ŞAL

is.
1. Yundan və s.-dən toxunmuş böyük baş örtüyü. İpək saçaqlı şal. Tirmə şal.
– Köçən qızı şal, yaxud çarşaba bürüyüb, o yığıncağın bir səmtində oturdardılar. R.Əfəndiyev.
Sənəm dönüb, otaqdan yun şalını götürdü. S.Rəhimov.

2. Nazik, yumşaq yun parça.
[Kişinin] əynində qara şaldan beli büzməli don vardı. H.Sarabski.
Güllü arvad sumağı şaldan genbol qırmızı tuman, yaxası və qolunun ağzı baftalı uzun arxalıq geymişdi. Ə.Əbülhəsən.

// Şaldan tikilmiş. Şal paltar.
– …[Ərşadın] əynində əldətoxunma yun şal pencək-şalvar … gəldi. İ.Əfəndiyev.

Kəşmiri şal – vaxtilə Hindistanın Kəşmir vilayətindən gətirilən zərif, yumşaq və spesifik naxışlı yun parça, şal.

Синонимы

  • ŞAL kişmiri

Омонимы

  • ŞAL ŞAL I Baş örtüyü. Bürünübdür gül əndamı; Tirmə şalın saçağına (Ə.Kürçaylı). ŞAL II is. Yun parça, kişmiri
ŞAQULİ
ŞALAXO
OBASTAN VİKİ
Mişel Şal
Mişel Şal (ing. Michel Floréal Chasles; 15 noyabr 1793[…] və ya 1793 – 18 dekabr 1880[…] və ya 1880, Paris) — Fransız riyaziyyatçısı, riyaziyyat tarixçisidir; "Həndəsi üsulların yaranması və inkişafının tarixi xülasəsi" (1837) kitabının müəllifidir; onun həndəsi tədqiqatları proyektiv həndəsənin işlənib hazırlanmasına təkan vermişdir.
Şal (Miyanə)
Şal (fars. شال‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Şal (dəqiqləşdirmə)
Şal — İranın Qəzvin ostanının Buyinzəhra şəhristanının Şal bəxşində şəhər və bu bəxşin mərkəzi. Şal (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Şal (geyim)
Şal (fars. شال‎; sanskr. साडी) — istifadə edilən bir geyim növü.
Şal (parça)
Şal — xalçaya oxşar sıx yun parça növü, zərif yundan və yaxud dəvə yunundan əllə yer hanasında toxunur. Şal nazik, yumşaq yun parça növüdür. Vaxtı ilə Hindistanın Kəşmir vilayətindən gətirilən zərif, yuşaq və spesfik naxışlı yun şal (parça) Kəşmiri şal adlandırılırdı.
Şal (Ərdəbil)
Şal (fars. ‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,594 nəfər yaşayır (378 ailə).
Yun Şal (1965)
Kinolent iki sevən gəncin məhəbbət əhvalatından danışır. Film yazıçı İlyas Əfəndiyevin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Quruluşçu rejissor: Rauf Kazımovski Ssenari müəllifi: Rauf Kazımovski Quruluşçu operator: Seyfulla Bədəlov Quruluşçu rəssam: Nadir Zeynalov Səs rejissoru: Əziz Şeyxov Əsərin Müəllifi: İlyas Əfəndiyev Səfurə İbrahimova — Südabə Həsənağa Turabov — Cəlil Bəşir Səfəroğlu Ağadadaş Qurbanov Ətayə Əliyeva Hökümə Qasımova Bahadur Əliyev Məmmədəli Qasımov “Yun şal” mavi ekranda. [Azərbaycanda ilk qısametrajlı televiziya filmi "Yun şal"] //Bakı.- 1965.- 19 iyun. “Humay”ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.
Şal-la-Montan
Şal-la-Montan (fr. Challes-la-Montagne) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Ponsen kantonuna daxildir. Kommunanın dairəsi — Nantyua. INSEE kodu — 01077. Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 65 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 21 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 179 nəfər təşkil edirdi. 2010-cu ildə 112 yaşında (15-64 yaş arasında) 86 nəfər iqtisadi cəhətdən, 26 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,8%, 1999-cu ildə 77,7%). Fəal 86 sakindən 77 nəfər (42 kişi və 35 qadın), 9 nəfər işsiz (5 kişi və 4 qadın) işlədi.
