Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aşqar
Aşqar - yanacağa, sürtkü materilallarına və s. az miqdarda əlavə edilən və onların istismar xassələrini yaxşılaşdıran preparatdır. == Tarixi == Aşqarların yaranma tarixi yanacağın inkişafı və geniş tətbiqi ilə sıx bağlıdır. Birinci dünya müharibəsi zamanı benzin “Liqroin” kimi tanınan maye olub və onu antiseptik vasitə kimi apteklərdə satırdılar. O dövrdə yanacaqdoldurma stansiyaları mövcud deyildir, və avtomobil sahibkarları yanacaqı müvafiq ticarət və kommersiya təşkilatlardan əldə edirdilər. Dünyada birinci “yanacaqdoldurma stansiyası” Almaniyanın Vislox şəhərində yerləşən aptek olmuşdu. Buradada 1888-ci ildə məşhur alman mühəndisi, dünyada birinci avtomobilin ixtiraşıcı Karl Bentsın həyat yoldaşı avtomobilinin bakını doldurmuş və ilk dəfə Pfortshaym şəhərindən Manhaym şəhərinə avtomobillə səyahət etmişdir. XX əsrin birinci yarısı avtomobil sənayesinin tarixində dünyanın bir çox ölkəsində avtomobil istehsalının başlanğıcı ilə xarakterizə olunur. Belə ki, məşhur avtomobil ixtiraçısı Henri Ford tərəfindən konveyer sisteminə qoyulmuş avtomobil istehsalının təşkili və sonrakı inkişafı yanacağın keyfiyyətinə qoyulan tələblərin artması ilə bağlı idi. Birinci aşqar təqribən 90 il bundan əvvəl işlənib hazırlanmışdır.
ИХП-234 aşqarı
DF-11 aşqarı
ДФ-11 aşqarı — İzobutil və 2-etilheksil spirtlərinin əsasında alınan dialkilditiofosfatın Zn duzunun mineral yağda 50%-li məhluludur. == Tətbiqi == ДФ-11 aşqarı – maşın yağlarının tərkibində olan yuyucu, disperedici və neytrallaşdırıcı aşqarlarla birlikdə tətbiq olunur. Bu aşqar benzin və dizel mühərriklərində gedən yeyilmə və oksidləşmə proseslərinə nəzarəti təmin edir. Xüsusən, güclü üfürmə ilə işləyən dizel mühərriklərində daha effektiv təsirə malikdir. Tətbiqdə miqdarı: 1,0–2,5 kütlə/% == Fiziki-kimyəvi göstəriciləri == Kinematik özlülük 1000C, mm2/s - 5–10 Alışma temperaturu açıq putada,0C - 170 Aktiv elementlərin miqdarı: Fosfor, kütlə/% — 4,4–4,9 Sink, kütlə/% — 5,0–5,6 == ДФ-11 aşqarının təsir mexanizmi == Dialkilditiofosfatın Zn duzları yağların yağlayıcı xassələrini yaxşılaşdırmaqla bərabər, oksidləşmə və korrozioyanın əmələ gəlməsinin də qarşısını alır. (ABŞ Patenti 3234270). Polad detalları korroziyadan qorumaq üçün motor yağlarının komposiyalarına bu duzları əlavə etmək tövsiyə olunur. Kompozisiyaların tərkibinə sink naftenat, etilenoksidin aminlərlə kondensasiya məhsulu və fosfor tərkibli karbohidrogen (axırıncı — yuyucu aşqar kimi) daxildir. Metalların ditiofosfat duzlarının xüsusiyyəti ondan ibarətdir ki, bu birləşmələr və onların terniki çevrilməsi nətcəsində alınan məhsullar karbohidrogenlərin oksidləşmə məhsulları ilə qarşılıqlı təsirə girir və nəticədə yeni, oksidləşməyə qarşı xassələrə malik maddələr əmələ gəlir. Dialkilditiofosfatların bəzi metall duzlarının oksidləşməyə qarşı xassələrə malik olduğu onların kimyəvi çevrilməsi nəticəsində alınan aralıq məhsulların əmələ gəlməsi ilə əlaqəlidir.
İXP-388 aşqarı
ИХП-388 aşqarı – tiofosfinat tipli coxfunksiyalı polimer aşqardır. ИХП-388 aşqarı yüksək yuyucu-dispersləşdirici, antikorroziya, antioksidləşdirici və neytrallaşdırıcı xassələr daşıyır. Digər aşqarlardan fərqli olaraq, ИХП-388 aşqarı yağların özlülük indeksinin qiymətini 5–12 vahid artırır, yüksək hidrolitik davamlılığa malikdir. ИХП-388 aşqarı ilk dəfə izobutilen-stirol birgə polimerinin (və ya poliizobutilenin, daha sonra isə poliheksen-stirol birgə polimerinin) fosforkükürdləşdirilmiş məhsulunun alkilfenolla qarışığının maqnezium oksidlə neytrallaşmasından alınmışdır, sonra isə barium, kalsium və sink duzları da sintez edilmişdir. ИХП-388 aşqarının sintezi texnologiyası AMEA Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda işlənib hazirlanmışdır. ИХП-388 aşqarı almaq üçün istifadə olunan polimerin molekul kütləsi 600–800 hədləri arasındadır. ИХП-388 aşqarınin əsas göstəriciləri: küllülük – 7–10%, kükürdün miqdarı – 2,5–3,0%, fosforun miqdarı – 1,5–1,7%. ИХП-388 aşqarı avtomobil və dizel yağlarının istismar xassələrini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. Motor yağlarının ИХП-388 aşqarının istifadəsi ilə karbürator və dizel mühərriklərində sınaqları göstərdi ki, bu aşqar yağların istismar xassələrini xeyli yaxşılaşdıraraq mühərriyin hissələrinin təmizliyini qoruyur, yeyilməsini və karbon əmələ gəlməsini azaldır, nəticədə isə mühərriyin işinin etibarlılığı və uzunmüddətliyi artmış olur. Çoxfunksiyalı ИХП-388 polimer aşqarından istifadə edilməklə müasir güclü dizel və karbürator mühərriklərində istifadə olunan yağlar üçün effektiv aşqar kompozisiyası yaradılmışdır.
ИХП-361 aşqarı
ИХП-476 aşqarı
ИХР-388 aşqarı
VİNİPOL VB-2 aşqarı
VİNİPOL VB-2 (rus. ВИНИПОЛ BБ-2) aşqarı – qatılaşdırıcı aşqar olub, vinil-n-butil efirinin polimerindən (C6H12)n ibarətdir. aşqarı eynicinsli, şəffaf, rəngi - açıq sarı rəngdən sarı rəngə çalır. VİNİPOL VB-2 aşqarı yaxşı qatılaşdırıcı olub yağların özlülüyünü və özlülük indeksini artırmaqla yanaşı, onların yaşlayıcılıq xassələrinin də yaxşılaşdırır, dielektrik və plastiklik xassələrini yüksəldir. Lakin termooksidləşdirici və mexaniki destruksiyaya qarşı davamlılığı yüksək deyil. Vinil-n-butil efirinin Fridel-Krafts və ya Tsiqler-Natta katalizatorlarının iştirakında kation polimerləşməsindən alınır. Alınan polimerin molekul çəkisi 6000-12000 həddində olur. VİNİPOL VB-2 aşqarı hal-hazırda sənayedə ТУ 0258-037-05788576-2000 üzrə buraxılır. VİNİPOL VB-2 aşqarı hidravlik mayelər (АГМ-10, МГЕ-10А), kompressor və digər yağlar üçün qatılaşdırıcı aşqar kimi tətbiq olunur. Yüksək voltlu aparatlarda dielektrik kimi, eləcə də toz boyaların istehsalında plastifikator kimi istifadə edilir.
ВИНИПОЛ BБ-2 aşqarı
VİNİPOL VB-2 (rus. ВИНИПОЛ BБ-2) aşqarı – qatılaşdırıcı aşqar olub, vinil-n-butil efirinin polimerindən (C6H12)n ibarətdir. aşqarı eynicinsli, şəffaf, rəngi - açıq sarı rəngdən sarı rəngə çalır. VİNİPOL VB-2 aşqarı yaxşı qatılaşdırıcı olub yağların özlülüyünü və özlülük indeksini artırmaqla yanaşı, onların yaşlayıcılıq xassələrinin də yaxşılaşdırır, dielektrik və plastiklik xassələrini yüksəldir. Lakin termooksidləşdirici və mexaniki destruksiyaya qarşı davamlılığı yüksək deyil. Vinil-n-butil efirinin Fridel-Krafts və ya Tsiqler-Natta katalizatorlarının iştirakında kation polimerləşməsindən alınır. Alınan polimerin molekul çəkisi 6000-12000 həddində olur. VİNİPOL VB-2 aşqarı hal-hazırda sənayedə ТУ 0258-037-05788576-2000 üzrə buraxılır. VİNİPOL VB-2 aşqarı hidravlik mayelər (АГМ-10, МГЕ-10А), kompressor və digər yağlar üçün qatılaşdırıcı aşqar kimi tətbiq olunur. Yüksək voltlu aparatlarda dielektrik kimi, eləcə də toz boyaların istehsalında plastifikator kimi istifadə edilir.
