Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Revak
Portik (lat. porticus) — üst örtüyü sütunlara söykənən qapalı qalereya. Sütunlar üst örtüyü birbaşa və ya aralarındakı tağlar vasitəsilə saxlaya bilərlər. Bir tərəfi açıq olan portik digər tərəfdən qapı-pəncərələri olan və ya olmayan divara söykənir. Başqa sözlə, portik — üst örtüyü sütunlar üzərində dayanan yarıaçıq məkandır. Antik yunan və Roma şəhərlərində ictimai binaların və məbədlərin girişində çox rast gəlinən portiklər, Şərqi Roma imperiyası ilə mədəni əlaqə nəticəsində ərəb-fars mədəniyyətinə, oradan da Səlcuqlular dövləti dövründə türk memarlığına keçən və Anadolu bəylikləri dövrünə qədər yayılan bir memarlıq nümunəsidir. Türk memarlığında portiklər məscid girişlərində məscidin izdihamdan dolub-daşdığı zamanlarda namaz qılanların yağışdan, qardan və ya günəşdən qorunmasını təmin edir. Kəbədə tikilən portiklər Osmanlı sultanı II Səlimin dövründə tikilmiş, planlarını Memar Sinan hazırlamışdır.
Reval
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.
Revaz Asayev
Revaz Asayev (oset. Асаты Никъалайы фырт Реуаз; 15 may 1923, Kutsaxta[d], Axmeta rayonu – 2007) — Sovet və Cənubi Osetiya şairi, publisist və tərcüməçi. Cənubi Osetiyanın Əməkdar Mədəniyyət İşçisi. 1921-ci ildə (digər mənbələrə görə 1923 -cü ildə) Gürcüstanın Kutsaxta kəndində kasıb bir kəndli ailəsində anadan olmuşdur. 1930-cu ildə valideynləri ilə birlikdə Cənubi Osetiyaya köçür və burada 1938-ci ildə bitirdiyi yeddi illik məktəbə daxil olur. Elə həmin il Stalinir Pedaqoji Məktəbə daxil olur. Tələbəlik illərində, ilk şeir əsərlərini 1938-ci ildə Cənubi Osetiyanın dövri mətbuat səhifələrində nəşr etdirir. Çap olunan ilk şeirini Stalinə həsr edir. 1941-ci ildə pedaqoji məktəbdə təhsilini başa vurur və Stalinir aeroklubunun pilot məktəbinə daxil olur. Cəbhəyə könüllü olaraq gedir.
Revaz Cocuaşvili
Revaz Dzodzuaşvili (tam adı: Revaz Mixayloviç Dzodzuaşvili, gürc. რევაზ მიხეილის ძე ძოძუაშვილი, translit. Revaz Mixeylis dze Dzodzuaşvili; 10 aprel 1945 və ya 15 aprel 1945, Kutaisi) — müdafiəçi mövqeyində çıxış etmiş keçmiş SSRİ və Gürcüstan futbolçusu, futbol məşqçisi. SSRİ-nin beynəlxalq dərəcəli idman ustası (1972). 49 dəfə SSRİ milli futbol komandasının formasını geyinmiş; bu yığmanın tərkibində 1970-ci ildə Futbol üzrə Dünya Çempionatında, 1972-ci ildə isə Futbol üzrə Avropa Çempionatında və Münhendə keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmişdir. SSRİ milli futbol komandası ilə Yay Olimpiya Oyunlarında bürünc, Futbol üzrə Avropa Çempionatında isə gümüş medal qazanmışdır. Futbol üzrə Avropa Çempionatında komanda yoldaşları — Murtaz Xurtsilava və Yevgeni Rudakovla birgə turnirin rəmzi komandasına seçilmişdir. Torpedo Kutaisi futbol məktəbinin yetirməsidir. 9-cu sinifdən etibarən (1962), İmereti komandasında oynadı.
