1. Yundan və s.-dən toxunmuş böyük baş örtüyü. İpək saçaqlı şal. Tirmə şal.
– Köçən qızı şal, yaxud çarşaba bürüyüb, o yığıncağın bir səmtində oturdardılar.
Sənəm dönüb, otaqdan yun şalını götürdü.
2. Nazik, yumşaq yun parça.
[Kişinin] əynində qara şaldan beli büzməli don vardı.
Güllü arvad sumağı şaldan genbol qırmızı tuman, yaxası və qolunun ağzı baftalı uzun arxalıq geymişdi.
// Şaldan tikilmiş. Şal paltar.
– …[Ərşadın] əynində əldətoxunma yun şal pencək-şalvar … gəldi.
Kəşmiri şal – vaxtilə Hindistanın Kəşmir vilayətindən gətirilən zərif, yumşaq və spesifik naxışlı yun parça, şal.