ÇAY QOLU

baş çaya (və ya əsas çaya) tökülən çaylara deyilir. Ç.q.I.II və i.a. dərəcəli ola bilər. Bilavasitə baş çaya tökülən çay I dərəcəli qol, I dərəcəli qola tökülən çay II dərəcəli qol və s. adlanır. Çay bəzən öz yatağının aşağı hissəsində, xüsusən del-tasında şaxələnir, dənizə, görə və ya başqa çaya bir neçə ayrı-ayrı yataqdan axıb tökülür ki, bunlara da Ç.q. və ya çaydan ayrılan qol deyilir.
ÇAY HÖVZƏSİ
ÇAY MEANDRI
OBASTAN VİKİ
Persea qolu
Persey qolu — Südyolunun iki böyük spiral qolundan biridir. Digər böyük spiral qol qalxan-sentavr qoludur. Persey qolu, uzun Südyolu çubuğunun mərkəzdən uzaq olan son qismindən kənara doğru uzanır. Südyolu iki böyük və çoxlu sayıda kiçik qoldan meydana gəlmiş çubuqlu sipral qalaktikadır. Persey qolunun diametri təxminən 10,700 parsekdir və kiçik qu-quşu və oxatan qolu arasında yerləşir. Persey bürcünə olan yaxınlığından dolayı bu formada adlandırılır.
Persey qolu
Persey qolu — Südyolunun iki böyük spiral qolundan biridir. Digər böyük spiral qol qalxan-sentavr qoludur. Persey qolu, uzun Südyolu çubuğunun mərkəzdən uzaq olan son qismindən kənara doğru uzanır. Südyolu iki böyük və çoxlu sayıda kiçik qoldan meydana gəlmiş çubuqlu sipral qalaktikadır. Persey qolunun diametri təxminən 10,700 parsekdir və kiçik qu-quşu və oxatan qolu arasında yerləşir. Persey bürcünə olan yaxınlığından dolayı bu formada adlandırılır.
Sürgü qolu
Sürgü qolu müstəvi mexanizminin üzvü olub, hərəkətli üzvlərlə fırlanma kinematik cütləri vasitələri ilə əlaqələndirilərək mürəkkəb hərəkət icra edir. Sürgü qolu porşenin irəli-geri hərəkətini çarxqolunun fırlanma hərəkətinə çevirən çarxqollu-sürüngəc mexanizminin əsas bəndi hesab edilir. Porşenli mühərriklərdə, kompressorlarda və nasoslarda sürgü qolunun içliyi iki tavrlı en kəsiyinə malik olur. Sürgü qolunun porşenlə birləşən hissəsi bütöv, valla birləşən hissəsi isə yağlamanı mümkün etmək üçün söküləbiləndir. == Mənbə == Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Çarx qolu
Çarxqolu fırlanma oxu ətrafında tam dövrdə tsiklik hərkət edən çarxqollu-sürgüqollu mexanizmin bəndidir. İrəli geri hərəkətin fırlanmaya v əksinə çevrilməsinə xidmət edir. Əsasən lingli və dişli-lingli mexanzimlərdə aparıcı rola malikdir. == İstinad == Kəngərli, Ayaz Mahmud oğlu. Maşın və mexanizmlər nəzəriyyəsi : dərslik / A. M. Kəngərli ; elmi red. S. X. Kərimov. - Bakı : Müəllim, 2004. - 688 s.
Çay
Çay (bitki) — bitki növü. Çay (coğrafiya) — coğrafi anlayış. Çay (içki) — içki. Çay (Afyonqarahisar) — ilçə.
Donanma Hava Qolu
Donanma Hava Qolu (İngilis dili: Fleet Air Arm (FAA)) - Kral Dəniz Qüvvələrinin aviasiya qoludur. 13 aprel 1912-ci ildə Krallıq Donanmasının Hava Xidməti adı ilə quruldu və 1937-ci ildə müasir adı ilə dəyişdirildi.
