öz axırıncı göynəyini əynindən çıxarmaq

not to grudge one’s last shirt for someone / to share one’s last shirt with someone снимать с себя последнюю рубашку / поделиться последней рубашкой
öz ağlı ilə iş görmək
öz ailəsi içərisində
OBASTAN VİKİ
Doğan Öz
Doğan Öz (1934, Sultandağı, Afyonqarahisar ili – 24 mart 1978, Ankara) - türk prokuror. Dövlət daxilindəki əks-partizan qruplaşmalar barəsindəki tədqiqatları ilə tanınmışdır. 1978-ci ilin mart ayının 24-də evindən çıxıb işə gedərkən, naməlum şəxslər tərəfindən avtomobilinə açılan atəş nəticəsində vəfat etmişdir.
Erdal Öz
Ərdal Öz (26 mart 1935 - 6 may 2006) — türk yazıçısı və naşiri. Ərdal Öz 1935-ci ildə Sivasın Yıldızeli bölgəsində doğulmuşdur. 1953-cü ildə Tokat Litseyini, 1969-cu ildə Ankara Üniversitetinin hüquq fakültəsini bitirmişdir. Türk Dil Qurumu Yayın Qolunda işə başlamış, Türk Sinematek Dərnəyinin Ankara şöbəsində çalışmışdır. 12 mart 1971-ci il tarixindən etibarən üç dəfə həbs olunmuşdur. Məhkəmə istintaqı nəticəsində azad edilmişdir. Məhbədə olduğu müddətdə Dəniz Gəzmiş və Yusuf Aslan kimi inqilabçı gənclərlə tanış olmuş və onlar haqqında hekayələr yazmışdır. "Cem Yayınevi"nin uşaq kitabları seriyasını redaktə etmişdir. 1980-ci ildə Can Yayınlarını yaratmışdır. Uzun müddət müalicə olunduğu xəstəxanada, ağciyər xərçəngi xəstəliyindən qurtula bilməyib 2006-cı il mayın 6-da saat 17:22-də vəfat etmişdir.
Mehmet Öz
Mehmet Cengiz Öz (türk: [mehˈmet dʒeɲˈɟiz øz]; 11 iyun 1960, Klivlend, Ohayo)[1] həmçinin Dr. Oz kimi tanınan, türk-amerikan aparıcısıdır, müəllif, fəxri professor və təqaüdçü kardiotorakal cərrahdır.[3][4][5] O, Pensilvaniyada 2022-ci ildə ABŞ Senatına seçkilər üçün Respublikaçılar Partiyasından namizəddir və ABŞ Senatına hər iki böyük partiya tərəfindən namizədliyini irəli sürülmüş ilk müsəlmandır.[6] Türk mühacirlərinin oğlu olan Öz Delaver ştatının Vilmington şəhərində böyüyüb, Harvard Universiteti və Pensilvaniya Universitetini bitirib. ABŞ və Türkiyənin ikili vətəndaşı olan Öz türk vətəndaşlığını saxlamaq üçün 1980-ci illərdə Türkiyə ordusunda xidmət edib. Daha sonra 1986-cı ildə Kolumbiya Universitetinin İrvinq Tibb Mərkəzində cərrahiyyə üzrə rezidenturasına başladı. 2001-ci ildə Kolumbiya Universitetində cərrahiyyə professoru oldu və daha sonra 2018-ci ildə fəxri professor kimi təqaüdə çıxdı.[3][5] Oz 1960-cı ildə Ohayo ştatının Klivlend şəhərində Türkiyənin Konya vilayətindən mühacirət etmiş Suna və Mustafa Özün ailəsində anadan olub.[17][18][17] Mustafa Türkiyənin cənubundakı kiçik bir şəhər olan Bozkırda anadan olub və 1950-ci ildə Cerrahpaşa Tibb Fakültəsini ən yüksək nəticə ilə bitirib və Mehmetin anadan olduğu Klivlend şəhərindəki Case Western Reserve Universitetində ümumi rezidentura proqramına qoşulmaq üçün ABŞ-yə köçüb. O, Atlantadakı Emori Universitetində kardiotorakal cərrahiyyə üzrə təhsil alıb və Türkiyəyə qayıtmazdan əvvəl bir neçə il Delaver Tibb Mərkəzində torakal cərrahiyyə şöbəsinin müdiri olub.