Yun şal (film, 1965)
Kinolent iki sevən gəncin məhəbbət əhvalatından danışır. Film yazıçı İlyas Əfəndiyevin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Quruluşçu rejissor: Rauf Kazımovski Ssenari müəllifi: Rauf Kazımovski Quruluşçu operator: Seyfulla Bədəlov Quruluşçu rəssam: Nadir Zeynalov Səs rejissoru: Əziz Şeyxov Əsərin Müəllifi: İlyas Əfəndiyev Səfurə İbrahimova — Südabə Həsənağa Turabov — Cəlil Bəşir Səfəroğlu Ağadadaş Qurbanov Ətayə Əliyeva Hökümə Qasımova Bahadur Əliyev Məmmədəli Qasımov “Yun şal” mavi ekranda. [Azərbaycanda ilk qısametrajlı televiziya filmi "Yun şal"] //Bakı.- 1965.- 19 iyun. “Humay”ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.
Aleksander Şallenberq
Aleksander Georq Nikolas Şallenberq (alm. Alexander Georg Nicolas Schallenberg‎; 20 iyun 1969, Bern) — avstriyalı diplomat, hüquqşünas və siyasətçi, 6 dekabr 2021-ci ildən Xarici İşlər Naziri. Şallenberq ailəsinin üzvü və Avropa Kollecinin məzunu olan Şallenberq diplomatı idi və Kurts Xarici İşlər Naziri olduqdan sonra onun mentoru oldu. Kurts onu strateji xarici siyasət planlaşdırması direktoru və Avropa departamentinin rəhbəri təyin etdi. Şallenberq 2019-cu ildə Xarici İşlər Naziri kimi kabinetə qoşulub. Kurts 9 oktyabr 2021-ci ildə gözlənilən istefasını elan etdikdən sonra Şallenberqə AXP tərəfindən onun yerinə Avstriya Kansleri təyin edilməsi təklifi edilib və o, 11 oktyabr 2021-ci ildə and içib. Şellenberq iki aydan az müddətdə vəzifədə qaldıqdan sonra 2 dekabr 2021-ci ildə gözlənilən istefasını açıqladı. == Həyatı == Avstriya-Macarıstan Şallenberq ailəsinin komital qolunun üzvü olan Şallenberq 1969-cu ildə atası Volfqanqın Avstriyanın İsveçrədəki səfiri olduğu İsveçrənin Bern şəhərində anadan olub. Anası isveçrəlidir, o, isveçrəli bankir və İBB Prezidenti Alfred Şaeferin qızıdır. Şallenberq atasının səfir vəzifəsində çalışdığı Hindistan, İspaniya və Fransada böyüdü, atası daha sonra Xarici İşlər Nazirliyinin baş katibi oldu.
Frans Şalk
Frans Şalk (alm. Franz Schalk‎; 27 may 1863[…], Vyana – 3 sentyabr 1931[…], Rayhenau-an-der-Raks[d], Aşağı Avstriya[d]) — Avstriya opera və simfonik dirijoru və pedaqoqu. 1918-ci ildən 1929-cu ilədək - Vyana Dövlət Operasının direktoru olmuşdur. Alman repertuarının, xüsusilə də Rixard Ştraus ilə birlikdə ən böyük interpretatoru olaraq tanınır, Salzburq Festivalının qurucularından biridir. == Həyatı == Frans Şalk Vyana şəhərində anadan olub, görkəmli bəstəkarlar Anton Brukner (harmoniya və kontrpop), J. Helmesberger (skripka), Y. Epştein (fortepiano) ilə birlikdə Vyana konservatoriyasında təhsil almışdır. 1889-cu ildə Reyxenberqdə, 1890-cı ildən 1895-ci ilə qədər - Qrats Opera teatrında, 1895-ci ildən 1998-ci ilədək - Praqa Milli Teatrında dirijorluq vəzifəsində çalışıb. Londonda (Covent Garden: 1988, 1907, 1911), Nyu Yorkda (Metropolitan Opera: 1988, 1989), Berlində (Royal Opera: 1898-1901) operaları tamaşaya qoyulmuşdur. Vyanadakı Dövlət Operasında, H. Rixterin istefasından sonra, ilk dirijor vəzifəsini icra etmişdir. 1918-ci ildə, Şalk monarxiyanın devrilməsindən sonra, teatrın direktoru təyin olunub, Vyana Dövlət Opera adını dəyişdi. 1919-cu ildə bu vəzifəni R.Ştraus ilə birgə icra etdi.