AMEA Aşqarlar Kimyası İnstitutu
Akademik Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərkibinə daxil olan elmi-tədqiqat institutu. Təşkilatın Baş direktoru AMEA-nın həqiqi üzvü Vaqif Fərzəliyevdir. == Tarixi == Azərbaycan tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş ittifaqda aşqarların işlənilməsi və istehsalı da ilk dəfə olaraq məhz respublikamızda həyata keçirilmişdir. Keçmiş SSRİ-də sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran ilk aşqarlar akademik Yusif Məmmədəliyevin təklifi ilə 1945-ci ildə Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda yaradılmış və akad. Ə. Quliyevin rəhbərlik etdiyi laboratoriya kollektivinin məhsuldar əməyi nəticəsində işlənilmiş və sənaye istehsalı təşkil edilmişdir. Bu nailiyyətlərə görə Ə. Quliyev və əməkdaşları 1948-ci və 1950-ci illərdə iki dəfə SSRİ Dövlət mükafatına layiq görüldülər. Aşqarların yaradılması və tətbiqi sahəsindəki uğurları və problemin çox vacibliyini nəzərə alaraq SSRİ Elmlər Akademiyasının qərarı ilə yuxarıda qeyd olunan laboratoriya əsasında 1965-ci ildə SSRİ-də bu sahədə ilk ixtisaslaşmış institut — Azərbaycan Elmlər Akademiysı Aşqarlar Kimyası İnstitutu (AEA AKİ) yaradıldı və ona 1987-ci ilə kimi akad. Ə. Quliyev rəhbərlik etdi. 1987-ci ildən instituta akad. Ə. M. Quliyevin yetişdirmələrindən biri, kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü V. M. Fərzəliyev rəhbərlik edir.
Akseptor aşqarlar
Akseptor — (lat. acceptor- qəbuledici) – yarımkeçiricidə valent zonasından elektronu tutan aşqar atomudur; bu isə həmin zonada deşik yaranmasına ekvivalentdir. Məs. Ge və Si üçün akseptor -B , Al, Ga ola bilər. Kristal qəfəsinin nöqtəvi defekti də akseptor ola bilər. Mürəkkəb yarımkeçiricilərdə akseptor aşqarı (A.a.) stexiometrik formulaya cavab verən, tərkibə görə artıqlıq edən elektromənfi elementlərin atomları da (O, Se, Te , Cl , və s.) ola bilər. Akseptor aşqarının daxil edilməsi yarımkeçiricinin deşik keçiriciliyinə səbəb olur, yəni akseptor aşqarının ionlaşması valent zonasında deşiklərin yaranmasına gətirib çıxarır ki, bu da elektronun valent zonasından qadağan olunmuş zonada yerləşən A.a. səviyyəsinə keçməsi kimi təsvir edilir. Akseptor Aşqar- (latın sözü olub, acceptor-qəbul edən) – yarımkeçiricidə aşqardır; ionlaşdırması valent zonasından elektronların tutulması, ya da donor aşqar ilə müşahidə olunur. А.а.-ya səviyyəvi misal III qrup elementlərinin atomları (B, Al, Ga, Jn), IV qrupun elementar yarımkeçiricilərində Ge və Si-dir.
Aşağı temperaturlu korroziyaya qarşı aşqarlar
Aşağı temperaturlu korroziyaya qarşı aşqarlar - yanacağın yanma məhsulları ilə kontaktda olan və temperaturu şeh nöqtəsindən (yanma məhsullarında rütubətin kondensasiyaya başladığı temperatur) aşağı olan səthlərdə baş verən korroziyanın aradan qaldırılması üçün nəzərdə tutulmuşdur. == Ümumi məlumat == Kondensləşmiş su turş yanma məhsullarını - kükürd və azot oksidlərini özündə həll edir və nəticədə kondensat sulfit, sulfat, nitrit və nitrat turşularının durulaşdırılmış məhluluna çevrilir. Sulfat turşusu bu qarışıqda mühüm rol oynayır, belə ki onun yanma məhsullarında olması şeh nöqtəsinə təsir edir. Yanacaqda kükürd və, deməli, yanma məhsullarında da sulfat turşusu yoxdursa, şeh nöqtəsi yanma məhsullarında olan 12% təmiz suyun kondensləşməyə başladığı temperatura (38°С) uyğun gəlir. Yanacaqda kükürdün qatılığı artdıqca şeh nöqtəsi artır. Kükürdün miqdarı 0,2 % olduqda şeh nöqtəsi 60°С, 1% olduqda təxminən 120°С-dir. Bundan başqa şeh nöqtəsi artıq hava əmsalından (α) da asılıdır və o artdıqca azalır. α≤ 1 olduğu halda S03 baca qazlarında praktiki olaraq yoxdur. α ≈ 1 olduqda S03-ün qatılığı 0.0002% olur və korroziya müşahidə olunmur. Ən təhlükəli zona 1.15-1.30 (bu halda artıq oksigenin qatılığı 3-6% təşkil edir).
Aşqarlar Kimyası İnstitutu
Akademik Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərkibinə daxil olan elmi-tədqiqat institutu. Təşkilatın Baş direktoru AMEA-nın həqiqi üzvü Vaqif Fərzəliyevdir. == Tarixi == Azərbaycan tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş ittifaqda aşqarların işlənilməsi və istehsalı da ilk dəfə olaraq məhz respublikamızda həyata keçirilmişdir. Keçmiş SSRİ-də sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran ilk aşqarlar akademik Yusif Məmmədəliyevin təklifi ilə 1945-ci ildə Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda yaradılmış və akad. Ə. Quliyevin rəhbərlik etdiyi laboratoriya kollektivinin məhsuldar əməyi nəticəsində işlənilmiş və sənaye istehsalı təşkil edilmişdir. Bu nailiyyətlərə görə Ə. Quliyev və əməkdaşları 1948-ci və 1950-ci illərdə iki dəfə SSRİ Dövlət mükafatına layiq görüldülər. Aşqarların yaradılması və tətbiqi sahəsindəki uğurları və problemin çox vacibliyini nəzərə alaraq SSRİ Elmlər Akademiyasının qərarı ilə yuxarıda qeyd olunan laboratoriya əsasında 1965-ci ildə SSRİ-də bu sahədə ilk ixtisaslaşmış institut — Azərbaycan Elmlər Akademiysı Aşqarlar Kimyası İnstitutu (AEA AKİ) yaradıldı və ona 1987-ci ilə kimi akad. Ə. Quliyev rəhbərlik etdi. 1987-ci ildən instituta akad. Ə. M. Quliyevin yetişdirmələrindən biri, kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü V. M. Fərzəliyev rəhbərlik edir.
Aşqarlar Kimyası İnstitutu (Azərbaycan)
Akademik Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərkibinə daxil olan elmi-tədqiqat institutu. Təşkilatın Baş direktoru AMEA-nın həqiqi üzvü Vaqif Fərzəliyevdir. == Tarixi == Azərbaycan tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş ittifaqda aşqarların işlənilməsi və istehsalı da ilk dəfə olaraq məhz respublikamızda həyata keçirilmişdir. Keçmiş SSRİ-də sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran ilk aşqarlar akademik Yusif Məmmədəliyevin təklifi ilə 1945-ci ildə Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda yaradılmış və akad. Ə. Quliyevin rəhbərlik etdiyi laboratoriya kollektivinin məhsuldar əməyi nəticəsində işlənilmiş və sənaye istehsalı təşkil edilmişdir. Bu nailiyyətlərə görə Ə. Quliyev və əməkdaşları 1948-ci və 1950-ci illərdə iki dəfə SSRİ Dövlət mükafatına layiq görüldülər. Aşqarların yaradılması və tətbiqi sahəsindəki uğurları və problemin çox vacibliyini nəzərə alaraq SSRİ Elmlər Akademiyasının qərarı ilə yuxarıda qeyd olunan laboratoriya əsasında 1965-ci ildə SSRİ-də bu sahədə ilk ixtisaslaşmış institut — Azərbaycan Elmlər Akademiysı Aşqarlar Kimyası İnstitutu (AEA AKİ) yaradıldı və ona 1987-ci ilə kimi akad. Ə. Quliyev rəhbərlik etdi. 1987-ci ildən instituta akad. Ə. M. Quliyevin yetişdirmələrindən biri, kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü V. M. Fərzəliyev rəhbərlik edir.
