ÇALI
ÇALIN
OBASTAN VİKİ
Çalıquşu
Çalıquşu (roman)
Çalıquşu (roman)
Çalıquşu — Rəşad Nuri Güntəkinin romanı. İlk dəfə 1922-ci ildə nəşr olunmuşdur. Romanda əsərin qəhrəmanı Fəridənin — Çalıquşu simasında çətin və məşəqqətli həyat tərzinə baxmayaraq, öz məhəbbətinə sədaqət hissini qoruyub saxlayan əsil türk qızının obrazı bədii ustalıqla qələmə alınmışdır. Roman müəllifin demək olar ki, ədəbi taleyini həll edir. Orta fransız dini məktəbini yenicə bitirmiş bir qızın dilindən, gündəliyi şəklində verilmiş bu roman Azərbaycanda ən çox sevilən əsərlərdən biridir. Roman Azərbaycan dilinə Xalid Səid tərəfindən tərcümə edilərək, 1929-cu ildə Bakıda qısaldılmış versiya ilə Azərnəşrdə çap olunmuşdur. Romanın ən geniş yayılmış tərcüməsi isə yazıçı Mikayıl Rzaquluzadəyə aiddir. M. Rzaquludanənin tərcüməsi Uşaqgəncnəşr tərəfindən 1959-cu ildə 416 səhifədə, İşıq nəşriyyatı tərəfindən 1987-ci ildə, Şərq-Qərb nəşriyyatı tərəfindən 2006-cı ildə 376 səhifədə, Bakı Kitab Klubu tərəfindən 2014 və 2017-ci illərdə Bakıda 400 səhifədə 50 tirajla çap edilmişdir. 1966. Çalıquşu (film, 1966) — Fəridə — Türkan Şoray 1986.
Çalıquşu (film, 1966)
Çalıquşu (türk. Çalıkuşu) — 1966-cı ildə istehsal olunmuş Türkiyə filmi. Baş rolda Türkan Şoray çəkilmişdir. Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı, 1987, səh. 560.
Çalıquşu (teleserial, 1986)
Çalıquşu – R.N.Güntəkinin eyniadlı əsəri əsasında O.F.Sedənin çəkdiyi, 7 bölümdən ibarət teleserialdır. Kamrana olan böyük sevgisinə baxmayaraq, qüruru səbəbindən İstanbulu tərk edib Anadolunun ucqar kəndlərində müəllimlik edən çox gənc bir qadının, Fəridənin həyatı göstərilir. Serialda, bundan əlavə, həmin dövrdə qadınların yaşadığı çətinlik, ucqar bölgələrdə təhsilin vəziyyətinin bərbad olması kimi sosial problemlərə də toxunulmuşdur. Fəridə (Çalıquşu), yeni nəsil Cümhuriyyət qızının əsl təsviridir. Gözəlliyi ilə hamının dilini dastan olan, bu səbəbdən məcburən təyinatını başqa yerlərə dəyişdirən Fəridə, güclü xarakteri ilə hər bir türk qadınına nümunədir. Kiçik yaşlarında anasını itirən Fəridə, təhsili üçün fransız dili məktəbinə verilir. Dəcəlliyinə görə, ələlxüsus, tənəffüslərdə ağaclara dirmanması səbəbindən "Çalıquşu" adını almışdır. Xalasıoğlu Kamran ona xüsusi hisslər bəsləyir. Bunu görən Fəridə də ona qarşı biganə olmadığını görür və nəhayət, nişanlanırlar. Toya bir neçə gün qalmış Kamranın onu Münəvvər adlı bir qadınla aldatmasını öyrənir.

Digər lüğətlərdə