Şlis birləşməsi
Şlis birləşməsi - üzərində çıxıntılar açılmış val ilə daxili səthində girintilər açılmış oymaqdan ibarətdir. Bu birləşmə böyük burucu momenti valdan çarxa və əksinə ötürmək üçün istifadə olunur. Val üzərində şlislərin sayı 20-yə qədər ola bilər. Texnikada əsasən şlislərin sayı 6...8 olan birləşmələr daha çox yayılmışdır. Valın diametrindən asılı olaraq Standara uyğun seçilirlər.
Dişlərinin profilinin formasından asılı olaraq şlislər:
düzbucaq profilli;
evolvent profilli;
üçbucaq profilli.
olurlar.
Val üzərində şlislər xüsusi frezlər vasitəsilə kəsmə üsulu ilə hazırlanır, oymağın deşiyindəki pazlar isə dartılma üsulu ilə açılır.
Şlis birləşməsi üç üsul ilə mərkəzləşdirilir:
yan səthinə görə;
daxili diametrinə görə;
xarici diametrinə görə.
Kərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar.