I ŞAXTA Ancaq o yenə də dayanmış dimdik, sanki bir taxta; İşləmiş qanına bu quduz şaxta (S.Vurğun); AYAZ Gül rəngli havada toz, duman var; Dəhşətli soyuq, ayaz, boran var (A.Şaiq); BÜRUDƏT (kl.əd.) Tifillər şiddəti-bürudətdən; Ağlaşır zar-zar vəhşətdən (M.Ə.Sabir); DON Şaxtalı qışlarda ağacı həsirə bükmüşdü ki, don vurmasın (M.İbrahimov); SAZAQ Zərrintac xanımın tər yanaqları sazaqdan qızardı (S.Rəhimov); SOYUQ Alay-alay qəhrəmanlar canlarından keçərək; Qarlı, soyuq gecələrdə vuruşurlar sübhədək (Ə.Cəmil); ZƏMHƏRİR (kl.əd.) ..Son mövqeyi zəmhərir olacağını irəli sürürdü (Çəmənzəminli).
II şaxta bax mədən