşı güclü müqavimət göstərirdilər. 1920-ci il mayın 25-26-da Gəncədə Sovet hakimiyyətinə qarşı 10-12 minə qədər şəxsin iştirak etdiyi güclü silahlı çıxış olmuşdu. Üsyanın əsas qüvvəsini yeni hökumətə itaət göstərmək istəməyən Azərbaycan Milli Ordusunun bölmələri təşkil edirdi. Üsyana general Cavad bəy Şıxlinski, general Məhəmməd Mirzə Qacar, polkovnik Cavanşir bəy Kazımbəyov və başqalarından ibarət Şura rəhbərlik edirdi. Mayın 31-də XI Qızıl Ordu hissələri şəhərə nəzarəti ələ keçirmişdilər. Düz 3 gün Gəncədə terror və qarət həyata keçirildi. Bir məlumata görə, Gəncə döyüşləri zamanı 8800 nəfər “qırmızılardan”, üsyançılardan isə 13 min nəfər öldürülmüşdü. Üsyanın yatırılması zamanı Milli Ordunun 6 generalı, o cümlədən general-mayor Cavad bəy Şıxlinski, general-mayor Məhəmməd Mirzə Qacar qətlə yetirilmişdi. 72 nəfər zabit Nargin adasına aparılaraq orada güllələnmişdi.
91-lər
"91-lər" — 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş 91 nəfər tanınmış ziyalı. == Müraciətin məzmunu == 1992-ci il, 16 oktyabr tarixində Ziyalıların Heydər Əliyevə müraciəti "SƏS" qəzetinin 43-cü (72) buraxılışında "Azərbaycan Sizin sözünüzü gözləyir" başlığı ilə dərc edilmişdi. Bu müraciətin əvvəlində Azərbaycan Respublikasındakı mövcud vəziyyətə, onun baş vermə səbəbinə ümumi nəzər salınırdıː Daha sonra müraciətdə vəziyyətin doğurduğu digər fəsadlar — "respublikanın olan-qalan iqtisadi potensialının sürətlə dağılması, təbii sərvətlərimizin talan edilməsi", "vəziyyətin ağırlığından, çıxılmazlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikanı yüzlərlə ziyalı — yüksək ixtisaslı kadrların tərk etməsi" barədə məlumat verilir. Ən əsası da bu müraciətdə "Xalqımıza qarşı törədilən ən dəhşətli cinayətləri — 20 Yanvar, Xocalı, Şuşa, Laçın və digər faciələri törədənlərin cəzasız qalması" xüsusi olaraq qeyd olunur və baş verən problemin həllinin güclü bir liderin iradəsinə bağlı olduğu vurğulanırdıː 91-lər müraciətdə ölkəyə rəhbərlik edəcək həqiqi bir lideri Heydər Əliyevin simasında görərək belə bəyan edirdilərː Müraciətin sonunda bu müraciətə minlərlə Azərbaycan vətəndaşının da məmnuniyyətlə qoşulmağa hazır olması, hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalılar adından edilməsi qeyd olunurdu. Son söz olaraq isə bildirilirdiː == Heydər Əliyev 91-lər haqqında == "91-lər"in müraciəti 16 oktyabr 1992-ci il tarixində "Səs" qəzetində çap olunmuşdur. Bu barədə Azərbaycanın sabiq prezidenti Heydər Əliyev Respublika sarayında keçirilən Yeni Azərbaycan partiyasının yaradılmasının 5-ci ildönümü münasibətilə keçirlən təntənəli yığıncaqda nitqində belə demişdir: Heydər Əliyev 26 noyabr 2002-ci ildə Yeni Azərbaycan Partiyasının 10 illik yubiley mərasimindəki çıxışında isə 91-lər barədə belə demişdir: 91-lər Heydər Əliyevə müraciət ünvanlayarkən bəzi şəxslər bu müraciətə qoşulmaq istəməyib. Bu barədə məhz Heydər Əliyevin çıxışında dedikləri xüsusi maraq doğururː == 91-lərin siyahısı == == İstinadlar == == Xarici keçidlər == "91-lər"dən olan hər bir insana diqqət ayrılır. E. İbrahimov; Müsahibəni apardı: K. Həmidov. 525-ci qəzet, 2013, 30 noyabr, s. 8 Azəri N. "Biz fəxr edirik ki, müstəqil Azərbaycan dövlətinin vətəndaşları və regionun ən güclü siyasi təşkilatı — Yeni Azərbaycan Partiyasının üzvləriyik".
Azərbaycanda dəb
Azərbaycanda dəb — dövrlər boyu insanları öz təsiri altına almış, insanların dəyişiklik etmək arzusundan yaranan və cəmiyyətin yaşayış tərzinə təsir edərək həyat tərzini hərəkətə gətirən müvəqqəti yenilikdir. == Tarixi == === XIX əsr === XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda sənaye istehsalının inkişaf etməsi təkcə həyat tərzini deyil, habelə fabrik üsulu ilə hazıranan geyim materiallarının növü və keyfiyyətinə də əsaslı təsir göstərmişdir. XIX əsrin geyim formaları biçim üsuluna və formalarının kefiyyətinə əsaslı təsir göstərmişdi. XIX əsrin geyim formaları biçim üsuluna və tikiş texnikasına görə, özündən əvvəlki tarixi dövrlərdə təşəkkül tapmış geyim növlərinin məntiqi davamı olsada yeni dövrün tələblərinə məruz qalmışdır. Bu cəhət özünü daha çox şəhər – kübar geyimlərdə və peşə geyimlərində təzahür etdirirdi. Xüsusilə əmək bölgüsünün artması müxtəlif növ peşə geyimlərinin yaranmasını şərtləndirmişdir. Cəmiyyətdə peşə, zümrə fərqlərinin artması onların libasında da özünü göstərirdi. XIX əsrdə Azərbaycan geyimlərində baş verən dəyişikliklərdən biri də hərbi geyimin və və onunla bağlı olan əsləhə növlərinin gərəksizləşməsi, aradan çıxması olmuşdur. Azərbaycanda kapitalizmin sürətli inkişafı ilə əlaqədar olaraq artıq XIX əsrin II yarısından Avropa geyimlərinin xalq arasında yayılması, qadın geyimləri içərisində "don" adlanan geyim (bütöv bədənli qadın donu) növü meydana gelmişdir. Uzun ətək və qısa ətək qadın donlarının üç müxtəlif forması mövcuddur: gövdəli, kəmərçin və büzməli.
Dəb həftəsi
Dəb həftəsi — ildə iki dəfə keçirilən, təxminən bir həftə boyunca davam edən, dəb dünyasının ən əhəmiyyətli tədbiridir. Bu tədbirlərdə modelyer-dizaynerlər, müxtəlif geyim şirkətləri son kolleksiyalarını moda nümayişlərində alıcılara və KİV-ə nümayiş etdirir. Bu dəb həftələri cari və növbəti kolleksiyaları əhatə edir. Ən mühüm dəb həftələri Nyu-York, London, Milan və Paris kimi dünyanın dəb mərkəzlərində keçirilir. Bu şəhərlər KİV-də "Big Four", yəni "Böyük dördlü" kimi tanınır. Adıçəkilən şəhərlərdən sonra isə siyahını Los-Anceles, San-Paulu, Moskva və Sankt-Peterburq, Tokio, Helsinki, Şanxay, Berlin, Madrid, Sidney, Yeni Dehli, Kopenhagen, Vaşinqton və başqa şəhərlər davam etdirir. == Yaranma tarixi == Dəb həftəsi konsepsiyası ilk dəfə olaraq Parisdə, marketoloqların ideyası ilə qadınların müəyyən ödəniş qarşılığında ictimai yerlərdə müxtəlif brendlərin geyimlərini geyinib göstərməsilə başladı. Bu tədbirlər isə tədricən onların özlərinin sosial hadisələrinə çevrildi. Fransada bu kimi tədbirlərə hələ də "défilés de mode" deyilir, bu birləşmənin tərcüməsi isə "dəb paradları" deməkdir. 1903-cü ildə Nyu-Yorkda "Ehrich Brothers" adlı bir mağaza, orta təbəqədəki qadınları mağazaya cəlb etmək üçün ölkənin ilk moda nümayişini həyata keçirmişdi.
Dəb konstruksiyası
Dəb konstruksiyası — dizaynı, estetikanı və təbii gözəlliyin, geyimdə və aksessuarlarda tətbiq etmək sənətidir . Bu, mədəni və sosial münasibətlərdən təsirlənir və zaman və məkana görə dəyişir. == Dəb konstruksiyası haqqında == Moda dizaynerləri bilərzik və boyunbağı kimi geyim və aksessuarların dizaynında bir çox yollarla işləyirlər. Bir paltarın bazara çıxarılması üçün lazım olan vaxta görə dizaynerlər bəzən istehlakçı zövqündə dəyişiklik gözləməlidirlər. Dizaynerlər moda meylləri ilə bağlı araşdırmalar aparır və izləyiciləri üçün şərh edirlər. Xüsusi dizaynları istehsalçılar tərəfindən istifadə olunur. Bir dizayner rolunun mahiyyəti budur. Bununla birlikdə, bunun içində alış və ticarət yanaşması və məhsulun keyfiyyəti ilə təyin olunan bir dəyişiklik var; məsələn, büdcə pərakəndə satışçıları tendensiyaları şərh etmək üçün ucuz kumaşlardan istifadə edəcək, lakin yüksək səviyyəli pərakəndə satıcılar mövcud olan ən yaxşı parçalardan istifadə olunmasını təmin edəcəklər. Moda dizaynerləri həm funksional, həm də estetik baxımdan xoşagələn paltar dizayn etməyə çalışırlar. Bir paltarın kimin geyinəcəyini və geyəcək vəziyyətləri düşünür və geniş material, rəng, naxış və üslubda işləyirlər.
Dəb paytaxtı
Moda paytaxtı Beynəlxalq moda meyillərinə böyük təsir göstərən və moda məhsullarının dizaynı, istehsalı və pərakəndə satışının, moda həftələri, mükafatlar və ticarət yarmarkaları kimi tədbirlərin hamısının əhəmiyyətli iqtisadi nəticə verdiyi bir şəhərdir. XXI əsrin qlobal "Böyük Dördlük"ü moda paytaxtı sayılan şəhərlər Milan, Paris, London və New Yorkdur. Yorkdur == Moda Kapitalinin Tərifi == Moda paytaxtı geyim və dizaynda liderlik rolunu öz üzərinə götürür. Bundan əlavə, moda paytaxtları ümumiyyətlə geniş bir iş, bədii, əyləncə, mədəni və asudə fəaliyyət qarışığına sahibdirlər və beynəlxalq səviyyədə bənzərsiz və güclü bir şəxsiyyətə sahib olduqları üçün tanınırlar. Bir moda paytaxtı statusunun getdikcə bir şəhərin daxili və beynəlxalq profili ilə əlaqəli olduğu qeyd edildi. Moda paytaxtları, ehtimal ki, dizayn məktəbləri, moda jurnalları və varlı istehlakçıların yerli bazarı ilə daha geniş bir dizayn səhnəsinin bir hissəsidir. XVI əsrdən bəri Paris, dünyanın Moda Paytaxtı kimi qəbul edilir. Hal-hazırda moda paytaxtı termini, moda həftələrini keçirən şəhərləri, xüsusilə Paris, Milan, London, Roma və New Yorku təsvir etmək üçün istifadə olunur , sənayesini nümayiş etdirmək üçün. Digər müxtəlif şəhərlər də diqqətəlayiq moda tədbirlərinə ev sahibliyi edir və qlobal modada nüfuz sahibidirlər. == Tarixi == Tarixən bir neçə şəhər öz növbəsində moda paytaxtı olmuşdur.