Revaz Davidoviç
Rezo Davidoviç Çxeidze (gürc. რევაზ ჩხეიძე; 8 dekabr 1926, Kutaisi – 3 may 2015, Tbilisi) — Gürcüstan kinorejissoru, SSRİ Xalq artisti Rezo Davidoviç Çxeidze 8 dekabr 1926-cı ildə Kutaisidə anadan olmuşdur. 1943-1946-cı illərdə Çxeidze Şota Rustaveli adına Tbilisi teatr institutunun rejissorluq fakültəsində oxumuşdur. 1953-cü ildə ÜDKİ-nin rejissorluq fakültəsini bitirmişdir. Onun sənət müəllimi Mixail Romm olmuşdur. 1953-cü ildə Çxeidze öz ssenarisi əsasında "Boris Pançadze" sənədli filmini çəkir. 1954-cü ildə Tengiz Abuladze ilə birlikdə o, iki sənədli film çəkir. 1955-ci ildə o, "Maqdananın Lurcası" filmini çəkir və 1956-cı ildə bu filmə görə Kann kinofestivalında mükafat alır. Rezo Çxeidze "Əsgər atası" filminə görə Gürcüstanın Lenin komsomolu mükafatına layiq görülmüşdür. 1980-ci ildə SSRİ xalq artisti adını və 1986-cı ildə "Sənin oğlun – Torpaqdır" filminə görə Lenin mükafatını almışdır.
Revaz Dzodzuaşvili
Revaz Dzodzuaşvili (tam adı: Revaz Mixayloviç Dzodzuaşvili, gürc. რევაზ მიხეილის ძე ძოძუაშვილი, translit. Revaz Mixeylis dze Dzodzuaşvili; 10 aprel 1945 və ya 15 aprel 1945, Kutaisi) — müdafiəçi mövqeyində çıxış etmiş keçmiş SSRİ və Gürcüstan futbolçusu, futbol məşqçisi. SSRİ-nin beynəlxalq dərəcəli idman ustası (1972). 49 dəfə SSRİ milli futbol komandasının formasını geyinmiş; bu yığmanın tərkibində 1970-ci ildə Futbol üzrə Dünya Çempionatında, 1972-ci ildə isə Futbol üzrə Avropa Çempionatında və Münhendə keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmişdir. SSRİ milli futbol komandası ilə Yay Olimpiya Oyunlarında bürünc, Futbol üzrə Avropa Çempionatında isə gümüş medal qazanmışdır. Futbol üzrə Avropa Çempionatında komanda yoldaşları — Murtaz Xurtsilava və Yevgeni Rudakovla birgə turnirin rəmzi komandasına seçilmişdir. Torpedo Kutaisi futbol məktəbinin yetirməsidir. 9-cu sinifdən etibarən (1962), İmereti komandasında oynadı.
Revaz Laqidze
Revaz İliç Laqidze (gürc. რევაზ ილიას ძე ლაღიძე; 10 iyul 1921, Baqdati[d], İmereti – 16 oktyabr 1981, Tbilisi) — Sovet, gürcü bəstəkarı, müəllimi. Gürcüstan SSR xalq artisti (1961), Gürcüstan SSR əməkdar mədəniyyət xadimi (1958). Revaz Laqidze 1921 -ci il iyulun 10-da Rusiya imperiyasının Kutaisi quberniyasının Bağdati kəndində anadan olub. 1948-ci ildə Laqidze Tiflis Konservatoriyasının bəstəkarlıq sinfini bitirib. Bəstəkarlıq fakültəsində məşhur gücü bəstəkarı Andrey Balançivadzenin kursununda təhsil alıb. Revaz Laqidze yaradıcılıq fəaliyyətinə 1940-cı ildə başlayıb. Onun kinoda ilk iş 1951-ci ildə “On bir zirvəyə fırtına” sənədli filmi olub. Revaz Laqidze Tbilisi Filarmoniyasının simfonik orkestrlərində (1941-1945), sonra isə Gürcüstan Radiosunda (1945-1949) skripka ifaçısı kimi çalışıb. O, musiqi fəaliyyəti ilə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olub.
