Çal saqqal deyirik, çil toyuq işlədirik. Çal və çil tarixən eyni söz olub, fleksiya yolu ilə forma və məna dəyişib. Kül rəngində dəmgülləri, ləkələri olan şeyə çal deyiblər. Çil toyuqda da belə ləkələr olur. İndi çal sözü “ağ (külə bənzər) rəng” anlamında işlədilir. Çalar sözü də, ehtimal ki, buradandır (yada sal məna çaları). (Bəşir Əhmədov. Etimologiya lüğəti)