Aşqarlar kimyası
Aşqar - yanacağa, sürtkü materilallarına və s. az miqdarda əlavə edilən və onların istismar xassələrini yaxşılaşdıran preparatdır. == Tarixi == Aşqarların yaranma tarixi yanacağın inkişafı və geniş tətbiqi ilə sıx bağlıdır. Birinci dünya müharibəsi zamanı benzin “Liqroin” kimi tanınan maye olub və onu antiseptik vasitə kimi apteklərdə satırdılar. O dövrdə yanacaqdoldurma stansiyaları mövcud deyildir, və avtomobil sahibkarları yanacaqı müvafiq ticarət və kommersiya təşkilatlardan əldə edirdilər. Dünyada birinci “yanacaqdoldurma stansiyası” Almaniyanın Vislox şəhərində yerləşən aptek olmuşdu. Buradada 1888-ci ildə məşhur alman mühəndisi, dünyada birinci avtomobilin ixtiraşıcı Karl Bentsın həyat yoldaşı avtomobilinin bakını doldurmuş və ilk dəfə Pfortshaym şəhərindən Manhaym şəhərinə avtomobillə səyahət etmişdir. XX əsrin birinci yarısı avtomobil sənayesinin tarixində dünyanın bir çox ölkəsində avtomobil istehsalının başlanğıcı ilə xarakterizə olunur. Belə ki, məşhur avtomobil ixtiraçısı Henri Ford tərəfindən konveyer sisteminə qoyulmuş avtomobil istehsalının təşkili və sonrakı inkişafı yanacağın keyfiyyətinə qoyulan tələblərin artması ilə bağlı idi. Birinci aşqar təqribən 90 il bundan əvvəl işlənib hazırlanmışdır.
Bor-azot-kükürd saxlayan alkilfenolyat aşqarları
Bor-azot-kükürd saxlayan alkilfenolyat aşqarları - molekul tərkiblərinə müxtəlif fraqmentlər halında daxil edilən azot, kükürd, bor atomları daxil edilən aşqarlardır. == Ümumi məlumat == Alkilfenol tipli aşqarların dünya miqyasında yağlara əlavələri kimi alınması və tətbiqi 70-80 il əvvələ təsadüf edir. Sovetlər birliyində bu aşqarların sənayedə istehsalı 1950-ci illərdən başlamışdır. Onların nümayandələri yüksək kül ədədinə və aşağı qələviliyə malik barium duzlarından ibarət olmuşdur. Inkişaf edən texnika ilə bağlı, mühərriklərin müasir tələblərinə cavab verə bilmədikləri üçün az küllü və yüksək qələvili kalsium duzları ilə əvəz edilmişlər. Alkilfenolyatları əlverişli motor yağı əlavələri edən onların çoxfunksiyalı olmalarıdır. Bu keyfiyyətlər neytrallaşdırıcı-yuyucu və dispersedici, korroziya, oksidləşmə, yeyilməyə qarşı, termiki stabillik, mühafizə edici, suya davamlıq kimi xassələrdir. Göstərilən xassələr onların molekul tərkiblərinə müxtəlif fraqmentlər halında daxil edilən azot, kükürd, bor, heteroatomları, karboksil, hidroksil qrupları, fenolyat, karbonat, karboksilat kimi qələvilik mərkəzləri ilə bağlıdır. Bütün bunlar motor yağı vasitəsi ilə mühərrik detallarına çatdırılaraq, onun istismar müddətinin uzanmasına səbəb olur. == Alınması == Fenolyatların alınmasında mühüm şərtlərdən biri korroziyon aqressiv fenol OH-larının qapanmasıdır ki, bunun da ən əlverişli yolu qələvi metal hidroksidləri, xüsusən Ca(OH)2 ilə mümkün olur.
Donor aşqarlar
Donor aşqarlar — öz elektronlarını asanlıqla verə bilən və deməli, sərbəst elektronların sayını artıran aşqarlar. Donor aşqarlarda elektronlar əsas yükdaşıyıcılar, deşiklər isə qeyri-əsas yükdaşıyıcılardır: n a < n y {\displaystyle n_{a}<n_{y}} na — aşqarların valentliyi, ny — yarımkeçiricinin valentliyidir. Tutaq ki, silisium (Si) kristalında bəzi atomlar V qrup elementi arsenlə (As) əvəz edilmişdir. As-nın xarici elektron təbəqəsində 5 elektron olduğu üçün onun bir elektronu rabitədə iştirak etmir və öz atomu ilə zəif əlaqədə olur. Ona görə də o sərbəstləşə bilir. Bu zaman deşik əmələ gəlmir, çünki sərbəstləşən elektron rabitəni tərk etməyib. Bu tip aşqarlar donor aşqarlar adlanır. Donor aşqara malik yarımkeçiricilərdə keçiricilik əsasən elektronlar hesabına olduğu üçün onlara n-tip (neqativ-mənfi) yarımkeçiricilər deyilir. n-tip yarımkeçiricilərdə elektronlar əsas, deşiklər qeyri-əsas yükdaşıyıcılardır.
Hisəqarşı aşqarlar
Hisəqarşı aşqarlar avtomobillərdə katalitik neytrallaşdırıcıların qarşısında və ya bilavasitə çıxış traktında yerləşdirilmiş his filtrlərinin tutulması sürətini azaltmaq üçün nəzərdə tutulmuşdur. == Ümumi məlumat == İstənilən his filtri 200-500 km-dən sonra keçiricilik qabiliyyətini itirir və regenerasiya olunmasını tələb edir. Regenerasiya üçün filtri hisin yanmağa başlaması üçün lazım olan 550-600°С temperaturadək qızdıran xüsusi qızdırıcı elementlər işlənilmişdir. Lakin regenerasiya prosesi zamanı temperatur 1400°С-dək çatır və filtrin məsamələri bir-birinə birləşir. Bu da effektliliyə mənfi təsir göstərir. Aşqarın olması hisin yavaş-yavaş yanmasını təmin edir, bununla da dövri regenerasiyalar zamanı həddən artıq qızma təhlükəsinin qarşısını alır. Bəzən metaldan aşqar kimi istifadə etməyərək onu filtrin səthinə yerləşdirirlər. Mühərrik normal işlədikdə bu üsul aşqarın yanacağa əlavə edilməsi effektini verir. Lakin, katalitik örtük yanacaqda olan kükürdlə yavaş-yavaş zəhərlənir. Bundan əlavə, əgər mühərrik uzun müddət boş-boşuna və az güclə işləyirsə, katalitik örtük toplanmış hisin yanmasını təmin etmir.
Sulfonat aşqarları
Sulfonat aşqarlarının kolloid stabilliyi
Tüstüyə qarşı aşqarlar
Tüstüyə qarşı aşqarlar dizel mühərrikinin buraxdığı işlənmiş qazlardan gələn qara tüstünün (his) emissiyasını azaltmaq üçün nəzərdə tutulmuşdur. Yanma kamerasında alovlanmadan əvvəlki mərhələdə yanacağın intensiv krekinqi baş verir, nəticədə his əmələ gəlir. Sonra o yanır, lakin bəzi səbəblərə görə tam yanmır. Qara tüstünün tərkibində olan hisin bir hissəsi atmosferə atılır. Hisin əmələ gəlməsi mühərriyin səmərəliliyinin azalması deməkdir, lakin bundan əlavə, his onun səthində sorbsiya olunmuş kanserogen politsiklik aromatik karbohidrogenlər daşıyıcısıdır. Qara tüstünün emissiyası metalsaxlayan tüstüyə qarşı aşqarlar vasitəsilə azaldıla bilər. Bu halda külsüz aşqarların təsiri çox deyil. Tüstüyə qarşı aşqarların işçi qatılığı 0.05-0,2%-dir. Nisbətən əvvəlki aşqarların (məsələn, 1970-ci illərdə işlənib hazırlanmış ИХП- 702, ИХП-706 aşqarları) tövsiyə olunan qatılığı 0.5-1.0%-ə qədər və daha yüksək olmuşdur. Tüstüyə qarşı aşqarların təsir mexanizmi haqqında konkret fikir yoxdur.