Ərdal Öz
Ərdal Öz (26 mart 1935 - 6 may 2006) — türk yazıçısı və naşiri. Ərdal Öz 1935-ci ildə Sivasın Yıldızeli bölgəsində doğulmuşdur. 1953-cü ildə Tokat Litseyini, 1969-cu ildə Ankara Üniversitetinin hüquq fakültəsini bitirmişdir. Türk Dil Qurumu Yayın Qolunda işə başlamış, Türk Sinematek Dərnəyinin Ankara şöbəsində çalışmışdır. 12 mart 1971-ci il tarixindən etibarən üç dəfə həbs olunmuşdur. Məhkəmə istintaqı nəticəsində azad edilmişdir. Məhbədə olduğu müddətdə Dəniz Gəzmiş və Yusuf Aslan kimi inqilabçı gənclərlə tanış olmuş və onlar haqqında hekayələr yazmışdır. "Cem Yayınevi"nin uşaq kitabları seriyasını redaktə etmişdir. 1980-ci ildə Can Yayınlarını yaratmışdır. Uzun müddət müalicə olunduğu xəstəxanada, ağciyər xərçəngi xəstəliyindən qurtula bilməyib 2006-cı il mayın 6-da saat 17:22-də vəfat etmişdir.
Axırıncı aşırım
Axırıncı aşırım filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1971-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinoromanda hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Filmdə əsas rolları Həsən Məmmədov, Adil İsgəndərov, Məlik Dadaşov,Hamlet Xanızadə, Həsənağa Turabov, Şəmsi Bədəlbəyli, Tamilla Rüstəmova, Şahmar Ələkbərov, Əbdül Mahmudov və Sadıq Hüseynov ifa edirlər. 1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalında aktyor Adil İsgəndərova "ən yaxşı kişi obrazı"na görə II mükafat, aktyor Həsən Məmmədova "ən yaxşı kişi rolu"na görə mükafat verilmişdir. Kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Kənddə Raykom katibinin (Şəmsi Bədəlbəyli) apardığı yığın­caq­da kolxoz quruluşunun yaxşı-yaman cəhətlərinin müzakirəsi fərqli personajların baxış bucağının müxtəlifliyi, müddəaların tutar­lılı­ğı, mətnin dolğunluğu ilə həyata keçirməklə informasiya ger­çəkliyini artırır. Əlindən alınan taxılın şəhərdəki aclara gön­dərilməsinə etiraz edən Kərbəlayı İsmayılın (Adil İsgəndərov) yeni kolxozun sədri İmanla (Şahmar Ələkbərov) qarşıdurması vizual hadisələrin bolluğu ilə yadda qalır. Qəmlonun gecə evinin pəncərəsindən güllə ilə nişan aldığı İmanın arvadı Növrəstənin (Tamilla Rüstəmova) gözəlliyinə vurulması və sağ qalan sədrin səhər yenidən Kərbəlayı İsmayılın həyətindəki taxılın ardınca gəlməsi tutarlı maneə kimi yadda qalır. Folklor elementləri ilə zəngin kənd toyundakı qanlı döyüş səhnəsində Qəmlonun xatırlayaraq axtardığı İmanın arvadının qaçaraq aradan çıxması karnaval estetikası yaradır.