Dəb şousu
Dəb şousu — moda həftələrində yaxud xüsusi təqdimat günlərində geyim və aksesuarların bir hissəsini nümayiş etdirmək üçün modelyerlərin təşkil etdiyi moda sərgisi. Paltar və ya aksesuarlar səhnədə modellər tərəfindən nümayiş etdirilir. Moda nümayişi bütün fəsillərdə, xüsusən yaz-yay və payız-qış dövrlərində keçirilir. Bu nümayiş zamanı ən son moda trendləri təqdim edilir.
Ləbi hovuz
Ləbi Hovuz və ya Lyabi Hovuz (özb. Labi Hovuz, fars. لب حوض‎ [læbi hawz) — XVI-XVII əsrlərdə salınmış Buxara şəhərinin mərkəzi meydanlarından, memarlıq ansamblı biridir. Meydanda Kukeldaş mədrəsəsi(Buxara), Divan-Bəy mədrəsəsi, Divan-Bəy xanəgahı, Nadir-Bəy hovuzu su anbarı memarlıq abidələri birləşərək memarlıq ansamblı təşkil edir. Ansamblın ölçüsü təxminən 150 x 200 metrdir. Orta əsrlərdə Ləbi hovuz canlı alış-veriş sahəsi idi, buna ticarət günbəzləri ilə əsas alış-veriş küçəsinə yaxınlığı (onlardan biri meydandan 200 m məsafədə yerləşir) və Buxaradakı binaların həddindən artıq sıxlığı, beləliklə Ləbi hovuzun sadəcə bir neçə açıq sahələrdən biri olması səbəb oldu. == Tarixi == Ləbi hovuzda qalan ilk bina 1569-cu ildə Şeybani II Abdullah xanın Orta Asiyada yüksək səviyyəli ən böyük Kukeldaş mədrəsəsinin inşasına əmr verdiyi zaman ortaya çıxdı. 1619-1620-ci illərdə özbək qəbiləsinin nümayəndəsi Arlat Nadir Divan bəyin təşəbbüsü və hesabına İmamqulu xanın rəhbərliyindəki vəzir meydanında hovuz dağıdılaraq, yaradıcısının adını daşıyan xanəgah tikilir. 1623-cü ildə Nadir Divan bəy, daha sonra Divan-Bəy mədrəsəsinə çevrilən karvansara binasını ucaltdı. 20-ci illərdə hovuz, möcüzəvi şəkildə Buxaranın xəstəlik mənbəyi sayılan digər hovuzların əksəriyyətində aparılan qurutma prosesindən qurtula bildi; hovuzun xilas edilməsində əsas rolu ansamblın yüksək bədii dəyəri oynadı.
Ləc (Soyuqbulaq)
Ləc (fars. لج‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,297 nəfər yaşayır (237 ailə).
Ləj bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Lək (Bərdə)
Lək — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Kənddə müəyyən sayda qaraçılar da məskunlaşmışdır. == Toponimikası == Tədqiqatçılar bu oykonimi Qafqaz Albaniyasında yaşamış qədim leq/lək tayfasının adı ilə əlaqələndirirlər. Mənbələrdə legk, legi, lərg formasında qeyd olunan bu tayfa müasir ləzgilərin əcdadları olmuşdur.
Lək (Samux)
Lək — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1314 nəfərdir. == Toponimikası == Tədqiqat­çılar bu oykonimi Qafqaz Albaniyasında ya­şamış qədim leq/lək tayfasının adı ilə əlaqələn­dirirlər. Mənbələrdə legk, legi, lərg formasında qeyd olunan bu tayfa müasir ləzgilərin əcdadları olmuşdur. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 28 km. şimal-şərqdə, Gəncə-Qazax düzənliyində yerləşir.
Lək (Ucar)
Lək — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Tarixi == Kəndin tarixi dəqiq məlum deyil. Kənddə XX əsrin 70-80-cı illərinə qədər qədim mətbəx əşyalarından və təsərüfat alətlərindən qazan,plov qazanı, sərpuş, boşqab, gümüş kəmər, xəncər, balta, kətmən, bel, dəryaz, oraqa demək olar ki,hər ailədə evdə rast gəlmək mümkün idi. Qeyd edilən plov qazanlarından tovuz, qazax bölgələrində bugünkü, günə qədər kəndlərdə evlərdə rast gəlmək olar. Burada yerli əhali bu plov qazanlarını "ucar qazanları" kimi tanıyır. Bu plov qazanlarının gəncə-basar bölgəsinə gəlib çıxmasında ehtimal ki, kənd əhalisi bu bölgəyə səfər edərək bu plov qazanlarını burada təhvil verib əvəzində taxıl alarmışlar. Kənd əhalisinin bir qismi indiki Göyçay şəhərində məskunlaşmışlar. Yerli əhalinin onların məskunlaşdığı yerə el dilində ləklilər məhəlləsi deyirlər. Bu kəndin gənclərinin 1941-45-ci illər böyük vətən müharibəsində faşizim üzərində qələbə çalınmasında özünəməxsus payı var.
Lək (Urmiya)
Lək (fars. ‎‎لك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 159 nəfər yaşayır (50 ailə).
Lək (Zəngibasar)
Lək — İrəvan xanlığının Zəngibasar mahalında kənd. == Tarixi == 1728-ci ildə mənbədə Vedi nahiyəsində qeyd olunur.1935-ci ildə kənd ermənicə Vartanadzor adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Azərbaycanda XIX əsrdə Cavanşir və Yelizavetpol qəzalarında Lək kənd adları da bu sıraya aiddir. XIX əsrdə Borçalı qəzasında Lək dağ və Lək çay adları ilə ehtimal ki, mənşəcə eynidir. XVI əsrdə Şərqi Anadoluda yaşamış Boz-Ulus tayfa ittifaqında bir elin adı. == Həmçinin bax == Avdibək == Xarici keçid == Qiyasəddin Geybullayev.
Lək bələdiyyəsi
Lək bələdiyyəsi (Bərdə) — Bərdə rayonunda bələdiyyə. Lək bələdiyyəsi (Samux) — Samux rayonunda bələdiyyə. Lək bələdiyyəsi (Ucar) — Ucar rayonunda bələdiyyə.
Lək dili
Lək dili (Lekí və ya لکی) — Hind-Avropa dillərinin İran dil qrupuna daxil olan dildir. İranın (Luristan, Kirmanşah, İlam (ostan), Həmədan, Qəzvin) ostanlarında və İraq ərazilərində yayılmış dildir. Həmçinin Türkiyədə Şeyxbizinlər tərəfindən Haymana ilçəsində danışılır.
Ləm abidəsi
Ləm abidəsi — Lənkəran rayonunun Boladi kəndində yerləşir. XIX əsrdə yayda istidən qorunmaq və istirahət etmək üçün inşa edilmişdir. Dörd tərəfi açıq olan sütunlar üstündə ikimərtəbəli bir guşədir. Bura hətta yay evi də deyirlər. Ləmlər ümumən cənub zonasında XVIII-XIX əsrlərdə geniş yayılmışdır. İstilər düşdükdə insanlar daimi yaşayış evlərini müvəqqəti olaraq tərk edib, bu yay evlərinə köçərmişlər. Ləmin aşağı hissəsi - sütunları qırmızı kərpicdən, yuxarısı isə meşə ağacından düzəldilir və müxtəlif əl işləri ilə bəzədilir. Bu da ləmə özünəməxsus gözəllik verir. Ümumiyyətlə, ləmlər respublikanın cənub zonasının spesifik tikililəridir ki, bunlara başqa yerdə rast gəlinmir. == Xarici keçidlər == Lənkəran ləmləri.
Lər (Şəbüstər)
Lər (fars. لار‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 530 nəfər yaşayır (102 ailə).
Lev
Lev — ad. Bu adı olan tanınmışlar Lev Brovarski — Lev Slutskin — Digər Lev (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd.
Lebu
Lebu — Çili şəhəri. Əhalisi 25.096 nəfərdir (2002).
Vanua-Levu
Vanua Levu (ing. Vanua Levu) — Ficinin ərazisində yerləşən və sahəsinə görə ikinci böyük ada. Sakit okeanda, Vanua Levu adaları qrupuna daxildir. Əvvəllər Sandalvud adası adlanırdı (ing. Sandalwood Island). == Adı == Vanua-Levu yerli dillərdə «Böyük Torpaq» adlandırılır. == Coğrafiya == Vanua-Levu adası Viti-Levudan 64 km şimalda yerləşir. Ən yaxın materik Avstraliyadır və ondan 2900 км. Ada cənub-şərqdən Koro dənizi ilə yuyulur. Ada vulkanik və mərcan məşəllidir.
Viti-Levu
Viti-Levu (ing. Viti Levu) — Viti-Levu adalarının ən iri adasıdır. Viti Levu dillərində «Böyük ada» mənasini bildirir. Viti sözü sonradan dəyişilmiş formada Fici olmuşdur. == Coğrafiyası == Adanın sahəsi 10 338 km² təşkil edir. Şərqdən qərbə uzunluğu 146 km, şimaldan cənuba 106 km təşkil edir. Ölçülərinə görə Okeaniyada ölçüsünə görə 6 adadır. Ən yaxın materik Avstraliyadır (2700 km). Adanın şimalında Blaya dənizi yerləşir. Vanua-Levu adası digər adalardan Latu-i-ra və Kandavu boğazları ilə ayrılır.
Afrikalı Lev
İoann Afrikalı Lev (ing. Joannes Leo Africanus; doğum adı əl-Həsən ibn Məhəmməd əl-Vəzzan əl-Fasi ərəb. حسن ابن محمد الوزان الفاسي‎; təq. 1494, Qranada – ən tezi 1527 və ən geci 1555, Tunis) — ərəb coğrafiyaşünası və səyyahı. == Tərcüməyi-hal == 1492-ci ildə Qranada şəhərində müsəlman ailəsində anadan olub, sonra isə şəhəri tərk edən ailəsi Castilla şəhərinin tərəfindən tutulduqdan sonra ailəsi Mərakeşə köçürülüb. Fəs şəhərində yaşamış, burada yerləşən Əl-Karaouine Universitetində təhsil almışdır. Afrikalı Lev təhminən 1550 ildə Tunisdə vəfat etmişdir. == Əlavə oxu == Лев Африканский. Африка — третья часть света / Перевод с итальянского, комментарий и статья В. В. Матвеева; Отв. ред.
