Çekmaquşev rayonu

Çekmaquşev rayonu (başq. Саҡмағош районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Çekmaquşev kəndidir.

Rayon
Çekmaquşev rayonu
Саҡмағош районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

55°08′28″ şm. e. 54°39′00″ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 20 avqust 1930
Sahəsi 1.692 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 28.631 nəf. (2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu 34796
Poçt indeksi 4532ХХ
Rəsmi sayt
Çekmaquşev rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafi yerləşməsi

[redaktə | mənbəni redaktə et]

Başqırdıstanın şimal-qərbində, Ufa şəhərindən 111 km aralıda yerləşir. Rayonun ərazisi 1692 km² təşkil edir. İqlimi mülayim kontinental, isti, azmaz isə quraqdır. dır. Rütübət çatışmazlığı ilə seçilir. Ərazisindən Baza çayı başlayır. Ərazisi üçün qara, tünd boz və boz meşə torpaqları xarakterikdir. Meşələr ərazisinin 19,9 % əhatə edir. Ərazisində neft, kərpic gili, tikinti daşı, qum, əhəng daşı, agronom filizləri çıxarılır.

Çekmaquşev rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir.

Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Duvan rayonu ərazisin milli tərkibi: tatarlar — 62,8 %, başqırdlar — 30,7 %, çuvaşlar — 3,1 %, ruslar — 2,1 %, digər millər — 1,3 %[2].

İnzibati-ətazi vahidləri

[redaktə | mənbəni redaktə et]

13 kənd inzibati vahidliyinə 78 yaşayış məntəqəsi daxildir[3]

Kənd təsərrüfatı üzrə iftisaslaşmış rayondur. Ərazisinin 136,9 min ha kənd təsərrüfatına cəlb olunmuşdur. 29,6 min ərazi otlaq sahələridir. Regionun ixtisaslaşması: taxıl, şəkər çuğunduru və günəbaxan əkilməsi, donuz və qoyun yetişdirilməsi.

Ərazisindən Kuşnarenkovo — Bakalı və Dyurtyuli — Buzdyak yolu keçir. Sərt səthli avtomobil yollarının uzunluğu 500 km-ə çatır, onlardan 160 km asfalt örtüklüdür.

Rayon ərazisində 58 ümumtəhsil mərkəzi, 18 orta məktəb, peşə uçilişi, 29 kütləvi kitabxana, 56 klub, mərkəzi və 2 xəstəxana fəaliyyət göstərir. Uşaq incəsənət məktəbi, uşaq yaradıcılığı evi, uşaq və gənclər idman məktəbi, mərkəzi kitabxana və yerli tarixi muzeyi var. Başqırd dilində "Sakmaqoş satkıları" və tatar dilində "İqence" qəzetləri nəşr olunur. Həftədə 2 dəfə yayımlanan yerli televiziya " Çekmaquş TV" fəaliyyət gösdtərir.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Salih Qilimxanoviç Batıev — Tatar MSSR Ali Sovetinin Rəyasət Heyətinin sədri (1960–1983), RSFSR Ali Sovetinin Rəyasət Heyəti sədrinin müavini.
  • Kanzəfər Usayev — Emelyan İvanoviç Puqaçyov və Salavat Yulaevin yoldaşı.
  • İlfak Musinoviç Smakov — Başqırd müğənnisi, RSFSR əməkdar artisti, Başqırd MSSR xalq artisti.
  • Vaxit Qazimoviç Qalimov — Sovet İttifaqı Qəhrəmanı.
  • Vazik Muhametşinoviç İsxakov — yazıçı.
  • Qabdraxman Xakimoviç Latıpov — Sovet İttifaqı Qəhrəmanı.
  • Giləmdar Zigandaroviç Ramazanov — yazıçı.
  • Zinnat İbyatoviç Muratov — Sovet İttifaqının Tatar Regional Komitəsinin birinci katibi (dekabr 1944 — oktyabr 1957).
  • Radner Ziryatoviç Muratov — Sovet aktyoru, RSFSR əməkdar artisti.
  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. "Итоги Всероссийской переписи населения по Республике Башкортостан" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05.
  3. "Закон Республики Башкортостан «Об изменениях в административно-территориальном устройстве Республики Башкортостан в связи с объединением отдельных сельсоветов и передачей населенных пунктов» (Принят Государственным Собранием — Курултаем Республики Башкортостан 18 ноября 2008 года)". 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-15.