Fransada ilin qolu
Bu, hər il mövsümün sonunda Fransada seçilən ilin qolu siyahısıdır. Fransada əksər futbol mükafatlarından fərqli olaraq bu mükafatın sahibi cəmiyyət arasında aparılan sorğu nəticəsində müəyyən edilir. İlk qalib isə "Lans" klubunun oyunçusu olmuş Antuan Siberski olmuşdur.
Nəhənglərin Asimptotik qolu
Nəhənglərin Asimptotik qolu — Nəhənglərin asimptotik qolu AGB H-R diaqramında inkşafda olan kiçik və orta kütləli ulduzların yerləşdiyi hissədir. Nəhənglərin asimptotik qolunun tipik nümayəndəsi qırmızı nəhəngdir. Belə ulduzun karbon və oksigendən ibarət nüvəsi, nüvənin ətrafında isə iki təbəqə vardır. Birinci təbəqədə helium yanaraq karbona çevrilir, ikinci təbəqədə isə hidrogen yanaraq heliuma çevrilir. Nüvə oksigen və karbondan ibarətdir və burada heç nüvə reaksiyası getmir. AGB mərhələsi – bu mərhələdə iki hissəyə bölünür: Erken AGB və döyünən temperaturlu AGB. Erkən AGB mərhələsində karbon və oksigendən ibarət nüvənin ətrafındakı nazik təbəqədə heliumun yanması əsas enerji mənbəyidir. İnkşafının bu dövründə ulduz ölçülərini çox böyüdərək qırmızı nəhəngə çevrilir. Onun ölçüsü 1 a.v çata bilər. Təbəqə daxilindəki helium bütünlüklə sərf olunduqdan sonra temperatur döyünməsi mərhələsi başlayır (pulsasiya). Bu zaman ulduz əsas enerjini nazik təbəqədəki hidrogenin yanması hesabına verir.
Qoyun qolu dolması
== Lazım olan ərzaqlar == Qoyunun qol əti ( sümüksüz) – 750 qr. İri yerkökü – 2 ədəd İsti su – 1 stəkan Tomat – 1 xörək qaşığı Qatıq – 1 xörək qaşığı Duz – zövqə görə İstiot – zövqə görə == Hazırlanma qaydası == Qoyun qolunun sümüyü ət zədələnmədən çıxarılır. Ətin hər tərəfi mümkün olduğu qədər eyni qalınlığa gətirilir, ət azacıq əzilib, duz və istiot səpilir. 10 dəq.bişirilmiş yerkökülər ətin arasına qoyulub, dürmək şəklində bükülür, yanları içəri qatlanılır, açıq yerlər bizlə tikilir və ət iplə möhkəm bağlanır. Ət bir qazana qoyulur, su əlavə edilir və qazan qapaqla bağlanır. Güclü odda bir buğum qaynadılır, sonra odun səviyyəsi azaldılıb 1,5 saata yaxın bişirilir. Soba 180 °C-yə qədər qızdırlır. Bir qabda tomatla qatıq qarışdırılır, suda bişmiş ət qazandan çıxardılır və tomat-qatıq qarışığı ətin üzərinə çəkilir. Ət sobaya qoyulur və təqribən 20 dəqiqə bişirilir. Ət sobadan götürülür, ipləri kəsilir və dilimlənərək süfrəyə verilir.
Sunja (Terekin qolu)
Sunja (rus. Sunja,inquş. Шолжа , çeçen. Соьлжа , Qumuq. Сююнч ) çayı- Şimali Qafqazın şərq hissəsində yerləşir. Terek çayının sağ qoludur. Uzunluğu - 278 km, hövzə sahəsi - 12 000 km². Mənbə Böyük Qafqaz dağ silsiləsinin şimal yamacında, 1200 m yüksəklikdədir, orta bulanıqlıq 3800 q / m³: çay ildə 12,2 milyon ton çöküntü daşıyır. Suvarma üçün istifadə olunur. == Axın == Sunja çayı, Uşkort dağ silsiləsindəki buzlaqlardan qaynaqlanır, Üçxut dağ silsilələrini keçərək Suqulta və Sunji-kort dağları arasındakı dərəyə girir.
Gərgər (çay)
Gərgər - İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu.
