ÇƏPKƏN

сущ. чепкен (вышитая женская одежда с длинными разрезными рукавами); чепан
ÇƏPİŞOTU
ÇƏPKƏNLİ
OBASTAN VİKİ
Çəpkən
Çəpkən — Azərbaycanda milli kişi və qadın geyiminin bir hissəsidir. Çəpkən astarlı olub, belə qədər bədənə kip tikilir. Yan tərəflərdə ətəyə yaxın hissədə çapığı olan çəpkənin əlcək ilə bitən qondarma qolları (astarı qiymətli parçadan olan qollara bəzən düymələr tikilir) olur. Bel hissədən bağ ilə bağlanır. Çəpkən tirmə, darayı, məxmər, müxtəlif zərli parçalardan tikilir. Çəpkənin yaxası, ətəyi, qolunun kənarları zərif bafta, kəbəzəncirə və s. tikmələrlə bəzədilir. Bəzən çəpkənin üstündən gümüş kəmər də bağlayırlar. Ön Asiya, Yaxın Şərq xalqları arasında, Azərbaycanda (xüsusilə, DQMV, Xankəndi, Şuşada, Bakıda, Şəkidə, Şamaxıda) geniş yayılmışdır. Pullu çəpkən biçimi çəpkənlə eyni formada olub, qolsuzdur.

Digər lüğətlərdə