Revaz Qabaşvili
Revaz Aleksandroviç Qabaşvili (gürc. რევაზ გაბაშვილი ;6 noyabr 1882, Tiflis – 14 mart 1969) — Gürcü siyasətçisi və alimi Gürcüstan Milli Demokrat Partiyasının yaradıcılarından biri. Məşhur gürcü yazıçısı Yekaterina Qabaşvili və məşhur hüquqşünas Aleksandr Qabaşvilinin oğludur. Ailənin on uşağı var idi, amma onlardan ilk beşi erkən yaşlarda ölmüşdü. Revaz Qabaşvili ilk təhsilini Tiflisdəki gimnaziyada almış, 1902-ci ildə Belçikaya oxumağa getmişdi. 1905-ci ildə Revaz Belçikanın Lyej şəhərindəki Montefior Elektrik Mühəndisliyi İnstitutunda təhsilini yarımçıq qoyaraq Gürcüstana qayıtmaq və rus idarəçiliyinə qarşı inqilabi üsyanlarda iştirak etmək istəyir. Polis təqbindən Parisə qaçır. 1907-ci ildə Rusiyaya qayıdır və Bakıda yaşamağa başlayır. Burda Revaz Qabaşvili neft-kimya sənayesində çalışmağa başlayır. O ailə quraraq tədricən siyasi mübarizədən uzaqlaşır.
Revaz İnanişvili
Revaz İnanişvili (gürc. რევაზ ინანიშვილი; 20 dekabr 1926 – 26 dekabr 1991, Tbilisi) – gürcü yazıçı. Revaz İnanişvili 1926-cı ilin 20 dekabr tarixində Saqareco bələdiyyəsinin Xaşmi kəndində anadan olmuşdur. Beş il həmin kəndin məktəbində təhsil almışdır. 1937-ci ildə ailəsi ilə birlikdə Tbilisiyə köçmüşdür. Orada orta məktəbi bitirdikdən sonra 1943-35-ci illərdə 31-ci fabrikada işləmişdir. Sonraki illər yarımçıq qoyduğu Aviasiya texnikomunda təhsil alırdı. 1947-ci ildə Tbilisi Dövlət Universitetinin filologiya fakültetinə daxil olmuşdur. 1949-cu ildə universiteti buraxmış və Samqori kanalının tikintisində işləməyə başlamışdır. 1951-ci ildə yenidən universitetə qayıtmış və 1956-cı ildə yarımçıq qoyduğu filologiya fakültetini bitirmişdir.
Həsən Rebaç
Həsən Rebaç (bosn. Hasan Rebac; sentyabr 1894, Mostar – 4 avqust 1953, Belqrad) — Bosniya əsilli Yuqoslaviya yazıçısı və siyasətçisi. == Həyatı == Həsən Rebaç 1894-cü ildə Mostarda anadan olmuşdur. O, 1921-ci ilin aprelində Serbiya yazıçısı Aniça Saviç ilə evlənmişdir. Rebaç 1930-cu ilin payızında həyat yoldaşı ilə birlikdə Şimali Makedoniyanın Skopye şəhərinə köçmüşdür. Onlar 1941-ci ildə Yuqoslaviyanın işğalına qədər orada qalmış, sonra Belqrada məcburi köçkün kimi getmişdilər. Rebaç 4 avqust 1953-cü ildə ağır xəstəlikdən vəfat etmişdir. Həmin gecə onun həyat yoldaşı Aniça biləklərini kəsərək intihara cəhd etmişdir, lakin uğursuz olmuşdur. O, iki ay sonra ürəyinə tapança ilə atəş açaraq intihar etmişdir.
Reval danışıqları
Reval danışıqları — 9 iyun 1908-ci ildə Finlandiya körfəzinin Baltik sahillərində, indiki Estoniyanın paytaxtı Revalda Britaniya kralı VII Eduard və Rusiya imperatoru II Nikolayın arasında baş tutmuş görüş. 6 noyabr 1908-ci ildə o dövrdə Rusiya imperiyasının tabeliyində olan Revalda görüşən Britaniya və Rusiya nümayəndə heyətləri "xəstə adam" olaraq görülən Osmanlı imperiyasını zəiflətmək barədə razılığa gəlmişdilər. Bu səbəbdən Balkanlarda islahatlara təzyiq edilməsinə qərar verilmişdir. İkinci Məşrutiyyət elan edilmişdir. Rusiya Balkanlar və Boğazlar ətrafında rəqibsiz qalmışdır. Britaniya koloniyalarını qorumuşdur. İran və Əfqanıstan bölgələrində sərhədlər müəyyən edilmişdir. Makedoniyada islahatların aparılması qərara alınmışdır. Almaniyaya təzyiq artırılmışdır. Britaniya Misir, Cənubi Sudan və İraq bölgələrində tək qalmışdır.
