ŞEYX SƏDUQ

(381/991-ci ildə vəfat etmişdir) – tanınmış şiə ilahiyyatçısı və fəqihi olmuşdur. Büveyhilər dövründə Bağdadda imami şiəliyinin təbliğatını aparmış, onun yayılmasında böyük işlər görmüşdür. Reydə (indiki Tehranda) vəfat etmişdir. Onun Əsl adı Məhəmməd ibn Əli ibn Babaveyh Qumi olmuşdur. Şiə ənənəsində o, İslamın ilk mənbələrinin ən böyük bilicilərindən biri hesab edilir. Şeyx Səduq şiə əqidəsi və fiqhi üzrə 200-ə yaxın əsərlərin müəllifi olmuşdur. Onun hədislər toplusu isna-əşərilərin başlıca qaynaqlarından biridir. Şeyx Səduqun ən tanınmış əsəri fiqh kitabı olan “Mən lə Yəhzuruhül-Fəqih” əsridir. Orada altı minə yaxın hədis toplanmışdır.
ŞEYX
ŞEYTAN
OBASTAN VİKİ
Şeyx Səduq
Şeyx Səduq (fars. شیخ صدوق‎) və ya İbn Bəbaveyhi (tam adı: Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi əl-Qummi; d. M. 923, H.Q. 306, Qum - ö. M. 991, H.Q. 381, Rey, Qəznəvilər dövləti). Ulu babasının adı olan İbn Bəbaveyhi nisbəsi ilə də tanınır - IV əsr məşhur şiə ilahiyyatçı-mühəddis alimi. Məhəmməd ibn Əli ibn Bəbaveyhi M. 923, H.Q. 306-cı ildə Qum şəhərində dünyaya gəlib. Atası Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi cəfəri şiələrin 11-ci imamı Həsən əl-Əskəri və 12-ci imamı Məhəmməd ibn Həsən əl-Mehdinin zamanında yaşamış və öz dövrünün məşhur alimlərindən olmuşdur. 991-ci ildə Rey şəhərində vəfat etmiş və orada Əbdüləzim Həsəninin yanında dəfn olunmuşdur. 1919/1920-ci illərdə şiddətli yağışlar nəticəsində məzarı dağılmış və sonradan yenidən bərpa olunmuşdur. Uşaq yaşlarında ikən ilk təhsilini Qum şəhərində öz atsından almışdır.
Səduq (termin)
Səduq — Ərəb dilində "doğrudanışan" deməkdir. Hədis elmində doğrudanışan ravilərə deyilir. Hədis Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Səduq şəhristanı
Səduq şəhristanı- İranın Yəzd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Səduq şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 28,072 nəfər və 7,809 ailədən ibarət idi.
Şeyx
Şeyx (ərəb. شيخ‎) — Ərəbcə hörmət ifadəsini yetirən tituldur. Söz "yaşlı" deməkdir."lider" və ya "vali" mənasını verir. Ümumiyyətlə, atasından sonra bu ünvanı almış qəbilənin ən böyük və önəmli adamına deyilir və ya bir tələbə əsas İslam məktəbini bitirdikdən sonra bu ünvan o, tələbənin adının əvvəlinə gəlir. Azərbaycan dilinə ərəbcədən keçmişdir və ümumiişlək söz olmuşdur.