Le Kuanq Lem
Le Kuanq Lem (vyet. Lê Quang Liêm, 3 mart 1991, Hoşimin, Vyetnam) — Vyetnam şahmatçısı, qrosmeyster, Dünya Blitz Çempionu (2013). Le 2006, 2008, 2010, 2012 və 2014-cü illərdə Şahmat Olimpiadalarında Vyetnam üçün mübarizə aparmışdır. Xüsusilə də onun 2012-ci il Şahmat Olimpiadasında 1-ci lövhədə 10 oyundan 8 xal nəticəsi Vyetamın kişilərdən ibarət yığmasını yekunda 7-ci etdi və bu, Vyetnam Şahmat tarixində ən yüksək nəticə idi. 2010-cu ildə Le Moskva Open turnirində iştirak etdi. +5=4 nəticəsi ilə o, Konstantin Chernyshov, Evgeny Bareev və Ernesto Inarkiev ilə 1–4-cü yerləri bölüşdürdü. Həmin turnirdən dərhal sonra Le 9 oyundan 7 xal (+5=4) nəticəsi ilə 9-cu Aeroflot Open turnirinin qalibi oldu. İyul ayının 15-dən 25-dək o, ilk dəfə dəvətli Dortmund turnirində iştirak etdi. Onunla yanaşı burada 9 dəfə Dortmund çempionu və keçmiş dünya çempionu Vladimir Kramnik, Şəhriyar Məmmədyarov, keçmiş FİDE çempionu Ruslan Ponomariov, 2004-cü il Dünya Çempionatı finalçısı Peter Leko və Arkadij Naiditsch də yarışırdılar. İlk raundda Le qara fiqurlarla Kramniklə qarşılaşaraq heç-heçə etdi və dördüncü raundda Ponomariovu, 5-ci raundda isə Lekonu məğlub etdi.
Ləv qalası
Lex qalası — Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən erkən orta əsrlər dövrünə aid qala. == Haqqında == Kəlbəcər qalalarını tədqiq edənlərin fikirincə, bu qalalar karvan yollarının üstündə tikilirmiş və bununla da həmin yollara nəzarət olunurmuş. "Lex" qalasının başında qayadan yonulmuş, dərinliyi 3-5 metrə çatan quyular var. Bu quyularda ərzaq, ya da su saxlanılırmış. Həmin quyuların içərisində nəhəng palıd ağacları bitib. Bu palıdların hər birinin diametri 30-40 santimetrdi. Qalanın Ləv çayı istiqamətində iki mağarası aşkar olunub. Bura ən qədim insan məskənlərindən hesab olunur. Yayda olduqca sərin, qışda isə isti olan bu mağarada istənilən ərzaq məhsulunu bir ay saxlamaq mümkündür. Qala uca dağ zirvəsində inşa edilib.
LED
LED (ing. Light Emitting Diode) (Tərcüməsi: İşıq Yayan Diod) yarım-keçirici, diod əsaslı, işıq yayan bir elektronik cihazdır. 1920-ci illərdə Rusiyada icad edildi və 1962-ci ildə Amerikada praktik olaraq tətbiq oluna bilən elektronik komponent halına gətirildi. Oleg Vladimirovich Losev adlı bir radio texniki radio qəbuledicilərində istifadə olunan diodların işıq yaydığını gördü və 1927-ci ildə bir Rus qəzetində LED haqqında kəşflərini nəşr etdi. İlk əvvəllər yalnız zəif qüvvətli qırmızı işıq verə bilirdilər amma müasir LEDlər, ultrabənövşəyi, infraqırmızı kimi müxtəlif dalğa ölçülərində, yüksək parlaqlıqda işıqverə bilir. Çox az enerji istifadə etməsi, uzun ömrü, möhkəmliyi, kiçik ölçüsü və sürətli açılıb bağlana bilinməsi kimi ənənəvi işıq qaynaqlarına görə bir sıra üstünlüklərə malikdir. Ancaq, nisbətən bahalıdır. LED, müxtəlif sahələrdə tətbiq olunur == Tarix == Bərk dioddan işıq emissiyası haqqında ilk məlum hesabat 1907-ci ildə Marconi Laboratoriyasının britaniyalı eksperimentatoru Henry Round tərəfindən hazırlanmışdır. Aparatın katodunda sarı, yaşıl və narıncı parıltının göründüyünü qeyd etmişdir. Daha sonra, 1923-cü ildə məlum oldu ki, bu maddələrdən elektrik cərəyanı keçərsə, işıq meydana gələcək.
Lea
Lea (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Lej
Lej (fr. Liège) Belçikanın 10 əyalətindən biridir. Limburq, Namyur, Flamand Brabantı, Vallonski Brabanton və Lüksemburq əyaləti (Lüksemburq dövləti), Niderland və Almaniya ilə həmsərhəddir. İnzibati-ərazi vahidi Lej şəhəri. == Coğrafiyası == Vilayətin şərqində Almaniya sərhəddindən Şərqi Kantonlar mövcuddur ki, harada alman azlıqlar yaşayır. Lej şəhərində məşhur kurort Spa və yeganə frankdilli şəhər Niderland sərhəddində yerləşir. 1829-cu ildə Lej və Engis şəhərlərində neandertal insan kəlləsi tapılmışdır. Trou Al’Wesse mağarada yağıntıların təsiri ilə neandertal insanın sümükləri saxlanılmamışdır. Genetiklərin analizləri nəticəsində neandertal insanın DNK sı aşkar edilmişdir. == Əsas göstəriciləri == Sahə: 3862 кm² Ən hündür zirvəsi: Botranj,694 m (Belçikanın ən hündür nöqtəsi) Əsas çayları: Maas, Urt, Verd, Amblev Əhalisi: 1 067 685 nəfər.
Leo
Leo — ad. Leo Kuper — soyqırımı araşdırmaları üzrə ixtisaslaşmış Cənubi Afrika sosioloqu. Leo Tethani — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar CAR futbolçusu Leo Delib — Fransalı bəstakar. Leo Hovard — ABŞ kinoaktyoru, model. III Leo (imperator) — Bizans imperatoru.
Ley
Belibağlı (lat. Circus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Xeb
Xeb (çex. Cheb, Çexcə tələffüz: [xɛp]; alm. Eger‎) — Çexiyada şəhər. Oqrje çayı (Labanın qolu) sahilindədir. Dəmiryol qovşağıdır. Burada velosnped və saat istehsal olunur. Pambıq parça, keramika, optika sənayesi var. == Təhsil == Qərbi Bohemiya Universitetinin pedaqoji və iqtisadi fakültəsinin Xebdə ayrıca məkanı mövcuddur və orada təhsil proqramları açılır. == İdman == Şəhəri "Hvezda Xeb" futbol klubu təmsil edir. Çexiya futbol sisteminin 4-cü pilləsində çıxış edir.
Veb
Veb — İnternet. Ümumdünya hörümçək toru, qısaca: WWW və ya veb.
Web
Veb — İnternet. Ümumdünya hörümçək toru, qısaca: WWW və ya veb.
Panthera leo leo
Berber şiri (lat. Panthera leo leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Bruce Lee
Brüs Li (ing. Bruce Lee; çin. 李振藩 Li Jun-fan; 27 noyabr 1940[…], San-Fransisko, Kaliforniya – 20 iyul 1973[…]) — döyüş sənəti üzrə məşhur döyüş ustası, rejissor, ssenarist, idmançı və aktyor, Cit Kun Do döyüş sənətinin yaradıcısı, filosof == Həyatı == 1940-cı ilin səhərində Çin təqviminə görə Əjdaha ilində Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olan Brüs Linin əsl adı Jun-fan Lidir. Atası və anası, Çin operasında aktyor idi. Anası Qreysin sözlərinə görə, ona bir Amerikan adı verməyi fikirləşmirdi. Xəstəxanada işləyən həkimlərdən biri bu körpəyə Brüs deməyə başladı buna görə də anası bu adı dəyişdirməyib ona Brüs adını verdi. Bundan sonra adı Brüs Li oldu. Ailə çox qısa bir müddət sonra Honq Konqa geri döndü. 6 yaşı olanda da o tündxasiyyət idi. Brüs Honq Konqda film karyerasına 8 yaşında başladı.
Ləhcə
Ləhcə — eyni dilin digər ləhcələrinə məlum olmayan bir sıra ümumi hadisələrlə bir-birinə bağlı olan şivə qrupunu (və hətta dialektləri) birləşdirən bir dilin böyük bir bölməsi. Məsələn, məlumat XIX–XX əsr terminologiyasına görə, Kursk və Ryazan dialektlərinə əsaslanan rus dilinin Böyük Novqorod ləhcələr qrupu – Şimali Böyük rus və Cənubi Böyük rus ləhcələrinini mənşəyi budur.
Ləhnə
Ləhnə (az-əbcəd. لهنه‎, fars. لهنه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 30 nəfər yaşayır (11 ailə).
Məhvi
Molla Məhəmməd Osman Bəlxi (kürd. مەلا موحەمەد کوڕی عوسمان بەڵخی) və ya təxəllüsü ilə Məhvi (kürd. مەحوی) (1830 – 1906, Süleymaniyyə) — Osmanlı kürd sufi şairi. Soran dilində yazıb-yaratmışdır. Qacar dövlətində, Məhabad və Sənəndəc şəhərlərində təhsil almışdır. O, 1862-ci ildə o zaman Osmanlının Süleymaniyyə məhkəməsində hakim olmuşdur. Məhvi İstanbula səyahət etmiş və 1883-cü ildə II Əbdülhəmidlə tanış olmuşdur. O, Süleymaniyyədə bir xanəgah qurmuş və ona Osmanlı sultanının adını vermişdir. Məhvi şeirlərində əsasən təsəvvüfü təbliğ edir, eyni zamanda insanın vəziyyəti və həyatın mənası ilə bağlı suallar kimi ekzistensial problemlərdən bəhs edirdi. == İstinadlar == == Xarici keçidlər == A collection of essays on Mahwi's poems (in Kurdish) Classical Traditions and Modern Meanings, by Stephen Sperl.
Qəhvə
Qəhvə (ərəb. قهوة‎‎‎ – "ehtiraslandıran içki") — qovrulmuş və üyüdülmüş qəhvə dənəciklərindən hazırlanmış isti içki. Dünyanın bir çox ölkələrində kofe adı ilə məşhurdur. Bu içki tərkibində olan kofein sayəsində stimullaşdırıcı təsirə malikdir. == Tarixi == İlk dəfə qəhvə Həbəşistanın cənub qərbində yerləşən Qaffa bölgəsində aşkar olunmuşdur. Sonralar qəhvə Mərkəzi Ərəbistana gətirilir. Yəmənin cənub qərb hissəsində becərilir. Bu günə kimi də Yəmən dünayada ən böyük qəhvə istehsalçısıdır. Hazırda dünayda 50-dən çox ölkədə qəhvə bitkisi növləri becərilir. Qəhvənin hazırlanmasının Həbəşistan üsulu ən qədim üsul sayılır.