Hari (çay)
Hari (ind. Batang Hari, digər adları Batanqxari, Cambu) — İndoneziyanın Sumatra adasında olan ən uzun çay. Bir çox mənbələrə görə uzunluq 600-800 km arasında dəyişir. == Ümumi məlumat == Hari çayı öz mənbəyini dəniz səviyyəsindən 1531 metr yüksəklikdən, Qununq Rasam (2585 m) dağının yamaclarından götürür. Qununq Rasam dağı Barisan silsiləsinə daxil olub Qərbi Sumatrada yerləşir. Çay ilk öncə cənuba istiqamətində axır, daha sonra şərq meyillənir. Çay əsasən bataqlaşmış düzənlik ərazilərdən axır . Hari çayı Qərbi Sumatranın iki dairəsini (Cənubi Solok, Dharmasraya) və Cambi əyalətinin beş dairəsini (Bunqo, Tebo, Batanqhari, Muaro-Cambi, Şərqi Tancunq-Cabunq) kəsib keçir. Hari çayının mənsəbi Berhala körfəzidir. Körfəz Cənubi Çin dənizi hövzəsinə aiddir .
Hind (çay)
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind. सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Həkəri (çay)
Həkəri (Əkərə) — Arazın sol qoludur. Laçın, Qubadlı və Zəngilan rayonları ərazisindən axır. == Ümumi məlumat == Uzunluğu 113 km (Şəlvəçayın mənbəyindən hesablandıqda 155 km), hövzəsinin sahəsi 2570 km2-dir. Kiçik Qafqazın Azərbaycan daxilində Tərtərçaydan sonra (Bazarçayla birlikdə) ikinci böyük çayıdır. Başlanğıcını Mıxtökən silsiləsinin cənub yamacından, Şiştəpə zirvəsindən 3,5 km şərqdə 2580 m yüksəklikdən alan Şəlvəçay və Hocazsuçay çaylarının qovuşmasından (950 m) əmələ gəlir, Zəngilan rayonunda Araz çayına birləşir. Başlıca qolları, sağdan Hocazsuçay (uzunluğu 43 km), Zabuxçay (uzunluğu 51 km), Ağsuçay (uzunluğu 25 km), soldan Şəlvəçay (uzunluğu 42 km), Piçənisçay (uzunluğu 29 km), Xoznavar (uzunluğu 14 km) çaylarıdır. Axımı qar (23%), yağış (1-5%) və yeraltı (62%) sulardan əmələ gəlir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Daşqın dövründə (aprel-iyun aylarında) illik axımının 60-70%-i keçir. Çayda ən az su sərfi qış aylarında müşahidə edilir.
Kaparça (çay)
Kaparça (gürc. კაპარჭინა) — Gürcüstanın Poti şəhəri yaxınlığında yerləşən çay. Çayın uzunluğu 7 km, hövzəsinin sahəsi 535 km². Çay mənbəyini bataqlıq meşədən götürərək, sağdan Çerpalka çayına birləşir. Paleostomi gölündən axan kanal çayın mənbəyində çaya birləşir. == Tarixi == 1831-ci ildə bu yerləri ziyarət edən Fredirik Duboys de Monperu yazırdı::Kapar-çay Maltavka çayı ilə birləşir və onların suları yüz addımlıq ərazidən axır". 1973-cü il yanvarın 13-də Olimpiya çempionu Yuliya Ryabçinskaya təlim-məşq toplanışı zamanı Kaparça çayında boğulmuşdur.. Məşqdən qayıdan idmançının qayığı buz parçasına çırpılaraq aşmışdır. == İstinadlar == == Ədəbiyyat == Апхазава И. С., Грузинская Советская Энциклопедия, Том 5, Ст.
