ÇEK

[ ing. ]
1. Təqdim edənə cari hesabdan müəyyən miqdarda pul verilməsi və ya onun hesabına keçirilməsi haqqında pul sahibinin sərəncamı olan sənəd. Rəhim bəy çeki [Turabın] əlindən dartıb aldı.
Qol çəkdi. M.Hüseyn.
[Salmanov:] Çekləri, möhürü götürdüm, axtardım, bəlkə cibində nağd pulu var. S.Rəhman.

2. Üzərində alınan mal üçün kassaya ödəniləcək məbləğ göstərilən və ya alınan mal üçün pulun kassaya ödənildiyini təsdiq edən sənəd; qəbz. Satıcıya çek yazdırmaq.
ÇEXOLLU
ÇEKA

Значение слова в других словарях