Azərbaycanda ləhcə
Azərbaycan dilinin dialektləri — kompakt şəkildə əsasən tarixi Azərbaycan ərazisində yaşayan etnik azərbaycanlıların danışdıqları şivələrin məcmusudur. 2015–ci il etibarı ilə Azərbaycan dilində danışanların sayı 30 milyon nəfərdən çoxdur. == Məskunlaşma və say == Ana dili olaraq Azərbaycan dilində danışan əhali geniş coğrafiyada kompakt şəkildə məskunlaşmışdır. === İranda === Şahın xahişi ilə Rusiyadan hərbi məsləhətçi qismində göndərilmiş general–mayor qraf İvan Osipoviç Simoniçin yavəri olaraq 1837–1840–cı illərdə İranda olmuş podpolkovnik İvan Fyodoroviç Blaramberq bu dövlətdə müxtəlif rəsmi və qeyri–rəsmi şəxslərdən duyduğu məlumatları təhlil edir və belə qənaətə gəlir ki, İranın ümumi əhalisi 5 milyon nəfərdən çox deyil. Alman əsilli şərqşünas Yulius Sezar Hentşenin 1869–cu ildə istinad etdiyi mənbəni göstərmədən qeyd edir ki, 5 milyon nəfərdən ibarət İran əhalisinin 1 milyon nəfərini türktatarlar, 125 min nəfərini isə türkmənlər təşkil edir. Türkmanlar xaric bütün İran türklərini həm də azərbaycanlılar adlandıran, Budapeştdə (Avstriya–Macarıstan) doğulmuş və müasir İran ərazisindən keçərək 1861–1864–cü illərdə Orta Asiyaya səfər etmiş yəhudi əsilli türkoloq və şərqşünas Armin Vamberi 1885–ci ildə nəşr edilmiş "Türk xalqı" kitabında İranda onların sayını 2 milyon nəfər təxmin edir. Rus əsilli şərqşünas və etnoqraf Nikolay Aleksandroviç Aristov(ru) isə iddia edir ki, Vamberiyə görə bu say İran əhalisinin üçdə birinə bərabər idi. Məhəmməd Əmin Rəsulzadə İran türkləri haqqında 1912–ci ildə qələmə aldığı yazılarında qeyd edirdi ki, türklər ən aşağı ehtimalla İran əhalisinin üçdə birini təşkil edirlər. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində millət vəkili olmuş və 1920–ci ildən 1971–ci ildə vəfatı tarixinədək Türkiyədə mühacir həyatı yaşamış yazıçı Mirzə Məmmədsadıq Axundzadənin təxmininə görə 1939–1940–cı illərdə təqribən 10 milyon nəfər olan İran əhalisinin 5 milyon nəfərini türklər təşkil edirdi. Rusiya Elmlər Akademiyasının Asiya Xaqları İnstitutu tərəfindən yayımlanan "Qısa hesabatlar"ın 77–ci buraxılışında nəşr edilmiş S. M. Əliyevin "Müasir İranda milli məsələ" məqaləsində olan məlumatlara görə general–leytenant Hüseyn Əli Razmaranın (fars.
Azərbaycanda qəhvə
Azərbaycanda qəhvə getdikcə populyarlaşan içki növlərindən biridir. Ölkədə qəhvə mədəniyyəti son 10 ildə formalaşıb. Azərbaycanda Starbucks, Gloria Jean's, Traveler's Coffee, Second Cup, Double Coffee, Coffeemania kimi qəhvəxana şəbəkələri fəaliyyət göstərir. == Tarix == Azərbaycan mətbəxinə qəhvə ərəblərlə uzunmüddəli əlaqələr nəticəsində daxil olmuşdur. Kakao, qəhvə və s. kimi Şərq süfrəsinə məxsus içkilər keçmişdə kəndli ailələrinin məişətinə sirayət etməmişdir. İstisna kimi, şəhərin kübar ailələrində ziyafət süfrəsində qəhvə içilirdi. == Mədəniyyət == 2019-cu ilin yanvarında Azərbaycanda 3 günlük Bakı Qəhvə və Çay Festivalı baş tutmuşdur. 2022-ci ildə isə Bakının Ağ Şəhər massivində Azərbaycanın ilk qəhvə festivalı keçirilmişdir. "Coffest" adlı tədbir zamanı 30-dan çox kofeşopun, yerli və xarici qəhvə şirkətinin, 3 incəsənət mərkəzinin məhsulları sərgilənmişdir.
Hazır qəhvə
Hazır qəhvə ya da qəhvə tozu, mayalanmış qəhvə çərdəklərindən əldə edilən içkidir. Qurutma prosesi dondurularaq və ya sprey köməkliyi ilə həyata keçirilir. Sıxışdırılmış maye halında olan hazır qəhvə növləri də vardır. Hazırlama qaydası (isti suda asanlıqla həll olması), qəhvə çəyirdəyinə müqaisədə daha yüngül olması və uzun müddətli ömrü hazır qəhvənin üstünlükləri arasında yer alır. Bundan başqa, yaxşı qurudulmamış hazır qəhvə asanlıqla xarab ola bilər. == Tarixi == Hələ Amerika Vətəndaş Müharibəsi zamanı, birlik ordusu üçün "Essence of Coffee" adı altında konsentratlaşdırılmış qəhvə/süd/şəkər qarışığı istehsal edilir. Bu cür hazır qəhvə, bir çay qaşığı bir fincan isti su ilə qarışdırılaraq içilirdi. Ancaq bu qarışıq qoşunlar arasında o qədər populyar olmadığı üçun, tezliklə istehsalı dayandırılır. Hazır və ya həll olunan qəhvə 1890-cı ildə Yeni Zelandiyanın "Invercargill" şəhərində yaşayan David Strang tərəfindən ixtira edilmiş və 3518 nömrəsi ilə patentləşdirilmişdir Patentləşdirilmiş məhsul, "Quru isti hava" prosesinə istinad edilərək "Strang's Coffee" ticarət markası adı altında satılmağa başlamışdır. Bəzi müasir mənbələr isə, ixtiranın fransız yumorist və yazıçı Alphonse Allaisa məxsus olduğunu qeyd edirlər.
Həkim səhvi
Həkim səhvi — həkimin və ya hər hansı digər tibb işçisinin peşə fəaliyyəti zamanı bilmədən səhv etməsi. Səhlənkarlıq buna aid deyil. == Hüquqi tərəfi == Qanunda "Həkim səhvi" termini yoxdur, buna görə də vəkillər, ümumiyyətlə, bundan istifadə etmirlər. Əsasən, tibbi ədəbiyyatda yayılmışdır, lakin hətta burada bu terminin ümumi qəbul edilmiş konsepsiyası yoxdur. == Təsir == Qlobal olaraq, 2013-cü ildə tibbi müalicənin mənfi təsirlərindən 142.000 insanın öldüyü təxmin edilir, 1990-cı ildə bu rəqəm 94.000 idi. 2000 Tibb İnstitutunun hesabatında tibbi səhvlər nəticəsində 44.000 ilə 98.000 arasında ölüm və ABŞ xəstəxanalarında hər il 1.000.000-dan artıq yaralanma təxmin edildi. İngiltərədə 2000-ci ildə edilən bir araşdırma hər il təxminən 2 milyard funt sterlinqə başa gələn 850.000 tibbi səhvin meydana gəldiyini aşkar etdi. 2002-ci il Səhiyyə Tədqiqatları və Keyfiyyət Agentliyi hesabatına görə, dərman səhvlərindən hər il təxminən 7000 insanın öldüyü təxmin edilmişdi. Tibbi səhvlər dünyada 10 xəstədən birinə təsir göstərir. Digər hesablamada isə hər il 180.000 insanın yatrogen zədə nəticəsində öldüyü bildirilir.
Qəhvə ağacı
Qəhvə ağacı (lat. Coffea) - boyaqotukimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ərəb qəhvə ağacı (Coffea arabica L.) == İstinadlar == Qəhvə ağacı:The Plant List saytında takson barədə məlumat.
Qəhvə rəngi
Qəhvəyi və ya qonur – rənglərdən biri. == Ümumi məlumat == Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir. Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. == Qəhvəyi rəng və atlar == Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır.
Xilafətin ləğvi
Xilafətin ləğvi — dünyada sonuncu tanınmış xilafət olan Osmanlı xilafətinin Türkiyə Böyük Millət Məclisinin 3 mart 1924-cü il tarixli fərmanı ilə ləğv edilməsi. Bu proses Atatürkün Osmanlı imperiyasının Türkiyə Cümhuriyyəti ilə əvəzlənməsindən sonra həyata keçirdiyi islahatlardan biri idi. II Əbdülməcid sonuncu Osmanlı xəlifəsi, Mustafa Səbri isə Osmanlının sonuncu şeyxülislamı kimi taxtdan salınmışdı. Xəlifə nominal olaraq dünyadakı bütün müsəlmanların ali dini və siyasi lideri idi. Hadisədən əvvəlki illərdə, davam edən Türkiyə İstiqlaliyyət müharibəsi zamanı xilafətin qeyri-müəyyən gələcəyi dünya miqyasında sünni islam icması arasında kəskin reaksiyalara səbəb olmuşdu. Xilafətin ləğv edilməsi ehtimalına Hindistandakı Xilafət hərəkatı fəal şəkildə qarşı çıxmış, bütün müsəlman dünyasında qızğın müzakirələrə səbəb olmuşdu. Xilafətin ləğvi Osmanlı sultanlığının ləğvindən 18 aydan az bir müddət sonra baş vermişdi. == Həmçinin bax == Osmanlı sultanlığının ləğvi == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Nafi, Basheer. The Abolition of the caliphate: causes and consequences // The Different aspects of Islamic culture, v. 6, pt.
Yaponiyada qəhvə
Yaponiyada qəhvə (日本のコーヒー, Nihon no kohi) populyar içki növlərindən biridir. Ölkədə bir çox kafe fəaliyyət göstərir. Starbucks və Doutor ölkənin əsas kafe şəbəkələridir. == Tarixi == Yaponlar artıq XVII əsrdə portuqal və holland tacirlərin qara, şirin, qatı içkini sevdiklərini bilirdilər. Lakin 1910-cu illərə qədər qəhvə Yaponiyada geniş şəkildə istehlak olunan məhsul deyildi. Bu dövrdə Avropadan kafe mədəniyyətinin gəlməsi qəhvə də populyarlaşdırmışdır. Qəhvə hazırlamaq sənəti qəhvə içməkdən daha məşhur idi. İkinci dünya müharibəsindən sonra 1950 və 1960-cı illərdə Yaponiyada qəhvə dükkanlarının sayında böyük partlayış yaşanmış və qəhvə çox populyar içkiyə çevrilmişdir. Qəhvə dənələri Yaponiyada nisbətən çox bahalı olduğu üçün evlərdə hazır qəhvələr daha populyar olmuşdur. 1990-cı illərin ortalarında ilk Starbucks kafelərinin açılması kiçik kafelərə təsir göstərmiş və ölkədə yeni götür-apar mədəniyyəti yaranmışdır.