Axırıncı yol
Axırıncı yol — tammetrajlı bədii filmi rejissor Emil Abdullayev tərəfindən 2016-cı ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. “Axırıncı Yol” macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov və İlkin Miskərli ifa edirlər. Macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi (İlkin Həsəni), Şöşü (Ramil Babayev), Fəlakət (Elşən Orucov), Şirin (Nicat Rəhimov), Qılman (İlkin Miskərli) və Ağsaqqalın (Azər Baxşəliyev) başına gələn maraqlı əhvalatdan bəhs edir. Belə ki, çıxılmaz bir vəziyyətə düşən qəhrəmanlar yerli bankların birindən içində iki milyon dollar olan inkassator avtomobilini qaçırırlar. Bundan xəbər tutan ölkə polisi cinayətkarları tapmaq üçün hər bir varianta əl atır. Şöşünün başçılığı ilə cinayətkar dəstə banka məxsus inkassator avtomobilinin görkəmini dəyişərək “SOSKA Uşaq Əyləncə Mərkəzi” adı ilə cinayət izini itirmək istəyirlər, lakin bu onları daha da çətin bir vəziyyətə salır...
Doğan Öz cinayəti
Doğan Öz (1934, Sultandağı, Afyonqarahisar ili – 24 mart 1978, Ankara) - türk prokuror. Dövlət daxilindəki əks-partizan qruplaşmalar barəsindəki tədqiqatları ilə tanınmışdır. 1978-ci ilin mart ayının 24-də evindən çıxıb işə gedərkən, naməlum şəxslər tərəfindən avtomobilinə açılan atəş nəticəsində vəfat etmişdir.
Öz-özünə tozlanma
Bir çiçəkdə olan erkəkcik tozcuğunun həmin çiçəkdəki dişicik ağızcığına düşməsi prosesi öz-özünə tozlanma adlanır. Öz-özünə tozlanan bitkilərdə həm dişiciyi, həm də erkəkciyi olan ikicinsli çiçəklər olur. Bu bitkilərin çiçəklərində erkəkcik və dişiciklərin yetişməsi eyni zamanda baş verir. Erkəkciklər, əsasən, dişicikdən yuxarıda yerləşir. Öz-özünə tozlanan bitkilərin çiçəkləri əsasən ətirsiz, görkəmsiz və nektarsız olur. Buğda, arpa, darı, çəltik, vələmir, noxud kimi öz-özünə tozlanan bitkilərdə tozlanma çiçək açılmazdan əvvəl — qapalı çiçəkdə gedir. Pambıq, çətənə, kətanda isə tozlanma çiçək açıldıqdan sonra baş verir.
Axırıncı hava maqı
«Sonuncu hava maqı» (ing. The Last Airbender) — Avatar: Aanq haqqında əfsanə cizgi serialının 1-ci sezonu (Birinci kitab: Su) əsasında M. Nayt Şyamalan tərəfindən çəkilən bədii film. Film 2D və 3D formatlarında çəkilmişdir. Film həm kino təndiçiləri, həm orijinal serialın fanatları, həm də ümumi tamaşaçılar tərəfindən sərt tənqid olunub. Onun Rotten Tomatoes saytındaki 190 resenziyaya əsaslanan təsdiq reytinqi 5%-dir və ortalama qiyməti 2,78/10-dır. Beləliklə, bu film, bu günə qədər həm Nickelodeon Movies-in həm də Şyamalanın ən aşağı qiymətli filmidir. Əvvəlcə müəlliflər filmi cizgi serialla eyni — "Avatar: Axırıncı hava maqı" (ing. Avatar: the Last Airbender) adlandırmaq istəyirdilər. Lakin, həmin vaxt Ceyms Kemeronun "Avatar" filmi ekranlara çıxdığı üçün filmin adını dəyişmək qərarına gəldilər.
