çox qəşəng (gözəl)

just what the doctor ordered / just the thing I (we, you) need! * то, что доктор прописал (отлично, замечательно)
çox qabağa getmək
çox qısa müddət
OBASTAN VİKİ
Çox gözəl hərəkətlər 2
Çox gözəl hərəkətlər 2 — (türk. Çok Güzel Haraketler 2) BKM Mutfak imzalı, Kanal D televiziya kanalında yayımlanan əyləncə televerilişidir. 2008–2011-ci illərdə yayımlanan çox gözəl hərəkətlər bunlar adlı televerilişin davamıdır. İlk seriyası 10 fevral 2019-cu ildə yayımlanmışdır.
Çox
Çox (avar. Чӏохъ) — Dağıstanın Qunib rayonundakı bir kənd (aul). Kommuna və Qamsutl kəndlərini də əhatə edən "Çox kənd sovetliyi" inzibati ərazi vahidliyinin inzibati mərkəzi. Dağıstanın əhəmiyyətli mədəniyyət mərkəzlərindən biridir. Çox yaşayış məntəqəsi Şimali Qafqazın ən qədim yerlərindən biridir. Burada Neolit dövrünə aid bir yer aşkar edilmişdir. Akademik Nikolay Vavilov Şimali Qafqaza etdiyi ekspedisiya nəticəsində Dağıstanın becərilən dənli bitkilərin mənşə mərkəzinin bir hissəsi olduğunu inandırıcı şəkildə sübut edir. Məhsuldar iqtisadiyyatın, əkinçilik və heyvandarlığın formalaşması məhz burada baş verdi. Eramızdan 6 min il əvvələ aid Çox kəndinin yaxınlığında bir yaşayış yerinin qalıqları aşkar olunmuşdur. Elm adamları 1300-cü ildən bəri Çoxun müstəqil bir yaşayış yeri olaraq qeyd edirlər.
Gözəl
Gözəllik — estetikanın ən ümumi, ən geniş əhatəli kateqoriyası, estetik qiymətləndirmənin ən mühüm amilidir. O, istisnasız olaraq bütün həyat və kainat təzahürlərini, təbiət və cəmiyyət hadisələrini, əmək, ictimai münasibət və incəsənət sahələrini əhatə edir. Qədim Yunanıstanın idealist filosofu, Platon gözəlliyin mənbəyini bu fani hesab etdiyi maddi aləmdə deyil, ideyalar aləmində, əbədiyyətdə görür. O, belə hesab edir ki. "gözəllik hansı bir görkəmdə, hansı bir məxluqda, yaxud ancaq hansı bir predmetdə isə görünə bilməz". Platon gözəlliyi heç bir real mündəricə daşımayan, sabit, metafizik bir ideya kimi qiymətləndirir Heraklitə görə "dünyanın ən gözəl quruluşu" və "ən gözəl ahəngdarlıq" əksliklərin vəhədəti və mübarizəsinin nəticəsidir. Aristotelin fikrincə, "gözəllik və gözəlliyin varlığı" vəhdətdə, gerçəkliyin obyektiv xassəsi, onun qanunauyğunluğunun təzahürü olmalıdır. Adil Əsədov. Gözəlliyin fəlsəfəsi. Bakı, Nurlan, 2005, 500 s.
Qəşəng alma
Qəşəng alma (lat. Malus spectabilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. Qəşəng alma dekorativ bitki kimi Yaponiya və Çində çox qədimdən becərilir. Hündürlüyü 8-9 m-ə çatan ağacdır. Budaqları qırmızımtıl-qəhvəyidir. Yarpaqları enli yumurtaşəkilli, oval və ya uzunsov-yumurtaşəkillidir, ucu sivriləşmişdir, göyümtül-yaşıl rəngdədir, əsası enli pazşəkillidir, kənarı xırda mişardişlidir. Yarpağın uzunluğu 8 sm-dir. Vegetasiya dövrü aprelin axırından sentyabrın əvvəllərinə qədər davam edir. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri ağımtıl-çəhrayı və ya açıq-qırmızıdır, 5-8 ədədi çətir çiçək qrupuna yığılmışdır.
