Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəmiyyət
Cəmiyyət — mövcudluğun ümumi şərtləri, maraqlar, normalar, dəyərlər, dünya haqqında təsəvvürlər və identiklik əsasında birləşmiş fərdlərin birgə həyat fəaliyyətinin müxtəlif formaları. Başqa sözlə cəmiyyət insanların birliyi olub, özündə cəmiyyətin siyasi, iqtisadi həyatı, sosial və mədəni həyatını birləşdirən qeyri-dövlət strukturudur. O, müxtəlif maraqlara sahib olan insanların müəyyən yaşayış məskənlərində sivil əlaqə və ünsiyyət formasıdır. Cəmiyyət sözün geniş mənasında maddi həyatın, canlı təbiətin bir ,hissəsi olan, tarixən inkişaf edən, insanların fəaliyyəti formasıdır. Sözün dar mənasında isə bəşər tarixinin müəyyən bir mərhələsi (kapitalizm, feodalizm) və ya konkret sosial bir orqanizmdir (Fransa cəmiyyəti, Avropa cəmiyyəti və s ölkələr.). Cəmiyyət müəyyən qayda üzrə qurulmuş struktura malik olan bütöv bir sistem sayılmışdır. == Təsnifat == Sosioloqlar cəmiyyətləri üç geniş kateqoriyaya ayırırlar: sənayedən əvvəlki, sənaye və postsənaye. === Sənayedən əvvəlki === Sənayedən əvvəlki cəmiyyətlərdə insan və heyvan əməyinin istifadəsi ilə həyata keçirilən qida istehsalı əsas iqtisadi fəaliyyətdir. Bu cəmiyyətləri texnologiya səviyyəsinə və qida istehsal etmə üsullarına görə bu qruplara bölmək olar: ovçuluq və yığıcılıq, maldarlıq, bağçılıq və kənd təsərrüfatı. ==== Ovçuluq-yığıcılıq ==== Belə cəmiyyətlərdə qida əldə etməyin əsas forması gündəlik yabanı bitkilərin toplanması və vəhşi heyvanların ovlanmasıdır.
Rəiyyət
Rəiyyət — mülkədardan asılı, onun torpağını icarəyə götürən (çox vaxt irsən) kəndli. İcarə haqqı əsasən natural (ərzaqla), bəzən isə pulla ödənilirdi.Bundan başqa rəyyətin üzərində bir çox mükəlləfiyətlər var idi: yol, arx, körpü tikmək; müharibə və sülh vaxtı vaxtı ərazidə yerləşən qoşunu və məmurları təmin etmək. Avropa kəndlisindən fərqli olaraq Müsəlman Şərqində rəiyyət biyara əsasən getmirdi. Mülkədarın torpağı bütünlüklə rəiyyətin arasında bölüşdürülürdü. Zaman-zaman kəndlilərin təhkim olunması baş versə də, Avropada olduğu kimi burada kəndlilər klassik mənada təhkimli sayılmırdılar, onlar nəzəri olaraq istənilən vaxt ağanı tərk edib başqa ağanın torpağına köçə bilərdilər, amma praktikada bu elə də asan deyildi. Elatdan (yarımköçəri mardarlar) fərqli olaraq rəiyyət daha çox vergi ödəyirdi. Dövlətin əsas vergi yükü rəiyyətin üzərinə düşürdü. Rəiyyət şəxsən azad olsa da, mülkədardan torpağa görə asılı idi.
Dəyişən kəmiyyət
Dəyişən kəmiyyət müxtəlif qiymətlər alan kəmiyyətdir. Məsələn, ideal qaz sıxılanda, onun həcmi və təzyiqi dəyişir. XVII əsrdə dəyişən kəmiyyətin riyaziyyata daxil edilməsi ümumiyyətlə, elmdə inqilabi sıçrayış idi. O təbiət hadisələrinin, onlar arasında əlaqənin və hərəkətin öyrənilməsində yeni mərhələ idi. Dekart, Nyuton və Leybnisin işlərinə əsaslanan diferensial və inteqral hesabı kimi güclü riyazi üsullar ciddi dəyişikliyə uğradı. Onlar XIX əsrdə ciddi riyazi əsaslandırıldı. Bu zaman limitlər nəzəriyyəsi və kəsilməz funksiyalar nəzəriyyəsi yarandı. Müasir riyaziyyat üçün dəyişən kəmiyyətin yuxarıdakı tərifi qənaətbəxş deyil. Müasir riyaziyyatın əsaslarına çoxluqlar nəzəriyyəsinin, topologiyanın ideyaları nüfuz etmişdir. Xüsusi halda, kəmiyyətin qiymətləri təkcə ədədlər yox, müəyyən çoxluğun ixtiyarı təbiətli elementləri ola bilər.
