ÇAY ŞƏBƏKƏSİNİN ŞƏKİLİ

dərə şəbəkəsinin şəkili. Ərazinin relyefindən və geoloji quruluşundan asılı olaraq dərələrin planda yerləşməsi. Ağacvari / dendrit /, lələkvari, şəbəkəvari, paralel, düzbucaqlı, radial, həlqəvari və s. tiplərə bölünür. рисунок долинной сети valley pattern
ÇAY ŞƏBƏKƏSİNİN SIXLIĞI
ÇAY TERRASI
OBASTAN VİKİ
Şəkili
Şəkili (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Şəkili (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Fərman Şəkili
Fərman Şəkili (4 noyabr 1954, Nuxa – 5 mart 2013, Bakı) — Azərbaycan aktyoru, rejissor, ssenari müəllifi. Fərman Abdulcabbar oğlu Abdullayev (Şəkili) 4 noyabr 1954-cü ildə Şəkidə anadan olub. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil alıb. 1975-ci ildən peşəkar səhnədədir. Şəki Dövlət Teatrında çalışıb. Quruluş verdiyi tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülüb. "Dahi" adlı pantomim pyesin müəllifidir. Azərbaycanda klounada sənətinin yaradıcısı olmuşdur. Azərbaycanın tanınmış aktyoru Fərman Abdullayev (Şəkili) uzun sürən ağır xəstəlikdən 5 mart 2013-cü ildə 58 yaşında vəfat etmişdir.. Aşkarsızlıq şəraitində… (film, 1986) Boş yer (film, 1989) Zirzəmi (film, 1990) "Fransız" (film, 1995) Həm ziyarət, həm ticarət...
Şəkili (Ağdaş)
Şəkili — Azərbaycan Respublikasının Ağdaş rayonunun Şəkili kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Şəkili kəndi Qoşaqovaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şəkili kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənd Şəkidən köçən ailələr tərəfindən yaradılıb. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Şəkili kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Nuxa qəzasının Xaldan dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Qoşaqovaq kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Şəkili kəndi Azərbaycan SSR Ağdaş rayonunun Qoşaqovaq kənd sovetinə daxil idi. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Qoşaqovaq bələdiyyəsi təsis edilmişdir. 2007-ci ildə Şəkili bələdiyyəsi təsis edilmiş, lakin 2014-cü ildə bələdiyyə ləğv edilmiş və kənd yenidən Qoşaqovaq bələdiyyəsinin tərkibinə daxil edilmişdir. Şəkili kəndi Şəkili kanalı və Neymətabad kanalı sahilində yerləşir, kəndin yaxınlığında Türyançay çayı axır.
Şəkili (Göyçay)
Şəkili — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Əsl adı Molla Şəkilidir. Yaşayış məntəqəsini Şəkidən köçüb gələn ailələr salmışlar. Kənd Şirvan düzündə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 353 nəfər əhali yaşayır.
Şəkili bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şəkili Ələsgər
Ələsgər Abdullayev və ya Şəkili Ələsgər (1866, Nuxa – 1 aprel 1929, Bakı) — Azərbaycan xanəndəsi. Ələsgər Abdullayev 1866-cı ildə Şəkidə anadan olmuşdur. Uşaq yaşlarından bənnalıq edərək pul qazanmışdır. Keştazlı Həşim Şəkidə olarkən təsadüfən Ə. Abdullayevlə tanış olur. O, Şəkidə olduğu müddətdə ona muğam dərsləri keçmiş, xanəndə kimi formalaşmasında böyük rol oynamışdır. Ə. Abdullayevin digər müəllimi həvəskar xanəndə Bakı taciri Ağa Səid oğlu Ağabala olub. Şəkili Ələsgər 1902–1903-cü illərdə Bakıda keçirilən 1-ci, 2-ci və 3-cü "Şərq konsertləri"-ndə iştirak etmiş, "Çahargah", "Şüştər", "Bayatı-Şiraz" muğamlarını ifa etmiştir. O, eyni zamanda Bakıda verilən teatr tamaşalarının fasilələrində, "Nicat" cəmiyyətinin təşkil etdiyi "Şərq gecələri"-ndə yaxından iştirak edib. 1912–1918-ci illərdə Orta Asiya, İran və Türkiyənin müxtəlif şəhərlərində Ə. Abdullayevin konsertləri baş tutmuşdur. İran məclislərinin birində ifasına görə şah tərəfindən medalla mükafatlandırılmışdır.
