Şİ́RMA

[ alm. Schirm]
1. Üzərinə parça və ya başqa material çəkilmiş çərçivələrdən ibarət açılıb-bükülən arakəsmə.
2. məc. Bir şeyi örtüb gizlətmək üçün örtü, pərdə.
ŞİRLİ
ŞİRMAYI
OBASTAN VİKİ
Aleksandr Şirmaxer
Aleksandr Şirmaxer — Rusiya İmperiyasının və Sovet Sosialist Respublikaları İttifaqının hərbi xadimi, general mayor. Eyni zamanda RSFSR Qırmızı Bayraq ordeninin, Müqəddəs Georgi ordeninin, Georgi xaçının və Georgi silahının kavaleri olan bir neçə hərbiçidən biri. 1931-ci ildən ÜKP-nın üzvü olmağa namizəd olub. == Həyatı == 1891-ci ildə alman ailəsində anadan olub. Atası parovoz maşinisti olub. Vitebsk Kommersiya Məktəbini bitirdikdən sonra 1913-cü ilin avqust ayında könüllü olaraq hərbi xidmətə gedir. Daha sonra Kazan Hərbi Məktəbində təhsil alır və 1914-cü ildə buranı bitirərək zabit olur. Birinci Dünya Müharibəsinin iştirakçısı olan o, 142-ci ehtiyat piyada batalyonunun bölük komandiri, 97-ci ehtiyat piyada batalyonunun kiçik zabiti, 13-cü Belozerskiy piyada alayının bölük komandiri, həmin alayın pulemyotçular dəstəsinin rəhbəri, 617-ci Zborovskiy piyada alayının bölük komandiri, sonradan isə həmin alayın 2-ci batalyonunun komandiri olaraq xidmət edib. 5 ay 617-ci Zborovskiy piyada alayının seçilmiş komandiri olub. 1918-ci ilin may ayından etibarən könüllü olaraq Qırmızı orduya qatılıb və Vətəndaş müharibəsinin iştirakçısı olub.
Şirmaher vahəsi
Şirmaher vahəsi (ing. Schirmacher Oasis) — Antarktidanın Kraliça Mod Torpağı ərazisində Şahzadə Astrid sahilinin mərkəzi hissəsində yerləşir. Antarktida vahəsi buzdan azad bölgə olaraq 35 km² ərazini əgatə edir. Vahə Lazarev dənizindən bir qədər aralıda qərarlaşır. Hündürlüyü 221 metr olan sahə təpəliklərdən ibarətdir. Burada çoxlu sayda kiçik göllər vardır. Şirmaher vahəsinin iqlimi Antarktidanın ümumi iqliminə nisbədə yumşaqdır. Burada orta illik temperatyr −10,4 °C-dir. Küləyin orta illik güçü 9,7 m/s, orta illik yağıntının miqdarı 264,5 mm, günlü saatların bir ay ərzində miqdarı 350 saatdlr. Vahə ilk dəfə 1939-cu ildə alman ekspedisiyasının rəhbəri Alferd Riçer Yeni Şvabiyanı tətqiq edərkən aşkarlamışdır.
Şirman binası
Şirman binası (rus. Дом М. В. Ширмана) — Rostov-na-Donu şəhərinin ərazisində, mühəndis Arutyan Xristoforoviç Zakievin layihəsi əsasında 1911-ci ildə inşa edilmiş bina. Bina Voroşilov prospekti, Suvorov küçəsində yerləşir. Şirman binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Gəlirli ev olaraq bina mühəndis Arutyan Xristoforoviç Zakievin layihəsi əsasında 1911-ci ildə inşa edilmişdir. 1920-ci ildə sovet hökuməti qurulduqdan sonra bina milliləşdirildi və "Mətbəə evi" kimi istifadə edilir. Burada Rostov proletar yazıçıların assosasiyası və "Molot qəzeti" işçiləri fəaliyyət göstərmişdir. 1922-ci ildə Rostovda ilk pioner dəstəsi olan "Spartak" qurulmuşdur. 28 noyabr 1926-cı ildə "Mətbəə evində" Vladimir Vladimiroviç Maykovski çıxış etmişdir. Böyük Vətən müharibəsi öncəsi bina SSRİ. təhlükəsizlik orqanlarının balansında olur.
Şirman xulu
Şirman xulu (lat. Ponticola syrman) — xullar fəsiləsinin ponticola cinsinə aid balıq növü. Mərmərə, Qara, Azov və Xəzər dənizi hövzələrində, limanlarda, bəzi çayların aşağı axarlarında, seyrək hallarda su anbarlarında yayılmışdır. Dənizdə yalnız tapılmışdır, lakin bəzi ərazilərdə haşiyələr daxildir. Abşeronun cənub hissəsində və Küryanı rayonda çoxsaylı, Samurdan Siyəzənə və Şıx sahəsindən Kürün Züd-ost qoltuğuna qədər azsaylıdır. Bədəni axımlı, başı uzunsov, lövhəvarıdır. Üstdən yüngülcə basıqdır, ağzı iridir. Yaşlı fərdlərdə qarın sormacında yaxa pərləri kütdür. İkinci bel üzgəcinin hündürlüyü arxa uca doğru artır. Bədənin böyürlərində adətən, şahmat şəklində düzülmüş, iri bozumtul qonur xallar olur.
Şirmanans
Şirmanans-Yuxari Qarabağda XII əsrdə kənd adı. Şirman adının ermənicə yazılışıdır. Yuxari Qarabagda yaşamış Şir tayfasının adından və türk dillərində bir qayda olaraq tayfa adlarına əlavə olunan "man" şəkilçisindən ibarətdir. Bu şəkilçi Qaraman, türkmən və b. tayfa adlarından başqa erkən orta sərlərdə Yuxari Qarabagda Kolman (Peçeneqlərin Kol tayfasının adından), Çorman (peçeneqlərin Çor tayfasının adından) və b. etnonimlərində əksini tapmışdır. Mənbədə Qarabağ əyalətində Şir mahal və el adı çəkilmişdir.

Значение слова в других словарях