Fiziki kəmiyyət
Fiziki kəmiyyət — hər hansı bir fiziki hadisə və ya cismin kəmiyyətcə xarakteristikası. Hər bir fiziki kəmiyyətin öz adı, işarəsi, vahidləri, simvolu və s. vardır. Uzunluq, həcm, zaman, sürət, qüvvə, temperatur, tutum, kütlə və s. bunlara aiddir. == Fiziki kəmiyyətlər == Uzunluq Həcm Sahə Kütlə Qüvvə Sıxlıq Zaman Sürət Temperatur Cərəyan şiddəti İşıq sürəti == Vahidlər == Uzunluq vahidləri: Millimetr Santimetr Destimetr Metr Kilometr Meqametr Kütlə vahidləri Milliqram Qram Kiloqram Sentner Ton Temperatur vahidləri Selsi Kelvin Tutum vahidləri Millilitr Litr Zaman vahidləri Saniyə Dəqiqə Saat Sutka Skalyar və vektorial kəmiyyətlər Skalyar kəmiyyətlər yanlız ədədi qiyməti olan, istiqaməti olmayan kəmiyyətlərdir. Vektorial kəmiyyətlər həm ədədi qiyməti, həm də istiqaməti olan kəmiyyətlərə deyilir.
Fövqəladə vəziyyət
Fövqəladə hallar — qəza, təbii fəlakət və digər hallar nəticəsində müəyyən ərazidə yaranmış şərait. Bunun nəticəsində insan təlafatı, onun sağlamlığına və ətraf mühitə zərər böyük maddi ziyan vurulur və insanların normal həyat şəraiti pozula bilir. == Haqqında == Fövqəladə hal — ətraf mühitə və insan səhhətinə ziyan vura, maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadisədir. Fövqəladə hallar təbii və texnogen mənşəli olmaqla iki qrupa bölünür. Təbii mənşəli fövqəladə hallar baş verən fəlakətli təbiət hadisələridir. Bunlar – zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu, sunami, fırtına və s. bu kimi təbii fəlakətlərdir. Texnogen mənşəli fövqəladə hallar isə insan fəaliyyəti nəticəsində baş verən hadisələrdir. Bunlardan — yanğın, partlayış, nəqliyyat qəzaları, kimyəvi qəzalar, radioaktiv qəzalar, tikililərin uçması, dəm qazı təhlükəsi, kommunal təsərrüfatda qəzalar və s. göstərə bilərik.
Kəmiyyət piramidası
Kəmiyyət piramidası (Elton piramidası) –Funksional əlaqələr, yəni trofik quruluş qrafik olaraq, sözdə şəklində təqdim edilə bilər ekoloji piramidaları. Piramidanın əsasını istehsalçıların səviyyəsi təşkil edir və sonrakı qidalanma səviyyəsi piramidanın döşəmələrini və üst hissəsini təşkil edir. Ekoloji piramidaların üç əsas növü məlumdur: 1) ədədlərin piramidası, hər səviyyədə olan orqanizmlərin sayını əks etdirir (Elton Piramidası); 2) biokütlə piramidası, canlı maddənin kütləsini xarakterizə edən — ümumi quru çəki, kalori miqdarı və s.; 3) məhsul piramidası (və ya enerji), təbiətdə universaldır və ardıcıl trofik səviyyələrdə ilkin istehsalın (və ya enerjinin) dəyişməsini göstərir. Rəqəmlərin piramidası Elton tərəfindən aşkar edilmiş bir nümunəni əks etdirir: istehsalçılardan istehlakçılara ardıcıl bir əlaqə yaratan şəxslərin sayı durmadan azalmaqdadır (Şəkil 5.). Bu naxışın əsası, birincisi, böyük bir cismin kütləsini tarazlaşdırmaq üçün çox sayda kiçik cismin olması lazımdır; ikincisi, enerji miqdarı aşağı trofik səviyyələrdən ən yüksəkə (hər səviyyədən əvvəlki səviyyəyə qədər enerjinin 10% -ə çatır) itirilir və üçüncüsü, maddələr mübadiləsinin şəxslərin ölçüsündən tərs asılılığı (bədən nə qədər kiçik olsa, maddələr mübadiləsi nə qədər intensiv olursa, böyümə sürəti də o qədər yüksəkdir) onların bolluğu və biokütlə). Bununla birlikdə, müxtəlif ekosistemlərdə piramidaların sayı çox dəyişəcəkdir, buna görə nömrələri cədvəl şəklində vermək daha yaxşıdır, lakin qrafik şəklində biokütlə. Bu, müəyyən bir trofik səviyyədəki bütün canlı maddələrin miqdarını açıq şəkildə göstərir, məsələn, vahid sahədəki kütlə vahidində — g / m 2 və ya həcmdə — g / m 3 və s. Yerüstü ekosistemlərdə aşağıdakı qayda tətbiq olunur. biokütlə piramidaları: bitkilərin ümumi kütləsi bütün ot bitkiləri kütləsindən, kütlələri isə yırtıcıların bütün biokütləsindən çoxdur. Bu qayda müşahidə olunur və bütün zəncirin biokütləsi xalis istehsalın dəyərinin dəyişməsi ilə dəyişir, illik artımın ekosistemin biokütlə nisbətləri kiçikdir və müxtəlif coğrafi zonaların meşələrində 2 ilə 6% arasında dəyişir.