İnternet şəbəkəsinin milli seqmenti
Hacı xan Şəkili
Hacı xan Səlim xan oğlu Şəkili (d.?-ö.?) — Kirmanşah valisi. Səlim xanın ikinci oğlu Hacı xan Şəki şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Atası ilə bərabər İrana qaçmışdı. Məşədi Məhəmməd adlı şəxs Səlim xanın oğlu Hacı xanın tapşırığı ilə 1837-ci ildə Şəkiyə gəlmişdi. O, burada özünü xanın varisi kimi qələmə verərək ətrafına xeyli adam toplamış və çarizm əleyhinə təbliğata başlamışdı. 1838-ci il avqustun sonlarında üsyançılar Şəki vilayətinə daxil oldular. Əhalinin əhvali-ruhiyyəsinə güvənən Ağa bəy və Məşədi Məhəmmədin dəstəsi Şəkiyə yaxınlaşdı. Komendant idarəsinin məmurları da orada idilər. İlk həmlədən üstünlüyü ələ alan üsyançılar, qala istisna olmaqla, şəhəri ələ keçirdilər.
Məhəmmədhüseyn xan Şəkili
Məhəmmədhüseyn xan Şəkili — Şirvanşahlar nəslindən olan Səfəvi sərkərdəsi. Məhəmmədhüseyn xan Səfəvi dövlətində hərbi və mülki vəzifələrdə xidmət etmiş sərkərdə olmuşdur. O, Şirvan bəylərbəyiliyinin Şəki əyalətinin hakimi kimi çalışmışdır. Bu zaman Səfəvi hökmdarı I Şah Abbas (1587-1629) idi. Məhəmmədhüseyn xan Şəki hakimi I Şah Abbasın Kartli və Katexiyaya yürüşləri zamanı təyin olunmuşdur. Ata tərəfdə Şirvanşahlar nəslindən gələn Məhəmmədhüseyn xan həmçinin türk tayfalarından olan Zülqədər elinin başçısı kimi də fəaliyyət göstərmişdir. İraqda və Azərbaycanda yaşayan bu tayfanın başçısı olmuş Məhəmmədhüseyn xan ana tərəfdən bu tayfaya mənsub idi. Məhəmmədhüseyn xan Gürcüstanda 1615-ci ildə Səfəvilər əleyhinə başlamış üsyan nəticəsində öldürülmüşdür. Floor, Willem; Herzig, Edmund, redaktorlar Iran and the World in the Safavid Age. I.B.Tauris.
Səlim xan Şəkili
Səlim xan — Şəki xanı; iki dəfə − birinci dəfə 1795-1797, ikinci dəfə isə 1805-1806-cı illərdə, hər dəfə də 2 ildən də az müddət ərzində hakimiyyətdə olmuş, lakin xan olmaq uğrunda mübarizəsini sonra yenə də davam etdirməsi səbəbindən, adı XIX əsrin birinci rübündə daha uzun müddət ərzində, vaxtaşırı olaraq dövrün siyasi gündəmlərində hallanmışdı. Şəki xanlarından Məhəmmədhüseyn xanın oğlu, Hacı Çələbi xanın nəticəsi, Məhəmmədhəsən xan ilə Fətəli xanın atabır qardaşı, Hüseyn xanın isə atası idi. Səlim xan Şəki xanı ikən hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün əvvəl xanlığını Rusiya imperiyasının tərkibinə qatmışsa da, bacısının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu bu ərazidən çıxartmış, bundan 4 ay sonra əks-hücuma keçən ruslara silahlı müqavimət göstərmiş, lakin sonda məğlub olaraq İrana qaçmışdır. O, hakimiyyətini geri qaytarmaq ümidiylə bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etsə də uğur qazana bilməyərək geri çəkilmiş, bir müddət İranda yaşadıqdan sonra Türkiyəyə getmiş və 12 aprel 1826-cı il tarixdə Osmanlı İmperiyası ərazisindəki Kir şəhərində vəfat etmişdir. Bundan az sonra, elə həmin ilin 11 avqust tarixində isə Səlim xanın oğlanlarından biri - Hüseyn xan, Şəki xanı ola bilmiş, lakin onun hakimiyyət dövrü də çox çəkməmiş, cəmi 3 aya yaxın davam etmişdir. Mənbələrdə Səlim xanın həyatının Şəkidə hakimiyyətə gəlişinə qədərki dövrü haqqında demək olar ki heç bir məlumat yoxdur. Bircə o göstərilir ki Səlim xan sələfi olan qardaşı Məhəmmədhəsən xanın onu “birütbə” saxlamasını və digər qardaşı Fətəli xanın gözlərini çıxartdırmasını gördükdən sonra “Şəki vilayətinin bəylərindən özünə yoldaş eləyib, tarixi-islamiyyə 1199 (1784/1785) olanda” (digər bir mənbədə 1795-ci illin mart ayında) Şəkidən Cara qaçmış və qardaşını devirmək əzmiylə orada özünə qoşun toplamışdı. 1795-cı ilin son aylarında isə qardaşı Məhəmmədhəsən xan Şəki qoşunu ilə Muğanda – orada qışlayan İran şahı Ağa Məhəmməd şah Qacarın sərəncamında, olarkən Səlim xan Əliskəndər Hüzzatinin başçılıq etdiyi Car və Avar qoşunu ilə Cardan Şəkiyə doğru hərəkət edir. Məhəmmədhəsən xan bunu bilən kimi Ağa Məhəmməd şahdan da əlavə qoşun götürüb Səlim xanı qovmaq üçün Şəkiyə qayıdır. İki qardaş arasında ən şiddətli döyüş Göynük kəndi yaxınlığında baş verir, Səlim xan məğlub olub geri çəkilir.