Qəşəng böcək
Qəşəng böcək (lat. Calosoma sycophanta) — sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Azsaylı növdür. Böcəyin bədənin uzunluğu 21 – 35 mm-dir; qanadüstlükləri qızılı yaşıl rəngdə olub metal parıltısına malikdir. Bığcıqları, ağız orqanlar, baldırları və pəncərələri qara rəngdə olub parlaqdır; ətrafları nadir hallarda qırmızımtıl rəngdə ola bilər. Avropa, Asiya və Qafqaz meşələrində yayılmışlar. Azərbaycanda düzən və dağətəyi meşə sahələrində rast gəlinir. 2000-ci ildə İ.Q.Kərimova tərəfindən Şabran rayonunda 1 fərd, 2004-cü ildə İ.A.Nuriyeva tərəfindən Şabran rayonunda 15 fərd, 2012-ci ildə 1 fərd qeydə alınmışdır. Tək ipəksarıyanın kütləvi artdığı illərdə böcəyin sayında da yüksəliş nəzərə çarpır.
Qəşəng deysiya
Qəşəng deysiya (lat. Deutzia gracilis) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. Yabanı halda Yaponiyada dağlıq ərazidə bitir. Hündürlüyü 40-80 sm-ə çatan koldur. Qarşı-qarşıya yarpaqları uzunsov-neştərvari, kənarları dişli, bir az sallaq, uzunluğu 6 sm-dir. Çiçəkləri ağdır. Uzunluğu 9 sm-ə qədər olan salxımşəkilli çiçək qrupuna 50-yə qədər çiçək yığılmışdır. Kasayarpaqları 5 ədəd, üçbucaqlı və ya xətvari, meyvə ilə qalan və ya töküləndir. Xaricdən çox vaxt ulduz formalı, tüklüdür. Ləçəkləri 5 ədəd, ağ, nadir hallarda narıncı və ya qırmızımtıl-qonur rəngdədir.
Qəşəng durna
Qəşəng durna (lat. Anthropoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi. Hazırda 2 növə ayrılır: Adi qəşəng durna (Anthropoides virgo) — durnaların ən kiçik növü olub, Asiya, Avropa və Şimali Afrikanın geniş ərazilərində yaşayır. Afrika qəşəng durnası (Anthropoides paradisea) — Cənubi Afrika Respublikası və Namibiyada yaşayır.
Qəşəng ilansoğanı
Qəşəng ilansoğanı (lat. Muscari elegantulum), hiasintkimilər (Hyacinthaceae) fəsiləsindən bitki növü. Nadir, məhdud areallı endemik hirkan növüdür. 2 yerdə olması məlumdur: Lerik rayonunun Orand və Şinabad kəndləri ətrafında Sibardu və Talış dağlarında. Orta dağlıq qurşağın stepli yamaclarında tək-tək rast gəlinir. Toxumla və vegetativ yolla çoxalır. Mal-qara otarılması, ot çalınması. Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir. Mühafizəsi üçün xüsusi tədbirlər hazırlanmamışdır.
Qəşəng qayışləcək
Qəşəng qayışləçək (lat. Himantoglossum formosum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –EN A2acd + 3bc; C1. Bitki aləmində nadir, relikt Qafqaz üçün endemik növdür. Cinsi formalaşmasında mərkəzi rol oynayan növdür. Çoxillik ot bitkisidir. Gövdəsi 30-70 sm hündürlükdədir. Aşağı hissədən uzunsov-neştərşəkilli, küt-itiləşmiş yarpaqlıdır. Çiçəkqrupu salxıma bənzərdir, seyrək, çoxçiçəklidir, 30 sm uzunluqğunadır. Çiçəkləri fır-fır, yana əyilmiş, 12-25 ədəddir.
Qəşəng qızılçətir
Qəşəng qızılçətir (lat. Centaurium pulchellum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin qızılçətir cinsinə aid bitki növü.
Qəşəng süsən
Qəşəng süsən (lat. Iris elegantissima) — süsənkimilər (Iridaceae) fəsiləsindən bitki növü. Elmi adı - Iris elegantissima D. Sosn. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünən, gövdə 20 sm hündürlükdədir, 1 iri təpə çiçəyi var. Yarpaqları boz-göyümtül, dar-xətvari, bəzən oraqvari əyilmiş, gövdədən qısadır. Təpə yarpaqları otşəkilli-pərdəlidir, gövdədən qısadır. Çiçəkyanlığının borucuğu uzun, silindrvaridir.