Gilad Şalit
Gilad Şalit (ivr. ‏גלעד שליט‏‎) (28 avqust 1986, Nahariya, İsrail) — İsrail müdafiə ordusunun əsgəri. 25 iyun 2006-cı ildə Hamas döyüşçüləri tərəfindən oğurlanıb. 18 oktyabr 2011-ci ildə, beş il dörd aylıq əsirlikdən sonra, Gilad İsrail həbsxanalarındakı 1027 nəfər fələstinli məhbusun azad edilməsi qarşılığında İsrailə təhvil verildi.
Kristen Şaldibin
Kristen Şaldibin (8 avqust 1997) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Kristen Şaldibin, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Şaldibin həm də 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. == Karyerası == Kristen Şaldibin 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Kiana Eide, Alisa Kano, Natalie McQiffert və Monika Roxman ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Köməkçi axtarılır (Süngər Bob Kvadrat Şalvar)
"Köməkçi axtarılır" (ing. Help Wanted) — "Süngər Bob Kvadrat Şalvar" ABŞ istehsalı cizgi serialının pilot bölümü. İlk dəfə 1999-cu il mayın 1-də ABŞ-də "Nickelodeon" kanalında yayımlanmışdır, həmin epizoddan əvvəl kanalda 1999 Uşaqların Seçimi mükafatı mərasimi yayımlanırdı. Bölümdə serialın eyniadlı baş qəhrəmanı, antropomorfik gənc dəniz süngərinin “Krasti Krab” adlı yerli "fast food" restoranında işə düzəlməyə cəhd etməsindən bəhs olunur. Serialın yaradıcısı Stiven Hillenburq şou haqqında ilk ideyaları 1994-cü ildə yaranmışdır və 1996-cı ildə "Rokkonun müasir həyatı" serialı ləğv edildikdən qısa müddət sonra onun üzərində işləməyə başlamışdır. Süngər Bob personajını səsləndirmək üçün Hillenburq onunla birlikdə "Rokkonun müasir həyatı" serialında işləmiş Tom Kenniyə müraciət etmişdir. 1989-cu il tarixli "Pau-Vau yolu" serialından ilhamlanan Hillenburq serialın pitçinqini əvvəlcə Süngər Bob və Skvidvartın yol əhvalatı kimi təqdim etmək istəyirdi. Hillenburq bu ideyadan əl çəkdi və Derek Draymonla birlikdə "Köməkçi axtarılır" bölümü üçün hazırladığı hekayə ilə yenidən başladı, epizodun ssenarisi qismən Hillenburqun gənc yaşlarında skautlar birliyində gördüyü təcrübəyə əsaslanır. Ssenarinin ilkin ideyası "Pizza çatdırılması" adlı sonrakı seriya üçün istifadə olundu. Bölüm Hillenburq, rəssam Derek Draymon və Tim Hill tərəfindən hazırlanmışdır.
Neve Şalom
Neve Şalom (ivr. ‏נְוֵה שָׁלוֹם‏‎, Sülh vadisi) və ya Vahat as-Salam (ərəb. واحة السلام‎) — İsrailin mərkəzində yerləşə qəsəbə. Qəsəbənin əsasını yəhudilər və ərəblər birgə qoymuş. Bununla da dünyaya göstərmək istəmişlər ki, bu iki xalq bir yerdə yaşaya bilir. Qəsəbədə iki xalq arasında dostluğun, anlaşmanın möhkəmlənməsi üçün daima təbliğat aparılır. Neve Şalom Latrun rayonunda, iki təpənin zirvəsində salınmış. Qəsəbə Tel-Əviv və Qüdsü birləşdirən mağistral yolunun ortasında yerləşir. Qəsəbə öz adını Tanaxın (Nəviimin ikinci fəsli olan Son Peyğəmbərlər fəsli) Yeşaya (ibranicə Yeşayahu) adlı hissəsindən götürmüş — «O zaman mənim xalqım təhlükəsiz və sülh məkanında xoşbəxt yaşayacaq» (Yeşaya. 32:19).
Parlaq şalfey
Qısa şalvar
Qısa şalvarlar (ing. Capri pants) — şortdan daha uzun olan, lakin şalvar qədər uzun deyil.
Ramazan Şallah
Ramazan Abdullah Məhəmməd Şəlləh (Ərəbcə: رمضان عبد الله محمد شلح; 1 yanvar 1958 – 6 iyun 2020[…], Beyrut) — Fələstin İslami Cihad Təşkilatının banisi, 1995-ci ildə öldürülən Fəthi Şəqaqinin baş katibi idi. 24 fevral 2006-cı ildə Şəlləh və digər FİCT üzvü Əbdüləziz Avda, FTB-nin Most Wanted Terrorists (“Ən Çox Axtarılan Terroristlər”) siyahısına daxil edilmişdirlər.