Müstəsna vəziyyət
Müstəsna vəziyyət – proqramlaşdırmada və informasiyanın emalı vasitələrində: kompüterin mikroprosessorunu cari anda yerinə yetirilən əməliyyatları durdurmağa vadar edən, sonra isə oxşar durumu emal edən xüsusi altproqramı tapıb çalışdıran problem və ya hadisə. Müstəsna vəziyyət kəsilmə (INTERRUPT) kimidir, çünki o da mikroprosessoru ayrıca göstərişlər toplusuna yönəldir. Bununla belə, MS-DOS əməliyyat sistemi altında işləyən kompüterlərdə müstəsna vəziyyət kəsilmədən onunla fərqlənir ki, o, proqramın çalışması ilə bağlı olur və potensial olaraq proqramın durdurulmasına səbəb ola bilər.
Qlobal cəmiyyət
Qlobal cəmiyyət — "Cəmiyyət" istilahı gündəlik elmi dildə müxtəlif mənalarda istifadə edilir. Sosiologiya cəmiyyət haqqında elm kimi meydana gəlmişdir, yəni ictimai fikrin uzun müddət davam edən inkişafı gedişində ictimai həyatın dövlət, din və onların doğurduğu təsisat və məqsədli qruplar kimi təşkil olunmuş formaları ilə yanaşı, həm də spontan proseslərin də baş verdiyi aşkar edildikdə yaranmışdır. Onlar həm birgə yaşayış formalarını yaradır, həm də onları dəyişdirir və insanın iradəsindən asılı olmayaraq özlərinin təbii qanunları ilə idarə olunur. Bu spontan yaranan və meydana çıxan proses və formalar müəyyən bütövlük, adamların ictimai həyatının həm məqsədəuyğun şəkildə təşkil edilmiş, həm də spontan surətdə baş verən bütün hadisələrinə təsir göstərən tamlıq yaradır. XVIII əsrdə cəmiyyət anlayışı meydana çıxan zaman o, müxtəlif şərhlərə yol verən geniş məna daşıyırdı. Bunun nəticəsində ədəbiyyatda "cəmiyyət" istilahının həm də müxtəlif istifadə edilmə üsulları əmələ gəlir. Bu istilaha aşağıdakı müxtəlif mənaları göstərmək olar: Cəmiyyətin geniş və ya geniş toplu kimi başa düşüldüyü təriflər. Bəziləri cəmiyyətin yer üzündə yaşayan bütün adamları əhatə etdiyini hesab edərək, bu anlayışın tutumu ilə "bəşəriyyət" anlayışının tutumunu eyniləşdirirlər. Digərləri onun tutumunu ərazi birliklərinə qədər daraldır, məsələn, Azərbaycan cəmiyyəti Azərbaycan Dövləti sərhədləri daxilində yaşayan bütün adamları və mövcud olan bütün ictimai həyat formalarını əhatə edir. Polşa sosioloqu F.Znanieski cəmiyyəti birgə mövcud olan və çarpazlaşan, dövlət, millət, din kimi vahid hakim qrupa tabe olan qruplar sırası kimi müəyyən edir və bu mənada milli, katolik və s.
Rəbiyyət Aslanova
Rəbiyyət Nurullah qızı Aslanova (4 iyul 1951, Kəlbəcər) — Azərbaycan Respublikası Milli Məclisinin (II, III və IV çağırış) deputatı, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sabiq sədri. Fəlsəfə elmləri doktoru, professor. BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kaferasının müdiri. Yeni Azərbaycan Partiyasının üzvüdür. ATƏT-in Parlament Assambleyasında və MDB Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvü olub. Rəbiyyət Aslanova 1951-ci il iyulun 4-də Kəlbəcər şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra 1973–1976-cı illərdə universitetin aspiranturasında oxumuş, 1977–1978-ci illərdə Bakı Dövlət Universitetində assistent olmuşdur. 1981-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1988-ci ildən baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2004-cü ildə "İslam mədəniyyət sistemində" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Sabit kəmiyyət
Sabit kəmiyyət — verilmiş prosesdə öz qiymətini dəyişməyən kəmiyyətdir. Sabit kəmiyyət kimi işarə olunur. Məsələn, ideal qazı sıxanda Boyl-Moriott qanununa görə qazın həcminin onun təzyiqinə hasili sabit kəmiyyətdir. 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987.