Qəşəng sığırquyruğu
Qəşəng sığırquyruğu (lat. Verbascum formosum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. Hündürlüyü 35–80 sm olan, gövdəsi düz, silindrik, yarpaqla örtülmüş, əvvəlcə boz keçə tüklü, daha sonar isə çılpaq, tünd-qonur rəngli, sadə, seyrək budaqlı ikiillik, boz və ya ağımtıl yun kimi keçə tüklü bitkidir. Kökətrafı və aşağı yarpaqları yarpaq ayasından qısa olan saplaq üzərindədir, yumurtaşəkilli və ya yumurtaşəkilli-uzunsov, kütdür, qaidə hissədə azacıq ürəkşəkilli və ya demək olar ki, kütdür, kənarları iri dairəvi-dişli və ya az lələkvari bölümlü və ya aşağı yarısında bir neçə bölümlüdür, yarpaq ayasının qaidə hissəsinin aşağısı, bəzən yan hissədən 1–2 ədəd kiçik sərbəst enli dilimlidir; sonrakı yarpaqlar qısa saplaqlı və ya oturaqdır, yumurtaşəkilliuzunsov, elliptik və ya yumurtaşəkillidir, sivritəhər, sivri və ya qəfil sivriləşəndir, kənarları xırda dişlidir. Çiçəkləri çiçəkaltlığı yarpaqlarının qoltuğunda yerləşmiş, təkdir, oturaqdır, sıx, ağ və ya boz keçə tüklü düz sünbül əmələ gətirir. Tac sünbülşəkillidir, diametri 30–60 mm-dir, aşağı hissədə parlaq, qarabənövşəyi, qalanı isə sarı rəngdədir, çiçəkləmədən sonra uzun müddət qalandır, xaricdən keçə tüklü, daxildən isə çılpaqdır. Qutucuq şarşəkillidir, qısa sivri ucludur, uzunluğu 7–8 mm-dir, sıx keçə tüklüdür. May-iyun aylarında çiçəkləyir, iyun-iyul aylarında emeyvə verir. BQ (Quba), Xəzəryanı, (Beşbarmaq), BQ şərq, BQ qərb, Kür düz. Ovalıqdan orta dağ qurşağına qədər, əsasən aşağı dağ qurşağında.
Çox gözəl hərəkətlər 2 (televeriliş, 2019)
Çox gözəl hərəkətlər 2 — (türk. Çok Güzel Haraketler 2) BKM Mutfak imzalı, Kanal D televiziya kanalında yayımlanan əyləncə televerilişidir. 2008–2011-ci illərdə yayımlanan çox gözəl hərəkətlər bunlar adlı televerilişin davamıdır. İlk seriyası 10 fevral 2019-cu ildə yayımlanmışdır.
Çox gözəl hərəkətlər bunlar (televeriliş, 2008)
Çox gözəl hərəkətlər bunlar — 2008-ci il mayın 28-i Kanal D-də yayımlanmağa başlayan əyləncə televerilişidir. Yılmaz Ərdoğanın rəhbərliyi altında BKM Mutfak aktyorlarının səhnə aldığı verilişdə, əvvəllər izləyicilərdə xal verərək oyunlarda aktiv olmuş, lakin daha sonra bu səhnədən götürülmüş ancaq sketçlər verilmişdir. Yılmaz Ərdoğanın qardaşı Dəniz Ərdoğan, məşhur melodiya olan Kamptoun Reyses adlı Amerikan xalq musiqisinə söz yazmaq surəti ilə, verilişin giriş musiqisini hazırlamışdır. Həmçinində komandanın Çox filim hərəkətlər bunlar adlı tammetrajlı kinoteatr filmidə vardır. 4 sezondan ibarət olan televeriliş 2011-ci il iyunun 26-sı 89-cu seriyasında final edərək çəkimləri dayandırmışdır. Aktyorlar mövzusunu tamamilə özləri yazdıqları sketçləri oynamağa başlayır, və hər oyunun sonunda verilişin aparıcısı olan Yılmaz Ərdoğan izləyicilərin arasından çıxar və aktyorların performanslarının qiymətləndirilməsini istəyər. İzləyicilər qiymətləndirərkən ÇGH (Çox Gözəl Hərəkət), GH (Gözəl Hərəkət) kimi qiymətləndirmələrdən istifadə edirlər. Ən yüksək qiymətləndirmə ÇÇGH (Çox Çox Gözəl Hərəkət), ən aşağı qiymətləndirmə isə Yəniidir (türk. Yanii). ÇÇGH ilk dəfə 6-cı seriyada Əmanət Bomba adlı sketçdə verilmişdir.
Hər şey çox gözəl olacaq (film, 1998)
Hər şey çox gözəl olacaq - 1998-ci il türk komediya filmi. Cem Yılmazın və Mahsar Alansonum baş rolları bölüşdükləri ilk sinema filmidir. Altan qoşulduğu dava sayəsində illərdir görmədiyi qardaşı Nuriylə qarşılaşır. Altan Nurinin işlədiyi dərman anbarını uzun müddət açmağı planladığı bar üçün pul mənbəyi olaraq görür. Müxtəlif cəhdlərdən sonra Nuriylə təzədən yaxınlaşan Altay fərqinə varmadan həm özünü, həm də Nurini təhlükəli macəraların içinə sürükləyir. Nuri və Altan hər şeyin çox gözəl olacağını ümid edərək həyatla mübarizə aparmağa davam edirlər. Bu mübarizə içərisində unutduqları vacib məqamlar da vardır.
