üzgüçülük hovuzu

ру плавательный бассейн en swimming bath; swimming pool de Schwimmbad; Schwimmbecken fr piscine es piscina it piscina
ütüləmə
üzgüçülük hovuzunun isidilməsi
OBASTAN VİKİ
Olimpiya hovuzu
Olimpiya hovuzu — uzunluğu 50 metr, eni 25 metr, 10 zolağdan ibarət olan, və FINA (Beynəlxalq üzgüçülük federasiyası) tərəfindən müəyyən edilən digər qaydalara uyğun olan olimpiya oyunlarının üzgüçülük, suya tullanma, su polosu və digər su idmanı növləri üçün nəzərdə tutulan hovuz növüdür. Bununla yanaşı qısa distansiyalar üçün nəzərdə tutulan 25 metr uzunluğu olan Olimpiya hovuzlarıda nəzərdə tutulur. Yarış zamanı toxunma paneli istifadə edildiyi halda, toxunma panelləri arasında məsəfə müvafiq olataq 50 və yaxud 25 metr olmalıdır. Bu səbəbdən Olimpiya hovuzları adətən qeyd olunan ölçülərdən uzun olurlar.
Üzgüçülük
Üzgüçülük ― bədən üzvlərinin suda hərəkəti təmin etməsi ilə baş tutan idman növü. Fərdi, yaxud komanda səviyyəsində həyata keçirilən yarış və ya məşqlər halında məşğul olmaq mümkündür. İdman üzgüçülüyü XX əsrin əvvəllərində məhz o, zamanlar Bakıda ilk şəhər çimərliyi (kupalni) açılır. Burada 1910-cu ildə gimnastika müəllimi V.Qrjibovski Bakı gimnaziyası və realni məktəbinin şagirdləri üçün üzgüçülük məktəbi təşkil edir. Məlumatlara görə artıq 1912-ci ilin yayında dənizkənarı bulvarda Bakı gimnaziyasının şagirdləri Xəzər dənizində “böyrü üstə” üsulu ilə 48 kilomətri 24 saat 10 dəqiqəyə üzmüş fransız dili müəllimləri Leonid Romençenkonu salamlayırdılar. Bu o iillər üçün çox böyük nəticə sayılırdı. 1913–ildə Bakı üzgüçülük məktəbində 200-dən çox adam bu idman növü ilə məşğul olurdu. 1925 ci–ildə Bakının qara şəhər adlanan rayonunda birinci su stansiyası yaranır. 1925-ci ilin yayında keçirilən birinci Respublika su bayramında yüzlərlə iştirakçı və minlərlə tamaşaçı iştirak edirdi. Proqrama kütləvi dəniz üzgüçülüyü daxil edilmişdir.
Sinxron üzgüçülük
Sinxron üzgüçülük – su idman növüdür. Musiqi sədaları altında idmançılar müztəlif proqramlar göstərirlər. Fiqurlu konkisürmə yarışında olduğu kimi, sinxron üzgüçülükdə də idmançılar tək-tək və cütlükdə yarışırlar. Amma bu idman növündə komanda ilə yarışlar da mümkündür. Onlar həm suyun altında, həm də suyun üstündə müxtəlif hərəkətlər icra etməklə jürinin verəcəyi xallar uğrunda mübarizə aparırlar. Sinxron üzgüçülük Olimpiya Oyunları sırasına daxildir. Belə ki, sinxron üzmə üzrə mütləq proqram yarışları üçün Beynəlxalq üzgüçülük federasiyasının (FİNA) qaydalarına uyğun olaraq uzunluğu 10 və eni 3 metr olan 2 zona istifadə olunur. Hər bir zona uzunluğu 10 m olmaqla hovuzun divarlarının yaxınlığında və bortdan 1,5 m olmaqla yerləşməlidir. Bu zonalardan birinin dərinliyi — 3 m, digərinin dərinliyi isə 2,5 metrdir. Sinxron üzmə üzrə sərbəst proqram yarışları üçün isə minimal zonanın ölçüləri dərinliyi 2, 5 m az olmamaqla əsas hissənin ölçüsü 12×12 m olmaqla 12×25 m təşkil etməlidir.