Sinifsiz cəmiyyət
Sinifsiz cəmiyyət — müəyyən sosial-iqtisadi sinifləri olmayan cəmiyyət; kommunizmin məqsədlərindən biri. Həmçinin bu termini ibtidai icma cəmiyyətlərinə şamil etmək olar. Marksist nəzəriyyədə mühüm konsepsiya. Sinifsiz cəmiyyət baxışının mənşəyini bizim eramızdan çox əvvəl — yəhudi peyğəmbərlərində, Çin alimlərində və qədim yunan şairlərində tapmaq olar. Lakin Marks, Engels və ümumən marksist məktəb tərəfindən həyata keçirilən utopik sosializmdən elmi sosializmə keçidlə sinifsiz cəmiyyətin son məqsədi sinfi cəmiyyətə xas olan istismara, zülmə, insanlar arasında zorakılığa, özgəninkiləşdirməyə qalib gəlmək kimi təqdim olunmağa başladı. əməyin, insanların təcrid olunması, insan imkanlarının məhdudlaşdırılması və s. Sinif bölgüsü istehsal vasitələri üzərində xüsusi mülkiyyətə əsaslandığı üçün bu vasitələrin ictimailəşməsi ilə sinifsiz cəmiyyət, yəni sosializm sıx bağlıdır. Marksist nəzəriyyədə ovçu-yığıcı qəbilə cəmiyyəti, ibtidai kommunizm sinifsiz idi. Hamısı bir qəbilə üzvləri kimi əsasən bərabər idilər və ibtidai istehsal üsulunun müxtəlif funksional istifadələri, nə qədər sərt və təbəqəli olsalar da, sadəcə öz saylarına görə sinfi cəmiyyət yarada bilməzdilər və yarada bilməzdilər. Kənd təsərrüfatına keçidlə məhsuldar qüvvələrin inkişafı prosesində artıq məhsul istehsal etmək, yəni təcili tələbatı ödəmək üçün lazım olandan artıq istehsal etmək imkanı yarandı.
Skalyar kəmiyyət
Skalyar kəmiyyət — Fizikada yalnız ədədi qiymətləri ilə xarakterizə edilən fiziki kəmiyyətdir. Skalyar kəmiyyətlər vektor və tenzorlardan fərqli olaraq dəyərini müəyyənləşdirən istiqamətə malik deyillər. Skalyar kəmiyyətlərə zaman, kütlə, temperatur, həcm, sıxlıq, enerji , uzunluq , sabit cərəyan(DC) , tezlik , həcm , maddə miqdarı(mol) , parlaqlıq intensivliyi , konsentrasiya , iş , təzyiq , güc , elektrik potensialı və s. kəmiyyətlər daxildir.
Səhmdar cəmiyyət
Səhmdar cəmiyyəti — nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş kommersiya təşkilatıdır. Sahibkarlıq fəaliyyətinin bu təşkilati-hüquqi formasının fərqləndirici xüsusiyyəti nizamnamə kapitalının emissiya qiymətli kağızlar – səhmlər hesabına formalaşmasıdır. Bu zaman səhmdar cəmiyyətinin iştirakçısı olan hər bir səhmdar müəyyən sayda səhmə sahib olur. Səhmdarlar, şirkətin mövcudluğuna heç bir təsiri olmadan səhmlərini başqa səhmdarlara ötürə bilirlər. Səhmdarın cəmiyyətin tərkibindən ayrılması ona aid olan mülkiyyətin və ya onun pul ekvivalentinin verilməsi ilə yox, yalnız ona məxsus olan səhmlərin özgəninkiləşdirilməsi ilə mümkündür. Müasir korporativ hüquqda səhmdar cəmiyyəti inkorporasiya və məhdud məsuliyyət anlayışları ilə əlaqədə işlədilir. Buna görə də səhmdar cəmiyyətləri ümumən korporasiyalar və məhdud məsuliyyətli şirkətlər kimi qəbul olunur. Bəzi dövlətlərin yurisdiksiyalarında səhmdar cəmiyyətlərinin məhdud məsuliyyət olmadan da qeydiyyatdan keçməsi mümkündür. Böyük Britaniya və başqa dövlətlərdə belə şirkətlər qeyri-məhdud şirkətlər (ing. unlimited company) kimi fəaliyyət göstərirlər.
Təsadüfi kəmiyyət
Təsadüfi dəyişən və ya təsadüfi kəmiyyət — Statistika və ya ehtimalda dəyərləri qeyri-rəsmi olaraq təsadüfi bir fenomenin nəticələrindən asılı olan dəyişəndir. Təsadüfi kəmiyyət diskret və kəsilməz ola bilər. Diskret təsadüfi kəmiyyət (rus. дискретная случайная величина, ing. discrete random variable) özünün müəyyən mümkün qiymətlər çoxluğuna malikdir. Məsələn, lotereya biletinin nömrəsi diskretdir. Diskret təsadüfi kəmiyyət hər hansı bir sonlu çoxluqdan qiymət alır. Diskret olmayan, başqa sözlə kəsilməz təsadüfi kəmiyyətə (rus. непрерывная случайная величина, ing. continuous random variable) nümunə olaraq havanın temperaturunu göstərə bilərik.