Saulius Şaltyanis
Saulius Şaltyanis (lit. Saulius Šaltenis; 24 dekabr 1945, Utena) — Litva nasiri, dramaturq, ssenarist; Litva Respublikasının mədəniyyət naziri (1996–1999); Respublika mükafatı laureatı (Litva SSR Dövlət Mükafatı; 1973). Vilnüs Universitetinin Filologiya fakültəsində təhsil almışdır (1963–1964), iki il Sovet Ordusunda xidmət etmişdir. 1969–1972-ci illərdə Litva kinostudiyasında ssenari kollegiyasının redaksiyasında işləmişdir. 1971-ci ildən Litva Yazıçılar Birliyinin üzvü. 1988–1990-cı illərdə Sayudis Seyminin üzvü olmuşdur. 1989-cu ildə Arvidas Yuozaytis və Saulius Stoma ilə birlikdə həftəlik "Šiaurės Atėnai" ("Şimali Afina") adlı mədəniyyət qəzetini təsis etmiş və 1990–1994-cü illərdə onun redaktoru olmuşdur. 1990–1992-ci illərdə Litva SSR Ali Sovetinin deputatı, Litvanın müstəqilliyini bərpa etmək aktını imzalamışdır. 1994–1996-cı illərdə gündəlik "Lietuvos aidas" ("Litvanın əks – sədası") qəzetinin baş redaktoru olmuşdur. 1992–1996 və 1996–2000-ci illərdə Litva Parlamentinin üzvü olmuşdur.
Sen-Didye-syur-Şalaron
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sen-Jyust-Şalessen
Sen-Jyust-Şalessen (fr. Saint-Just-Chaleyssin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38408. Kommunanın 2012-ci il üçün əhalisi 2437 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 218 ilə 373 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 23 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Sen-Jüst-Şalessen
Sen-Jyust-Şalessen (fr. Saint-Just-Chaleyssin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38408. Kommunanın 2012-ci il üçün əhalisi 2437 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 218 ilə 373 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 23 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Sent-Etyen-syur-Şalaron
Sent-Etyen-syur-Şalaron (fr. Saint-Étienne-sur-Chalaronne) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Tuasse kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01351. Kommuna Paris şəhərinin 360 km cənub-şərqində, Lion şəhərindən 45 km şərqdə və Burk-an-Bres şəhərindən 30 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 1468 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 914 nəfər (15-64 yaş arasında) arasında 706 nəfər iqtisadi cəhətdən fəal, 208 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 77,2%, 1999-cu ildə 71.6%). Fəaliyyət göstərən 706 sakindən 645 nəfər (353 kişi və 292 qadın), 61 (35 kişi və 26 qadın) işsizdir.
Silvan Şalom
Silvan Şalom (ivr. ‏ציון סילבן שלום‏‎; 4 avqust 1958, Qabes (Tunis)) — Likud partiyasından olub 1992-2015-ci illərdə Knessetin üzvü olan bir İsrail siyasətçisidir. Baş nazir müavini və Daxili İşlər Naziri olmaq üzrə bir sıra nazir vəzifələrini tutmuşdur. 24 dekabr 2015-ci ildə təcavüz iddialarından sonra istefa verdi. Daha sonra Baş prokuror bu istintaqı bağladı və bu iddiaların əsassız olduğunu bildirdi.
Stepan Şalayev
Stepan Alekseyeviç Şalayev (rus. Степа́н Алексе́евич Шала́ев; 5 yanvar 1929, Mordovskaya Polyana[d], Orta Volqa diyarı – 18 yanvar 2022, Moskva) — SSRİ dövlət və partiya xadimi, həmkarlar ittifaqı rəhbəri. Stepan Alekseyeviç Şalayev 5 yanvar 1929-cu ildə SSRİ-də, Mordoviyada anadan olmuşdur. O, 1951-ci ildə Moskva Meşə Mühəndisliyi İnstitutunu meşə mühəndisi ixtisası üzrə bitirmişdir. Şalayev 1982–1990-cı illərdə Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının sədri olmuşdur. O, 1981–1982 Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd, 1982–1990-cı illərdə isə oranın üzvü olmuşdur. Həmçinin, Şalayev 1982–1989-cu illərdə SSRİ Ali Sovetinin deputatı, SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur. üç "Qırmızı əmək bayrağı" ordeni iki “Şərəf nişanı” ordeni Государственная власть СССР. Высшие органы власти и управления и их руководители. 1923—1991 гг. Историко-биографический справочник / Сост.