Naxçıvan Üzgüçülük Mərkəzi
Naxçıvan üzgüçülük mərkəzi — Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi tərəfindən tikilmişdir. Ümumi sahəsi 9420 m2, kotteclərin tikinti sahəsi 140 m2-dir. İki mərtəbəlidir. Ümumi hündürlüyü 8 m, daxili hündürlüyü 6,6 m-dir. Hovuzun ölçüləri 25x15 m-dir və 6 tramplinlə təchiz olunmuşdur. Kənarında 124 tamaşaçı yeri və 15 nəfərlik tribuna var. Mərkəzdə idmançılar üçün 3, məşqçilər üçün 2 duş kabinəsi, 1 həkim kabinəsi, şərhçi kabinəsi, 2 məşqçi otağı, soyunub-geyinmə otaqları, rəhbərlik və işçi heyət üçün 11 kabinə, hər iki mərtəbədə holl, binanın texniki təminatı üçün yardımçı otaqlar, həmçinin 43 nəfərlik konfrans zalı, gənclərin istirahəti üçün kafeteri, mini bar, 3 kottec var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Üzgüçülük Mərkəzinin açılışında (2004-cü il, 2 sentyabr) iştirak etmişdir.
Üzgüçülük (film, 1931)
Film Azərbaycanda bədən tərbiyəsinin inkişafından, idmanın bir növü olan üzgüçülük yarışlarından danışır.
2015 Avropa Oyunlarında üzgüçülük
Üzgüçülük 2015 Avropa Oyunlarında
2017 Avropa Gənclər Üzgüçülük Çempionatı
2017 Avropa Gənclər Üzgüçülük Çempionatı — 28 iyun - 2 iyul 2017-ci il tarixləri aralığında İsrailin Netanya şəhərində keçirilən turnirdir. Çempionat LEN, yəni Avropa Üzgüçülük Liqası tərəfindən təşkil edilir və 50 metrlik hovuzda keçirilir. LEN qaydalarına görə, yarışda 15 və 16 yaşlı qızlar, 17 və 18 yaşlı oğlanlar iştirak edir.
Sinxron üzgüçülük 2015 Avropa Oyunlarında
Sinxron üzgüçülük 2015 Avropa Oyunlarında — 12-16 iyun tarixlərində Bakı Su İdmanı Mərkəzində keçirildi. İdmançılar 4 dəst medal uğrunda mübarizə apardı. Yarışlarda 21 idmançı mübarizə apardı. Medal sıralanmasında Rusiya idmançıları 1-ci yeri tutdu. Rusiya idmançıları 4 qızıl medal qazandı. 2015 Avropa Oyunlarında sinxron üzgüçülük yarışları 12-16 iyun tarixlərində 6 000 nəfər tamaşaçı üçün nəzərdə tutulan Bakı Su İdmanı Mərkəzində keçirildi. İdmançılar 4 dəst medal uğrunda mübarizə apardı. 12 iyun tarixində duet və sinxron hərəkətlərdə yarışların təsnifat mərhələsi keçirildi. 13 iyun tarixində isə solo və sərbəst hərəkətlərdə təsnifat mərhələsi keçirildi. 14 iyun tarixində duet və sinxron hərəkətlərdə final mərhələsi keçirildi.
Üzgüçülük üzrə SSRİ birinciliyi (film, 1947)
Operator: Boris Seytlin
2018 Üzgüçülük üzrə Dünya Çempionatı (25 metr)
2018 Üzgüçülük üzrə Dünya Çempionatı (25 metr) — 11–16 dekabr 2018-ci il tarixləri arasında Çinin Xançjou şəhərində keçirilən 14-cü dünya çempionatı. Bu çempionatda üzgüçülük yarışları 25 metrlik su hovuzlarında təşkil olunur. * Ev sahibi ölkə ( ÇXR) a Yalnız təsnifatda iştirak edən və medal qazanan üzgüçülər daxil edilmişdir.
Sinxron üzgüçülük 2015 Avropa Oyunlarında — (Qadınlar, Solo)