REVA patrulu
REVA patrulu (Patrouille REVA) Fransada mərkəzləşən mülki aerobatika komandasıdır. Uçuşlar üçün Rutan LongEZ və Rutan VariEZ təyyarələri istifadə olunurdu. Komanda 1992-ci ildə qurulmuşdur. 30 illik fəaliyyətdən sonra komanda fəaliyyətinə son qoyduğunu və təyyarələrin satışa çıxarıldığını açıqladı.
Rəvan Alxaslı
Rəvan Bağırov
Rəvan Aydın oğlu Bağırov (30 oktyabr 1986, Bakı, Azərbaycan SSR) — azərbaycanlı radioaparıcı, kreativ direktor, bloqqer, qrafik dizayner, peşəkar fotoqraf, MANPASI səhər radio şousu və YouTube layihəsinin yaradıcısı və aparıcılarından biri. Rəvan Bağırov 30 oktyabr 1986-cı ildə Bakı şəhərində Aydın və İradə Bağırovlar ailəsində anadan olmuşdur. Atası Aydın Bağırov ümumi cərrah, anası İradə Bağırova orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışır. 1993-cü ildə ibtidai təhsili N. Nərimanov rayonunda yerləşən 193 saylı məktəbdə almışdır. Orta təhsilini 2004-cü ildə N. Nərimanov rayonunda yerləşən 45 saylı orta məktəbdə əlaçı kimi bitirmişdir. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. 2008-ci ildə ali bakalavr təhsilini qırmızı diplomla bitirmişdir. 2008-ci ildə hərbi xidmətə yollanıb, 2009-cu ildə hərbi xidmətini bitirmişdir. 2009-2010-cu illərdə ANS televiziyasında, proqramlaşdırma departamentində, anstv.ws rəsmi veb saytının administratoru, kontent meneceri vəzifəsində çalışmışdır. 2010-2012-ci illərdə frilans qrafik dizayner və fotoqraf kimi çalışmışdır.
Rəvan Bünyadlı
Rəvan Cabbarov
Rəvan Daşdəmirov
Rəvan FK
"Rəvan" futbol klubu — Rəvan futbol klubu 2007-cu ildə yaranıb, 2010-2011 mövsümündə Azərbaycan Birinci Liqasında ikinci yeri tutaraq Premyer-Liqaya vəsiqə qazanıb. 2011/2012 mövsümündə premyer-liqada debüt edib və 8-ci yeri tutub. Ev oyunlarını Dalğa Arena stadionunda keçirir. Klubun əsas məqsədi ilk altılığa düşmək və avrokuboklara vəsiqə qazanmaqdır. "Rəvan" 2011-ci ildə Azərbaycan 1-ci divizionunda gümüş medalını qazanmışdır. "Rəvan" FK 2011/12 mövsümündə Premyer Liqada debüt edərək, yekunda 8-ci yeri tutub. 2012/13 mövsümündə də Premyer Liqanı 8-ci pillədə başa vuran "aslanlar”, 2013/2014 mövsümünün yekunlarına əsasən, I diviziona düşmüşdür. 2014/2015-ci il mövsümündə I divizionun bürünc medallarını qazanan “aslanlar” Premyer Liqaya yüksəliblər. "Rəvan" FK-nın ən böyük uğuru 2010/11 mövsümündə Azərbaycan I divizionunda gümüş medallara sahib çıxması və 2013/14 mövsümündə Azərbaycan kubokunun yarımfinalçısı olmasıdır.
