Şiş Quzey — paleolit dövrünə aid olan Tovuz şəhərindən qərbdə yerləşən mağara. Mağara 1965-ci ildə М. М. Mansurovun rəhbərliyi ilə təşkil edilən arxeoloji ekspedisiya zamanı (1962-1965) aşkarlanmışdır. Tapıntılar Aşel mədəniyyəti dövrünə aid edilir. Tapıntılar sahəsi 60×20 m ərazini əhatə edir. Ümumilikdə isə burada 1075 tapıntı aşkarlanmışdır ki, onlarında 146 ədədi əmək alətləri idi.
Şiş Quzey mağarası | |
---|---|
Ümumi məlumatlar | |
Kəşf tarixi | 1965 |
Dövrü | Paleolit |
Yerləşməsi | |
40°59′11″ şm. e. 45°37′00″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Burada o dövrün əhalisi mergeldən əmək aləti kimi yararlanırdılar. Yaşayış məntəqəsi qayanın başında yerləşirdi. Paleolit dövrünə aid tapıntılar 80 m uzunluğa malik terrasda yayılmışdır. N. Şirinova görə terraslat Xəzər epoxasını əhatə edir.