ÇIXAR
ÇIXARIŞ
OBASTAN VİKİ
GIGO (zibil girən zibil çıxar)
GIGO (zibil girən zibil çıxar) - (ingiliscə GIGO (garbage in, garbage out), rusca “мусор на входе, мусор на выходе” – hesablama texnikasında: kompüterin təbiətini və orada yerinə yetirilən prosesləri xarakterizə edən aksiomlardan biri; prosesin girişinə yanlış və ya korlanmış verilənlər daxil olduqda nəticə də yanlış və ya korlanmış alınır. garbage - (rusca мусор) - tullantı – dəyərsiz verilənlər; yanlış və ya korlanmış verilənlər. garbage collection (GC) - rusca сборка мусора - tullantı toplama – yaddaşın istifadə olunmayan bloklarını boşaldan və onları “boş” kimi nişanlayan silmə üsulu. Bütün yaddaş sahəsi boyu səpələnməş “boş” blokların yerdəyişmə yolu ilə iri “boş” blok şəklində bir yerə toplanması da belə adlandırılır. == Microsoft Windows == [1] Zibil qutusu (Корзина, Recycle Bin) İşçi stol üzərindəki hər bir nişan və yarlıq konkret obyekti təmsil edir. Həmin obyekt haqqında informasiya almaq üçün kursoru nişanın üzərinə qoyub siçanın sağ düyməsini sıxmaq, açılmış menyuda Xassə (Свойства, Properties) əmrini yerinə yetirmək lazımdır. Bu zaman açılmış pəncərədə obyektin tipi, həcmi/, yaranma tarixi, harada yerləşməsi və s. atributlar barədə məlumat əldə etmək mümkündür. İşçi stolun üzərindəki nişanı və ya yarlığı ləğv etmək üçün kursoru nişanın üzərində qoyub, siçanın sol düyməsini sıxmaqla onu qeyd etmək, sonra isə klaviaturadan “Delete” düyməsini basmaq lazımdır. Bu zaman onun təmsil etdiyi obyektləri – fayl və ya qovluğu Zibil qutusuna göndərmək haqda pəncərədi açılır.
"Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi " medalı
"Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi" medalı — MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləçi döyüşçülərin işləri üzrə Komitəsının mükafatı. == Məlumat == Əfqanıstan Demokratik Respublikasından sovet qoşunlarının çıxarılmasının 20 illiyinə hazırlıq tədbirləri çərçivəsində müvafiq medal təsis edilmişdir. == Təltif qaydası == Xatirə medalı ilə MDB üzvü olan dövlətlərin veteran hərəkatının inkişafına əhəmiyyətli töhfə vermiş, beynəlmiləlçi döyüşçülərin və onların ailə üzvlərinin sosial, tibbi reabilitasiyasına, həlak olanların adlarının əbədiləşdirilməsi işində fəal içtirak etmiş dövlət və ictimai xadimləri, icra hakmiyyəti orqanlarının rəhbərləri, Əfqanıstan müharibəsi və digər lokal müharibə və münaqişlərin iştirakçıları, həmçinin "ƏDR-dən sovet qoşunlarının çıxarılmasının 15 illiyi" xatirə medalı ilə təltif edilənlər təltif edilir. Xatirə medalı MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləçi döyüşçülərin işləri üzrə Komitəsədrinin əmri ilə verilir.