Delta (çay)
Delta — çayların mənsəblərində gətirilmə çöküntülərindən əmələ gəlmiş geniş düzənliklərdi. Çayın yatağı deltada bir çox qollara ayrılır. Delataların meydana gəlməsində çay və dəniz suyunun hərəkətləri(qabarmalar), sahillərin forması, quru və dəniz dibinin hündürlük fərqi əsas rol oynayır. İlk mərhələdə sualtı deltalar əmələ gəlir (Hind, Şimali Dvina çaylarında). Sonra, çəküntülərin qalınlığı artdıqca körfəzin işçərilərinə yerləşmiş deltanın özü (Qanq və Brahmaputranın deltası) və dənizə irəliləmiş deltalar meydana gəlir ( Lenanın, Volqanın, Missisipi və digər bir çox çayların deltaları) Deltaların əmələgəlməsində və böyüməsində dəniz fəal iştirak edir. Axınlar və sahilə çarpan ləpələr mənsəbqabağı tirələri dəniz qumu ilə örtür, deltaların böyüməsinə səbəb olur. Bəzən deltalar (məsələn, Kamçatka çaylarının deltaları) dəniz axınlarının gətirdiyi çöküntülərdən ibarətdir, çayın rolu belə halda ancaq passiv olur. Nəhayət, bəzi çaylar (məsələn, Neva) saxta deltalı olur. Nevanın suyu olduqca təmizdir; gətirilmə çay çöküntüləri çox nazik lay — sualtı delta və deltaqabığı say əmələ gətirir. Sankt-Peterburqun salındığı adalar çay çöküntülərindən əmələ gəlməmişdir, onlar materikin Neva tərəfindən parçalanmış qədim ovalıq hissələridir.
Efemer çay
Elba (çay)
Elba (çex. Labe, alm. Elbe‎, lat. Albis) — Şimal dənizi hövzəsində çay, əsasını Çexiyadan götürür. Əsasən Almaniya ərazisindən keçir. Dünya bəşər irsi siyahısına daxildir.
Geqa (çay)
Geqa - Abxaziyanın Qaqra rayonundan Qara dənizə axan çay. Təxminən 1640 m yüksəklikdən başlayır. Çayın ümumi uzunluğu 25,6 km, orta mailliyi 59 m/km-dir. Hövzəsinin sahəsi - 421 km². Geqa çayı Bzib çayının sağ qollarından biridir və onların ən böyüyüdür. Çayın yatağı çox dar və mənzərəli dərədə yerləşir, buna görə də çay bütün uzunluğu boyunca sürətli axınlar və şəlalələrlə doludur. Bir yerdən çay “Çərkəz şəlaləsi” kimi tanınan karst mağarasının içindən, yerin altından axır və yeraltı dəhlizlərdən və mağaralardan 315 metr keçdikdən sonra qayadan qoparaq şəlalədən axır. Çərkəz şəlaləsi və Geg şəlaləsi turistlərin tez-tez ziyarət etdiyi yerdir. Abxaziyanın görməli yerlərindən biridir. Отчёт о водном путешествии с эл.