Şeyx Bəhai
Şeyx Bəhai və ya Şeyx Bəhaəddin Amili (18 fevral 1547 və ya 27 fevral 1547, Bəəlbək, Osmanlı Suriyası – 1 sentyabr 1621, İsfahan, Səfəvilər) — alim, təsəvvüf əhli, təriqət şeyxi, Səfəvi şeyxülislamı, məşhur riyaziyyatçı və astronom. Şeyx Məhəmməd ibn Hüseyn ibn Əbdussəməd, ləqəbi Bəhaəddin ibn İzzuddin Harisi Həmdani Amili olan bu alim, hicri qəmərinin 953-cü ilinin zilhiccə ayının 17-də, Livanın Bəəlbək şəhərinin yaxınlığındakı Cəbə kəndində dünyaya göz açmışdır. (Harisi Həmdani nisbəti ona işarədir ki, İmam Əli (ə)-ın ən yaxın əshabından olan Haris Həmdani Şeyx Bəhainin ulu babası olmuşdur). O, ilk təhsilini valideynlərindən, habelə Bəəlbək və Cəbə alimlərindən almışdır. Burada qeyd etmək yerinə düşər ki, Livanın müsəlman əhalisinin Əhli-Beyt yolunda olması, Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Əbuzər Qəffarinin, 3-cü xəlifə tərəfindən bura sürgün edilməsi ilə bilavasitə bağlıdır. Bu diyar İslam ümmətinə, Şəhid Əvvəl, Şəhid Sani və Şeyx Bəhaəddin kimi alimlər töhfə etmişdir. İranda şahlıq taxtına Səfəvilər sülaləsi çıxandan sonra yaxın-uzaq ölkələrdən Əhli-Beyt alimləri, I Şah Təhmasib zamanında ölkənin paytaxtı Qəzvinə 1-ci şah Abbas dövründə isə İsfahan şəhərinə axıb gəlməyə başladılar. Şeyx Bəhaəddin də öz böyük və alim şəxsiyyət olan atası ilə birlikdə İrana köçdü. O, yuxarıda deyildiyi kimi, təhsilini atasından və bir çox böyük alimlərdən, o cümlədən Əllamə Şeyx Əbdullah Yəzdidən almışdır. Elmdə elə bir dərəcəyə çatmışdır ki, dost da, düşmən də onun yüksək elmi məqamını etiraf etmişlər.
Şeyx Bəhaəddin
Şeyx Bəhai və ya Şeyx Bəhaəddin Amili (18 fevral 1547 və ya 27 fevral 1547, Bəəlbək, Osmanlı Suriyası – 1 sentyabr 1621, İsfahan, Səfəvilər) — alim, təsəvvüf əhli, təriqət şeyxi, Səfəvi şeyxülislamı, məşhur riyaziyyatçı və astronom. Şeyx Məhəmməd ibn Hüseyn ibn Əbdussəməd, ləqəbi Bəhaəddin ibn İzzuddin Harisi Həmdani Amili olan bu alim, hicri qəmərinin 953-cü ilinin zilhiccə ayının 17-də, Livanın Bəəlbək şəhərinin yaxınlığındakı Cəbə kəndində dünyaya göz açmışdır. (Harisi Həmdani nisbəti ona işarədir ki, İmam Əli (ə)-ın ən yaxın əshabından olan Haris Həmdani Şeyx Bəhainin ulu babası olmuşdur). O, ilk təhsilini valideynlərindən, habelə Bəəlbək və Cəbə alimlərindən almışdır. Burada qeyd etmək yerinə düşər ki, Livanın müsəlman əhalisinin Əhli-Beyt yolunda olması, Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Əbuzər Qəffarinin, 3-cü xəlifə tərəfindən bura sürgün edilməsi ilə bilavasitə bağlıdır. Bu diyar İslam ümmətinə, Şəhid Əvvəl, Şəhid Sani və Şeyx Bəhaəddin kimi alimlər töhfə etmişdir. İranda şahlıq taxtına Səfəvilər sülaləsi çıxandan sonra yaxın-uzaq ölkələrdən Əhli-Beyt alimləri, I Şah Təhmasib zamanında ölkənin paytaxtı Qəzvinə 1-ci şah Abbas dövründə isə İsfahan şəhərinə axıb gəlməyə başladılar. Şeyx Bəhaəddin də öz böyük və alim şəxsiyyət olan atası ilə birlikdə İrana köçdü. O, yuxarıda deyildiyi kimi, təhsilini atasından və bir çox böyük alimlərdən, o cümlədən Əllamə Şeyx Əbdullah Yəzdidən almışdır. Elmdə elə bir dərəcəyə çatmışdır ki, dost da, düşmən də onun yüksək elmi məqamını etiraf etmişlər.
