Çiçikuri monastırı
Çiçikuri monastırı (gürc. ჩიჩხიტურის მონასტერი) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsidir.
Yazılı mənbələr və elmi ədəbiyyatda abidə haqqında çox az məlumat qalmışdır. XVIII əsr Gürcüstan alimi Vaxuşti Baqrationi Keşikçidağ kompleksindən danışarkən (mənbədə David Qareci adı ilə) dörd abidə haqqında məlumat verərək David Qareci kilsəsinin (və ya David Qareci lavrasının) adını çəkir, arximandritin iqamətgahının Müqəddəs İohann monastırında olmasını deyir, əsas monastır kilsələrinin isə Çiçikuri və Baertuban olmasını qeyd edir.
Abidənin interyeri unikal freska rəsmləri ilə bəzədilmişdir. Çiçikuri monastırı Azərbaycan və Gürcüstan arasında mübahisəli ərazidə yerləşir.
ქართული საბჭოთა ენციკლოპედია, ტ. 2, გვ. 318, თბ., 1977 წელი.
Чубинашвили Г. Н., Пещерные монастыри Давид-Гареджи, Тб., 1948.