Süngər Bob Kvadrat Şalvar
"Süngər Bob Kvadrat Şalvar" (ing. "SpongeBob SquarePants") — ABŞ-də yaradılmış, dünyanın ən populyar televiziya proqramlardan biri. 2004-cü ildə serialın əsasında Süngər Bob Kvadrat Şalvar Film adlı cizgi filmi çəkilib. 2007-ci ildə Time jurnalı bu serialın bütün zamanların ən yaxşı cizgi serialı olduğunu yazmışdılar. Süngər Bob — cizgi filmin əsas qəhrəmanıdır. Qonşusu Patrik onun ən yaxşı dostudur. Onların ən çox sevdiyi məşğuliyyətlərdən biri də meduza ovlamaqdır. Süngər Bobun və Patrikin qonşusu Squidwardın isə bu heç də xoşuna gəlmir. Squidward həmişə onların bu hərəkətlərindən imtina etmələrini istəyir. Lakin Süngər Bob və Patrik Squidwardın dediklərini zarafat kimi başa düşür və yenə də istədiklərini edirlər.
Neve Şalom sinaqoqu
Neve Şalom sinaqoqu (türk. Neve Şalom Sinagogu, ivr. ‏בית הכנסת נווה שלום‏‎ ) — Türkiyənin İstanbul şəhərində, Beyoğlu rayonunun Karaköy məhəlləsində sinaqoq. Sinaqoq 1930-cu illərin sonlarında köhnə Qalata məhəlləsində iudaist əhalisinin artması səbəbilə tikilmişdir. Bu məqsədlə 1949-cu ildə bir yəhudi ibtidai məktəbi sökülmüş və onun xarabalıqları üzərində sinaqoq tikilmişdir. Tikinti 1951-ci ildə tamamlanmışdır.
Eldar Şalıyev
Stasis Şalkauskis
Stasis Şalkauskis (lit. Stasys Šalkauskis; 16 may 1886 – 4 dekabr 1941, Şyaulyay) — Litva filosofu və müəllimi, professor, fəlsəfə doktoru, Kaunasdakı Böyük Vitovt Universitetinin rektoru. Stasis ŞalkauskisŞavelski adına kişi gimnaziyasını bitirib. Sonra 1905-1911-ci illərdə Moskva İmperator Universitetində hüquq və iqtisadiyyat üzrə təhsil alıb. Moskvada olduğu müddətdə o, Litva Tələbə Cəmiyyətinin fəaliyyətində iştirak etmiş, 1907-1908-ci illərdə orada bir neçə esse oxumuş, burada “litvalı tələbələrin münasibət və ideallarına dair ümumi tənqidi” çıxış etmişdir. O, litvalı tələbələrin əksəriyyətinin inqilabi və nihilist əhval-ruhiyyəsini dəstəkləmirdi. Səhhətinə görə 1908-ci ildən Səmərqənddə yaşayırdı - zəif ciyərlərini gücləndirmək üçün ona isti iqlim lazım idi. Orada Şalkauskis də imtahanlara hazırlaşırdı. 1910-cu ilin aprelində imtahan vermək üçün Moskvaya qayıtdı və bir ilə yaxın orada qaldı. Moskvada olduğu müddətdə o, Rusiya Tanrıpərəstliyinin mərkəzi olan Dini və Fəlsəfi Görüşlərdə iştirak etmişdir.
Şalva Qadabadze
Şalva Qadabadze (30 may 1984, Tbilisi) — 2000–2006-cı illərdə Gürcüstanı, 2008–2016-cı ildə isə Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Şalva Qadabadze 2000-ci ildə Bratislava şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu. Bu onun beynəlxalq turnirlərdə birinci uğuru idi. 2002 və 2004-cü illərdə yeniyetmələr arasında Avropa Çempionatlarında altıncı pillələrdə qərarlaşan Şalva Qadabadze 2005-ci ildə İzmir şəhərində Universiada Oyunlarının qalibi oldu. 2006-cı ildə Rusiyada Avropa Çempionatını 8-ci pillədə başa vuran Şalva Qadabadze həmin ilin iyununda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirin bürünc medalına sahib oldu. Şalva Qadabadzenin çıxışından razı qalan Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndələri onu Azərbaycan yığmasının heyətinə cəlb elədi. Şalva Qadabadze 2008-ci ildə əvvəlcə İtaliyada 1-ci Dünya Olimpiya Təsnifat Turnirində uğursuz çıxış eləsə də, daha sonra Serbiyada 2-ci Dünya Olimpiya Təsnifat Turnirin qalibi olmaqla olimpiya lisenziyasına sahib oldu. Olimpiadadan əvvəl Şalva Qadabadze iyunda Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu. Avqustda isə Şalva Qadabadze Azərbaycanı Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 14-də 84 Kq.