Çox dövrlülər
Çox dövrlülər - politsiklik quruluşa malikdir. ATSDR - Toxicity of Polycyclic Aromatic Hydrocarbons (PAHs) U.S. Department of Health and Human Services Fused Ring and Bridged Fused Ring Nomenclature Database of PAH structures Arxivləşdirilib 2005-01-17 at the Wayback Machine National Pollutant Inventory: Polycyclic Aromatic Hydrocarbon Fact Sheet Arxivləşdirilib 2006-05-18 at the Wayback Machine Understanding Polycyclic Aromatic Hydrocarbons Arxivləşdirilib 2006-06-23 at the Wayback Machine NASA Spitzer Space Telescope Astrobiology magazine Arxivləşdirilib 2007-09-29 at the Wayback Machine Aromatic World An interview with Professor Pascale Ehrenfreund on PAH origin of life.
Çox nöqtə
İki nöqtə — sadalanan sözlərdən əvvəl ümumiləşdirici söz gələrsə, ümumiləşdirici sözdən sonra iki nöqtə (:) qoyulur. "O bir sıra islahatlar: pul, torpaq, vergi və s. islahatlar aparılması haqqında göstəriş vermişdir." Özündən əvvəlki cümləyə intonasiya ilə bağlanıb, onu izah edən cümlələrdən və cümlə üzvlərindən əvvəl iki nöqtə qoyulur. "Camaat arasında belə bir inam var: "Dost üzünə açılan süfrə həmişə bərəkətli olar"" (S. Rəhimov). "Asanlıqla dil tapdılar: baxışla, təbəssümlə, nəfəslə." Üç nöqtə – adətən, yarımçıqlığı (tamamlanmamanı) bildirmək üçün istifadə olunan üç nöqtədən ibarət qrup (…). Çap mətnində bir və ya bir neçə sözün buraxıldığını göstərir. Qrafik interfeysli proqram məhsullarında menyu komandasının sonundakı üçnöqtə onu göstərir ki, o, seçildikdə dialoq pəncərəsi açılacaq. Proqramlaşdırma dilləri üzrə soraqçalarda və tətbiqi proqramların istifadəçi üçün təlimatlarında üçnöqtədən deyimin, funksiyanın və ya komandanın sintaksisinin təsvirində sintaksisin müəyyən elementlərinin təkrarlana bilməsini göstərmək üçün istifadə edilə bilər. Sitat daxilində göstərilən hissəyə qədər olan hissə verilmirsə, özündən əvvəl, özündən sonrakı hissə buraxılırsa, sonra üç nöqtə qoyulur. "Nəriman Nərimanov yazır: "Bu zamanda mədəniyyətli millətlər çalışırlar ki, dillərini və yazılarını asana çıxartsınlar…"" O cümlədən yüksək hiss-həyəcanla deyilən nəqli cümlələrdən sonra üç nöqtə qoyulur (əksərən, subyektiv və köşə yazılarında).