Vektorial kəmiyyət
Vektorial kəmiyyət — Fizikada ədədi qiyməti və istiqaməti ilə xarakterizə olunan fiziki kəmiyyətdir. Vektorial kəmiyyətlərin vektorial hasili vektorial, skalyar hasili skalyar kəmiyyətdir. Vektorun modulu – onun ədədi qiymətidir. Vektorial kəmiyyətlərə sürət, təcil, qüvvə, impuls, yerdəyişmə, uzunluq, intensivlik və s. daxildir. Vektorial kəmiyyətlər üzərində ox çəkilmiş hərflərlə işarə edilir. A.Mehrabov və b. Fizika kursu, Bakı: Maarif, 1982.
Virtual cəmiyyət
Virtual icma, həmçinin internet-icma, virtual cəmiyyət və ya internet-cəmiyyət — qarşılıqlı maraq və ya məqsədləri həyata keçirmək üçün potensial olaraq coğrafi və siyasi sərhədləri keçən, spesifik sosial media vasitəsilə əlaqə quran fərdlərin sosial şəbəkəsi. Ən geniş yayılmış virtual icmalardan bəziləri sosial şəbəkə xidmətləri altında fəaliyyət göstərən onlayn icmalardır. Hovard Reynqold 1993-cü ildə nəşr olunan "The Virtual Community" kitabında virtual icmalardan bəhs etmişdir. Kitabın müzakirəsi Reynqoldun "The WELL"dəki sərgüzəştlərindən, kompüter vasitəçiliyi ilə kommunikasiyadan, sosial qruplardan və informasiya elmindən ibarətdir. İstinad edilən texnologiyalara "Usenet", MUD-lər və onların törəmələri MUSH və MOO, "Internet Relay Chat" (IRC), çat otaqları və elektron poçt siyahıları daxildir. Reynqoldun həmçinin virtual icmaya mənsub olmağın şəxsi psixoloji rifah, eləcə də bütövlükdə cəmiyyət üçün potensial faydalarını qeyd edir. Eyni zamanda, işə cəlb edilməsinin virtual təcrübə icmalarına müsbət təsir etdiyini göstərmişdir. Virtual icmaların hamısı qarşılıqlı əlaqəni təşviq edir, bəzən xüsusi bir maraq ətrafında və ya sadəcə ünsiyyət qurmaq üçün fokuslanır. Bəzi virtual icmalar hər ikisini edir. İcma üzvlərinə müxtəlif vasitələrlə ortaq bir həvəs üzərindən qarşılıqlı əlaqəyə icazə verilir: mesaj lövhələri, çat otaqları, sosial şəbəkələr ümumdünya hörümçək torunun saytları və ya virtual dünyalar.
Əlincə (cəmiyyət)
Əlincə — 1990-cı ildə Naxçıvan Muxtar Respublikasında yaranan ictimai təşkilat, xeyriyyə cəmiyyəti Azərbaycan xalqının yenilməzlik, mətinlik, və mübarizə rəmzi olan Əlincəqalanın adınadır. Proqram və Nizamnaməsi 6 aprel 1990-cı ildə keçirilmiş təsis konfransında qəbul olunmuşdur. Əsasən respublikanın sərhəd rayonlarında fəaliyyət göstərir. Nizamnaməsində göstərdiliyi kimi, sərhəd rayonlarının sosial-iqtisadi və mədəni inkişafına yardım etmək, həmin rayonların əhalisini erməni quldur basqınından qorumaq üçün tədbir görmək, sərhəd kəndlərinin boşalmasının, işsizliyin qarşısını almaq, təbii ehtiyatlardan, yerli xammaldan istifadə etməklə istehsalat sahələri açmaq, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, məhsul satmaqda əhaliyyət kömək etmək, erməni təcavüzündən zərər çəkənlərə, qocalara, əlillərə, ehtiyacı olanlara yardım göstərmək, müxtəlif xeyriyyə tədbirləri keçirmək, elm və texnikanın nailiyyətlərinə əsaslanmaqla sərhəd rayonlarında iqtisadiyyatın intensiv inkişafına kömək göstərmək, bu rayonlar haqqında normativ aktlar tərtib etmək və s.cəmiyyətin əsas vəzifələridir. "Səs" adlı qəzeti nəşr olunur. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Rəhbər orqanları cəmiyyətin məclisi, idarə heyəti və ağsaqqallar şurasıdır. Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Dövlətsiz cəmiyyət