Yağlara əlavə edilən aşqarlar
Yağlara əlavə edilən aşqarlar — Yağların istismar xassəsini yaxşılaşdırmaq və ya uzunmüddətli saxlamaq üçün sürtkü yağlarına əlavə edilən birləşmələrə aşqarlar deyilir. Aşqarların effektivliyi onların kimyası ilə müəyyən edilir. Sürtkü yağlarında aşqarların qatılığı mühüm xüsusiyyətlərdən biridir. Sürtkü yağlarında istifadə olunan aşqarların digər əsas xassələri- yaxşı həll olmalı, tərkibin sabitliyi, geniş temperatur diapazonunda saxlama və istismar zamanı buxarlanma dərəcəsi, su ilə yuyulmamaq və hidrolizə məruz qalmamaq; sürtkü ilə qarşılıqlı təsirə məruz qalmamaq, sürtkü yağları ilə materiallar təmasda olmaması (aşqarların özlərinin təsir mexanizminin əsasını belə p-ionlar təşkil etdiyi hallar istisna olmaqla); öz funksiyalarını mövcud vəziyyətdə saxlamaq. Aşqarlar sürtkü yağlarında yaxşı həll olmalıdırlar. Aşqarlar yüksək və aşağı temperaturlarda sürtünmə səthlərinin yeyilməsini, aşınmasını azaldır. Bu aşqarlara hər ikisi heyvan mənşəli və piylərvə bitki mənşəli yağlar (məsələn, xardal yağı, donuz piyi); yüksək yağ turşuları (məsələn, olein turşusu) və efirlər(məsələn, pentaeritrit və sebatin (C10H18O4) turşunun efiri); tərkibində S [məsələn, kükürdləşdirilmiş spermaçit yağı, bms-(alkilbenzil) disulfid], P (məsələn, trikrezilfosfat), S və P (məsələn, Ba diizooktilditiofosfat, arilditiofosfor turşusunun izobutil efirinin Zn-Ba duzu), N (məsələn, 1-butilbenzotriazol) və s. Sürtkü materiallarında aşqarların qatılığı 0,1–3,0%- dən yüksək olmur. Təzyiqə qarşı olan aşqarlar — sürtünmə səthlərinin yüksək yükləri altında sürtünmədə və təzyiqdə normal işləməyi təmin edir. Tərkibində S olan birləşmələr təzyiqə qarşı istifadə edilir (məsələn, etilen diizopropilksantat izopropilksantogenat K-nin dixloroetan ilə qarşılıqlı təsirinin məhsuludur); Cl (məsələn, üçxlorsirkə turşunun izobutil efiri, penta- və tetraxlorodifenillərin qarışığı); S və P (məsələn, Zn dialkilditiofosfat) və s.
Yuyucu-dispersiyaedici aşqarlar
Yuyucu-dispersiyaedici aşqarlar – tərkibində metal saxlayan yuyucu, alkilsalisilat, sulfonat, alkilfenolyat, ditiofosfatlar və külsüz dispersiyaedici yüksək molekullu Mannix əsasları, suksinimid aşqarlardır. Küllü yuyucu aşqarlar qələvi ədədi 20–300 mq KOH /q olan əsasən Ca, Mg və Ba duzlarıdır, külsüz dispersiyaedici aşqarların qələvi ədədi 45 mq KOH /q yüksək deyil. Bu aşqarların əsas vəzifəsi: mühərrik detallarının karbon çöküntülərindən təmiz saxlamaq (solyubilizasiya və dispersiyaedici xassələri), onların səthinə yağlardan çöküntünün çökməsinin qarşısını almaqdan (stabilizasiya və peptizasiya xassələri), mühərrik yağının oksidləşməsi nəticəsində əmələ gələn və yanma kamerasından mühərrikə daxil olan turş maddələri neytrallaşmaqdan ibarətdir. Müxtəlif növ yuycu-dispersiyaedici aşqarların təsir effektliyi onların kolloid quruluşlarının xüsusiyyətlərindən asılıdır. Yüksək qələvili aşqarlar yağda metal karbonatın kolloid dispersiyasından ibarətdir və tərkibləri aşağıdaki kimi göstərilir: sulfonat ( ArRSO3)2 Ca • [ CaCO3]m fenolyat ( OC6H4RSn )2 Ca • [ CaCO3]m salisilat ( HO C6H4COO )2 Ca • [ CaCO3]m Külsüz polimer aşqarlar (kəhraba turşusunun imid törəmələri) – alkenilsuksinimidlər geniş yayılmışdır. Suksinimid aşqarlarının digər tip yuyucu aşqarlardan fərqli cəhəti ondadır ki, onların yuyucu və dispersedici təsirinin effektivliyi daha yüksəkdir. Suksinimid aşqarlarının sintezi əsasən α-olefinlərin və ya onların kiçik molekullu polimerlərinin malein anhidridi ilə qarşılıqlı təsirindən və alınan kəhraba anhidridi törəmələrinin müxtəlif aminlərlə işlənməsi ilə həyata keçirilir. Malein anhidridinin olefinlərlə və bir-biri ilə bağlı olmayan dienlərlə reaksiyası az öyrənilmişdir. İlk dəfə malein anhidridinin olefinlərlə kondensləşməsi 1934-cü ildə verilmişdir. Reaksiya avtoklavda 1800C–də 2saat müddətində aparılmışdır.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
Aşkar
Aşkar – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Aşkar Şamaxı rayonunun Quşçu inzibati ərazi vahidində qəsəbə. Oykonim türk dillərində "döyüş atı", fars dilində isə "açıq, aydın, müstəqil" mənalarını ifadə edir. Burada aşkar sözü "müstəqil" mənasında işlənmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Aşkar qəsəbəsində 34 nəfər (19 nəfəri kişilər, 15 nəfəri qadınlar) əhali yaşayırdı.
Qaşqar
Qaşqar, Kaşkar və yaxud Kaşğər (uyğ. قەشقەر) — ÇXR-in Sincan-Uyğur Muxtar Rayonunun Kaşqar şəhər rayonunda şəhər. Çinin ən qərb şəhərlərindən biridir, Əfqanıstan, Qırğızıstan, Tacikistan və Pakistanla sərhədə yaxındır. 500.000-dən çox əhalisi olan Qaşqar 2000 ildən artıqdır ki, Çin, Yaxın Şərq və Avropa arasında Böyük ipək yolu üzərində ticarət məntəqəsi və strateji əhəmiyyətli şəhər kimi xidmət edib və bu onu dünyanın ən qədim davamlı məskunlaşan şəhərlərindən birinə çevirib. Çox müxtəlif mədəniyyətlərin və imperiyaların kəsişmə nöqtəsində Qaşqar Çin, Türk, Monqol və Tibet imperiyalarının hakimiyyəti altında olmuşdur. Şəhər həm də müxtəlif köçəri xalq qrupları arasında bir sıra döyüşlərin yeri olmuşdur. Hazırda mahal səviyyəli vahid kimi idarə olunan Qaşqar 162.000 km² (63.000 kv mi) ərazisi və 2010-cu ilə qədər təxminən 4 milyon əhalisi olan Qaşqar bölgəsinin inzibati mərkəzidir. Şəhərin özünün 506,640 əhalisi var və şəhər ərazisi 15 km² (5,8 kv mi) əhatə edir, baxmayaraq ki, inzibati ərazisi 555 km² (214 kv mi) sahəni tutur. Şəhər 2010-cu ildə Xüsusi iqtisadi zonaya çevrilib və Çinin qərbində bu statusa malik yeganə şəhərdir. Qaşqar həm də yeni qurulan çoxmilyardlıq Çin-Pakistan İqtisadi Dəhlizinin əsas hissəsi hesab edilən Qaraqorum şossesinin son nöqtəsini təşkil edir.
Aqar
Aqar (Aqar-aqaroza)- ən möhkəm geləmələgətirmə qabiliyyətinə malik polisaxarid Bir çox polisaxaridlərin sulu məhlulları geləmələgətirmə qabiliyyətinə malikdirlər. Polisaxaridlərin bu xassəsi onların bioloji funksiyaları və praktiki əhəmiyyəti ilə bilavasitə bağlıdır. Polisaxaridlər əsasən okean yosunlarından alınır. Yosunlara okeanın sahilboyu zonalarında rast gəlinir. Qırmızı və qonur yosunlar təmiz "polisaxarid" hazırlayırlar. Onlar özlərində hüceyrələrarası maddə kimi spesifik turş polisaxaridlər saxlayırlar (qonur yosunlarda — algin turşuları, qırmızı yosunlarda- sulfatlaşdırılmış qalaktan turşuları vardır). Bu polisaxaridlərin hətta duru məhlulları möhkəm gel əmələ gətirirlər. Polisaxaridlərin gel əmələ gətirməsi üçün, özəklərdə həlledici (su) olmaqla zəncirvari molekulların fəza toru yaratması lazımdır. Polimerlərin geləmələgətirmə qabiliyyəti əsasən bu torun düyünlərinin təbiəti ilə bağlıdır. Bu zəncirlər arasında kovalent rabitə ola bilər: bu halda fəza toru böyük üçölçülü molekulu xatırladır.