Şeyx Cavid
Şeyx Cavid (tam adı: Cavid Məmmədov; Babazanlı, Salyan, Azərbaycan SSR) — azərbaycanlı ilahiyyatçı-alim; Höccətül-islam vəl-müslimin, Əjdərbəy məscidinin axundu (2015-h.h.). Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxül-İslam Allahşükür Paşazadə 13 oktyabr 2015-ci ildə Cavid Məmmədovu Əjdərbəy məscidinin axundu təyin etmişdir.
Şeyx Cüneyd
Şeyx Cüneyd (1429, Ərdəbil – 1460, Şirvan) — Səfəvi təriqətini rəhbəri (1447–1460), Şeyx Heydərin atası, Şah İsmayıl Xətainin babası. Şeyx İbrahim vəfat etdikdən sonra 1447-ci ildə onun böyük oğlu Cüneyd ordenin başçısı oldu. O, Ərdəbiliyyə və ya Səfəviyyə kimi tanınan təriqətin beşinci lideridir. İlk dövrlərdə daha çox Azərbaycanda təsir dairəsinə malik olan bu təriqət sonralar Suriya, İraq və xüsusilə Anadoluda yaşayan dini həyata öz təsirini göstərmişdir. Mərkəzi xanəgah Ərdəbildə olsa da, ordenin yayıldığı coğrafiyalardakı müridlər öz müdriklərinə sıx bağlı idilər. Osmanlı İmperiyasındakı müridlər də Ərdəbil xanəgahına vergi ödəyirdilər. Bu səbəbdən Şeyx Cüneydin qüvvətli təsir gücündən çəkinən hökmdarlar onun öz torpaqlarında yaşamsından narahatlıq duyurdular. Ərdəbil şeyxlərinin dövrün dövlət başçıları ilə görüşləri və əlaqələri Şeyx Cüneyddən başlamamışdır. Lakin əvvəlki münasibətlər din və dünya işlərinin ayrılması əsasında davam etdiyi halda, bu vəziyyət Şeyx Cüneyd dövründə dəyişdi. Şeyx Cüneyd dövlət qurmaq ideyası ilə hərəkət edərək Səfəvi təriqət icmasından dini dövlət yaratmaq üçün addımlar atdı.
Şeyx Cəfər
Şeyx Cəfər (Ərdəbil – Ərdəbil) — Şeyx Xacə Əlaəddin Əlinin ikinci oğlu. Səfəviyyə ordeninin de-fakto şeyxi. Şeyx Cüneydin qovulmasından Qaraqoyunlular tərəfindən şeyxliyə gətirilmişdi və 1460-cı ildə yerinə Şeyx Heydər keçmişdir.
Şeyx Hacı
Şeyx Hacı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. Rayon mərkəzindən 17 km məsafədə, Alagöz dağının qərb ətəyində yerləşir. Kəndin adı erməni mənbələrində Shacı formasında da göstərilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Şeyx Hacı şəxs adı əsasında əmələ gəlib «Şeyx Hacıya mənsub kənd» mənasını ifadə edir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şqarşik qoyulmuşdur. Kənddə 1831-ci ildə 19 nəfər, 1873 - cü ildə 233 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 338 nəfər, 1908-ci ildə 337 nəfər, 1914 - cü ildə 337 nəfər, 1916-cı ildə 311 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Şeyx Heydər