Axırıncı şam yeməyi
Sonuncu şam yeməyi — İsa Məsihin çarmıxa çəkilməzdən əvvəl axırıncı dəfə həvariləri ilə yediyi yemək. Bu yeməkdə İsa Məsih Rəbbin Süfrəsi ayinini təsis etmişdir. Bu yeməyə həmçinin "sirli" və ya "gizli" şam yeməyi deyirlər, çünki İsa ilə şagirdləri o gecə yəhudilərin ali məclisi olan Sinedriondan gizlənmək məcburiyyətində idilər. Sonuncu şam yeməyi barədə dörd Müjdənin hər birində yazılmışdır. Bundan əlavə, həvari Paulun Korinflilərə 1-ci məktubunda bu yemək haqqında qısaca yazılmışdır. Bütün bu yazılar ümumiyyətlə bir-birinə uyğun gəlir. Cüzi fərqlər müəlliflərin sonuncu şam yeməyini müxtəlif nöqteyi-nəzərlərdən təsvir etdikləri ilə izah edilə bilər. Yəhyanın Müjdəsində əhvalat o biri Müjdələrdən daha uzun şəkildə nəql edilir və fərqli cəhətlərə diqqət yetirilir. Matta, Mark və Lukadan fərqli olaraq, Yəhya yevxaristiyanın təsis edilməsindən bəhs etməmiş, lakin İsa Məsihin şagirdlərinin ayaqlarının yuması və şagirdləri ilə son söhbəti haqqında təfərrüatlı surətdə yazmışdır. Sonuncu şam yeməyi yəhudilərin Pasxa bayramı zamanında baş vermişdir.
Soldan axırıncı ev
Soldan axırıncı ev (ing. Last House On The Left) — 1972-ci ildə Triller janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin B filmləri (az büdcəli) siyahısına daxildir. Filmin rejissoru və ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyvendir. Prodüserlərdən biri isə Şon Kanninhemdir. Rollarda isə Sandra Paybadi, Luci Qrentxem, David Xess, Fred Lincoln, Mark Şefler, Jeraime Rain, Martin Kovdur. Film nümayişə girdiyi tarixdə ehtiva etdiyi şiddət və cinsilik səbəbiylə müzakirələrə səbəb olmuşdur. Üzərinə bir çox iş və araşdırma edilən film bəzi ölkələrdə qadağanlı videolar siyahısına girmişdir. Bu film Böyük Britaniyada ilk dəfə qadağan edilmişdir. "Soldan axırıncı ev" filmi 1960-cı ildə məşhur İsveç rejissoru İnqmar Berqmanın xalq balladası olan "Vinqedən Terenin qızlar" (Tores Dotter I Vange) əsasında çəkdiyi "Qız mənbəsi" adlı filminin motivləri əsasında hazırlanmışdır.
Öz müqəddəratını təyin etmə
Öz müqəddəratını təyin etmə ya Özərklik (ing. self-determination) haqqa görə dünyada bütün xalqlar özgə və əcnəbi güclərdən asılı olmayaraq, müstəqillik durumları və siyasi vəziyyətlərini azadlıqla təyin edə bilərlər.
Hərənin öz payı+tayı
Film adidən də adi bir məişət əhvalatı üzərində qurulub: Mayılla (Rafael İsgəndərov) Qəndab (Samirə Əliyeva) bir ildir ki, nişanlıdırlar. Bakıya oxumağa getmiş Qəndab geri qayıdanda valideynlərindən nişan üzüyünü qaytarmağı tələb edir. Hadisələrin gedişatında məlum olur ki, Qəndab Bakıda Fəqan (Coşqun Rəhimov) adlı bir gənclə tanış olub və onlar bir-birilərini sevirlər. Fəqan da sevgilisinin arxasınca kəndə gəlir və bundan sonra hadisələr daha da mürəkkəbləşir... Film İsi Məlikzadənin xatirəsinə həsr edilmişdir.