Gizeldon (çay)
Gizeldon çayı, həmçinin Gizel 'don (rus. Гизельдон , Gizeljdon ; oset. Джызæлдон, Džyzældon) — Ardon çayının sol qolu və Vladikavkaz ərazisində, Şimali Osetiya-Alaniyada çay. Uzunluğu 81 kilometr, hövzəsinin sahəsi isə 604 km²-dir. Çox qayalı və 4000 metr zirvəsi olan dərənin ərazisi uçqunlara meyillidir. 1967–1968-ci illərdə 30-dan artıq belə hadisələrin olduğu bildirilmişdi. Ərazi "dəli, qazlı ərazi" kimi təsvir olunur və heyvandarlıq, taxtaçılıq və qurğuşun-sink mədənləri Gizeldon vadisi xalqının əsas iqtisadi vəzifəsi olmuşdur. Gizeldon çayı üzərində bir su-elektrik stansiyası tikilmişdir.
Göyçay (çay)
Göyçay — Kürün sol qoludur. Qəbələ, İsmayıllı, Göyçay,Ucar və Zərdab rayonları ərazisindən axır. Uzunluğu 115 km, hövzəsinin sahəsi 1770 km²-dir. Başlanğıcını Böyük Qafqazın cənub yamacından (1980 m) alaraq süni kanal vasitəsilə Kürə tökülür. Cənub yamacından axan çaylar arasında ən çox sululuğa malik olması ilə fərqlənir. Başlıca olaraq sağdan: Qalacıq (uzunluğu 18 km), Vəndam (uzunluğu 36 km), soldan isə Əyriçayı (uzunluğu 36 km) qəbul edir. Axımı qar (12%), yağış (28%) və yeraltı (60%) sulardan əmələ gəlir. Çayın orta illik su sərfi 12,0 kub m/san-dir. Bununda 30–35%-i yaz, 20–25%-i yay, 18–22%-i payız, 15–17%-i isə qış fəsillərində keçir. Asılı gətirmələr həcminin böyüklüyünə görə Göyçay, Böyük Qafqazın cənub yamacından axan Türyan-çaydan sonra ikinci yeri tutur.
Gərgər (çay)
Gərgər - İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu.
Hari (çay)
Hari (ind. Batang Hari, digər adları Batanqxari, Cambu) — İndoneziyanın Sumatra adasında olan ən uzun çay. Bir çox mənbələrə görə uzunluq 600-800 km arasında dəyişir. Hari çayı öz mənbəyini dəniz səviyyəsindən 1531 metr yüksəklikdən, Qununq Rasam (2585 m) dağının yamaclarından götürür. Qununq Rasam dağı Barisan silsiləsinə daxil olub Qərbi Sumatrada yerləşir. Çay ilk öncə cənuba istiqamətində axır, daha sonra şərq meyillənir. Çay əsasən bataqlaşmış düzənlik ərazilərdən axır . Hari çayı Qərbi Sumatranın iki dairəsini (Cənubi Solok, Dharmasraya) və Cambi əyalətinin beş dairəsini (Bunqo, Tebo, Batanqhari, Muaro-Cambi, Şərqi Tancunq-Cabunq) kəsib keçir. Hari çayının mənsəbi Berhala körfəzidir. Körfəz Cənubi Çin dənizi hövzəsinə aiddir .
Hind (çay)
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind. सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Həkəri (çay)
Həkəri (Əkərə) — Arazın sol qoludur. Laçın, Qubadlı və Zəngilan rayonları ərazisindən axır. Uzunluğu 113 km (Şəlvəçayın mənbəyindən hesablandıqda 155 km), hövzəsinin sahəsi 2570 km2-dir. Kiçik Qafqazın Azərbaycan daxilində Tərtərçaydan sonra (Bazarçayla birlikdə) ikinci böyük çayıdır. Başlanğıcını Mıxtökən silsiləsinin cənub yamacından, Şiştəpə zirvəsindən 3,5 km şərqdə 2580 m yüksəklikdən alan Şəlvəçay və Hocazsuçay çaylarının qovuşmasından (950 m) əmələ gəlir, Zəngilan rayonunda Araz çayına birləşir. Başlıca qolları, sağdan Hocazsuçay (uzunluğu 43 km), Zabuxçay (uzunluğu 51 km), Ağsuçay (uzunluğu 25 km), soldan Şəlvəçay (uzunluğu 42 km), Piçənisçay (uzunluğu 29 km), Xoznavar (uzunluğu 14 km) çaylarıdır. Axımı qar (23%), yağış (1-5%) və yeraltı (62%) sulardan əmələ gəlir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Daşqın dövründə (aprel-iyun aylarında) illik axımının 60-70%-i keçir. Çayda ən az su sərfi qış aylarında müşahidə edilir.