Abşeronneft Neft-Qaz Çıxarma İdarəsi
Abşeronneft Neft-Qaz Çıxarma İdarəsi — SOCAR "Azneft" İstehsalat Birliyinin neft və qaz çıxarma idarəsi. == Ümumi məlumat == Azərbaycanın neft sənayesi tarixində Pirallahı neftçilərinin, "Abşeronneft" NQÇİ-nin özüllərində yeni paylayıcı qurğular istismara verilməsində özünəməxsus yeri vardır. Pirallahı adasında eyniadlı yatağın əsasında 1936-cı ildə "Abşeronneft" NQÇİ yaradılmışdır. Ancaq burada neft hasilatının tarixi daha qədim dövrdən başlayır. == Tarixi == === XIX əsr === 1861-ci ildə Pirallahı adasında Azərbaycanda ilk dəfə olaraq Almaniyadan gəlmiş əcnəbi əczaçı Vitte tərəfindən kiçik neftayırma-parafin zavodu tikilmiş, orada kerosin və şam istehsal edilməyə başlanmışdır. Qeyd etmək lazımdır ki, bu zavodda xammal kimi adada olan qır və neftdən istifadə edilmişdir. Ümumiyyətlə, Pirallahı adasının yeraltı sərvətləri haqqında ilk geoloji məlumatı 1861-ci ildə akademik Q. Abix vermişdir. O sübut etmişdir ki, adada zəngin neft ehtiyatı vardır. Bundan əlavə, geoloqlar Arxipov, Kraft və Sulukidzenin göstərdiyinə görə Pirallahı adasında hələ 1870-ci ildə neft istismar quyusu olmuşdur. Bu barədə tanınmış geoloq M. V. Abramoviç 1926-cı ildə "Azərbaycan Neft Təsərrüfatı" jurnalında belə yazırdı: "Geoloqlar Sulukidze, Kraft, və Arxipov deyirdilər ki, onlar 1870-ci ildə Pirallahı adasında işləyərkən orada dərinliyi 132 m olan quyudan neft çıxarılırdı." Təəssüf ki, bu quyunun nə vaxt qazıldığı məlum deyil.
Adaptiv neyro-qeyri səlis çıxarış sistemi
Adaptiv neyro qeyri-səlis çıxarış sistemi (ing. Adaptive neuro fuzzy inference system)— Takagi Sugeno qeyri-səlis çıxarış sisteminə əsaslanan süni neyron şəbəkənin növlərindən biri. Bu üsul 1990-cı illərin əvvəllərində inkişaf etdirilib. Həm neyron şəbəkələr, həm də qeyri-səlis məntiqin prinsiplərini özündə birləşdirəndən sonra, bu sistem vahid quruluşda hər ikisinin üstünlüklərini almaq üçün potensiala malik oldu. Onun çıxarış sistemi yaxın qeyri-xətti funksiyalar üçün öyrənmə qabiliyyətinə malik olan qeyri-səlis ƏGƏR-ONDA qaydalarının (İF-THEN) məcmusuna uyğundur. Deməli, ANFİS universal qiymət təyin edən sayılır. ANFIS-in daha səmərəli və optimal şəkildə istifadəsi üçün, genetik alqoritm vasitəsilə əldə olunan parametrləri istifadə etmək olar.
Ağızdan alov çıxarma
Ağızdan alov çıxarma — alov üzərində tez alışan maddə tökməklə yaranan şou xarakterli hərəkət. Alov adətən düz istiqamətdə və ya qol boyu çıxarılır. Ağızdan alov çıxarma sənətinin Hindistanda yarandığı ehtimal olunur.
Dərin Paket Təftişi (paketin tam təftişi və informasiyanın çıxarılması)
Dərin Paket Təftişi (paketin tam təftişi və informasiyanın çıxarılması da adlanır) – şəbəkə paketlərinin süzülməsinin bir formasıdır; təftiş nöqtəsinə keçdikdə paketin məlumat hissəsini (və ehtimal ki, onun başlığını) paketin keçib-keçməyəcəyinə və yaxud başqa məntəqəyə yönləndirilməli olduğuna qərar vermək, yaxud statistik məlumatlar toplamaq üçün protokollara uyğunsuzluq, viruslar, spam, müdaxilələr və yaxud müəyyən olunmuş kriteriyalar yoxlanır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Günah çıxarma
Günah çıxarma (Barışma, etiraf) — Xristianlıqda, tövbəkarların günahlarını bir din adamının qarşısında etiraf edərək bağışlanması. == Günah çıxarma == Günah çıxarma nədir nədir? Televiziyada gördüyümüz kimi etiraf, bütün xristianların tətbiq etdiyi bir tətbiqdirmi? Bunun məqsədi nədir? Müqəddəs Kitaba yəni Qurani Kərimə görə günahları bağışlamaq yalnız Allahın işidir. Xristianlıqda günahları etiraf etmə prinsipinin Katolik Kilsəsi tərəfindən təsis edildiyini, yəni müəyyən forma şərtlərinə bağlı olduğunu bildirir. Fərqli olmasına baxmayaraq, bu etiraf institutu pravoslav və protestant məzhəblərində də baş verir. Protestantlar bunu "Tövbə və günahların bağışlanması" adlandırırlar. Allaha günahlarını etiraf etmək və Allahdan bağışlanmasını istəmək lazımdır. Ancaq qırdığımız və ya incitdiyimiz biri varsa, günahkar hərəkətlərimizi Allaha etiraf edərək bağışlanma diləmək kifayət deyil.