Çox vətəndaşlıq
Bipatrizm (lat. bis- iki dəfə və yun. -πατρίς, yiyəlik halda πατρίδος — vətən, yurd sözlərindən) — roma qanununda, hər biri bu şəxsdən bütün mülki vəzifələrini yerinə yetirməsini tələb edə bilən, eyni zamanda iki dövlətin vətəndaşlığına sahib olan bir şəxsin hüquqi statusu. İkinci vətəndaşlıqdan fərqli olaraq, ikili vətəndaşlıq ölkələr arasında müvafiq müqavilə bazası olduqda icazə verilir. Dövlətlər yuxu vətəndaşlığının əsas prinsipindən irəli gəlir, yəni başqa vətəndaşlığı olan öz vətəndaşlarını yalnız öz vətəndaşları hesab edirlər. Beləliklə, məsələn, Rusiya Federasiyası Konstitusiyasının 62-ci maddəsi , Rusiya Federasiyasının bir vətəndaşının xarici dövlətin vətəndaşlığına sahib olmasını, hüquq və azadlıqlarından məhrum etmədiyini və federal qanunla və ya Rusiya Federasiyasının beynəlxalq müqaviləsi ilə başqa hal nəzərdə tutulmadığı təqdirdə, onu Rusiya vətəndaşlığından irəli gələn vəzifələrdən azad etmir. "Rusiya Federasiyasının Dövlət Qulluğu haqqında" 27 iyul 2004-cü il tarixli 79-FZ Federal Qanununun 16-cı maddəsinə əsasən , bir vətəndaş dövlət qulluğuna qəbul edilə bilməz və başqa bir vətəndaşlıq varsa dövlət qulluqçusu dövlət qulluğunda ola bilməz, dövlət (başqa dövlətlər), əgər Rusiya Federasiyasının beynəlxalq müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa. Dövlətlərin bağladığı ikili vətəndaşlıq haqqında beynəlxalq müqavilələrdə ümumiyyətlə ikinci vətəndaşlıq almaq və saxlama imkanları nəzərdə tutulur və münaqişə vəziyyətləri iki dövlətin hər biri tərəfindən öz vətəndaşı hesab etdiyi şəxs üzərində uyğun olmayan öhdəliklər olduqda həll edilir. Münaqişənin həllində istifadə olunan ümumi bir düstur olaraq, hər iki müqaviləçi dövlətin vətəndaşlığından yalnız biri ilə əlaqəli vətəndaş hüquq və vəzifələrinin tanınması istifadə edilə bilər. Məsələn, Rusiya Federasiyası ilə Tacikistan Respublikası arasında 1995-ci il 7 sentyabr tarixli ikili vətəndaşlıq məsələlərinin həlli haqqında Müqavilə.
Kiçik qəşəng böcək
Kiçik qəşəng böcək (lat. Calosoma(Acalosoma)inquisitor) — sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Azsaylı növdür. Bədəni tünd bürüncü və ya yaşılımtıl qara, nadir hallarda göy, qanadüstlükləri çox zaman parlaq yaşılımtıl, kənarları qırmızı və ya yaşıl rəngdə olan böcəkdir. Uzunluğu 15–28 mm-dir. Ətrafları qara rəngli, uzun və nazikdir. İran, Mərkəzi Avropa, Qafqaz, Orta Asiya, Uzaq Şərq, Azərbaycanda Şabran və İsmayıllı meşələrində rast gəlinmişdir. 2004-cü ildə İ.A.Nuriyeva tərəfindən Şabran rayonunda 4 ədəd, 2006-cı ildə 3 ədəd, 2010-cu ildə 3 ədəd qeydə alınmışdır (4,5,6). Enliyarpaqlı meşə ağaclarının gövdə və budaqları üzərində, torpaq üzərində yaşayırlar.
Qəşəng durna (cins)
Qəşəng gəmirici soğanı
Qəşəng yaşıl sovka
Adi qəşəng durna
Adi qəşəng durna (lat. Anthropoides virgo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin qəşəng durna cinsinə aid heyvan növü. Ümumi rəngi göyümtül. Başının yanları, boğazı və boynunun ön hissəsi qaradır. Boynunun qara lələkləri döşünə sallanır. Gözlərinin arxasından bir topa ağ lələk boyununun yanlarına sallanır. Ayaqları qara, dimdiyi sarımtıldır. Diri kütləsi 2-3 kq-dır. Avropa, Asiya və Afrikada yayılıb. Afrikanın şimalında, Şimali Qafqazda, Qazaxıstanda, Sibibirin cənubunda yuvalayır, Şimali Qərbi Afrikada, Fələstin, İraq, Pakistan, Hindistanda, Birmada qışlayır.
Gözəl (soyad)
Gözəl — Soyad. Abdulbari Gözəl — iş adamı, Azersun Holdinqin prezidenti. Həsən Cəlal Gözəl (1945–2018) — türk siyasətçisi və bürokrat. Tahir Gözəl (1972) — "Qarabağ" futbol klubunun Prezidenti.
Gözəl Bayramlı
Gözəl Oruc qızı Bayramlı (27 aprel 1962, Bakı – 7 oktyabr 2020, Bakı) — azərbaycanlı ictimai və siyasi xadim; Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü və sədrinin müavini; sabiq siyasi məhbus. Gözəl Bayramlı 1962-ci il aprelin 27-də anadan olub. Gözəl Bayramlı uzun illər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü və sədrinin müavini idi. 15 sentyabr 2009-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədr müavini seçilmişdir. Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan Azərbaycana gələn zaman sərhəddə Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılıb. 2018-ci il yanvarın 23-də Qazax Rayon Məhkəməsinin Qərarına əsasən Gözəl Bayramlı 3 il müddətinə azadlıqdan məhrum edildi. Bayramlı 2019-cu ilin martında əfv sərəncamı ilə azad edilmişdi. O, 7 oktyabr 2020-ci ildə ölüb.