Şeyx Heydər (1460, Ərdəbil - 1488 Tabasaran, Şirvan) — Səfəvi təriqətini rəhbəri, Şah İsmayıl Xətainin atası, Səfəviyyə ordeninin başçısı. Atası öləndə hələ doğulmamış olan Şeyx Heydər dayısı Uzun Həsənin sarayında doğulmuşdu. 9 yaşında dayısı Uzun Həsən tərəfindən Ərdəbilə göndərilmiş, 1471-ci ildə dayısının Dəspinə xatundan doğulmuş qızı Aləmşah bəyim ilə evlənmiş, Uzun Həsənin qaraqoyunlular və Teymuri sultanı Əbu Səidlə mübarizəsində fəal iştirak etmişdir. Teymuri sultanı Əbu Səid 1468-ci ildə Uzun Həsənlə mübarizə aparmaq məqsədilə Heratdan çıxıb Qarabağa gəldi. Şirvanşah Fərrux Yasar əvvəlcə Əbu Səidə kömək göstərsə də, Uzun Həsənin hədələrindən qorxuya düşüb onunla ittifaqdan imtina edərək Uzun Həsənə qoşuldu. Ağqoyunlu hökmdarı başda olmaqla, Şirvanşah Fərrux Yasar və Ərdəbil hakimi, Cüneydin oğlu Şeyx Heydər Səfəvidən ibarət güclü ittifaq yarandı. Danışıqlar üçün Uzun Həsən Şeyx Heydəri Əbu Səidin yanına elçi göndərdi. O, geri qayıdıb Xorasan qoşunlarının həqiqətən ağır vəziyyətdə olduğunu təsdiq etdi və Uzun Həsəni Əbu Səid ilə sülh bağlamaq fıkrindən daşındırdı və 31 yanvar 1468-ci ildə baş verən döyüşdə Əbu Səidin qoşunları məğlubiyyətə uğradı, özü isə qaçdı, ancaq yaxanladı və edam olundu. Şeyx Heydər də atası kimi Şirvanı tutmağa çalışırdı. O, Şirvanşahdan Cüneydin ölümünün qisasını almaq istəyərək "kafir" çərkəzlər əleyhinə mübarizə bəhanəsi ilə 10000 süvari qoşun topladı və Uzun Həsənin 1478-ci ildə ölümündən sonra yerinə keçən oğlu Sultan Yaqubdan Şirvanşah Fərrux Yasara məktub gətirməklə ondan Şirvan torpaqlarına daxil olan Dərbənddən keçərək, Dağıstana, çərkəzlər ölkəsinə getmək üçün icazə alıb yürüşə yollandı, oranı talan edərək çoxlu əsir götürdü və təntənə ilə Ərdəbilə qayıtdı.
Şeyx Həmdullah
Şeyx Həmdullah (ərəb. ابن الشيخ الأمَسي‎, İbn al-Shaykh al-Amasi) — Osmanlı xəttatı. Sührəvərdiyyə (ərəb. سهروردية‎‎ , Suhrawardiyya) təriqətinin şeyxlərindən biri olan Mustafa Dədə Əfəndinin oğludur. Xəttat Piri Şeyx Həmdullah İslam xətt sənətini zirvəyə aparan xəttat olaraq tanınır. O, Buxaradan Amasyaya köç etmiş Şeyx Mustafanın oğludur. Doğulduğu tarix dəqiq məlum olmasa da, bəzi tədqiqatçılar bu tarixi Hicri 833-840/Miladi 1426-1429 kimi qeyd edir. Həmdullah Çələbi din elmlərini və ədəbi məlumatları dövrünün məşhur alimi Şahzadə II Bəyazid və Əhmədin müəllimi Hatip Qasım Əfəndidən öyrənmiş, eləcə də ərəb dilinə mükəmməl səviyyədə yiyələnmişdir. İlk xətt müəllimi Sufi Yəhya Çələbi-zadə olmuşdur. Sufi Yəhya Çələbi-zadə Fateh Sultan Mehmedin katibliyi vəzifəsinə təyin olunduqdan sonra isə Şeyx Həmdullah xəttatlıq təhsilini Amasyada Xeyrəddin Xəlil Çələbinin yanında tamamlamışdır.
Şeyx Həsinə
Şeyx Həsinə Vazid (benq. হাসিনা ওয়াজেদ, 28 sentyabr 1947[…]) – Banqladeşin Baş naziri (1996–2001, 2009-dan bəri), 2009-cu ildən "Avami Liq" partiyasının lideri Fəridpur vilayətində (dəqiqliklə, 1995-ci ildə yaradılmış Tonqiparə əyaləti) anadan olub. Müstəqil Banqladeşin ilk başçısı (1971–1975-ci illər), ölkədə "millət atası" adlanan Şeyx Mucibur Rəhmanın qızıdır. 1969-cu ildə Dəkkə şəhərində tələbə iğtişaşlarında iştirak edib. 1971-ci ildə Banqladeşin müstəqilliyi uğrunda gedən müharibə zamanı Pakistan işğalçı ordusu tərəfindən həbs edilib. 15 avqust 1975-ci ildə hərbi çevriliş zamanı Şeyx Mucibur Rəhman və onun 20-yə yaxın ailə üzvləri sui-qəsdçilər tərəfindən öldürülmüşdür; Şeyx Həsinə həmin vaxt Almaniya Federativ Respublikasında olmuş, bütün ailə üzvlərindən təkcə o və çevriliş zamanı Banqladeşdə olmayan bacısı da sağ qalmışdır. 1981-ci ildə, hələ xaricdə ikən atasının əvvəllər rəhbərlik etdiyi – "Avami Liq" partiyasının başçısı seçilmişdir. Həmin ildə Banqladeşə qayıtmışdır. Əvvəl hərbi rəhbər, sonra isə ölkənin başçısı olmuş Ərşad pejiminə və onun idarəçiliyuinə qarşı qatı müxalifətdə kütləvi etiraz aksiyasının təşkilatçısı olmuş, dəfələrlə həbs edilmişdir. 1991-ci ildə Ərşad hakimiyyətdən getdikdən və demokratik idarəetmə sisteminin bərpasından sonra, onun rəhbərlik etdiyi "Avami Liq", Halidə Ziyanın başçılıq etdiyi Bangladeş Milli Partiyasının parlament seçkilərində uduzdu.
Şeyx Həsən
Şeyx Həsən (Təbriz)
Şeyx Kuleyni
Şeyx Kuleyni (fars. شیخ کلینی‎) və ya Əllamə Kuleyni — (tam adı: Əbu Cəfər Məhəmməd ibn Yaqub ibn İshaq əl-Kuleyni ər-Razi; d. M. 864, H.Q. 250, Kuleyn, Rey, Abbasilər xilafəti - ö. M. 941, H.Q. Şaban 329, Bağdad, Abbasilər xilafəti) - fars əsilli islam alimi. 9-10-cu əsrlərin Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. Kuleyni M. 864, H.Q. 250-ci ildə indiki İran İslam Respublikasının Rey şəhərinin 38 km-liyindəki Kuleyn kəndində anadan olmuşdur. Təhsilini artırmaq üçün müxtəlif şəhərlərdə yaşadıqdan sonra Bağdada köçmüşdür. M. 941, H.Q. Şaban 329-cu ildə Bağdadda vəfat etmiş və oradakı Bab əl-Kufə məzarlığında dəfn edilmişdir. Cənazə namazını dövrün məşhur alimlərindən Əbu Kayrat Məhəmməd b. Cəfər əl-Həsən qılmışdır.
Şeyx Kəndi
Şeyx Kəndi — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının kəndlərindəndir. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb.
Şeyx Müfid
Şeyx Müfid (ərəb. الشيخ المفيد‎) (tam adı: Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman əl-Bağdadi; d. HQ. 13 Zilhiccə 336/ M. 27 iyun 948, Uqbəra, Bağdad, İraq, Ərəb Xilafəti — ö. HQ. Ramazan 413/ M. Dekabr 1022, Bağdad, İraq, Ərəb Xilafəti) — ərəb əsilli islam alimi. HQ. IV–V yüzilliyin On iki imam şiəliyi əqidəli məşhur ilahiyyatçı alim. Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman 27 iyun 948-ci ildə Bağdad şəhərinin Uqbəra bölgəsində dindar ailədə dünyaya gəlmişdir. Uşaq yaşlarından təhsilini davam etdirmək üçün atası ilə birlikdə Bağdad'a köçmüşdür. Dekabr 1022-ci ildə Bağdad şəhərində vəfat etmiş və Kazımeyndə cəfəri şiələrinin 9-cu imamı Məhəmməd ibn Əli ət-Təqi'nin hərəmində onun ayaq tərəfində dəfn olunmuşdur. Şeyx Tusi'nin dediyinə görə cənazəsinə 80 minə yaxın insan qatılmış, cənazə namazını tələbəsi və o dönəmin məşhur alimlərindən Seyid Mürtəza qılmışdır. İlk təhsilini öz ailəsində almışdır.
