Bağır Cabbarzadə
Bağır Məmmədrza oğlu Cabbarzadə (1894, Bakı – 1951, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti;
== Həyatı ==
Bağır Cabbarzadə 1894-cü ildə anadan olmuşdur. Səhnəyə ilk dəfə 1910-cu ildə çıxıb. "Nicat", "Səfa" cəmiyyətləri teatr truppalarının, "Müdiriyyət" dəstəsinin tamaşalarında oynayıb. 1919–1950-ci illərdə Akademik Milli Dram Teatrının truppasında çalışıb. 21 iyul 1949-cu ildə AZərbaycan Respublikasının Əməkdar artisti fəxri adı ilə təltif olunub.
== Əsas rolları ==
Qədim (Cəfər Cabbarlı, "Yaşar"),
Əbdül (Cəfər Cabbarlı, "Dönüş"),
Aftil (Cəfər Cabbarlı, "Almaz"),
Sönməz (Cəfər Cabbarlı, "Od gəlini"),
Qurban (Cəfər Cabbarlı, "Aydın"),
Hacı Zaman (Cəfər Cabbarlı, "Oqtay Eloğlu"),
Məhəmməd Əmin (Cəfər Cabbarlı, "Ədirnə Fəthi"),
Osman Midhət (İsa bəy Aşurbəyov, "Azərbay və Can"),
Qulam (Abdulla Şaiq, "Bir saatlıq xəlifə"),
Əmir Axşid (Namiq Kamal, "Qara bəla"),
Allahqulu (Əbdürrəhim bəy Haqverdiyev, "Köhnə dudman"),
İblis (Əbdürrəhim bəy Haqverdiyev, "Pəri cadu")
Aslan bəy (Əbdürrəhim bəy Haqverdiyev, "Dağılan tifaq"),
Rüstəm bəy (Nəcəf bəy Vəzirov, "Müsibəti- Fəxrəddin"),
Zubad (Hüseyn Bədrəddin, "Əmir Əbül Üla"),
Mirbağır ağa (Cəlil Məmmədquluzadə, "Ölülər"),
İxtiyar (Hüseyn Cavid, "İblis"),
Papas (Hüseyn Cavid, "Şeyx Sənan"),
Tatar Həsən (Maksim Qorki, "Yurdsuz İnsanlar"),
Qusman (Jan Batist Molyer, "Don Juan"),
Kölgə (Uilyam Şekspir, "Hamlet"),
Lyapkin-Tyapkin (Nikolay Qoqol, "Müfəttiş").