Axırıncı addım (film, 1989)
Axırıncı addım filmi rejissor Yavər Rzayev tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film cəmiyyət üçün ən təhlükəli problemlərdən birinə-özünəqəsdə, onun sosial köklərinin araşdırılmasına həsr olunmuşdur. Film cəmiyyət üçün ən təhlükəli problemlərdən birinə-özünəqəsdə, onun sosial köklərinin araşdırılmasına həsr olunmuşdur. 1991-ci ildə Bakıda Azərbaycan filmlərinin I festival-müsabiqəsi Ən yaxşı sənədli filmə görə Priz və Ən yaxşı operator işinə görə Priz almışdır. Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Axırıncı aşırım (film, 1971)
Axırıncı aşırım filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1971-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinoromanda hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Filmdə əsas rolları Həsən Məmmədov, Adil İsgəndərov, Məlik Dadaşov,Hamlet Xanızadə, Həsənağa Turabov, Şəmsi Bədəlbəyli, Tamilla Rüstəmova, Şahmar Ələkbərov, Əbdül Mahmudov və Sadıq Hüseynov ifa edirlər. 1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalında aktyor Adil İsgəndərova "ən yaxşı kişi obrazı"na görə II mükafat, aktyor Həsən Məmmədova "ən yaxşı kişi rolu"na görə mükafat verilmişdir. Kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Kənddə Raykom katibinin (Şəmsi Bədəlbəyli) apardığı yığın­caq­da kolxoz quruluşunun yaxşı-yaman cəhətlərinin müzakirəsi fərqli personajların baxış bucağının müxtəlifliyi, müddəaların tutar­lılı­ğı, mətnin dolğunluğu ilə həyata keçirməklə informasiya ger­çəkliyini artırır. Əlindən alınan taxılın şəhərdəki aclara gön­dərilməsinə etiraz edən Kərbəlayı İsmayılın (Adil İsgəndərov) yeni kolxozun sədri İmanla (Şahmar Ələkbərov) qarşıdurması vizual hadisələrin bolluğu ilə yadda qalır. Qəmlonun gecə evinin pəncərəsindən güllə ilə nişan aldığı İmanın arvadı Növrəstənin (Tamilla Rüstəmova) gözəlliyinə vurulması və sağ qalan sədrin səhər yenidən Kərbəlayı İsmayılın həyətindəki taxılın ardınca gəlməsi tutarlı maneə kimi yadda qalır. Folklor elementləri ilə zəngin kənd toyundakı qanlı döyüş səhnəsində Qəmlonun xatırlayaraq axtardığı İmanın arvadının qaçaraq aradan çıxması karnaval estetikası yaradır.
Axırıncı dayanacaq (film, 2014)
Axırıncı dayanacaq tammetrajlı bədii filmi rejissor Fikrət Əliyev tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film İlqar Fəhmi və Fikrət Əliyevin ssenarasi əsasında "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film qocalar evində baş vermiş tragikomik hadisələrdən bəhs edir. İronik-komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Pullarını itirmiş polkovnik dostlarından şübhələnməyə başlayır və bundan sonra başına gələn hadisələr onu gülüş obyektinə çevirir. Filmdə əsas rolları Tofiq Hüseynov, Arif Quliyev, Qorxmaz Əlilicanzadə, Səmayə Musayeva, Zemfira Sadıqova, Tariyel Qasımov, Fuad Poladov, Zemfira Nərimanova, Bəhram Bağırzadə və Ağaxan Salmanlı ifa edirlər. İronik-komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Pullarını itirmiş polkovnik dostlarından şübhələnməyə başlayır və bundan sonra başına gələn hadisələr onu gülüş obyektinə çevirir. İlk epizodda avtobusdan düşüb soruşaraq üz tutduğu qocalar evində gəncliyində itirdiyi sevgilisi Lətifəni (Zemfira Sadıqova) tapacaq Kərim (Kərim Məmmədov) əsas dramaturji hadisədən kənarda qalmaqla ən azı mətn çatışmazlığı ucbatından səbəb-nəticə əlaqəsi sayılan süjet kontekstində mövcud olsa da, mühitin ilkin təqdimatında mühüm rol oynayır. Kapitanın (Tofiq Hüseynov) yaddaşsızlıq ucbatından itirdiyi min manatın tapılması üçün keçmiş sahə müvəkkili Qəmbərlə (Qorxmaz Əlilicanzadə) onun əlaltısı Tapdığın (Arif Quliyev) cinayətkarın tutulması üçün əməliyyat cəhdləri komediya elementlərini üzə çıxarır.