Kaparça (çay)
Kaparça (gürc. კაპარჭინა) — Gürcüstanın Poti şəhəri yaxınlığında yerləşən çay. Çayın uzunluğu 7 km, hövzəsinin sahəsi 535 km². Çay mənbəyini bataqlıq meşədən götürərək, sağdan Çerpalka çayına birləşir. Paleostomi gölündən axan kanal çayın mənbəyində çaya birləşir. 1831-ci ildə bu yerləri ziyarət edən Fredirik Duboys de Monperu yazırdı::Kapar-çay Maltavka çayı ilə birləşir və onların suları yüz addımlıq ərazidən axır". 1973-cü il yanvarın 13-də Olimpiya çempionu Yuliya Ryabçinskaya təlim-məşq toplanışı zamanı Kaparça çayında boğulmuşdur.. Məşqdən qayıdan idmançının qayığı buz parçasına çırpılaraq aşmışdır. Апхазава И. С., Грузинская Советская Энциклопедия, Том 5, Ст.
Kelasur çay
Kelasur və yaxud Kelasuri, həmçini Kelaşir - Abxaziyadan Qara dənizə axan çay. Mənşəyi Bzıb silsiləsinin Himsa buzlaqında yerləşir. Kelasuri birinci Kelasuri ilə ikinci Kelasurinin qovuşduğu yerdən başlayır. Çay Suxumi rayonu və Gulrıpş rayonlarının inzibati sərhədi boyunca axır. Çay buzlaqlar və yağış suları ilə qidalanır. Mayın əvvəlində su sərfi təxminən 20-25 m³/s təşkil edir. Kanalın əhəmiyyətli hissəsi yarğandan keçir. Çay Suxuminin mərkəzindən 5 km aralıqda Qara dənizə axır. Abxaziyanın ən böyük çaylarından biridir. Лист карты K-37-XII. Масштаб: 1 : 200 000.
Konqo (çay)
Konqo çayı və ya Zair çayı — Mərkəzi Afrikanın Ekvator bölgəsində, 4370 km uzunluğunda bir çaydır. Uzunluğu 4370 km-dir. Dənizə, saniyədə 80000 kubmetr su axıdar. Zair ilə şimal və şərqdəki qonşuları arasında sərhəd çəkən Konqo çayı, dərhal bütün qollarını Zairdən alır. Bir dövr Zair Çayı olaraq da adlandırılmışdır. Orta Qərbi Afrikanın ən uzun çayıdır. Dünyanın ən uzun 8 çayından biridir. Ekvator xəttini iki dəfə kəsir. Dünyada yeganə çaydır ki, ekvatoru iki dəfə kəsir. Adı Konqo adı bir vaxtlar çayın cənub sahilində yerləşən Konqo Krallığından yaranıb.
Lika (çay)
Lika — Xorvatiyanın Lika bölgəsində çay. 78.1 kilometr uzunluqdadır və 1.570 kvadrat kilometr sahəsi olan bir hövzəyə malikdir. Çayın mənbəyi 596 metr hündürlükdə olan Velebit dağından axan bulaqlardan başlayır. Əsas qolları solda Novçika və Otesika, sağda Qlamoçika və Yadovadır. Çayın üzərində uzunluğu 70 m və eni 5.5 metr olan Kosinc körpüsü tikilmişdir. Çayda tez–tez daşqınlar olduğu üçün suyun axmasını asanlaşdıran silindrik yarıqlarla inşa edilən körpü 1936-cı ildən istifadəyə verilmişdir. Lika çayı üzərində Su elektrik stansiyaları qurulub. 1971-ci ildə Senj SES və Sklope SES su ehtiyaclarını ödəmək üçün çayın qarşısını kəsərək süni Krusçika gölü yaradıldı. Hər 10 ildən bir süni gölün dibini, bənd konstruksiyalarını və hidromexanik avadanlığını yoxlamaq,aşınmaları düzəltmək üçün gölün suyu boşaldılır. 2010-cu ildə göl yenidən boşaldıldı.
Mara (çay)
Mara — Keniya və Tanzaniyada çay. Uzunluğu 395 km-ə yaxındır. Mənbəyi Tanzaniyanın mərkəzi hissəsindədir. Çay öz adını Masayi-Mara qoruğuna verib.