Aleksandr Şalimov
Aleksandr Alekseyeviç Şalimov (ukr. Шалімов Олександр Олексійович; 20 yanvar 1918, Vvedenka[d] – 28 fevral 2006, Kiyev) sovet və ukraynalı cərrahı, tibb elmləri doktoru (1958), professor (1961), Ukrayna SSR Elmlər Akademiyasının həqiqi üzvü (1978-ci ildən), Ukrayna Tibb Elmləri Akademiyasının həqiqi üzvü (1993-cü ildən). Sosialist Əməyi Qəhrəmanı (1982), Ukrayna Qəhrəmanı (2005). O, Beynəlxalq Cərrahlar Assosiasiyasının və Avstriya, Almaniya, Rusiya və Ukrayna Cərrahlar Assosiasiyasının üzvü, Ukrayna Tibb Elmləri Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü olub. Ukrayna Milli Tibb Elmləri Akademiyasının Kiyev Elmi-Tədqiqat Kliniki və Eksperimental Cərrahiyyə İnstitutunun (Şalimovun ölümündən sonra instituta onun adı verilib — Ukrayna Milli Tibb Elmləri Akademiyasının A. A. Şalimov adına Cərrahiyyə və Transplantologiya İnstitutu) yaradıcılarından biridir. Lvov Tibb Universitetinin fəxri doktorudur. == Həyatı == 14 uşaqlı böyük kəndli ailəsində anadan olub. 5 sinifli məktəbi və Kuban Tibb İnstitutunun əmək fakültəsini bitirdikdən sonra 1936–1941-ci illərdə bu universitetin tibb fakültəsində təhsil alıb və təhsilini başa vurduqdan sonra Çita vilayətinə cərrah kimi göndərilib. Şalimov orada yaralıları əməliyyat etməklə məşğul olduğu üçün cərrahiyyə sahəsində böyük təcrübə toplayıb. Böyük Vətən Müharibəsi başa çatdıqdan sonra SSRİ-nin ən böyük klinikalarında təlim keçib.
Şalva Cakeli
Şalva Cakeli - hakimiyyətinə dair çox məlumat yoxdur. Əmir Teymura tabe olduğu, oğlu I Ağbuğanın 1389-cu ildə hakimiyyətə keçdiyi və qızı Sinduxtarın IX David ilə evləndiyi bilinir.
Con Şalikaşvili
Con Malkaz David Şalikaşvili (gürc. ჯონ მალხაზ დავით შალიკაშვილი; ing. John Malchase David Shalikashvili; 27 iyun 1936, Varşava – 23 iyul 2011[…], Madiqan Ordu xəstəxanası[d], Vaşinqton) — 1992-1993-cü illərdə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı, 1993-1997-ci illərdə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin 13-cü sədri vəzifəsində çalışmış ABŞ generalı. O, Varşavada mühacirətdə olan gürcü zabit Dimitri Şalikaşvili və onun polşalı həyat yoldaşı Mariya Rüdiqer-Belyayevanın ailəsində anadan olub. 1996-cı ildə Hərbi Dənizçilik Kollecinin Məzunlar arasında Görkəmli Liderlik Mükafatının ilk laureatı olmuşdur. Şalikaşvili ABŞ-də anadan olmayan ilk və hələki yeganə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsi sədridir. O, taqımdan diviziyaya qədər hər bir bölmə komandanlığında xidmət etmişdir. 2011-ci ildə, 75 yaşında olarkən vəfat edib. == Həyatı == Şalikaşvili orta əsr gürcü zadəgan ailəsi Şalikaşvili nəslindəndir. Atası Şahzadə Dimitri Şalikaşvili (1896-1978) Gürcaanidə anadan olub və Rusiya İmperator Ordusunda xidmət edib.

Значение слова в других словарях