Axırıncı namaz (film, 1963)
Axırıncı namaz — rejissor Zeynəb Kazımova tərəfindən 1963-cü ildə ekranlaşdırılmış qısametrajlı bədii filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Azərbaycan Dövlət Film Fondunda kinorejissor Zeynəb Kazımovanın 110 illik yubileyinə hazırlıqlar çərçivəsində aparılan yeni araşdırmalar zamanı 1968-ci ildə rus dilində Moskvada çap olunmuş "Sovet bədii filmləri. Annotasiyalı kataloq" kitabının 1958–1963-cü illərdə çəkilmiş filmləri əhatə edən IV cildinin 607-ci səhifəsindəki məlumatlara əsasən, rejissorun 1963-cü ildə "Axırıncı namaz" adlı ikihissəli qısametrajlı bədii film çəkdiyi müəyyən edilib. Bədii filmin yeganə nüsxəsi Naxçıvan Dövlət Film Fondunun bazasında aşkara çıxarılıb və həmin nüsxə Azərbaycan Dövlət Film Fondunda elektron bərpa olunub. Filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib. Filmin rejissoru Zeynəb Kazımova, operatoru Əsgər İsmayılov, rəssamı Məmmədağa Hüseynov, bəstəkarı Zakir Bağırovdur. Rolları Ağadadaş Qurbanov, Möhsün Sənani, Ətayə Əliyeva, Münəvvər Kələntərli və digər məşhur Azərbaycan aktyorları ifa edirlər. Aktrisa M.Kələntərlinin "Axırıncı namaz" filmində canlandırdığı epizodik rol kinoda ifa etdiyi sonuncu obrazıdır. Film 1963-cü ildə "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılıb.
Axırıncı reys (film, 1989)
Axırıncı reys qısametrajlı bədii filmi rejissor Fuad Şabanov tərəfindən 1989-cu ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film başı bəlada olan qızı xilas etmək üçün özünü qurban edən cəsur avtobus sürücüsü haqqındadır. Filmdə rolları Ötkəm İsgəndərov, Fikrət Məmmədov, İnqa Qarayeva, İlqar Məmmədov, Rada Sokolova, Alina Sokol, Valeri Hüseynov, İlya Pres, Nofəl Əfəndiyev və Azər Əliyev ifa edirlər. Film başı bəlada olan qızı xilas etmək üçün özünü qurban edən cəsur avtobus sürücüsü haqqındadır. Filmin qəhrəmanı Tağıdır (Ötkəm İsgəndərov). O, avtobus sürücüsü işləyir. Onun iş yoldaşlarından biri avtobusla qəza törətdiyinə görə həbs olunur. Amma məhkəmə ona bəraət verir. Bəraət alan sürücü bütün iş yoldaşlarını bu münasibətlə axşam evinə ziyafətə dəvət eləyir.
Axırıncı yol (film, 2016)
Axırıncı yol — tammetrajlı bədii filmi rejissor Emil Abdullayev tərəfindən 2016-cı ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. “Axırıncı Yol” macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov və İlkin Miskərli ifa edirlər. Macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi (İlkin Həsəni), Şöşü (Ramil Babayev), Fəlakət (Elşən Orucov), Şirin (Nicat Rəhimov), Qılman (İlkin Miskərli) və Ağsaqqalın (Azər Baxşəliyev) başına gələn maraqlı əhvalatdan bəhs edir. Belə ki, çıxılmaz bir vəziyyətə düşən qəhrəmanlar yerli bankların birindən içində iki milyon dollar olan inkassator avtomobilini qaçırırlar. Bundan xəbər tutan ölkə polisi cinayətkarları tapmaq üçün hər bir varianta əl atır. Şöşünün başçılığı ilə cinayətkar dəstə banka məxsus inkassator avtomobilinin görkəmini dəyişərək “SOSKA Uşaq Əyləncə Mərkəzi” adı ilə cinayət izini itirmək istəyirlər, lakin bu onları daha da çətin bir vəziyyətə salır...