Kelasur çay
Kelasur və yaxud Kelasuri, həmçini Kelaşir - Abxaziyadan Qara dənizə axan çay. Mənşəyi Bzıb silsiləsinin Himsa buzlaqında yerləşir. Kelasuri birinci Kelasuri ilə ikinci Kelasurinin qovuşduğu yerdən başlayır. Çay Suxumi rayonu və Gulrıpş rayonlarının inzibati sərhədi boyunca axır. Çay buzlaqlar və yağış suları ilə qidalanır. Mayın əvvəlində su sərfi təxminən 20-25 m³/s təşkil edir. Kanalın əhəmiyyətli hissəsi yarğandan keçir. Çay Suxuminin mərkəzindən 5 km aralıqda Qara dənizə axır. Abxaziyanın ən böyük çaylarından biridir. == İstinadlar == == Xarici keçidlər == Лист карты K-37-XII. Масштаб: 1 : 200 000.
Konqo (çay)
Konqo çayı və ya Zair çayı — Mərkəzi Afrikanın Ekvator bölgəsində, 4370 km uzunluğunda bir çaydır. Uzunluğu 4370 km-dir. Dənizə, saniyədə 80000 kubmetr su axıdar. Zair ilə şimal və şərqdəki qonşuları arasında sərhəd çəkən Konqo çayı, dərhal bütün qollarını Zairdən alır. Bir dövr Zair Çayı olaraq da adlandırılmışdır. Orta Qərbi Afrikanın ən uzun çayıdır. Dünyanın ən uzun 8 çayından biridir. Ekvator xəttini iki dəfə kəsir. Dünyada yeganə çaydır ki, ekvatoru iki dəfə kəsir. Adı == Haqqında == Konqo adı bir vaxtlar çayın cənub sahilində yerləşən Konqo Krallığından yaranıb.
Lika (çay)
Lika — Xorvatiyanın Lika bölgəsində çay. 78.1 kilometr uzunluqdadır və 1.570 kvadrat kilometr sahəsi olan bir hövzəyə malikdir. Çayın mənbəyi 596 metr hündürlükdə olan Velebit dağından axan bulaqlardan başlayır. Əsas qolları solda Novçika və Otesika, sağda Qlamoçika və Yadovadır. Çayın üzərində uzunluğu 70 m və eni 5.5 metr olan Kosinc körpüsü tikilmişdir. Çayda tez–tez daşqınlar olduğu üçün suyun axmasını asanlaşdıran silindrik yarıqlarla inşa edilən körpü 1936-cı ildən istifadəyə verilmişdir. Lika çayı üzərində Su elektrik stansiyaları qurulub. 1971-ci ildə Senj SES və Sklope SES su ehtiyaclarını ödəmək üçün çayın qarşısını kəsərək süni Krusçika gölü yaradıldı. Hər 10 ildən bir süni gölün dibini, bənd konstruksiyalarını və hidromexanik avadanlığını yoxlamaq,aşınmaları düzəltmək üçün gölün suyu boşaldılır. 2010-cu ildə göl yenidən boşaldıldı.
Mara (çay)
Mara — Keniya və Tanzaniyada çay. Uzunluğu 395 km-ə yaxındır. Mənbəyi Tanzaniyanın mərkəzi hissəsindədir. Çay öz adını Masayi-Mara qoruğuna verib.
Meqhna (çay)
Meqhna çayı (benq. মেঘনা নদী) — Qanq deltasını, yer üzündəki ən böyük deltanı meydana gətirən və Benqal Körfəzinə axan üç çaydan və Banqladeşdəki ən əhəmiyyətli çaylardan biridir. . Çandpur əyalətində ən böyük qolu olan Padma ilə birləşir. Meqhna Tetulia (İlşa), Şahbazpur, Hatia və Bamni adlanan dörd əsas qol vasitəsilə Benqal körfəzinə tökülür. Meqhna tamamilə Banqladeş sərhədləri içərisində axan çaylar arasındakı ən geniş çaydır. Bhola yaxınlığındakı bir nöqtədə, Meqhna 12 km genişliyindədir. == Hövzə == Meqhna Hindistanın şərqindəki dağlıq bölgələrdən qaynaqlanan Surma və Kuşiyara çaylarının birləşməsindən meydana gəlir. Meqhnanın yuxarı axarları Yuxarı Meqhna kimi istinad edilir. Çay Padma ilə birləşdikdən sonra, Aşağı Meqhna adlanır. Komilla rayonunda Meqhna onun su axınını əhəmiyyətli dərəcədə artıran Gumti çayı ilə birləşir.