Əbu Ləhəb
Əbu Ləhəb (549, Məkkə – 624, Məkkə) — Məhəmməd peyğəmbərin əmilərindən idi. Adı Əbdüluzza, künyəsi Əbül-Ubtədir. peyğəmbərə çox əziyyət etməsi, kin bəsləməsi və məsğərəyə qoyması səbəbiylə "Atəşlər Atası", yəni cəhənnəmlik mənasında "Əbu Ləhəb" ləqəbilə məşhur oldu. Bu ləqəbi Qurani-Kərimdə Məsəd surəsində zikr edilib. Peyğəmbərin əmisi olduğu halda müsəlman olmadı. Müsəlmanların ən qəddar düşməniydi. Heç bir kəsin müsəlman olmaması üçün gecə-gündüz çalışırdı. Peyğəmbərin dünyaya gəldiyi günün səhəri xidmətçisi Süveybə; "Qardaşın Abdullahın oğlu oldu" deyə sevinərək ona müjdə gətirincə sevinərək; Ona süd vermək şərtilə səni azad edirəm demişdi. Beləliklə, Rəsulullahın ilk süd anası Süveybə oldu. Əbu Ləhəb Rəsulullaha olan düşmənçiliyi heç bir zaman əldən buraxmadı.
Ləhcə (dialektologiya)
Ləhcə — eyni dilin digər ləhcələrinə məlum olmayan bir sıra ümumi hadisələrlə bir-birinə bağlı olan şivə qrupunu (və hətta dialektləri) birləşdirən bir dilin böyük bir bölməsi. Məsələn, məlumat XIX–XX əsr terminologiyasına görə, Kursk və Ryazan dialektlərinə əsaslanan rus dilinin Böyük Novqorod ləhcələr qrupu – Şimali Böyük rus və Cənubi Böyük rus ləhcələrinini mənşəyi budur.
Lev (Kəlbəcər)
Lev — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Lev kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfinndən işğal edilib. Kənd 2020-ci il 25 noyabrda işğaldan azad edilib. ının sahilində, Burovar silsiləsinin ətəyindədir. Tam adi Levkənddir. Kəndin adı oradakı Lev (və ya Leh) adlı qədim qalanın adındandır. Qala Tərtər çayının sahilində, sıldırım qaya üstündədir. Xalq arasında qala Lev (Ləkərqişlaq) Loktim də adlanır. Qalanın adi XII əsrdən məlumdur. Bəzi tədqiqatlara görə, lev/ldv fars dilindəki bb sözündən olub “dodaq”, məcazi mənada “dag çixintisi, irəli çixmiş qaya” mənasındadır.
Lev Bardukov
Lev Bordukov (13 mart 1913 – 1967) — Aktyor. == Həyatı == Lev Bordukov 1913-cü ildə Moskvada dünyaya gəlib. O, ilkin yaradıcılığa 16 yaşından başlayıb. 1929-1932-ci illərdə Moskvada Fəhlə Teatrının aktyoru olub. İlk dəfə 1933-cü ildə Almaniyada fəhlələrin ağır vəziyyətindən, kommunistlərin kapitalistlərə qarşı mübarizəsindən bəhs edən "Günəş Qərbdə çıxır" filminə çəkilib. 1933-cü ildə Moskva İncəsənət Teatrına aktyor kimi qəbul olunub. Buradakı fəaliyyəti 1941-ci ildə İkinci Dünya müharibəsinə çağırılana qədər davam edib. 43-cü ilə qədər Böyük Vətən müharibəsində iştirak edir, ancaq qəfil dəyən güllədən ağır yaralanır və orduya yararsız biri kimi tərxis olunur. Müharibədən qayıdandan sonra Mərkəzi Nəqliyyat Teatrının və Teatr Studiyasının səhnəsində çıxış etməyə başlayır. Levin çılğın xarakteri, yüksək ədalət hissi müharibədən sonra onu ölkədə baş verən daxili çəkişmələrin içərisinə doğru çəkir.
Lev Berq
Lev Semyonoviç Berq (1876-1950) — rus coğrafiyaşünası. == Həyatı == L.N.Berq 1876-cı ildə Moldoviyanın Bender şəhərində anadan olmuşdur. O, Kişinyovda gimnaziyanı qızıl medalla bitirmiş, 1894-cü ildə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət bölməsinə daxil olmuşdur. Ixtiologiya (balıqları öyrənən sahə) sahəsilə xüsusi maraqlanan Berq 1898-ci ildə universiteti bitirərək Qərbi Sibir göllərini öyrənməyi yola düşür. Özündən əvvəlki tədqiqatçılardan fərqli olaraq Sibir göllərinin səviyyəsinin qalxdığını müəyyən edib. Hərtərəfli biliyə malik olmasını nəzərə alaraq Berq haqqında müəllimi belə yazır: "Bütün bunları öyrənməyi və ciddi fikirləşməyi o nə vaxt çatdırırdı." Görkəmli alim göllərin öyrənilməsində xüsusilə maraqlı olmuşdur. Universiteti qurtarmaqla o, bir neçə il ərzində Aral dənizini, səhraların relyefini, İssık-Kul, Balxaş, Qərbi Sibir göllərini öyrənmişdir. Yazılmış əsərlər içərisində "Aral dənizi" kitabı xüsusi elmi əhəmiyyətə malikdir. Ilk dəfə olaraq Berq bu gölün müxtəlif dərinliklərində temperaturu öyrənmiş, axın istiqamətini, tərkibini müəyyən etmişdir. Ilk dəfə olaraq Aral gölündə müəyyən etdiyi duran dalğaları müəyyən etmiş və onu magistr dissertasiya müdafiəsinə təqdim etmişdir.
Lev Bordukov
Lev Bordukov (13 mart 1913 – 1967) — Aktyor. == Həyatı == Lev Bordukov 1913-cü ildə Moskvada dünyaya gəlib. O, ilkin yaradıcılığa 16 yaşından başlayıb. 1929-1932-ci illərdə Moskvada Fəhlə Teatrının aktyoru olub. İlk dəfə 1933-cü ildə Almaniyada fəhlələrin ağır vəziyyətindən, kommunistlərin kapitalistlərə qarşı mübarizəsindən bəhs edən "Günəş Qərbdə çıxır" filminə çəkilib. 1933-cü ildə Moskva İncəsənət Teatrına aktyor kimi qəbul olunub. Buradakı fəaliyyəti 1941-ci ildə İkinci Dünya müharibəsinə çağırılana qədər davam edib. 43-cü ilə qədər Böyük Vətən müharibəsində iştirak edir, ancaq qəfil dəyən güllədən ağır yaralanır və orduya yararsız biri kimi tərxis olunur. Müharibədən qayıdandan sonra Mərkəzi Nəqliyyat Teatrının və Teatr Studiyasının səhnəsində çıxış etməyə başlayır. Levin çılğın xarakteri, yüksək ədalət hissi müharibədən sonra onu ölkədə baş verən daxili çəkişmələrin içərisinə doğru çəkir.
Lev Borisov
Lev İvanoviç Borisov — Rusiyanın Xalq artisti, teatr və kino aktyoru == Həyatı == Lev İvanoviç Borisov 8 dekabr 1933-cü ildə anadan olub. Boris Şukin adına teatr məktəbini bitirib, 1987-ci ildə M.N.Yermolova adına Moskva Dram Teatrının aktyoru olub. Yaradıcı karyerası dövründə 90-dan çox filmdə çəkilib. 50-ci illərdə “Yetkinlik attestatı” (1954) filmimdə onuncu sinif şagirdi kimi debüt edib. Aktyora “Banditski Peterburq” (“Canilərin Peterburqu”) (2000-2003) teleserialında oynadığı Antibiotik adlı kriminal avtoritetin rolu böyük uğur qazandırıb. Sonuncu kino işləri arasında “Əjdaha sindromu” (2011), “Qorqona əməliyyatı” (2011) göstərmək olar. Rusiyanın Xalq artisti, teatr və kino aktyoru Lev Borisov 15 yanvar 2011-ci ildə çərşənbə axşamı Moskvada 78 yaşında dünyasını dəyişib.
Lev Brovarski
Brovarski Zaqatalanın Simurq klubunun baş məşqçisi Roman Pokoranın "Karpatı"da uzun müddət komanda yoldaşı və kapitanı olub. O, 1969-cu ildə, 20 yaşında ikən Lvov təmsilçisinin kapitanı kimi SSRİ kubokunu başı üzərinə qaldırıb. Pokora da həmin vaxt "Karpatı"nın heyətində yer alsa da, qələbə qazandıqları final oyununda ehtiyatda qalıb. Lev Brovarski bu komandada oyun sayına görə (412) rekordçudur. Lvov futbolunun tarixində ən yaxşı futbolçu sayılan Brovarski SSRİ yığmasında da çıxış edib. O, 1990-cı ildə İtaliyada keçirilən dünya çempionatının final mərhələsində 1/4 finala çıxan Kamerun yığmasının baş məşqçisi Valeri Nepomnyaşının köməkçisi olub. Brovarski SSRİ-nin əməkdar idman ustası, Ukraynanın əməkdar məşqçisi adını daşıyıb. Qeyd edək ki, "Karpatı" ötən 2008-ci ilin noyabrında Brovarskinin 60 illik yubileyində geydiyi 6 nömrəli formanı əbədiləşdirib. O, həmin vaxt Ukrayna prezidenti Viktor Yuşenkonun qərarı ilə dövlət mükafatına layiq görülüb. Ukraynanın "Karpatı" klubunun sabiq məşqçisi Lev Brovarski 2009-cu ildə vəfat edib.
Lev Dovator
Lev Mixayloviç Dovator (rus. Лев Миха́йлович Дова́тор; 20 fevral 1903 – 19 dekabr 1941) — İkinci dünya müharibəsində həlak olan general-mayor. Ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. == Bioqrafiya == 1903-cü ilin 20 fevralında Xotinoda kəndli yəhudi ailəsində anadan olmuşdur. Almaniyanın SSRİ-yə hücumu zamanı Qırmızı ordunun 36-cı atlı dəstəsinin başçısı heyət başçısı vəzifəsinə gətirilmişdir. Tezliklə atlı dəstənin komandiri olmuşdur. 1941-ci ilin avqust-sentyabr aylarında dəstəsi Smolensk yaxınlığında alman qüvvələrini cəsarətlə məğlub etmişdir. Moskva uğrunda döyüşlərdə Lev Dovator 2-ci Gözətçi Atlı Dəstə Korpusunun komandiri olaraq Volokolamskdan almanların hücumunu dəf etmişdir. 1941-ci ilin 19 dekabrında Ruza yaxınlığında gedən döyüşdə həlak olmuşdur. Ölümündən iki gün sonra ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Lev Durov
Lev Konstantinoviç Durov (rus. Лев Константинович Дуров; 23 dekabr 1931, Moskva - 20 avqust 2015, Moskva) — Sovet və Rusiya teatr və kino aktyoru, teatr rejissoru, pedaqoq, SSRİ xalq artisti (1990). == Həyatı == == Filmoqrafiya == Qocalar-quldurlar (film, 1971) Baharın on yeddi anı (film, 1973) Al çiçək (film, 1977) Qorxma, mən səninləyəm Papaq (film, 2007) Qorxma, mən səninləyəm!
Lev Karaxan
Lev Mixayloviç Karaxan (erm. Լևոն Միքայելի Կարախանյան, rus. Лев Михайлович Карахан; 20 yanvar (1 fevral) 1889, Tiflis – 20 sentyabr 1937, Moskva) — erməniəsilli SSRİ diplomatı. RSFSR və SSRİ xarici işlər komissarının müavini, Polşa, Çin və Türkiyədə RSFSR və SSRİ-nin diplomatik təmsilçisi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Капица М. С. Л. Карахан (1889–1937), в кн.: Видные советские коммунисты — участники китайской революции. — М., 1970. Раскольников Ф. Ф. На боевых постах. — М., 1964. Деятели СССР и революционного движения России. Энциклопедический словарь Гранат.
Lev Karsavin
Lev Platonoviç Karsavin (d. 1882 - ö. 1952) — Rus filosofu, şair, tarixçi. == Həyatı == Lev Platonoviç Karsavin 13 dekabr 1882-ci ildə Sankt-Peterburq şəhərində anadan olmuşdu.Sankt-Peterburq Dövlət Universitetində oxumuşdu. Lev Karsavin 20 iyul 1952-ci ildə vəfat edib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Карсавин, Лев Платонович: Биография. Библиография. Высказывания Arxivləşdirilib 2008-03-21 at the Wayback Machine Лев Карсавин (1882—1952): биография и тексты Arxivləşdirilib 2011-06-17 at the Wayback Machine Лев Карсавин. Метафизика любви — Документальный фильм (Россия, 2007). Режиссёр Олег Бараев.
Lev Kleyn
Lev Samuiloviç Kleyn (rus. Лев Самуи́лович Клейн; 1 iyul 1927, Vitebsk – 7 noyabr 2019, Sankt-Peterburq) — sovet və rus tarixçisi, arxeoloq, mədəniyyət antropoloqu, filoloq, elm tarixçisi. Tarix elmləri doktoru, professor. Sankt-Peterburqdakı Avropa Universitetinin qurucularından biridir. Tələbəlik illərində, Nikolay Marrın müəllif olduğu və o vaxt hakim olan "Yafəs dilləri nəzəriyyəsini"nə qarşı çıxırdı, aspiranturaya daxil olduqdan sonra isə Kiyev Rus dövlətinin mənşəyi məsələsində Sovet arxeoloqlarının fikirlərinə hakim olan antinormanizmə qarşıydı. İyirmi il Leninqrad Universitetinin arxeologiya şöbəsində dərs keçirdi. Nəzəri arxeologiyanın əsasları üzərində işləyirdi; nəzəriyyə və tarixşünaslıq mövzularına aid işləri təkçə Sovet İttifaqında deyil, həm də Qərbdə də fəal şəkildə nəşr edilirdi. 1981-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi alimə qarşı cinayət işi başlatdı və o, məhkum edildi. 1982-ci ildə sərbəst buraxıldıqdan sonra Kleyn akademik dərəcəsindən və fəxri addan məhrum edildi, onu işə qəbul etmirdilər və dərs deməyə icazə verilmirdi. Yalnız yenidənqurma illərində xaricdə müəllimlik etməyə başladı və SSRİ-nin dağılmasından sonra Sankt-Peterburq Dövlət Universitetində professor oldu və 1997-ci ilə qədər Avropa Universitetində dərs deyirdi.
Lev Landau
Lev Davidoviç Landau (rus. Лев Дави́дович Ланда́у; 9 (22) yanvar 1908, Bakı, Rusiya imperiyası – 1 aprel 1968[…], Moskva, SSRİ) — nəzəri fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr bəxş etmiş Sovet-Azərbaycan fiziki. Onun elmi nailiyyətləri arasında kvant mexanikasında sıxlıq matrisi metodunun kəşfi, diamaqnetizmin kvant nəzəriyyəsi, ifrat axıcılıq nəzəriyyəsi, ikinci növ faza keçidləri, ifrat keçiriciliyin Qinzburq – Landau nəzəriyyəsi, plazma fizikasında Landau sönməsinin izahı, kvant elektrodinamikasında Landau qütbü, və iki-komponentli neytrinoların nəzəriyyəsi misal göstərilə bilər. Landau ifrataxıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Landau 1908-ci ilin 22 Yanvar tarixində Bakıda yəhudi ailəsində anadan olmuşdur (atası David Lvoviç Landau, anası Lyubov Venyaminovna Qarkavi). Hələ çox erkən yaşlarında riyaziyyatda nümayiş etdirdiyi qeyr-adi istedad sonralar onun barəsində nə vaxtsa riyaziyyatı bilməməsini xatırlamadığını deməsi kimi xatırlanmışdır. Landau 13 yaşında gimnaziyanı bitirmiş, universitetə yaşı çatmadığından, Baki İqtisadiyyat Texnukumuna qəbul olunmuşdur. 1922-ci ildə cəmi 14 yaşında ikən Bakı Dövlət Universitetinə qəbul olunmuşdur. Burada o eyni zamanda iki fakültədə, Fizika-riyaziyyat və Kimya ixtisasları üzrə təhsil almışdır. 1924-cü ildə Leninqrad Universitetinin fizika fakültəsinə göndərilmiş və buranı 1927-ci ildə bitirmişdir.
Lev Maneviç
Maneviç Lev Yefimoviç (1898-1945) — Sovet İttifaqı Qəhrəmanı == Həyatı == Maneviç Lev Yefimoviç 20 avqust 1898-ci ildə Belorusiyanın Mogilyov vilayətinin Çausı rayonunda dünyaya göz açıb. Lev Yefimoviç uşaq ikən öz valideynləri ilə Bakıya gəlmiş və şəhərin Qara şəhər adlanan hissəsində oxumuş və sonra zavodda işləmişdir. M.Frunze adına Hərbi Akademiyanı və Jukoski adına Hərbi Hava Akademiyasını bitirmişdir. Hərbi rütbəsi polkovnik olub. Lev Maneviçin sonrakı həyatı hərbi xidmətə həsr olunmuşdur. İkinci dünya müharibəsi illərində antifaşist istiqamətində hərbi kəşfiyyatçı olmuş və həbs edilərək polkovnik Starostin adı ilə hərbi düşərgədə (Almaniyada) saxlanılırdı. 1943-cü ildə İtaliya əks-kəşfiyyatçıları tərəfindən hitlerçilərə verilmişdir. Mauthauzen, Melk və Ebenze hərbi əsir düşərgələrində saxlanılmışdır. Amerikanlar tərəfindən azad olunduqdan sonra vərəm xəstəliyindən 12 may 1945-ci ildə vəfat etmişdir. 1945-ci ilin bayramı günlərində hərbi düşərgədə məhv edilmişdir.
Lev Tornik
Lev Tornik (yun. Λέων Τορνίκιος) — XI əsr Bizans generalı və zadəganı. O, 1047-ci ildə əmisi, Bizans imperatoru IX Konstantin Monomaxa qarşı üsyan qaldırır. Lev Tornik Frakiyadakı ordusu ilə paytaxt Konstantinopol şəhərinə doğru yürüş etmiş və onu mühasirəyə almışdır. İki uğursuz hücum cəhdindən sonra geri çəkilən Tornikin ordusu fərarilik etmiş, özü isə imperatora sadiq qüvvələr tərəfindən əsir götürülmüşdür. O, 1047-ci ilin Milad bayramında kor edilmişdir. Onun sonrakı həyatı haqqında heç bir məlumat yoxdur. == Həyatı == Lev Tornik Adrianopol şəhərində anadan olmuşdur. O, erməni və ya gürcü əsilli tanınmış torniklər zadəgan ailəsinin üzvü idi. Onun həməsri Mixail Psell Lev Torniki "qısaboylu, hiyləgər, qürurlu və iddialı" bir insan kimi təsvir etmişdi.
Lev Trotski
Lev Davidoviç Trotski (rus. Лев Дави́дович Тро́цкий, əsl soyadı Bronşteyn; 26 oktyabr (7 noyabr) 1879, Bereslavka[d], Xerson quberniyası, Rusiya imperiyası – 21 avqust 1940, Koyoakan[d]) — Marksist inqilabçı və nəzəriyyəçi, Sovet siyasi xadimi, Qırmızı ordu qurucusu və ilk rəhbəri, trotskizm nəzəriyyəsinin banisi. Trotski əvvəlcə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Menşevik İnternasionalist qanadını dəstəkləyirdi. O 1917-ci il Oktyabr İnqilabı baş verməmiş, tez bir zamanda Bolşeviklərə qoşulmuş və nəhayət Rusiya Sosial Demokrat Fəhlə (bolşeviklər) Partiyasında lider olmuşdur. RSFSR-in və SSRİ-nin ilk illərində o, Xarici İşlər üzrə Xalq Komissarı kimi və sonra Hərbi Dəniz İşləri üzrə Xalq Komissarı rütbəsi ilə Qırmızı Ordunun yaradıcısı və komandanı kimi xidmət etmişdir. 1920-ci illərdə Stalinin siyasəti və yüksəlişinə qarşı və Sovet İttifaqında bürokratiyanın artan roluna qarşı apardığı uğursuz mübarizədən sonra, Trotski hakimiyyətdən kənarlaşdırılmış (Oktyabr 1927), Kommunist Partiyasından xaric edilmiş (Noyabr 1927) və sonda, 1929-cu ildə Sovet İttifaqından sürgün olunmuşdur. Meksikada sürgündə olarkən, Trotski, IV İnternasionalın başçısı kimi, Sovet İttifaqındakı Stalin bürokratiyasına qarşı çıxmağa davam etmişdir. Avropa faşizminə qarşı Qırmızı Ordunun müdaxiləsinin ilk təbliğatçısı, Trostski, Stalinin Hitlerlə imzaladığı "qarşılıqlı toxunulmazlıq paktı"na qarşı çıxmışdır. 1940-cı ilin avqustunda Stalinin əmrilə Meksikada ispaniyalı Sovet agenti Ramon Merkader (Ramón Mercader) tərəfindən qətlə yetirilmişdir. Onun SSRİ-də qalan ailə üzvlərinin əksəriyyəti həbs olunmuş və edam edilmişdir.