Rəvan Həsənov
Rəvan Vaqif oğlu Həsənov (2 iyun 1989, Ağdam) — Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru. Həsənov Rəvan Vaqif oğlu 2 iyul 1989-cu il tarixində Ağdam şəhərində dünyaya göz açmışdır. 1996-2007-ci illərdə orta təhsilini Tahir Həsənov adına 23 nömrəli məktəbdə almışdır. 2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsində bakalavr dərəcəsi üzrə təhsil almış və təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 2010-cu ildə Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal Rayon Prokurorluğu və Nəsimi Rayon Məhkəməsində istehsalat təcrübəsində olan Rəvan Həsənov 2011-2012-ci illərdə Daxili Qoşunların “N” saylı hərbi hissəsində əsgər kimi hərbi xidmətdə olmuşdur. 2013-2014-cü illərdə Almaniyanın Potsdam Universitetinin hüquq fakultəsində magistr (LL.M) təhsili almış və Cinayət hüququ, Cinayət prosesi, Kriminalistika bölməsini uğurla başa vurmuşdur. 16 fevral 2018-ci il tarixində “Cinayət hüquq və kriminologiya; cəza-icra hüququ” ixtisası üzrə AMEA Hüquq və İnsan Haqları İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertanturasına qəbul edilib. Rəvan Həsənov 1 yanvar 2018-ci ildə ABŞ-nin İllinois Texnologiyalar Universitetinin “Kent Hüquq Kolleci” tərəfindən qonaq elmi araşdırmaçı olaraq dəvət olunsa da, əmək fəaliyyəti ilə əlaqədar olaraq proqramda iştirak edə bilməyib. Rəvan Həsənov 13 noyabr 2014-cü ildən 2 mart 2016-cı il tarixinə qədər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2 mart 2016- 11 aprel 2017-ci il tarixlərində isə Azərbaycan Respublikası Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirlik xidmətinin baş mütəxəssisi, 11 aprel 2017- 8 iyul 2017-ci il tarixlərində isə məsləhətçi vəzifəsində işləmişdir.
Rəvan Köşkü
İrəvan köşkü — Topqapı sarayında XVII əsrə aid köşk. Sofayi Hümayun adlanan dördüncü həyətdə və Hırka-ı Səadət otağının şimal-şərqində yer alan bu köşk Osmanlı sultanı IV Murad tərəfindən İrəvan səfərinin (1635) ardından inşa edilmişdir. Baş memarının kim olduğu dəqiq bilinməsə də, Həsən ağa və ya Qasım ağa olduğu iddia edilir. Qapısının üzərindəki farsca kitabədə dərgah olaraq anılması diqqət çəkir. Bina köşk olaraq inşa edilsə də, sonrakı illərdə müxtəlif məqsədlərlə istifadə edilmişdir. İlk illərdə padşah çalmalarının və əmmamələrinin hazırlanıb qorunduğu yer olan bu köşkdə sədrəzəm padşaha dövlət məsələləri ilə bağlı sənədləri təqdim edərdi. Ramazan ayının 12-ci günündə padşah müqəddəs əmanətləri məhz bu köşkdə ziyarət edər, iki gecə burada saxlanıldıqdan sonra yerinə aparılardı. Patrona Xəlil və ən yaxın adamlarının edam olunduğu İrəvan köşkü I Mahmud dövründə kitabxanaya çevrildi və sonrakı illərdə "Has oda kitabxanası" adını aldı. Səkkizbucaqlı planda inşa edilən köşkün 3 eyvanı var. Divarlar iki sıra pəncərəli olub, bunlardan alt sıradakı pəncərələr düzbucaqlı şəklindədir, üst sıradakılar isə iti uclu naxışlarla bəzədilmişdir.