Şeyx Mənsur
Şeyx Mənsur (çeç. Мансур; iyun 1762 – 13 aprel 1794, Şlisselburq[d], Sankt-Peterburq quberniyası[d]) — XVIII əsrin sonunda Qafqaz qaçaqlarının hərbi, dini və siyasi lideri; müridizmin yayıcısı. Sovet tarixşünaslığında o, ilk Qafqaz inqilabçısı kimi tanınır. Qafqazda müridizmin ilk yayıcısı 1760-cı ildə Çeçenistanda doğulmuş Şeyx Mənsur olmuşdur. O, istilaçılara qarşı cihad elan etmiş, on minlik qoşun yaradaraq 1783-cü ildə rusları Terek nəhri ətrafında məğlubiyyətə uğratmışdı. 1786-cı ildə Kabarda bölgəsinin bir hissəsini işğaldan qurtarmış, çərkəzləri də düşmənlər əleyhinə qaldırmağa müvəffəq olmuşdu. XVIII əsrin sonlarında Mənsur öz təlimini çeçenlər arasında təbliğ etməyə, onları Rusiyaya qarşı yönəltməyə başladı. Mənsurun müasirləri qeyd edirdi ki, onu digərlərindən daha çox dəstəkləyənlər çeçenlər olmuşdur, bu, yəqin ki, Şeyx Mənsurun çeçenlərlə birgə olduğu müddətdə onlara verdiyi dəstəklə bağlı idi. Çərkəzlərin torpaqlarına köçdükdən sonra onun əsas silahdaşları çərkəzlər olmuşdur. Mənsur Çeçenistanda fəaliyyətə başlayanda (Benniqsenin fikrincə, o, 1784-cü ildə özünü imam elan etmiş, 1785-ci ildə fəal təbliğata başlamışdır) Türkiyə Krımın qaytarılması üçün Rusiya ilə fəal şəkildə müharibəyə hazırlaşırdı.
Şeyx Qalib
Şeyx Qalib (təxəllüsü, Məhəmməd Esad Qalib dədə, 1757[…], Konstantinopol – 3 yanvar 1799, Konstantinopol) — Osmanlı şairi, sufi cərəyanının nümayəndəsi. Şeyx Sufi Mövlavilik ordeni. Şair İsmət Özelin fikrincə, Qalib Allahı deyil, insanı kainatın mərkəzində yerləşdirən ilk türk yazıçılarından idi. 1757-ci ildə İstanbulda anadan olub. Atası və babası da daxil olmaqla bir sıra qohumları Mövlud Sufi ordeninin üzvləri idilər. Onlar həm də onun ilk müəllimləri oldular. Bundan əlavə, Qalibə özəl müəllimlər dərs deyirdi, xüsusən də ona fars və ərəb dillərini öyrədirdilər . Sultan məhkəməsində bir məmur olaraq çalışdı, ancaq 26 yaşında "çilə" adlanan mingünlük sufi təcrübəsini ruhani müəllimi Çələbi Seyyida Əbubəkr Əfəndinin rəhbərliyi altında keçmək üçün.Konyaya getdi. Bir müddət sonra, Ebubekir Xoca Əfəndi, Qalibin atasının istəyi ilə onu İstanbula göndərdi və Qalib burada "çilə"ni tamamladı. Bundan sonra "baba" mənəvi başlığı aldı.
