Çil-çil ördək
Çil-çil ördək (lat. Stictonetta naevosa) — qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid çil-çil ördəklər yarımfəsiləsinin yeganə nümayəndəsi.
Tünd rəngdə olub, parlaq lələklərə sahibdir. Növün əsas xüsusiyyəti bütün bədəni boyunca ağ çillərin olmasıdır.
Orta hesabla, ördəyin uzunluğu 50-60 sm, qanadlarının uzunluğu 75-85 sm, kütləsi 800-1000 q-dır.