Apqar şkalası
Apqar şkalası - yenidoğulmuş uşağın klinik vəziyyətini tez bir zamanda qiymətləndirmək üçün tətbiq olunan bir sistemdir. Bu şkala ilk olaraq 1952 ci ildə ABŞ anesteziologu Virciniya Apqar tərəfindən tərtib edilmişdir. 1958 ci ildənisə geniş tətbiqini tapmışdır. Virciniya Apqar Is my Baby All Right? kitabında yazırdı: Appearance — xarici görünüşü (dərinin əngi); Pulse (Heart Rate) — Ürək döyünüləri (dəqiqəlik sayı); Grimace (Response to Stimulation) — qrimasa, qıcığa qarşı reaksiya; Activity (Muscle Tone) — hərəkət aktivliyi, əzələ tonusu; Respiration — tənəffüs hərəkətləri. Apqar şkalasına görə yenidoğulmuş uçun 9-10 bal normal, 5-8 bal təhlükəli, 5 dən az həyati təhlükəli göstərici hesab olunur. == İstinadlar == Virginia Apgar: A proposal for a new method of evaluation of the newborn infant. In: Curr. Res. Anesth.
Aştar TV
Xristianların ilk televiziyası olan “Əl Aştar” peyk kanalı Ərbilin Ayinkava bölgəsində Avropada yaşayan xristian iş adamlarının dəstəyi ilə yaradılıb. Xristianların Kürdüstan bölgəsində qurulmuş ilk peyk kanalıdır. Aştar adı iraqlıların simvolu olan Rafideyn ölkəsinin tanrılarından biridir. “Əl Aştar” kanalının simvolu Biləd Əl Rafideynin simvolunu daşıyır. Bu tanrının adı Babil və Assur əfsanələrində sevgi, gözəllik, qəhrəmanlıq və qələbə simvolu hesab edilir. == Yaradılmasında məqsəd == Xristianların problemlərini işıqlandıran bu kanal onların digər etnik azlıqlarla qaynayıb-qarışmasını qarşısına məqsəd qoyub. Xristianların İraqda uzun illərdən bəri ərəb, türkman və kürdlərlə birgə qardaşcasına yaşadıqlarının Bəəs rejiminin çökməsindən sonra da davam etdiyini göstərən “Əl Aştar” televiziyasının yayım siyasəti İraqda birlik və bərabərliyi, media azadlığını təmin etmək; demokratiyanın tətbiq edilməsini, insan hüquqlarına hörmət və əhəmiyyət verməyi vurğulamaq, ayrı-seçkilikdən uzaq olmaqdır. == Fəaliyyəti == “Əl Aştar” TV xəbər və verilişlərində cəmiyyəti məlumatlandırmaq üçün bitərəf və keyfiyyətli verilişlər hazırlamağa çalışır. TV kanalının yayım siyasətində siyasi və dini verilişlərlə yanaşı, sosial və qadın, uşaq verilişləri yer alır. Bu verilişlərdən “Ətfəlunə” (“Uşaqlarımız”) uşaqların təhsil almasına həsr edilmiş proqramdır.
Diana Abqar
Diana Abqar (erm. Դիանա Աբգար; 12 oktyabr 1859, Yanqon, Britaniya Hindistanı – 8 iyul 1937, Yokohama) – xaricdə yaşamış erməni yazıçı, Birinci Ermənistan Respublikasının Yaponiyadakı fəxri konsulu. İlk erməni qadın diplomatdır və XX əsrdə diplomatik posta təyin olunan ilk qadınlardan biridir. == Həyatı == Diana Aqabeq (Aqabeqyan) 12 oktyabr 1859-cu ildə Britaniya Burmasının Ranqun şəhərində (hazırda Myanmarın Yanqon şəhəri) anadan olmuşdur. Atası İranda yerləşən Yeni Culfa məhəlləsindən olub və Cənub-şərqi Asiyaya miqrasiya edib. Anası Avet Şiraz şəhərindən idi. Diana yeddi uşaqlı ailənin ən kiçiyi olub. Kəlkətə şəhərində böyüyüb və təhsilini yerli məktəbdə alıb. İngilis, erməni və hind dillərini səlis danışmağı öyrənib. Yeni Culfada Apkar ailəsindən gələn Apkar Mixale Apkarla evlənmişdir.
II Abqar
II Abqar (e. ə. I minillik – e.ə. 53) — e.ə. 68—53-cü illərdə Edessanın hökümdarı. E.ə. 64-cü ildə II Abqar Şimali Mesopotamiyanın zəbt edilməsində Qney Pompeyin leqatı Lutsi Afraniyə kömək edərək Qədim Roma qoşunlarıyla ilə birləşmişdir. Fərziyələrdən birinə əsasən, e.ə. 53-cü ildə II Abqar triumvirat Mark Krassı ələ verdi, belə ki II Abqar Karr döyüşü zamanı onun qoşununu açıq sahəyə gətirdi və nəticədə romalılar məğlub oldular. Lakin Abqar döyüşün nəticəsindən heç bir xeyir görmədi, çünki elə həmən ildə Parfiya hökümdarı II Orod tərəfindən devrildi.
Aqar adası
Aqar adası (ing. Agar's Island) — Bermud adalarına daxil olan mərcan adası. Bermudların paytaxtı olan Hamilton şəhərindən 2 km aralıdadır. Ada The Wired Society: A Challenge for Tomorrow (1977) kitabına görə Pulitser mükafatı alan yazıçı Ceyms Martinə mənsub olmuşdur. == Mənbə == Agar’s Island.
Gənc Qaşqar Partiyası
Gənc Qaşqar Partiyası — uyğurların türk millətçiliyini müdafiə edən partiyası. == Haqqında == Gənc Qaşqar Partiyası 1933-1934-cü illərdə mövcud olmuş və türk millətçiliyini müdafiə etmişdir. O, Şərqi Türkistan İslam Respublikasının yaradılmasında mühüm rol oynamışdır. Partiya mahiyyət etibarilə anti-Çin, anti-Çin müsəlmanları olmuşdur. Uyğur hərbi komandanı olan Timur Bəy və Xotan əmirləri Məhəmməd Əmin Buğra, Abdulla Buğra və Nur Əhməd Can Buğra Gənc Qaşqar Partiyası ilə ittifaq qurmuşdular. Partiya 40 nəfərdən ibarət parlament quraraq, Birinci Şərqi Türkistan Respublikasının prezidenti Niyazi Xocaya iki nəfərlik nümayəndə heyəti göndərmişdi. Partiya bir digər türk millətçisi təşkilat olan Milli İnqilab Komitəsi ilə yaxın əlaqələrə sahib idi.
Qaşqar döyüşü (1933)
Qaşqar döyüşü (1933) (çin. 喀什戰役) — 1933-cü ildə Kumul üsyanı zamanı Qaşqar şəhərinin uyğur və qırğız üsyançıları tərəfindən ələ keçirmək cəhdi zamanı baş vermiş döyüş. Şəhər Çin Respublikası, Çin İnqlab Ordusunun 36-cı Diviziyasının huey və han əsgərlərindən ibarət qarnizon tərəfindən qorunurdu. Üsyançılar döyüş sonrası şəhərə daxil olsa da, Qaşqar ağır döyüşdən sonra huey və han çinlilərin nəzarətində qaldı. Sincan əyalətinin valisi Sin Şurenin Şərqi Türkistandakı muxtar Kumul və Turfan xanlıqlarını ləğv etməsi və mürtəce siyasət yürütməsi Hacı Niyazi Xocanın rəhbərliyi ilə 1931-ci il fevralın 20-də uyğur üsyanın başlamasına səbəb oldu. Əvvəlcə üsyan Komul bölgəsini əhatə etdi, sonra Mahmud Muhitinin rəhbərlik etdiyi Turfana da yayıldı. Demək olar ki, paralel olaraq, Məhəmməd Əmin Buğra və Sabit Damollanın rəhbərliyi ilə Xotanda üsyana qoşuldu. Qısa müddət sonra Şərqi Türkistanın digər bölgələrini də: Qaşqar və Külçəni də üsyan alovu bürümüşdür. Üsyana uyğurlarla yanaşı qırğız, qazax, monqol və hueylərdə qoşulmuşdu. Lakin üsyanın sonrakı gedişində hueylər Çin Respublikasının tərəfinə keçməyə başladılar.