Şeyx Səfi
Şeyx Səfi (tam adı: Şeyx Səfiəddin əl-İshaq əl-Musəvi əl-Ərdəbili; 1252, Ərdəbil – 12 sentyabr 1334, Ərdəbil) — sufi alimi, Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi, Ərdəbil (Səfəvi) hakimliyinin qurucusu və Şah İsmayıl Xətainin ulu babası. Şeyx Səfi 1252-ci ildə Ərdəbilin Kəlxuran kəndində anadan olmuşdur. Bəzi mənbələrdə kürd mənşəli, bəzilərində seyid, digərlərində isə türk mənşəli olduğu qeyd edilmişdir (bax: #Etnik mənsubiyyəti). Atasını uşaq yaşlarından itirən Səfi ibtidai təhsilini onun dini davamçılarından almışdır. O, dini elmlərin əsaslarına yiyələnir, fars, ərəb, gilan, talış və monqol dillərini öyrənir. İyirmi yaşında təhsilini artırmaq üçün Şiraza gedən Səfi burada məşhur ilahiyyatçı alimlərdən Rüknəddin Beyzəvi, Əmir Abdullah və başqalarından dərs alır. Müəllimi Əmir Abdullahın məsləhəti ilə iyirmi beş yaşında məşhur Gilan şeyxi Hacı əd-Din Zahidin (hicri-615–700) müridi olur. Şeyx Səfi əd-Din 25 il tələbə kimi onun yanında qalır. Hacı əd-Din Zahidin qızı ilə evlənən Səfi Şeyxin vəfatından (1294) sonra onun yerində Səfəviyyə təriqətinin rəhbəri olur. 35 il irşad və təlimatlarla məşğul olur və bir çox tələbə yetişdirir.
Şeyx Səfiəddin
Şeyx Səfi (tam adı: Şeyx Səfiəddin əl-İshaq əl-Musəvi əl-Ərdəbili; 1252, Ərdəbil – 12 sentyabr 1334, Ərdəbil) — sufi alimi, Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi, Ərdəbil (Səfəvi) hakimliyinin qurucusu və Şah İsmayıl Xətainin ulu babası. Şeyx Səfi 1252-ci ildə Ərdəbilin Kəlxuran kəndində anadan olmuşdur. Bəzi mənbələrdə kürd mənşəli, bəzilərində seyid, digərlərində isə türk mənşəli olduğu qeyd edilmişdir (bax: #Etnik mənsubiyyəti). Atasını uşaq yaşlarından itirən Səfi ibtidai təhsilini onun dini davamçılarından almışdır. O, dini elmlərin əsaslarına yiyələnir, fars, ərəb, gilan, talış və monqol dillərini öyrənir. İyirmi yaşında təhsilini artırmaq üçün Şiraza gedən Səfi burada məşhur ilahiyyatçı alimlərdən Rüknəddin Beyzəvi, Əmir Abdullah və başqalarından dərs alır. Müəllimi Əmir Abdullahın məsləhəti ilə iyirmi beş yaşında məşhur Gilan şeyxi Hacı əd-Din Zahidin (hicri-615–700) müridi olur. Şeyx Səfi əd-Din 25 il tələbə kimi onun yanında qalır. Hacı əd-Din Zahidin qızı ilə evlənən Səfi Şeyxin vəfatından (1294) sonra onun yerində Səfəviyyə təriqətinin rəhbəri olur. 35 il irşad və təlimatlarla məşğul olur və bir çox tələbə yetişdirir.
Şeyx Səid
Şeyx Səid (1864, Palu, Diyarbəkir əyaləti, Osmanlı imperiyası – 29 iyun 1925, Diyarbəkir, Türkiyə) — Zaza bir ailəyə mənsub olan Nəkşibəndi şeyxi, Kürd lideridir. TBMM-nin səltənət və xəlifəliyin ləğvi haqqında çıxardığı qanunlara etiraz olaraq başladılan üsyanların biri də Şeyx Səidin "İnqilaba dəstək verənlərin canları və malları halaldır" fətvası ilə baş vermişdir.