Məni öz adınla çağır (film)
"Məni öz adınla çağır" (ing. Call Me by Your Name) — 2017-ci ildə Andre Asimanın eyni adlı romanı əsasında Ceyms İvorinin ssenarisinə uyğun olaraq Luka Quadanino tərəfindən çəkilmiş romantik dram filmidir. Film, Quadaninonun “İstək” (ing. Desire) adlı tematik trilogiyasına daxil olan üçüncü filmdir. Trilogiyanın əvvəlki iki filmi isə “Mən sevgiyəm” (2009) və “Böyük qığılcım” (2015) adlanır. Hadisələrin 1983-cü ildə Şimali İtaliyada cərəyan etdiyi “Məni öz adınla çağır” filmində 17 yaşlı Elio (Timoti Şalame) və ABŞ-dən olan aspirant Oliver (Armi Hammer) arasındakı romantik münasibətdən bəhs edilir. Filmdə həmçinin Maykl Stalberq, Amira Kazar, Ester Qarrel və Viktuar Du Boys rol almışlar. “Məni öz adınla çağır” filmi üzərində işlərə 2007-ci ildə, prodüserlər Piter Spirs və Hovard Rozenmanın Asimanın romanının ekranlaşdırılması hüququnu almalarından sonra başlanılmışdır. İvori film üzərində birgə işləməyə razılaşmış, həm ssenari yazmış, həm də prodüserlik etmişdir. Yer seçimində məsləhətçi kimi layihəyə qoşulmuş Quadanino isə nəticədə hm prodüser kimi layihyə töhvəsini vermiş, həm də rejissor kürsüsünə əyləşmişdir.
Rəqəmsal öz müqəddəratını təyin etmə
Rəqəmsal öz müqəddəratını təyin etmə — cəmiyyətin və gündəlik həyatın bir çox aspektlərinin rəqəmsallaşmasının artması ilə ortaya çıxan fərdi və kollektiv agentlik və muxtariyyət qarşısındakı unikal problemləri həll etmək üçün öz müqəddəratını təyin etmənin hüquqi konsepsiyasından irəli gələn və rəqəmsal sferaya tətbiq edilən fənnlərarası konsepsiya. Rəqəmsal öz müqəddəratını təyinetmənin fəlsəfi və ya hüquqi cəhətdən razılaşdırılmış konsepsiyası hələ mövcud deyil. Bu termin ümumi çərçivədə insanın öz müqəddəratını təyin etmə modelini rəqəmsal əsrə hərtərəfli layihələndirmə cəhdini təsvir edir. Konsepsiya ilk dəfə olaraq Fransada telekommunikasiya tənzimləyicisi olan ARCEP tərəfindən "İnternetin vəziyyətinə dair 2021-ci il üzrə hesabat"ının professor Luka Belli tərəfindən aparılmış "Şəbəkənin öz müqəddəratını təyin etmə" başlıqlı işində daxil edilmişdir. Qanunvericilərdən və siyasətçilərdən tutmuş ictimai təşkilatlara və alimlərə, fəallara və vətəndaş cəmiyyətinin üzvlərinə qədər cəmiyyətin müxtəlif sektorları fərdlərin öz müqəddəratını təyin etmə hüququnu qoruyan və təşviq edən rəqəmsal infrastrukturun, alətlərin və sistemlərin tətbiqinə, o cümlədən bərabərhüquqlu ödənişsiz girişə, insan mərkəzli dizayna, məxfiliyin daha yaxşı qorunması və məlumatlara nəzarətə çağırış etmişdir. Bu elementlər bir-biri ilə sıx bağlıdır və bir-birini tamamlayır. Mövcud rəqəmsal uçurumların müxtəlif