Aspar
Flavi Ardabur Aspar (400 – 471, Konstantinopol) — Bizans generalı. Milliyyətcə Alan olmuşdur. Aspar imperator I Leonun zamanında Konstantinopolun əsl hakimi idi. Bizans İmperiyasının ən yüksək hərbi rütbəsi olan Magister militum idi. Aspar Ariçiləri dəstəkləməsi səbəbindən özü imperator ola bilmədi. Onun yerinə imperator Feodosinin bacısı Pulçeriya ilə evlənən və ondan daha aşağı rütbəli olan Marsian imperator oldu. Aspar ostroqotların kralı Böyük Teodorikin müəllimi olmuşdu. Oğlu Ardabur ilə birlikdə sui - qəsd nəticəsində öldürülmüşdür.
Asqard
Asqard — Qədim german-skandinav dinində Asqard Doqquz Aləmdən biri və Asar adlanan ali tanrı topluluğunun evidir. Asarların başçısı Odindir və o, arvadı Friqq ilə birlikdə Asqardın hökmdarıdır. Asqardda yerləşən 2 məşhur yer vardır: Valhalla və Folkvanqr. Döyüşlərdə ölənlərin yarısı Odin tərəfindən Valhallaya göndərilir. Digər yarısı isə Folkvanqra yollanır. Asqardla bağlı əsas mənbələr 13-cü əsrə aid Kiçik Edda və Nəzm Eddası əsərləridir. == Attestasiya == Asqardla əlaqəli əsas mənbələrdən biri olan Kiçik Edda 13-cü əsrdə İslandiya tarixçisi Snorri Sturluson tərəfindən yazılmışdır. Digər mənbə, Nəzm Eddası daha qədim Skald poeziyası əsasında 13-cü əsrdə yığılmışdır. === Nəzm Eddası === Bu əsər Völuspá adlanan şeirlə başlayır. Bu şeirdə Asqardın bir neçə özəlliyi və xarakteri haqqında danışılır.
Asqat
Asqat — Monqolustanın Zavxan vilayətinin 24 rayonundan (som) biri.
Asar
Asar(lar) - German-skandinav mifologiyasında Asqardda yaşayan ali tanrılara deyilir. Asarların başçı Odin sayır. Digər mədəniyyətlərdə: türk, altay, monqol və tibet mifologiyalarında tanrılar yurdu. Azar olaraq da deyilər. Tanrıların yaşadığı səma deməkdir. Eyni söz tanrı mənasına da gəlir. Azəri millət adının buradan törədiyini irəli sürən bəzi görüşlərdə mövcuddur. Tibet və monqol mətnlərində də iştirak edən, hətta Skandinaviya mifologiyalarında belə bənzər bir sözlə "Aesir" şəklində Tanrılar birliyini ifadə edən ortaq bir ünsürdür. Asarı sözcüyü də Tibetcədə Göy Tanrılarını təyin etməkdə istifadə edilər. Monqolcada asar çadır deməkdir.
Askar Akayev
Askar Akayev (10 noyabr 1944, Qızıl Bayraq[d], Çüy vilayəti) — Qırğızıstan Respublikasının 1-ci Prezidenti (1990–2005).
Askar Mamin
Askar Uzakbay oğlu Mamin (qaz. Асқар Ұзақбайұлы Мамин; 23 oktyabr 1965, Selinoqrad) – Qazaxıstanın keçmiş baş naziri. 9 sentyabr 2016–21 fevral 2019-cu illər arasında baş nazirin müavini, 21 fevral 2019-cu il tarixindən isə baş nazir postuna təyin edilmişdir. Bir müddət "Qazaxıstan Dəmir Yolları" qurumuna rəhbərlik etmişdir. 2008-ci ildən isə "Qazaxıstan Buzüstü Hokkey Federasiyası"nın rəhbəri mövqeyindədir. == Həyatı == Mamin Tselinoqrad İnşaat Mühəndisliyi İnstitutunu və Plexanov adına Rus İqtisad Universitetini mülki mühəndislik və iqtisadiyyat ixtisasları ilə bitirmişdir. Kariyerasına "Tselintyazstroy" etimadının bir hissəsi kimi başladı. Qazaxıstanın İnnovativ Müəssisələr Birliyinin Baş Direktor müavini vəzifəsində çalışmışdır. 1996-2008-ci illər arasında Astana şəhərinin birinci müavini, Qazaxıstan Respublikası Nəqliyyat və kommunikasiya nazirinin müavini, Qazaxıstan Respublikası Sənaye və Ticarət nazirinin birinci müavini vəzifəsində çalışmışdır.
Askar Tokpanov
Askar Tokpanov (qaz. Асқар Тоқпанұлы Тоқпанов; 13 oktyabr 1915, İli rayonu[d] – 22 noyabr 1994, Almatı) — Sovet, qazax teatr müəllimi, teatr direktoru, ilk peşəkar Qazaxıstan rejissorlarından biri, qazax teatr pedaqogikasının banisi. Qazaxıstan Elmlər Akademiyasının sənət tarixi sektorunun qurucularından biridir. == Həyatı == 15 oktyabr 1915-ci ildə Almatı vilayətinin İli rayonunun Şilikemer kəndində anadan olub. 1939-cu ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq şöbəsini bitirib. A.V. Lunaçarski. Onun müəllimi professor, RSFSR xalq artisti Saxnovski Vasili Qrigoriyeviç idi. A. Tokpanov “İvanov”, A. Çexovun “Qağayı”, A. Ostrovskinin “Həqiqət Güclü və Xoşbəxt”, G. Norbs, G. Ibsenin, A. Salinskinin “Gəzintidə Gəz”, “Aşpaz ”A. Safronov tərəfindən hazırlanmışdır. "Tazsha bala", "Tasykan tugiler" pyeslərini yazdı. Saxna Sazy (1969), Kesheden buginge deyin (1976), Іңkңr denie (1991) kitablarının müəllifidir.
Asqard (krater)
Asqard — 1600 km diametri olan Yupiter ayının Callisto üzərində ikinci ən çox zəngin quruluşu kraterdir. Bu, Norveç mifologiyasında tanrıların əsası olan Asqard adlanır. Asqardın mərkəzi hissəsi qübbəli Doh təsir kraterinin üstünlük təşkil edir. Asqardın şimal hissəsində kiçik bir çox ringli quruluş üstünlük təşkil edir. O, Utqard (həmçinin Norse mifologiyasından) və 600 km diametrində tədbirlər görür. Utqard Callisto üzrə dördüncü ən çox ringli xüsusiyyətdir. Utqardın mərkəzi rayonunun əhəmiyyətli bir hissəsi nisbətən gənc Burr kraterinin yataqları ilə örtülmüşdür.
Ömər Assar
Ömər Assar (22 iyul 1991) — Misiri təmsil edən stolüstü tennisçi. Ömər Assar Misiri 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Daha sonra Ömər Assar Misiri 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Osqar Melbardis
Osqar Melbardis (latış. Oskars Melbārdis‎; 16 fevral 1988, Valmiera) — 2006-cı ildən Latviya millisində çıxış edən latviyalı bobsledder. 2014-cü il Olimpiya çempionu və 2018-ci il Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat Çempion, Avropa Çempionatının gümüş və bürünc mükafatçısı, Dünya Çempionatının Çempionu və üçqat mükafatçısı, Dünya Kubokunun dördqat qalibi (qoşa yarışlarda) və dördqat 2014/15, həmçinin kombinasiyada 2012/13 və 2014/15), milli çempionatların, Dünya Kubokunun və Avropanın müxtəlif mərhələlərinin dəfələrlə qalibi və mükafatçısı. 2010/11 mövsümünə qədər o, pilot Janis Minin üçün sürətləndirici olub, sonra özü pilot kimi yenidən hazırlanıb. Osqar Melbardis 16 fevral 1988-ci ildə Latviyanın Valmiera şəhərində anadan olub. Uşaqlıqdan idmana həvəs göstərirdi, idman gimnaziyasında oxuyub və 2006-cı ildə bobsledinqdə özünü sınamaq qərarına gəlib. İki il ərzində o, əsasən kiçik, daha az əhəmiyyətli yarışlarda çıxış etdi, 2008-ci ilə qədər Janis Minin dörd nəfərlik heyətinə qoşuldu - birlikdə Dünya Kubokunda bir neçə medal, o cümlədən iki qızıl medal qazandılar və həmçinin Avropa Çempionatını qazandılar Cesana, İtaliya. 2009-cu ildə Amerikanın Lake Placid şəhərində keçirilən Dünya Çempionatında onlar bürünc medal qazanaraq dördlük arasında üçüncü yeri tutdular. Latviyanın ən güclü ekipajı olduqları üçün onlar 2010-cu ildə Vankuverdə keçirilən Qış Olimpiya Oyunlarına getməli idilər, lakin Minin baş məşqçi ilə münaqişəsi yarandı, nəticədə pilot karyerasını bitirməli oldu və Edqar Maskalansın Olimpiadaya getdi. Bu qalmaqaldan sonra Melbardis apatiya vəziyyətində idi və bobsleydən ayrılmağı düşünürdü, lakin özünü pilot kimi uğurla sübut etdi və milli federasiyanın prezidenti Zintis Ekmanisdən dəstək alaraq çıxışını davam etdirmək qərarına gəldi.