Dövlətsiz cəmiyyət — dövlət tərəfindən idarə olunmayan cəmiyyət. Dövlətin olmadığı cəmiyyət bəşəriyyətin tarixdən əvvəlki dövrlərində normal olsa da, bu gün az sayda dövlətsiz cəmiyyət mövcuddur. Çünki bəzi regionlarda nominal dövlət orqanları çox zəif olsa da, demək olar ki, bütün dünya əhalisi hər hansı bir suveren dövlətin ərazisi daxilində yaşayır. Tarix boyu bəzi dövlətsiz xalqlar ətraflarında olan dövlətə tabe cəmiyyətlərə inteqrasiya etmişdirlər. Bəzi siyasi fəlsəfələr, xüsusən də anarxizm dövləti arzuolunmaz bir qurum, dövlətsiz cəmiyyətləri isə ideal hesab edir, marksizm isə hesab edir ki, post-kapitalist cəmiyyətdə dövlətə ehtiyac qalmayacaq və o yox olacaq. == Siyasi ideal kimi == Bəzi siyasi fəlsəfələr dövləti arzuolunmaz hesab edir və dövlətsiz cəmiyyətin formalaşmasını əsas məqsəd hesab edirlər. Nümunə üçün anarxizmin əsas prinsipi dövlətsiz cəmiyyət ideyasının müdafiəsidir. Anarxo-kapitalizm özəl qurumları dəstəkləyərkən dövlətə qarşı çıxır. Marksizmdə isə hesab edilir ki, post-kapitalizm cəmiyyətində arzuolunmaz bir qurum olan dövlət lazımsız olacaq və yox olacaq. Bu mövzudakı digər bir anlayış isə anarxo-kommunizmdir ki, bu ifadədən bəzən Marksın post-kapitalist cəmiyyətini təsvir etmək üçün istifadə edilir.
Farslaşmış cəmiyyət
Farslaşmış cəmiyyət (ing. Persianate) — fars dili və ədəbiyyatı, İran mədəniyyəti, incəsənəti və/yaxud kimliyinə əsaslanan və ya ondan güclü şəkildə təsirlənən cəmiyyət. "Persianate" termini Marşall Qudvin Simms Hocson tərəfindən yaradılmış bir neologizmdir. O, 1974-cü ildə yazdığı "The Venture of Islam: The expansion of Islam in the Middle Periods" kitabında bunu belə müəyyənləşdirmişdir: "Fars dilinin yüksəlişi sırf ədəbi nəticələrdən daha çox idi: Bu, islam dünyasında yeni ümumi mədəni oriyentasiya daşımağa xidmət etmişdir…. Müsəlmanlar arasında sonradan yaranan yüksək mədəniyyətə malik daha çox yerli dillərin əksəriyyəti… əsas ədəbi ilhamları üçün tamamilə və ya qismən fars dilindən asılı qalmışdı. Biz fars dilində daşınan və ya farscadan alınmış ilhamı əks etdirən bütün bu mədəni ənənələri genişləndirməklə "Persianate" adlandıra bilərik". Termin etnik farsları, həm də əsasən etnik cəhətdən qeyri-fars olan, lakin linqvistik, maddi və ya bədii mədəni fəaliyyətləri fars mədəniyyətindən təsirlənmiş və ya ona əsaslanmış cəmiyyətləri nəzərdə tutur. XIX əsrdən əvvəlki farslaşmış cəmiyyətlərə misal olaraq Səlcuqilər, Teymurilər, Moğollar, və Osmanlı sülalələrini göstərmək olar.
Hərbi vəziyyət
Hərbi vəziyyət — dövlətə və ya onun bir hissəsində, bir qayda olaraq, müharibə dövründə dövlətə qarşı təcavüz və ya bilavasitə təcavüz təhlükəsi yarandıqda ali dövlət hakimiyyəti orqanının qərarı ilə müəyyən edilən xüsusi hüquqi rejim. == Nümunələr == İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın baş naziri Nikol Paşinyan hərbi vəziyyət elan etmişdir. Türkiyədə müxtəlif hərbi vəziyyət dövrləri fərqli xüsusiyyətlər göstərsə də, onların da bir çox ortaq nöqtələri var. Bunlardan ən əsası hərbi vəziyyət komandanlıqlarının hərbi vəziyyətin elan edilməsinin səbəbləri ilə tamamilə əlaqəsi olmayan ərazilərdə qoyduqları qadağalardır. Məsələn, yığıncaq qadağası bütün hərbi vəziyyət idarələri tərəfindən qəbul edilmişdir. Həmçinin, bu yığıncaqlar sadəcə siyasi olanlarla məhdudlaşmırdı. Bura idman tədbirləri, toylar, kooperativ yığıncaqları və hətta ibtidai sinif tamaşaları da daxil edilirdi. Yol hərəkəti sahəsində qaydaların gətirilməsi də bu ortaq məqamlar arasındadır. Siqnal vermək, sürət həddini aşmaq, yanlış yerdə saxlamaq, tutumundan artıq sərnişin götürmək, piyada səkisini tutmaq və hətta növbə ilə avtobusa minməmək hərbi vəziyyət cinayətləri sırasına aid edilirdi. 24 fevral 2022-ci ildə prezident Vladimir Zelenski Rusiyanın Ukraynaya müdaxiləsindən sonra hərbi vəziyyət elan etmişdir.
