Çobanaşı
Kök+ kök+ şəkilçi modeli əsasında formalaşmış xörək adıdır. Bu xörək adının birinci komponentində işlənən “çoban” sözü qədim peşə ilə bağlı yaranmış leksik vahid olub, “qoyun, keçi, mal-qara otaran adama” deyilir. “Çobanaşı” xörəyi Azərbaycanın müxtəlif bölgələrində müxtəlif şəkildə, daha çox südlə bişirilən yeməkdir. Peşə adının motivləşməsi yolu ilə əmələ gəlmişdir.