Agar.io
Agar.io — veb skaner və mobil platformalar üzərindən oynanılan 2 ölçülü onlayn oyundur. Oyunun məqsədi ətrafda tapılan yemləri və digər oyunçuların hüceyrələrini yeməkdir. Oyunun Android və İOS versiyası mövcuddur. Oyunun sağ üst hissəsində ən yüksək 10 bal yığan oyunçular göstərilir və Facebook ilə əlaqələndirildiyində səviyyə qaldığı yerdən davam edir. Oyun Türkiyə, Cənubi və Şimali Amerika, Avropa, Rusiya, Şərqi Asiya, Çin və Okeaniya kimi istənilən bölgələrin serverində oynanıla bilər.
Asar (mifologiya)
Asar (bolqarca: Acu, boşnakca: Æsiri, rusca: Асы, azərbaycanca: Asar) — türk, monqol və Tibet mifologiyalarında Tanrıların vətəni. Azar olaraq da deyilir. Tanrıların yaşadığı göy üzü deməkdir. Eyni söz ilah anlamına da gəlir. Azəri adının buradan törədiyini irəli sürən şəxslər də vardır. Tibet və monqol mətnlərində də yer alan, hətta Skandinaviya mifologiyasında belə bənzər sözlə “Aesir” formasında Tanrılar topluluğunu ifadə edən ortaq ünsürdür. Asarı sözü də tibetcədə səmavi Tanrıları ifadə etməkdə istifadə eidlir. Monqolcada asar çadır deməkdir. Türklərdə göyün böyük çadır olaraq qəbul edilməsi fikrinin bir başqa örnəyidir. Çoxtanrılı dinlərin demək olar ki, hamısında Tanrılar topluluğunun insanlardan uzaq bir yerdə (çox zaman göylərdəki dağda) yaşadığı inancı geniş yayılmışdır.
Ağar Xan
Adlar
Ad — Canlı və cansız varlıqları, duyğu və düşüncələri, müxtəlif vəziyyətləri bildirən sözlər. Adlar ümumi və xüsusi ad olmaq üzrə ikiyə ayrılar. Xüsusi ad: Dünyada tək bir varlığı ifadə edən adlara deyilir. Ümumi adlar ayrılar: Maddə adları: Əllə tutulub gözlə görülən varlıqlara verilən adlara deyilir. Məsələn: masa, paltar, daş, düzənlik, prospekt, küçə…. Məna adları: Əllə tutulmayan və gözlə görülə bilməyən varlıqlara verilən adlara deyilir. Məsələn: səs, yuxu, sevinc, acı/ağrılı, yuxu, ağıl, xasiyyət, xoşbəxtlik, həsrət, sevgi və s. Birlik adları: Eyni növdən olan varlıqların toxlu olaraq ol/tapıldıqları vəziyyətlərə verilən adlara deyilir. Məsələn: məktəb, sinif, lağ/alay, batalyon, sürü, meşə, xalq, millət, ailə, xor… == Adlarda təklik və çoxluq == Bir tək varlığı ifadə edən tək ad, eyni cinsdən bir çox varlığı ifadə edən adlara isə çoxluq ad deyilir. == Şəxs adları == Bizdən sonra dünyada qalan həyatdakı əməllərimizin güzgüsü adımızdır və heç nəyə görə yox, məhz adımıza görə də bizi yad edəcəklər.
Allar
Allar (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Allar (Gorus) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd.
Altar
Altar (isp. Gran Desierto de Altar) — Meksika ərazisində yerləşən Sonora səhrasının təribini hissəsini təşkil edən qumlu səhra. Səhra Kaliforniya körfəzinin şimal sahillərində qərarlaşır. Uzunluğu 40 km, eni isə 100 km təşkil edir.
Alvar
Toponimlər
Ambar
Ambar — Kutaisi quberniyasının Raçin qəzasında (indi Qudauta rayonunda) kənd adı. == Toponimkası == Gürcücə yazılışı Ambari. Yerli tələffüz forması Əmbərli.Azərbaycanın Ayrum mahalında (indiki Gədəbəy rayonunda) Ambar və indi Salyan rayonunda Abadkəndin qədim adı Ambar(Yurd Bazar Ambarçı) kənd adları ilə mənşəcə eynidir.Azərbaycanda bir dağ Ambardağ adlanır.XIX əsrin əvvəllərində kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Həmin əsrin 70-ci illərində Borçalı qəzasının Trialeti kənd icmasına mənsub məntəqələrdən idi. XIX əsrdə Dağıstan əyalətinin Kürə nahiyəsində Ambartəpə,Azərbaycanda Zaqatala dairəsində Ambarçay (digər adı Qanlıqobu),Lənkəran qəzasında Amburdərə,Qars əyalətinin Ərdahan dairəsində Ampur toponimləri ilə mənaca eynidir. Ehtimal ki, Ambar tayfa adıdır.Çin Türküstanında Kaşqar şəhərinin bir hissəsi mənbələrdə Anbarçi adlanır. Orta əsrlərdə Fərat çayı üzərində Anbar mahal adı ilə əlaqələndirilə bilər. Bəzi tədqiqatçılara görə türk dillərində ambar, ampar"su anbarı","məhsuldar torpaq" və s.mənalardadır.
Amsar
== Kəndlər == Amsar (Quba) — Azərbaycan Respublikasının Quba rayonunda kənd. Amsar (Rutul) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. == Bələdiyyələr == Amsar bələdiyyəsi — Azərbaycan Respublikasının Quba rayonunda bələdiyyə. == Oxşar == Amsarqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Amsar Palasa — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Anbar
Anbar — Yüklərin saxlanması onların daşınması, ehtiyaatların idarə edilməsi və anbarlama əməliyyatları ilə sıx bağlıdır. İstifadə olunan daşımaçı, ehtiyatların səviyyəsi və tələb olunan anbarların arasında birbaşa əlaqə vardır. Göstərilən əməliyyatlar həmçinin yükləmə-boşaltma işləri ilə də bağlıdır. İstənilən material axınlarının yerdəyişməsi onların lazım olan miqdarının müəyyən yerlərdə cəmlənməsi olmadan mümkün deyildir. Cəmlənmə istənilən logistik sistemin ayrılmaz bəndi olan anbarlarda aparılır. Bu obyektlərdə qəbul olunan və yola salınan yük partiyalarının böyüklüyünə, tərkibinə, göndərmə vaxtına və s. parametrlərinə görə dəyişdirilməsi hesabına yük axınlarının şəkil dəyişmə baş verir. Malların anbarlardan keçməsi əmək və maddi vəsaitləri sərfinə səbəb olduğundan onların dəyərinin artmasına gətirib çıxarır. Ona görə də anbarların fəaliyyəti material axınlarının hərəkətinin optimallaşdırılmasına əhəmiyyətli təsir göstərir. == Anbarların təsnifatı == Logistik fəaliyyətdə çoxlu anbar növləri istifadə olunur.
Ancar
Əncər (ərəb. عنجر‎ ‘Anjar, erm. Անճար) — Livanda, Biqa vadisində yerləşən şəhər. Əhalisi 2400 nəfərdir və demək olar ki, tamamilə ermənilərdən ibarətdir. Ümumi sahəsi iyirmi kvadrat kilometrə (7.7 kvadrat mil) bərabərdir. Yayda erməni diasporunun üzvləri şəhərə ziyarət üçün qayıtdıqdan sonra əhali 3500 nəfərə çatır. Şəhər, qədim dünyada Çalkis kimi tanınırdı. == Tarix == Ümumilikdə şəhərin, 8-ci əsrin əvvəllərində Əməvi xəlifəsi I Valid tərəfindən saray-şəhər olaraq salındığı qəbul edilir. Lakin, tarixçi Yere Bakarak, bizans-yunan salnaməçisi Feofan İspovednikə istinadən Əncərin, e.ə 714-cü ildə Validin oğlu əl-Abbas tərəfindən salındığını iddia edir. Əncər sonrakı illərdə tərk edildi və 1939-cu ildə şəhərə bir neçə min erməni qaçqını köçürüldü.