Lev Tоlstоy
Lev Nikolayeviç Tolstoy (rus. Лев Николаевич Толстой; 28 avqust (9 sentyabr) 1828[…], Yasnaya Polyana[d], Tula quberniyası[d], Rusiya imperiyası[…] – 7 (20) noyabr 1910[…], Astapovo[d], Ryazan quberniyası[d], Rusiya imperiyası) — rus yazıçı, publisist və filosof. Dünya ədəbiyyatının ən böyük yazıçılarından biridir. L. Tolstoyun yazdığı "Hərb və Sülh", "Anna Karenina" "İnsanı yaşadan nədir" əsərləri realist roman janrının ən yaxşı nümunələrini hesab olunur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə — "Allahın səltənəti qəlbimizdədir" (rus. "Царство Божие внутри нас") XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Varlı bir ailənin övladı olaraq Yasnaya Polyanada anadan olmuşdur. Çox kiçik yaşlarında əvvəl anasını, sonra atasını itirdi, qohumlarının himayəsinə keçdi. Uşaqlığından həqiqətləri incələməyə qarşı böyük bir marağı vardı.
Lev Vıqotski
Lev Semyonoviç Vıqotski (rus. Лев Семёнович Выготский; 5 (17) noyabr 1896, Orşa, Mogilyov quberniyası[d] – 11 iyun 1934[…], Moskva) — görkəmli sovet psixoloqu. == Həyatı == Vıqotski ilk dəfə mühitin uşağın psixikasına təsirinin konkret mexanizmini göstərmişdir. Belə vacib mexanizmi o, interiorizasiyada görürdü. Göstərirdi ki, hər bir ali psixi funksiya iki dəfə təzahür edir. I dəfə xarici – interpsixika kimi, II dəfə daxili – intrapsixi kimi. Vıqotski psixi inkişafa uyğun olaraq yeni yaş dövrlərini müəyyənləşdirir. Dövrləşmənin kriteriyası kimi Vıqotski mənalılığı və dinamikanı ayırır. O, inkişaf və təlim arasındakı qarşılıqlı əlaqəni araşdırarkən yaxın inkişaf zonası ideyasını irəli sürür. Göstərir ki, təlim inkişafetdirici ola bilər.
Lev Yaşin
Lev Yaşin (21 oktyabr 1929[…] və ya 22 oktyabr 1929, Moskva, RSFSR, SSRİ – 20 mart 1990, Moskva, RSFSR, SSRİ) — əfsanəvi sovet futbol qapıçısı, 5-qat SSRİ çempionu, "Qızıl top" mükafatını almış yeganə qapıçı. == Həyatı == Sovet futbolunun görkəmli şəxsiyyətlərindən olan Lev İvanoviç Yaşin 22 oktyabr 1929-cu ildə Moskvada doğulub. == Karyerası == O, futbolçu karyerası ərzində yalnız "Dinamo" (Moskva) klubunda çıxış edib. 1949-cu ildən "Dinamo" (Moskva) klubunda oynamağa başlayan qapıçı 5 il sonra SSRİ yığmasına cəlb olunub. O, 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında və 1960-cı il Avropa çempionatında qızıl medal qazanıb. 1954–1959-cu illərdə Dinamo Moskva klubunda azərbaycanlı futbolçulardan Ələkbər Məmmədovla, 1966-cı il dünya çempionatında isə yığmanın tərkibində Anatoli Banişevski ilə birgə çıxış edib. 1963-cü ildə ona Avropanın ən yaxşı futbolçusu üçün müəyyənləşdirilən "Qızıl top" mükafatı verilib. 1986-cı ildə olimpiya ordeninə və bundan 2 il sonra FİFA-nın qızıl ordeninə layiq görülüb. 1971-ci il mayın 27-də futbolçu karyerasını başa vurduqdan sonra o, bir müddət uşaq və yeniyetmələrdən ibarət komandalarda məşqçi kimi çalışıb. İntensiv siqaret çəkməsi ilə əlaqədar damarlarının tutulması üzündən 50 yaşından sonra onun sol ayağında qanqrena başlayıb.
Lev Çerepanov
Lev Şaumyan
Lev Stepanoviç Şaumyan (25 aprel 1904, Tiflis – 24 may 1971, Moskva) — sovet jurnalisti, müəllim. == Həyatı == 1904-cü ildə Tiflisdə doğulmuşdur. Bakı döyüşündə iştirak etmiş, 26 Bakı komissarı ilə birgə həbs olunmuşdu. 1919-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 1919–1920-ci ildə Tiflis və Bakıda bolşeviklər üçün gizli fəaliyyətdə olmuş, 1922–1923-cü illərdə Y. M. Sverdlov adına Kommunizm institutunu bitirmiş, evlənmişdir. 1924–1932-ci illərdə Volqoqradda partiya şöbəsində çalışmışdır. 1948-ci ildə Sov.İKP MK yüksək təhsil mərkəzini bitirmişdir. 1932–1946cı illərdə jurnalistika fəaliyyətinə başlamış, 1941–1946cı illərdə "Ural fəhləsi" qəzetinin baş redaktoru olmuşdur. 1949-cu ildə "Sovet ensiklopediyası"nda işləməyə başlamış, 1954-cü ildə Böyük Sovet Ensiklopediyasının baş redaktorlarından olmuşdur.
Lev Şerba
Lev Şerba (belar. Леў Уладзіміравіч Шчэрба; 20 fevral (3 mart) 1880, Sankt-Peterburq – 26 dekabr 1944[…], Moskva) — Rus və Sovet dilçisi, SSRİ Elmlər Akademiyasının (1943) və RSFSR Pedaqoji Elmlər Akademiyasının (1944) akademiki, psixolinqvistikanın, leksikoqrafiyanın və fonologiyanın inkişafına böyük töhfə vermişdir. Fonem nəzəriyyəsinin banilərindən biridir. Rus, slavyan və fransız dillərində ümumi dilçilik üzrə mütəxəssis. == Həyatı == Lev Vladimiroviç Şerba, Minsk quberniyasının İqumen şəhərində anadan olub (bəzən səhvən, valideynlərinin onun doğumundan əvvəl köçdüyü Peterburq şəhəri doğum yeri kimi göstərilir), lakin Kiyevdə böyümüş, burada 2-ci Kiyev gimnaziyasını qızıl medalla bitirmişdir. 1898-ci ildə Kiyev Universitetinin təbiət fakültəsinə daxil olmuşdur. 1899-cu ildə valideynləri Sankt-Peterburqa köçdükdən sonra Sankt-Peterburq İmperator Universitetinin Tarix və Filologiya fakültəsinə keçmişdir. İvan Aleksandroviç Boduen de Kurtenenin tələbəsi olmuşdur. 1903-cü ildə "Fonetikada psixiki element" kompozisiyasına görə Sankt-Peterburq Universitetini qızıl medalla bitirmişdir. 1906–1908-ci illərdə Avropada yaşamış, Leypsiq, Paris, Praqada qrammatikanı, müqayisəli-tarixi dilçilik və fonetikanı öyrənmiş, Toskana və Lusatiya (xüsusən Mujakovski) ləhcələrini araşdırmışdır.
Lev Əsgərov
Əsgərov Lev Mabudoviç (1 sentyabr 1940 və ya 1 oktyabr 1942, Artyom – 30 aprel 2023, Bakı) — nasir, publisist, 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.[mənbə göstərin] == Həyatı == Lev Əsgərov 1942-ci il oktyabrın 1-də Bakı yaxınlığındakı Artyom qəsəbəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra neft sənayesində fəhləlik etmişdir. Ordu sıralarında hərbi xidmətdə olmuşdur (1959–1962). İlk yazıları "Sovetskiy voin" jurnalında və "Za rodinu" qəzetində çıxmışdır. Ordudan tərxis edilib Kazan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1962–1967). "Bakinskiy raboçiy", "Trud" qəzetlərinin xüsusi müxbiri (1967–1973), Krasnovodski vilayət partiya komitəsinin birinci katibinin köməkçisi (1973–1975), Bakı Radio zavodunun "İmpuls" qəzetinin redaktoru, Ümumittifaq müəllifləri hüquq cəmiyyətinin respublika şöbəsinin rəis müavini (1976–1982), Azərbaycan Respublikası kitabsevərlər cəmiyyətinin məsul katibi (1982–1985), Dostluq Cəmiyyətində "Sovet Azərbaycanı" jurnalının baş redaktoru (1987-ci ildən) olmuşdur. Rus dilində yazıb-yaradır, hekayə, povest və məqalələri dövri mətbuatda dərc olunmuşdur. "Mavi dirəklər" (1973), "Zapiski" (1981), "Xüsusi əlaməti yoxdur" (1986) kitablarında oçerk, hekayə və povestləri toplanmışdır. Lev Əsgərov 30 aprel 2023-cü ildə dünyasını dəyişmişdir. == Kitabları == Голубые вёрсты: Рассказы и очерки.
Osmanlı sultanlığının ləğvi
Osmanlı sultanlığının ləğvi — Türkiyə Böyük Millət Məclisinin 1 noyabr 1922-ci ildə qəbul etdiyi 308 saylı "Türkiyə Böyük Millət Məclisinin hüquqi hakimiyyət və hökmranlığının müməssili həqiqisi olduğuna dair" adlı qərarı qəbul etməsinə verilən ad. Monarxiyanın və ya səltənətin ləğvi ilə Osmanlı imperiyası rəsmən süqut etmişdir. == Proses == Səltənətin ləğv edilməsinə yol açan hadisə İstiqlaliyyət müharibəsinin uğurla nəticələnməsindən sonra toplanması düşünülən konfransa Ankara və İstanbul hökumətlərinin birlikdə dəvət edilmələridir. 1922 17 oktyabr tarixli teleqrafda sərdəzəm Tevfiq paşa sülh konfransında ortaq mövqe nümayiş etdirmək üçün Mustafa Kamala müraciət etmişdir. 20 oktyabr tarixli TBMM rəhbərliyinə ünvanlanmış ikinci teleqrafda Tevfiq paşa Babiali ilə TBMM arasında məqsəd baxımından tam birlik olduğunu, Sevr müqaviləsini ləğv etdirmək və işğalın nəticələrini ortadan qaldırmaq üçün bərabər şəkildə mübarizə aparıldığını bildirərək milli birliyin önəmini vurğulamış, vətən uğruna şəxsi ambisiyalardan əl çəkilməsinin lazım olduğunu bildirmişdir. 28 oktyabrda İsveçrənin Lozanna şəhərində keçiriləcək olan konfransa İstanbul və Ankara hökumətləri rəsmən dəvət edilmişdir. Bundan iki gün sonra toplanan TBMM İstanbul hökumətinin ləğvinə dair 82 imzalı qərarı müzakirə etmiş, lakin bir nəticəyə gələ bilməmişdir. 1 noyabrda Mustafa Kamalın müdaxilə etməsindən sonra səltənətin ləğvi barədə qərar qəbul edilmişdir. Eyni gündə alınan bir başqa qərarlarla 1 və 2 noyabr günləri milli bayram elan edilmişdir. Mustafa Kamalın yazdıqlarına görə millət vəkillərinin bir çoxu səltənətin ləğvinə qarşı çıxmışdılar.