formalarının aradan qaldırılması və rəqəmsal texnologiyalara və internetə bərabər və ədalətli çıxışın təmin edilməsi bütün fərdlərin rəqəmsal dövrdən, o cümlədən məlumat, xidmətlər və irəliləyiş imkanlarından faydalana bilməsini təmin etmək üçün mühüm əhəmiyyət kəsb edir. Rəqəmsal savadlılıq və media savadlılığı fərdlərə rəqəmsal vasitələrdən istifadə etmək, eləcə də onlayn qarşılaşdıqları məzmunu tənqidi qiymətləndirmək, öz məzmunlarını yaratmaq və istifadə olunan rəqəmsal texnologiyanın xüsusiyyətlərini və nəticələrini anlamaq üçün lazımi bilik və bacarıqlar əldə etmək üçün təklif edilmişdir.
Axırıncı aşırıma qədər (film, 2002)
Axırıncı aşırıma qədər qısametrajlı sənədli televiziya filmi rejissor Rafiq Quliyev tərəfindən 2002-ci ildə çəkilmişdir. Film Lider Televiziyasında istehsal edilmişdir. Film Fərman Kərimzadənin məşhur "Qarlı aşırım" povestinə tarixi münasibətdir. Əsər əsasında ekranlaşdırılmış "Axırıncı Aşırım" filmindən fraqmentlər göstərilir. Bədii filmdə göstərilən faktların doğru vəya yanlış olduğu araşdırılır, əsl həqiqətlər işıq üzü görür. Film Fərman Kərimzadənin məşhur "Qarlı aşırım" povestinə tarixi münasibətdir. Əsər əsasında ekranlaşdırılmış "Axırıncı Aşırım" filmindən fraqmentlər göstərilir. Bədii filmdə göstərilən faktların doğru vəya yanlış olduğu araşdırılır, əsl həqiqətlər işıq üzü görür.
Axırıncı maqın sonu (film, 1974)
Axırıncı maqın sonu qısametrajlı bədii süjeti rejissor Cəmil Fərəcov tərəfindən 1974-cü ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Rolları Hamlet Qurbanov, A. Qasımov və Muxtar Maniyev ifa edirlər. Filmdə bəzi vəzifəli şəxslərin özbaşınalığı tənqid olunur.
Soldan axırıncı ev (film, 1972)
Soldan axırıncı ev (ing. Last House On The Left) — 1972-ci ildə Triller janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin B filmləri (az büdcəli) siyahısına daxildir. Filmin rejissoru və ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyvendir. Prodüserlərdən biri isə Şon Kanninhemdir. Rollarda isə Sandra Paybadi, Luci Qrentxem, David Xess, Fred Lincoln, Mark Şefler, Jeraime Rain, Martin Kovdur. Film nümayişə girdiyi tarixdə ehtiva etdiyi şiddət və cinsilik səbəbiylə müzakirələrə səbəb olmuşdur. Üzərinə bir çox iş və araşdırma edilən film bəzi ölkələrdə qadağanlı videolar siyahısına girmişdir. Bu film Böyük Britaniyada ilk dəfə qadağan edilmişdir. "Soldan axırıncı ev" filmi 1960-cı ildə məşhur İsveç rejissoru İnqmar Berqmanın xalq balladası olan "Vinqedən Terenin qızlar" (Tores Dotter I Vange) əsasında çəkdiyi "Qız mənbəsi" adlı filminin motivləri əsasında hazırlanmışdır.
Hərənin öz payı+tayı (film, 2006)