Anqad
Anqad (31 mart 1504 – 28 mart 1552, Amritsar) — Siqhlərin ikinci qurusudur. (31 mart 1504-28 mart 1552) Quru Nanakın tələbəsi olmuşdur. Qurmuhi əlifba sının yaradıcısıdır.
Anqara
Anqara — RF-nin İrkutsk vilayətində və Krasnoyarsk diyarında çay. == Adın etimologiyası == Adı buryat dilində "oyuq", "yarğan", "dərə", habelə "açıq", "aralanmış" mənalarını verən "anqa" sözündən götürülmüşdür. Tarixi mənbələrdə ilk dəfə XIII əsrdə Ankara-Muren adı ilə xatırlanır. == Ümumi mməlumat == Yeniseyin ən çoxsulu sağ qolu. Mənbəyini Baykal gölündən götürür. Orta Sibir yaylasının cənub hissəsindən keçərək Yeniseysk şərqindən yuxarıda Yenisey çayına tökülür. Uzunluğu 1779 km, hövzəsinin sahəsi - 1 040 min km², Baykal gölünün hövzəsini çıxmaqla 468 min km². İrkutsk, Bratsk və Ust-İlim SES-lərinin tikilməsi nəticəsində Anqaranın yuxarı axını su anbarına çevrilmişdir. Su anbarları arasındakı sahədə Anbarının dərəsi asimmetrik quruluşludur. Mənsəb hissəsində Yenisey təpəliyini kəsir və astana əmələ gətirir.
Aqrar
Aqrar-sənaye kompleksi —Bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi. Sıralarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emal edilməsi, saxlanması və istehlakçıya çatdıran 10-a qədər iqtisadi sahəni birləşdirir. Bu sahələr hazır məhsulu istehlakçıya çatdırmaq üçün birgə fəaliyyət göstərirlər. Aqrar-sənaye kompleksi 4 sahəni əhatə edir: Kənd təsərrüfatı — kompleksin əsasını təşkil edir. Bitkiçiliyi, heyvandarlığı, fermer təsərrüfatlarını, şəxsi təsərrüfüatları əhatə edir. Kənd təsərrüfatını maşın və mexanizmlərlə və mareial ehiyatları ilə təmin edən xidmət sahələri: traktor və kənd təsərrüfatı maşınqayırması sənayesi, mineral gübrə və kimyəvi kənd təsərrüfatı dərmanları istehsalı və s. Kənd təsərrüfatı məhsullarını emal edən sahələr: yeyinti sənayesi, yüngül sənaye üçün ilkin xammal hazırlayan sahələr. Xidmət və nəqliyyat sahələri : məhsulun çatdırılması, nəqli, kadr hazırlığı, aqrar-tkinkinti və s. Aqrar-sənaye kompleksinin fasiləsiz şəkildə su və enerji ilə təmin edilməsi də vacib problemlərindən hesab edilir. Aqrar-sənaye kompleksinin aşağıdakı sahələri bir-biri ilə sıx bağlıdır: Gübrə istehsalı.
Aqyar
Sevastopol (ukr. və rus. Севастополь) və ya Ağyar (krımtat. Aqyar), — Krımda şəhər. == Tarixi == Sevastopol şəhərini türklər Aktıyar və ya Akyar adlandırırdılar. 1783-cü ildən Rus-Türk müharibəsi Türkiyənin Kerç, Yeni qala, Kıl Burun hərb qalalarını və Qara dəniz sahillərinin xeyli hissəsini itirdiyi Küçük Qaynarca sülhü ilə başa çatmışdır. Rusiyanın əldə etdiyi bu yeni torpaqlarda istilaçılara qarşı xalq həyacanları şiddətlənirdi. Müharibədən məğlub çıxsa da, xalq yadellilərin boyunduruğu altına düşmək istəmirdi. II Yekaterina Kırım və Kubandakı rus qoşunlarının komandanı Suvorovu qəzəb və nifrətdən çalxanan bu torpaqlara səfərbər etdi. 1783-cü ilin aprelində Kırım tamamən Rusiyanın əlinə keçdikdən sonra II Yekaterina Kırımın hakimi general Q.A.Potyomkinə "indiki Aktiyarın yerində böyük Sevastopol qalası tikməyə dair" göstəriş verdi.
Arqan
Sideroksilon (lat. Sideroxylon) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin sapotaceae fəsiləsinə aid bitki cinsi.
Arqau
Arqau (alm. Aargau‎, fr. Argovie, it. Argovia, romanş Argovia) — İsveçrənin şimalında kanton. Kantonun əvvəllər istifadə olunan adı — Aarqau, indi köhnəlmiş transkripsiyadır. Adını ərazisindən axan eyniadlı çaydan almışdır. Qərb tərəfində Bern, Zoloturn və Bazel torpaqlarının kantonları, Sürixin şərq tərəfində və Cənubi Lütsern və Suq yerləşir. İnzibati mərkəz Aarau şəhəridir. Sahəsi — 1403.8 km², əhalisi 627.340 nəfərdir (2012). == Tarixi == Qədim dövrlərdə Roma şəhəri Vindonissa kantonun ərazisində yerləşirdi.
Arxar
Arxar (lat. Ovis ammon) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoyun cinsinə aid heyvan növü. Arxarlar ev qoyunlarının əcdadları sayılırlar. Aralıq dənizi adalarının bir neçəsində, Orta , mərkəzi, Şimal-şərqi, Şimali asiyada və Şimali Amerikanın qərbində yayılmışdır. == Xarici görünüşü == Arxarların kütləsi 200-220 kq-a qədər olur. Dişilər nisbətən kiçik olur. Olçulərindən başqa dişilərdə buynuz 10-30 sm əksər vaxtlarda isə olmur. == Davranışı == Bu heyvanlar dəniz səviyyəsindən 5500 metr yüksəklikdə açıq yamaclarda yaşayırlar. Payızda çütləşmə dövründə böyük sürülər əmələ gətirirlər. Arxarların hamiləlik dövrü 170 gün sürür.
Aigai
Aigai — Türkiyədə Manisanın Kösələr kəndinin 2 km. cənubunda Gün dağının üzərində, əsasən xarabalıqdan ibarət olan qədim bir şəhərdir. E.ə. 1100-cü illərdə Yunanıstandan gəlib Anadolu sahillərində yerləşmiş Aiollər tərəfindən qurulmuş 12 kənddən biri sayılır. Müasir dövrümüzdə İzmir körfəzi ilə Çandarlı körfəzi arasına təqabül edən və qədim dövrlərdə Aiolis adlandırılan bölgədə yerləşən şəhərlər quran Aiollər, İzmir körfəzinin cənubunda yerləşmiş İonlardan fərqli olaraq iç bölgələrdə də (Aigai və Temnos kimi) şəhərlər quraraq ticarətdən çox əkinçilik və heyvandarlığa üstünlük vermişlər. Aigai haqqında ilk məlumatlar tarixçi Heredot tərəfindən verilmişdir. Heredot Aigai şəhərinin Aiollərin qurduğu 12 şəhərdən biri olduğunu qeyd edir.
Algae
Yosunlar (lat. Algae) — çoxhüceyrəli orqanizmlər. == Tarixi == torpaqlar digər adı ilə mamırlar Yer kürəsi üzərində 3 milyon il əvvəl meydana gəlmiş və təxminən 1,5–2 milyon il planetimizin vahid canlıları olmuşlar. Bu qədim aerob fotosintezedici orqanizmlərin sayəsində heterotroflar yaşaya bilmişlər. Yer üzərində üzvi maddənin sintezində yosunların mühüm rolu vardır. Bu orqanizmlər günəş düşən durğun sularda dənizdə, hətta qayalar üzərində və s. geniş yayılmışdır. Bunların 125 000-dən çox növləri məlum deyil == Yosunların formaları == Yosunlar ibtidai avtotrof bitkilər olub, əsasən suda yaşayırlar. Lakin onlara yer kürəsinin hidrosferdən əlavə, atmosfer və litosferin bütün sahələrində təsadüf olunur. Onlar təkhüceyrəli, çoxhüceyrəli və kolonial formalı olub, müxtəlif ekoloji şəraitə uyğunlaşmışlar.