Heliodorun məbəddən çıxarılması
Heliodorun məbəddən çıxarılması — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. "Heliodorun məbəddən çıxarılması" əsəri hal-hazırda Vatikanda saxlanılır. == Əsərin tarixi == Rafel əsəri 1511-1512-ci illərdə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.
Neft və qaz çıxarılan rayonlarda qəza-xilasedici və bərpa işləri (film, 1974)
Tədris filmində respublikamızın neft və qaz çıxarılan bölgələrində hər cür təbii fəlakətlərin və baş verə biləcək qəzaların qarşısını almaq üçün görülən tədbirlərdən-xilasedici və qəzabərpa işlərindən söhbət açılır. Film SSRİ Mülki Müdafiə Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Neftin Çıxarılması (1907)
Neftin çıxarılması — 1907-ci ildə çəkilmiş qısametrajlı sənədli film. Kinosüjet Bakı həyatından bəhs edir. Filmi çəkən Vasili Amaşukeli gürcü kinosunun yaradıcılarından biridir. Əvvəllər Bakıda kinomexanik işləyən kinooperator, sonradan Gürcüstana köçüb ömrünün sonuna kimi Tbilisidə işləmişdir. Rejissor: Vasili Amaşukeli Operator: Vasili Amaşukeli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Neftin çıxarılması (film, 1907)
Neftin çıxarılması — 1907-ci ildə çəkilmiş qısametrajlı sənədli film. Kinosüjet Bakı həyatından bəhs edir. Filmi çəkən Vasili Amaşukeli gürcü kinosunun yaradıcılarından biridir. Əvvəllər Bakıda kinomexanik işləyən kinooperator, sonradan Gürcüstana köçüb ömrünün sonuna kimi Tbilisidə işləmişdir. Rejissor: Vasili Amaşukeli Operator: Vasili Amaşukeli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Normandiya çıxarması
Normandiya əməliyyatı - kod adı Overlord əməliyyatı olan və İkinci dünya müharibəsinin ən əsas desant çıxarma əməliyyatı olmuşdur. Əməliyyat çərşənbə axşamı, 6 iyun, 1944-cü il Britaniya vaxtı ilə saat 6:30-da həyata keçirilmişdi. Əməliyyatda Amerika Birləşmiş Ştatları və Böyük Britaniya tərəfindən həyata keçirilmiş idi.Bu əməliyyat iyun-sentyabr aylarında olmuş və alman hərbi qüvvələrinin Fransanın daxilinə çəkilməsi ilə nəticələnmişdir Çıxarmalar əsasən 2 istiqamətdə həyata keçirilməli idi. Birinci istiqamət müttəfiqlərə məxsus bombardman təyyarələri vasitəsilə Fransanın sahilyanı ərazilərinin bombardman edilməsi və daha sonra 24000 nəfərlik ABŞ, İngilis və Kanada hava desant qoşunun Fransa sahilinə atılmasını təşkil etməli idi. İkinci istiqamət isə ümumi sayı 160000(73000 amerikalı, 61715 ingilis və 21400 kanadalı) olan dəniz desantını Normandiya sahillərinə çıxartmaqdan ibarət olmuşdu. Bundan əlavə ABŞ-Böyük Britaniya ordularının tərkibində 195700 nəfərlik hərbi dəniz qoşunları heyəti və 5000 dənə hərbi gəmilər də var idi. Üçüncü Reyxin tabeçiliyində isə 10000 nəfərlik hərbi qüvvə və əlavə olaraq Atlantika divarı adlı müdafiə-istehkam mövqeləri də var idi. Almaniyanı(Üçüncü Reyx)hərbi qüvvəsi:380.000(23 iyul) Müttəfiq dövlətlərin(Antihitler