Meqxna (çay)
Meqhna çayı (benq. মেঘনা নদী) — Qanq deltasını, yer üzündəki ən böyük deltanı meydana gətirən və Benqal Körfəzinə axan üç çaydan və Banqladeşdəki ən əhəmiyyətli çaylardan biridir. . Çandpur əyalətində ən böyük qolu olan Padma ilə birləşir. Meqhna Tetulia (İlşa), Şahbazpur, Hatia və Bamni adlanan dörd əsas qol vasitəsilə Benqal körfəzinə tökülür. Meqhna tamamilə Banqladeş sərhədləri içərisində axan çaylar arasındakı ən geniş çaydır. Bhola yaxınlığındakı bir nöqtədə, Meqhna 12 km genişliyindədir. == Hövzə == Meqhna Hindistanın şərqindəki dağlıq bölgələrdən qaynaqlanan Surma və Kuşiyara çaylarının birləşməsindən meydana gəlir. Meqhnanın yuxarı axarları Yuxarı Meqhna kimi istinad edilir. Çay Padma ilə birləşdikdən sonra, Aşağı Meqhna adlanır. Komilla rayonunda Meqhna onun su axınını əhəmiyyətli dərəcədə artıran Gumti çayı ilə birləşir.
Mokşa (çay)
Mokşa (mokş. Мо́кша) və ya Yov (mokş. Йов) — Rusiyanın Penza, Ryazan vilayətləri və Mordoviya Respublikasında çay. Oka çayının sağ qoludur. Uzunluğu 656 km, hövzəsinin sahəsii 51 min km²-dir. Volqaboyu yüksəkliyindən başlanır. Əsasən, qar suları ilə qidalanır. Noyabrdan mayadək donmuş olur. Ağac axıdılır. Kadom qəsəbəsindən gəmişiliyə yararlıdır.
Mureş (çay)
Mureş çayı — Şərqi Avropada 789 kilometr uzunluğunda çay. == Fiziki xüsusiyyətləri == Çayın sutoplayıcı hövzəsi 30,332 km2 (11,711 kvadrat metr) ərazini əhatə edir. Çay başlandığıcını Şərqi Karpat dağlarında Haşmaşu Mare silsiləsindən (Rumıniya) götürür və macarıstanın cənub-şərqində Szegeddə Tisza çayına qovuşur. == Region və şəhərlər == Mureş çayı Rumıniyanın Harghita, Mureş, Alba, Hunedoara, Arad, Timiş bölgələri və Macarıstanın Ksonqrad bölgəsindən axır. Çay üzərindəki ən böyük şəhərlər: Rumıniyada Targu Mureş, Alba Lulia, Deva, Arad və Macarıstanda Szeged. == Tarixi == Mureş çayı klassik antikada Marisus çayı kimi tanınırdı. Həmçinin, Transylvanian Saksoniya yaşayış məntəqələri və əvvəllər Avstriya Habsburg qanunları ilə Almaniyada Miereşç və Maroşç kimi tanınmışdı. Orta əsrlərdə duz çay üzərindəki böyük bərələrlə ticarətdə istifadə edilirdi. == Qorunması == Mureş çayının Macarıstana çatması dövlət sərhədi kimi 73 km uzunluğundadır. Çayın şimal tərəfində 28,5 km2 ərazi Körös-Maros Milli Parkının bir hissəsi kimi qorunur.
Niger (çay)
Niger (fr. Niger [niˈʒɛʁ], ing. Niger [ˈnaɪdʒər], yor. Niger, Ọya) — Qərbi Afrikada çay. Niger çayı Qvineya, Mali, Niger, Benin, Nigerya ölkələrinin ərazisindən keçir.
Obsekvent çay
Obsekvent çay (rus. река обсеквентная, ing. obsequent river) — B. M. Devisə görə konsekvent çayın ikinci dərəcəli qolu, layların yatımının əksi istiqamətdə axan çay.