Nağdsız cəmiyyət
Nağdsız cəmiyyət — maliyyə əməliyyatlarının fiziki əskinaslar və ya sikkələr şəklində pulla deyil, əməliyyat iştirakçıları arasında rəqəmsal məlumatların (adətən pulun elektron təqdimatı) ötürülməsi yolu ilə həyata keçirildiyi iqtisadiyyat vəziyyəti. Nağdsız cəmiyyətlər barter və digər nağdsız mübadilə üsullarından yaranmışdır. XX əsrin sonu və XXI əsrin əvvəllərində kredit kartları, debet kartları, mobil ödənişlər və bitkoin kimi rəqəmsal valyutalardan istifadə etməklə nağdsız əməliyyatlar mümkün oldu. Dünyanın bir çox ölkələrində ticarət və investisiyalarda rəqəmsal uçot, idarəetmə və mübadilə üsullarından istifadənin artması, habelə nağd puldan istifadə edilən əməliyyatların yerdəyişməsi, onların əməliyyatlarla əvəzlənməsi ilə əlaqədar nağdsız cəmiyyət konsepsiyası elektron formada geniş müzakirə olunub. Bəzi ölkələr indi nağd puldan istifadə edilən əməliyyatlara və əməliyyatların məbləğinə məhdudiyyətlər qoyur. Gündəlik həyatda nağdsız əməliyyatların və hesablaşmaların tətbiqi tendensiyası 1990-cı illərdə, elektron bankçılığın adi hal alması ilə başladı. 2010-cu illərdə PayPal, rəqəmsal pul kisəsi sistemləri, Apple Pay, elektron kart və ya smartfonla kontaktsız və NFC ödənişləri və elektron hesablar kimi rəqəmsal ödəniş üsulları bir çox ölkədə geniş yayılmışdı. 2020-ci illərə qədər əməliyyatlarda külli miqdarda nağd puldan istifadə qismən onların çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadəsi ilə bağlı yaranan şübhələrə görə azalıb. Bəzi satıcılar və pərakəndə satıcılar nağd ödənişlərə o qədər məhdudiyyət qoyurlar ki, onlar öz hərəkətləri üçün “nağd pulla müharibə” ifadəsini işlədirlər. 2016-cı ildə ABŞ istehlak bazarı sorğusuna əsasən, respondentlərin 75%-i ödəniş üsulu kimi kredit və ya debet kartına üstünlük verdiyi halda, respondentlərin yalnız 11%-i nağd pula üstünlük verib.
İnklüziv cəmiyyət
İnklüziv cəmiyyət - sosial ədalət prinsiplərinə əsaslanaraq yaşından, cinsindən, seksual oriyentasiyasından, etnik mənsubiyyətindən, irqindən, qabiliyyətindən, dinindən, immiqrasiya statusundan və sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq bütün fərd və qruplara cəmiyyətə giriş və tam iştirak imkanı verir. İnklüziv cəmiyyətlərə doğru hərəkat mütərəqqi xarakter daşıyır və tədricən baş verir. Təəssüf ki, inklüziv cəmiyyətlərə nail olmaq üçün maneələr yaratmaqda davam edən dərin köklü normalar mövcuddur. İnklüziv cəmiyyətlərin inkişafına mane olan məsələlərə sənədsiz miqrantlar kimi insan hüquqlarının inkar edilməsi, təhsil, səhiyyə kimi sahələrin əlçatan olmaması və s. daxildir. Xüsusilə əlilliyi olan şəxslərin təhsilə çıxışı çox zaman qapalı qalır. İnklüzivlik əlilliyi olan şəxslərin gündəlik fəaliyyətlərə cəlb edilməsi və onların əlil olmayan həmyaşıdlarına bənzər şəkildə resurslar və imkanlara çıxışının təmin edilməsi kimi müəyyən edilir. Başqa sözlə inklüziv cəmiyyət fərdin özünü sağlam mühitdə tapması və potensialının cəmiyyət tərəfindən tanınma və cəmiyyətdə sosial əlaqələr qurub inteqrasiya edə bilmə qabiliyyəti hesab edilir. Bu inkişafyönümlülük, təhsil, iş, könüllülük və başqa formalarda ola bilər. Sosial müdafiənin genişləndirilməsi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün davamlı inkişaf məqsədlərinə çatmaq üçün zəruridir.