koalisiyası) hərbi qüvvəsi:1.332.000(24 iyul) Almaniya (Üçüncü Reyx):4.000-9.000 arasında ölü, yaralı və əsir. Müttəfiq ölkələr: 1)ABŞ:1465 ölü,5138 yaralı, əsir və itkin 2) Böyük Britaniya:2700 ölü,yaralı və əsir 3) Kanada:500ölü,621 yaralı Müttəfiq dövlətlərin(Antihitler koalisiyası) cəmi itkisi:10.264 ölü,yaralı,itkin,əsir. 1943-cü ilin əvvəllərində Stalinqrad cəbhəsində ən ağır məğlubiyyətini alan və bunun ardınca Kursk uğrunda gedən döyüşlərdə də uduzan Almaniya artıq ən ağır günlərini yaşamaqda idi.
Çıxartmaq
Çıxartmaq – 1. müəyyən seçim qaydalarına əməl etməklə hər hansı böyük qrupdan sistemli olaraq elementlərin uzaqlaşdırılması və ya onların təkrarlanması. Proqramlaşdırmada çıxatmaq dedikdə, hansı simvolların uzaqlaşdırılmasını, hansıların isə saxlanmasını müəyyənləşdirən maskadan (şablondan) istifadə etməklə bir simvollar yığınından başqa birinin alınması nəzərdə tutulur. 2. Disketin və ya bənzər yaddasaxlama qurğusunun kompüterdən uzaqlaşdırılması. 3. Disketin, CompactFlash kartın, yaxud başqa yaddasaxlama qurğusunun uzaqlaşdırılması haqqında kompüterə göstəriş vermək. Eject əməli kompüterə verilənlərin qurğuya yazılmasını dərhal dayandırmağı bildirir. Bu zaman qurğu daşıyıcını fiziki olaraq çıxarda da bilər, çıxartmaya da. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 253 s.
İnformasiya çıxarma
İnformasiya çıxarma (ing. information extraction, rus. извлечение информации, türk. bilgi çıkarma) – təbii (insan) dildə yazılmış sənədlərdən tanınabilən informasiyanın kompüter vasitəsilə çıxardılmasından ibarət hərəkət; məsələn, ingilis dilində hava haqqında məlumatı oxuyub, tarix və temperaturlar cədvəlinin qurulması. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
"Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi" medalı
"Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi" medalı — MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləçi döyüşçülərin işləri üzrə Komitəsının mükafatı. == Məlumat == Əfqanıstan Demokratik Respublikasından sovet qoşunlarının çıxarılmasının 20 illiyinə hazırlıq tədbirləri çərçivəsində müvafiq medal təsis edilmişdir. == Təltif qaydası == Xatirə medalı ilə MDB üzvü olan dövlətlərin veteran hərəkatının inkişafına əhəmiyyətli töhfə vermiş, beynəlmiləlçi döyüşçülərin və onların ailə üzvlərinin sosial, tibbi reabilitasiyasına, həlak olanların adlarının əbədiləşdirilməsi işində fəal içtirak etmiş dövlət və ictimai xadimləri, icra hakmiyyəti orqanlarının rəhbərləri, Əfqanıstan müharibəsi və digər lokal müharibə və münaqişlərin iştirakçıları, həmçinin "ƏDR-dən sovet qoşunlarının çıxarılmasının 15 illiyi" xatirə medalı ilə təltif edilənlər təltif edilir. Xatirə medalı MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləçi döyüşçülərin işləri üzrə Komitəsədrinin əmri ilə verilir.

Значение слова в других словарях