Türkiyədə monarxiyanın ləğvi
Osmanlı sultanlığının ləğvi — Türkiyə Böyük Millət Məclisinin 1 noyabr 1922-ci ildə qəbul etdiyi 308 saylı "Türkiyə Böyük Millət Məclisinin hüquqi hakimiyyət və hökmranlığının müməssili həqiqisi olduğuna dair" adlı qərarı qəbul etməsinə verilən ad. Monarxiyanın və ya səltənətin ləğvi ilə Osmanlı imperiyası rəsmən süqut etmişdir. == Proses == Səltənətin ləğv edilməsinə yol açan hadisə İstiqlaliyyət müharibəsinin uğurla nəticələnməsindən sonra toplanması düşünülən konfransa Ankara və İstanbul hökumətlərinin birlikdə dəvət edilmələridir. 1922 17 oktyabr tarixli teleqrafda sərdəzəm Tevfiq paşa sülh konfransında ortaq mövqe nümayiş etdirmək üçün Mustafa Kamala müraciət etmişdir. 20 oktyabr tarixli TBMM rəhbərliyinə ünvanlanmış ikinci teleqrafda Tevfiq paşa Babiali ilə TBMM arasında məqsəd baxımından tam birlik olduğunu, Sevr müqaviləsini ləğv etdirmək və işğalın nəticələrini ortadan qaldırmaq üçün bərabər şəkildə mübarizə aparıldığını bildirərək milli birliyin önəmini vurğulamış, vətən uğruna şəxsi ambisiyalardan əl çəkilməsinin lazım olduğunu bildirmişdir. 28 oktyabrda İsveçrənin Lozanna şəhərində keçiriləcək olan konfransa İstanbul və Ankara hökumətləri rəsmən dəvət edilmişdir. Bundan iki gün sonra toplanan TBMM İstanbul hökumətinin ləğvinə dair 82 imzalı qərarı müzakirə etmiş, lakin bir nəticəyə gələ bilməmişdir. 1 noyabrda Mustafa Kamalın müdaxilə etməsindən sonra səltənətin ləğvi barədə qərar qəbul edilmişdir. Eyni gündə alınan bir başqa qərarlarla 1 və 2 noyabr günləri milli bayram elan edilmişdir. Mustafa Kamalın yazdıqlarına görə millət vəkillərinin bir çoxu səltənətin ləğvinə qarşı çıxmışdılar.
Öd kisəsinin ləğvi
Öd kisəsinin ləğvi ya Öd kisəsinin kəsilib götürülməsi (lat. cholecystectomy — chole — öd, cyst — kisə, ectomy — kənarlaşdırmaq) — öd kisəsinin kəsilib götürülməsi ya kənarlaşdırılması məqsədilə icra edilən cərrahi əməliyyatın adı. Öd kisəsinin kəsilib götürülməsi əməliyyatı minimal invaziv — laparoskopik ya da açıq üsulla icra olunur. Günümüzdə öd kisəsinin kəsilib götürülməsi əməliyyatlarının 90%-i laparoskopik üsulla yerinə yetirilir. == Göstərişlər == Öd kisəsinin kəsilib götürülməsi əməliyyatına göstərişlər: Öd kisəsinin iltihabı (lat. cholecystitis) Öd daşı xəstəliyi (lat. cholecystolithiasis) Öd kisəsinin iltihabı (lat. cholecystitis) və Öd daşı xəstəliyi (lat. cholecystolithiasis) zamanı öd yollarının tıxanması nəticəsində meydana çıxan öd durğunluğu xüsusilə yeməkdən sonra sağ qarınüstü yaxud qabırğaaltı nahiyədə davamlı sancılar yaxud koliklərlə özünü büruzə verir. == Cərrahi müdaxilə == === Tarixi === İlk dəfə laparatomik üsulla öd kisəsinin ləğvi — xolesistektomiya əməliyyatı 1882-ci ildə Berlinin Lazarus xəstəxanasında, laparaskopik üsulla isə 1985-ci ildə cərrah Erix Mühe tərəfindən Böblingen xəstəxanasında icra edilmişdir.
Əbu Ləhəb Surəsi
111-ci surə
Ərəb qəhvə ağacı
Ərəb qəhvə ağacı (lat. Coffea arabica) — qəhvə ağacı cinsinə aid bitki növü. Qəhvə bütün dünya xalqları tərəfindən çox qədimdən qida kimi istifadə olunan təbii nemətdir. O, başqa yeyinti məhsullarından fərqli olaraq, insan üçün daha faydalıdır. Onun üstünlüyü orasındadır ki, o, lazımi miqdarda (0,2 q) qəbul etdildikdə, orqanizmin qüvvəti və fəaliyyəti xeyli artırır, eyni zamanda fiziki və zehni yorğunluq götürülür, insanda bir növ yüngüllük, xoş əhvali – ruhiyyə və əmək gümmrahlığı yaranır. Məhz bu xassəsinə görə də qəhvədən çox qədim vaxtlardan bəri bütün dünyada, xoş ətirli və dadlı qida kimi geniş istifadə olunmaqdadır. Çoxlarımızın tanıdığı və istifadə etdiyi qəhvə – poroşok halına salınmış qəhvə ağacının toxumlarıdır. Bu ağacın isə əsil vətəni Həbəşistan və ərəb ölkələridir. Bu ölkələrdə vaxtilə qəhvə ağacları təbii halda çox geniş yayılmışdır. Bu qiymətli bitki çox qədimdən Hindistanda və Yava adalarında geniş becərilir.
Səhv səcdəsi
İki halda namazın salamından sonra insan gərək bir cüt səhv səcdəsi sonradan deyiləcək göstərişlə yerinə yetirsin: Təşəhhüdü unutsa. Dörd rəkətli namazda ikinci səcdəyə getdikdən sonra, dörd ilə beş və ya dörd ilə altı rəkət qıldığı barədə şəkk edərsə. Üç halda isə, vacib ehtiyata əsasən səcdeyi səhv lazımdır: Namazdan sonra, namazın səhih olmasına hökm olunmasına baxmayaraq, ümumi halda namazda bir şeyin səhvən əskik və ya artıq yerinə yetirildiyini bilirsə. Namaz əsnasında səhvən danışsa. Namazın salamını verməli olmadığı yerdə məsələn, birinci rəkətdə səhvən salam versə. Əgər bir səcdəni unudarsa və ayağa qalxması lazım olan yerdə, məsələn; Həmd və surəni oxuması lazım olan yerdə səhvən oturarsa, yaxud oturması lazım olan yerdə, məsələn; təşəhhüd etməsi lazım olan yerdə səhvən ayağa qalxarsa, iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Hətta namazda səhvən yerinə yetirdiyi çoxluq və azlıq üçün iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Bu bir neçə surətin hökmləri gələcək məsələlərdə izah olunacaq. Əgər insan səhvən və ya namazın qurtardığını xəyal edib danışsa, gərək ehtiyata əsasən bir cüt səhv səcdəsi yerinə yetirsin. Öskürəkdən peyda olan səs üçün, səhv səcdəsi vacib deyildir, amma səhvən nalə çəksə, ya "ah" çəksə və ya "ah" desə, gərək vacib ehtiyata əsasən səhv səcdəsi etsin.
Ləğv mədəniyyəti
İmtina mədəniyyəti və ya ləğv mədəniyyəti — qəbuledilməz şəkildə hərəkət etdiyi və ya danışdığı hesab edilən bəzi şəxslərin kənarlaşdırıldığı, boykot edildiyi və ya uzaqlaşdırıldığı, 2010-cu illərin sonu və 2020-ci illərin əvvəllərinə aid olan mədəni fenomen ifadə. Bu "uzaqlaşdırma" sosial mediada və ya şəxsən sosial və ya peşəkar dairələrə — məşhurların iştirakı ilə baş verən məşhur hadisələrə şamil edilə bilər. Bu fenomenə məruz qalanlardan "imtina edildiyi" deyilir. İmtina mədəniyyəti termini 2010-cu illərin sonu və 2020-ci illərin əvvəllərində istifadə olunmağa başlandı və əsasən mənfi mənalara sahibdir. "Çağırış mədəniyyəti" termini bəziləri tərəfindən eyni anlayış üçün daha müsbət söz kimi istifadə olunur. Bəzi tənqidçilər iddia edirlər ki, imtina mədəniyyəti ictimai diskursa soyuq təsir göstərir, səmərəsizdir, real sosial dəyişiklik gətirmir, dözümsüzlük yaradır və kiberzorakılığa səbəb olur. Digərləri isə iddia edirlər ki, "imtina" çağırışları söz azadlığının formalarından biridir və onlar hesabatlılığı təşviq edir və hüquqlarından məhrum edilmiş insanlara söz haqqı verir. Yenə də başqaları imtina mədəniyyətinin aktual bir fenomen olub-olmadığını sual altına alır, oxşar boykot formalarının imtina mədəniyyəti termininin yaranmasından çox əvvəl mövcud olduğunu iddia edir. Bəzi ictimai xadimlərin karyeraları geniş şəkildə "imtina" olaraq xarakterizə edilən boykotlardan təsirlənsə də, bundan şikayətlənən digərləri karyeralarını uğurla davam etdirdilər. == Mənşəyi == Təxminən 2015-ci ilə qədər, bir insanı və ya işi dəstəkləməyi dayandırmaq üçün bəzən ciddi, bəzən də zarafatla şəxsi qərara istinad etmək üçün imtina anlayışı Qara Twitter-də geniş yayılmışdı.
Yaradıcı məhv
Yaradıcı məhv (almanca: Schöpferische Zerstörung), Şumpeterin fırtınası olaraq da tanınır. 1950-ci illərdən etibarən Avstriya-Amerikalı iqtisadçı Yozef Şumpeterin Karl Marksın əsərlərindən törətdiyi və iqtisadi innovasiya nəzəriyyəsi olaraq ifadə etdiyi iqtisadi konsepsiyadır. Şumpeterə görə, "yaradıcı məhv fırtınası", iqtisadi quruluşu fasiləsiz olaraq içdən dəyişdirən, davamlı olaraq köhnəni dağıdarkən yenini yaradan sənayevi mutasiya müddətini ifadə etməkdədir. Marksist iqtisadiyyat nəzəriyyəsinə görəysə bu qavram kapitalizmin altında zənginlik yığımının və yox oluşunun bir-birinə bağlı müddətlərinə toxunaraq, daha geniş anlamda istifadə edilməkdədir.