Şeyx Sənan
Şeyx Sənan (dastan) — sufi şairi Fəridəddin Əttar tərəfindən qələmə alınan, sufi şeyxi Sənanın gürcü xristian qızına duyduğu eşqini təsvir edən dastan. Şeyx Sənan (dram) — Hüseyn Cavidin yazdığı dram əsəri. Şeyx Sənan (opera) — Üzeyir Hacıbəyovun yazdığı opera. Şeyx Sənan (simfonik poema) — Rauf Hacıyevin simfonik poeması. Şeyx Sənan (balet) — Nəriman Məmmədovun yazdığı balet əsəri. Şeyx Sənan (teleserial, 2023) — Azərbaycan teleserialı.
Şeyx Sərdar
Şeyx Sərdar Hacıhəsənli (tam və əsil adı: Sərdar Akif oğlu Babayev; 12 mart 1974, Masallı rayonu) — Azərbaycanlı ilahiyyatçı-alim, din xadimi, İslam elmləri üzrə ekspert və tədqiqatçı, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide. Az saytının təsisçisi və baş redaktoru Şeyx Sərdar Hacıhəsənli ilk dəfə 2017-ci ilin fevralında camaat şəklində cümə namazı qıldığı üçün həbs olunmuşdu. 3 il azadlıqdan məhrum edilmişdi. 2020-ci ilin fevral ayında həbs müddəti başa çatdıqdan sonra azadlığa çıxmışdı. Sərdar Akif oğlu Babayev 1974-cü ilin mart ayının 12-də Azərbaycan SSR-in Masallı rayonunda dünyaya gəlib. Rayonun əsil və nəcabətli ailələrindən birində böyümüş Sərdar 7 yaşında məktəbə getmiş və SSRİ dağılan dönəmdə rayonun 1N-li məktəbində orta təhsilini başa vurmuşdur. Altı uşaqdan ibarət mərhum məşhədi Akifin ailəsinin 5-ci övladı olan Sərdar hələ uşaq yaşlarından dinə meyilli olmuş və yeniyetmə çağlarında yerli ruhanilərin hüzurunda dini elmlərlə tanış olmağa başlamışdır. 15–16 yaşlarında Masallıda və eyni zamanda rayondan kənarda İslam maarifinin təbliğinə başlamış Sərdar, mübarək ramazan, məhərrəm və səfər aylarında xalqın ehtiyacını nəzərə alıb gün ərzində üç və bəzi hallarda dörd məclisdə moizə və dini ayinləri icra edirdi. Vaxtilə bölgədə din xadimi və gənc ruhani kimi tanınan Sərdar mənəviyyat və dini məlumatını genişləndirmək məqsədilə zəmanəsində yüksək əxlaqi və elmi səciyyələri ilə tanınmış mərhum ustad Molla Bəylərin hüzuruna nail olur. Çox tez bir zamanda zəkası və elmi həvəsi ilə ustadın diqqətini cəlb etmiş gənc Sərdar, təqribən ustadın ömrünün axırına qədər xüsusi şagird qismində ondan bəhrələnir.
Şeyx Tusi
Şeyx Tusi (fars. شیخ توسی‎; tam adı: Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi, fars. ابوجعفر محمد بن حسن توسی‎; 995[…], Tus – 2 dekabr 1067, Nəcəf) — fars əsilli islam alimi. HQ. V əsrin Şiə-Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi oktyabr 995-ci ildə Tus şəhərində kasıb bir ailədə dünyaya gəlmişdir. 1017/1018-ci ilə qədər bu şəhərdə yaşamışdır. 7 dekabr 1067-ci ildə Nəcəf şəhərində vəfat etmiş və vəsiyyətinə əsasən bu şəhərdəki evində dəfn olunmuşdur. Dəfn olunduğu ev sonradan Tusi məscidi'nə çevrilmişdir. Tus şəhərində yaşadığı 995–1017/1018-ci illərdə müqəddimə elmlərindən dərs demişdir. Təhsilini davam etdirmək məqsədilə 1017/1018-ci illərdə Bağdada köçmüşdür.