ÜLGÜ

is.
1. Paltar və ya ayaqqabı hissələrini biçmək üçün nümunə; ölçü-biçi, əndazə. Paltar ülgüsü.
// Nümunə model.
Pəncərə qabağında bir buruq ülgüsü var. R.Rza.

2. məc. Ölçü, ölçü vahidi, meyar.
Mən qadın xarakteri üçün bir ülgü qəbul etməkdə yanıldığımı gördüm. M.S.Ordubadi.
Zaman qapımızda əlində qayçı… Hər adi ölçüyə, ülgüyə gəlsək; Sən kimə gərəksən; Mən kimə gərək?! M.Araz.

Синонимы

  • ÜLGÜ 1. ÜLGÜ, QƏLİB, ŞABLON 2. ÜLGÜ, BİÇİ(M), FASON, FORMA, MODEL, ÖLÇÜ (paltarda, ayaqqabıda və s.-də)
  • ÜLGÜ biçim — ölçü — əndazə

Этимология

  • ÜLGÜ Ehtimal ki, ölçü sözünün dəyişilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ÜLFƏT
ÜLGÜC

Значение слова в других словарях