ŞİŞ₂


1. is. Kabab bişirmək üçün ucu iti dəmir və ya ağac çubuq. Əti şişə çəkmək. Bir şiş kabab.
[Çingiz:] …Bir budu şişə çəkib, iki çörək ilə tək yemişəm. Ə.Haqverdiyev.
…İncə ətirli budaqlardan şişlər, ocaqlarda yaqut kimi qızarar közlər hazırlanmışdı. M.Rzaquluzadə.

2. sif. İti, sivri.
[Pəricahan xanım:] [Onlar] o şiş papaqlarını qoyub qaçmışlar. S.S.Axundov.
Şiş ucları buludlarla döyüşən; Dağlarında buzları var ölkəmin. C.Cabbarlı.

◊ Şişə taxmaq (çəkmək) məc. – əziyyət vermək, zülm etmək, bərk incitmək. Ögey ana uşaqları şişə taxır.
– Xanzadələr şişə taxır rəyəti. Q.Zakir.

Şişdə ütmək – bax şişə taxmaq.

Синонимы

  • ŞİŞ I ŞİŞ Səlmi yana çəkilməsəydi, yəqin ki, başında qoz boyda şiş əmələ gələcəkdi (M.İbrahimov); FIR Bu əsnada qardaşım Əbülhəsən xəstələndi, boğazına ir
  • ŞİŞ iti — sivri
  • ŞİŞ qabarma — köp (xəstəlik)

Омонимы

  • ŞİŞ ŞİŞ I is. tib. Bədəndə əmələ gələn qabarma (xəstəlik). Dirsəkdən yuxarı qolumda şiş əmələ gəldi (M.İbrahimov)

Антонимы

  • ŞİŞ ŞİŞ – ALÇAQ Tək bir göz qırpımında şiş dağlar dümdüz olur (S.Rüstəm); Alçaq dağa qar yağmaz (Ata. sözü)

Этимология

  • ŞİŞ Вертел mənasında işlədilən bu söz mənbələrdə ç (çiş) və t (tiş) hərfləri ilə yazılıb. Məncə, şiş kəlməsi diş sözü ilə bağlıdır və hər ikisi deşmək fei
ŞİŞ₁
ŞİŞBAŞ

Значение слова в других словарях