Rəvan Lətifov
Rəvan Məmmədov
Rəvan Nurayev
Rəvan Qafarov
Rəvan Quliyev
Rəvan Qəfərov
Rəvan Rəhimov
Rəvan Rəhimov (tam adı: Rəvan Abdullətif oğlu Rəhimov) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının baş elmi işçisi, kimya elmləri doktoru. Rəvan Abdullətif oğlu Rəhimov – 28.06.1980-cı il tarixində Azərbaycan Respublikasının İsmayıllı rayonu Qalacıq kəndində ziyalı ailəsində anadan olmuşdur. 1997-ci ildə İsmayıllı rayon Qalacıq kənd orta məktəbini bitirmiş və Bakı Dövlət Universitetinin "kimya" fakültəsinə daxil olmuşdur, 2001-ci ildə bakalavr təhsilini aldıqdan sonra həmin Universitetin "Yüksək Molekullu Birləşmələr" kimyası ixtisası üzrə magistraturasına qəbul olunmuş və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2002-ci ildə Azərbaycam Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv maddələr və preparatlar" laboratoriyasında prof. Z.H.Əsədovun rəhbərliyi ilə elmi fəaliyyətə başlamışdır. 2003-cü ildə Neft-Kimya Prosesləri İnstitutunun əyani aspiranturasına daxil olmuş və 2007-ci ildə "Çoxatomlu spirtlər və propilen oksidi əsasında benzinin buxarlanmasını ləngidən reagentlərin alınması və tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Sintez edilmiş birləşmələr benzinin buxarlanmasını ləngidərək rezervuarlarda baş verən itkilərin azalmasında, ekoloji və iqtisadi baxımdan böyük əhəmiyyət kəsb etmişdir. 2008-ci ildən elmi fəaliyyətini kiçik elmi işçi, 2008-ci ildən elmi işçi, 2010-cu ildən böyük elmi işçi, 2013-cü ildən aparıcı elmi işçi kimi vəzifəsini davam etdirmişdir. 2011 və 2014-cü illərdə R.A.Rəhimovun tədqim etdiyi layihələr Azərbaycan Respublikası Prezident yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən Gənc Alim və mütəxəssislərin qrant müsabiqələrinin qalibi olmuşdur.
Rəvan Sığorta
Areva
"Areva" — Fransa şirkəti; nüvə enerjisi üçün avadanlıqların icad edilməsi, istehsalı və alternativ mənbələrdən elektrik enerjisinin istehsalı sahəsində fəaliyyət göstərir. Bu şirkət nüvə enerjisinin istehsalı sahəsində bütün fəaliyyət növləri üzrə təcrübəsi olan yeganə şirkətdir. Şirkətin qərargahı Parisdə, Kurbevuada yerləşir.
Levan
Levan (Kartli)
Nevaş
Nevaş (fr. Névache, oks. Nevascha) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Şimali Brianson kantonuna daxildir. INSEE kodu — 05093. 2008-ci ildə əhalinin sayı 334 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 221 nəfərin (15-64 yaş arasında) 167 nəfəri iqtisadi cəhətdən fəal, 54 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.6%, 1999-cu ildə 74.3%). Fəal olan 167 nəfərdən 157 nəfəri (80 kişi və 77 qadın), 10 nəfəri işsizdir (6 kişi və 4 qadın).
Rebab
Rəbab (ərəb. ربابة‎, həmçinin rebab, rebap, rəbap və rəbabə) və ya Cəvzə (ərəb. جوزه‎, həmçinin cuza) — Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır. Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var. Alətin Bizans lirası və Krit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır. Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniya və Portuqaliyada məşhurlaşmışdır. Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı).
Relvan
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-cu ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15–64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71,0%, 1999-cu ildə 68,8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Renaj
Renaj (fr. Renage) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tyullen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38332. Kommunanın 2012-ci il üçün əhalisi 3647 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 229 ilə 464 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 25 km şimal-qərbdə yerləşir.
Revari
Revari (hind. रेवाडी, ing. Rewari) — Hindistanın Xaryana ştatında yerləşən şəhərdir. Revari dairəsinin inzibati mərkəzidir. Şəhər təxminən Dehlidən 82 km cənub-qərbdə və Qurqaonadan 51 kilometr məsafədə yerləşmişdir. Şəhər dəniz səviyyəsindən 244 m yüksəklikdə yerləşmişdir. Şəhər vasitəsilə Racastxanda başlayan və Dehlidə Nacafqarx gölünə düşən quruyan Saxibi çayı axır. Revari şəhərinin iqlimi quraqlıq kimi səciyyələnir. Yanvarın orta minimum temperatur 6 °C təşkil edir. May və iyun aylarında orta maksimum temperatur — 41 °C təşkil edir.