Kəmiyyət yumşalması
Kəmiyyət yumşalması (ing. Quantitative easing, QE) — ənənəvi pul siyasətləri bir sıra amillərə görə səmərəsiz və ya qeyri-kafi effektiv olduqda mərkəzi bankların milli iqtisadiyyatları stimullaşdırmaq üçün istifadə etdiyi pul siyasəti. Kəmiyyət yumşalması şəraitində mərkəzi bank iqtisadiyyata müəyyən miqdarda pul daxil etmək üçün maliyyə aktivlərini alır və ya girov qoyur, ənənəvi pul siyasətində isə mərkəzi bank bazar faiz dərəcələrini müəyyən hədəf səviyyəsində saxlamaq üçün dövlət istiqrazlarını alır və ya satır. Bu halda mərkəzi bank pulun yeni elektron emissiyası üçün banklardan və digər özəl şirkətlərdən maliyyə aktivləri alır. Bu, bank ehtiyatlarını tələb olunan səviyyədən (artıq ehtiyatlar) artırmağa, əldə edilmiş maliyyə aktivlərinin qiymətlərini qaldırmağa və onların gəlirliliyini azaltmağa imkan verir.
Ekonometrik Cəmiyyət
Ekonometrik Cəmiyyət — 1930-cu ildə Raqnar Friş, İrvinq Fişer və Çarlz Rusun təşəbbüsü ilə yaradılan Beynəlxalq İqtisadçılar İttifaqı: “Ekonometrik Cəmiyyət, statistika və riyaziyyatla qarşılıqlı əlaqədə iqtisadi nəzəriyyənin inkişafı üçün beynəlxalq cəmiyyət” adı ilə. == Haqqında == Econometrica, Journal of Mathematical Economics, Theorical Economics jurnallarını nəşr edir; 1978-ci ildən cəmiyyət nüfuzlu iqtisadi mükafatlardan birini - Friş medalını təqdim edir. Bir sıra müntəzəm seminarlar və konfranslar təşkil edir, ən böyük tədbir İqtisadi Cəmiyyətin illik Ümumdünya Konqresidir. Cəmiyyət üzvləri üçün peşəkar mükafatlardan biri cəmiyyətin ayrı-ayrı tədbirlərində mütəmadi olaraq təşkil edilən “ad mühazirələrindən” birinə dəvət etməkdir: Fişer-Şults mühazirəsi (Avropa konfransı), Marşak mühazirəsi (Avropadan kənarda regional tədbirlər və Şimali Amerika), Walras-Bowley mühazirəsi (Şimali Amerika Konfransı), Frisch Memorial Lecture (Dünya Konqresi), Coles Lecture (Şimali Amerika Yay Konfransı). Üzvlük ödənişli və ödənişsizdir, 2015-ci ildən etibarən qiymət illik 115 ABŞ dolları (onlayn kitabxanaya çıxış ilə) və ya ildə 175 dollar təşkil edir (əlavə olaraq jurnalların çap nömrələrinə abunə daxildir). İdarə heyətinin seçkilərində və yeni tamhüquqlu üzvlərin seçilməsində səsvermə hüququ verən “tam üzv” (ing. fellow) statusu var; Hər il icma üzvləri arasından bir neçə onlarla yeni tam üzv seçilir.
Postsavadlı cəmiyyət
Postsavadlı cəmiyyət — multimedia texnologiyasının savadlılığın, oxumaq və ya yazmaq qabiliyyətinin artıq zəruri və ya ümumi olmadığı nöqtəyə qədər irəlilədiyi hipotetik cəmiyyət. Bu termin hələ 1962-ci ildə Marşall MakLuhanın "Qutenberq qalaktikası"nda görünür. Bir çox elmi-fantastik cəmiyyətlər, Rey Bredberinin "Farengeyt 451" romanında", Den Simmonsun "İlium" romanında və Qari Şteynqartın "Super kədərli əsl sevgi hekayəsi"ndə olduğu kimi postsavadlıdır. Post-savadlı cəmiyyət yazı sistemlərini tətbiq etməyən və estetik ənənələri şifahi ədəbiyyat və şifahi tarix formasını alan, incəsənət, rəqs və nəğmənin köməyi ilə müasir və ya tarixi şifahi mədəniyyətlərdən fərqlənir). Post-savadlı cəmiyyət yazılı sözü yazılmış səslərlə (CD-lər, audiokitablar), yayımlanan şifahi söz və musiqi (radio), şəkillər (JPEG) və hərəkətli təsvirlərlə (televiziya, film, MPG, axın videosu, video oyunlar, virtual) əvəz edərdi. reallıq). Post-savadlı cəmiyyət hələ də savadlı, oxumağı və yazmağı bilən, lakin istəməyən insanları əhatə edə bilər. Əksər insanlar media savadlı, multimedia savadlı, vizual savadlı və transliterasiya qabiliyyətinə malik olardılar. Kris Hecsin yazdığı "İllüziya imperiyası" və Nil Postmanın yazdığı "Özümüzü ölənə qədər əyləndirmək" adlı qeyri-bədii kitabları hər ikisi savaddan sonrakı mədəniyyətin qəfil yüksəlişini müşahidə edir. Daniel Bell Postsənaye cəmiyyəti The Dawn of the Post-literate Age, by Patrick Tucker, THE FUTURIST Magazine, November–December 2009.