Revda
Revda — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Reyan
Reyan (fr. Reillanne, oks. Ralhana) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04160. 2008-ci ildə əhalinin sayı 1012 nəfər təşkil edirdi. 2007-ci ildə 897 əmək qabiliyyətli insan (15–64 yaş arasında) arasında 603 nəfər iqtisadi cəhətdən fəal, 294 nəfər hərəkətsiz (fəaliyyət göstərici 67,2%, 1999-cu ildə bu 58,4%) idi. Fəaliyyət göstərən 603 nəfərdən 501 nəfər (273 kişi və 228 qadın), 102 nəfəri işsizdir (50 kişi və 52 qadın).
Kivaç
Kivaç (kar. Kivačču fin Kivatsu) — Rusiyada, Kareliya Respublikasının cənubunda şəlalə. Şəlalə Suna çayının üzərində yerləşir. == Ümumi məlumat == Şəlalənin adı böyük ehtimal ki, fin mənşəli kiivas sözündən meydana gəlmiş. Mənası möhtəşəm, çevik deməkdir. Kivaç şəlaləsinin ümümi düşmə hündürlüyü — 10,4 metrdir. Bu çayın 170 metrlik hissəsinə uyğun gəlir. Aşağı hissədəki astananın hüdürlüyü isə — 8 metrdir. Şəlalənin formalaşdığı çay yatağının süxuruları əsasən diabazdan ibarətdir. Şəlalə ümumilikdə qaya parçası ilə iki hissəyə bölünüb: əsas (sağ) və ikinci (sol).
Ernest Renan
Yozef Ernest Renan (fr. Joseph Ernest Renan; 28 fevral 1823[…] – 2 oktyabr 1892[…], V arondisman) — fransız yazıçısı, tarixçi və filoloqu. == Həyatı == Jozef Ernest Renan 1823-cü il fevral ayının 28-də Fransada Bretani şəhərciyində anadan olmuşdur. Atası dənizçi idi və Ernest Renanın 5 yaşı olanda dünyasını dəyişib. Renana böyük bacısı Genrietta daha çox təsir göstərmişdir. O, ölümünə qədər bacısı ilə həm də dost olmuşdur. Onun həyatını kilsəyə həsr etməsini istəyən anası 1838-ci ildə Ernesti ruhani seminariyaya qoymuşdur. O, yerli ruhani seminariyadan daha sonra təhsilini Müqəddəs Nikolay adına Paris Seminarında davam etdirir. Məhz həmin seminariyada dünyəvi ədəbiyyatla tanış olmuşdur. Mişle, Viktor Hüqo, Lamartinin əsərləri onda dərin iz qoymuşdur.
Eva Rivas
Eva Rivas (emənicə: Եվա Ռիվաս; rusca: Ева Ривас; 13 iyul 1987) — erməni-rus müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edib. == Avroviziya 2010 == Ermənistanı Avroviziya 2010 mahnı müsaqibəsində fevralın 14-də keçirilmiş Milli Finalın SMS və münsif səsverməsinin nəticələrinə görə Eva Rivas təmsil edəcək. Lakin Milli Finalda Evanın rəqibləri olan Emmi-Mihran cütlüyü, eyni zamanda müğənni Razmik Amyan SMS səsverməsinin nəticələrinin saxtalaşdırıldığını bildiriblər. Evanın təmsilçi seçildiyi açıqlanarkən etiraz olaraq Emmi-Mihran və Razmik Amyan səhnəni tərk ediblər. Eva RivasAvroviziya 2010 yarışmasının ikinci yarım finalında "Apricot Stone" (Qaysı çəyirdəyi) adlı mahnı ilə yarışıb.
Indira Levak
Indira Levak – Xorvatiyalı müğənni.